Məhkəmə qərarları › İş №1(102)-696/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-696/2020

07.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-696/2020 07.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun, Məhkum iştirakları ilə xx xxxx 1970-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olunmuş və məhkumluğu ödənilmiş, ünvan ünvanında qeydiyyatda olan, ünvan 1 yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cin ayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (hakimlər: A.Ə.Məcidov (sədrlik edən), Z.Q.Ağayev və S.S.Hüseynov) Məhkum – CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsiri bilinib 05 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin xx xxxxxxxx 2018ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 201 9-cu il tarixli qərarı ilə (hakimlər: İ.M.Murquzov (sədrlik edən), H.Ç.Məmmədov və H.H.Əhmədov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmünə görə Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə edib daşıyaraq özündə saxlamışdır. Belə ki, Məhkum istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq, satış məqsədi ilə külli miqdarda 1181,083 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı, təmiz çəkisi 1,034 qram rəngsiz kristallardan ibarət Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotr op maddə kütləsi olan metamfetamini və təmiz çəkisi 470,0 qram olmaqla ümumi sayı 8 ədəd əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissələrini əldə edərək yaşadığı Xəzər rayonu, Türkan qəsəbəsi, yeni yaşayış sahəsində yerləşən nömrəsiz bağ evinə və həyətyanı sahəsinə daşıyaraq orada saxlamış, bu barədə daxil olmuş məlumat əsasında xx xxxxxxxx 2018-ci il tarixdə saat 23:15 radələrində Xəzər RPİ-nin əməkdaşları tərəfindən Məhkum yaşadığı Xəzər rayonu, Türkan qəsəbəsi, yeni yaşayış sahəsində yerləşən nömrəsiz bağ evinə və həyətyanı sahəsinə keçirilmiş əməliyyat tədbiri zamanı həmin evin yataq otağından iki ədəd elektron tərəzi, bir ədəd qara rəngli qutuda, bir ədəd bükümdə, təmiz çəkisi 1,034 qram rəngsiz kristallardan ibarət Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddə kütləsi olan metamfetamin, qırmızı rəngli qutuda, iki ədəd sellofan torbada, bir ədəd kibrit qutusunda, bir ədəd salfet kağızı bükümdə, qutuda açıq vəziyyətdə ayrı - ayrılıqda təmiz çəkiləri 13,350 qram, 12,770 qram, 3,775 qram, 1,179 qram, 4,168 qram, bir ədəd üzərində «Belomorkanal» sözü yazılmış yarı hissəsi çəkilmiş papirosda təmiz çəkisi - 0,256 qram, narıncı rənqli dəmir papiros qutusunda 1 ədəd siqaret dənəsinə doldurulmuş təmiz çəkisi 0,035 qram, həmin qutuda bir ədəd siqaretdə qarışıq kütlədə təmiz çəkisi - 0,550 qram, həmin evin həyətyanı sahəsindən bir ədəd naxışlı sintetik çanta bağlamada təmiz çəkisi 1145,0 qram, ümumilikdə isə - 1181,083 qram satış məqsədilə ilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda bitki mənşəli kütl ələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və təmiz çəkisi 470,0 qram olmaqla ümumi sayı 8 ədəd əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissələri, aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və barəsində ədalətli və humanist prinsiplər əsasında qərar qəbul edilməsini xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, barəsində irəli sürülən ittiham qərəzli olmuşdur. Buna səbəb isə Məhkum qardaşının Xəzər rayon polis idarəsinə aparılması və bunun da sonuncunun ölümünə səbəb olması ilə əlaqədar Məhkum müxtəlif təşkilatlar a şikayət etməsi olmuşdur. Onu cinayət məsuliyyətinə cəlb etməklə susdurmaq istəmişlər. Məhkum bildirir ki, o, həm ibtidai araşdırma zamanı, həm də məhkəmədə qurudulmuş marixuanadan istifadə etdiyini etiraf etmiş, lakin narkotik vasitələrin qanunsuz dövriyyəsi, satılması, daşınması ilə məşğul olmadığını bildirmişdir. Buna baxmayaraq həm ittiham aktında, həm də məhkəmənin hökmü və qərarında əsassız olaraq göstərilmişdir ki, guya o, elan edilmiş ittihamla qismən razılaşmışdır. Məhkumun fikrincə, onun narkomaniyadan əziyyət çəkməsinə dair məhkəmənin gəldiyi nəticə də əsassızdır. Halbuki, o, yalnız qurudulmuş marixuanadan istifadə edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edi lməsi barədə Məhkum, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin çıxışlarını dinləyərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş apellyasiya instansiyası məhkəməsi isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişdir ki, Məhkum məhkəmə hökmündə təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmə iş üzrə təqsirləndirilən şəxsin özünün cinayət işinin ibtidai araşdırması dövründə verdiyi qismən etirafedici ifadələrinə, şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə toplanmış digər sübutlara istina d etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Verilmiş şikayətdə məhkumun əsassız olaraq CM-nin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi mübahisə edilir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqə t yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” xx