Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-696/2024 16.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 sentyabr 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi – XXX20nun vəkili Müdafiəçi2 verdiyi kassasiya şikayətinə baxılması üzrə məhkəmə iclasında M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran A ğır Cinayətlər Məhkəməsinin 9 mart 2023-cü il tarixli hökmü ilə (sədrlik edən hakim C.Ş.Səfərli, hakimlər N.H.Məmmədov və M.V.Məmmədovdan ibarət məhkəmə tərkibi) Məhkum (xx xxxxxx 1970-ci ildə ünvan2ində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 15 yanvar 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.4.3 və 237.1-ci maddələri ilə təqsirli bilinib 07 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında 17 noyabr 2017-ci il tarixli Qanuna əsasən üzərində 6 il 9 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, 16 iyun 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmi ş, ünvan 1 ünvanda yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 4 noyabr 2022-ci il tarixdən hesablanması, Məhkum cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunması və ərazi narkoloji dispanserində qeydiyyata alınması qə rara alınmışdır. Hökmə əsasən Məhkum qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda təmiz çəkisi 70,896 qram narkotik vasitə tiryək, külli miqdarda təmiz çəkisi 150,214 qram narkotik vasitə heroin, təmiz çəkisi 1,78 qram həşiş qətranı və təmiz çəkisi 35,0 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq bir hissəsini üzərində, qalanını isə yaşadığı ünvan3 nömrəli fərdi yaşayış evinin zirzəmisində saxlamış, həmin narkotik vasitə olan tiryəkdən 1 ədəd bükümdə təmiz çəkisi 1,592 qram olan hissəsini 04 noyabr 2022-ci il tarixdə səhər saatlarında ünvan4i ərazisində tanışı, ünvan5 sakini Şahid4 pay olaraq vermiş, XXX15nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı 04 noyabr 2022-ci il tarixdə saat 14:30 radələrində ünvan6 ərazisində şübhəli kimi saxlanılaraq ünvan 2 ünvanında yerləşən XXX15nin inzibati binasına gətirilib həmin gün saat 15:30 radələrində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçəsinin sol yaxa cibindən 01 ədəd kibrit qutusunda 03 ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,39 qram, 0,40 qram və 0,40 qram, habelə həmin gün saat 16:20 radələrində yaşadığı ünvan7 nömrəli fərdi yaşayış evinin zirzəmisinə baxış keçirilərkən oradan polietilen torbanın içərisində daha 05 ədəd polietilen bükümdə ayrıayrılıqda təmiz çəkiləri 64,479 qram, 0,670 qram, 0,995 qram, 1,007 qram və 0,963 qram olmaqla külli miqdarda ümumi təmiz çəkisi 69,304 qram xaşxaş bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə tiryək, eləcə də 02 ədəd polietilen bükümdə ayrıayrılıqda təmiz çəkiləri 150 q ram və 0,214 qram olmaqla külli miqdarda ümumi təmiz çəkisi 150,214 qram kustar üsulla hazırlanmış eyni tərkibli olmayan narkotik vasitə heroin, 01 ədəd polietilen bükümdə təmiz çəkisi 1,78 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qatranı, 03 ədəd polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 5,0 qram, 10,0 qram, 20,0 qram olmaqla ümumi təmiz çəkisi 35,0 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli olmayan narkotik vasitə qurudulmuş marixuana və üzərində narkotik vasitə heroin izləri olan 01 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Bundan başqa, o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin hissələrini xeyli miqdarda əldə edib toplamaqla kultivasiya etmiş, 04 noyabr 2022-ci il tarixdə saa t 16:20 radələrində XXX15nin əməkdaşları tərəfindən yaşadığı ünvan9 nömrəli fərdi yaşayış evinin yaxınlığında yerləşən, özünə məxsus olmaqla hazırda istifadədə olmayan mağazaya baxış keçirilərkən oradan xeyli miqdarda 12 ədəd ümumi çəkisi 800 qram olan eyni tərkibli narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissələri aşkar olunaraq götürülmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 sentyabr 2023-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim İ.H.Əhmədov, hakimlər M.Ə.Bağırov və E.İ.Əliyevdən ibarət məhkəmə tərkibi) Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 9 mart 2023-cü il tarixli hökmü dəyişdirilmiş, Məhkum narkomaniyadan məcburi müalicə təyin edilməsinə dair müddəalar hökmdən xaric edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bununla yanaşı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli anlaşılmazlığın aradan qaldırılması haqqında qərarı ilə (sədrlik edən hakim C.Ş.Səfərli, hakimlər N.H.Məmmədov və M.V.Məmmədovdan ibarət məhkəmə tərkibi) Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 9 mart 2023-cü il tarixli hökmünün nəticəvi hissəsinin 6-cı abzasında olan “Məhkum cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun” sözləri hökmdən çıxarılmış, “Məhkum ərazi narkoloji kabinetdə qeydiyyata alınsın” sözlərinin hökmdə saxlanılması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 sentyabr 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti vermişdir. Müdafiəçi2 kassasiya şikayətində Şir van Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 sentyabr 2023-cü il tarixli qərarının ləğv edilməsini, Məhkum əməlinin Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələrindən həmin Məcəllənin 234.1-1 və 237.1-ci maddələrinə tövsif edilməsinə dair qərarın çıxarılmasını xahiş etmişdir. Lakin, kassasiya şikayətinə məhkəmə iclasında baxılanadək – Məhkum 9 fevral 2024-cü il tarixli ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir (məhkumun ərizəsi Ali Məhkəməyə XXXX15nin 15 fevral 2024-cü il tarixli 3-16-17/27/2-527/2024 nömrəli müşayiətedici məktubu ilə göndərilmişdir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.5-ci maddəsinə əsasən kassasiya şikayətinə kassasiya instansiyası məhkəməsində baxılanadək məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin geri götürülməsi haqqında Məhkum ərizəsini, eləcə də bunun məhkumun hüququ olmasına dair dövlət ittihamçısının çıxışını nəzərə alıb, cinayət - prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq, həmin şikayətin geri qaytarılmasını mümkün bilir. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 26 sentyabr 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılaraq geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-696/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-696/2024
16.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver