Məhkəmə qərarları › İş №1(102)-695/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-695/2020

06.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-695/2020 06.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, barəsində cəza təyin edilmədən ittiham hökmü çıxarılmış Məhkum və onun müdafiəçisi – Bakı Şəhəri Mərkəzi Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim M.A.Məmmədov) Məhkum (xx xxxx 1972-ci ildə ünvan2-də anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış) ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü mad dələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinin tələbinə görə Cinayət Məcəlləsinin 75-ci maddəsi ilə müəyyən edilmiş cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən, ona Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə cəza təyin edilməmiş, Məhkum barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilmiş, hökm qanuni qüvvəyə minənədək onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, həmçinin həmin qərarla iş üzrə mülki iddia tələbi qismən təmin edilərək mülki iddiaçı Zərərçəkmiş şəxs Məhkum tərəfindən ödənilmiş 6.500 (altı min beş yüz) manat nəzərə alınaraq, qalan 23.500 (iyirmi üç min beş yüz) manat məbləğində pul vəsaitinin Məhkum tutula raq Zərərçəkmiş şəxs ödənilməsi, mülki iddia tələbinin qalan hissədə rədd edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim K.H.Əkbərov, hakimlər Q.X.Babayev və R.M.Abdulovdan ibarət məhkəmə tərkibi) Məhkum və Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. İşin halları: Hökmə əsasən Məhkum tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını ələ keçirib zərər çəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Məhkum tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə “xxxx” MMC-nin təsisçisi və direktoru olaraq öz qulluq mövqeyindən istifadə etməklə tanışı Zərərçəkmiş şəxs göstərilən MMC-yə baş redaktor vəzifəsinə 550 manat aylıq əmək haqqı almaq şərti ilə işə götürəcəyinə və ensiklopediya nəşr edildikdən sonra satışından əldə ediləcək gəlirin 20% məbləğini Zərərçəkmiş şəxs verəcəyinə dair yalan vədlər verməklə xx xxxx 2012-ci il tarixdə Zərərçəkmiş şəxs kirayədə yaşadığı ünvan 2 ünvanda yerləşən mənzildə onun 30.000 (otuz min) manat pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etmədən Zərərçəkmiş şəxs xeyli miqdarda - 30.000 manat maddi ziyan vurmaqla dələduzluq etmişd ir. Bundan başqa cinayət təqibi orqanı tərəfindən Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə irəli sürülmüş, məhkəmənin sübuta yetirilməmiş hesab etdiyi ittihama əsasən o, təkrarən tamah niyyəti ilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla və zərər çəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq cinayət əməllərini törətmişdir. Belə ki, ittihama görə Məhkum təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2012-ci ilin dekabr ayının birinci yarısında tanışı Zərərçəkmiş şəxs kirayədə yaşadığı ünvan 3 ünvanında yerləşən mənzilin giriş qapısının açarını əldə edərək həmin yaşayış sahəsinə qanunsuz daxil olub oradan, Zərərçəkmiş şəxs məxsus olan 750 əyarlı qızıldan 35,1 q ram çəkidə iri dördkünc qaşlı, göy sapfir və briliant qaşları olan üç predmetdən ibarət 2.747,5 manat nisbəti ilə 3.500 ABŞ dolları dəyərində bir cüt üzük-sırğa dəstini, 585 əyarlı qızıldan 27,2 qram çəkidə briliant qaşlı üstü minalı üç predmetdən ibarət 3.140 manat nisbəti ilə 4.000 ABŞ dolları dəyərində bir cüt üzük-sırğa dəstini, 585 əyarlı qızıldan 11 qram çəkidə briliant qaşları olan bir ədəd 6.280 manat nisbəti ilə 8.000 ABŞ dolları dəyərində kolyeni, 585 əyarlı qızıldan 15 qram çəkidə bir ədəd 785 manat nisbəti ilə 1.000 ABŞ dolları dəyərində boyunbağını və 300 manat pulu gizli olaraq talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə xeyli miqdarda – 13.252,5 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini on unla əsaslandırmışdır ki, onun əməlində dələduzluq cinayətinin tərkibi olmadığı halda, birinci instansiya məhkəməsi sübutetməyə dair cinayətprosessual normaların tələblərini pozmaqla, o cümlədən məhkəmə istintaqında tədqiq olunmayan sübutlara, o cümlədən barəsində baxış keçirilməyən onunla zərərəçəkmiş Zərərçəkmiş şəxs arasında olan telefon danışıqlarını əks etdirən “CD”-yə hökmdə istinad etməklə əsassız və qanunsuz olaraq onu qulluq mövqeyindən itifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməkdə - Azərbaycan Respublıikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilmişdir. Halbuki, onunla Zərərçəkmiş şəxs arasında sonuncudan faizlə borc götürməsindən irəli gələn mülki-hüquqi xarakterli münasibətlər mövcud olmuşdur. Məhkum kassasiya şi kayətində göstərilənləri Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.6-cı maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsini və cinayət işinin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kas sasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində məhkəmələr tərəfindən cinayət-prosessual qanunun sübutetməyə da ir normalarının tələblərinin pozulduğunu, nəticədə onunla zərərçəkmiş qismində tanınmış Zərərçəkmiş şəxs arasında mülki-hüquqi xarakterli münasibətlər olduğu, yəni hərəkətlərində dələduzluq cinayətinin əlamətləri müəyyən olunmadığı və təqsirliliyi sübuta yetirilmədiyi halda, əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilindiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.6-cı maddəsində və kassasiya şikayətinin məzmununa görə 416.1.2, 416.1.11 -ci maddələrində nəzərdə tutulmuş hallarla əsaslandırmışdır. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4cü maddələri ilə - etibardan sui-istifadə etmə və aldatma yolu ilə, yəni 550 manat məvaciblə işə götürəcəyi və “xxxx” nəşr edildikdən sonra onun satışından əldə olunmuş gəlirin 20 faizini verəcəyi barədə verdiyi yalan vədlərdən istifadə edərək xx xxxx 2012-ci il tarixdə zərərçəkmiş Zərər çəkmiş şəxs 30.000 manat məbləğində pulunu ələ keçirib Zərərçəkmiş şəxs qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi haqqında ittiham irəli sürülmüş, birinci instansiya məhkəməsi Məhkum ittihamda göstərilən həmin əməli törətməkdə təqsirli bilmiş, bununla apellyasiya instansiyası məhkəməsi də razılaşmışdır. Dələduzluq cinayətinin əsas tərkibini nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin dispozisiyasına görə dələduzluq şəxsin etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməsi və ya əmlak hüquqlarını əldə etməsidir. Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələrində isə dələduzluğun bu maddələrdə göstərilən ağırlaşdırıcı əlamətlərlə - qulluq mövqeyindən istifadə etməklə və xeyli m iqdarda ziyan vurmaqla törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Odur ki, sözügedən cinayətin obyektiv və subyektiv cəhətlərinə aid olan hallar olaraq özgə əmlakının ələ keçirilməsi, onun cinayət məsuliyyətinin yaranması (hazırki halda “xeyli” miqdar təşkil etməsi) üçün tələb olunan miqdarda olması, özgə əmlakının ələ keçirilməsi üçün təqsirkarın yalandan və yaxud zərərçəkmiş şəxsin etibarından sui-istifadə etməsi, aldatma və etibardan sui-istifadə etməklə özgə əmlakını ələ keçirən şəxsin əmlakı ələ keçirmək niyyətinin həmin əmlakın ona verilməsinədək mövcud olması və buna müvafiq olaraq məqsədinin digər talama cinayətlərində olduğu kimi əmlakın əvəzsiz olaraq ələ keçirilməsinə (mülkiyyətçini, sahiblik edəni əmlakdan məhrum etməyə, özünün və yaxud mənafeyi naminə hərəkət etdiyi üçüncü şəxsin əmlak kütləsini talanmış əmlak hesabına qanunsuz olaraq artırmağa) yönəlməsi baxılan işin sübutetmə predmetini təşkil edən mühüm hallar kimi çıxış edirlər. Odur ki, Məhkum Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4-cü maddələri ilə təqsirli bilmək üçün Cinayət Məcəlləsinin 3-cü maddəsinə, Cinayət-Prosessual Məcəllənin 21-ci maddəsində nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyası prinsipinə, sübutetməyə və məhkəmə hökmünün əsaslılığına dair 139, 143 - 146, 349.5-ci maddələrinin müddəalarına əsasən tələb olunurdu ki, yuxarıda qeyd olunan (cinayət tərkibinin obyektiv və subyektiv cəhətlərinə aid olub baxılan ittiham üzrə sübutetmə predmetini təşkil edən) halların mövcudluğu barədə nəticələr belə qənaətə gəlmək üçün kifayət edən, cinayət-prosessual qanunun 125-ci maddəsinin, dig ər prosessual normaların müddəalrına uyğun şəkildə əldə olunmuş mümkün və mötəbər sübutların məcmusu ilə təsdiq olunsun. Belə ki, cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və bu əməlin törədilməsində şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamı n sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Bu normalarla müqayisə etməklə birinci instansiya məhkəməsinin hökmünü və apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarını yoxladıqda, həmin yekun məhkəmə aktlarının, o cümlədən sübutetmə predmetinə daxil olan yuxarıda qeyd olunan halların sübuta yetirilməsinə dair nəticələrin təsvir edilən cinayət-prosessual normaların tələblərinə, xüsusilə də C inayət-Prosessual Məcəllənin 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına, eləcə də CPM-in 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab vermədiyi müəyyən olunur. Belə ki, Məhkum ifadələrində aldatmaqla və yaxud etibardan sui-istifadə etməklə zərərçəkmiş Zərərçəkmiş şəxs xx xxxx 2012-ci il tarixdə 30.000 manat pul almadığını, zərərçəkmiş şəxslə onun arasında ixtilafın Zərərçəkmiş şəxs 10 faizlə 3000 manat borc götürməsindən və faizlərlə birlikdə Zərərçəkmiş şəxs 18.200 manat ödəsə də, Zərərçəkmiş şəxs birtərəfli qaydada aylıq faiz dərəcəsini 30-a qaldrıması səbəbindən sonuncunun hesablayıb tələb etdiyi məbləği ödəyə bilməməsindən yarandığını, Zərərçəkmiş şəxs ilə aralarındakı münasibətlərin mülki hüquqi xarakterli olduğunu göstərmişdir. Zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, Məhkum onu 550 manat əmək haqqı ilə “xxxx” MMC-yə baş redaktor vəzifəsinə götürəcəyini və ensiklopediyaların satışından əldə olunacaq gəlirin 20 faizini ona verəciyini vəd edib aldatmaqla “X1”nın hazırlanması işinə cəlb etmiş, lakin hər hansı miqdarda maaş verməmiş, ensiklopediyalar nəşr edilib satıldıqdan sonra əmək haqqlarını ödəyəcəyini bildirmiş və ensiklopediyaların hazırlanıb nəşr edilməsi üçün ona ünvan 4 ünvanında yerləşən birotaqlı yaşayış sahəsini satmağı və əldə olunmuş 33.000 ma natdan 30.000 manatını bir ay ərzində qaytarmaq şərti ilə ona borc verməyi təklif etmiş, o, mənzilin alqısatqısından 3 gün sonra ünvan 5 ünvanında kirayələdiyi mənzildə tanışı Şahid8 yanında 30.000 manatı Məhkum vermiş, lakin məhkum həmin pulu qaytarmayaraq ələ keçirmişdir. Məhkum və zərərçəkmiş şəxs bir-birini inkar edən ifadələr verdikləri vəziyyətdə onların ifadələrinin dərindən yoxlanılması, kimin işin həqiqi hallarına, kimin ziddinə ifadələr verməsi haqqında etibarlı nəticəyə gəlmək üçün başqa sübutların ətraflı tədqiq edilməsi, işin mühüm əhəmiyyət kəsb edən hallarının tam, hərətərfli və obyektiv araşdırılması tələb olunurdu ki, hökmün və apellyasiya instansiyası məhkəməsinin yekun qərarının məzmunlarına görə nə birinci istansiya məhkəməsi, nə də ki, apellyasiya instansiyası məhkəməs i bu vəzifəni lazımınca yerinə yetirməmişlər. Belə ki, birinci və apellyasiya instansiyası iməhkəmələri Məhkum ifadəsini təkzib edən, onun xx xxxx 2012-ci il tarixdə ünvan 5 ünvanında yerləşən mənzildə aldatmaqla və etibardan sui-istifadə etməklə Zərərçəkmiş şəxs 30.000 manat alıb ələ keçirərək dələduzluq etməsini göstərən, yəni məhz zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsindəki məlumatları təsdiq edən sübutlar kimi şahidlərin ifdələrinə, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında olan telefon danışıqlarının səs yazısına, “xxxx” MMC-dən götürülmüş mobil telefon əlaqələrinə (“SMS”-lərə) dair məlumatlara istinad etmişlər. Lakin, hökmdə və apellyasiya instansiyası məhkəməsinin qərarında ifadələri təsvir edilən şahidlərdən heç biri Məhkum Zərərçəkmiş şəxs 30.000 manat pul almasının şahidi o lduğunu deməmiş, hətta ifadəsi məhkəmədə elan edilmiş Şahid8 ibtidai istintaq zamanı dindirilərkən onun yanında Zərərçəkmiş şəxs Məhkum pul vermədiyini göstərərək, bu mühüm xüsusat üzrə məhz Zərərçəkmiş şəxs söylədiklərini təkzib etmişdir. Bundan başqa, Şahid8, habelə Şahid7 ifadələrində Zərərçəkmiş şəxs xahişi ilə hərəkət etdiklərini (Şahid8 pul vermədiyi halda özünü XX XXXə həqiqi tələbkar kimi təqdim etməsini, Şahid7 isə Əsmər Quliyeva ilə birlikdə Məhkum evinə, sonuncudan pul tələb etmək üçün getməsini) göstərək bu xüsusat üzrə Zərərçəkmiş şəxs deyil, Məhkum ifadəsi ilə uyğunluq təşkil edən məlumatlar vermişlər. Həmçinin, Şahid7 ifadəsində Zərərçəkmiş şəxs Məhkum yaşadığı evin qarşısında “XX XXX hardadır, niyə gizlənir, bax pulun sahibləri gəlib, çıxarıb pulun faizini versin” deyə qışq ırdığını göstərmişdir (Məhkum də ifadəsində Zərərçəkmiş şəxs ondan məhz faizləri tələb etməsi barədə məlumat vermişdir). Eynilə, hökmdə və apellyasiya instansiyası məhkəməsinin qərarında ifadəsi təsvir edilmiş Şahid10 birinci instansiya məhkəməsində veridyi ifadəsinə görə Məhkum ondan məhz borclu olduğu pula görə faizləri ödəmək üçün birinci halda 3000 manat, İkinci halda 300 manat almışdır. Bundan başqa, hökmdə istinad olunan nə Məhkumlə Zərərçəkmiş şəxs telefon danışıqlarının səs yazısında, nə də ki, “xxxx” MMC-dən götürülmüş mobil telefonlarla ötürülmüş “SMS” mətnlərində Zərərçəkmiş şəxs Məhkum 550 manat məvacibli iş və ensiklopediyanın satışından əldə olunacaq gəlirlə bölüşməyi vəd edib aldatmasına görə birotaqlı mənzilini satıb 30.000 manatı xx xxxx 2012-ci il tarixdə Məhkum verməsi barədə ittihamla kifayət qədər uzlaşdırıla biləcək məlumatlara təsadüf edilmir (yalnız xx xxxx 2012-ci ildə Zərərçəkmiş şəxs Məhkum göndərdiyi “SMS”-də “Saat 5-e kimi pulu mene getir. Men de sene butun senedleri və baş etibarnameni vererem ki, eüimi satıb pulu gotur” məzmunda yazı əksini tapmışdır). Hətta bu “SMS” mətnlərinin məzmununa baxdıqda, onların ittihamın faktiki məzmunu kimi təqdim edilən (məhkəmələrin də müəyyən edilmiş saydıqları) hallarla ziddiyyət təşkil etdiyi üzə çıxır. Belə ki, həmin mətnlərdən görünür ki, Zərərçəkmiş şəxs ilə Məhkum arasında xx xxxx 2012-ci il tarixindən hətta bir neçə ay əvvəl Zərərçəkmiş şəxs özünə, digər şəxslərə borclu olduğu pul vəsaitlərini Məhkum tələb etməsi ilə əlaqədar ixtilaf və münasibətlərində gərginlik yaranmışdır (məsələn, hələ xx xxxx 201 2-ci il tarixində Zərərçəkmiş şəxs Məhkum belə məzmunda “SMS” göndərmişdir: “Samirin və menim pullarımı 3 aprelə hazır et, qizillarimi da, gelib goturecem. Siz hörmet edilesi adam deyilsiniz! Bu qeder yalanlarla meni özune duşmen etdin, gorek kim udacaq”). 2012-ci ilin 16 iyulundan (yəni ittihama görə Zərərçəkmiş şəxs dələduzluq nəticəsində məhz 30.000 manatdan məhrum edilməsindən) sonrakı dövrə təsadüf edən xx xxxxxx 2012-ci il tarixli “SMS”-lərində isə Zərərçəkmiş şəxs Məhkum aşağıdakı məzmunda yazı göndərmişdir: “Vetendaş XXXX XX, oyun bitdi! 2500 manat XX XXX, 11 manat XXX XXX X iş düzeltmek adıyla X XX XXXya, 15 min manat mene, o cümleden 1 bilerziyim, ortası zumrud qaşlı brilyant üzük ve sırğalarım, ortası topaz qaşlı brilyant komplektim sendedir və eve göre o qadınlara 12 min 250 ma nat aldadıb almısan ki, avqust ayının 10-da iş düzelecek, daha iç uzun açıldı...”. “xxxx” MMC tərəfindən verilmiş xx xxxxx 2013-cü il tarixli 3 saylı əmrin surətinə görə Zərərçəkmiş şəxs 2012-ci ildə (yəni ittihamda 30 min manatın aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirldiyi gün kimi göstərilən xx xxxx 2012-ci tarixinədək) deyil, xx xxxxx 2013-cü il tarixdə 3 ay sınaq müddəti ilə “xxxx” MMC-yə baş redaktor vəzifəsinə təyin edilmiş, xx xxx 2013-cü il tarixli 05 saylı əmrin surətinə görə isə həmmin tarixdən MMC-də tutduğu baş redaktor vzifəsindən azad edilmişdir. Qeyd olunan (iş üzrə toplanmış və birinci instansiya məhkəməsində baxılmış sübutlardan irəli gələn) halların fonunda cinayət təqibi orqanının və onunla razılaşan məhkəmələrin nəyə əsasən Məhkum məhz xx xxxx 2012-ci il tarixdə və məhz Zərərçəkmiş şəxs ona olan etibarından sui-istifadə edərək və 550 manat əmək haqqısı olan iş, eləcə də ensiklopediyaların satışından əldə olunacaq gəlirlə bölüşməyi vəd edib aldatmaqla, Zərərçəkmiş şəxs mənzilinin satışından əldə olunmuş pulun əsas kütləsini təşkil edən məhz 30.000 manatı ələ keçirməsi haqqında nəticəyə gəlmişlər – bu məhkəmə kollegiyasına aydın deyil. Təsvir olunanlardan görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə yekun nəticəyə gələrkən həmin ittihama hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edən sübutları lazımınca tədqiq etməyib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144, 145 və 146-cı maddələrinin tələblərini pozmaqla məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini tələb edən cinayət-prosessual qanunun 416.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol vermişlər. Bu pozuntular qeyd olunan ittihama aid işin faktiki hallarının inandırıcı şəkildə müəyyən edilməsi üçün apellyasiya baxışının təkrarən keçirilməsini, onun gedişində təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs dindirilməklə, habelə digər sübutlar tədqiq edilməklə işin mühüm əhəmiyyətli hallarının tam, hərtərfli və obyektiv araşdırılmasını, bu araşdırmanın nəticələrinə görə (gerçək faktlar əsasında) hüquqi məsələlərin yenidən həll edilməsini tələb edir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair Məhkum və onun müdafiəçisi Müdafiəçi, habelə kassasiya şikayətinin təm in edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilməli, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar