Məhkəmə qərarları › İş №1(102)-694/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-694/2021

13.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-694/2021 13.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6 qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru X8 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 iyul 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq a şağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum 13 sentyabr 1981-ci ildə Salyan rayonu Qaraçala kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Salyan rayonu Peyk kəndində qeydiyyatda olan, faktiki olaraq ünvan 1 ünvanında yaşamışdır.

2. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(99)-102/2019 №-li, 21 fevral 2019-cu il tarixli hökmü ilə (Hakimlər: X3 (sədrlik edən), Abdullayev Mehdixan Ədil oğlu və X1 ibarət tərkibdə) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 206.3.2-ci maddəsi ilə təqsirli bilinərək 6 (altı) il müddətinə və Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 29 oktyabr 2018-ci ildən hesablanması, barəsində seçilmiş “həbs” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Məhkum barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata alınması, Lənkəran Ağır Cinayət Məhkəməsinin 13 yanvar 2015-ci il tarixli 1-(089)-29/2015 nömrəli hökmü ilə müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi – 9857,5 qram olan narkotik vasitə – tiryəkin məhv edilməsini, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 530 (beş yüz otuz) manat Məhkum tutularaq dövlət nəfinə keçirilməsi hökm edilmişdir.

3. Məhkum edilmiş şəxs Məhkum və onun müdafiəçisi X4 ayrı-ayrılıqda apelyasiya şikayətləri verərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 fevral 2019-cu il tarixli hökmünü ləğv edib, Məhkum Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsi, onun əməlini Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edərək, aşağı həddə cəza verilməsi barədə hökm çıxarılmasını xahiş etmişlər.

4. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 iyul 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim E.Ə.Camalov, hakimlər E.İ.Əliyev və K.S.Bəşirovdan ibarət məhkəmə tərkibi) Məhkum və onun müdafiəçisi X4 tərəfindən verilmiş apelyasiya şikayətləri qismən təmin edilmiş, hökm apelyasiya şikayətlərinə əsasən dəyişdirilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(99)-102/2019 №-li 21 fevral 2019cu il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri il təyin olunmuş 8 (səkkiz) il azadlıqdan məhrum etmə cəzasının müddəti 7 (yeddi) ilə endirilsin və Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən 7 (yeddi) il azadlıqdan məhrum etmə cəzası birinci instansiya məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə təyin edilmiş 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Məhkum qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan mə hrum etmə cəzası təyin edilmiş, hökm apellyasiya şikayətlərinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

5. X5 Məhkəməsinin Cinayət Kollegiyasının 16 iyul 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya şikayətinin dəlilləri, şikayətə qarşı etirazlar

6. Məhkum kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmələr tərəfindən onun cinayət əməli Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələrinə düzgün tövsif edilməmişdir. Məhkəmə kollegiyasından cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir.

7. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

8. İş kassasiya instansiya məhkəməsində baxılanadək, Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penit ensiar Xidmətinin 10 saylı Cəzaçəkmə Müəssisəsindən ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edib, tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. III. Hüquqi məsələlər

9. Məhkəmə kollegiyası verilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, ərizə ilə bağlı dövlət ittihamçısı Ziya Hacıyevin çıxışını dinləyərək hesab edir ki, məhkumun verdiyi kassasiya şikayəti onun tərəfindən geri götürüldüyündən, həmin şikayət baxılmadan geri qaytarılmalıdır.

10. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir.

11. Məhkəmə kollegiyası cinayət prosessual qanunvericiliyin qeyd edilən tələbini və Məhkum kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 iyul 2019-cu il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegi yası Q Ə R A R A A L D İ: Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 iyul 2019-cu il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar