Məhkəmə qərarları › İş №1(102)-694/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-694/2025

23.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-694/2025 23.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Məhkum iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 av qust 2024-cü il tarixli 1(103)-1739/2024 qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Səbuhi Hüseynov (sədrlik edən və məruzəçi), Cavid Hüseynov və Eldar İsmayılov) 29 may 2024-cü il tarixli 1(101)-240/2024 nömrəli hökmü ilə xx xxxxxx 1997-ci il tarixdə Oğuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirli bilinərək 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejiml i cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 13 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum qanunsuz olaraq satış məqsədi ilə internet informasiya ehtiyatlarından və informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə edərək istintaqla müəyyən olunmayan qaydada Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində yerləşdirdiyi 1 ədəd bükümdə təmiz çəkisi 4,555 qram və 1 ədəd bükümdə təmiz çəkisi 0,255 qram olmaqla cəmi təmiz çəkisi 4,810 qram təşkil edən qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroini, 3 ədəd üzərində “Methadone 40” əmtəə göstəriciləri olan konvalyutlarda içərisində təsiredici maddəsinin ümumi miqdarı 1,16 qram təşkil edən ümumilikdə 29 ədəd qəhvəyi rəngli dairəvi formalı həblərdən ibarət narkotik vasitə hesab edilən metadon tərkibli dərman preparatını, 1 ədəd bükümdə təmiz çəkisi 1,336 qram, 1 ədəd bükümdə təmiz çəkisi 0,991 qram, 1 ədəd bükümdə təmiz çəkisi 1,248 qram, 1 ədəd bükümdə təmiz çəkisi 0,982 qram, 1 əd əd bükümdə təmiz çəkisi 1,108 qram, 1 ədəd bükümdə təmiz çəkisi 0,894 qram, 1 ədəd bükümdə təmiz çəkisi 44,648 qram, 1 ədəd bükümdə təmiz çəkisi 44,852 qram, 1 ədəd bükümdə təmiz çəkisi 48,786 qram, 1 ədəd bükümdə təmiz çəkisi 18,326 qram, 1 ədəd bükümdə təmiz çəkisi 3,282 qram, 1 ədəd bükümdə təmiz çəkisi 5,841 qram, 1 ədəd bükümdə təmiz çəkisi 8,953 qram, 1 ədəd bükümdə təmiz çəkisi 2,780 qram və 1 ədəd bükümdə təmiz çəkisi 8,402 qram olmaqla cəmi təmiz çəkisi 192,429 qram təşkil edən bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuananı internet informasiya ehtiyatlarından və informasiya telekommunikasiya şəbəkəsindən istifadə etməklə özünə məxsus “Xiaomi” markalı mobil telefon aparatına yüklənmiş “WhatsApp” proqramı vasitəsi ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşının istintaqla müəyyən edilməyən nömrəsi ilə əlaqə yaradaraq, sonuncunun “WhatsApp” proqramı vasitəsi ilə göndərdiyi məkan paylaşımından istifadə edərək 2022-ci ilin sentyabr ayının əvvəlində Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi ərazisindən götürüb əldə edərək sonradan əldə olunacaq gəliri öz aralarında bölmək şərti ilə daşıyaraq yaşadığı ünvan 3 ünvanına gətirib orada yataq otağında çarpayının altında olan çemodanda saxlamış, 13 sentyabr 2022-ci il tarixdə saat 19 radələrində mənzildə saxladığı narkotik vasitələrdən olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuananı 1 ədəd bükümdə təmiz çəkisi 1,336 qram, 1 ədəd bükümdə təmiz çək isi 0,991 qram, 1 ədəd bükümdə təmiz çəkisi 1,248 qram olmaqla cəmi təmiz çəkisi 3,575 qram təşkil edən 3 bükümünü 20 manat müqabilində tanışı Şahid3 satmış, bundan sonra həmin tarixdə axşam saatlarında istintaqa məlum olmayan ayrı-ayrı şəxslərə satmaq niyyəti ilə mənzilində saxladığı narkotik vasitələrdən 1 ədəd bükümdə təmiz çəkisi 0,255 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini, 1 ədəd bükümdə təmiz çəkisi 0,982 qram, 1 ədəd bükümdə təmiz çəkisi 1,108 qram və 1 ədəd bükümdə təmiz çəkisi 0,894 qram olmaqla 3 ədəd bükümdə cəmi təmiz çəkisi 2,984 