xxxxxxxx 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilm əz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” xx xxxxxx 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” xx xxxxxxxx 2001-ci il, “X6rşı” xx xxxxxx 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” xx xxxxxx 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instan siya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və Əsas Azadlıqları Haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraq ların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməlləri mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla yəni, məhkum edilmiş şəxsin ibtidai istintaqda verdiyi qismən etiraf edici ifadələri, məhkəmədə şahidlərlə onun arasında keçirilmiş çarpaz dindirmələr zamanı şahidlərin ona qarşı verdikləri ifşaedici ifadələri, baxış və götürmə, müayinə və digər istintaq hərəkətlərinin protokolları, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması h aqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birisini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum verdiyi ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşlar. Məhz bu sübutla rı qanuna müvafiq qaydada qiymətləndirərək məhkəmələr tam əsaslı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə düzgün tövsif etmiş, yekun qərarlar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişlər. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzə rdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkumun kassasiya şikayətində irəli sürdüyü dəlillər əsasən onun apellyasiya şikayətində göstərdiyi dəlillərlə eyni məzmunludur və apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin dəlillərlə əlaqədar araşdırma aparılmaqla hüquqi qiymət verilmişdir. Məhkum kassasiya şikayətində göstərdiyi, qardaşının Xəzər rayon Polis İdarəsinə aparılması və bunun da sonuncunun ölümünə səbəb olması ilə əlaqədar Məhkum müxtəlif təşkilatlara şikayət etməsi və onu cinayət məsuliyyətinə cəlb etməklə susdurmaq istəmələri barədə vəsatətləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Məhkum qardaşının ölmə si məsələsinə dair iş materiallarında heç bir məlumat yoxdur. Həm ibtidai istintaq dövründə, həm də məhkəmə baxışları zamanı Məhkum tərəfindən bununla əlaqədar heç bir vəsatət irəli sürülməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etmir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 2 №- li Qərarının 9-cu bəndində qeyd edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçü n avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi barədə» xx xxxx 2005-ci il tarixli qanununa əsasən, beynəlxalq adı “kannabis” olan narkotik vasitənin 5 qram çəkisi, “metamfetamin” 0,15 qram çəkisi və ondan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar hesab edilir. Təmiz halda 500 qram və ondan artıq miqdarda “kannabis” və 1,5 qram və ondan artıq miqdarda “metamfetamin” isə külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələr və onların prekursorlarının dövriyyəsi haqqında» xx xxxx 2005-ci il tarixli Qanununun 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən, həyata keçirilməsi üsulundan ası lı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr və psixotrop maddələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyindəki narkotik vasitələrvə psixotrop maddələrin özündə saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələr və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azər baycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, ya digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Məhkəmə kollegiyası kassasiya şikayətində əks edilən halları araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlarla yanaşı, həmçinin cinayət prosessual qanunvericiliyinin, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə və «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 2 №-li Qərarında göstərilən tövsiyyələrə tam uyğundur. Beləliklə, baxılan işdə Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində təsbit edilmiş bəraətin əsasları, eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini tələb edən CPM-in 416-cı maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilməsinə dair məhkum tərəfindən verilmiş kassasiya şikayətinin tələbləri təmin edilə bilməz. Məhkəmə kоllеgiyаsı məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzаkirə еdib, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qərarı maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-ci maddələrinin tələblərinə tam riayət etmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 2 №-li Qərarının 25-ci bəndində mənasına görə məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə tör ədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, məhkəmə Məhkum bar əsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və apellyasiya instansiya məhkəməsi onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətin təmin edilmədən, həmin hökmün isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar