Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-693/2025 06.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkum2 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-487/2023 nömrəli, 13 noyabr 2023-cü il tarixli qərarından Məhkum2 müdafiəçisi Tağıyev Şahlar Tahir oğlu və Məhkum1 müdafiəçisi İskəndərov Fuad İnqlab oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum2 xx xxx 1991-ci il tarixdə Göygöl rayonunun Topalhəsənli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Göygöl rayonu, Topalhəsənli kəndində daimi yaşayış qeydiyyatında olmaqla faktiki olaraq Göygöl rayonu, Gəncə qəsəbəsində yaşamışdır. Məhkum1 xx xxx 1992-ci il tarixdə Daşkəsən rayonunun Qabaqtəpə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Daşkəsən rayonu, Qabaqtəpə kəndində daimi yaşayış qeydiyyatında olmaqla faktiki olaraq Göygöl rayonu, Yeni Qızılca kəndində yaşamışdır. 2. 18 mart 2022-ci il tarixli ittiham aktına görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 144.2.3,144.2.4, 29,149.1 və 150.1-ci maddələri, Məhkum1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsi, Təqsirləndirilən şəxs3, Məhkum2 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 32.5,144.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair ittiham elan edilmişdir. 3. 30 mart 2022-ci il tarixdə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum1, Məhkum2 və digər təqsirləndirilən şəxslər cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmişlər və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum1 qoh umu Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs evlənmək məqsədilə oğurlama təklifinə qabaqcadan razılıq verib, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 25 iyun 2021-ci il tarixdə, saat 18 radələrində Təqsirləndirilən şəxs2 idarə etdiyi “VAZ-2106” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs yaşadığı Göygöl rayonu Gəncə qəsəbəsinə gəlib, sonuncunun qohumları Təqsirləndirilən şəxs3, Məhkum2 və qonşusu Təqsirləndirilən şəxs4 Zərərçəkmiş şəxs su gətirmək üçün qəsəbədə yerləşən bulağa gedəcəyi vaxt, bulağın yanından oğurlanmasının və avtomobilin orada saxlanması üçün daha münasib yer olması barədə məlumat və məsləhətlər aldıqdan sonra, Təqsirləndirilən şəxs1la birlikdə Zərərçəkmiş şəxs iradəsinə zidd fiziki zor t ətbiqi ilə avtomobilin arxa oturacağına mindirib, o, əlləri ilə Zərərçəkmiş şəxs qollarından saxlamaqla Təqsirləndirilən şəxs1 isə əlləri ilə Zərərçəkmiş şəxs ağzından tutmaqla, Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobil ilə Təqsirləndirilən şəxs1 yaşadığı Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən evinə apararaq Zərərçəkmiş şəxs oğurlamışdır. Məhkum2 25 iyun 2021-ci il tarixdə, saat 18:30 radələrində Təqsirləndirilən şəxs1, Məhkum1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında Göygöl rayonunun Gəncə qəsəbə sakini olan dayısı qızı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 məxsus “VAZ 2106” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə zorla Zərərçəkmiş şəxs iradəsinə zidd olaraq mindirərək qaçırıb oğurlamaqla adam oğurluğu etmələrinə avtomobilin saxlanm ası üçün daha münasib yer və Zərərçəkmiş şəxs su gətirmək üçün bulağa getdiyi dəqiq vaxt barədə məsləhət və məlumatları ilə cinayətin törədilməsinə yarana biləcək maneələri aradan qaldırıb yardım edərək köməkçilik etmişdir.
5. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-36/2023 nömrəli, 06 iyun 2023-cü il tarixli hökmü ilə: Məhkum1 Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona Azərbaycan Respublikası CMnin 62-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 17 oktyabr 2021-ci il tarixdən hesablanması; Məhkum2 Azərbaycan Respublikası CM-nin 32.5,144.2.3-cü maddəsində nəzərdə tutulan cinayə t əməlini törətməkdə təqsirli bilinib ona Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 05 noyabr 2021-ci il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 təqsirli bilinib məhkum edilmişlər.
7. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Məhkum1, eləcə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Məhkum2 və Təqsirləndirilən şəxs2 müdafiəçiləri tərəfindən a yrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir.
8. Hökmdən Zərərçəkmiş şəxs da apellyasiya şikayəti verib, Təqsirləndirilən şəxs3 bəraət verilməsi və ya azadlığa buraxılması barədə, digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Məhkum1 münasibətdə isə hökmü ləğv edərək, ittiham edildiyi Cinayət Məcəlləsinin müvafiq maddələrinin sanksiyalarında nəzərdə tutulan cəzanın ən yüksək həddində cəza verilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
9. Həmçinin, hökmdən dövlət ittihamçısı apellyasiya protesti verib, cinayət qanunu normalarını düzgün tətbiq etməklə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Məhkum1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Məhkum2 barəsində Azərbaycan Respublikası CM-nin 62-ci madd əsinin tətbiq olunmasına dair müddəaların hökmdən xaric edilməsi, onlardan hər birinə Azərbaycan Respublikası CM-nin təqsirləndirildikləri maddələrin sanksiyası həddində və cinayətprosessual qanunvericiliyin tələblərinə uyğun, təklif etdiyi həddə cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir.
10. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-487/2023 nömrəli, 13 noyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1, Məhkum1 və Təqsirləndirilən şəxs2 müdafiəçisi, Təqsirləndirilən şəxs3 müdafiəçisi, Təqsirləndirilən şəxs4 müdafiəçisi, Məhkum2 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, apellyasiya protesti təmin edilmiş, Zərərçəkmiş şəxs apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-36/2023 nömrəl i, 06 iyun 2023-cü il tarixli hökmünün cəzaya aid hissədə dəyişdirilməsi, hökmdən təqsirləndirilən şəxslərin hər biri barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiqinə dair müddəaların xaric edilməsi, Məhkum1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsi ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasının və Məhkum2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 32.5,144.2.3-cü maddəsi ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qərara alınmış, hökm Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 təyin edilmiş cəza hissəsində də dəyişdirilmiş, qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından məhkum Təq sirləndirilən şəxs1, məhkum Təqsirləndirilən şəxs3, məhkum Təqsirləndirilən şəxs2, məhkum Təqsirləndirilən şəxs4 və müdafiəçisi Süleymanov Vüqar Kazım oğlu, Zərərçəkmiş şəxs tərəfindən kassasiya şikayətləri, o cümlədən məhkum Təqsirləndirilən şəxs3 tərəfindən kassasiya şikayətinə əlavə verilmişdir.
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)1173/2024 nömrəli, 30 avqust 2024-cü il tarixli qərarı ilə məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş, məhkumlar Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4, eləcə də Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-487/2023 nömrəli, 13 noyabr 2023-cü il tarixli qərarının məhkum Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 aid hissədə onların və Zərərçəkmiş şəxs verdikləri kassasiya şikayətlərinə münasibətdə dəyişdirilməsi, Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 32.5,144.2.3-cü maddəsi ilə təyin edilmiş 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən 05 (beş) il müddətə sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməsi, Təqsirləndirilən şəxs4 təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 32.5,144.2.3-cü maddəsi üzrə Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilməsi və ona təyin edilmiş cəza müddətinin 08 (səkkiz) ildən 05 (beş) ilə endirilməsi qərara alınmış, qərar kassasiya şikayətlərinə münasibətdə məhkumlar Tə qsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 aid qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
13. X3 Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-487/2023 nömrəli, 13 noyabr 2023-cü il tarixli qərarından Məhkum2 müdafiəçisi Tağıyev Şahlar Tahir oğlu və Məhkum1 müdafiəçisi İskəndərov Fuad İnqlab oğlu tərəfindən kassasiya şikayətləri verilmişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar
14. Məhkum2 müdafiəçisi Tağıyev Şahlar Tahir oğlu kassasiya şikayətində qeyd etmişdir ki, Məhkum2 törətdiyi cinayət əməlini ibtidai istintaq dövründə, eləcə də məhkəmə araşdırması zamanı etiraf etmiş, törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Bundan başqa o, 2-ci Qarabağ müharibəsi zamanı səfərbərliklə hərbi xidmətə çağırılmış, 21 sentyabr 2020-ci il tarixdən 27 dekabr 2020-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində hərbi xidmət keçmişdir. Xidmət keçdiyi dövrdə gözdən xəsarət almış və Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının 28 yanvar 2021-ci il tarixli, 117 nömrəli əmri ilə hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. Hazırda Məhkum2 hər iki gözü qlaukoması nəticəsində görmə itiliyinin sağda 0.6-ya qədər azalması, korreksiya ilə 1.0 olmaqla sol gözdə görmə itiliyinin işıq hissinə qədər azaldılmasından əziyyət çəkir. Ona görə də Məhkum2 mütəmadi olaraq müalicə və müayinə olunur. Məhkum2 hazırkı səhhəti onun cəza çəkməsini qeyri-mümkün edir. Həmçinin, Məhkum2 törədilmiş hadisədə rolu birbaşa icraçı deyil, köməkçi olmuşdur. Cinayət hadisəsində köməkçi kimi iştirakının məqsədi Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs ilə ailə həy atı qurmasına kömək etməsi ilə bağlı olmuşdur. Göstərilənlərə əsasən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-487/2023 nömrəli, 13 noyabr 2023-cü il tarixli qərarının dəyişdirilməsi və Məhkum2 barəsində ədalətli cəza təyin edilməsini xahiş etmişdir.
15. Məhkum1 müdafiəçisi İskəndərov Fuad İnqlab oğlu kassasiya şikayətində qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi apellyasiya şikayətində irəli sürdüyü dəlillərini araşdırmamışdır. Törədilən cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun cəzasını yüngülləşdirən hallar, təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alındıqda onun cəza çəkmədən islah olunması mümkün sayılmalı və barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş cəzanın şərti olaraq tə tbiq edilməsi məqsədəmüvafiq bilinməlidir. Göstərilənlərə əsasən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-487/2023 nömrəli, 13 noyabr 2023-cü il tarixli qərarının dəyişdirilməsi, Məhkum1 barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddindən də az cəza təyin edilməsi, daha sonra isə Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə təyin edilən cəzanın şərti hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Zərərçəkmiş şəxs Məhkum1 müdafiəçisi İskəndərov Fuad İnqlab oğlu tərəfindən verilmiş kassasiya şikayətinə dair etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsi, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-487/2023 nömrəli, 13 noyabr 2023-cü il tarixli qərarının dəyişdirilmədən qüvvəsində saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Zərərçəkmiş şəxs daha sonra məhkəməyə teleqram ünvanlayaraq məhkum edilmiş şəxslər Məhkum2 və Məhkum1 şikayətçi olduğunu, buna görə də kassasiya şikayətlərinin təmin edilməməsi, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-487/2023 nömrəli, 13 noyabr 2023-cü il tarixli qərarının dəyişdirilmədən qüvvəsində saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. III. Hüquqi məsələlər
18. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu m addəsi müəyyən edir.
19. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
20. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin mə hkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
21. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
22. Müdafiəçi Tağıyev Şahlar Tahir oğlu kassasiya şikayətində Məhkum2 barəsində ədalətli cəza təyin edilməsini, müdafiəçi İskəndərov Fuad İnqlab oğlu kassasiya şikayətində Məhkum1 barəsində Azərbaycan Respublikası CM-nin 62 və 70-ci maddələrinin tətbiq edilməsini xahiş etməklə, faktiki olaraq xahişlərini Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişlər.
23. Odur ki, kollegiya kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və onların dəlilləri ilə əlaqəli şəkildə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-487/2023 nömrəli, 13 noyabr 2023-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq aşağıdakıları qeyd edir.
24. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsu siyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları).
25. Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə gö rünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməs inin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
26. Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi məsələlərinə həsr olunmuş Azərbaycan Respublikası CM-nin 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsində sadalananlara, yəni cinayətin məqsədi və motivinə, təqsirkarın cinayətin törədilməsində roluna, cinayətin törədilməsi zamanı və sonrakı davranışına, digər hallara aid olub cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltdıqda, şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilərlər.
27. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, Azərbaycan Respublikası CM-nin 62ci maddə sinin nəzərdə tutduğu (həmin Məcəllənin 62.1-ci maddəsində göstərilən halların dairəsinə daxil edilə bilən) əsaslar müəyyən olunduqda belə, bu halların cinayətin ictimai təhlükəliliyinə (onun əhəmiyyətli dərəcədə azaldılması yönündə) təsir edib-etməməsi, yəni onların cinayətin ictimai-təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan müstəsna hallar kimi qiymətləndirilməsinin mümkünlüyü məsələsi, yalnız sözügedən hallara görə deyil, həm də cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edi lməlidir.
28. Öz növbəsində, şərti məhkum etmənin tətbiqi üzrə məsələləri tənzimləyən Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.
29. Şərti məhkum etmə və cəzanın çəkilməsinin təxirə salınması cinayət-hüquqi məsuliyyətin qanunvericilikdə müəyyən edilmiş hallarda və əsaslarla tətbiq edilən güzəştli formasıdır. Qanunver ici humanizm prinsipindən çıxış edərək müəyyən kateqoriya şəxslərin cəzanı real olaraq çəkmədən, cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etdiyi təqdirdə, bu cinayət-hüquqi vasitələrdən istifadə edilməsinin mümkünlüyünü təsbit etmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” 08 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarı).
30. Qeyd olunan cinayət-hüquqi normalara və məhkəmə kollegiyasının hüquqi mövqeyinə əsaslanmaqla kassasiya şikayətlərinin dəlilləri baxılan işin müvafiq materialları ilə müqayisə edilməklə yoxlanıldıqda, məhkumlar Məhkum2 və Məhkum1 barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsini tətbiq etməklə daha yüngül cəzanın təyin edilməsi və ya həmin Məcəllənin 70-ci maddəsini tətbiq etməklə onların barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsi haqqında iddiaların əsassız olduğu müəyyən edilir.
31. Belə ki, Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-nin 144.2.3 maddəsi ilə təqsirli bilindiyi cinayət əməli, həmin Məcəllənin 15.4-cü maddəsində ağır cinayətlər kateqoriyasına aid edilmiş, bu maddənin sanksiyasında səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
32. İş materiallarından göründüyü kimi, məhkəmə araşdırmaları nəticəsində məhkumlar Məhkum2 və Məhkum1 təqsirli bilindikləri Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının ən aşağı həddində 08 (səkkiz) il müddətə azadlıq dan məhkum etmə cəzası təyin edilmiş, bu zaman məhkəmələr Məhkum2 cinayət əməlini etiraf edib, əməlindən səmimi peşmançılıq çəkməsini, İİ dərəcə əlil olmasını, digər Məhkum1a münasibətdə isə onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə almışlar.
33. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin qənaətini təkzib edə biləcək dəlillər gətirilmədiyindən, hazırda fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən müəyyən edilmiş işin hallarını məhkumların cəzasının yüngülləşdirilməsinə (Cinayət Məcəlləsinin 62 və 70-ci maddəsinin tətbiqinin mümkünlüyü məsələsi daxil olmaqla) əsas verən hallar kimi qiymətləndirmək üçün əsas müəyyən edilmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməs inin təyin etdiyi cəza qanunla müəyyən edilmiş məqsədlərə xidmət edir, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3cü maddələrinin tələblərinə tam uyğundur.
34. Həmçinin, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkumlara müdafiələrinin əlverişli qaydada təşkil etmələri və öz mənafelərini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normaların tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.
35. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən CinayətPro sessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
36. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum2 müdafiəçisi Tağıyev Şahlar Tahir oğlu və Məhkum1 müdafiəçisi İskəndərov Fuad İnqlab oğlu tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)487/2023 nömrəli, 13 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum2 müdafiəçisi Tağıyev Şahlar Tahir oğlu v ə Məhkum1 müdafiəçisi İskəndərov Fuad İnqlab oğlu tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-487/2023 nömrəli, 13 noyabr 2023-cü il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.