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuananı əynində olan şalvarın sol yan cibinə qoyaraq ünvan 4 ünvanında yerləşən “Aşkar” otelə gə lmiş, həmin gün saat 23:00-da Yasamal RPİ-nin 28-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən ünvanda saxlanılaraq bölmənin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan tünd boz rəngli şalvarın sol yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 0,255 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin, 1 ədəd kağız bükümdə təmiz çəkisi 0,982 qram, 1 ədəd kağız bükümdə təmiz çəkisi 1,108 qram və 1 ədəd kağız bükümdə təmiz çəkisi 0,894 qram olmaqla 3 ədəd bükümdə cəmi təmiz çəkisi 2,984 qram təşkil edən bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qu rudulmuş marixuana aşkar olunaraq götürülmüş, bundan sonra keçirilən əməliyyat-axtarış tədbirlərinin davamı olaraq 14 sentyabr 2022-ci il tarixdə saat 1:30-da yaşadığı ünvan 6 ünvanına baxış keçirilən zaman mənzilin yataq otağında olan çarpayının alt hissəsində qoyulmuş çemodanın içərisində saxladığı 1 ədəd bükümdə təmiz çəkisi 4,555 qram olan narkotik vasitə hesab edilən külli miqdarda heroin, 3 ədəd üzərində “Methadone 40” əmtəə göstəriciləri olan konvalyutlarda içərisində təsiredici maddəsinin ümumi miqdarı 1,16 qram təşkil edən ümumilikdə 29 ədəd qəhvəyi rəngli dairəvi formalı həblərdən ibarət narkotik vasitə hesab edilən metadon tərkibli dərman preparatı, 1 ədəd qara rəngli sellofan bükümdə təmiz çəkisi 44,648 qram, 1 ədəd ağ rəngli sellofan bükümdə təmiz çəkisi 44,852 qram, 1 ədəd ağ rəngli sellofan bükümdə təmiz çəkisi 48,786 qram, 1 ədəd ağ rəngli sellofan bükümdə təmiz çəkisi 18,326 qram, 1 ədəd ağ rəngli sellofan bükümdə təmiz çəkisi 3,282 qram, 1 ədəd ağ rəngli sellofan bükümdə təmiz çəkisi 5,841 qram, 1 ədəd ağ rəngli sellofan bükümdə təmiz çəkisi 8,953 qram, 1 ədəd ağ rəngli sellofan bükümdə təmiz çəkisi 2,780 qram və 1 ədəd ağ rəngli sellofan bükümdə təmiz çəkisi 8,402 qram olmaqla cəmi təmiz çəkisi 185,87 qram təşkil edən bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuana və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Emin Əliyev (sədrlik edən və məruzəçi hakim), Emin Mehdiyev və Fərid Əyyubov) 19 avqust 2024-cü il tarixli 1(103)-1739/2024 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 may 2024-cü il tarixli 1(101)-240/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamışdır. Məhkum kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 avqust 2024-cü il tarixli 1(103)-1739/2024 nömrəli qərarının dəyişdirilərək, əməlinin Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrindən CM-in 234.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o, ilkin ifadəsini polis əmkdaşlarının işgəncəsi altında vermiş və bədənində aşkarlanan bədən xəsarətlərinin hər biri polis əməkdaşlarına a iddir. Polislərin həm fiziki, həm də psixoloji təzyiqi nəticəsində sentyabr ayının 13-ü evə qoyduqları narkotik vasitələri məcburiyyət qarşısında üzərinə götürmüşdür. O, qeyd etmişdir ki, nə Şahid3la Şahid4 arasında olan bıçaqlanma hadisəsində, nə də polislərin evinə qoyduqları narkotik vasitədə heç bir əli olmamışdır. Sentyabrın 13-ü əməliyyatçılar CPM-in 445.1, 445.2, 445.1.4-cü maddələrini pozaraq yaşadığı evə qanunsuz olaraq girmişlər. Bundan əlavə, cinayət prosessual qanunvericiliyə əsasən, şahidlərin görüntülü şəkildə ifadəsinin alınması mümkün olduğu halda, Bakı Ağır Cinayətlər Məhkəməsinin kollegiyası 21 ay ərzində Şahid3 məhkəməyə gətirə bilməmişdir. Həmçinin Şahid3 ifadəsini görüntülü və ya notarial qaydada almamışdır. Məhkum dəfələrlə etiraz etməsinə baxmayaraq, məhkəmələr Şahid 3 ifadəsinin iş prosesini uzatdığını elan etmişlər. Şahid3la işinin ayrılmasına səbəb olan müstəntiq Fazil Osmanov öz maddi maraqlarına görə Şahid3 ifadəsini saxlayaraq, işinə xitam vermiş və Avropaya getməsinə şərait yaratmışdır. Məhkum işində rüşvət, ədavət və qərəzin olduğunu qeyd etmişdir. O, törətmədiyi cinayətə görə 2 ildən artıq cəza çəkdiyini bildirmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının və məhkumun çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayə tinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkəmələr işin hallarını tam araşdırmamış, onun əməlini əsassız olaraq Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif etmişlər. Məhkumun fikrincə onun əməli A zərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Narkotik vasitələrin və ya psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarda qanunsuz əldə edilməsi, saxlanması, hazırlanması, daşınması və göndərilməsinə görə cinayət məsuliyyəti Azərbaycan Respublikası CM-in 234-cü maddəsi ilə müəyyən edilir. Həmin maddədən aydın olur ki, sadalanan əməllərin xeyli miqdarda törədilməsinə görə cinayət məsuliyyəti CM-in 234.1-ci maddəsi ilə, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı və ya CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin satış məqsədi ilə törədilməsinə görə isə məsuliyyət CM-in 234.2-ci maddəsi ilə müəyyən olunur. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya külli miqdarda törədildikdə, müvafiq olaraq CM-in 234.4.1-ci və 234.4.3-cü maddələri ilə tövsif olunur. Göründüyü kimi, CM-in 234.1-ci və 234.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri fərqləndirən əsas tərkib əlamətləri “satış” və ya “satış məqsədi”dir. Eyni zamanda, CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş əməllərlə, CM-in 234.4.1-ci və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri bir-birindən fərqləndirən əlavə əlamətlər isə müvafiq olaraq “qabaqc adan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi” və “külli miqdarda törədilməsi”dir. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmələr cinayət işi üzrə toplanmış sübutları məhkəmə iclasında tədqiq edərək nəticəyə gəlmişlər ki, həmin sübutlarla Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutları, yəni Məhkum özün ün qismən etiraf edici ifadələri ilə yanaşı, şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, məhkəmə-kimyəvi və məhkəmə bioloji ekspertizalarının rəylərini, maddi sübutları və digər sənədləri tədqiq etmiş və həmin sübutlara qiymət verərək, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliyinin tam sübuta yetirilməsinə dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlara nəzər salıb nəticəyə gəlir ki, həmin sübutların məcmusu ilə Məhkum qanunsuz olaraq külli miqdarda 4,810 qram miqdarında narkotik vasitə olan heroini, 192,429 qram miqdarında narkotik vasitə olan qurudulmuş marixuananı və içərisində 1,16 qram narkotik vasitə metadon olan dərman preparatlar ı əldə edib saxlaması, habelə 3,575 qram qurudulmuş marixuananı 20 manat müqabilində Şahid3 satılması təsdiq olunur. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, “təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. İşə baxan məhkəmələr Məhkum əməlinə hüquqi qiymət verərkən onun məhkəməyədək icraat zamanı verdiyi ifadəsini, tədqiq edilmiş sübutların məcmusu əsasında müəyyən edilmiş işin faktiki halları ilə birlikdə nəzərə almışlar. Belə ki, məhkəmə, məhkumun üzərindən və yaşadığı evdən müxtəlif növ narkotik vasitələrin külli miqdarda və çoxsaylı xırda bükümlərdə aşkar edilməsini, bu vasitələrin çəkilməsi üçün elektron tərəzinin tapılmasını, eləcə də məhkum tərəfindən 3,575 qram qurudulmuş marixuananın 20 manat müqabilində O.R. Məmmədova satılmasını, onun narkotik vasitələri satış məqsədi ilə əldə edib saxladığını sübuta yetirən hallar kimi qiymətləndirmişdir. Bundan əlavə, məhkəmə məhkumun qeyd olunan əməlləri istintaqla şəxsiyyəti müəyyən edilməmiş digər bir şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında törətdiyi qənaətinə gəlmişdir. Həmçinin iş materi allarından görünür ki, Məhkum aid 1 ədəd “Xiaomi” markalı mobil telefonla Respublika daxili və xarici mobil nömrələrlə aparılmış “WhatsApp” yazışmaları ilə narkotik vasitələrin alqı-satqısı mövzusunda danışıqların aparıldığı müəyyən edilmişdir. Buna əsasən, məhkəmə nəticəyə gəlmişdir ki, məhkumun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkum məhkəmə iclasında verdiyi ifadədə göstərmişdir ki, onun üzərində 3 ədəd büküm qurudulmuş marixuana və 1 ədəd büküm heroin olmuş, aşkar edilmiş narkotik vasitə heroin polis əməkdaşları tərəfindən qoyulmuşdur. Həmin narkotik vasitənin ona məxsus olması barədə ifadəni polis əməkdaşlarının təzyiqi altında vermişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkumun bu ifadəsi cinayət işi üzrə toplanmış digər sübutların məcmusu ilə təkzib olunduğuna görə həqiqətə uyğun deyil və daha ağır cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmişdir. Bundan başqa, işdə olan 16 may 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Məhkum Bakı şəhəri Yasamal RPİ-nin əməliyyat müvəkkilləri tərəfindən təzyiqə məruz qalması və bədənində olan qançır izlərinin polis əməkdaşları tərəfindən yaranmasına dair göstərdiyi xüsusatlar öz təsdiqini tapmamış və toplanmış materialda hər hansı bir şəxsin əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cinayət işi üzrə tədqiq edilmiş sübutlara düzgün qiymət verib Azə rbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının tövsiyələri baxımından qiymət verərək əsaslı olaraq belə nəticə gəlmişdir ki, Məhkum üzərində aşkar edilmiş külli miqdarda narkotik vasitələri məhz satış məqsədi ilə əldə etmiş və saxlamış, o bu əməli istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olaraq törətmiş, Məhkum ona istinad olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində təsbit edilən cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları və işə baxan məhkəmələr tərəfindən tədqiq edil miş sübutlarla müqayisəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət vermiş, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilərkən qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və çəkişmə prinsipinə riayət edilməklə ədalətli məhkəmə araşdırması aparılmış, istər işin ibtidai istin taqı zamanı, istərsə də məhkəmə araşdırmaları zamanı məhkumun müdafiə hüququ təmin edilmişdir. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin Məhkum əməlinin tövsifinə dair gəldiyi nəticə sübutların məcmusuna və iş materiallarına uyğun olduğu üçün bu nəticə ilə razılaşır və belə hesab edir ki, Məhkum cinayət əməli məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun əməlinin düzgün tövsif edilməməsi barədə kassasiya şikayətinin dəlillərini əsassız olduğundan qəbul etmir, məhkəmələrin məhkumun əməllərinin tövsifinə dar gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41. 2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Birinci instansiya məhkəməsi tərəfindən məhkumun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası məhkəmələrin Məhkum təyin etdiyi cəzanın növü və həddi ilə əsaslı və ədalətli olduğundan razılaşır. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 avqust 2024-cü il tarixli 1(103)-1739/2024 qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilməməsi, mübahisələndirilən qərarın dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbayc an Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L İ R: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 avqust 2024-cü il tarixli 1(103)-1739/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar