Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-694/2023 26.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 sentyabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, X5 və X2 ibarət tərkibdə) 10 iyun 2022-ci il tarixli hökmü ilə 8 iyul 1987-ci ildə Gürcüstanın Bolnisi rayonunda doğulmuş, Gürcüstan vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Gürcüstanın Bolnisi rayonunda qeydiyyatda olmaqla, Bakı şəhəri Sabunçu rayonu, Balaxanı qəsəbəsində fərdi evdə yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti t örətməkdə təqsirli bilinmiş və ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcının 4 oktyabr 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X6 (sədrlik edən və məruzəçi), X3 və X4 ibarət tərkibdə) 15 sentyabr 2022-ci il tarixli qərarı ilə məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2022-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum «İnstaqram» sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu Fazil adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 3 ədəd bükümdə, ayrıayrılıqda təmiz çəkisi 4,581 qram, 4,460 qram, 9,168 qram ümumi təmiz çəkisi 18,209 qram ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkibləri və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 8,306 qram, 8,396 qram, 501,5 qram və 502,6 qram ümumi təmiz çəkisi 1.020,802 qram qəhvəyi rəngli tozşəkilli maddə kütlələri kimyəvi komponent tərkibi və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd bükümdə təmiz çəkisi 99,246 qram tünd qəhvəyi rəngli qətranabənzər spesifik iyli maddə xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək və üzərində heroin izləri olan 1 ədəd «Mesko» markalı sarı-ağ rəngli elektron tərəzi əldə edib daşımış, 4 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Məmmədov (Mamedov) Radik (Radık) Səlim oğlu Bakı şəhəri Suraxanı rayonu, H.Əliyev prospektində idarə etdiyi «Mersedes Benz C200» markalı CC510LL dövlət qeydiyyat nişan lı avtomobilində saxlanaraq ünvan 1 ünvanda yerləşən Suraxanı RPİ-yə gətirilmiş və orada xidməti otaqların birində üzərinə şəxsi axtarış və baxış zamanı əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 3 (üç) ədəd, onlardan 2 (iki) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 4,581 qram, 4,460 qram, ümumi təmiz çəkisi 9,041 qram ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkibi və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 8,306 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, idarə etdiyi «Mersedes Benz C200» markalı CC510LL dövlət qeydiyyat nişanlı avtomobilinə baxış zamanı arxa yük yerində daşıdığı bir ədəd tünd boz rəngli çantanın içərisində 5 ədəd onlardan 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 8,396 qram, 501,5 qram və 502,6 qram ümumi təmiz çəkisi 1012,496 qram qəhvəyi rəngli tozşəkilli maddə kütlələri kimyəvi komponent tərkibi və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 9,168 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 99,246 qram tünd qəhvəyi rəngli qətranabənzər spesifik iyli maddə xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək və üzərində heroin izləri olan 1 (bir) ədəd «Mesko» markalı sarı-ağ rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçinin kassasiya şikayətində göstərilir ki, cinayə t işi üzrə mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri təqsirləndirilən şəxsin saxlanma saatının, habelə “cinayətin” törədilmə vaxtının dəqiq müəyyən edilməsidir. İş materiallarında bu barədə heç nə yoxdur. Hətta ittiham aktında belə şəxsin cinayəti harada nə vaxt törətməsi göstərilməmişdir. İtiham aktında və hökmdə onun tutulma vaxtı kimi 4 oktyabr 2021-ci il tarixi göstərilmiş, lakin dəqiq vaxt-saat göstərilməmişdir. Bu isə, əsaslı şübhələrə yol açır. Lakin iş materiallarında olan istintaq hərəkətlərinə dair protokollardan müəyyən olunur ki, təqsirləndirilən şəxslə bağlı ilkin hərəkətlər 4 oktyabr 2021-ci il tarixə sat 22:15-23:20 aralığında rəsmiləşdirmişdir. Təqsirləndirilən şəxs Radık Məmmədov apellyasiya instansiyasında icraat zamanı ifadəsində 4 oktyabrda deyil, oktyabrın 3-dən 4- nə keçən gecə saxlanıldığını və İdarəyə gətirildiyini, təxminən 20 saat İdarədə saxlanıldıqdan sonra sənədləşdirildiyini bildirmişdir. Məhkum əməliyyatçılar tərəfindən deyil, PPX əməkdaşları tərəfindən saxlanıldığını nəzərə alaraq, tərəflərindən 3 və 4 oktyabr tarixlərində Suraxanı rayonu ərazisində növbə üzrə post- patrul xidmətində olmuş əməkdaşların siyahısının tələb olunması və Məhkum antenn məlumatlarının tələb olunması barədə vəsatət verilsə də, məhkəmə kollegiyası istintaq açmamış, vəsatəti təmin etməmişdir. Halbuki, həmin vəsatət təmin olunardısa, o zaman 3 oktyabrda xidmətdə olmuş polis əməkdaşlarının xidmət başa çatandan sonra 4 oktyabrda şəxsi necə saxlamaları sualı araşdırılmaqla onun tutulma vaxtının saxtalaşdırıldığı və şəxsin qanunsuz olaraq 20 saatdan artıq saxlanıldığı aşk ar olunacaqdı. Çünki, iş materiallarında olan istintaq hərəkətlərinə dair protokollardan müəyyən olunur ki, təqsirləndirilən şəxslə bağlı ilkin hərəkətlər 4 oktyabr 2021-ci il tarixə saat 22:15-23:20 aralığında rəsmiləşdirilmişdir. Müdafiəçi kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsindəki 1(103)-1482/2022 saylı cinayət işi üzrə xx.xx.2022-ci il tarixli qərarını ləğv edərək, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansi yası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəl lənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasə n cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Pros essual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi m əsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mü lahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi Məhkum Cinayət Məcəl ləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticənin əsaslı olması qənaətinə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatlrın qeyd edilməsi qənaətindədir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən istifadə edir. İran İslam Respublikasının vətəndaşı Fazil adlı şəxslə «İnstaqram» sosial şəbəkəsi vasitəsilə tanış olmuş və narkotik vasitələri sonuncudan almışdır. Fazil ona «İnstaqram»da bank kartının şəklini göndərmiş və o, həmin karta müvafiq məbləğdə pul göndərmişdir. Bundan sonra Fazil ona narkotik vasitələrin qoyulduğu yerin şəkillərini göndərmiş və o, gedib narkotik vasitəni həmin yerdən götürmüşdür. Tutulmamışdan əvvəl sonuncu dəfə Fazilə 270 manat pul göndərdikdən sonra Hövsan qəsəbəsində ümumilikdə 8 ədəd bükümdə narkotik vasitə götürmüşdür. 4 oktyabr 2021-ci il tarixdə saat təxminən 22 radələrində Suraxanı rayonu Heydər Əliyev prospektində özünə məxsus avtomobili yolun kənarında saxlayarkən polis əməkdaşları yaxınlaşıb, ondan nə köməklik lazım olduğunu soruşmuşlar. Sonuncuları görüb dərhal avtomobildən düşmüş, arxa yük yerini açıb av tomobilin təkərinin havasının azaldığını, hava vurmaq lazım olduğunu bildirmişdir. Bu vaxt polis əməkdaşı avtomobilin təkərlərinə baxıb, havasının normal olduğunu bildirərək, ondan şübhələnmişlər. Bunu görüb polis əməkdaşlarından yayınmaq məqsədi ilə qaçmaq istəmiş, lakin, sonuncular onu saxlayıb Suraxanı RPİ-nə gətirib təhvil vermişlər. İdarədə ona hüquq və vəzifələri izah olunduqdan sonra, videoçəkiliş aparılmaqla üzərində axtarış keçirilmişdir. Polis əməkdaşlarının təklifi ilə əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 2 ədəd metamfetamin və 1 ədəd heroin olan bükümləri çıxarıb təqdim etmişdir. Həmin bükümlər zərfə qoyularaq zərfin üzəri iştrakçılar tərəfindən imzalanmışdır. Bundan sonra polis əməkdaşlarına ona məxsus avtomobildə də narkotik vasitələr olduğunu etiraf etmi ş və avtomobilə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Özü avtomobilin salon hissəsindən oturacağın üstündən tünd boz rəngli çantanı götürürək polis əməkdaşlarına təqdim etmişdir. Həmin çantanın içərisindən 5 ədəd bükümdə narkotik vasitə və 1 ədəd tərəzi aşkar edilmişdir. Həmin narkotik vasitələr və tərəzi qablaşdırılaraq götürülmüşdür. Daha sonra onun yaşadığı evə də baxış keçirilmiş, lakin evdən heç nə aşkar edilməmişdir. Polis əməkdaşları tərəfindən ona heç bir təsir-təzyiq göstərilməmişdir. Aşkar olunan narkotik vasitə və psixotrop maddələri şəxsi istifadəsi üçün əldə etmişdir. Ona verilən ittihamla razı deyildir. Heç vaxt narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində gö stərdi ki, Suraxanı RPİ-nin PPXB-nin polis nəfəri işləyir. 4 oktyabr 2021-ci il tarixdə saat 22:00 radələrində 5663 çağrışlı avto patrulla 5-ci sektorda, Bülbülə qəsəbəsində xidmətdə olarkən Heydər Əliyev prospektində yolun kənarında üzü Mərdəkan qəsəbəsi istiqamətində «Mersedes» markalı Gürcüstana məxsus CC510LL dövlət qeydiyyat nişanlı avtomobilin dayanmış vəziyyətdə olduğunu görmüşlər. Avtomobilə yaxınlaşıb sürücü Məhkum nə kimi köməyə ehtiyacı olduğunu soruşmuşlar. Sürücü onları görən kimi dərhal maşından düşüb yük yerini açıb hava doldurucunu götürüb təkərin havasının azaldığını bildirmişdir. Onlar avtomobilin təkərlərinə nəzər yetirdikdə, heç birinin havasının azalmadığını görmüşlər. Məhkum özünü bu cür aparması onlarda şübhə yaratmışdır. Məhkum sorğu-sual etmək istədikdə sonuncu, on ları itələyərək magistral yolla qaçmağa başlamışdır. Odur ki, Məhkum saxlayıb avtopatrula əyləşdirib, RPİ-nə gətirib təhvil vermişlər. İdarədə xidməti otaqların birində videoçəkiliş aparılmaqla Məhkum üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Sonuncu onların təklifi ilə könüllü olaraq əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 3 ədəd bükümü çıxararaq təqdim etmiş, həmin bükümlərdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin 3 ədəd büküm zərflərə qoyularaq qablaşdırılmış, zərflərin üzəri imzalanmış və möhürlənmişdir. Sonra Məhkum avtomobilində də narkotik vasitə və psixotrop maddə olduğunu demişdir. Həmin gün saat təxminən 23:50 radələrində Məhkum idarə etdiyi «Mersedes» markalı Gürcüstana məxus CC510LL dövlət qeydiyyat nişanlı avtomo bilə baxış keçirilmişdir. Avtomobilin arxa yük yerindən bir ədəd tünd boz rəngli çanta aşkar olunmuşdur. Həmin çanta açılaraq içərisinə baxış keçirildikdə orada 5 ədəd sellofan bükümdə narkotik vasitəyə bənzər maddələr və 1 ədəd tərəzi aşkar olunmuşdur. Aşkar olunmuş narkotik vasitəyə bənzər maddələr və 1 ədəd tərəzi ayrı-ayrı zərflərə qoyularaq qablaşdırılmış və zərflərin üzəri möhürlənmişdir. Sonda bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkum narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə onlarda heç bir məlumat olmamışdır. Sonuncuya qarşı zor tətbiq edilməmişdir. Cinayət işinin materiallarında olan və aşağı instansiya məhkəmələri tərəfindən tədqiq edilmiş: 04 oktyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haq qında protokoldan görünür ki, həmin tarixdə Məmmədov (Mamedov) Radik (Radık) Səlim oğlunun üzərində şəxsi axtarış keçirilmiş, bu zaman sonuncunun əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 3 ədəd bükümdə, 2 ədəd bükümdə psixotrop maddə metamfetamin və 1 ədəd bükümdə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur; Avtomobilə baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, həmin tarixdə Məmmədov (Mamedov) Radik (Radık) Səlim oğlunun idarə etdiyi «Mersedes Benz C200» markalı CC510LL dövlət qeydiyyat naşanlı avtomobilə Suraxanı RPİ-nin inzibati binasının yerləşdiyi həyətdə axtarış keçirilərkən, qeyd olunan avtomobilin yük yerində olan tünd boz rəngli çantanın içərsindən 5 ə dəd bükümdə, 3 ədəd bükümdə narkotik vasitə heroin, 1 ədəd bükümdə psixotrop maddə metamfetamin, 1 ədəd bükümdə narkotik vasitə tiryək və bir ədəd «Mesko» markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məmmədov (Mamedov) Radik (Radık) Səlim oğlunun üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntünü özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilməsi protokolundan görünür ki, baxış zamanı Məmmədov (Mamedov) Radik (Radık) Səlim oğlunun üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilməsi, Məmmədov (Mamedov) Radik (Radık) Səlim oğlu əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 3 ədəd şəffaf sellofan a bükülmüş maddələri çıxarıb təqdim etməsi, ondan təqdim etdiyi bükümlərin içərisində nə olması və nə vaxt kimdən, hansı üsulla əldə etməsi barədə soruşulması, bu zaman Radik (Radık) Məmmədov (Mamedov) həmin bükümlərin içərisində heroin və metamfetamin kimi tanıdığı narkotik vasitə və psixotrop maddələr olması, həmin bükümləri İran vətəndaşı Fazil adlı şəxslə «İnstaqram» sosial şəbəkəsi vasitəsilə danışaraq kuryer qismində narkotik vasitələri və psixotrop maddələri müxtəlif təyinat yerlərindən götürməsi və müxtəlif təyinat yerlərinə çatdırması üçün həmin yerlərin şəkillərini ona göndərməklə Radik (Radık) Məmmədov (Mamedov) da öz nöbəsində avtomobili ilə həmin narkotik vasitə və psixotrop maddələri daşıyaraq müxtəlif yerlərə qoymaqla çatdırdığını bildirməsi narkotik vasitə və psixotrop madd ələri satmaq niyyətinin olmadığını, lakin üzərində və avtomobilində saxlamasını və daşımasını bildirməsi, həmin bükümlərin qablaşdırılaraq üzəri imzalarla təsdiq olunduqdan sonra Radik (Radık) Məmmədovun (Mamedovun) üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış davam etdirilməsi və onun üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilməməsi müəyyən olunmuş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinə əlavə olunmuşdur. Ambulator məhkəmə-narkoloji ekspertizasının 5130 saylı 16 dekabr 2021-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Məmmədov (Mamedov) Radik (Radık) Səlim oğlunda opioidlərin və kannabioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindiromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi narkotik vasitənin və psixotrop maddənin külli miqdarda, bir neçə növdə və bükümdə olmasını nəzərə alaraq belə yekun nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması, düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirmək lə bir daha öz təsdiqini tapmışdır. Apellyasiya Məhkəməsinin qeyd olunan mövqeyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04” mart 2011 -ci il tarixli qərarın 4-cü bəndinə əsasən Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş- xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Sözügedən Qərarın 5-ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd edilən maddələrdə göstərilən cinayət əməlləri alternativ tərkiblidir. Cinayət Məcəlləsində alternativ əlamətli obyektiv cəhətə malik xeyli sayda cinayət tərkibi vardır. Alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarət dir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama cinayəti formal tərkibli o lduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. Belə tərkibə əsasən məsuliyyətin həllində ancaq dispozisiyada göstərilən hərəkət və ya hərəkətsizlik müəyyən edilir, nəticə tərkibdən kənarda qaldığı üçün onun müəyyən edilməsi lüzumu aradan qalxır. Hazırki cinayət işi üzrə Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və narkotik vasitə əldə etməsi, saxlaması və daşıması barədə verilən ittihamla bağlı ilk növbədə təqsirkar şəxsin məqsədinin əldə edib saxladığı həmin narkotik vasitələri və psixotrop maddələri satmağa yönəldiyi sübuta yetirilməli, onu məhz satış məqsədi ilə əldə edib saxlamasını təsdiq edə biləcək ist ehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri və psixotrop maddələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, Məhkum digər şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə etməsi, saxlam ası və daşıması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübuta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş - şahidlərin ifadələri, ekspert rəyi və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Məhkumun ona həmin qərarla istinad edilən cinayət əməlini törətməsi kass asiya şikayətində iddia olunanların əksinə olaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə haqli olaraq razılaşmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama za manı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirlənd irilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hö kmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CP M-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz ək sini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri ara sında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Kassasiya şikayətində müdafiə tərəfi Məhkum tutulma vaxtını da mübahisələndirərək onun 20 saat qanunsuz saxlanıl dığını bildirmişdir. Müdafiəçi Məhkum söylədiklərinə əsasən bu qənaətə gəlmişdir. Halbuki Məhkum və yaxud onun müdafiəçisi nə ibtidai araşdırma zamanı, nə də ki, birinci instansiya məhkəməsində işə baxılma vaxtı bu halların baş verməsini bildirməmişlər. Bundan başqa iş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, Məhkum 04 oktyabr 2021-ci il tarixdə saat 22:45-də şübhəli şəxs qismində tutulmuşdur. 20 dəqiqə sonra isə, 04 oktyabr 2021-ci il tarixdə saat 23:05-də üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Göründüyü kimi müdafiə tərəfinin həmin dəlillərini işin hər hansı halı ilə öz təsdiqini tapmır. Apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, heç bir sübut məhkəmə üçün preyudisial əməmiyyətə malik deyil və alınma mənbəyind ən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. İbtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Məhkum qanunla təminat verilən hüquqları, o cümlədən müdafiə hüququ cinayət işinin zəruri mərhələsində keyfiyyətli şək ildə təmin olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 sentyabr 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Proses sual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 sentyabr 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-694/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-694/2023
26.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver