Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-693/2020 01.07.2020 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikasıadından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və x2 ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyasında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru x1, bəraət almış x11 iştirakları ilə, Astara Rayon Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələriilə x12bəraət verilməsi barədə cinayət işi üzrə Ş irvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 yanvar 2020-ci il tarixli qərarından Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Astara Rayon Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli hökmü ilə (hakim x3) 18 yanvar 1976-cı il tarixdə Ağsu şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, x12 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə bəraət verilməsi, x11 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin ləğv edilməsi hökm edilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinəəsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kol legiyasının (hakimlər: x16 (sədrlik edən və məruzəçi), x19 və x4 ibarət tərkibdə) 16 yanvar 2020-ci il tarixli qərarı ilə apelyasiya protesti təmin edilməmiş, Astara Rayon Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixlihökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: x17 Azərbaycan Respublikası CM-nin 206.2-ci və 234.1-ci maddələri ilə ittiham olunaraq məhkəməyə verilmişdir ondan ötrü ki, o, 08 mart 2019-cu il tarixdə İran İslam Respublikasının Astara şəhərində istintaqla müəyyən edilməmiş mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, 10,528 qram tiryək narkotik vasitəsini satış məqsədi olmadan qanunsuz olaraq qəsdən əldə etmiş, 1 (bir) şəffaf sellofan bükümdə qablaşdıraraq malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə əynindəki şalvarın belliyinin içərisində ə vvəlcədən düzəltdiyi gizli saxlanc yerində yerləşdirib saxlamış, daşımış və həmin gün saat 16 radələrində Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” Gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, daxil olmuş əməliyyat məlumatı əsasında həkim müayinəsindən keçirilməsi üçün Astara Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda narkotik vasitəsini gizlətdiyi yerdən çıxarıb nəqliyyat vasitəsinin salonuna atarkən gömrük əməkdaşı tərəfindən aşkar edilib götürülmüşdü. Kassasiyaprotestinin dəlilləri: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 yanvar 2020-ci il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti verərək qərarın ləğv edilməsi və cinayət işinə yenidən baxılması üçün apellyasiya instan siyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmişdir. İşin hallarından görünür ki, məhkəmənin gəldiyi həmin nəticə işin obyektiv hallarını əks etdirməmiş və təqsirləndirilən şəxsin yalnız məhkəmə baxışında verdiyi ifadəsinə əsaslanmışdır. Məhkəmə həmin nəticəyə gələrkən iş üzrə toplanmış sübutları və işin obyektiv hallarını, eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizənin bəşəriyyət üçün aktuallığını nəzərə almamış, təqsirləndirilən şəxs Ç.Əhmədovun özünü müdafiə məqsədilə uydurduğu ifadəsinə əsasən onun təqsirliliyinin sübuta yetirilmə məsi nəticəsinə gəlmişdir. x11 məhkəmə baxışında iş üzrə verdiyi əvvəlki izahat və ifadələrində göstərdiklərini əsassız olaraq tamamilə inkar edən ifadəsi onun tərəfindən törətdiyi cinayətə görə labüd məsuliyyət və cəzadan yayınmaq məqsədilə uydurulmuş ifadə kimi əsassız və qanunsuz olmaqla cinayət işinin materiallar ilə təsdiq olunmadığı üçün iş üzrə sübut kimi qəbul edilməməli və rədd edilməli olduğu halda məhkəmə kollegiyası işdə olan çoxsaylı sübutlara əhəmiyyət verməyərək təqsirləndirilən şəxsin ifadəsini əsas götürüb ona bəraət vermişdir. Bundan başqa, Məhkəmə iş üzrə sübutlara qiymət verərkən işin bu obyektiv hallarına diqqət verməmiş, ümumiyyətlə ibtidai araşdırma zamanı Ç.Əhmədova guya edilmiş təzyiqin nədən ibarət olmasının, kim tərəfindən təzyiq olunması və bundan irəli gələn di gər məsələləri araşdırmadan, yalnız təqsirləndirilən şəxsin işin obyektiv hallarına zidd olan ifadələrin əsas kimi götürmüşdür. Halbuki, cinayət işi üzrə Ç.Əhmədovun məntiqi ardıcıllıqla verilmiş ilkin izahat və sonrakı ifadələri toplanmış digər sübutlarla bir-birini tamamladığından onların səmimiliyi heç bir şübhə doğurmur. Bununla yanaşı, onun narkomaniya xəstəliyindən əziyyət çəkməsi, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə dəfələrlə məhkum olunması onun ibtidai istrintaq zamanı verdiyi ifadələrinin həqiqilyinə şübhə yaranmasına əsas vermir. Qeyd olunanları nəzərə alaraq, x11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şirvan ApelyasiyaMəhkəməsininCinayət kollegiyasının 16 yanvar 2020-ci tarix li qərarının ləğv edilməsi və cinayətişin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin edilməsi bərədə dövlət ittihamçısının, kassasiya protestinin təmin edilməməsi barədə bəraət almış şəxsin çıxışlarını dinləyib, kassasiya protestinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəs inə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblər inə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə toplanmış sübutlara düzgün hüquqi qiymət verərək, x17 barəsində bəraət hökmü qəbul etməklə işə baxmış məhkəmələr qanuni və əsalı nəticəyə gəlmişlər. İş materiallarında olan x11 ifadəsindən görünür ki, “...08 mart 2019-cu il tarixdə Azərbaycan Respublikasına geri qayıtmaq üçün İran İslam Respublikasının Astara gömrüyünə gəlmiş, saat təqribən 16 radələrində həmin gömrüyü keçib piyada yolla Azərbaycan Respublikasının “Astara” Gömrük postuna daxil olmuşdur. Yoxlama xəttində bir nəfər gömrük əməkdaşı onu saxlayıb onunla şifahi sorğu-sual apararaq, üstündə, əl yükündə və ya daxili orqanlarında qanunla dövriyyəsi qadağan olunmuş və ya dövriyyəsinə məhdudiyyət qoyulmuş, habelə gömrük nəzarətindən gizlədilmiş mallar-narkotik vasitələr, psixotrop maddələr, silah-sursat, qızıl və digər zinət əşyaları, dərman peraparatları və s. olub-olmadığını soruşmuşdur. Gömrük əməkdaşına üzərində, əl yükündə və daxili orqanlarında belə bir predmetlərin olmadığını bildirmişdir. Həmin vaxtı orada olan adını bilmədiyi əməliyyatçı onunla mübahisə etmiş və ona acıqlanmışdır. Sonra gömrük əməkdaşı ona bildirmişdir ki, üzərində şəxsi yoxlama aparılacaqdır. Bu məqsədlə onu yoxlama yerində olan bir otağa aparmışlar. Həmin otağın qarşısında yarım saat tək nəzarətsiz olmaqla gözləmişdir. Sonra 2 (iki) nəfər şahid dəvət edib, onların iştirakı ilə onun üzərinə şəxsi yoxlama və baxış keç irilmişdir. Gömrük əməkdaşı hər iki hal şahidinin iştirakı ilə onun üzərini, o cümlədən əyninə geydiyi paltarları yoxlamışlar. Gömrük əməkdaşları tərəfindən aparılan şəxsi yoxlama zamanı üzərindən heç bir hüquqpozma predmeti aşkar edilməmişdir. Sonra gömrük əməkdaşı ona daxili orqanlarının rentgenoloji müayinədən keçirilməsi üçün Astara rayon Mərkəzi xəstəxanasına aparılacağını bildirmiş, gömrük əməkdaşına heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra onu xidməti nəqliyyat vasitəsi ilə, 2 (iki) nəfər şahidlə birlikdə sözügedən xəstəxanaya aparmışlar. Xəstəxanaya aparılarkən həmin xidməti nəqliyyat vasitəsinin arxasındakı olan salonda tək olaraq oturmuşdur. Astara rayon Mərkəzi xəstəxanasına çatdıqdan sonra xidməti nəqliyyat vasitəsində olan hal şahidləri və gömrük əməkdaşı düşmü ş, gömrük əməkdaşı gələrək arxa qapını açmış və o da avtomobildən yerə düşmüşdür. Bu vaxt gömrük əməkdaşı xidməti avtomobilin salonunda bir ədəd büküm tapdığını və həmin bükümün narkotik vasitə olmasını bildirərək, həmin bükümün ona məxsus olduğunu bildirmişdir. Həmin vaxt gömrük əməkdaşına üzərində heç bir büküm olmadığını, bir-neçə dəqiqə əvvəl üzərini və əyninə geydiyi paltarları tam olaraq yoxladıqlarını bildirərək, qeyd olunan bükümün ona heç bir aidiyyəti olmadığını bildirmişdir. Daha sonra Astara rayon Mərkəzi xəstəxanasında onun daxili orqanlarını rentgenoloji müayinə edilmiş, daxili orqanlarında heç bir hüquqpozma predmeti aşkar edilməmişdir. Ümumiyyətlə onun nə üzərində, nə də daxili orqanlarında heç bir narkotik vasitə olmamışdır. Bunu hal şahidlərinin iştirakı ilə üzərində ap arılan şəxsi yoxlama və baxış hərəkətləri də təsdiq edir. Bundan əlavə yoxlama otağının qarşısında yarım saat tək nəzarətsiz gözləmişdir. Onda belə predmet olmuş olsaydı, həmin vaxt həmin narkotik vasitəni özündən kənarlaşdıra bilərdi. Eləcə də, onun üzərində şəxsi yoxlama qurtarmış, bundan sonra daxili orqanlarının rentgenoloji müayinəsi üçün xəstəxanaya aparılmışdır. Belə olan halda, yəni artıq onun üzəri və paltarı yoxlanıldığı və heç bir qanunsuz predmet aşkar olmadığı halda, əgər üzərində narkotik vasitə olmuş olsaydı da belə, onu özündən kənarlaşdırmağa ehtiyac qalmazdı. Ən nəhayət xəstəxanaya xidməti nəqliyyat vasitəsinin arxasında olan salonda tək getmiş və əlləri açıq olmuşdur. Həmin vaxt əgər onda narkotik vasitə olsaydı, onu rahat şəkildə avtomobilin salonunda görünməyən bir yer də gizlədə bilərdi. Nəyə görə onu açıq şəkildə hamının görə biləcəyi bir yerdə qoymalı idi. Xəstəxanadan qayıtdıqdan sonra gömrük əməkdaşları ona fiziki təzyiq göstərərək tərtib etdikləri protokolu və onun adından yazılmış izahatı ona imzalatmışlar” Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi sübutların hər birini mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi baxımdan qiymətləndirərək x11 verilmiş ittiham üzrə təqsirli bilinməsi üçün əsas olmaması barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi bu qənaətə gələrkən iş üzrə şahidlər x5, x6 və x7 ibtidai istintaqda, birinci instansiya məhkəməsində və apellyasiya məhkəməsində “Çingiz Əhmədovun xidməti avtomobil ilə Astara Rayon Mərkəzi Xəstəxanasına aparılarkən həmin avtomobildə bir bükümdə narkot ik vasitənin aşkar olunması”-na dair verdikləri fərqli-fərqli ifadələri qeyri-ciddi, əməlin həqiqiliyini şübhə altına alan, qeyri mötəbər sübut kimi qiymətləndirməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən həm ibtidai araşdırma zamanı, həm də məhkəmə baxışlarında toplanmış sübutlar hərtərəfli, tam və obyektiv olaraq tədqiq olunmaqla, yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir və həmin sübutların təkrar sadalanmasını zəruri hesab etmir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. Bu maddənin İİ hissəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı, Mülki və siyasi hüquqlara dair Beynəlxalq Paktın 14-cü maddələrinə müvafiq olaraq hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz sayılır. Bu maddələrdə ifadə olunan müddəalar və onların mahiyyətini təşkil edən əsas prinsiplər milli qanunvericiliyimizdə də geniş təsbit olunmuşdur. Ümumiyyətlə, təqsirləndirilən şəxsin, onun müdafiəçisinin mövqelərinin qorunması ilə bağlı prosessual təminatların mövcudluğu bax ımından işin mahiyyəti üzrə prosessual hüquq bərabərliyinin təmin olunması yolu ilə ittiham və müdafiə tərəfinin hər birinin bütün dəlillərinin məhkəmə prosesində baxılıb qiymətləndirilməsi təqsirsizlik prezumpsiyası prinsipinin təmin edilməsi istiqamətində mühüm əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun su rətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. “x8rşı iş üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və istintaqın suallarına cavab verən təkmil rəy ədalətin gücünə inam yarada və inzibati orqanların fəaliyyətinin icrasına kömək edə bilər. Məhkəmə ekspertizasının keçirilməsinin milli rejimi onun səmərəliliyi və etibarlığını müdafiə edən, xüsusilə də ekspertlərə öz rəyini əsaslandırmaq öhdəliyini qoyan yetərli təminatlarla təmin edilməlidir. İn san Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Göstərilənlərə əsasən cinayət işi üzrə Şir van Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 yanvar 2020-ci il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən və qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya protesti təmin edilməsin. x12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələriilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 yanvar 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-693/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-693/2020
01.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver