Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-695/2021 05.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum və onun müdafiəçisi, “Faiq Nağıyev və Partnyorları” Vəkil Bürosunun vəkili Abdullayev Yasər Əbülfəz oğlunun iştirakları ilə xx xxxxx 1988-ci ildə Lənkəran rayonu, Boladı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, işləməyən, ünva n 1 qeydiyyatda olan və orada yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 152.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 mart 2019-cu il tarixli qərarından kassasiya şikayəti verilməsindən ötrü prosessual müddətin bərpasına dair vəsatətin təmin edilməməsinə dair Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 sentyabr 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi, “Faiq Nağıyev və Partnyorları” Vəkil Bürosunun vəkili Abdullayev Yasər Əbülfəz oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Rayon Məhkəməsinin 30 oktyabr 2018-ci il tarixli, 1(049)-207/2018 saylı hökmü ilə (hakim Mütəllim İsayev), Məhkum Azərbaycan Respubl ikası CM-in 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 30 oktyabr 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 30 oktyabr 2018-ci il tarixli hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi X5 və zərərçəkmişin qanuni nümayəndələri Qanuni nümayəndə1 və Qanuni nümayəndə2 tərəfindən apelyasiya şikayətləri verilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 mart 2019-cu il tarixli qərarı ilə (hakimlər: Ə.Ə.Novruzov, (sədrlik edən), K.S.Bəşirov və E.İ.Əliyev) məhkumun müdafiəçisi və zərərçəkmiş şəxsin qanuni nümayəndələri tərəfindən verilmiş apelyasiya şi kayətlərinin təmin edilməmiş, Lənkəran Rayon Məhkəməsinin 30 oktyabr 2018-ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanmışdır. Həmin qərardan məhkumun müdafiəçisi Abdullayev Yasəf Əbülfəz oğlu kassasiya şikayəti və kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası barədə vəsatət vermişdir. Kassasiya şikayətinin verilməsi üçün müddətin bərpası barədə vəsatətində Yasəf Abdullayev göstərmişdir ki, kassasiya şikayəti vermə müddətini 2 gün ötürmüşdür. Belə ki, sözü gedən qərardan kassasiya şikayətinin verilməsinin son günü 12.09.2020-ci il tarixdir ki, 12.09.2020-ci il və 13.09.2020-ci il tarixlər həftənin şənbə və bazar günlərinə düşdüyü üçün şikayət yerilməsi mümkün olmamışdır. 14.09.2020-ci il və 15.09.2020-ci il tarixlərdə isə Azərbaycan Res publikası Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq baş idarəsində istintaqı aparılan X2 hüquqlarını müdafiəsi ilə əlaqədar müvafiq istintaq hərəkətlərində iştirakı ilə əlaqədar sözügedən tarixlərdə kasassiya şikayəti təqdim edə bilməmişdir. Buna görə də kassasiya şikayətinin verilməsi üçün buraxılmış 2 gün müddəti üzrlü hesab edərək, müddəti bərpa olunmasını xahiş etmişdir. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 sentyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər: E.Ə.Camalov (sədrlik edən), R.M.Cəfərov və İ.H.Əhmədov) Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 mart 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən kassasiya şikayəti verilməsindən ötrü prosessual müddətin bərpasına dair vəsatət təmin edilməmişdir. Apellyasiya Məhkəməsinin həmin qəra rından məhkumun müdafiəçisi tərəfindən kassasiya şikayəti verilmişdir. Həmin şikayətdə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 sentyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi xahiş olunur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum və müdafiəçi Y.Abdullayevin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti, onu vermək hüququna malik olan şəxslər tərəfindən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından-onların çıxarıldığı, 18 (on səkkiz) ay müddətində verilir (2020-ci il iyul ayının 15-dək qüvvədə olan redaksiyada) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 411.1-ci maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müddət üzrlü səbəbdən buraxıldıqda bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsi qarşısında kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 411.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: “411.2.1. bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; 411.2.2. bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 411.3-cü maddəsinə əsasən kas sasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi məsələsi apellyasiya instansiyası məhkəməsinin yekun qərar çıxarmış məhkəmə tərkibi (bu mümkün olmadıqda, digər hakimlərdən ibarət məhkəmə tərkibi) tərəfindən həll edilir. Həmin Məcəllənin 411.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi müddətinin bərpa olunması haqqında vəsatəti rədd etdikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiya məhkəməsinin iş üzrə qəbul etmiş olduğu məhkəmə qərarı elan olunduğu andan qanunla müəyyən edilmiş müddətlərdə kassasiya protesti və ya şikayəti verilə bilər. Həmin müddətin axımı qərarın elan olunduğu vaxtdan hesablanmağa başlayır. Həmin müddətdən sonra kassasiya şikayəti və ya protesti verilərsə, prosessual müddətin bərasına dair vəsatət də verilməlidir. Kassasiya şikayətinin (protestinin) verilmə müddəti üzrlü səbəblərə görə buraxıldıqda prosessual müddət bərpa edilməlidir. Buna görə də kassasiya şikayətini (protestini) verən şəxs vəsatətində prosessual müddətin bərpasına dair vəsatətində müddətin buraxılmasının üzrlü səbəblərini göstərməli və əsaslandırmalıdır ki, onun iradəsindən asılı olmayan səbəblərdən müddət buraxılmışdır. Çünki buraxılmış müddətin bərpa edilməsi üçün əsas kassasiya şikayəti vermək hüququ olan şəxsin səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulmalı və bunun nəticəsində onun o byektiv olaraq vaxtında kassasiya şikayəti vermək imkanı olmamalı, yaxud da fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verməli idi. Bu iki haldan hər hansı birinin baş verməsi kassasiya şikayəti verilməsi müddətinin bərpasının üzrlü hesab edilməsi üçün əsasdır. Şəxsin iradəsindən asılı olmayan halın olması, şəxs həmin müddət ərzində özündən asılı olmayan səbəblərə görə kassasiya şikayəti vermək imkanının olmamasını ehtiva edir. İş materiallarından göründüyü kimi Şirvan Apelyasiya Məhkəməsinin 11 mart 2019cu il tarixdə qərarından kassasiya şikayəti vermə müddəti 12 sentyabr 2020-ci il tarixdə bitmişdir. 12 sentyabr 2020-ci il və 13 sentyabr 2020-ci il tarixləri həftənin şənbə və bazar günlərinə, yəni qeyri-iş günlərinə düşdüyündən kassasiya şikayəti vermə mü ddətinin son günü 14 sentyabr 2020-ci il tarix hesab olunur. İş materiallarından müəyyən olunur ki, vəkil Yasəf Abdullayev kassasiya şikayətini 16.09.2020-ci il tarixdə poçta vermiş və kasassiya şikayəti 17.09.2020-ci il tarixdə Şirvan Apelyasiya Məhkəməsinə daxil olmuşdur. Vəkilin vəsatətə əlavə etdiyi Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Baş İdarəsinin müstəntiqi Tural Məmmədyarovun verdiyi 16.09.2020-ci il tarixli arayışda qeyd olunmuşdur ki, Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Baş İdarəsində ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs X2 hüquqlarını müdafiə edən Abdullayev Yasər Əbülfəz oğlu həmin cinayət işi üzrə 14-16 sentyabr 2020-ci il tarixlərdə müvafiq istintaq hərəkətlərində iştirak etmişdir. Beləliklə, müə yyən olunur ki, kassasiya şikayəti qanunla müəyyən edilmiş 18 ay ərzində deyil, həmin müddətdən təxminin 2 gün keçdikdən sonra verilmiş və bununla da kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət buraxılmışdır. Məhkəmə kollegiyası müdafiəçinin qərardan vaxtında kassasiya şikayəti verə bilməməsi barədə dəlillərini müddətin üzrlü səbəblərdən buraxılmasını təsdiq edən dəlillər kimi qəbul etmir. Belə ki, apelyasiya instansiya məhkəməsi tərəfindən məhkuma qərarın qanuni qüvvəyə minməsi və ondan şikayət vermə qaydasının izah edilmiş, bununla bağlı müddəalar Şirvan Apelyasiya Məhkəməsinin 11 mart 2019-cu il tarixli qərarının nəticə hissəsində əks olunmuşdur. Ona görə də qeyd edilən dəlillər əsaslı hesab edilə bilməz. CPM-nin 202.1-202.3-cü maddələrinə əsasən cinayət mühakimə icraatı zamanı bu Məcəllə ilə müəyyən olunmuş müddətlər saatlar, günlər, aylar və illərlə hesablanır. Cinayət mühakimə icraatı zamanı müddətlər hesablanarkən müddətin başlandığı saat və gün hesaba alınmır. Cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Müddətlər aylar və ya illərlə hesablandıqda müddət sonuncu ayın müvafiq günündə qurtarır, həmin ayda müvafiq tarix yoxdursa, müddət ayın sonuncu günü qurtarır. Müddətin qurtarması iş gününə düşmürsə, həmin gündən sonrakı birinci iş günü müddətin axırıncı günü sayılır. Qanunvericiliyin şərh olunan normalarına və prosessual müddətlərə dair ümumi müddəalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum Şirvan Apellyas iya Məhkəməsinin Cinayət kollegiyasının 11 mart 2019-cu il tarixdə qərarından qanunla müəyyən edilmiş müddət ərzində, yəni 18 ay müddətində kassasiya şikayəti vermək hüququ olmuş, lakin həmin müddəti üzrsüz səbəbdən buraxmaqla kassasiya şikayəti verildiyindən və iş materialları onun müddəti üzrlü səbəbdən buraxması müəyyən olunmadığından Məhkum müdafiəçisinin kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə vəsatətinin dəlilləri əsassızdır və ona görə də rədd edilməlidir. Həmin müddət yalnız üzrlü səbəbdən buraxıldıqda bərpa edilməsi mümkündür. Lakin iş materiallarında müddətin üzrlü səbəbdən buraxılmasını əks etdirən hər hansı bir sənəd mövcud deyildir. Məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə bildirir ki, cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya şika yəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 mart 2019-cu il tarixli qərarından kassasiya şikayəti verilməsindən ötrü prosessual müddətin bərpasına dair vəsatətin təmin edilməməsinə dair Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-695/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-695/2021
05.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver