Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-693/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Məhkum və onun m üdafiəçiləri Müdafiəçi3 və Müdafiəçi2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 noyabr 2022-ci il tarixli qərarından Məhkum, onun müdafiəçisi Müdafiəçi3, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (sədrlik edən hakim R.M.Daşdəmirov) 19 sentyabr 2022-ci il tarixli, 1(004)-442/2022 nömrəli hökmü ilə xx xxxxx 1985-ci il tarixdə Füzuli rayonu, Əhmədalılar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, taksi sürücüsü işləyən, məhkum olunmamış, Sumqayıt şəhəri, Yeni Yaşıl dərə massivində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM -in) 221.3-cü maddəsi ilə təqsirli bilinərək, 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cu maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu 15 avqust 2022-ci il tarixdən 17 avqust 2022-ci il tarixədək, yəni 2 (iki) gün müddət azadlıqdan məhrumetmə cəzasının bir günə bir gün hesabı ilə hesablanaraq ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılması və onun üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 24 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum təqsirli bilinmişdir ona görə ki, o, ictimai qaydanı kobud sur ətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən, eləcə də ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən digər şəxsə müqavimət göstərməklə silah qismində istifadə olunan əşya ilə istifadə etməklə qərəzli xuliqanlıq hərəkətlər etmişdir. Belə ki, o, 20 iyun 2022-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 8 ünvanında yerləşən “SPACE” televiziya kanalının qarşısında qeyri rəsmi nikah münasibətində olan Zərərçəkmiş şəxs1 və sonuncunun bacısı Zərərçəkmiş şəxs2 ilə söhbət edərkən sonuncunun ona bacısı Zərərçəkmiş şəxs1 ilə münasibətlərini sonlandırmasını tələb edərkən o, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davra nış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərib küçədə sonuncuların ünvanına nalayiq söyüşlər işlədərək hadisə yerinə toplanmış vətəndaşların gözü qarşısında cəmiyyətdə bərqərar olunmuş birgəyaşayış və davranış qaydalarını pozub heç bir əsaslı səbəb olmadan yumruğu, yəni sağ əlinin ovuc hissəsində saxladığı silah qismində istifadə etdiyi avtomobil açarı ilə Zərərçəkmiş şəxs1 çənə nahiyəsinə bir dəfə qəsdən vurub sonuncuya sol yanaq nahiyəsində çənə şaxəsi proyeksiyasının qançırı və əzilmiş yarası kimi həm ayrı-ayrılıqda, həm də ümumilikdə dərəcələri təyin olunmayan sağlamlığa zərər vurmayana aid xəsarətlər yetirmiş, həmin zaman Zərərçəkmiş şəxs2 ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirərək yumruq zərbəsindən yerə yıxılmış bacısı Zərərçəkmiş şəxs1 ye rdən qaldırmağa cəhd edərkən Məhkum yumruğu, yəni həmin sağ əlinin ovuc hissəsində saxladığı silah qismində istifadə etdiyi avtomobil açarı ilə Zərərçəkmiş şəxs2 sifət nahiyəsinə bir neçə dəfə qəsdən vurub sonuncuya baş beyin silkələnməsi kimi dərəcəsinə görə həm ayrı-ayrılıqda, həm də ümumilikdə qəsdən sağlamlığa yüngül zərərvurmaya aid xəsarəti və burun belinin şişkinliyi, qançırı və əzilmiş yarası, sol saidin şişkinliyı və qançırı kimi dərəcələri təyin olunmayan sağlamlığa zərər vurmayan aid xəsarət yetirməklə qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elmar Rəhimov (sədrlik edən və məruzəçi), Faiq Qasımov və Kamran Əkbərov) 16 noyabr 2022-ci il tarixli, 1(103)-702/2022 nömrəli, 1(103)-2113/2022 tarixli qərarı ilə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 Səftar qızı və Zərərçəkmiş şəxs1 Səftar qızının birgə, təqsirləndirilən Məhkum və müdafiəçisi Müdafiəçi3 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli hökmü Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məhkum edilməsinə dair hissədə dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarından Məhkum kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarından məhkumun müdafiəçisi Müdafiəçi3 kassasiya şikayəti verərək qərarın ləğv edilməsini, Məhkum ə məlini Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif etməklə, ona, həmin maddənin sanksiyası həddində yüngül cəza verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarından zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 kassasiya şikayəti verərək təqsirləndirilən şəxsə maddənin sanksiyasında göstərilən ən yüksək həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmişlər. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Yasamal Rayon Məhkəməsinin hökmü və Bakı Apellyasiya Məhkəməsinin qərarı tam əsassız və qanunsuzdur. Çünki məhkəmə heç bir araşdırma aparmadan, heç bir mötəbər sübut olmadan, onun söylədiklərini dinləmədən qərar vermişdir. Bütün bunlar isə onun hüquqlarının p ozulmasına səbəb olmuşdur. Belə ki, zərərçəkmiş şəxs özü təsdiq edir ki, o, onu əli ilə vurmuşdur, ekspert də rəy verərək təsdiq etmişdir ki, xəsarət yüngüldür. Sonradan onun xəbəri olmadan qondorma yolla ekspertdən rəy alınmışdır ki, guya o, onu əli ilə yox, avtomobili idarə etdiyi açarla vurmuşdur, bu isə absurddur. Hətta şahid belə deyir ki, o, Rafayelin əlində açar görməmişdir. Zərərçəkmiş şəxs2 ədliyyə sistemində tibb bacısı işləyir. Gülər ona demişdir ki, hara istəyir şikayət etsin, o onu həbs etdirəcək və ağır cəza verdirəcəkdir. O, yuxarıda göstərdiklərini məhkəmədə söyləmişdir, məhkəmə onu heç dinləmək istəməmişdir. Bütün bunlar sübut edir ki, ona qarşı qərarlar qərəzli və ədavətli olmuşdur. Məhkəmələr isə 5-10 gün müddətində tamamlanmışdır. Belə tələm-tələsik məhkəməni yekunlaşdı rmaq nə deməkdir. Hərçənd insan taleyindən söhbət gedir. Hətta heç bir sübut yox, açar dəsti iş materiallarına əlavə olunmayıb, ziddiyyətli ifadələr vardır. Ancaq mülahizələr vardır. Qeyd edir ki, CPM-in 327 ci maddəsinə əsasən mülahizələrə əsaslana bilməzlər. Şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunur. Konstitusiyanın 127-ci maddəsinin 2-ci hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətli, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Qeyd edir ki, o əsəbi olaraq zərərçəkmişi əli ilə itələyərək, özünü sakitləşdirmək istəmişdir. Bütün söylədiklərində sübut və faktlar vardır. Bildirir ki, evlidir, himayəsində 1 azyaşlı övladı vardır, atası və anası yaşlı və şəkər xəstəsidir. Özü 10 il Dövlət Sərhəd Xidmətində qüsursuz xidmət edərək, sülhmə ramlı qüvvələrin Əfqanıstan və İraqda olan taborunda qulluq etmişdir. Məhkumun müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, Yasamal rayon məhkəməsi Məhkum törətdiyi əməli düzgün tövsif etməmiş, ona əsassız olaraq CM-nin 221.3-cü maddəsinin sanksiyası həddində ağır cəza vermişdir. Belə ki, ibtidai istintaq və məhkəmə zərərçəkmişlərin ifadələrinə əsaslanaraq, qeyd etmişdir ki, guya Məhkum əlində açar dəsti olmuş və o, açar dəstini silah qismində istifadə etməklə zərərçəkmiş şəxslərin üzərində zor tətbiq etmişdir. Halbuki, cinayət işinin ibtidai istintaqını aparan Yasamal rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi təqsirləndirilən Məhkum silah qismində istifadə etdiyi qeyd edilən açar dəstini maddi sübut kimi götürməmiş, cinayət işinin materia lların əlavə etməmişdir. İbtidai istintaq və məhkəmə Zərərçəkmiş şəxs2 təqdim etdiyi videogörüntüyə istinad etmişdir. Lakin həmin video görüntüdə görsənir ki, Məhkum əlində plasmastdan olan avtomobilin pultu vardır və həmin pultun üzərində heç bir açar və ya açar dəsti yoxdur. Təqsirləndirilən Məhkum özü də məhkəmədə bildirmişdir ki, əlimdə avtomobilin pultu var idi və pultun üzərində açar yox idi. Zərərçəkmişlər isə bildirmişlər ki, pultun üzərində açar var idi. Lakin zərərçəkmişlərin açarla bağlı ifadələrini təsdiq edəcək hər hansı bir sübut ittiham orqanı tərəfindən ortaya qoyulmamışdır və cinayət işinin materiallarında yoxdur. Zərərçəkmişin təqdim etdiyi videogörüntü də plastmasdan olan pultun üzərində açarın olmadığını təsdiq edir. Ekspertiza rəyləri də bunu inkar edir. Belə ki, iş ma teriallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə- Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” publik hüquqi şəxsin canlı şəxsin ekspertizası ilə bağlı 20 iyun 2022-ci il tarixli, 616 nömrəli rəyindən görünür ki, X2 almış olduğu xəsarət-sol yanaq nahiyəsində çənə şaxəsi proyeksiyasının qançırı və əzilmiş yarası küt əşyanın təsirindən törənmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” publik hüquqi şəxsin canlı şəxsin ekspertizası ilə bağlı 20 iyun 2022-ci il tarixli, 615 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 almış olduğu xəsarətlər - baş beyin silkələnməsi ilə müşayiət olunan burun belinin şişkinliyi, qançırı və əzilmiş yarası, sol saidin şişkinliyi və qançırı küt əşyanın (əşyaların) təsirindən tö rənmişlər. Ekspert rəyləri də təsdiq edir ki, zərərçəkmişlərə yetirilən xəsarətlər hər hansı bir ucu iti olan əşyanın təsirindən deyil, küt əşyanın təsirindən törənmişdir. Yəni Məhkum əlində açar olsaydı, o, açarı silah qismində istifadə edərək, açarın ucu ilə zərərçəkmişləri vurmalı idi. Bunun olması isə cinayət işinin materialları ilə təsdiq edilmir. Beləliklə Məhkum əməlini Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif olunmalıdır. Lakin Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası apellyasiya şikayətinin dəlillərini, xüsusən də Məhkum əlində açar dəstinin olub-olmamasına dair dəlillərini araşdırmamış, həmin dəlillərə qərarda hüquqi qiymət verməmiş, apellyasiya qərarını ümumi sözlərlə əsaslandıraraq, açar dəsti ilə bağlı dəlillərinin cinayət işindəki hansı mötəbər sübutlarla t əkzib və ya təsdiq olunub-olunmaması ilə əsaslandırmamışdır. Birinci və apellyasiya instansiyası məhkəmələri Məhkum saxta və şübhəli sübutlara (plastmasdan olan atomobil pultuna açar dəsti adı verməklə, onu soyuq silah qismində tanıyaraq) əsasən Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ağır cəza verməklə onun ədalət mühakiməsinə olan inancına və qanuna olan hörmətinə zərbə vurmuşlar. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, təqsirləndirilən şəxs Məhkum təqsiri, ittihamda qeyd olunan əməlin törədilməsi təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üzrə əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmələr tərəfindən məh kuma Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təyin edilmiş 2 il 6 ay azadlıqdan məhrum etmə cəzası onun şəxsiyyətinə və törətdiyi cinayətin ağırlığına uyğun gəlmir. Məhkum əməlindən peşman olmamış, dəfələrlə onları hədələnmişdir. Təyin edilmiş cəza Məhkum islah olunması üçün kifayət etməyəcək, onun şəxsiyyəti təhlükəlidir ona görə də ona maddənin sanksiyasında nəzərdə tutulmuş ən yüksək həddə azadlıqdan məhrum etmə cəzası verilməlidir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Məhkum və onun müdafiəçisi Müda fiəçi3 tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsind ə işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum və onun müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətlərində qeyd etmişlər ki, məhkəmələr əsassız olaraq nəticəyə gəlmişdir ki, Məhkum zərərçəkmiş şəxslərə qarşı zor tətbiq edərək silah qismində avtomobil açarını istifadə etmişdir. Bu hal hər hansı bir sübutla təsdiq olunmur. Ona görə də məhkumun əməli CM-in 221.3-cü maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilməlidir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 kassasiya şikayətində isə Məhkum təqsirli bilindiyi CM-in 221.3-cü maddəsinin sanksiyasının ən yuxarı həddində azadlıqdan məhrumetmə cəzasının təyin edilməs ini xahiş etmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri ilə əlaqədar aşağıdakıları qeyd edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərə findən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətmək də təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin dispozisiyasından görünür ki, həmin maddə ilə əməl o halda tövsif edilir ki, xuliqanlıq hərəkətləri silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə t örədilmiş olsun. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Qanunun yuxarıda qeyd edilən normalarına əsasən şəxsin əməlinin CM-in 221.3-cü maddəsi ilə tövsif edilməsi üçün onun xuliqanlıq hərəkətlərini silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törətməsi məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla təsdiq olunmalıdır. Cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişlər ki, təqsirl əndirilən şəxs sağ əlində tutduğu açar dəsti ilə onlara zərbələr endirmişdir. Məhkəmə iclasında Məhkum isə göstərmişdir ki, zərərçəkmişlərə zərbələri əli ilə vurmuşdur. Zərbə vuran zaman avtomaşının açarı digər əlində olmuşdur. Məhkəmələr təqsirləndirilən şəxs Məhkum zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 zərbə endirərkən əlində açar dəstinin olmaması barədə ifadəsinə tənqidi yanaşmış və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlmişlər. Lakin, işə kassasiya qaydasında yenidən baxan məhkəmə kollegiyası məhkəmələrin qeyd edilən xüsusat üzrə gəldiyi nəticəni əsaslı hesab etmir. Belə ki, cinayət işi üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizaların 20 iyun 2022-ci il tarixli 615 və 616 №-li rəylərindən görünür ki, Zərərçəkmiş şəxs2 almış o lduğu xəsarət – baş beyin silkələnməsi ilə müşayiət olunan burun belinin şişkinliyi, qançırı və əzilmiş yarası, sol saidin şişkinliyi və qançırı, Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlər sol yanaq nahiyəsində çənə şaxəsi proeksiyanın qançırı və əzilmiş yarası küt əşyanın təsirindən törənmişlər. Cinayət işi üzrə keçirilmiş 27 iyul 2022-ci il tarixli 12/615 və 13/616 №-li ekspertiza rəylərinə əsasən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 bədənləri üzərində olan xəsarətlər həm yumruqla, həm dəmir açarla yetirilə bilərdilər. Qeyd olunan xəsarətlər nahiyəsində əşyanın fərdi xüsusiyyətləri saxlanılmadığından hansı küt əşya ilə yetirilməsini demək mümkün deyildir. Zərərçəkmiş şəxslər tərəfindən istintaq orqanına və məhkəməyə təqdim edilmiş fotoşəkillərdə olan kişinin sağ əl ində avtomobil pultu saxlayır. Zərərçəkmiş şəxslər tərəfindən istintaq orqanına və məhkəməyə təqdim edilmiş CD disklərdə olan video görüntülərdən görünür ki, Məhkum onlara yaxınlaşan və onlarla danışan zaman onun sağ əlində avtomaşının pultu və mobil telefon olmuş, danışan vaxtı Məhkum əvvəl telefonu, sonra isə pultu sağ əlindən sol əlinə qoymuş, sağ əli ilə zərbə vurmaya oxşayan hərəkətlər törədən vaxt onun sağ əlində heç nə olmamışdır. Hadisəni görən digər şahidlər K.Q.Hüseynov və R.Z.Məhərrəmov ifadəsində təqsirləndirilən şəxs Məhkum zərərçəkmiş şəxslərə zərbələri əllə vurmasını göstərmişlər. İttiham tərəfi məhkumun zərərçəkmiş şəxsə qarşı törətdiyi xuliqanlıq cinayət əməlini silah və ya silah qisminə istifadə edilən əşya vasitəsi ilə törətməsi barədə başqa sübut təqdim etməmişdir. Azər baycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-in 351.3.4-cü maddəsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri onun təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək sübuta yetirilmiş hesab edilə bilər. Məhkəmə kollegiyası yuxarıda sadalanan sübutlara nəzər salaraq qeyd edir ki, zərərçəkmiş şəxslərin məhkum tərəfindən onlara əlində olan avtomobil açarı ilə zərbələrin yetirilməsi barədə ifadələri təqsirləndirilən şəxsin ifadələri ilə təkzib olunur və cinayət işi üzrə digər sübutlarla təsdiq olunmur. Belə olan halda məhkəmə kollegiyası cinayət-prosessual qanunun yuxarıda sadalanan normaların tələblərinə uyğun olaraq nəticəyə gəlir ki, Məhkum zərərçəkmiş şəxslərə qarşı xuliqanlıq əməlləri törədərkən avtomobilin açarını silah qismində istifadə etm əsi sübuta yetirilmiş hesab edilə bilməz və onun əməlinin Cinayət Məcəlləsinin 221.3cü maddəsi ilə tövsif edilməsi üçün əsaslar yoxdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, istintaq orqanı və məhkəmələr cinayət işinin faktiki hallarını nəzərə alıb, düzgün olaraq nəticəyə gəlmişdir ki, Məhkum xuliqanlıq hərəkətlərini ictimai qaydanın pozulmasının qarşısını alan zərərçəkmiş şəxs Güllər Hüseynovaya qarşı törətmişdir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. İnsan H üquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd edilmişdir ki, təqsirlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası CM-in 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qər arının 23-cü bəndində nəzərdə tutulmuş tövsiyələrdən göründüyü kimi, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Ona görə də məhkəmə kollegiyası nəticəyə gəlir ki, Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 221.2.2-ci maddəsinə tövsif edilməli və ona həmin maddənin sanksiya həddində törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətinə və işin hallarına uyğun olan, cəza təyin edilməlidir. Məhkəmə kollegiyası məhkumun əməlinin CM-in 221.2.2-ci maddəsi ilə tövsif edilməsi ilə əlaqədar zərərçəkmiş şəxslərin kassasiya şikayətinin ona CM-in 221.3-cü maddəsi ilə daha ağır cəza təyin edilmə si ilə əlaqədar dəlillərinə münasibət bildirməyi lüzum görmür. Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsinə görə məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.1.15 və 419.10.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 kassasiya şikayəti təmin edilməsin. Məhkum və onun müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 noyabr 2022-ci il tarixli, 1(103)-2113/2022 nömrəli Məhkum haqqındakı hökmü dəyi şdirilsin. Məhkum əməli Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsindən həmin Məcəllənin 221.2.2-ci maddəsinə tövsif edilsin. Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 221.2.2-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-in 69.3-cü maddəsinə əsasən Məhkum şübhəli şəxs qismində tutulduğu 15 avqust 2022-ci il tarixdən 17 avqust 2022-ci il tarixədək, yəni 2 (iki) gün müddət azadlıqdan məhrumetmə cəzasının bir günə bir gün hesabı ilə hesablanaraq ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 noyabr 2022-ci il tarixli, 1(103)-2113/2022 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-693/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-693/2023
05.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver