Məhkəmə qərarları › İş №1(102)-693/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-693/2024

27.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-693/2024 27.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 iyun 2021-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Mə cəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.41, 144-1.2.5 və 144-3.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 oktyabr 2021-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Mahmudov İlham Ağa oğlu (sədrlik edən), Xankişiyev Mirzə Aslan oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə) 22 iyun 2021-ci il tarixli hökmü ilə xx.xx.1983-cü il tarixdə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, subay, himayəsində 1 yetkinlik yaşına çatmayan və 1 azyaşlı uşağı olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respu blikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona CM-in 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5-ci maddələri ilə 8 (səkkiz) il müddətə, CM-in 144-3.4-cü maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 8 (səkkiz) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin ləğv edilməsi, barəsində “həbs” qətimkan tədbiri seçilməklə məhkəmə iclas zalından dərhal həbs edilməsi, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəlinin 4 iyun 2019-cu il tarixdən hesablanması, barəsində seçilmiş həbs qismində qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, barəsində xüsusi müsadirə tətbiq edilməməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Abdulov Rəşad Məhərrəm oğlunun sədrliyi və məruzəsi ilə, Qədim Xalid oğlu Babayev və İbrahimli İbrahim Adil oğlundan ibarət tərkibdə) 13 oktyabr 2021-ci il tarixli qərarı ilə məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 1441.2.5 və 144-3.4-cü maddələrilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 iyun 2021-ci il tarixli hökmü məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələri ilə irəli sürülmüş ittihama və birinci instansiya məhkəməsinin hökmünə əsasən o, əmisi qızı Şahid2 və tanışı, Türkiyə Respublikası vətəndaşı Tarkan Gursen ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2017-cı ilin fevral ayının ortalarında X10 Respublikasının İstanbul şəhərində, yaşadığı mənzildə olan Zərərçəkmiş şəxs7 çılpaq video görüntülərini yayacağını bildirib həmin hədə-qorxu məcburetmə vasitəsindən istifadə edərək onu cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, bundan başqa Məhkum təkrarən əmisi qız ı Şahid2 və tanışı Tarkan Gursen ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2017-ci ilin fevral ayının ortalarında Şahid2 Türkiyə Respublikasından X-də yaşayan Zərərçəkmiş şəxs6 ilə telefon əlaqəsi saxlayıb 20 yanvar 2017-ci il tarixdən 11 fevral 2017-ci il tarixədək Türkiyə Respublikasında fahişəliklə məşğul olması barədə anasına məlumat veriləcəyini bildirib həmin hədə-qorxu məcburetmə vasitəsindən istifadə edərək onu cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, Məhkum təkrarən əmisi qızı Şahid2 və tanışı Tarkan Gursen ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2017-ci ilin fevral ayının ortalarında Şahid2 Türkiyə Respublikasından Bakı şəhəri, Xətai rayonu, A.Qurban küçəsi, bina 1, mənzil 42də yaşayan, Zərərçəkmiş şəxs6 rəfiqəsi Zərərçəkmiş şəxs5 ilə telefon əlaqəsi saxlamaq la onu maddi imkansızlığı ilə əlaqədar zəiflik vəziyyətindən sui-istifadə edib Türkiyə Respublikasında yüksək maaşlı işə düzəldəcəyi adı ilə aldadaraq cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs5 razılıq verdiklərindən 24 fevral 2017-ci il tarixdə, saat 19:40-da Bakı beynəlxalq hava limanında yerləşən sərhəd nəzarət məntəqəsindən Azərbaycan Respublikasının dövlət sərhədini keçərək təyyarə ilə Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş, Şahid2 onları qarşılayıb kirayə götürdüyü mənzildə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs5 pasportunu götürüb saxlamaqla gizlədərək 2017-ci ilin fevral ayının ortalarından Zərərçəkmiş şəxs7, 24 fevral 2017-ci il tarixdən isə Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs5 20 mart 2017-ci il tari xədək olan müddət ərzində Məhkum ilə birlikdə İstanbul şəhərinin müxtəlif yerlərində pul qarşılığında kişi cinsindən olan şəxslərə təqdim etməklə cinsi istismar edərək tamah niyyəti ilə üç şəxs barəsində insan alveri cinayətini törətmişlər. Bundan başqa Məhkum təkrarən əmisi qızı Şahid2 və sonuncunun tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2017-ci ilin mart ayının əvvəllərində Şahid1 tanışı Zərərçəkmiş şəxs3 fahişəliklə məşğul olmasını Mingəçevir şəhərində yayacağını bildirib həmin hədə-qorxu məcburetmə vasitəsindən istifadə edərək onu cinsi istismar edilməsi məqsədi ilə Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, 72 nömrəli binanın yaxınlığında cəlb etmiş, Zərərçəkmiş şəxs3 razılıq verdiyindən 23 mart 2017-ci il tarixdə, saat 08:09-da Gəncə beynəlxalq hava limanında yerləşən sərhəd nəzarət məntəqəsindən Azərbaycan Respublikasının dövlət sərhədini keçərək təyyarə ilə Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş, Şahid2 Zərərçəkmiş şəxs3 hava limanında qarşılayıb kirayə götürdüyü mənzildə yerləşdirdikdən sonra həmin tarixdən 27 may 2017-cı il tarixədək olan müddət ərzində Məhkum ilə birlikdə İstanbul şəhərinin müxtəlif yerlərində pul qarşılığında kişi cinsindən olan şəxslərə təqdim etməklə cinsi istismar edərək tamah niyyəti ilə dörd şəxs barəsində insan alveri cinayətini törətmişlər. Bundan başqa Məhkum təkrarən əmisi qızı Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2017-ci ilin aprel ayının əvvəllərində Şahid2 Türkiyə Respublikasından Mingəçevir şəhəri,HeydərƏliyev prospekti, bina 43, mənzil 15-də yaşayan Zərərçəkmiş şəxs11 qızı ilə t elefon əlaqəsi saxlamaqla onu maddi imkansızlığı ilə əlaqədar zəiflik vəziyyətindən sui-istifadə edib Türkiyə Respublikasında yüksək maaşlı işə düzəldəcəyi adı ilə aldadaraq cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, bundan başqa Məhkum təkrarən əmisi qızı Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2017-ci ilin aprel ayının əvvəllərində Şahid2 Türkiyə Respublikasından Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, ev 80/25, mənzil 3- də yaşayan Zərərçəkmiş şəxs10 ilə telefon əlaqəsi saxlamaqla onu maddi imkansızlığı ilə əlaqədarzəiflik vəziyyətindən sui-istifadə edib Türkiyə Respublikasında yüksək maaşlı işə düzəldəcəyi adı ilə aldadaraq cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs10 razılıq verdiklərindən 11 aprel 2017-ci il tarixdə, saat 07:07-də Gəncə beynəlxalq hava limanında yerləşən sərhəd nəzarət məntəqəsindən Azərbaycan Respublikasının dövlət sərhədini keçərək təyyarə ilə Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş, Şahid2 onları qarşılayıb kirayə götürdüyü mənzildə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə pasportlarını götürüb saxlamaqla gizlədərək həmin tarixdən 09 may 2017-ci il tarixədək Zərərçəkmiş şəxs11, 27 may 2017-ci il tarixədək olan müddət ərzində isə Zərərçəkmiş şəxs10 Məhkum ilə birlikdə İstanbul şəhərinin müxtəlif yerlərində pul qarşılığında kişi cinsindən olan şəxslərə təqdim etməklə cinsi istismar edərək tamah niyyəti ilə altı şəxs barəsində insan alveri cinayətini törətmişlər. Bundan başqa Məhkum təkrarən əmisi qızı Şahid2 və sonuncunun tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qru p şəxs halında 2017-ci ilin aprel ayının əvvəllərində Şahid1 Zərərçəkmiş şəxs4 fahişəliklə məşğul olmasını Mingəçevir şəhərində yayacağını bildirib həmin hədə-qorxu məcburetmə vasitəsindən istifadə edərək onu cinsi istismar edilməsi məqsədi ilə Mingəçevir şəhəri, X11 küçəsi, 16/15 nömrəli binanın yaxınlığında cəlb etmiş, Zərərçəkmiş şəxs4 razılıq verdiyindən 18 aprel 2017-ci il tarixdə, saat 07:24-də Gəncə beynəlxalq hava limanında yerləşən sərhəd nəzarət məntəqəsindən Azərbaycan Respublikasının dövlət sərhədini keçərək təyyarə ilə Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş, Şahid2 onu hava limanında qarşılayıb kirayə götürdüyü mənzildə yerləşdirdikdən sonra həmin tarixdən 27 may 2017-cı il tarixədək olan müddət ərzində Məhkum ilə birlikdə İstanbul şəhərinin müxtəlif yerlərində pul q arşılığında kişi cinsindən olan şəxslərə təqdim etməklə cinsi istismar edərək tamah niyyəti ilə yeddi şəxs barəsində insan alveri cinayətini törətmişlər. Bundan başqa Məhkum təkrarən əmisi qızı Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2017-ci ilin may ayının əvvəllərində Şahid2 Türkiyə Respublikasından Mingəçevir şəhəri, Nizami prospekti, ev 14, mənzil 28-də yaşayan Zərərçəkmiş şəxs12 ilə telefon əlaqəsi saxlayıb 23 mart 2016-cı il tarixdən 20 aprel 2016-cı il tarixədək Türkiyə Respublikasında müştərilərlə cinsi əlaqədə olduğu zaman çəkdiyi video görüntülərini yayacağını bildirməklə həmin hədə-qorxu məcburetmə vasitəsindən istifadə edərək onu cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, Zərərçəkmiş şəxs12 razılıq verdiyindən 16 may 2017-ci il tarixdə, saat 07:04-də Gəncə b eynəlxalq hava limanında yerləşən sərhəd nəzarət məntəqəsindən Azərbaycan Respublikasının dövlət sərhədini keçərək təyyarə ilə Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş, Şahid2 Zərərçəkmiş şəxs12 qarşılayıb kirayə götürdüyü mənzildə yerləşdirdikdən sonra həmin tarixdən 27 may 2017-ci il tarixədək olan müddət ərzində Məhkum ilə birlikdə İstanbul şəhərinin müxtəlif yerlərində pul qarşılığında kişi cinsindən olan şəxslərə təqdim etməklə cinsi istismar edərək tamah niyyəti ilə səkkiz şəxs barəsində insan alveri cinayətini törətmişlər. Bundan başqa Məhkum təkrarən əmisi qızı Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2017-ci ilin iyun ayının əvvəllərində Şahid2 Türkiyə Respublikasından Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, bina 43, mənzil 15-də yaşayan Zərərçəkmiş şəx s11 ilə telefon əlaqəsi saxlayıb 11 aprel 2017-ci il tarixdən 09 may 2017-ci il tarixədək Türkiyə Respublikasında müştərilərlə cinsi əlaqədə olduğu zaman çəkdiyi video görüntülərini yayacağını bildirməklə həmin hədə-qorxu məcburetmə vasitəsindən istifadə edərək onu cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, Zərərçəkmiş şəxs11 razılıq verdiyindən 06 iyun 2017-ci il tarixdə, saat 07:13-da Gəncə beynəlxalq hava limanında yerləşən sərhəd nəzarət məntəqəsindən Azərbaycan Respublikasının dövlət sərhədini keçərək təyyarə ilə Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş, Şahid2 Zərərçəkmiş şəxs11 qarşılayıb kirayə götürdüyü mənzildə yerləşdirdikdən sonra həmin tarixdən 01 iyul 2017-ci il tarixədək olan müddət ərzində Məhkum ilə birlikdə İstanbul şəhərinin müxtəlif yerlərində pul qarşılığı nda kişi cinsindən olan şəxslərə təqdim etməklə cinsi istismar edərək tamah niyyəti ilə səkkiz şəxs barəsində insan alveri cinayətini törətmişlər. Bundan başqa Məhkum təkrarən əmisi qızı Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2017-ci ilin iyun ayının əvvəllərində Şahid2 Türkiyə Respublikasından Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, bina 72, mənzil 10-da yaşayan Zərərçəkmiş şəxs3 ilə telefon əlaqəsi saxlayıb 23 mart 2017-cı il tarixdən 27 may 2017-ci il tarixədək Türkiyə Respublikasında müştərilərlə cinsi əlaqədə olduğu zaman çəkdiyi video görüntülərini yayacağını bildirməklə həmin hədə-qorxu məcburetmə vasitəsindən istifadə edərək onu cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, Zərərçəkmiş şəxs3 razılıq verdiyindən 08 iyun 2017-ci il tarixdə, saat 07:46-da Gəncə b eynəlxalq hava limanında yerləşən sərhəd nəzarət məntəqəsindən Azərbaycan Respublikasının dövlət sərhədini keçərək təyyarə ilə Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş, Şahid2 Zərərçəkmiş şəxs3 qarşılayıb kirayə götürdüyü mənzildə yerləşdirdikdən sonra həmin tarixdən 08 sentyabr 2017-ci il tarixədək olan müddət ərzində Məhkum ilə birlikdə İstanbul şəhərinin müxtəlif yerlərində pul qarşılığında kişi cinsindən olan şəxslərə təqdim etməklə cinsi istismar edərək tamah niyyəti ilə səkkiz şəxs barəsində insan alveri cinayətini törətmişlər. Bundan başqa Məhkum təkrarən əmisi qızı Şahid2 və sonuncunun tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2017-ci ilin iyun ayının əvvəllərində Şahid1 tanışları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 fahişəliklə məşğul olmalarını Mingə çevir şəhərində yayacağını bildirib həmin hədə-qorxu məcburetmə vasitəsindən istifadə edərək hər ikisini cinsi istismar edilməsi məqsədi ilə Mingəçevir şəhəri, Təbriz döngəsi, 29 nömrəli binanın yaxınlığında cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılıq verdiyindən Şahid1 onun pasport almasına köməklik edərək 21 iyun 2017-ci il tarixdə Türkiyə Respublikasına yola salmış, Zərərçəkmiş şəxs1 saat 21:36-da avtobusla Şıxlı sərhəd nəzarət məntəqəsindən, Zərərçəkmiş şəxs2 isə 25 avqust 2017-ci il tarixdə, saat 05:53- də Bakı beynəlxalq hava limanında yerləşən sərhəd nəzarət məntəqəsindən Azərbaycan Respublikasının dövlət sərhədini keçərək təyyarə ilə Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş, Şahid2 onları qarşılayıb kirayə götürdüyü mənzildə yerləşdirdikdən sonra 23 iyun 2017-ci il tarixdən 03 no yabr 2017-cı il tarixədək Zərərçəkmiş şəxs1, 25 avqust 2017-ci il tarixdən 17 sentyabr 2017-cı il tarixədək olan müddət ərzində isə Zərərçəkmiş şəxs2 Məhkum ilə birlikdə İstanbul şəhərinin müxtəlif yerlərində pul qarşılığında kişi cinsindən olan şəxslərə təqdim etməklə cinsi istismar edərək tamah niyyəti ilə on şəxs barəsində insan alveri cinayətini törətmişlər. Bundan başqa Məhkum təkrarən əmisi qızı Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2017-ci ilin iyun ayının ortalarında Şahid2 Türkiyə Respublikasından Xdə yaşayan Zərərçəkmiş şəxs6 ilə telefon əlaqəsi saxlayıb 20 yanvar 2017-ci il tarixdən 11 fevral 2017-ci il tarixədək Türkiyə Respublikasında müştərilərlə cinsi əlaqədə olduğu zaman çəkdiyi video görüntülərini yayacağını bildirməklə həmin hədə-qorxu məcburetmə vasitəsi ndən istifadə edərək onu cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, bundan başqa Məhkum təkrarən əmisi qızı Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2017-ci ilin iyun ayının ortalarında Şahid2 Türkiyə Respublikasından Bakı Şəhəri, Xəzər Rayonu, Ş/Dres Qəsəbəsi, Dəniz döngəsi küçəsi, bina 2, mənzil 7-də yaşayan Zərərçəkmiş şəxs8 ilə telefon əlaqəsi saxlamaqla onu maddi imkansızlığı ilə əlaqədar zəiflik vəziyyətindən sui-istifadə edib Türkiyə Respublikasında yüksək maaşlı işə düzəldəcəyi adı ilə aldadaraq cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs8 razılıq verdiklərindən 26 iyun 2017-ci il tarixdə, saat 17:53-də Bakı beynəlxalq hava limanında yerləşən sərhəd nəzarət məntəqəsindən Azərbaycan Respublikasının dövlət sərhədini keçər ək təyyarə ilə Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş, Şahid2 onları qarşılayıb kirayə götürdüyü mənzildə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs8 pasportunu götürüb saxlamaqla gizlədərək həmin tarixdən 07 iyul 2017-ci il tarixədək Zərərçəkmiş şəxs8, 18 iyul 2017-ci il tarixədək olan müddət ərzində isə Zərərçəkmiş şəxs6 Məhkum ilə birlikdə İstanbul şəhərinin müxtəlif yerlərində pul qarşılığında kişi cinsindən olan şəxslərə təqdim etməklə cinsi istismar edərək tamah niyyəti ilə on bir şəxs barəsində insan alveri cinayətini törətmişlər. Bundan başqa Məhkum təkrarən əmisi qızı Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2017-ci ilin avqust ayının ortalarında Şahid2 Türkiyə Respublikasından X-də yaşayan Zərərçəkmiş şəxs6 ilə telefon əlaqəsi saxlayıb 20 yanvar 2017-ci il tarixdən 11 fevral 2017-ci il tarixədək Türkiyə Respublikasında müştərilərlə cinsi əlaqədə olduğu zaman çəkdiyi video görüntülərini yayacağını bildirməklə həmin hədə-qorxu məcburetmə vasitəsindən istifadə edərək onu cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, bundan başqa Məhkum təkrarən əmisi qızı Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2017-ci ilin avqust ayının sonlarında Şahid2 Türkiyə Respublikasından Bakı şəhəri, Xətai rayonu, A.Qurban küçəsi, bina 1, mənzil 42-də yaşayan Zərərçəkmiş şəxs5 ilə telefon əlaqəsi saxlayıb 24 fevral 2017-ci il tarixdən 20 mart 2017-ci il tarixədək Türkiyə Respublikasında müştərilərlə cinsi əlaqədə olduğu zaman çəkdiyi video görüntülərini yayacağını bildirməklə həmin hədə-qorxu məcburetmə vasitəsindən istifadə edərə k onu cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs5 razılıq verdiklərindən 28 avqust 2017-ci il tarixdə, saat 21:05-də Bakı beynəlxalq hava limanında yerləşən sərhəd nəzarət məntəqəsindən Azərbaycan Respublikasının dövlət sərhədini keçərək təyyarə ilə Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş, Şahid2 onları qarşılayıb kirayə götürdüyü mənzildə yerləşdirdikdən sonra həmin tarixdən 28 sentyabr 2017-ci il tarixədək Zərərçəkmiş şəxs5, 26 noyabr 2017-ci il tarixədək olan müddət ərzində isə Zərərçəkmiş şəxs6 Məhkum ilə birlikdə İstanbul şəhərinin müxtəlif yerlərində pul qarşılığında kişi cinsindən olan şəxslərə təqdim etməklə cinsi istismar edərək tamah niyyəti ilə on bir şəxs barəsində insan alveri cinayətini törətmişlər. Bundan başqa Məhkum təkra rən əmisi qızı Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2017-ci ilin sentyabr ayının əvvəllərində Şahid2 Türkiyə Respublikasından Mingəçevir şəhəri, Nizami prospekti, ev 14, mənzil 28-də yaşayan Zərərçəkmiş şəxs12 ilə telefon əlaqəsi saxlayıb 23 mart 2016-cı il tarixdən 20 aprel 2016cı il tarixədək Türkiyə Respublikasında müştərilərlə cinsi əlaqədə olduğu zaman çəkdiyi video görüntülərini yayacağını bildirməklə həmin hədə-qorxu məcburetmə vasitəsindən istifadə edərək onu cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, Zərərçəkmiş şəxs12 razılıq verdiyindən 07 sentyabr 2017-ci il tarixdə, saat 07:30-da Gəncə beynəlxalq hava limanında yerləşən sərhəd nəzarət məntəqəsindən Azərbaycan Respublikasının dövlət sərhədini keçərək təyyarə ilə Türkiyə Respublikasının İstanbul şəhərinə g etmiş, Şahid2 Zərərçəkmiş şəxs12 qarşılayıb kirayə götürdüyü mənzildə yerləşdirdikdən sonra həmin tarixdən 05 oktyabr 2017-ci il tarixədək olan müddət ərzində Məhkum ilə birlikdə İstanbul şəhərinin müxtəlif yerlərində pul qarşılığında kişi cinsindən olan şəxslərə təqdim etməklə cinsi istismar edərək tamah niyyəti ilə on bir şəxs barəsində insan alveri cinayətini törətmişlər. Bundan başqa Məhkum təkrarən əmisi qızı Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2017-ci ilin sentyabr ayının ortalarında Şahid2 Türkiyə Respublikasından Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, bina 72, mənzil 10- da yaşayan Zərərçəkmiş şəxs3 ilə telefon əlaqəsi saxlayıb 23 mart 2017-cı il tarixdən 27 may 2017-ci il tarixədək Türkiyə Respublikasında müştərilərlə cinsi əlaqədə olduğu zaman çəkdiyi vide o görüntülərini yayacağını bildirməklə həmin hədə-qorxu məcburetmə vasitəsindən istifadə edərək onu cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, Zərərçəkmiş şəxs3 razılıq verdiyindən 19 sentyabr 2017-ci il tarixdə, saat 07:49-da Gəncə beynəlxalq hava limanında yerləşən sərhəd nəzarət məntəqəsindən Azərbaycan Respublikasının dövlət sərhədini keçərək təyyarə ilə Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş, Şahid2 Zərərçəkmiş şəxs3 qarşılayıb kirayə götürdüyü mənzildə yerləşdirdikdən sonra həmin tarixdən 03 noyabr 2017-ci il tarixədək olan müddət ərzində Məhkum ilə birlikdə İstanbul şəhərinin müxtəlif yerlərində pul qarşılığında kişi cinsindən olan şəxslərə təqdim etməklə cinsi istismar edərək tamah niyyəti ilə on bir şəxs barəsində insan alveri cinayətini törətmişlər. Bundan başqa Məhkum təkrarən əmisi qızı Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2017-ci ilin oktyabr ayının əvvəllərində Şahid2 Türkiyə Respublikasından -də yaşayan Zərərçəkmiş şəxs9 ilə telefon əlaqəsi saxlamaqla onu maddi imkansızlığı ilə əlaqədar zəiflik vəziyyətindən sui-istifadə edib Türkiyə Respublikasında yüksək maaşlı işə düzəldəcəyi adı ilə aldadaraq cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, Zərərçəkmiş şəxs9 razılıq verdiyindən 09 oktyabr 2017-ci il tarixdə, saat 21:34-də Bakı beynəlxalq hava limanında yerləşən sərhəd nəzarət məntəqəsindən Azərbaycan Respublikasının dövlət sərhədini keçərək təyyarə ilə Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş, Şahid2 onu qarşılayıb kirayə götürdüyü mənzildə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə pasportunu götürüb saxlamaq la gizlədərək həmin tarixdən 15 noyabr 2017-ci il tarixədək olan müddət ərzində Məhkum ilə birlikdə İstanbul şəhərinin müxtəlif yerlərində pul qarşılığında kişi cinsindən olan şəxslərə təqdim etməklə cinsi istismar edərək tamah niyyəti ilə on iki şəxs barəsində insan alveri cinayətini törətmişlər. Bundan başqa Məhkum təkrarən əmisi qızı Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 11 oktyabr 2017-ci il tarixdə Şahid2 Türkiyə Respublikasından Bakı şəhəri, Xətai rayonu, A.Qurban küçəsi, bina 1, mənzil 42-də yaşayan Zərərçəkmiş şəxs5 ilə telefon əlaqəsi saxlayıb 24 fevral 2017-ci il tarixdən 20 mart 2017-ci il tarixədək Türkiyə Respublikasında müştərilərlə cinsi əlaqədə olduğu zaman çəkdiyi video görüntülərini yayacağını bildirməklə həmin hədə-qorxu məcburetmə vasitəsindən istifadə edərək onu cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, Zərərçəkmiş şəxs5 razılıq verdiyindən 14 oktyabr 2017-ci il tarixdə, saat 21:06-da Bakı beynəlxalq hava limanında yerləşən sərhəd nəzarət məntəqəsindən Azərbaycan Respublikasının dövlət sərhədini keçərək təyyarə ilə Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş, Şahid2 onu qarşılayıb kirayə götürdüyü mənzildə yerləşdirdikdən sonra həmin tarixdən 22 noyabr 2017-ci il tarixədək olan müddət ərzində Məhkum ilə birlikdə İstanbul şəhərinin müxtəlif yerlərində pul qarşılığında kişi cinsindən olan şəxslərə təqdim etməklə cinsi istismar edərək tamah niyyəti ilə on iki şəxs barəsində insan alveri cinayətini törətmişlər. Bundan başqa Məhkum təkrarən əmisi qızı Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2017-ci ilin noyabr ayını n ortalarında Şahid2 Türkiyə Respublikasından Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, bina 72, mənzil 10- da yaşayan Zərərçəkmiş şəxs3 ilə telefon əlaqəsi saxlayıb 23 mart 2017-cı il tarixdən 27 may 2017-ci il tarixədək Türkiyə Respublikasında müştərilərlə cinsi əlaqədə olduğu zaman çəkdiyi video görüntülərini yayacağını bildirməklə həmin hədə-qorxu məcburetmə vasitəsindən istifadə edərək onu cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, Zərərçəkmiş şəxs3 razılıq verdiyindən 21 noyabr 2017-ci il tarixdə, saat 08:31-də Gəncə beynəlxalq hava limanında yerləşən sərhəd nəzarət məntəqəsindən Azərbaycan Respublikasının dövlət sərhədini keçərək təyyarə ilə Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş, Şahid2 Zərərçəkmiş şəxs3 qarşılayıb kirayə götürdüyü mənzildə yerləşdirdikdən sonra hə min tarixdən 30 dekabr 2017-ci il tarixədək olan müddət ərzində Məhkum ilə birlikdə İstanbul şəhərinin müxtəlif yerlərində pul qarşılığında kişi cinsindən olan şəxslərə təqdim etməklə cinsi istismar edərək tamah niyyəti ilə on iki şəxs barəsində insan alveri cinayətini törətmişlər. Bundan başqa Məhkum təkrarən əmisi qızı Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2017-ci ilin noyabr ayının sonlarında Şahid2 Türkiyə Respublikasından də yaşayan Zərərçəkmiş şəxs9 ilə telefon əlaqəsi saxlayıb 09 oktyabr 2017-ci il tarixdən 15 noyabr 2017-ci il tarixədək Türkiyə Respublikasında müştərilərlə cinsi əlaqədə olduğu zaman çəkdiyi video görüntülərini yayacağını bildirməklə həmin hədə-qorxu məcburetmə vasitəsindən istifadə edərək onu cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, Zərərç əkmiş şəxs9 razılıq verdiyindən 26 noyabr 2017-ci il tarixdə, saat 16:24-də Bakı beynəlxalq hava limanında yerləşən sərhəd nəzarət məntəqəsindən Azərbaycan Respublikasının dövlət sərhədini keçərək təyyarə ilə Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş, Şahid2 onu qarşılayıb kirayə götürdüyü mənzildə yerləşdirdikdən sonra həmin tarixdən 30 noyabr 2017-ci il tarixədək olan müddət ərzində Məhkum ilə birlikdə İstanbul şəhərinin müxtəlif yerlərində pul qarşılığında kişi cinsindən olan şəxslərə təqdim etməklə cinsi istismar edərək tamah niyyəti ilə on iki şəxs barəsində insan alveri cinayətini törətmişlər. Bundan başqa Məhkum təkrarən əmisi qızı Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2017-ci ilin dekabr ayının əvvəllərində Şahid2 Türkiyə Respublikasından Bakı Şəhəri, Xəzər Rayonu, Ş/Dres Qəsəbəsi, Dəniz döngəsi küçəsi, bina 2, mənzil 7-də yaşayan Zərərçəkmiş şəxs8 ilə telefon əlaqəsi saxlayıb 26 iyun 2017ci il tarixdən 07 iyul 2017-ci il tarixədək Türkiyə Respublikasında müştərilərlə cinsi əlaqədə olduğu zaman çəkdiyi video görüntülərini yayacağını bildirməklə həmin hədə-qorxu məcburetmə vasitəsindən istifadə edərək onu cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, Zərərçəkmiş şəxs8 razılıq verdiyindən 18 dekabr 2017-ci il tarixdə, saat 19:06-da Bakı beynəlxalq hava limanında yerləşən sərhəd nəzarət məntəqəsindən Azərbaycan Respublikasının dövlət sərhədini keçərək təyyarə ilə Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş, Şahid2 onu qarşılayıb kirayə götürdüyü mənzildə yerləşdirdikdən sonra həmin tarixdən 30 dekabr 2017-ci il tarixədək olan müddət ərzin də Məhkum ilə birlikdə İstanbul şəhərinin müxtəlif yerlərində pul qarşılığında kişi cinsindən olan şəxslərə təqdim etməklə cinsi istismar edərək tamah niyyəti ilə on iki şəxs barəsində insan alveri cinayətini törətmişlər. Bundan başqa Məhkum təkrarən əmisi qızı Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2018-ci ilin yanvar ayının əvvəllərində Şahid2 Türkiyə Respublikasından Mingəçevir şəhəri, Nizami prospekti, ev 14, mənzil 28-də yaşayan Zərərçəkmiş şəxs12 ilə telefon əlaqəsi saxlayıb 23 mart 2016-cı il tarixdən 20 aprel 2016-cı il tarixədək Türkiyə Respublikasında müştərilərlə cinsi əlaqədə olduğu zaman çəkdiyi video görüntülərini yayacağını bildirməklə həmin hədə-qorxu məcburetmə vasitəsindən istifadə edərək onu cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, Zərərçəkmiş şəxs 12 razılıq verdiyindən 20 yanvar 2018-ci il tarixdə, saat 08:52-də Gəncə beynəlxalq hava limanında yerləşən sərhəd nəzarət məntəqəsindən Azərbaycan Respublikasının dövlət sərhədini keçərək təyyarə ilə Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş, Şahid2 Zərərçəkmiş şəxs12 qarşılayıb kirayə götürdüyü mənzildə yerləşdirdikdən sonra həmin tarixdən 17 fevral 2018-ci il tarixədək olan müddət ərzində Məhkum ilə birlikdə İstanbul şəhərinin müxtəlif yerlərində pul qarşılığında kişi cinsindən olan şəxslərə təqdim etməklə cinsi istismar edərək tamah niyyəti ilə on iki şəxs barəsində insan alveri cinayətini törətmişlər. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətində qeyd etmişdir ki, himayəsində biri azyaşlı olmaqla 2 övladı var, onlar Türkiyədə yaşayan qardaşının yanında qalırlar. Özü onkoloji xəstədir. Kassasiya şikayətində ilk məhkumluğunu, ana olmasını, zərərçəkmiş şəxslərin şikayət və tələbinin olmamasını, sonuncuları sərhəd keçmədiyinə baxmayaraq ona bununla bağlı ittiham verilməsini nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 oktyabr 2021-ci il tarixli qərarının ləğv edilərək cəzasının yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin d üzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyas ı kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, məhkum apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin şikayətində ona ağır cəza təyin olunmasını iddia edərək bu əsasla apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi haqqında tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Kassasiya məhkəmə kollegiyası Məhkum təyin olunmuş və kassasiya şikayətində mübahisələndirilən cəza ilə bağlı aşağıdakıları qeyd edir: Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-in 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-in 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilm əsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin i ctimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin m ənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin isl ah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkum edilmiş şəxs Məhkum cəza təyin edərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən CM-in 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halın olmamasını, onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şərai tinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq ona Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddələrinin sanksiyası həddində qanuni, əsaslı və ədalətli cəza təyin edilmişdir. Apellyasiya instansiya məhkəməsi də tamamilə düzgün olaraq, birinci instansiya məhkəməsinin cəza təyin etmə ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri məhkuma törətdiyi cinayət əməlinə görə Cinayət Məcəlləsinin təqsirləndirildiyi maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinin sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilməsi barədə düzgün hüquqi nəticəyə gəlmişlər. Kassa siya məhkəmə kollegiyası məhkum olunmuş şəxsə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsinin islah təsiri baxımından mütənasib saymamaqla qeyd edir ki: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır; Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstəri lmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə, Məhkum barəsində cəza tədbirinin seçilməsi məsələsini h əll edərkən apellyasiya instansiyası məhkəməsi törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları kifayət qədər nəzərə almışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə baxışında məhkum edilmiş şəxsin müdafiəçisi iş üzrə keçən zərərçəkmiş şəxslərdən əksəriyyəti ilə barışıq əldə olunmasını və göstərilən halı sonuncuya münasibətdə yüngülləşdirici hal kimi nəzərə alınmasını xahiş etsə də, istinad olunan hal Məhkum münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən əlavə hal kimi nəzərə alınmalıdır. Lakin birinci instansiya məhkəməsi tərəfindən Məhkum CM-in təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş ən minimum həddə cəza tə yin edildiyindən, məhkəmənin hökmünün dəyişdirilməsi əsası olaraq hazırki halda çıxış etməsi mümkünsüzdür. Kassasiya şikayətində göstərilən dəlillərlə bağlı məhkəmə kollegiyası həmçinin qeyd etməyi lazım bilir ki, cinayət törətmiş şəxs barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsi zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı yüngülləşdirən hallar cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun. Belə ki, məhkum edilmiş şəxsin təyin edilmiş 8 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müddətinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, cəzanın təyin etmənin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddəsinin tələblərinə əməl etmiş və törədil miş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, həmçinin iş materiallarına əsasən təyin edilən cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda sadalanan cəzanı yüngülləşdirən halı və ağırlaşdıran olmamasını əsas götürərək, o cümlədən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələblərini nəzərə alaraq sonuncuya həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun, eləcə də cəzanın məqsədlərini təmin edən, qanuni, əsaslı və ədalətli cəza təyin etmiş, kassasiya baxışı zamanı ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün əlavə əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməl i, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə təyin edilən cəza və onun həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ailəsinin həyat şəraitinə təsiri baxımından onun islah olunması məqsədinə cavab verir. Məhkəmə kollegiyası Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsinin məqsədəmüvafiq olmadığını qeyd edir və hesab edir ki, kassasiya şikayətinin dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilərək Məhkum təyin olunmuş cəzanın həddinin azaldılması üçün qanuni əsas kimi qəbul edilə bilməz. Məhkə mə kollegiyası hesab edir ki, apellyasiya baxışı mərhələsində cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 oktyabr 2021-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegi yası Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 1441.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 oktyabr 2021-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar