Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-696/2021 21.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Rzayeva Zeynəb Azad qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru Hacıyev Ziya Əli oğlunun iştirakı ilə, Füzuli Rayon Məhkəməsinin 03 iyul 2020-ci il tarixli hökmü ilə Məhkum1 və Məhkum2, hər birisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 318.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 noyabr 2020-ci il tarixli qərarından dövlət ittihamçısı Hüseynov Elnar Əli oğlu tərəfindən verilmiş kassasiya protestinə və Məhkum2 müdafiəçisi Səmədov Müşfiq Ədalət oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Füzuli Rayon Məhkəməsinin 03 iyul 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Bağırov Məhəmməd Abduləli oğlu) Məhkum1, XXXXXXX il tarixdə Ağsu rayonunun Nuran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta ixtisas təhsilli, heç yerdə işləməyən, məhkum olunmamış, ünvan 1-də qeydiyyatda olmaqla ünvan 2-də yaşamış, və Məhkum2, XXXXXXX il tarixdə Füzuli rayonu Aybasanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, bir azyaşlı uşaq atası, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1-də qeydiyyatda olmaqla ünvan 2-də yaşamış, hər birisi CM-nin 318.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə ayrı-ayrılıqda 1 (bir) il 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. CM-nin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı Məhkum1 09 aprel 2019-cu il tarixdən 31 iyul 2019-cu il tarixədək, Məhkum2 isə 10 aprel 2019-cu il tarixdən 30 iyul 2019-cu il tarixədək həbsdə olduqları müddətlər onlara təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına hes ablanmaqla həmin cəzalardan çıxılmış və Məhkum1 üzərində qəti olaraq 1 (bir) il 8 (səkkiz) gün, Məhkum2 üzərində isə 1 (bir) il 10 (on) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum1 İran İslam Respublikasına gedib narkotik vasitə əldə etməklə bağlı danışıqlar aparması barədə Füzuli rayonu, Aybasanlı kənd sakini Məhkum2 ilə razılaşdıqdan sonra 01 mart 2019-cu il tarixdə, Məhkum2 isə 06 mart 2019cu il tarixdə Biləsuvar Gömrük-sərhəd buraxılış məntəqəsindən keçərək İran İslam Respublikasına gedib özünü İran İslam Respublikasının vətəndaşı X22 kimi təqdim etmiş şəxsiyyəti istintaqa məlum olmayan şəxsin İran İslam Respublikasının Aslandüz rayonu, Xəlilkənd kəndindəki evində Məhkum2, X22 və X23la görüşüb orada Azərbaycan Respublikasını n mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqəsindən kənar keçərək Azərbaycan Respublikası, Füzuli rayonu ərazisinə narkotik vasitə daşınması barədə onlarla qabaqcadan əlbir olub bir qrup yaradaraq 07 mart 2019cu il tarixdə hər ikisi bir neçə saat fərqi ilə Biləsuvar Gömrük-sərhəd buraxılış məntəqəsindən Azərbaycan Respublikasına qayıtdıqdan sonra 08 mart 2019-cu il tarixdə Məhkum2 təklifi ilə Füzuli rayonu, Araz Dilağarda kəndinin Azərbaycan-İran dövlət sərhədinə yaxın ərazisinə gələrək aralarında olan razılaşmaya uyğun olaraq miqdarı və növü istintaqa məlum olmayan narkotik vasitələri Füzuli rayonu, Araz Dilağarda kəndinin ərazisinə daşıyacaq şəxsiyyətləri istintaqa məlum olmayan “yolçu” adlanan iki nəfər şəxsin Azərbaycan Respublikasının mühafizə olunan d övlət sərhədini dövlət sərhədinin nəzarətburaxılış məntəqəsindən kənar keçmələrinə kömək etmək məqsədilə Məhkum2 mühafizə olunan Azərbaycan-İran dövlət sərhədini ona göstərib həmin ərazidə sərhədin zəif mühafizə olunduğunu deyib, özlərini X22 və X23 kimi təqdim etmiş şəxsləri Azərbaycanİran dövlət sərhədinin yaxınlığına gətirərək İran İslam Respublikası tərəfindən “yolçular”ın Azərbaycan Respublikasının dövlət sərhədindən keçəcəkləri hissəsini və narkotik vasitələri qoyacaqları yeri onlara göstərmək barədə razılaşaraq yenidən qabaqcadan əlbir olub bir qrup yaratmış, İran İslam Respublikasına aparıb X22a və X23a göstərmək üçün həmin ərazinin videogörüntüsünü telefonu vasitəsilə çəkib onun telefonuna və X22ın telefonuna göndərdikdən sonra hər ikisi Bakı şəhərinə qayıtmış, o, 09 mart 2019-cu il tarixdə yenidən Biləsuvar Gömrük-sərhəd buraxılış məntəqəsindən keçib X22 İslam Respublikasının Aslandüz rayonu, Xəlilkənd kəndindəki evinə gedərək aralarında olan razılaşmaya əsasən narkotik vasitələrin Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədindən keçirilməsinə nəzarət edən X23ı Azərbaycan-İran dövlət sərhədinin yaxınlığına gətirib 08 mart 2019-cu il tarixdə öz aralarında olan razılaşmaya uyğun olaraq Məhkum2la birlikdə müəyyən etdikləri Azərbaycan dövlət sərhədinin narkotik vasitənin qanunsuz keçirilməsi nəzərdə tutulan hissəsini, narkotik vasitənin qoyulacağı yerin videogörüntüsünü və kənardan həmin yerin istiqamətini X23a göstərdikdən sonra X23 özünə məxsus mobil telefonla Məhkum2 zəng edərək “yolçu” adlanan şəxslərin Azərbaycan Respublikasının dövlət sərhədini qanu nsuz keçəcəkləri və narkotik vasitəni qoyacaqları yer barədə razılaşaraq bir daha qabaqcadan əlbir olub bir qrup yaratmış, sonra o, X23ın telefonu vasitəsilə Məhkum2la danışmış və bundan sonra o, X8 evinə qayıtmış, X22 və X23la aralarında olan razılaşmaya əsasən “yolçu” adlandırılan şəxsiyyətləri istintaqa məlum olmayan İran İslam Respublikasının iki vətəndaşı onların sifariş etdikləri növü və miqdarı istintaqa məlum olmayan narkotik vasitələr qoyulmuş bir ədəd bağlamanı 10 mart 2019-cu il tarixdə, saat 03-04 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqəsindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin 4-cü sərhəd komendantlığının Füzuli rayonu, Bala Bə hmənli kəndi ərazisində yerləşən 19-cu sərhəd zastavasının 29-cu sahəsindən Azərbaycan Respublikası ərazisinə qanunsuz olaraq keçirib Füzuli rayonu, Araz Dilağarada kəndi ərazisində yerləşən göy rəngli elektrik transformatorunun yanındakı elektrik dirəyinin yanında gizlətdikdən sonra İran İslam Respublikası istiqamətində hərəkət edərkən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin 4-cü sərhəd komendantlığının Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisində yerləşən 19-cu sərhəd zastavasının 29-cu sahəsində həmin zastavanın xidməti vəzifələrini yerinə yetirən hərbi qulluqçuları-kiçik çavuş X6 və əsgər X2 ilə qarşılaşmış, hərbi qulluqçuların “dayan” göstərişinə tabe olmayaraq istintaqa məlum olmayan odlu silahdan onlara qəsdən atəş açıb kiçik çavuş X4 qəsdən öldürmüş, əsgər X1 isə qəsdən müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqəsindən kənardan qanunsuz olaraq keçib İran İslam Respublikası istiqamətdə qaçıb getmişlər. Məhkum2 İran İslam Respublikasına gedib narkotik vasitə əldə etməklə bağlı danışıqlar aparması barədə Ağsu rayonu, Nuran kənd sakini Məhkum1 ilə razılaşdıqdan sonra sonuncu 01 mart 2019-cu il tarixdə, özü isə 06 mart 2019-cu il tarixdə Biləsuvar Gömrük-sərhəd buraxılış məntəqəsindən keçərək İran İslam Respublikasına gedib özünü iran İslam Respublikasının vətəndaşı-X22 kimi təqdim etmiş şəxsiyyəti istintaqa məlum olmayan şəxsin Aslandüz rayonu, Xəliikənd kəndindəki evində Məhkum1, X22 və X23la görüşüb orada Az ərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqəsindən kənar keçərək Azərbaycan Respublikası, Füzuli rayonu ərazisinə narkotik vasitə daşınması barədə onlarla qabaqcadan əlbir olub bir qrup yaradaraq 07 mart 2019-cu il tarixdə Məhkum1 ilə birlikdə bir neçə saat fərqi ilə Biləsuvar Gömrük-sərhəd buraxılış məntəqəsindən Azərbaycan Respublikasına qayıtdıqdan sonra 08 mart 2019-cu il tarixdə onun təklifinə əsasən Məhkum1 ilə birlikdə Füzuli rayonu, Araz Dilağarda kəndinin Azərbaycan-İran dövlət sərhədinə yaxın ərazisinə gələrək aralarında olan razılaşmaya uyğun olaraq miqdarı və növü istintaqa məlum olmayan narkotik vasitələri Füzuli rayonu, Araz Dilağarda kəndinin ərazisinə daşıyacaq şəxsiyyətləri istintaqa məlum olmayan “yolçu” adlanan iki nəfər şəxsin Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqəsindən kənar keçmələrinə kömək etmək məqsədilə o, mühafizə olunan Azərbaycan-İran dövlət sərhədini Məhkum1 göstərib həmin ərazidə sərhədin zəif mühafizə olunduğunu deyib, özlərini X22 və X23 kimi təqdim etmiş şəxsləri Azərbaycan-İran dövlət sərhədinin yaxınlığına gətirərək İran İslam Respublikası tərəfindən “yolçular”ın Azərbaycan Respublikasının dövlət sərhədindən keçəcəkləri hissəsini və narkotik vasitələri qoyacaqları yeri onlara göstərmək barədə razılaşaraq yenidən qabaqcadan əlbir olub bir qrup yaratmış, İran İslam Respublikasına aparıb X22a və X23a göstərmək üçün həmin ərazinin videogörüntüsünü telefonu vasitəsilə çəkib Məhkum1 telefonuna və X22ın telefonuna göndərdikd ən sonra hər ikisi Bakı şəhərinə qayıtmış, qrupun üzvü Məhkum1 09 mart 2019-cu il tarixdə yenidən Biləsuvar Gömrük-sərhəd buraxılış məntəqəsindən keçib X22 İslam Respublikasının Aslandüz rayonu, Xəliikənd kəndindəki evinə gedərək aralarında olan razılaşmaya əsasən narkotik vasitələrin Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədindən keçirilməsinə nəzarət edən X23ı Azərbaycan-İran dövlət sərhədinin yaxınlığına gətirib 08 mart 2019-cu il tarixdə öz aralarında olan razılaşmaya uyğun olaraq birlikdə müəyyən etdikləri Azərbaycan dövlət sərhədinin narkotik vasitənin qanunsuz keçirilməsi nəzərdə tutulan hissəsini, narkotik vasitənin qoyulacağı yerin videogörüntüsünü və kənardan həmin yerin istiqamətini X23a göstərdikdən sonra X23 özünə məxsus mobil telefonla ona zəng edərək “yolçu” adlanan şəxslərin Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçəcəkləri və narkotik vasitəni qoyacaqları yer barədə razılaşaraq bir daha qabaqcadan əlbir olub bir qrup yaratmış, sonra Məhkum1 X23ın telefonu vasitəsilə onunla danışmış və bundan sonra Məhkum1 qayıtmış, X22 və X23la aralarında olan razılaşmaya əsasən “yolçu” adlandırılan şəxsiyyətləri istintaqa məlum olmayan İran İslam Respublikasının iki vətəndaşı onların sifariş etdikləri növü və miqdarı istintaqa məlum olmayan narkotik vasitələr qoyulmuş bir ədəd bağlamanı 10 mart 2019-cu il tarixdə, saat 03-04 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarətburaxılış məntəqəsindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin 4-cü sərhəd komendantlığının Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisində yerləşən 19-cu sərhəd zastavasının 29-cu sahəsindən Azərbaycan Respublikası ərazisinə qanunsuz olaraq keçib Füzuli rayonu, Araz Dilağarada kəndi ərazisində yerləşən göy rəngli elektrik transformatorunun yanındakı elektrik dirəyinin yanında gizlətdikdən sonra İran İslam Respublikası istiqamətində hərəkət edərkən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin 4-cü sərhəd komendantlığının Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisində yerləşən 19-cu sərhəd zastavasının 29-cu sahəsində həmin zastavanın xidməti vəzifələrini yerinə yetirən hərbi qulluqçuları-kiçik çavuş X6 və əsgər X2 ilə qarşılaşmış, hərbi qulluqçuların “dayan” göstərişinə tabe olmayaraq istintaq a məlum olmayan odlu silahdan onlara qəsdən atəş açıb kiçik çavuş X4 qəsdən öldürmüş, əsgər X1 isə qəsdən müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqəsindən kənardan qanunsuz olaraq keçib İran İslam Respublikası istiqamətdə qaçıb getmişlər. Hökmdən Məhkum1 müdafiəçisi H.İ.Heydərov və Məhkum2 müdafiəçisi V.Y.Quliyev tərəfindən verilmiş apellyasiya şikayətlərinə və dövlət ittihamçısı A.İ.Əli-zadə tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əliyev Elşad İbiş oğlu (sədrlik edən və məruzəçi), Camalov Etibar Əli oğlu və Cəfərov Rafiq Musa oğlundan ibarət tərkibdə) 04 noyabr 2020ci il tarixli qərarı ilə apellyasiy a şikayətləri təmin edilməmiş, apellyasiya protesti isə təmin edilərək və hökm dəyişdirilərək Məhkum1 və Məhkum2, hər birisinə ayrı-ayrılıqda CM-nin 318.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 02 (iki) il 6(altı) ayadək artırılmış və CM-nin 69.3-cü maddəsinə əsasən məhkumların məhkəməyədək icraat zamanı həbsdə saxlandıqları müddətlər nəzərə alınaraq Məhkum1 üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay 8 (səkkiz) gün, Məhkum2 üzərində isə qəti olaraq 2 (iki) il 2 (iki) ay 10 (on) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Hökm apelyasiya şikayətinə və apelyasiya protestinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 noyabr 2020-ci il tarixli qərarından dövlət ittihamçısı E.Ə.Hüsey nov kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini, Məhkum2 müdafiəçisi M.Ə.Səmədov isə kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini, Məhkum2 əməlində cinayət tərkibinin olmaması əsası ilə onun barəsində bəraət hökmünün çıxarılmasını və ya məhkəmə buna əsasların olmadığını müəyyən edərsə CM-nin 62 və 70-ci maddələri tətbiq edilməklə məhkuma təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya protestinin və şikayətinin dəlilləri: Dövlət ittihamçısı E.Ə.Hüseynov kassasiya protestini onunla əsaslandırmışdır ki, işin müəyyən edilmiş faktiki halları, eləcə də, məhkumlar Məhkum1 və Məhkum2 cinayət əməllərinin hüquqi tövsifi mübahisə doğurmasa da, cəza təyini zamanı cinayətin ictimai təhlükəlilik dərəcəsi və məhkum edilmiş şəxslərin şəxsiyyətləri nəzərə alınmadığından aşağıda şərh edilən dəlillərə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarı əsassız olduğuna görə ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. İşin hallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi hazırki iş üzrə cəzaya təsir edə biləcək bütün halları araşdırmamış, məhkum 1 və məhkum 2 birinci instansiya və apelyasiya məhkəmələri tərəfindən cəza təyin edilərkən, cinayət qanununun müvafiq normalarının, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini nəzərə almamış, Ali Məhkəmənin Plenumunun qərarındakı tövsiyələrə əməl etməmiş, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, hadisənin baş vermə səbəbinə, şəraitinə, nəticələrinə, eləcə də məhkum 1 və məhkum 2 şəxsiyyətlərinə, məhkumların ittiham olunduqları cinayəti birbaşa qəsdlə törətmələrinə, həmin cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmasına əhəmiyyət verməmiş və nəticədə onlara əsassız olaraq təqsirli bilindikləri CM-nin 318.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bununla da məhkəmə məhkum 1 və məhkum 2 gələcəkdə də eyni qəbildən olan cinayət törətmələrinə şərait yaratmış, həmin ədalətsiz cəza cəmiyyətin tələbatına uyğun olmamaqla cəzanın məqsədinə nail olunmasına, yəni sosial ədalətin bərpasının, məhkum 1 və məhkum 2 islah edilmələrinin, gələcəkdə həm onlar, həm də başqa şəxslər tərəfindən eyni kateqoriya dan olan yeni cinayətlərin törədilməsinin qarşısının alınmasının təmin olunmasına xidmət etməmişdir. Müdafiəçi M.Ə.Səmədov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Şirvan Apelyasiya Məhkəməsi tərəfindən qərar çıxarılarkən törədilmiş əmələ düzgün hüquqi qiymət verilməmiş, iş üçün əhəmiyyətli olan hallar araşdırılmamış, Məhkum2 hərəkətlərində təqsirləndirildiyi maddə ilə nəzərdə tutulan cinayətinin tərkiblərinin olubolmaması aydınlaşdırılmamış, həmin cinayət əməli üzrə təqsirliliyi sübuta yetirilməmiş, şahidlərin ifadələrinə və təqdim olunmuş sübutlara düzgün hüquqi qiymət verilməmiş və beləliklə cinayət qanunu norması düzgün tətbiq olunmamış, ona təyin edilmiş cəza isə məhkumun şəxsiyyətinə və ailə şəraitinə uyğun olmamışdır. Apelyasiya instansiyası əsassız olaraq Məhkum2 və Məhkum1 təyin edilmiş cəzaları ağırlaşdırarkən nəzərə almamışdır ki, apellyasiya şikayətlərinə və apellyasiya protestinə məhkəmə baxışı zamanı hər iki məhkum özlərini onlara elan olunmuş ittiham üzrə təqsirli deyil, ümumi peşman olduqlarını bildirmişlər. İşin faktiki hallarından, iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, hüquqlarını müdafiə etdiyi şəxs Məhkum2 ona ittiham olunmuş cinayəti törətməsi sübuta yetirilməmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi buna əhəmiyyət verməyərək onun cəzasını ağırlaşdırarkən cəzanın təyin edilməsi və əsasları təsbit edilmiş cinayət qanun normalarının tələblərinə əməl etməmiş, Məhkum2 himayəsində azyaşlı uşağın olmasını, ailənin yeganə qazanc mənbəyinin olmasını, onun fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına hüquqi qiymət verməmiş, digər tərəfdən onun barəsində CM-nin 62 və 70-ci maddələrinin tətbiqi mümkünlüyünü də etməmişdir. Buna görə də müdafiəçi apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini, Məhkum2 əməlində cinayət tərkibinin olmadığı üçün barəsində bəraət hökmünün çıxarılmasını və ya məhkəmə buna əsasların olmadığını müəyyən edərsə məhkumun barəsində CM-nin 62 və 70-ci maddələri tətbiq edilməklə ona təyin olunmuş cəzanın yüngülləşdirilməsi haqda qərar qəbul edilməsini xahiş edir. Kassasiya protestinə baxılmasının vaxtı və yeri haqqında cinayət prosesi iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin məhkumlar Məhkum1 və Məhkum2 məhkəmə iclasında iştirak etmək arzusunu bildirməmiş və bununla bağlı məhkəməyə müraciət etməmişlər. Məhkəmə kollegiyası bu məsələyə dair dövlət ittihamçısının rəylərini dinləyərək və CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə məhkumların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Hüquqi məsələlər: Kassasiya protestinin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin protestində Məhkum1 və Məhkum2 həddindən artıq yüngül cəzanın təyin edilməsini iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi haqqında qərarın qəbul edilməsi barədə tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Müdafiəçisi M.Ə.Səmədovun kassasiya şikay ətinin məzmunundan göründüyü kimi, Məhkum2 elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsi sübuta yetirilməmiş, məhkəmələr araşdırılmış sübutlara düzgün qiymət verməmiş və Məhkum2 təqsiri sübuta yetirilmədiyi halda əsassız və qanunsuz olaraq məhkum edilmiş, həmçinin ona təyin edilmiş cəza həddindən artıq ağır olmuşdur. Bununla da, müdafiəçi apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.2, 416.1.3, 416.1.6, 416.1.11 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2, 416.1.3, 416.1.6, 416.1.11 və 416.1.21-ci maddələrinə əsasən isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və y a dəyişdirmək hüququna malikdir: 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.3. məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə; 416.1.6. məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda; 416.1.11. məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda. 416.1.21. məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə; Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini və məhkumun müdafiəçisinin kassasiya şikayətini kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və buna görə Məhkum1 və Məhkum2 barəsindəki cina yət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də vurğulamağı lazım bilir ki, CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apell yasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası mə hkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət veri lmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istinta q hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübut lara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi) Məhkum1 və Məhkum2 barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmaqla və onları qiymətləndirməklə adı çəkilən məhkumun hökmdə və hazırki qərarın “İşin halları” hissəsində təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Müdafiəçisi M.Ə.Səmədovun kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum2 ona ittiham olunmuş cinayət əməllərini törətməkdə təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni məhkumların özlərinin etirafedici ifadələr il yanaşı çoxsaylı şahidlərin ifadələri, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərlə tam təsdiq edilir. Araşdırılmış sübutların hər birisi ayrı-ayrılıqda b irinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh edildiyindən məhkəmə kollegiyası təkrarən həmin sübutların hazırki qərarda təsvirinə ehtiyac görmür. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsindən, “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin və cinayət-prosessual qanunvericiliyinin tələblərindən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, hökmün və apellyasiya instansiyası məhkəməsinin qərarının əsasını təşkil etmiş sübutların yenidən araşdırılması deyil, törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Odur ki, məhkumun müdafiəçisi M.Ə.Səmədovun kassasiya şikayətində irəli sürüldüyü apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması, həmin qərarın ləğv edilməsi və Məhkum2 barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi haqqında qərarın qəbul edilməsinə dair tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası işin faktiki hallarının kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş faktiki halları rəhbər tutacaqdır. İş materiallarından göründüyü kimi, bu nəticənin əsasında duran sübutlar qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prin siplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, o cümlədən kassasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq məhkəmələr yekun qərarlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə Məhkum2, digər Məhkum1, şahidlərin dindirilmələri, müxtəlif istintaq hərəkətlərinin aparılması zamanı, habelə digər sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl etmiş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Bundan başqa, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının h üquqlarının pozulmasına yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Məhkəmə baxışları zamanı həmçinin “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqların pozulmasına da yol verilməmişdir. Bununla belə, məhkəmə kollegyiyası həm kassasiya protestinin, həm də kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq, CPM-nin 419.1-ci maddəsinin tələb etdiyi kimi, işə mahiyyəti üzrə baxmış məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqi məsələsini də yoxlayarkən, işin faktiki ha llarına, yəni Məhkum1 və Məhkum2 əməllərinə münasibətdə cinayət qanunu normasının düzgün tətbiq edilməməsini – onların törətdikləri həmin əməllərin düzgün tövsif olunmamasını müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə CM-nin 318.1-ci maddəsi, həmin əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədildikdə isə - CM-nin 318.2-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranmasına səbəb olur. Qanunun mənasına görə, bu cinayətlərin icraçısı Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda bilavasitə keçmiş şəxs hesab edilir və belə olduqda belə şəxsin göstərilən maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün onun özünün CM-nin 318.1-ci maddəsinin dispozisiyasında göstərilmiş, yəni cinayətin obyektiv cəhətinə aid olan əməlləri törətməsi müəyyən edilməlidir. Göstərilən əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, yəni qrupa daxil olan şəxslərin hər birisi cinayətin icraçıları kimi onun obyektiv cəhətini təşkil edən hərəkətlər etdikdə onların əməlləri CM-nin 318.2-ci maddəsi ilə tövsif edilməlidir. Dövlət sərhədini keçmə haqqında əvvəlcədən razılaşmış şəxslərdən biri və ya bir neçəsi sərhədi qanunsuz keçdikdə, digərləri isə bu cinayətin törədilməsinn təşkilatçıları, təhrikçiləri və ya köməkçiləri qismində i ştirak etdikdə, bilavasitə sərhədi keçmiş, yəni cinayətin obyektiv cəhətini icra etmiş şəxslərin əməlləri CM-nin 318.1 və ya 318.2-ci maddələri ilə, cinayətin iştirakçılarının əməlləri isə CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə CM-nin Xüsusi hissəsinin qeyd olunan maddələri ilə tövsif edilməlidir. Eyni zamanda o, da qeyd olunmalıdır mütəşəkkil dəstənin tərkibində fəaliyyət göstərən şəxs bilavasitə dövlət sərhədini CM-nin 318.1-ci maddəsinin dispozisiyasında göstərilmiş qeyri-qanuni qaydada özü keçməsə də, lakin öz hərəkətləri ilə mütəşəkkkil dəstənin digər üzvlərinin sərhədi həmin qaydada keçmələri üçün şərait yaratsa (məsələn, mütəşəkkil dəstə üzvlərinin sərhədi keçmələri üçün maneələri aradan qaldırdıqda, yaxud bunun üçün əlverişli şəraitin yaradılması üçün müəyyən hərəkətlər etdikdə və sair) onun da əməlləri CM-nin 318.2-ci maddəsi ilə tövsif edilir. Lakin, hazırki işin mateiallarının təhlili göstərir ki, əvvəla Məhkum1 və Məhkum2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı İran İslam Respublikasının şəxsiyyətləri müəyyən edilməmiş vətəndaşları ilə sövdələşmələr aparılması məqsədilə bir neçə dəfə həmin ölkəyə gedib Azərbaycan Respublikasına qaytsalar da, onlar bu səfərlərini Azərbaycan Respublikasının dövlət sərhədinin müəyyən edilmiş nəzarət-buraxılış məntəqələrindən qanuni yolla keçməklə etmiş, lakin eyni zamanda ibtidai araşdırma orqanı tərəfindən “yolçu” adlandırılmış və şəxsiyyətləri müəyyən edilməmiş şəxslərin narkotik vasitələri Azərbaycan Respublikasının ərazisinə qaçaqmalçılıq yolu ilə gətirmələri və sərhədi qanunsuz keçmələri, habe lə gətirdikləri narkotik vasitələrin gizlədilməsi üçün əlverişli yerlər göstərmiş, həmin “yolçular” da onların məsləhətlərinə uyğun olaraq və onların bu köməyindən istifadə edərək Azərbaycan Respublikasının dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənar keçib qaçaqmalçılıq yolu ilə gətirdikləri narkotik vasitələri Məhkum1 və Məhkum2 müəyən etdikləri yerdə gizlətmişlər. Məhkumlar Məhkum1 və Məhkum2 elan olunmuş ittihamın məzmunundan da görünür ki, onlar məhz bu əməlləri törətdiklərinə görə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, birinci instansiya məhkəməsinin hökmünə görə, təqsirli bilinərək məhkum olunmuşlar (hökmün təsviri hissəsinə əsasən, Məhkum1 və Məhkum2 elan olunmuş ittihamın məzmununda heç bir dəyişiklik edilməmişdir). Belə ki, Füzuli Rayon Məhkəməsinin 03 iyul 2020 -ci il tarixli hökmünə əsasən, Məhkum1 və Məhkum2 təqsirli bilinib məhkum olunmuşlar ona görə ki, onlar İran İslam Respublikasına gedib narkotik vasitə əldə etməklə bağlı danışıqlar aparması barədə razılaşdıqdan sonra Məhkum1 01 mart 2019-cu il tarixdə, Məhkum2 isə 06 mart 2019-cu il tarixdə Biləsuvar Gömrük-sərhəd buraxılış məntəqəsindən keçərək İran İslam Respublikasına gedib özünü İran İslam Respublikasının vətəndaşı X22 kimi təqdim etmiş şəxsiyyəti istintaqa məlum olmayan şəxsin İran İslam Respublikasının Aslandüz rayonu, Xəlilkənd kəndindəki evində Məhkum2, X22 və X23la görüşüb orada Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqəsindən kənar keçərək Azərbaycan Respublikası, Füzuli rayonu ərazisinə narkotik vasitə daşınması bar ədə onlarla qabaqcadan əlbir olub bir qrup yaradaraq 07 mart 2019cu il tarixdə hər ikisi bir neçə saat fərqi ilə Biləsuvar Gömrük-sərhəd buraxılış məntəqəsindən Azərbaycan Respublikasına qayıtdıqdan sonra 08 mart 2019-cu il tarixdə Məhkum2 təklifi ilə Məhkum1 Füzuli rayonu, Araz Dilağarda kəndinin Azərbaycan-İran dövlət sərhədinə yaxın ərazisinə gələrək aralarında olan razılaşmaya uyğun olaraq miqdarı və növü istintaqa məlum olmayan narkotik vasitələri Füzuli rayonu, Araz Dilağarda kəndinin ərazisinə daşıyacaq şəxsiyyətləri istintaqa məlum olmayan “yolçu” adlanan iki nəfər şəxsin Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqəsindən kənar keçmələrinə kömək etmək məqsədilə Məhkum2 mühafizə olunan Azərbaycan-İran dövlət sərhədini ona gö stərib həmin ərazidə sərhədin zəif mühafizə olunduğunu deyib, özlərini X22 və X23 kimi təqdim etmiş şəxsləri Azərbaycan-İran dövlət sərhədinin yaxınlığına gətirərək İran İslam Respublikası tərəfindən “yolçular”ın Azərbaycan Respublikasının dövlət sərhədindən keçəcəkləri hissəsini və narkotik vasitələri qoyacaqları yeri onlara göstərmək barədə razılaşaraq yenidən qabaqcadan əlbir olub bir qrup yaratmış, İran İslam Respublikasına aparıb X22a və X23a göstərmək üçün həmin ərazinin videogörüntüsünü telefonu vasitəsilə çəkib onun telefonuna və X22ın telefonuna göndərdikdən sonra hər ikisi Bakı şəhərinə qayıtmış, o, 09 mart 2019-cu il tarixdə yenidən Biləsuvar Gömrük-sərhəd buraxılış məntəqəsindən keçib X22 İslam Respublikasının Aslandüz rayonu, Xəlilkənd kəndindəki evinə gedərək aralarında olan razılaşmaya əsasən narkotik vasitələrin Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədindən keçirilməsinə nəzarət edən X23ı Azərbaycan-İran dövlət sərhədinin yaxınlığına gətirib 08 mart 2019-cu il tarixdə öz aralarında olan razılaşmaya uyğun olaraq Məhkum2la birlikdə müəyyən etdikləri Azərbaycan dövlət sərhədinin narkotik vasitənin qanunsuz keçirilməsi nəzərdə tutulan hissəsini, narkotik vasitənin qoyulacağı yerin videogörüntüsünü və kənardan həmin yerin istiqamətini X23a göstərdikdən sonra X23 özünə məxsus mobil telefonla Məhkum2 zəng edərək “yolçu” adlanan şəxslərin Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçəcəkləri və narkotik vasitəni qoyacaqları yer barədə razılaşaraq bir daha qabaqcadan əlbir olub bir qrup yaratmış, sonra Məhkum1 X23ın telefonu vasitəsilə Məhk um2la danışmış və bundan sonra o, X8 evinə qayıtmış, X22 və X23la aralarında olan razılaşmaya əsasən “yolçu” adlandırılan şəxsiyyətləri istintaqa məlum olmayan İran İslam Respublikasının iki vətəndaşı onların sifariş etdikləri növü və miqdarı istintaqa məlum olmayan narkotik vasitələr qoyulmuş bir ədəd bağlamanı 10 mart 2019-cu il tarixdə, saat 03-04 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarətburaxılış məntəqəsindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin 4-cü sərhəd komendantlığının Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisində yerləşən 19-cu sərhəd zastavasının 29-cu sahəsindən Azərbaycan Respublikası ərazisinə qanunsuz olaraq keçirib Füzuli rayonu, Araz Dilağarada kəndi ərazisində yerləşən göy rəngli elektrik transformatorunun yanındakı elektrik dirəyinin yanında gizlətmişlər. Məhkum1 və Məhkum2 əməllərini bu cür təsvir edən məhkəmələr həmin əməllərin törədilməsini təsdiq edən sübutlara əsaslanaraq eyni zamanda belə nəticəyə gəlmişlər ki, bu sübutlar əsasında məhkumların özlərinin də dövlət sərhədini qanunsuz olaraq keçmələri ehtimal olunur və bu ehtimala görə onların cinayət əməlləri CM-nin 318.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Halbuki, CPM-nin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Eyni zamanda CPM-nin 351.2-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin itt iham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət işi üzrə müəyyən edilmiş işin faktiki hallarından, bu halları təsdiq edən və məhkəmə iclaslarında araşdırılmış sübutlardan isə görünür ki, istər Məhkum1, istərsə Məhkum2 hər hansı vaxtda Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda bilavasitə keçməmiş, həmin əməllərin icraçıları şəxsiyyyətləri ibtidai araşdırma orqanı tərəfindən müəyyən edilməmiş İran İslam Respublkasının vətəndaşları olmuş, hazırki iş üzrə məhkum olunmuş şəxslər isə onlara cinayəti təhlil edilən cinayəti törətmələrinə öz məsləhətləri ilə yardım etmişlər. Məhkəmə kol legiyası onu da qeyd etməyi lazım bilir k, Məhkum1 və Məhkum2 CM-nin 318.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli mütəşəkkil dəstənin tərkibində deyil, qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törətdiklərinə görə təqsirli bilinib məhkum olunmuşlar. Kassasiya müraciətlərinə məhkəmə baxışı iclasında iştirak edən dövlət ittihamçısı Z.Ə.Hacıyev də Məhkum1 və Məhkum2 CM-nin 318.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini məh icraçı qismində törətmələrin təsdiq edən hər hansı sübutun olubolmaması barədə suala cavab verə bilməmişdir. İş materialları isə müəyyən edilir ki, belə bir sübut ittiham tərəfindən məhkəməyə təqdim edilməmiş və məhkəmələr də belə sübutları araşdırmamışlar. Buradan belə zərurət yaranır ki, məhkumların ittiham olunduqları əməlləri icraçı qismində deyil, iştirakçı lıqla törətmələri məsələsi nəzərdən keçirilsin və bunun üçün məhkəmə kollegiyası Cinayət Məcələssinin Ümumi hissəsinin normalarına müraciət etməyi zəruri bilir. CM-nin 31-ci maddəsi iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılığı nəzərdə tutur. CM-nin 32.2-ci maddəsinin tələblərinə görə, cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. Cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuşdur ki, cinayətin törədilməsinə mə sləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. CM-nin 33-cü maddəsində cinayətin iştirakçılarının məsuliyyət məsələsi belə müəyyən edilmişdir: 33.1 cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir. 33.2. cinayətin birgə icraçıları birgə tör ətdikləri cinayətə görə, bu Məcəllənin 32-ci maddəsinə istinad edilmədən, həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. 33.3. cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməl inin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Belə olan halda, məhkə mə kollegiyası cinayət qanunvericiliyinin həm ümumi, həm də xüsusi hissəsində nəzərdə tutulmuş normalarının tələblərindən, onlara verilmiş təfsirdən, habelə Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən çıxış edərək və iş üzrə araşdırılmış sübutlara əsaslanaraq hesab edir ki, qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş digər şəxslərin Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda keçmələrənə köməkçilik göstərmiş Məhkum1 və Məhkum2, hər birisinin cinayət əməlləri CM-nin 318.2-ci maddəsindən CM-nin 32.5,318.2-ci maddələrinə tövsif edilməli və bu əsasla da onların barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 noyabr 2020-ci il tarixli qərarında dəyişiklik edilməlidir. Bu nəticənin əsasında isə Məhkum1 və Məhkum2 istintaqla şəxsiyyətləri müəyyən edilməmiş şəxslərə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmələri üçün öz məsləhətləri ilə yardım etmələrini təsdiq edən, yəni onların əməllərini yuxarıda qeyd olunan qaydada tövsif edilməsi üçün kifayət edən mötəbər sübutlar durur. Məhkəmə kollegiyası kassasiya protestində Məhkum1 və Məhkum2 barəsində seçilmiş cəza tədbirinin yüngül olması ilə bağlı dəlillərə cavab verərək əvvəla qeyd edir ki, CM-nin 318.2-ci maddəsinin sanksiyasında beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, apellyasiya instansiyası məhkəməsi də Məhkum1 və Məhkum2, hər birisinə ayrı-ayrılıqda 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, yəni qanunla müəyyən edilmiş ən ciddi cəzanın yarısı həddində cəza təyin etmişdir. Məhkəmə kollegyiası hesab edir ki, bu cəzanı açıq-aşkar yüngül cəza hesab edilməsi üçün fikir yürütmək olmaz və öz nəticəsini aşağıdakılarla əsaslandırılmasını mümkün bilir. Belə ki, məhkəmə kollegiyası məhkumların barəsində cəza tədbirinin seçilməsi ilə əlaqədar ilk növbədə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü il ə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəra itinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbi q edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunan cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsinin, CMnin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respu blikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə, məhkumlar barəsində cəza tədbirinin seçilməsi məsələsini sonda həll edərkən apellyasiya instansiyas ı məhkəməsi düzgün olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumların şəxsiyyətini, törətdikləri əməlin mahiyyəti, təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsirini, baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolunu nəzərə almış və bu halların məcmusuna uyğun olaraq məhkumlara onların təqsirli bilindikləri CM-nin 318.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş kifayət qədət ədalətli cəza təyin etmişdir. Kassasiya protestində göstərilən dəlillərlə bağlı məhkəmə kollegiyası həmçinin qeyd etməyi lazım bilir ki, cinayət törətmiş şəxs barəsində daha sərt cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa c əzanı ağırlaşdıran hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun, yaxud da məhkəmənin istinad edərək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi hallar şəxsin törətdiyi cinayətin ictmai təhlükəlilik dərəcəsini azaldan və bilavasitə cinayət törətmiş şəxsin özünün şəxsiyyətini səciyyələndirən hallara aid olmasın. Protestin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı həmin protestdə bu məsələlərlə bağlı heç bir dəlil irəli sürməmiş və hər hansı əsaslandırma aparmamışdır. Məhkum2 təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tututlmuş cəzadan daha yüngül cəzanın təyin edilməsi barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinin normaları təqsirkara onun təqsirli bilindiyi maddələrin sanksiyalarında nə zərdə tututlmuş cəzadan daha yüngül cəzanın təyin edilməsi üçün (kassasiya şikayətində irəli sürülmüş ikinci tələb də bununla bağlıdır) həmin şəxsin barəsində CM-nin 62-ci maddəsində göstərilən müstəsna halların müəyyən edilməsini tələb edir. Belə ki, CM-nin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha y üngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. CM-nin 62.2-ci maddəsinin tələblərinə görə, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə kollegiyası işin hallarından, Məhkum2 törətdiyi cinayətlərin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, habelə apellyasiya instansiyası məhkəməsi tərəfindən cəza təyini zamanı nəzərə alınmış hallardan çıxış edərək belə qənaətə gəlir ki, bütün bunlar cinayət işi üzrə toplanmış sübutlarla birlikdə Məhkum2 hərəkətlərində müstəsna xarakter daşıyan cəzanı yüngülləşdirən halların müəyyən edilməməsinə, yəni onun barəsində CM-nin 62-ci maddəsinin tətbiq edilməklə ona təyin olunmuş cəzanın təqsirli bilindiyi maddələrin sanksiyasında nə zərdə tutulmuş cəzadan daha yüngül cəzanın təyin edilməsi üçün əsasların olmamasına və bu baxımdan kassasiya şikayətində irəli sürülmüş tələbin təmin edilməsinin mümkünsüzlüyünə dəlalət edir. Eyni zamanda, Məhkum2 təyin olunmuş cəzanın CM-nin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsi tələbinə gəldikdə, məhkəmə kollegiyası bu tələbin də təmin olunmasını məqsədə uyğun hesab etməyərək aşağıdakıları vurğulayır. Belə ki, CM-nin 70.1-ci maddəsində təsbit edilmişdir ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Qanunun bu normasının mənas ına görə, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş təqsirkar barəsində şərti məhkum etmə o vaxt tətbiq oluna bilər ki, cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün saymış olsun. İş materiallarından göründüyü kimi, faktları araşdıran və sübutları tədqiq edən istər birinci, istərsə də apellyasiya instansiyası məhkəmələri işə baxarkən Məhkum2 cəza çəkmədən islah oluna biləcəyini təsdiq edən heç bir sübut əldə etməmiş və düzgün olaraq ona təyin olunmuş cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul etməkdən imtina etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 25-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, şərti mə hkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olubolmaması ilə bağlı aşağıdakı məsələlər araşdırılmalıdır: 1.məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü; 2.törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi; 3.məhkumun şəxsiyyəti; 4.cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar. Göründüyü kimi, həm qanunverici, həm də Ali Məhkəmənin Plenumu şəxs barəsində CM-nin 70-ci maddəsinin tətbiqi üçün əsas meyar kimi onu nəzərdə tutmuşlar ki, məhkum olunmuş şəxsin ona təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq hesab edilməsin və həmin şəxsin təyin edilmiş cəzanı çəkmədən islah olunması mümkün olsun. İş materiallarından göründüyü kimi, faktları araşdıra n və sübutları tədqiq edən məhkəmələr işə baxarkən Məhkum2 cəza çəkmədən islah oluna biləcəyini təsdiq edən heç bir sübut əldə etməmiş və düzgün olaraq ona təyin olunmuş cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul etməkdən imtina etmişlər. Buna görə, məhkəmə kollegiyası Məhkum2 ona təyin olunmuş cəzanı real olaraq çəkməli olması barədə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticəni ədalətli və qanuni hesab edərək sonuncuya təyin edilmiş cəzanın CM-nin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsi üçün əsaslar görmür. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsi və kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısının, kassasiya şikayətinin təmin edilməsi və kassasiya protestinin təmin edilməməsi haqda isə müda fiəçinin çıxışlarını dinləyərək hesab edir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməli, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə cinayətinin törədilməsində köməkçi qismində iştirak etmiş Məhkum1 və Məhkum2, hər birisinin əməlləri CM-nin 318.2-ci maddəsindən CM-nin 32.5,318.2-ci maddəsinə tövsif edilməklə adları çəkilən məhkumların barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 noyabr 2020-cu il tarixli qərarı dəyişdirilməli, qalan hissədə isə kassasiya protestinə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq məhk əmə kollegiyası QƏRARA A L D İ: Kassasiya protesti və kassasiya şikayəti təmin edilməsin Məhkum1 və Məhkum2, hər birisinin cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsindən həmin Məcəllənin 32.5,318.2-ci maddəsinə tövsif edilməklə onların barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilsin. Qərar kassasiya protestinə və kassasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-696/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-696/2021
21.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver