Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-694/2019 14.05.2019 ALİ MƏHKƏMƏ İş № 1(102)-694/19 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ 14 may 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Cövdət Sərvər oğlu Mehrəliyevin, Məhkum və məhkumun müdafiəçisi X2 iş tirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 iyun 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və onun müdafiəçisi X4 tərəfindən verilmiş kassasiya şikayətinə əlavə üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Xamməd Nuriyev (sədrlik edən və məruzəçi), Nizami Quliyev və Oruc Cəlilovdan ibarət tərkibdə) 17 aprel 2018-ci il tarixli hökmü ilə 25 fevral 1996-ci il tarixdə Beyləqan rayonunun Mayak qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, Beyləqan rayonunun Mayak qəsəbəsində qeydiyyatda olan; Məhkum Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ilə təqsirli bilinib 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 20 noyabr 2017-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, 20 noyabr 2017-ci il tarixdə, saat 04:00 radələrində əvvəllər Beyləqan rayonu, Magistral küçəsində yerləşən “"xxxx" yanacaqdoldurma məntəqəsinin həyətində olan avtomobil sexində yuyucu işləyərkən həmin yanacaqdoldurma məntəqəsində əməliyyatçı işləyən Beyləqan rayonu, Əlinəzərli kənd sakini X5in ona yuduğu avtomobillərin sayını yanacaqdoldurma məntəqəsinin sahibi X7 az göstərməklə az pul verib, onu aldatmasını irad tutmasını bəhanə gətirərək həmin yanacaqdoldurma məntəqəsinə gəlib, X4lə görüşərək yaşadığı qəsəbəyə getmək üçün mən təqəyə gəldiyini bildirib bir qədər söhbət etdikdən sonra X4ün yanacaqdoldurma məntəqəsində olan yataq divanına uzanıb yatmasını görərək, həmin otağda yerləşən şkafın siyirməsindən götürdüyü, zavod üsulu ilə hazırlanmış, soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə heç bir əsaslı səbəb olmadan qəsdən sağ kürək nahiyəsindən bir dəfə vuraraq ona sağ kürəküstü nahiyədə boşluğa keçməyən bir ədəd kəsilmiş-deşilmiş yaradan ibarət, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirdikdən sonra, ağrı hiss edərək yuxudan oyanıb xəsarətinin səbəblərini aydınlaşdırmaq məqsədilə paltarlarını soyunan X4ə qarşı qanunazidd hərəkətlərini davam etdirib onu münaqşəyə çəkərək hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstə rib xuliqanlıq niyyəti ilə qəsdən həmin bıçaqla sonuncunun qarın nahiyəsindən bir dəfə vuraraq ona ön qarın divarının periton boşluğuna keçən, nazik bağırsaq, müsaqirə və kiçik piyliyin zədələnməsi ilə müşayiət olunan, hemoperitoneum (periton boşluğuna qanaxma) ilə ağırlaşan, həyat üçün təhlükəli olan bir ədəd kəsilmiş-deşilmiş yaradan ibarət xəsarətlər yetirməklə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Rafiq Cəfərov (sədrlik edən və məruzəçi), Ələsgər Novruzov və Etibar Camalovdan ibarət tərkibdə) 22 iyun 2018-ci il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17 aprel 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum müdafiəçisi X5in apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum və müdafiəçisi verdiyi kassasiya şikayətində və kassasiya şikayətinə əlavədə xahiş edirlər ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 iyun 2018-ci il tarixli qərarı ləğv edilsin və məhkumun əməlinin CM-in 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilsin və barəsində aşağı həddə cəza təyin olunsun. Kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri: Kassasiya şikayətinin dəlillərini Məhkum onunla əsaslandırır ki, ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı əməli CM-in 126.2.4-ci maddəsi ilə düzgün tövsif olunmamış və ağır cəza təyin edilmişdir. Kassasiya şikayətinə əlavənin dəlillərini Məhkum müdafiəçisi Müdafiəçi onunla əsaslandırır ki, Məhkum barəsində çıxarılmış hökm və qərar qanunsuz, ədalətsiz və əsassızdır. Belə ki, Məhkum əməli CM-in 126.2.4-cü maddəsi ilə düzgün tövsif olunmamışdır. Məhkəmə cinayət təqibi üzrə toplanmış bütün sübutları tam, hərtərəfli və obyektiv yoxlamamışdır, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla əsaslandırılmamışdır. Müdafiə tərəfi olaraq məhkəmə iş üzrə araşdırılmalı olan sübutlara düzgün qiymət verməmişdir. Cinayət işinin materiallarında aydın olur ki, hadisənin baş verdiyi. Beyləqan şəhəri, Magistral küçəsində yerləşən “"xxxx" yanacaqdoldurma məntəqəsinin həyətində gecə növbəsində işləyən operatorun istirahət etməsi üçün nəzərdə tutulmuş otaq ictimai yer deyildir. Əgər hadisənin baş verdiyi yer ictimai yer deyilsə, ictimai qaydadan onun kobud surətdə pozulmasından, cəmiyyətə açıqca hörmət sizlik etmədən belə söhbət gedə bilməz. Birinci instansiya məhkəməsi də Məhkum ifadəsinə düzgün qiymət verməmiş, həmin ifadəni özünü müdafiə xarakterli hesab etmişdir. Halbuki, bəsit araşdırma o nəticəyə gəlməyə əsas verir ki, hadisənin xuliqanlıq niyyəti ilə baş verməməsi aydın olsun. Bunlardan əlavə, cinayət işinin materiallarından görünür ki, nə ibtidai istintaq orqanı, nə də cinayət işinə baxmış məhkəmələr cinayət hadisəsinin obyektiv vəziyyəti barədə verilmiş məlumatların həqiqiliyini və mötəbərliyini yoxlamaq üçün qanunun tələbinə uyğun ifadələrin yerində yoxlanması və istintaq ekspermenti istintaq hərəkətləri aparmamışlar. Yuxarıda istinad edilən istintaq hərəkətləri keçirməklə təqsirləndirilən və zərərçəkmiş şəxsin ifadələrinin həqiqiliyi yoxlandıqdan, cinayət işi üzrə obyektiv m əlumatlar əldə edildikdən sonra müvafiq ekspertizalar keçirilməli və təqsirləndirilən şəxsin əməlinə toplanmış sübutların məcmusuna istinad etməklə düzgün hüquqi qiymət verilməlidir. Həmçinin hadisəni məhkum və zərərçəkmiş şəxsdən başqa heç kim görməmişdir. Məhkumun ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələrini mötəbər sübut kimi qəbul etsək, məhkum əməlində Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin tərkibi yoxdur. Zərərçəkmiş şəxs X4ün ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi məntiqə uyğun olmayan və yalan ifadələrini belə mötəbər sübut kimi qəbul etsək, yenə də məhkumun əməlində Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin tərkibi yoxdur. İşə baxan məhkəmələr isə səbəbini göstərmədən Məhkum ifadəsini heç bir əsaslandırma vermədən, ümumi sözlərdən istifadə et məklə “özünün müdafiə məqsədi daşımaqla qeyrisəmimi ifadə kimi qiymətləndirir” və zərərçəkmiş şəxsin ifadəsini isə mötəbər sübut kimi qəbul edir. Cinayət işinin materiallarından görünür ki, nə ibtidai istintaq orqanı, nə də cinayət işinə baxmış məhkəmələr cinayət hadisəsinin obyektiv vəziyyəti barədə verilmiş məlumatların həqiqiliyini və mötəbərliyini yoxlamaq üçün qanunun tələbinə uyğun ifadələrin yerində yoxlanması və istintaq ekspermenti istintaq hərəkətləri aparmamışlar. Yuxarıda istinad edilən istintaq hərəkətləri keçirməklə təqsirləndirilən və zərərçəkmiş şəxsin ifadələrinin həqiqiliyi yoxlandıqdan, cinayət işi üzrə obyektiv məlumatlar əldə edildikdən sonra müvafiq ekspertizalar keçirilməli və təqsirləndirilən şəxsin əməlinə toplanmış sübutların məcmusuna istinad etməklə düzgün hüquq i qiymət verilməlidir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, məruzəçini, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesa b edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinay ətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Kassasiya şikayətinin başlıca dəlili Məhkum əməlinin Azərbaycan Respublikası CMin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməli olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, cinayət əməlinin Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə tövsif edilməsi üçün qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərç əkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma baş verməlidir. İşin materiallarından görünür ki, birinci instansiya məhkəməsi biri digərini tamamlayan, mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək belə nəticəyə gəlmişdir ki, 20 noyabr 2017-ci il tarixdə, saat 04:00 radələrində əvvəllər Beyləqan rayonu, Magistral küçəsində yerləşən “"xxxx" yanacaqdoldurma məntəqəsinin həyətində olan avtomobil sexində yuyucu işləyərkən həmin yanacaqdoldurma məntəqəsində əməliyyatçı işləyən Beyləqan rayo nu, Əlinəzərli kənd sakini X5in ona yuduğu avtomobillərin sayını yanacaqdoldurma məntəqəsinin sahibi X7 az göstərməklə az pul verib, onu aldatmasını irad tutmasını bəhanə gətirərək həmin yanacaqdoldurma məntəqəsinə gəlib, X4lə görüşərək yaşadığı qəsəbəyə getmək üçün məntəqəyə gəldiyini bildirib bir qədər söhbət etdikdən sonra X4in yanacaqdoldurma məntəqəsində olan yataq divanına uzanıb yatmasını görərək, həmin otaqda yerləşən şkafın siyirməsindən götürdüyü, zavod üsulu ilə hazırlanmış, soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə heç bir əsaslı səbəb olmadan qəsdən sağ kürək nahiyəsindən bir dəfə vuraraq ona sağ kürəküstü nahiyədə boşluğa keçməyən bir ədəd kəsilmiş-deşilmiş yaradan ibarət, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirdikdən sonra, ağrı hiss edərək yuxudan oyanıb xəsarətinin səbəblərini aydınlaşdırmaq məqsədilə paltarlarını soyunan X4ə qarşı qanunazidd hərəkətlərini davam etdirib onu münaqişəyə çəkərək hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərib xuliqanlıq niyyəti ilə qəsdən həmin bıçaqla sonuncunun qarın nahiyəsindən bir dəfə vuraraq ona ön qarın divarının periton boşluğuna keçən, nazik bağırsaq, müsaqirə və kiçik piyliyin zədələnməsi ilə müşayiət olunan, hemoperitoneum (periton boşluğuna qanaxma) ilə ağırlaşan, həyat üçün təhlükəli olan bir ədəd kəsilmiş-deşilmiş yaradan ibarət xəsarətlər yetirməklə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Hadisənin məhz qeyd edilmiş şəraitdə və qaydada baş verməsi Məhkum özünün qismən etiraf edici ifadəsi ilə yanaşı, iş üzr ə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə, məhkəmə ekspertizalarının rəyləri ilə, maddi sübutla və cinayət işinin digər materialları ilə tam təsdiq olunur. “Xuliqanlıq işləri üzrə məhkəmə tərcüməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 5-ci bəndində göstərilmişdir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyəti ilə törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü büruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyəti ilə qəsdən adamöldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cümaddələri ilə tövsif edilməlidir. İşdən göründüyü kimi, həm Məhkum, həm də zərərçəkmiş şəxs ifadələrində göstərmişlər ki, hadisədən qabaq onların arasında heç bir mübahisə olmamış, işin materialları ilə də onların arasında dava-dalaşın, yaxud mübahisənin olmasına dəlalət edən heç bir sübut yoxdur. Belə olan halda Məhkum zərərçəkmiş şəxs X4ü bıçaqla vuraraq ona ağır dərəcəli xəsarət yetirməsi üçün heç bir əsaslı səbəb mövcud olmamışdır. Məhkəmə kollegiyası məhkəmələrin gəldiyi nəticənin işin hallarına uyğun hesab etməklə yanaşı qeyd edir ki, nə ibtidai istintaq, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir s übutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Məhkum Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ilə ittiham verilmiş, birinci instansiya məhkəməsi də onu həmin maddə ilə təqsirli bilməkdə haqlı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr təqsirlə ndirilən şəxsin əməlinin tövsifini müəyyən edərkən cinayət qanunun normalarına riayət etmişlər və təqsirləndirilən şəxsin əməlinin CM-in 126.1-ci maddəsinə tövsif olunması üçün heç bir əsas yoxdur, kassasiya şikayətinin bu barədəki dəlilləri əsassızdır. Bundan başqa, birinci instansiyası məhkəməsi təqsirləndirilən şəxs Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini nəzərə almışdır. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 iyun 2018-ci il tarixli Məhkum oğlu barəsindəki qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlə rə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsindəki 22 iyun 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-694/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-694/2019
14.05.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver