Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-694/2024 29.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, Zərərçəkmiş şəxs1 nümayəndəsi Nümayəndə1, Məhkum, məhkumun müdafiəçiləri X1, Müdafiəçi 4 və X3 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 noyabr 2023-cü il tarixli qərarından Məhkum müdafiəçiləri Müdafiəçi4 və Müdafiəçi3 Babalı oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Əfqan Hacıyev (sədrlik edən), Rasim Sadıxov və Fikrət Qəribov) 20 iyul 2018-ci il tarixli 1(101)-408/2018 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 29,120.2.1, 29,120.2.5, 29,120.2.6, 29,120.2.7, 29,120.2.10, 178.3.2, 228.1, 228.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-in 29,120.2.1, 29,120.2.5, 29,120.2.6, 29,120.2.7, 29,120.2.10-cu maddəsi ilə 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 178.3.2-ci ma ddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 228.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 228.3-cü maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə müvafiq olaraq təyin edilən cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutularaq saxlandığı 14 yanvar 2017-ci il tarixdən hesablanmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Şahid27 (sədrlik edən və məruzəçi), E.Əhmədov və F.Zeynallı), 31 yanvar 2019-cu il tarixli 1(105)38/2019 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 iyul 2018-ci il tarixli hökmü dəyişdirilmiş, hökmlə Məhkum təyin edilmiş Azərbaycan Respublikası CM-in 29,120.2.1, 29,120.2.5, 29,120.2.6, 29,120.2.7, 29,120.2.10-cu maddələri ilə 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə, CM-in 178.3.2-ci maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə, CM-in 228.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə, CM-in 228.3-cü maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzaları Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə müvafiq olaraq qismən toplamaq yolu ilə ona qəti olaraq 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, qalan hissədə hökm dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Fərhad K ərimov (sədrlik edən və məruzəçi), Şahin Yusifov və Ələsgər Novruzov) 1(102)-65/2021 nömrəli, 09 mart 2021-ci il tarixli qərarı ilə Məhkum Azərbaycan Respublikası CM-in 29,120.2.1, 29,120.2.5, 29,120.2.6, 29,120.2.7, 29,120.2.10, 178.3.2, 228.1 və 228.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 yanvar 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə ləğv edilmiş və cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilmiş, Məhkum müdafiəçisi Müdafiəçi4 kassasiya şikayəti qismən təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Ruhiyyə Əsgərova (sədrlik edən və məruzəçi), Elman Rəhimov və Məhəmmədəli Rzayev) 1(105)366/2021 nömrəli, 08 oktyabr 2021-ci il tarixli q ərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-408/2018 saylı, 20 iyul 2018-ci il tarixli hökmü Məhkum cəza təyini hissədə dəyişdirilmiş, hökmlə Məhkum Azərbaycan Respublikası CM-in 29,120.2.1, 29,120.2.5, 29,120.2.6, 29,120.2.7, 29,120.2.10-cu maddələri ilə təyin edilmiş 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə, CM-in 178.3.2-ci maddəsi ilə təyin edilmiş 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə, CM-in 228.1-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə, CM-in 228.3-cü maddəsi ilə təyin edilmiş 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzaları Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə müvafiq olaraq qismən toplamaq yolu ilə ona qəti olaraq 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, apellyasiya şikayətləri təmin edilmə mişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Əziz Seyidov (sədrlik edən və məruzəçi), Tahir Kazımov və Nazim Mövsümov) 1(102)-311/2023 nömrəli, 03 may 2023-cü il tarixli qərarı ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.5, 29,120.2.6, 29,120.2.7, 29,120.2.10, 178.3.2, 228.1 və 228.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 oktyabr 2021-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti Məhkum ərizəsi üzrə geri qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 noyabr 2023-cü il tarixli, 1(105)-366/2021 nömrəli qərarı ilə kassasiya şikayətinin verilməsi üçün müdd ətin bərpasına dair vəsatət təmin edilməmişdir. Məhkum müdafiəçiləri Müdafiəçi3 Babalı oğlu və Müdafiəçi4 ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 noyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi və onun kassasiya şikayətinin verilməsi üçün müddətin bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi3 Babalı oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkumun səhhəti Ali Məhkəmədə işə baxılarkən pisləşmiş və bu barədə cəzaçəkmə müəssisəsi tərəfindən tibbi arayışla təmin olunmuşdur. Məhkumun 11 saylı Cəzaçəkmə Müəssisəsində ilkin tibbi müayinə zamanı və tibbi kitabçasında qeyd edilənlərə əsasən “UİX İnfarktdan sonrakı kardioskleroz stentləşmədən sonrakı kardioskleroz 12 barmaq bağırsağın xroniki xora xəstəliyi boynun arxa nahiyəsinin dəri altılipoması, Şəkərli diabet İİ tip” diaqnozu ilə dispanser qeydiyyatda olmuşdur. Məhkum səhhəti ilə əlaqədar müəssisənin tibb-sanitar hissəsində dispanser qeydiyyatında olmuşdur. Cəza çəkdiyi müddət ərzində 5 dəfə müayinə və müalicə üçün Müalicə Müəssisəsinə göndərilmişdir. Sonuncu dəfə xx.xx.2023-xx.xx.2023-cü tarixlər arasında Müalicə Müəssisəsinin terapiya şöbəsinə daxil olmuş kliniki, laborotor, rentgenoloji USM keçirilmişdir. Müayinələr nəticəsində müalicələrə cəlb olunmuşdur. Müalicə Müəssisəsində konservativ müalicə aparılmış, müsbət dinamika olduğu üçün 11 saylı cəzaçəkmə müəssisəsinin həkim nəzarətinə Məhkum verilən təyinatlar əsasında tibbsanitar hissəsində stasionar müalicəsi davam etdirilmişdir. Məhkum cəza çəkdiyi müddət ərzində müəssisədə keçirilən kütləvi müayinələrə cəlb olunmuş və ixtisaslı həkimlər tərəfindən verilmiş təyinatlar əsasında tibb-sanitar hissəsində ambulator müalicə aparılmışdır. Məhkum dispanser qeydiyyatda olduğu üçün 28 aprel 2023-cü il tarixdə tibbsanitar hissəsində aktiv çağırış olmuş müayinələr aparılmış, lazımi dərman preparatları ilə təmin edilmiş və dosiyalar verilmişdir. Göründüyü kimi, Məhkum həqiqətən də iş Ali Məhkəmədə baxılarkən səhhətində ciddi problemlər olmuşdur, üzrlü səbəbdən məhkəmədə iştirak etməmişdir. Məhkumun müdafiəçisi Müdafiəçi4 kassasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi əsassız, qanunsuz və qərəzli olaraq üzrlü səbəbdən buraxılmış kassasiya şikayətinin verilməsi mü ddətin bərpası barədə vəsatəti təmin etməmişdir. Bununla da Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası vəsatətə tam, hərtərəfli və obyektiv baxmamış, nəticəyə gələrkən maddi və prosessual qanunların tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, məhkum azadlığı məhdudlaşdırılmış və ağır xəstə vəziyyətində olduğundan, qanunvericiliyin tələblərinə əsasən, kassasiya şikayəti vermək hüququ məsələsi həll edilərkən onun adından kassasiya şikayəti vermək hüququ olan şəxslərin olmasının heç bir əhəmiyyəti yoxdur. Həmçinin məhkumun cinayət törətmədiyi halda sifarişlə 16 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması onda psixi pozuntulara səbəb olmuş və bununla da, onun iradəsindən asılı olmayan hallar baş verdiyindən kassasiya şikayətini vermə müddətini ötürmüşdür. İşə baxı larkən məhkəmə iclasında iştirak etmək məhkumun hüququdur və xəstəlik işə onun iştirakı ilə baxılması mümkünsüz vəziyyətə gəlmişdir. Bu səbəbdən, o, şikayətini geri çəkmiş və sağalmasını gözləmişdir. Apellyasiya məhkəməsi də birinci kassasiya şikayətini verərkən qanunla müəyyən edilmiş müddətin ötürülməməsi faktını nəzərə almamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq, yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum müdafiəçiləri Müdafiəçi3 və Müdafiəçi4 kassasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, məhkəmə tərəfindən onların kassasiya şikayətlərinin verilməsi müddətinin bərpa edilməsi barədə vəsatəti əsassız təmin olunmamışdır. Cinayət işinin materiallarından görünür ki, məhkum barəsində olan apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermək müddətini buraxmışdır. Belə ki, cinayət işinin materiallarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 oktyabr 2021-ci il tarixli, 1(105)-366/2021 nömrəli qərarı elan olunarkən Məhkum məhkəmə iclasında iştirak etmiş, ona və həmçinin məhkəmə iclasında iştirak edən digər proses iştirakçılarına qərardan kassasiya şikayəti verilmə müddəti və qaydası izah olunmuşdur. Həmçinin iş materiallarından görünür ki, hazırkı iş üzrə Məhkum ilk dəfə verdiyi kassasiya şikayətinə münasibətdə baxılarkən məhkumun ərizəsi əsasında şikayət geri qaytarılmışdır. Belə ki, Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən kassasiya şikayəti verilmiş dir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 03 may 2023-cü il tarixli iclasına təyin edilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Məhkum ərizəsi Azərbaycan Respublikası Ali Məhkəməsinə daxil olmuşdur. O, ərizəsində müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin geri götürdüyünü bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 03 may 2023-cü il tarixli qərarı ilə müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti baxılmadan geri qaytarılmışdır. Azərbaycan Respublikası CPM-in 410.1.1-ci maddəsinə əsasən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından onların çıxarıldığı, bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 12 (on iki) ay müddətində kassasiya şikayəti verilir. Qüvvədə olan qanunvericiliyə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 oktyabr 2021-ci il tarixli, 1(105)-366/2021 nömrəli qərarından kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunmuş 12 aylıq prosessual müddətin axımı məhkuma münasibətdə 08 oktyabr 2022-ci il tarixdə başa çatmışdır. Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 oktyabr 2021-ci il tarixli, 1(105)-366/2021 nömrəli qərarından kassasiya şikayəti 21 iyun 2023-cü il tarixdə vermişdir. Azərbaycan Respublikası CPM-in 411.1-ci maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müddət üzrlü səbəbdən buraxıldıqda, bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsi qarşısında kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 411.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: 411.2.1. bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; 411.2.2. bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə baş verdikdə. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırki iş üzrə məhkum tərəfindən kassasiya şikayətinin qanunla müəyyən edilmiş 12 ay ərzində verilməsinə mane olan üzrlü səbəblər müəyyən edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 noyabr 2023-cü il tarixli, 1(105)-366/2021 nömrəli qərarında da bu hallar təhlil edilib və onlara münasibət bildirilmişdir. Məhkəmə kollegiyası məhkumun müdafiəçilərinin Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 oktyabr 2021-ci il tarixli, 1(105)-366/2021 nömrəli qərarından qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti vermək üçün kifayət qədər vaxtı və imkanı olduğunu nəzərə alaraq, onların məhkəmə qərarından şikayət vermək hüquqlarının pozulmasına dair kassasiya şikayətinin dəlilini əsaslı hesab etmir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 noyabr 2023-cü il tarixli, 1(105)366/2021 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası nın 06 noyabr 2023-cü il tarixli 1(105)-366/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkum müdafiəçiləri Müdafiəçi4 və Müdafiəçi3 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-694/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-694/2024
29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver