Məhkəmə qərarları › İş №1(102)-695/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-695/2023

03.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-695/2023 03.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər X12 (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi X5, dövlət – ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X11, Məhkum iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 iyun 2022ci il tarixli, 1(103)-1001/2022 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi6 tərəfindən verilmiş kassasiya şikayə tinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum 29 avqust, 1957-ci il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum edilməmiş, fərdi sahibkarlıqla məşğul olmuş, Bakı şəhəri, Nərimanov rayonu, X17 küçəsi 70, mənzil 5 ünvanında qeydiyyatda olmaqla yaşamışdır.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 2014-cü il iyun ayının ortalarında Abşeron rayonunun Zeynalabdin Tağyev qəsəbəsindəki fermada olan Zərərçəkmiş şəxs1 məxsus ümumilikdə 35.000 manat dəyərində 55 baş inəyi satıb pulunu sonuncuya verəcəyini vəd etdikdə etibardan sui-istifadə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 götürdüyü həmin sayda inəkləri istintaqa məlum olmayan şəxslərə satsa da vədinə əməl etməmiş, yəni özgənin əmlakı olan pul vəsaitini ələ keçirməklə zərər çəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa Məhkum 2014-cü il avqust ayının əvvəllərində Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu Xırdalan şəhərinin Heyldər Əliyev prospektində tikilməkdə olan binanın 2-ci girişinin 4-cü mərtəbəsindəki 84,5 kv metrlik sahəli 53.000 manat dəyərində mənzili satıb pulu sonuncuya verəcəyini vəd etdikdə etibardan sui-istifadə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 aldığı həmin mənzili X2 da vədinə əməl etməmiş, yəni özgənin əmlakı olan pul vəsaitini ələ keçirməklə zərər çəkmiş şəxsə külli miqdarda maddi ziyan vuraraq təkrarən dələduzluq etmişdir. Bundan başqa Məhkum qabaqcadan əlbir olduğu bir qrup şəxs halında 2014-cü il avqust ayının ikinci ongünlüyündə Abşeron rayonunun Mehdiabad qəsəbəsində inşa edilən binadan mənzil satacağını Zərərçəkmiş şəxs3 vəd etdikdə etibardan sui-istifadə və aldatma yolu ilə sonuncudan ünvan 2 ünvanında yerləşən ofisdə 10.000 manat məbləğində pulu alsa da vədinə əməl etməmiş, yəni özgənin əmlakı olan pul vəsaitini ələ keçirməklə zərər çəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vuraraq təkrarən dələduzluq etmişdir. Bundan başqa Məhkum 2014-cü il oktyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri Nəsimi rayonunun Bakıxanov küçəsində yerləşən 116 nömrəli binanın 12-ci mərtəbəsindəki 175 kv metrlik sahəli 99 saylı dördotaqlı 280.000 manat dəyərində mənzili satıb pulu sonuncuya verəcəyini vəd etdikdə etibardan sui-istifadə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 aldığı həmin mənzili sats a da 2014-cü il oktyabr ayının ortalarında yalnız 90.000 manat vermiş, qalan hissədə vədinə əməl etməmiş, yəni özgənin əmlakı olan pul vəsaitini ələ keçirməklə zərər çəkmiş şəxsə külli miqdar təşkil edən 190.000 manat məbləğində maddi ziyan vuraraq təkrarən dələduzluq etmişdir. Bundan başqa Məhkum qabaqcadan əlbir olduğu bir qrup şəxs halında 2014-cü il oktyabr ayının ortalarında ünvan 3 ünvanında yerləşən 27 saylı notariat kontorunun qarşısında Zərərçəkmiş şəxs4 məxsus 68.242,8 manat məzənnəsi ilə 87.000 ABŞ dolları dəyərindəki «Maserati Quattroporte» markalı **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobili satıb pulu sonuncuya verəcəyini vəd etdikdə etibardan sui-istifadə və aldatma yolu ilə Zərərçəkmiş şəxs4 aldığı həmin avtomobili X1 da vədinə əməl etməmiş, yəni özgənin əmlakı olan pul və saitini ələ keçirməklə zərər çəkmiş şəxsə külli miqdarda maddi ziyan vuraraq təkrarən dələduzluq etmişdir. Bundan başqa Məhkum 2014-cü ilin oktyabr ayı ərzində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 62 ünvanında yerləşən ofisdən 184.000 manat dəyərində sementi, 50.000 manat dəyərində mişar daşını və 7.200 manat dəyəriində taxta materiallarını satıb pulu sonuncuya verəcəyini vəd etdikdə etibardan sui-istifadə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 ümumilikdə 241.200 manat dəyərində həmin materialları alsa da vədinə əməl etməmiş, yəni özgənin əmlakını ələ keçirməklə zərər çəkmiş şəxsə külli miqdarda maddi ziyan vuraraq təkrarən dələduzluq etmişdir. Bundan başqa Məhkum 2014-cü il dekabrın 27-də Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 24 «a» ünvanında yerləşən notariat kontorunun qarşısında Zərərçəkmiş şəxs1 arvadı Şahid1 adına rəsmiləşdirdiyi, özünə məxsus 121.000 manat dəyərində «Mercedes GL 500» markalı **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobili satıb pulu Zərərçəkmiş şəxs1 verəcəyini vəd etdikdə etibardan sui-istifadə və aldatma yolu ilə sonuncudan aldığı həmin avtomobili X3 da 2014-cü il oktyabr ayının ortalarında yalnız 61.000 manat vermiş, qalan hissədə vədinə əməl etməmiş, yəni özgənin əmlakı olan pul vəsaitini ələ keçirməklə zərər çəkmiş şəxsə külli miqdar təşkil edən 60.000 manat məbləğində maddi ziyan vuraraq təkrarən dələduzluq etmişdir. Bundan başqa Məhkum qabaqcadan əlbir olduğu bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 Bakı şəhəri Nizami rayonunun 8-ci km qəsəbəsində tikilməklə olan «Avrositi Holdinq» ticarət mərkəzind ən mağaza satacağını vəd etdikdə bir neçə dəfəyə vahid niyyətlə əhatə olunan qəsdlə, yəni 2016cı il fevralın 14-də Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Əcəmi Naxçıvani küçəsində fəaliyyət göstərən kafenin qarşısında 25.650 manat dəyərində betonu, 2016-cı il mart ayının ikinci ongünlüyündə Bakı şəhəri Yasamal rayonunun ərazisində yerləşən «Şahdağ» restoranın yanındakı notariat kontorunun qarşısında Zərərçəkmiş şəxs2 bacısı oğlu Şahid6 adına rəsmiləşdirdiyi, özünə məxsus 81.610 manat məzənnəsi ilə 50.000 ABŞ dolları dəyərindəki «X21» markalı **-OK-*** dövlət qeydiyyat nişanlı ağ rəngli 2014-cü il modelli avtomobili, 2016-cı il mart ayının ikinci ongünlüyündə ünvan 6 ünvanındakı Zərərçəkmiş şəxs2 məxsus ofisdə 5.000 manat məbləğində pulu, bir neçə gündən sonra 500 manat məbləğində p ulu, 2016-cı il mart ayının axırlarında 2.950 manat dəyərində sementi sonuncudan alıb ələ keçirməklə zərər çəkmiş şəxsə ümumilikdə 115.710 manat məbləğində külli miqdar təşkil edən maddi ziyan vuraraq təkrarən dələduzluq etmişdir.

3. Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 iyun 2019-cu il tarixli, 1(101)178/2019 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinmiş və ona qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur.

4. Hökmdən Məhkum, onun müdafiəçiləri, X9 və X6, həmçinin Zərərçəkmiş şəxs1 nümayəndəsi Müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 noyabr 2019cu il tarixli qərarı ilə (sədrlik edən hakim F.A.Qasımov, hakimlər Q.X.Babayev və K.H.Əkbərovdan ibarət tərkibdə) Məhkum, onun müdafiəçiləri X9 və X6, həmçinin Zərərçəkmiş şəxs1 nümayəndəsi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətər Məhkəməsinin 03 iyun 2019-cu il tarixli hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 7 (yeddi) ildən 2 (iki) ilə endirilmiş, cəzasının əvvəli 15 fevral 2018-ci il tarixdən hesablanmışdır.

6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 7(008)-709/2019 saylı, 24 dekabr 2019-cu il tarixli qərarı ilə Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi təmin edilərək, o, cəzasının çəkilməmiş 01 (bir) ay 21 (iyirmi bir ) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 noyabr 2019cu il tarixli qərarından Zərərçəkmiş şəxs1 nümayəndəsi Müdafiəçi3 tərəfindən kassasiya şikayəti verilmişdir.

8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 15 iyul 2021-cu il tarixli qərarı ilə (sədrlik edən hakim İ.S.Qılıcov, hakimlər İ.Ə.Rəcəbov və N.R.Mövsümovdan ibarət tərkibdə) Zərərçəkmiş şəxs1 nümayəndəsi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 noyabr 2019-cu il tarixli qərarı ləğv edilərək cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 dekabr 2021-ci il tarixli qərarı ilə (sədrlik edən hakim Z.B.Babayev, hakimlər İ.A.İbrahimli və Z.A.Şirinovdan ibarət tərkibdə) Zərərçəkmiş şəxs1 nümayəndəsi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, həmin apellyasiya şikayətinə münasibətdə Bakı Ağır Cinayətər Məhkəməsinin 03 iyun 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum ona Bakı Ağır Cinayətər Məhkəməsinin 03 iyun 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 5 (beş) il 1 (bir) ay 21 (iyirmi bir) gün hissəsini çəkməsi üçün məhkəmə iclası zalından həbs edilmiş, Məhkum cəzaçəkmə müddətinin 28 dekabr 2021-ci il tarixdən hesablanması qərara alınmışdır.

10. Qərardan Zərərçəkmiş şəxs1 və nümayəndəsi Müdafiəçi5 tərəfindən birgə və Məhkum müdafiəçi si X9 tərəfindən kassasiya şikayətləri verilmişdir.

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 16 mart 2022-ci il tarixli qərarı ilə (sədrlik edən hakim Ə.C.Seyidov, hakimlər T.L.Kazımov və Ə.Ə.Novruzovdan ibarət tərkibdə) Zərərçəkmiş şəxs1 və nümayəndəsi Müdafiəçi5 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməmiş, Məhkum müdafiəçisi X9 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 dekabr 2021-ci il tarixli qərarı Məhkum həbs edilməsinə dair hissə istisna olmaqla ləğv edilmiş, cinayət işi baxılması üçün apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir.

12. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 iyun 2022-ci il tarixli qərarı ilə (sədrlik e dən hakim R.M.Abdulov, hakimlər C.V.Hüseyn və V.Ə.Mursaqulovdan ibarət tərkibdə) Məhkum, onun müdafiəçiləri X9 və X6, həmçinin Zərərçəkmiş şəxs1 nümayəndəsi Müdafiəçi2 tərəfindən ayrıayrılıqda verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətər Məhkəməsinin 03 iyun 2019-cu il tarixli hökmü dəyişdirimiş, baxılmış ittihamın 1-ci və 3-cü epizodları üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən Məhkum həmin epizodlar üzrə cəza təyin edilməmiş, Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 iyun 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 5 (beş) il 1 (bir) ay 21 (iyirmi bir) gün hissəsini ümumi rejimli cəzaçəkmə müə ssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 28 dekabr 2021-ci il tarixdən hesablanması, hökmün qalan hissələrdə isə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

13. Qərardan Zərərçəkmiş şəxs1 nümayəndəsi Nümayəndə ilə birgə, Zərərçəkmiş şəxs2, habelə Məhkum müdafiəçisi X9 ayrı-ayrılıqda kassasiya şikayətləri vermişlər.

14. İş kassasiya instansiyası məhkəməsində baxılanadək, Məhkum ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək, müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 17 noyabr 2022-ci il tarixli qərarı ilə (sədrlik edən hakim H.Q.Nəsibov, hakimlər Ş.Y.Yusifov və İ.A.Dadaşovdan ibarət tərkibdə) Məhkum müdafiəçisi X9 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmış, Zərərçəkmiş şəxs1 və nümayəndəsi Nümayəndə, habelə Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 10 iyun 2022-ci il tarixli qərarı Zərərçəkmiş şəxs1 və nümayəndəsi Nümayəndə, habelə Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

16. Hazırda Bakı Apellyasiya Məhkəməsinin 10 iyun 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi6 tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri, şikayətə qarşı etirazlar

12. Məhkum müdafiəçisi Müdafiəçi6 tərəfindən verilmiş kassasiya şikayətində iddia irəli sürülmüşdür ki, iş üzrə hökm və apellyasiya instansiyasının qərarı ədalə tsiz olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs1 ilə Məhkum arasında mal-qara alış-verişinə dair danışıqları və hər hansı münasibəti olmamış, digər Zərərçəkmiş şəxs3 ilə olan münasibət isə mülki xarakterli olmuş və pulu eynilə notarial qaydada ödənilmişdir. Bundan başqa, həqiqətən bütün epizodlar üzrə qanunvericiliyin yalnız mülki müddəalarının tətbiq edilməsi imkanlarını istintaq və məhkəmələr nəzərə almamışdır. Kassasiya şikayətində həmçinin qeyd olunmuşdur ki, cinayət işi üzrə 580.000 manat məbləğində zərər vurulmasına dair ərizə daxil olmuşdur. Zərərçəkmiş izahat verərkən bildirmişdir ki, 53.000 AZN dəyərində mənzil, 280.000 AZN dəyərində mənzil, 90.000 AZN dəyərində nağd, qalan 190.000 AZN vəsaiti zərərçəkənin dediyinə görə ödəməyə vəd vermiş, 184.800 AZN dəyərində tikinti və inşaat materi alları verilmiş, lakin ödəniş olunmamışdır. 35.000 AZN məbləğində cins heyvanları nisyə alqısatqı etdikləri iş materialları ilə təsdiq olunur. 121.000 AZN “Mercedes CLS” markalı avtomobilin alqı-satqısı epizodu üzrə cəmi 61.000 AZN ödənildiyi iddia olunur. Yəni qalan məbləğ üzrə cavabdeh qismində cəlb edilməli Məhkum təqsirləndirilən şəxs qismində cəlb edilir. Bundan əlavə, bəzi izahatlarında zərərçəkmiş şəxs bəzi hallarda cəmi 578.000 AZN zərərin ödənilməsi haqqında sənədlərə imza atmışdır. Altay Abbasov öz ifadəsində bildirmişdir ki, həqiqətdə nisyə cins malların alqı-satqısı olmamışdır. Apellyasiya instansiyası məhkəməsi zərərçəkmişlərə ziyanların tam ödənildiyini nəzərə alıb, məhkəmə təcrübəsində həssas mövzu olduğunu bilərək, Zərərçəkmiş şəxs1 qəti iradəsinə əmin olaraq, qanunla müəyy ən edilmiş hədlərdə qərar qəbul edilmişdir. Məhkumun müdafiəçisi qeyd edir ki, məhkəmə kollegiyası Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 notarial ərizələri olduğu halda, onların ödənilməsini faktiki yüngülləşdirici hal kimi nəzərə alır, lakin Zərərçəkmiş şəxs2 hökmdən heç bir şikayəti olmadığı halda, ödəməyə dair təsdiq olunmuş ərizəsi olduğu halda və əsas tələbkar, pulu eynilə notarial qaydada, ərizəyə əsasən ödənilmiş Zərərçəkmiş şəxs1 qərəzli mövqelərinə istinad edərək ədalətsizliyə yol vermiş olur.

13. Yuxarıda qeyd olunanları nəzərə alaraq, kassasiya şikayətinin müəllifi məhkəmədən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 iyun 2022-ci il tarixli, 1(103)-1001/2022 saylı qərarının ləğv edilməsini və Məhkum barəsində cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir.

14. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə Zərərçəkmiş şəxs1 tərəfindən etiraz daxil olmuşdur. Belə ki, Məhkum CMnin 178.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi cinayət işinin materialları, o cümlədən onun vurulmuş ziyanı qismən ödəməsi ilə tam sübuta yetirilmiş və özü tərəfindən də etiraf olunmuşdur. Zərərçəkmiş şəxs etirazda məhkəmədən məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunmamasını və Bakı Apellyasiya Məhkəməsinin hazırkı cinayət işi üzrə 10 iyun 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edir. III. Hüquqi məsələlər

15. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya pr otestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz.

16. Məhkum müdafiəçisi Müdafiəçi6 kassasiya şikayətinin başlıca dəlili məhkum barəsində cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməməsinin əsassız olmasıdır.

17. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşa ğıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayət törədilməsində aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə.

18. Həmçinin, Azərbaycan Respublikası CPM-in 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə, həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir.

19. İşdən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlara, həmçinin zərərçəkmiş şəxs və şahidlərin ifadələri ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə, həmin əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin Məhkum cinayət məsu liyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir.

20. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr təqsirləndirilən şəxs Məhkum elan olunmuş ittiham aktında qeyd edilmiş halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar, həmin sübutların şübhə altına alınması üçün işdə heç bir əsas yoxdur.

21. Kassasiya kollegiyası hesab edir ki, məhkəmələr X7 əməlinə hüquqi qiymət verərkən və onun törətdiyi cinayət əməlinin tövsifini müəyyənləşdirərkən cinayət qanunvericiliyinin normalarını düzgün tətbiq etmişlər.

22. Bundan başqa, işdən görünür ki, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir.

23. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, məhkəmə Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır.

24. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxs Məhkum cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dər əcəsini, onun şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasını yüngülləşdirən hallar kimi Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasən xəstə olması, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 ilə barışıq əldə etməsi və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq Məhkum təqsirli bilindiyi maddənin sanksiyası daxilində qanuni və ədalətli cəza təyin etmişdir. Həmçinin, məhkum edilmiş şəxsə qarşı irəli sürülmüş ittihamda iki epizod üzrə cəza təyin edilməsə belə, işin faktiki halları, zərərçəkmiş şəxslərə dəymiş ziyanın böyük bir hissəsinin ödənilməməsi, sonuncuların ondan şikayətçi olması nəzərə alındıqda birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın həddi, məhkuma fərdi yanaşılmaqla şə xsiyyətinə, törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun hesab edilməlidir. Həmçinin, məhkəmə iclasında Məhkum təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün əlavə əsaslar müəyyən edilməmişdir.

25. Həmçinin, məhkəmə kollegiyasının qənaətinə görə həm birinci, həm də apellyasiya instansiyası məhkəməsində müdafiə tərəfinin bütün dəlillərinə ayrı ayrılıqda qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir.

26. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, həm ibtidai istintaq və həm də məhkəmə istintaqı zamanı Məhkum müdafiə hüququnun pozulması hallarına yol verilməmiş, on un Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikası CPM-nin 91ci maddəsində göstərilmiş bütün hüquqları təmin edilmişdir.

27. Kassasiya məhkəməsi qeyd edir ki, kassasiya məhkəməsinə təqdim edilən sənədlərdən görünür ki, Məhkum bütün zərərçəkmişlərlə barışmış, vurduğu ziyanın əhəmiyyətli hussəsini ödəmişdir.

28. Azərbaycan Respublikası CPM-in 416.0.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.0.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməs inin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir.

29. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 iyun 2022-ci il tarixli qərarının cəza təyini hissəsində dəyişdirilməsini əsaslı hesab edir.

30. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi6 verdiyi kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 iyun 2022-ci il tarixli, 1(103)-1001/2022 nömrəli qərarı dəyişdirilməlidir.

31. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına və Bakı Apelyasiya Məhkəməsinin 28 dekabr 20 21-ci il tarixli, 1(103)- 2093/2021 saylı qərarına əsasən, Məhkum həbsdə olduğu və cəza çəkdiyi müddət AR CM-in 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla təyin edilmiş cəzada nəzərə alənmaqla çəkilməmiş qalan 3 (beş) il 1 (bir) ay 21 (iyirmi bir) gün hissəsini çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 28 dekabr 2021-ci il tarixdən hesablanmalıdır.

32. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPMnin 419.10.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 iyun 2022ci il tarixli, 1(103)-1001/2022 nömrəli qərarı Məhkum müdafiəçisi Müdafiəçi6 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Məhkum hökmlə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib təy in edilmiş 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına endirilsin. Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 3 (üç) il 1 (bir) ay 21 (iyirmi bir) gün hissəsini ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 28 dekabr 2021-ci il tarixdən hesablansın. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Məhkum müdafiəçisi Müdafiəçi6 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar