Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-696/2018 07.06.2018 ALİ MƏHKƏMƏ İş № 1(102)-696/2018 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının Q Ə R A R İ 07 iyun 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), İlqar Səyyad oğlu Qılıcov və X1 ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X2 və məhkum Təqsirləndirilən şəxs iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2017-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xx 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Eldar Mikayılov, hakimlər Əliövsəd Abasov və Mahmud Ağalarovdan ibarət tərkibdə), Təqsirləndirilən şəxs, xx xxxxxx 1979-cu il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay,orta təhsilli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Şirvan şəhəri ünvan1 qeydiyyatda ol an və Şirvan şəhəri ünvan2 yaşamış, xx xx 2016-cıil tarixdən həbsdə olan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirlibilinib, cəzasınıxüsusirejimlicəzaçəkməmüəssisəsindəçəkməkləvəcəzasınınəvvəli xx xx 2016cıiltarixdənhesablanmaqla 09 (doqquz) ilmüddətəazadlıqdanməhrumetməcəzasınaməhkumedilmiş, onacəza çəkdiyimüddətərzində CinayətMəcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, narkomaniyadanməcburi müalicə təyin edilməsi hökm edilmişdir. İşin halları: Birinci instansiyası məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxsona görə təqsirlibilinibməhkum edilmişdir ki, o, məhkumluğu ödənilmədən və götürülmədən, xx xx 2016-cı ildə Şirvan şəhərində şəxsiyyəti istintaqla müəyyən olunmamış şəxsdən satış məqsədilə qanunsuz olaraq b ir ədəd bükümdə çəkisi 20,870 qramtəşkiledən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib özündə saxlamışvə xx xx 2016-cı il tarixdə həmin narkotik vasitəni Şirvan şəhərindən Bakı şəhərinə daşımış, Azərbaycan Respublikası DaxiliİşlərNazirliyininBaşNarkotiklərləMübadirəidarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin tarixdə saat 17 radələrində, ünvan 1 ünvanda yerləşən «Fizuli» heykəlinin qarşısında şübhəli şəxs kimi saxlanılıb üzərinə baxış keçirilərkən,əynindəki qara rəngli şalvarının sağ yan cibindən sellofan kəsiyinə bükülmüş halda bir ədəd bükümdə xalis çəkisi 20,870 qram təşkiledənqeydedilən külli miqdarda narkotik vasitə heroin aşkar olunaraqqablaşdırılmaqla ondan götürülmüşdür. Həmin hökmdən məhkum və müdafiəçisi tərə findən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2017-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim İlqar Murquzov, hakimlər Mirzəli Abbasov və Qədim Babayevdən ibarət tərkibdə) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xx 2017-ci il tarixlihökmüdəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2017-ci il qərarından məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, işə baxan məhkəmələr əsassız və qeyri obyektiv olaraq onu təqsirli bilmişlər. Belə ki, ibtidai istintaq zamanı onun təqsirinin sübuta yetirilməməsinə, hal şahidlərinin peşəkar olm asına və ifadələrinin üst-üstə düşməməsinə baxmayaraq məhkəmə onun əvvəlki məhkumluqlarını əsas götürərək ittiham hökmü çıxarmış, apellyasiya məhkəməsi isə hökmü dəyişdirmədən saxlamışdır. Kassator göstərmişdir ki, onun himayəsində üç azyaşlı uşağı vardır və o, ailənin yeganə qazanc gətirənidir. Məhkəmələr bu halları nəzərə almayaraq ona ağır cəza təyin etmişlər. Kassator kassasiya şikayətində göstərilənlərə əsasən məhkəmə kollegiyasından barəsində olan Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının xx xx 2017-ci il tarixli qərarının ləğv edilməsini və ona bəraət verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya şikayətinin təmin edilməsinə dair mə hkumun və kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısı İ çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, məhkum Təqsirləndirilən şəxs barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2017-ci il tarixli qərarı dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hərhansıbirfaktınbaşveribverməməsinimüəyyən etmir və yalnızhəmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə özmünasibətinibildirir. Kassator kassasiya şikayətində onun təqsirinin sübuta yetirilmədiyini, barəsində qanunsuz hökm çıxarıldığını, həmçinin əməlinin düzgün tövsif olunmadığını, onun himayəsində üç azyaşlı uşağının olmasının və onun ailənin yeganə qazanc gətirəni olmasının nəzərə alınmadığını vurğulayaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2017-ci il tarixli qərarının ləğv edilməsini və ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakılara əsasən işə baxan məhkəmələrin məhkum Təqsirləndirilən şəxs əməlinin tövsifinə dair gəldikləri nəticə ilə razılaşmır: Birinci instansiya məhkəməsi hökmdə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, “məhkəmə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xx 2011-ci il Qərarının tövsiyyələrini və işin faktiki hallarını, yəni təqsirləndirilən şəxsin yuxarıda göstərilən şəraitdə külli miqdarda, yəni ümumi xalis çəkisi 20,870 qram olan narkotik vasitə olan heroini qanunsuz yolla istintaq zamanı müəyyən edilməmiş mənbədən əldə edərək öz üzərində daşıyıb saxlayaraq, yaşayış və ya iş yeri olmadığı Bakı şəhərinə gətirdiyi və Yasamal rayonu ərazisində yuxarıda göstərilən şəraitdə polis əməkdaşları tərəfindən yaxalandığı, onun şəxsiyyətini xarakterizə edən halları, yəni daimi yaşayış yeri olan Şirvan şəhərində iş yeri və müntəzəm qaydada heç bir gəlir yeri olmadığını, narkomaniya xəstəliyindən əziyyət çəkməklə qanunsuz yolla naməlum mənbədən narkotik vasitələr əldə etməklə istifadə etdiyi və digər halları nəzərə alaraq hesab edir ki, onun həmin narkotik vasitələri məhz satış məqsədi ilə əldə etmiş olduğu tam təsdiq olunmuşdur”. Apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qənaətini əsaslı hesab etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx xx 2016-cı il tarixli “Əməliyyat tədbirinin keçirilməsi və maddi sübutların götürülməsi haqqında ” protokolda göstərilmişdir ki, xx xx 2016-cı il tarixdə saat 17:00-da Akademik Milli Dram Teatrınını qarşısında “Məhəmməd Füzuli”nin abidəsinin yaxınlığında “Zaur” adlı şəxs saxlanılmış və saxlanılan şəxs Təqsirləndirilən şəxs izah edilmişdir ki, o, narkotiklərin qanunsuz dövriyyəsində şübhəlidir, üzərində qeyri-qanuni nə varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindəki 1 (bir) ədəd selofan kəsiyinə bükülmüş, təxmini çəkisi 20 (iyirmi) qram narkotik vasitə olan heroini polis əməkdaşlarına təqdim etmiş və həmin narkotik vasitəni Şirvan şəhərində tanış olduğu “Ramiz” adlı şəxsdən bir qramını 30 (otuz) manata olmaqla cəmi 20 (iyirmi) qram 600 (altı yüz) manata şəxsi istifadəsi üçün aldığını demişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs istintaq və məhkəmə araşdırmaları zamanı verdiyi bütün ifadələrində narkotik maddəni özü istifadə etmək üçün əldə etdiyini göstərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumununxx xx 2011-ci il Qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyi şdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə e dilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Plenum Qərarından göründüyü kimi təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarından görünür ki, məhkum Təqsirləndirilən şəxs narkotik vasitəni satması barədə hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsinə, o cümlədən narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və onların hazırlanması üçün avadanlığın olması dair iş materiallarında heç bir dəlil yoxdur. Başqa sözlə, Təqsirləndirilən şəxs istinad edilən 20,870 qram narkotik vasitə hesab edilən heroinin məhkum tərəfindən məhz satış məqsədilə əldə edilməsinə cinayət işinin materiallarında heç bir sübut yoxdur. Məhkumun narkotik maddəni özü istifadə edəcəyi barədə göstərdiyi xüsusatlar heç bir sübutla təkzib edilmir. Belə ki, yuxarıda qeyd edildiyi kimi Təqsirləndirilən şəxs üzərindən götürülmüş n arkotik maddə çəkilib xırda bağlamalara bükülməmiş, yalnız bir bükümdə olmuşdur. Məhkum narkotik vasitəni satması barədə hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməmişdir. Cinayət işinin materiallarındakı Məhkəmə Narkoloji Ekspertizasının 1393 saylı xx xx 2016-cı il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Göründüyü kimi məhkum Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəçisi olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, hökmdə göstərilən dəlillər- “Təqsirləndirilən şəxs yaşayış və ya iş yerinin olmaması, narkotik vasitəni Bakı şəhərinə gətirməsi və Yasamal rayonu ərazisində yuxarıda göstərilən şəraitdə polis əməkdaşları tərəfindən yaxalanması, onun şəxsiyyətini xarakterizə edən hallar, yəni daimi yaşayış yeri olan Şirvan şəhərində iş yeri və müntəzəm qaydada heç bir gəlir yeri olmaması, narkomaniya xəstəliyindən əziyyət çəkməklə qanunsuz yolla naməlum mənbədən narkotik vasitələr əldə etməklə istifadə etməsi” heç də məhkum Təqsirləndirilən şəxs narkotik vasitəni satmaq məqsədi ilə əldə etməsinə dəlalət etmir. Məhkəmə kollegiyasının qənaəti belədir ki, göstərilən hallar əsassız mülahizələrdir. Məhkəmə kollegiyası qeyd edir ki, işə Ali Məhkəmənin göstərilən Plenum Qərarının müddəaları baxımından yanaşdıqda işə baxan məhkəmələr tərəfindən məhkum Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi, daşıması və üstündə saxlaması barədə gəldikləri nəticə tutarlı bir fakta və təkzibedilməz dəlillərə söykənmədiyindən əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi ilə düzgün ixtisaslaşdırılması xüsusi əhəmiyyətə malikdir. Bu hal cinayət törətmiş şəxsin törətdiyi əmələ uyğun olaraq barəsində CM-nin maddəsinin düzgün tətbiq edilməsinə, şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cəzanın təyin edilməsinə və nəticədə cinayət qanununun prinsiplərinin həyata keçirilməsinə xidmət edir. Məhkəmə kollegiyası qeyd edir ki, CPM-nin 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tut ulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən kassatorun dəlilləri ilə qismən razılaşır, onları əsaslı hesab edir və belə nəticəyə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, məhkum Təqsirləndirilən şəxs barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2017-ci il tarixli qərarı dəyişdirilməli, məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ixtisaslaşdırılmış əməli CM-nin 234.1-ci maddəsinə tövsif edilməli və məhkuma bu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə kollegiyası yuxarıda şərh edilənlərə əsasən məhkuma bəraət verilməsi barədə şikayətin d əlillərini əsassız hesab edir. Beləliklə, məhkəmə kollegiyası işin halları barədə aşağıdakı nəticəyə gəlir: Məhkum Təqsirləndirilən şəxsona görə təqsirlibilinir ki, o, məhkumluğu ödənilmədən və götürülmədən, xx xx 2016-cı ildə Şirvan şəhərində şəxsiyyəti istintaqla müəyyən olunmamış şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq bir ədəd bükümdə çəkisi 20,870qramtəşkiledən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib özündə saxlamışvə xx xx 2016-cı il tarixdə həmin narkotik vasitəni Şirvan şəhərindən Bakı şəhərinə daşımış, Azərbaycan Respublikası DaxiliİşlərNazirliyininBaşNarkotiklərləMübarizəidarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin tarixdə saat 17 radələrində, ünvan 1 ünvanda yerləşə n «Fizuli» heykəlinin qarşısında şübhəli şəxs kimi saxlanılıb üzərinə baxış keçirilərkən,əynindəki qara rəngli şalvarının sağ yan cibindən sellofan kəsiyinə bükülmüş halda bir ədəd bükümdə xalis çəkisi 20,870 qram təşkiledənqeydedilən külli miqdarda narkotik vasitə heroin aşkar olunaraqqablaşdırılmaqla ondan götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Kollegiya qeyd edir ki, CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar cəzala rını ciddi rejimli cəzaçəkmə müəssisələrinə çəkməlidirlər. Məhkum Təqsirləndirilən şəxs əvvəllər xüsusilə ağır cinayətlər törətməyə görə məhkum olunduqdan sonra məhkumluğu ödənilməmiş və götürülməmiş az ağır cinayət əməli törətdiyindən, yəni məhkum Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsinə tövsif edildiyindən və istinad edilən maddə təsnifatına görə az ağır cinayətlər kateqoriyasına daxil olduğundan, məhkum cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, CM-nin 15.3-cü maddəsinə görə, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Bundan başqa, məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkum Təqsirləndirilən şəxs əməli ağır cinayətdən (CM-nin 234.4.3-cü maddəsindən) az ağır cinayətə (CM-nin 234.1-ci maddəsinə) tövsif edildiyindən məhkumun əməlində artıq cinayətlərin xüsusi təhlükəli residivi deyil, cinayətlərin residivi yaranır. Bununla belə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində cinayətlərin residivi cəzanı ağırlaşdıran halların sırasına daxil olduğundan məhkəmə kollegiyası da məhkumun əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 416.0.15-ci maddəsinə əsasən, məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Belə olan halda, məhkəmə kollegiyası cinayətişininmateriallarını və cinayət-prosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq məhkum Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2017-ci il tarixli qərarından verdiyi kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşır, onları əsaslı hesab edir və belə nəticəyə gəlir ki, kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2017-ci il tarixli qərarının dəyişdirilməsi, məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ixtisaslaşdırılmış əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsi və məhkuma bu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının müəyyən edilməsi qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Rəspublikası CPM-nin 416.0.15 və 419.10.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA AL D İ: Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti qismən təmin edilsin.
1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2017-ci il tarixli qərarı dəyişdirilsin.
2. Məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ixtisaslaşdırılmış əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilsin və bu maddə ilə məhkum Təqsirləndirilən şəxs03(üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin.
3. Məhkum Təqsirləndirilən şə xs cəzasının qalan hissəsini çəkmək üçün xüsusi rejimli çəzaçəkmə müəssisəsindən ciddi rejimli cəzaçəkmə müəssisəsinə keçirilsin və cəza çəkmə müddətinin başlanğıcı hökmdə göstərildiyi müddətdən - xx xx 2016-cıil tarixdən hesablansın. Qərar digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: İnqilab Nəsirov Hakimlər: İlqar Qılıcov Fərhad Əliyev