Məhkəmə qərarları › İş №1(102)-696/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-696/2023

03.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-696/2023 03.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), İlkin Əbülfəz oğlu Rəcəbov və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri X5 və məhkumun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 sentyabr 2022-ci i l tarixli qərarından Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Dadaş İmanov (sədrlik edən və məruzəçi), Natiq Əliyev və Məhəmməd Bağırov) 05 fevral 2021-ci il tarixli, 1(100)-8/2021 nömrəli qərarı ilə xx xxxxxx 1981-ci ildə Bərdə rayonu, Tumaslı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində 3 azyaşlı uşağı olan, məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, Bərdə rayonu, Tumaslı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, xx.xx.2016-cı il tarixdən həbsdə olmaqla, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 120.2.9-cu maddəsində nəzərdə tutulan cinayət əməlini törətdikdən sonra psixi xəstəliyə tutulduğundan, yəni Azərbaycan Respublikasının CM-in 21.3-cü maddəsinin təsiri altına düşməsi müəyyən edildiyindən haqqında ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə tibbi xarakterli məcburi tədbir təyin olunmuşdur. Məhkum Azərbaycan Respublikasının CM-in 120.2.9-cu maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraatın təqsirləndirilən şəxs sağalanadək dayandırılması qərara alınmışdır. İşin halları: İbtidai araşdırma orqanı tərəfindən müəyyən edilmişdir ki, Məhkum 08 yanvar 2016cı il tarixdə saat 06 radələrində yaşadığı Bərdə rayonu, Tumaslı kəndində yerləşən evdə xx.xx.2005-ci ildən rəsmi nikahda olduğu arvadı X4 yuxudan oyadaraq ona çay verməsini tələb etdikdə, sonuncu yatağından qalxmadan yatdığını bildirərək çay verməkdən imtina etdiyinə görə arvadının bu hərəkətlərinin ailə başçısına hörmətsizlik və saymazlıq kimi qəbul edib, onun yatdığını bilərək köməksiz vəziyyətindən istifadə etməklə, qisas almaq məqsədilə qəsdən öldürmək qərarına gəlmiş və bu məqsədlə yaşadığı evin mətbəxindən götürdüyü bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət-təsərrüfat təyinatlı bıçaqla evin yataq otağında yatmış, yəni müqavimət göstərmək imkanında olmamaqla köməksiz vəziyyətdə olan Gülnar Rəhimovanın sağ qulaqaltı çeynəmə və boyun nahiyələrindən iki dəfə vuraraq ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan və sağlamlığa yüngül zərər vuran, habelə döş qəfəsi nahiyəsinə bir dəfə vuraraq döş qəfəsinin sağ yarısının bayır divarının sağ V qabırğanın zədələnməsi, ağ ciyərin yaralanması ilə döş boşluğuna keçən bir ədəd deşilmiş-kəsilmiş yara ilə müşayiət olunan, yetirildiyi anda həyat üçün təhlükəli olan və kəskin qan itirmə ilə nəticələnərək sonuncunun ölümünə səbəb olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirərək, aşkar surətdə köməksiz vəziyyətdə olan Gülnar Rəhimovanı qəsdən öldürmüşdür. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Çingiz Məmmədov (sədrlik edən və məruzəçi), Teyyub Muxtarov və Elçin Xasməmmədov) 03 iyun 2021-ci il tarixli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 1(100)-8/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmış, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmişdir. Ali Məhkəmənin Cinayət kollegiyasının (hakimlər Əziz Seyidov (sədrlik edən və məruzəçi), Tahir Kazımov və Ələsgər Novruzov) 16 fevral 2022-ci il tarixli, 1(102)-29/2022 nömrəli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 iyun 2021-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına təyin edilmişdir. Dövlət ittihamçısı Qalib Rizvanov tərəfindən verilmiş kassasiya protesti təmin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Salman Hüseynov (sədrlik edən və məruzəçi), Şamil Rzaquliyev və Əlizamin Abdullayev) 21 sentyabr 2022-cı il tarixli, 1(104)-338/2022 nömrəli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 1(100)-8/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmış, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edil məmişdir. Dövlət ittihamçısı kassasiya protesti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 sentyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli qərarı əsassız və qanunsuzdur. Belə ki, təkrar komisyon stasionar məhkəmə-psixiatrik ekspertizasının 07 dekabr 2020-ci il tarixli rəyində Məhkum yoxlanılan dövrdə “Şizofreniya Paranoid Forma” xroniki psixi xəstəliyin əlamətlərinin aşkar edilməsi, onun CM-in 21.3-cü maddəsinin təsiri altına düşməsi, xəstəliyin həmin dövrdə kəskinləşmə mərhələsində olması müəyyən edilsə də, ekspert rəylər arasında olan ziddiyyəti izah etməmiş, müvafiq qərarda göstərilmiş müddət ərzində Məhkum olan xəstəliyin remissiya mərhələsindən yenidən kəskinləşmə mərhələsinə keçə bilib-bilməyəcəyi barədə sualı cavablandırmamışdır. Ekspertin rəyi kifayət qədər əsaslı olmadığından birinci instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı tərəfindən təkrar komisyon stasionar məhkəmə-psixiatrik ekspertizası təyin edilməsi üçün yenidən vəsatət verilsə də, məhkəmə işin obyektiv araşdırılmasına yönəlmiş həmin vəsatəti təmin etmədən, iş üçün vacib halları müəyyən etmədən cinayət işi üzrə məhkəmə istintaqını yekunlaşdırmışdır. Ekspert rəyində apardığı ekspertizanın xüsusiyyətləri, üsulları barədə ətraflı izah verməmiş, təqsirləndirilən şəxsə hansı əsaslara görə məcburi müalicə təyin edilməsini əsaslandırmamışdır. Birinci instansiya məhkəməsində təkrar stasionar məhkəmə-psixiatrik ekspertiza təyin edilərkən ekspert qarşısında xəstəliyin soruşulan müddət ərzində kəskinləşə bilibbilməyəcəyi barədə sual qoyulsa da, ekspert həmin suala səthi yanaşmış, həmçinin Məhkum məcburi müalicə təyin etməyin vacibliyini əsaslandırmamışdır. Apellyasiya icraatında onun tərəfindən təkrar komisyon stasionar məhkəmə-psixiatrik ekspertizasının keçirilməsi üçün vəsatət verilmiş, lakin məhkəmə kollegiyası tərəfindən qeyd olunan vəsatət təmin edilməmişdir. Məhkəmə kollegiyası natamam ekspert rəyinə əsaslanaraq Məhkum CM-in 21.3-cü maddəsinin təsiri altına düşməsi və onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq olunmasına dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 05 fevral 2021-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin etməmiş, cinayət işi üzrə toplanmış sübutları CPM-in tələblərinə əsasən qiymətləndirməmişdir. Məhkəmə iş materiallarında mövcud olan və ittiham tərəfindən təqdim edilən, təkrar stasionar məhkəmə-psixiatrik ekspertizasının keçirilməsini zəruri etməklə işin nəticəsi üçün önəmli olan yuxarıda sadalanan dəlilləri işin faktiki halları və bütün sübutların məcmusu ilə müqayisəli təhlil etməklə nəzərə almalı olsa da, bunu etməmiş, nəticə etibarilə Məhkum barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq etməkdə yanlış nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlə rə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya proses sual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili ondan ibarətdir ki, işə baxan məhkəmələr təkrar komisyon stasionar məhkəmə psixiatrik ekspertizalarının rəylərinin kifayət qədər əsaslı olmamasına baxmayaraq onları sübut kimi qəbul etmiş və işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişlər. Bununla məhkəmələr Azərbaycan Respublikası CPM-in 143146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etməmişlər. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 140.0.2-ci maddəsinə əsasən cinayət prosesi gedişində şübhəli və ya təqsirləndirilən şəxsin ictimai təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəm ağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olub-olmaması yalnız psixiatriya sahəsində ekspertlərin rəyinin əvvəlcədən əldə edilməsi və tədqiqi şərti ilə müəyyən edilə bilər. Hazırki cinayət işi üzrə Məhkum barəsində bir neçə məhkəmə-psixiatrik ekspertizaları təyin edilərək ekspert rəyləri alınmış və məhkəmə iclasında tədqiq edilmişdir. Belə ki, iş materiallarında olan təkrar komisyon stasionar məhkəmə-psixiatrik ekspertizasının 24 avqust 2020-ci il tarixli 68 saylı rəyindən görünür ki, Məhkum ictimai təhlükəli əməli törədən zaman onda psixotik xarakterli əlamətlər qeyd olunmadığından öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəl iliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Məhkum törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Məhkum əməli Azərbaycan Respublikasının CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. Məhkum ona ittiham olunan cinayət əməlini törətdikdən sonra onda “Kəskin şizofreniyayabənzər psixotik pozuntu” formasında psixi pozuntu yaranmışdır. Sonradan psixotik əlamətlər davam etdiyindən Məhkum “Şizofreniya” xəstəliyi formalaşmış və məcburi müalicədə olan dövrdə həmin diaqnoz təsdiq olunmuşdur. Məhkum hal-hazırda “Şizofreniya Paranoid Forma” xroniki psixi xəstəlik müəyyən edilir. Bunu cinayət işinin materialları, həmin cinayət işindəki tibbi sənədlər, toplanmış anemnestik məlumatlar sübut edir. Qeyd olunmalıdır ki, Məhkum müəyyən edilən “Şizofreniya Paranoid Forma ” xroniki psixi xəstəliyi kəskinləşmə və terapevtik remissiya mərhələlərində olmuşdur. Hal-hazırda Məhkum qeyd olunan “Şizofreniya Paranoid Forma” xroniki psixi xəstəliyi kəskinləşmə mərhələsindədir. Məhkum müşahidə edilən psixotik vəziyyət onu hal-hazırda öz əməlinin faktiki xarakterini, ictimai təhlkükəliliyini dərk etmək və həmin əməli idarə etmək imkanından məhrum edir. Buna görə onun hərəkətləri Azərbaycan Respublikasının CMnin 21.3-cü maddəsinin təsiri altına düşür. Məhkum hal-hazırda psixotik vəziyyətdə olduğu üçün onun barəsində Azərbaycan Respublikasının CM-nin 95.0.3-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirləri tətbiq edilməsi məsləhət görülür. Təkrar komisyon stasionar məhkəmə-psixiatrik eksper tizasının 07 dekabr 2020-ci il tarixli 130 saylı rəyindən görünür ki, ekspert komissiyası belə qənaətə gəlir ki, Məhkum hal-hazırda “Paranoid Şizofreniya” müəyyən edilir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki tibbi sənədlər, verilmiş ifadələr, anamnestik məlumatlar (cinayət hadisəsi törətdikdən sonra keçirilən çoxsaylı məhkəmə psixiatrik ekspertizalarında əvvəlcə “Kəskin şizofreniyayabənzər psixotik pozuntu” keçirdiyinin, bunun ardınca həmin pozuntunun “Şizofreniya, paranoid forma” kimi prosessual psixi xəstəliyə keçdiyinin qeyd edilməsi) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (yoxlanılan şəxsin şöbədə müayinədə olduğu müddət ərzində özünü narahat aparması, şöbədaxili rejimə tabe olmaması, geyiminə və təmizliyinə fikir verməməsi, tez-tez yersiz və qeyri-adekvat hər əkətlər etməklə şöbədaxili rejim qaydalarını və sakitliyi ciddi şəkildə pozması, digər yoxlanılan şəxsləri narahat etməsi ilə onların haqlı narazılığına səbəb olmuş, növbətçi personalın iradlarına məhəl qoymaması, öz-özünə uca səslə danışması, əhvali-ruhiyyəsinin dəyişkən olması, ekspert komissiyasının yığıncağında aparılan müayinə gedişində öz şəxsiyyətinə, zamana, məkana və ətraf mühitə görə bələdliyinin formal olaraq saxlanıldığının müəyyən edilməsi, zahiri görünüşünə görə səliqəsiz olması, narahat və gərgin görünməsi, simasında narazılıq ifadəsinin müşahidə olunması, produktiv verbal kontakt qurmaqda çətinlik yaranması, söz ünsiyyəti zamanı söhbətə həvəssiz və aqressiv şəkildə qoşulması, anlaşılmaz səslə danışması, suallara məzmunsuz cavab verməyə başlaması, onları mahiyyətinə uyğun ol mayan şəkildə cavablandırması, — anlaşılmayan ifadələr işlətməsi, təfəkkürünün qırıq olmaqla autik və paraloyi xarakter daşıması, nitqində ardıcıllığın olmaması, mülahizə və mühakimələrində məntiqsizlik müşahidə edilməsi, ünsiyyətin davam etdirilməsinə maraq göstərməməsi, sualların bir çoxuna cavab verməkdən yayınması, ona edilən müraciətlərə əhəmiyyət verməməsi, yalnız özünü maraqlandıran mövzularda danışması, özünüböyütmə ideyaları və təqib sayıqlama fikirləri söyləməsi, mövzuya qaytarıb təkrarən sual verdikdə danışığının sürətlənərək rezonyorluq etməsi, söyüş işlətməklə öz-özünə danışması, söhbət zamanı komissiya üzvləri ilə ünsiyyət məsafəsi gözləməməsi, jestikulyasiya edərək qəzəbli tərzdə nalayiq ifadələr işlətməsi, məzmunsuz davranaraq və sualların çoxunu cavabsiz qoyaraq anamnestik məlumatları çatdırmaması, əhvali-ruhiyyəsində dəyişkəhlik müşahidə edilməsi, ittiham olunduğu cinayət əməli və hadisələrin mahiyyəti barəsində soruşularkən dərhal əsəbiləşməsi, məntiqsiz fikirlər söyləməsi, cümlələri arasındaki, mən əlaqəsinin itməsi, hadisələrin mahiyyətini açıqlamaması, fikir və həyəcanlarını tam çatdırmaması, özünü psixi xəstə hesab etməməsi, hal-hazırkı psixi vəziyyətinə və yaranmış situasiyaya qarşı tənqidi münasibət bəsləməməsi, göndərildiyi ekspertizanın keçirilməsi məqsədini düzgün başa düşməməsi, onun gedişinə və nəticəsinin necə olacağına maraq göstərməməsi, özünün gələcək aqibətinə laqeydliklə yanaşması və s.) sübut edir. Məhkum təqsirləndirildiyi ictimai təhlükəli cinayət əməlini törədən zaman onda psixotik xarakterli əlamətlər qeyd olunmadığından öz hərəkət lərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Məhkum törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Məhkum ona ittiham olunan cinayət əməlini törətdikdən sonra onda “kəskin şizofreniyayabənzər psixotik pozuntu” formasında psixi pozuntu yaranmışdır. Sonradan psixotik əlamətlər davam etdiyindən Məhkum Paranoid şizofreniya xəstəliyi formalaşmış və məcburi müalicədə olan dövrdə həmin diaqnoz təsdiq olunmuşdur. Məhkum hal-hazırda Paranoid şizofreniya xroniki psixi xəstəliyinə xas əlamətlər müəyyən edilir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki tibbi sənədlər, toplanmış anamnestik məlumatlar sübut edir. Məhkum təqsirləndirildiyi cinayət əməlini törətdikdən sonra onda kəskin şizofreniyayabənzər psıxotik pozuntu formasında psixi pozuntu yaranmışdır. Bundan sonrakı dövrdə Məhkum psixi durumunda nəinki stabilləşmə baş verməmiş, əksinə təfəkkürün autikliyi və paralogiyası dərinnləşmiş, sayıqlama fikirləri və digər psixotik simptomlar miqyasca genişlənmişdir. Məhkum aşkarlanan psixotik pozuntunun xarakteri və dinamikasına əsasən onda endogen xəstəlikparanoxd şızofreniya formalaşdığı müəyyən edilmişdir. Psixi və davranış, pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışının tələblərinə görə “Kəskin şizofreniyayabənzər psixotik pozuntu” müəyyən edilən pasiyenitdə şizofreniyaya xas simptomlar bir aydan artıq davam etdikdə, belə hallarda “Kəskin şizofreniyayabənzər psixotik pozuntu diaqnoz qoyu lur. Məhkum hal-hazırda əziyyət çəkdiyi psixi patologiya F20.0 kodunun kriterilərinə cavab verir. Buna görə Məhkum “Paranoid şizofreniya” olmasına dair qənaətə gəlinir. Halhazırda Məhkum qeyd olunan “Paranoid şizofreniya” xroniki psixi xəstəliyinin gedişində kəskinləşmə mərhələsi müşahidə edilir. Məhkum müşahidə edilən psixotik vəziyyət onu hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək imkanından məhrum edir. Buna görə onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşür. Məhkum halhazırda psixotik vəziyyətdə olduğu üçün onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə növü ndə tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Həmçinin təkrar stasionar məhkəmə-psixiatrik ekspertizasının 05 avqust 2022-ci il tarixli 91 saylı rəyindən görünür ki, Məhkum “Paranoid şizofreniya” xəstəliyindən əziyyət çəkir. Cinayət işi materiallarının və daha əvvəl verilmiş ekspert rəylərinin təhlilindən məlum olur ki, Məhkum cinayət əməlini törətməzdən əvvəlki dövrdə psixi vəziyyətində müəyyən dəyişikliklər olmuş, bununla əlaqədar olaraq həkim-psixiatra müraciət etmişdir. Məhkum aldığı müalicə nəticəsində onun psixi vəziyyətində stabilləşmə baş vermiş, törətdiyi əmələ münasibətdə anlaqlı hesab edilməli olduğu qənaətinə gəlinmişdir. Lakin Məhkum cinayət hadisəsini törətdikdən sonra onun psixikasında kobud dəyişikliklər yaranmış, kəskin psixiatrik əlamətlər təzahü r etmişdir. Bununla əlaqədar olaraq Məhkum əvvəlcə "Kəskin şizofreniyayabənzər psixiotik pozuntu" diaqnozu qoyulmuş, psixiotik proses bir aydan artıq davam etdiyindən xəstəliklərin beynəlxalq təsnifatının 10-cu baxışının tələbləri nəzərə alınaraq "Paranoid şizofreniya" diaqnozuna dəyişdirilmişdir. Məhkəmənin müvafiq qərarı əsasında Məhkum məcburi müalicə prosesinə cəlb edilmişdir. Məcburi müalicə tədbirləri nəticəsində psixi vəziyyətində stabilləşməyə nail olunduğundan Məhkum yenidən istintaqa qaytarılmışdır. Lakin istintaq müddətində dərman preparatlarını mütəmadi qəbul etmədiyindən Məhkum psixi vəziyyəti yenidən kəskinləşmişdir. Məhkum həmin xəstəlik hal-hazırda kəskinləşmə mərhələsində olmaqla davam edir. Paranoid şizofreniya tranzitor deyil, xroniki gedişli psixi patologiyadır. Bütün ö mrü boyu davam edir, remissiya və kəskinləşmə mərhələləri olur, remissiya mərhələsində psixiotik əlamətlərlə büruzə olunur. Məhkum təqsirləndirildiyi cinayət əməlini törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik keçirməmişdir. Buna görə Məhkum ittiham olunduğu cinayət əməlini törədərkən onda psixiotik xarakterli əlamətlər qeyd olunmadığından öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. X6 qərarın təsviri hissəsində şərh olunan və ona ittiham olunan cinayət əməlini törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Məhkum ona ittiham olunan cinayət əməlinə münasibətdə anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Məhkum hal-hazırki müayinəsi zamanı onun əziyyət çəkdiyi xroniki psixi xəstəlik hesab olunan paranoid şizofreniya xəstəliyinin gedişində kəskinləşmə mərhələsi olduğu müəyyən edilir. Bu səbəbdən Məhkum hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, habelə onları idarə etmək iqtidarında deyildir. Hal-hazırki psixi vəziyyətinə görə Məhkum hərəkətləri Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşür. Məhkum "Paranoid şizofreniya" xəstəliyi müəyyən edilir. Məhkum hal-hazırda paranoid şizofreniya xəstəliyi üçün xarakterik olan psixiotik vəziyyətin davam etməsi səbəbindən onun stasionar şəraitdə məcburi müalicə edilməsinə eht iyacının yarandığı müəyyənləşir. Buna görə də Məhkum barəsində Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Məhkum psixiotik vəziyyətin (sayıqlama fikirlərinin, eşitmə hallüsinasıyalarının) hələ də davam etməsi müşahidə olunduğundan həmin şəxs özünə və ətrafdakılara qarşı təhlükəli hesab edilir. Psixiatriya yardımı haqqında Azərbaycan Respublikası Qanununun tələbinə görə özü və ətrafdakılar üçün təhlükəli şəxs yubadılmadan müalicəyə cəlb edilməlidir. Məhkum əziyyət çəkdiyi paranoid şizofreniya xəstəliyi xroniki psixi patologiya hesab olunur. Elmi ədəbiyyatlardakı məlumatlara əsasən xəstəliyin gedişində remissiya və kəskinləşmə mərhələləri daim bi r-birini əvəz edir. Qeyd olunan xəstəliyin gedişində tam remissiya uzunmüddətli müvafiq effektiv müalicə nəticəsində əldə oluna bilər. Lakin tam remissiya mərhələsinin davametmə müddəti dəqiq bilinməməklə yanaşı, xəstəliyin yenidən qısa müddətdə kəskinləşə biləcəyi də çox rast gəlinən hallardandır. Məhkum əziyyət çəkdiyi paranoid şizofreniya xəstəliyinin gedişində hal-hazırda kəskinləşmə mərhələri müəyyən edilir. Məhkum hərəkətləri Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşür. Yoxlanılan şəxs X2 hal-hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı var. Ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülü r. Azərbaycan Respublikası CPM-in 267.2-ci maddəsinin tələblərinə əsasən ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhələr doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən ekspertizaların rəyləri nəzərdən keçirib nəticəyə gəlmişdir ki, həmin rəylərin əsaslılığı şübhə doğurmur, onların əsassız olmasına dəlalət edən heç bir hal cinayət işinin materiallarından müəyyən edilmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri əsaslı olaraq məhkəmə baxışı zamanı keçirilmiş təkrar komisyon stasionar məhkəmə-psixiatrik ekspertizalarının rəyləri mötəbər sübut kimi qəbul etmiş, apellyasiy a protestinin həmin rəylərinin əsassız olması və şübhə doğurması barədə dəlillər əsassızdır. İşdən görünür ki, cinayət işi üzrə yenidən təkrar məhkəmə-psixiatrik ekspertizasının təyin edilməsi üçün əsaslar olmamış, məhkəmə tərəfindən vəsatətlərə baxılarkən heç bir prosessual pozuntulara yol verilməmiş, vəsatətlərlə bağlı proses iştirakçılarının fikirləri dinləyib qərarları qəbul edilmişdir. Həmin qərarların əsassız olmasına dəlalət edən hallar müəyyən edilməmişdir. Odur ki, kassasiya protestinin bu barədə dəlili də əsassızdır. Azərbaycan Respublikası CM-in 21.3-cü maddəsinə əsasən, anlaqlı vəziyyətdə cinayət törətmiş, lakin məhkəmə tərəfindən hökm çıxarılanadək psixi xəstəliyə tutulmuş və bunun nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlü kəliliyini dərk etmək və ya həmin əməli idarə etmək imkanından məhrum olmuş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1-1-ci maddəsinə əsasən, şəxsin psixi pozuntusu ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən: 93.1-1.1. bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə; 93.1-1.2. cinayət törətdikdən sonra cəzanın təyin edilməsini və ya onun icrasını istisna edən psixi xəstəliyə düçar olmuş şəxslərə; 93.1-1.3. cinayət törətmiş və anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olan şəxslərə təyin edilir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CM-in 95.0.3-cü maddəsinin tələblərini rəhbər tutub əsaslı olaraq Məhkum ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbiri tətbiq etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin qərarı kifayət qədər əsaslandırılmışdır, məhkəmə hansı səbəbdən məhkəmə-psixiatrik ekspertizaların rəylərini sübut kimi qəbul etdiyini izah etmişdir. Beləliklə, məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar və onun tərəfindən digər sübutların rədd edilməsinin motivləri qərarda göstərilmişdir. Odur ki, kassasiya protestinin bu barədəki dəlili əsassızdır. Həmçinin iş materiallarından da göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin h ər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq həmin protestin təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 sentyabr 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 sentyabr 2022-ci il tarixli Məhkum haqqındakı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar