Məhkəmə qərarları › İş №1(102)-697/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-697/2020

30.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-697/2020 30.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X12 və Məhkum iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 oktyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.5, 313 və 32.5, 30 8.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 yanvar 2020-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 oktyabr 2019-cu il tarixli 1(101)-849/2019 saylı hökmü ilə (sədrlik edən və məruzəçi hakim Faiq Qəniyev, hakimlər Mirzə Xankişiyev və İlham Mahmudovdan ibarət tərkibdə), Məhkum, xx xxxxxx 1968-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan, faktiki ünvan2 ünvanda yaşamış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17 8.3.2, 32.5, 313 və 32.5, 308.2-ci maddələri ilə təqsirli bilinərək ona CM-in 178.3.2-ci maddəsi ilə 01 (bir) il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında, həmçinin kommersiya təşkilatlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 32.5, 313-cü maddəsi ilə 01 (bir) il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında, həmçinin kommersiya təşkilatlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 32.5, 308.2-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında, həmçinin kommersiya təşkilatlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququ ndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə o, cinayətlərin məcmusu üzrə qəti olaraq 02 (iki) il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında, həmçinin kommersiya təşkilatlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 21 oktyabr 2019-cu il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum ona görə təqsirli bilinib məhkum olunmuşdur ki, o, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını xeyli və külli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etmiş, vəzifəli şəxs tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edilməklə təkrarən vəzifə saxtakarlığı və xidməti vəzifələrin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə edilməsi məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edilərək fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətlərinin törədilməsində məsləhətləri və məlumatları ilə, habelə maneələri aradan qaldırıb yardım etməklə köməkçi qismində iştirak etmişdir. Belə ki, o, “xxxx” Mənz il-Tikinti Kooperativi tərəfindən ünvan 3 ünvanında 2006-2014-cü illərdə inşa olunmuş 2 girişli, 16 mərtəbəli binadan, həmçinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (12 iyul 2016-cı ilədək eyni adlı Mənzil-Tikinti Kooperativi) tərəfindən Bakı şəhəri, Xətai rayonu, M. Hadi küçəsi, 2337-ci məhəllədə 2008-2013-cü illərdə inşa olunmuş 1 girişli, 20 mərtəbəli binadan “Yaşayış binasında mənzil tikintisi haqqında” müqavilə və pul vəsaitlərinin ödənilməsi haqqında maliyyə arayışlarına əsasən satılmış, dəyəri ödənilmiş mənzilləri 2016-cı ilin avqust ayından başlayaraq ilkin alıcılarının məlumatı olmadan yenidən başqa şəxslərə satmaqla, etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə, göstərilən Kooperativin sədri və Cəmiyyətin direktoru vəzifəsində işləyərək o nların operativ idarə edilməsi, adından əqdlərin bağlanması, rəsmi sənədlərin imzalanması və digər səlahiyyətlərə malik vəzifəli şəxs olan X6, habelə sonuncunun səlahiyyətli nümayəndəsi - etibarnamə əsasında həmin Məhdud Məsuliyyətli Cəmiyyətdə hüquqşünas kimi fəaliyyət göstərməklə cəmiyyətin məhkəmələrdə, dövlət və qeyri-dövlət orqanlarında təmsil olunması, sənədlərin təqdim olunması, alınması, С6 adından imzalanması və digər səlahiyyətlərə malik vəzifəli şəxs olan, faktiki olaraq mənzillərin satışını həyata keçirən X7 xidməti vəzifələrinin icrası ilə əlaqədar özləri və onun üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurulmasında məlumatları, məsləhətləri ilə və maneələri aradan qaldırmaqla köməkçilik etməklə həmin şəxslərlə və qeyriləri ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək, özünü vətəndaşlara qanunsuz satılan mənzillərin sahibi kimi təqdim edərək, mənzillərin əvvəllər digər şəxslərə satılmaması haqqında vədlər verib aldatmaqla və alıcıları inandırmaq üçün şirkətin ofisində mənzildən imtina etməsi haqqında ərizə yazaraq, həmçinin qabaqcadan əlbir olduğu C6 və H6 tərəfindən rəsmi sənəd olan müqavilə və maliyyə arayışlarına mənzillərin alıcılara qanuni əsasla satılması, bəzi hallarda həmçinin mənzilin guya əvvəllər ödəniş əsasında ona məxsus olması haqqında tamah niyyətilə məzmununa bilə-bilə yalan məlumatların daxil edilərək təsdiq edilib vəzifə saxtakarlığı törədilməsində öz məlumatları və məsləhətləri, habelə maneələri aradan qaldırmaqla köməkçilik etməklə, “xxxx” Mənzil-Tikinti Kooperativinin inşa etdiyi binadan: 1 otaqlı, 60,6 m2 sahəli **** №-li mənzil 23 yanvar 2007-ci il tarixli müqavilə ilə X2 və onun tərəfindən mənzilin dəyəri tam ödənildiyi halda, 2016-cı ilin avqust ayında H6 birlikdə Zərərçəkmiş şəxs1 özünü yalandan həmin mənzilin sahibi kimi təqdim edərək və təcili pula ehtiyacı olduğundan mənzili çox ucuz qiymətə satması, hər hansı bir digər sahibinin olmamasını yalandan bildirməklə, mənzilin “xxxx” Mənzil-Tikinti Kooperativinin adından tərtib olunmaqla C6 tamah niyyətilə məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək kooperativin möhürü ilə təsdiq etdiyi, “xxxx” Mənzil-Tikinti Kooperativinin sədrinin adından isə H6 imzaladığı saxta müqavilə v ə maliyyə arayışı əsasında satılması adı ilə Zərərçəkmiş şəxs1 binanın həyətində yerləşən ofis otağında Р6 birlikdə 20 avqust 2016-cı ildə ilkin olaraq beh qismində 18.000 (on səkkiz min) manat, əlavə olaraq Bakı şəhərində müxtəlif yerlərdə 11 yanvar 2017-ci ildə 4.000 (dörd min), 20 iyul 2017-ci ildə 1.000 (bir min), 16 sentyabr 2017-ci ildə 1.000 (bir min) manat pulu şəxsən alaraq, bu ödənişlər haqqında möhür əksləri eyni növ sənəddən texniki qurğu vasitəsilə kompyuterə köçürülmüş və qrafik proqram təminatından istifadə edilməklə axınlı printerdə çap edilib C6 H6 birlikdə hazırladığı, sonuncu tərəfindən imzalanmış maliyyə arayışlarını təqdim edərək, barələrində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə sonuncuların 15 dekabr 2017-ci il tarixdən həbsdə olmalarına baxmayaraq, aralarında olan cinayətkar niyyətə uyğun olaraq, 2018-ci ilin yanvar ayında istintaqla müəyyən olunmamış şəraitdə qeyriləri vasitəsilə C6 və H6 tarixi “09 dekabr 2017-ci il” kimi göstərilmiş, “xxxx” Mənzil-Tikinti Kooperativinin adından möhürlə təsdiq olunaraq, kooperativ sədrinin adından istintaqla müəyyən olunmamış şəxs tərəfindən imzalanmış saxta maliyyə arayışını əldə edib Zərərçəkmiş şəxs1 təqdim etməklə, onun əsasında Bakı şəhəri, ******************* ticarət mərkəzində sonuncudan 6.000 (altı min) manat – vahid niyyətlə cəmi 30.000 (otuz min) manat pulu alaraq, həmin pul vəsaitini qabaqcadan əlbir olduğu şəxslərlə aralarında bölərək şəxsi ehtiyaclarına sərf etməklə qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlak ını xeyli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq etmiş, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifə saxtakarlığı cinayətinin törədilməsində öz məsləhətləri və məlumatları ilə, habelə maneələri aradan qaldırmaqla köməkçi qismində iştirak etməklə; eyni niyyətlə, təkrarən, 2016-cı ilin sentyabr ayının əvvəlində Zərərçəkmiş şəxs2 özünü yalandan istintaqla müəyyən olunmamış 2 otaqlı mənzilin sahibi kimi təqdim edərək və təcili pula ehtiyacı olduğundan mənzilin ucuz qiymətə satılması, hər hansı bir digər sahibinin olmaması haqqında vəd verməklə, mənzilin Zərərçəkmiş şəxs2 satılması adı ilə ondan 4 sentyabr 2016-cı ildə Kooperativ tərəfindən inşa olunan həmin binanın həyətində yerləşən ofis otağında H6 birlikdə 46.000 (qırx altı min) manat məbləğində pulu alaraq, eyni tar ixli, mənzilin guya Zərərçəkmiş şəxs2 qanuni əsasla satılması haqqında bilə-bilə yalan məlumatların daxil edildiyi, sonradan məhv edilmiş müqavilə və ödəniş haqqında maliyyə arayışı Zərərçəkmiş şəxs2 verilib, göstərilən pul vəsaitini qabaqcadan əlbir olduğu C6 və H6 aralarında bölərək şəxsi ehtiyaclarına sərf etməklə, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan sui- istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etmiş, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifə saxtakarlığı cinayətinin törədilməsində öz məsləhətləri və məlumatları ilə, habelə maneələri aradan qaldırmaqla təkrarən köməkçi qismində iştirak etməklə; eyni niyyətlə, təkrarən, 1 otaqlı, 60,6 m2 sahəli **** №-li mənzil 23 fevral 2007-ci il tarixli müqavilə ilə X3 və mənzilin dəyəri tam ödənildiyi halda, 2016-cı ilin sentyabr ayında H6 birlikdə Zərərçəkmiş şəxs3 özünü yalandan həmin mənzilin sahibi kimi təqdim edərək və təcili pula ehtiyacı olduğundan mənzili ucuz qiymətə satması, hər hansı bir digər sahibinin olmaması haqqında vəd verməklə, C6 tamah niyyətilə məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək kooperativin möhürü ilə təsdiq etdiyi, MənzilTikinti Kooperativi sədrinin adından isə H6 imzaladığı 15 sentyabr 2016-cı il tarixli saxta müqavilə və maliyyə arayışı əsasında Zərərçəkmiş şəxs3 satılması adı ilə ondan həmin tarixdə Kooperativ tərəfindən inşa olunan həmin binanın həyətində yerləşən ofis otağında H6 birlikdə 30000 (otuz min) manat məbləğində pulu alıb, C6 və H6 aralarında bölərək şəxsi ehti yaclarına sərf etməklə, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etmiş, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifə saxtakarlığı cinayətinin törədilməsində öz məsləhətləri və məlumatları ilə, habelə maneələri aradan qaldırmaqla təkrarən köməkçi qismində iştirak etməklə; eyni niyyətlə, təkrarən, 2 otaqlı, 101 m2 sahəli 74 №-li mənzil 18 aprel 2007-ci il tarixli müqavilə ilə Zərərçəkmiş şəxs5 satılaraq onun tərəfindən həmin tarixdən 29 yanvar 2008-ci ilədək olan müddətdə mənzilin dəyəri olan 45.243 (qırx beş min iki yüz qırx üç) manat ekvivalentində 53.227 (əlli üç min iki yüz iyirmi yeddi) ABŞ dolları məbləğində vəsait tam ödənildi yi halda, 2016-cı ilin noyabr ayında Р6 birlikdə Zərərçəkmiş şəxs4 özünü yalandan həmin mənzilin sahibi kimi təqdim edərək, mənzildən imtina etməsi haqqında 21 noyabr 2016-cı il tarixli ərizəni yazaraq Zərərçəkmiş şəxs4 təqdim edib və təcili pula ehtiyacı olduğundan mənzili ucuz qiymətə satması, hər hansı bir digər sahibinin olmaması haqqında vəd verməklə, məsləhətləri və məlumatları ilə, maneələri aradan qaldırmaqla yardım edərək С6 və Р6in xidməti vəzifələrinin icrası ilə əlaqədar özləri və onun üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etmələrinə köməklik göstərib, tamah niyyətilə sonuncular tərəfindən məzmununa bilə-bilə yalan məlumatlar daxil edilərək kooperativin möhürü ilə təsdiq olunmuş və Mənzil- Tikinti Kooperativi sədrinin adından Р6in imzaladığı 21 noyabr 2016-cı il tarixli saxta müqavilə və maliyyə arayışı əsasında həmin mənzilin Zərərçəkmiş şəxs4 arvadı X5 adına rəsmiləşdirilməsi adı ilə Zərərçəkmiş şəxs4 göstərilən tarixdə binanın həyətində yerləşən ofis otağında Р6 birlikdə 37000 (otuz yeddi min) manat məbləğində pulu alıb əlbir olduğu şəxslərlə birlikdə aralarında bölərək şəxsi ehtiyaclarına sərf etməklə, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq edərək, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifə saxtakarlığı cinayətinin törədilməsində öz məsləhətləri və məlumatları ilə, habelə maneələri aradan qaldırmaqla təkrarən kömək çi qismində iştirak etməklə, cinayət əməlinin müəyyən müddətdə gizlədilməsi məqsədilə С6 və Р6 tərəfindən mənzilin faktiki olaraq Zərərçəkmiş şəxs4 təhvil verilib, Zərərçəkmiş şəxs5 öz əmlakından istifadə ilə bağlı hüquqlarından məhrum etməklə hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurulmasında qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşmiş С6 və Р6ə öz məsləhətləri və məlumatları ilə, habelə maneələri aradan qaldırmaqla yardım edərək həmin cinayətin törədilməsində köməkçi qismində iştirak etməklə; eyni niyyətlə, təkrarən, 1 otaqlı, 66 m2 sahəli **** №-li mənzil 30 oktyabr 2007-ci il tarixli müqavilə ilə X4 mənzilin dəyəri tam ödənildiyi halda, 2016-cı ilin noyabr ayında Р6 birlikdə Zərərçəkmiş şəxs6 özünü yalandan həmin mənzilin sahibi kimi təqdi m edərək və təcili pula ehtiyacı olduğundan mənzili çox ucuz qiymətə satması, hər hansı bir digər sahibinin olmaması haqqında yalandan vəd verməklə, həmçinin sonuncunu inandırmaq məqsədilə mənzilin satılmasına dair göstərilən vaxtda öz adına tərtib olunmuş saxta sənədləri - “xxxx” Mənzil-Tikinti Kooperativinin sədrinin adından Р6in imzaladığı, tarixi “16 mart 2014-cü il” kimi göstərilmiş müqavilə və guya kooperativə 42.000 manat ödəməsi haqqında maliyyə arayışını Zərərçəkmiş şəxs6 verməklə, həmin mənzilin “xxxx” Mənzil-Tikinti Kooperativinin sədrinin adından Р6in imzaladığı, kooperativin adından istintaqla müəyyən edilməyən şəraitdə saxtalaşdırılmış möhürlə təsdiq olunmuş, Zərərçəkmiş şəxs6 qızı Mənsurə Məmmədovanın adına rəsmiləşdirilməklə tarixi “19 dekabr 2010-cu il” kimi göstərilmiş sa xta müqavilə və maliyyə arayışı əsasında satılması adı ilə Zərərçəkmiş şəxs6 binanın həyətində şəxsən 2016-cı ilin noyabr ayında ilkin olaraq beh qismində 2000 (iki min) manat, həmin ayda bir neçə gün sonra 25.000 (iyirmi beş min) manat – vahid niyyətlə cəmi 27000 (iyirmi yeddi min) manatı alaraq, həmin pul vəsaitini əlbir olduğu şəxslərlə aralarında bölərək şəxsi ehtiyaclarına sərf etməklə, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etmiş, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifə saxtakarlığı cinayətinin törədilməsində öz məsləhətləri və məlumatları ilə, habelə maneələri aradan qaldırmaqla təkrarən köməkçi qismində iştirak etmə klə; eyni niyyətlə, təkrarən, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşa etdiyi binadan 2 otaqlı, 115,3 m2 sahəli ***** №-li mənzil 19 iyun 2008-ci il tarixli müqavilə ilə X1 onun tərəfindən mənzilin dəyəri tam ödənildiyi halda, 2017-ci ilin mart ayında Р6 birlikdə Zərərçəkmiş şəxs7 özünü yalandan həmin yaşayış sahəsinin sahibi kimi təqdim edib və mənzilin əvvəl digər şəxsə satılmamasını bildirib, qeyrilərinin məsləhətləri və məlumatları ilə, maneələri aradan qaldırmaqla etdiyi köməkçiliyi ilə sonradan məhv edilmiş müqavilə və maliyyə arayışı əsasında Zərərçəkmiş şəxs7 satılması adı ilə ondan 3 mart 2017-ci ildə Р6 və qeyrisi ilə birlikdə cəmiyyətin inşa etdiyi binanın 2-ci mərtəbəsində yerləşən ofis otağında 55.000 (əlli beş min) manat məbləğində pulu alıb əlbir olduğu şəxslərlə araları nda bölərək şəxsi ehtiyaclarına sərf etməklə, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını külli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etmiş, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifə saxtakarlığı cinayətinin törədilməsində öz məsləhətləri və məlumatları ilə, habelə maneələri aradan qaldırmaqla təkrarən köməkçi qismində iştirak etməklə, ümumilikdə isə “xxxx” Mənzil-Tikinti Kooperativinin və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşa etdiyi iki binadan qanuni sahibləri olan 6 mənzilin saxta müqavilə və maliyyə arayışları əsasında 6 nəfərə yenidən satılaraq həmin şəxslərə məxsus cəmi 225.000 (iki yüz iyirmi beş min) manat məbləğində pul vəsaitini qeyriləri ilə qabaqcadan əlb ir olan bir qrup şəxs qismində etibardan sui-istifadə etmə və aldatma yolu ilə xeyli və külli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etmiş, vəzifəli şəxs tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edilməklə təkrarən vəzifə saxtakarlığı və xidməti vəzifələrin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə edilməsi məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edilərək fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətlərinin törədilməsində məsləhətləri və məlumatları ilə, habelə maneələri aradan qaldırıb yardım etməklə köməkçi qismində iş tirak etmişdir. Hökmdən məhkum edilmiş şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 yanvar 2020-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Faiq Qasımov, hakimlər Qədim Babayev və Kamran Əkbərovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 oktyabr 2019-cu il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 yanvar 2020-ci il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsinin qərarı qanunsuz və ədalətsiz olmaqla bərabər Azərbaycan Res publikası Konstitusiyasının, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının, Azərbaycan Respublikası CPM-nin tələblərinin pozulması ilə çıxarılmış, nəticədə barəsində həddən artıq ağır cəza təyin edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən onun barəsində cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin, eləcə də Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 404-cü maddəsinin tələbləri pozulmaqla ona açıqaşkar ağır cəza təyin edilmişdir. Bundan başqa o, heç bir dövlət və qeyri-dövlət qurumunda işləməmiş və ona hər hansı bir fiziki və ya hüquqi şəxs tərəfindən hər hansı bir səlahiyyət verilməmişdir. O, yalnız makler kimi ev alqı-satqısı fəaliyyəti ilə məşğul olmuş və makler kimi də gördü yü işlərin müqabilində zəhmət haqqı almışdır. O, vəzifəli şəxs statusuna və vəzifəli şəxsə aid olan səlahiyyətlərə malik olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilmələri mümkün olduqda şərti məhkum etmənin tətbiqinə yol verilir. Lakin, cinayət törətmiş şəxs barəsində məhkəmə tərəfindən şərti məhkum etmənin tətbiqi məsələsi həll olunarkən cinayət qanununun yalnız bu instituta həsr olunmuş normaları deyil, cinayət cəzasının təyin edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş bütün uyğun normaların tələbləri nəzərə alınmalıdır. O cümlədən təqsirə görə məsuliyyət (maddə 7),ədalət (maddə 8), hüman izm (maddə 9), prinsipləri gözlənilməli, cəzanın məqsədləri və cəzanın təyin edilməsinin ümumi əsasları haqqında Cinayət Məcəlləsinin müvafiq olaraq 41.2 və 58-ci maddələrinin göstərişlərinə riayət olunmalıdır. Cinayət qanununda cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur. Kassator kassasiya şikayətində göstərilənlərə əsasən apellyasiya instansiya məhkəməsinin qərarını dəyişdirərək ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının maddənin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə endirilməsini və barəsində CM-in 70-ci maddəsi tətbiq olunmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum və kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı Hafiz İmranovun çıxışlarını dinləyib belə hesab edir ki, aşağdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli və Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 yanvar 2020-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum kassasiya şikayətində əməlində dələduzluq cinayətinin olmamasını, təyin olunmuş cəzanın aşağı endirilməsini və barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə cəzasının şərti hesab olunması haqqında qərar qəbul olunmasını xahiş etmişdir. Məhk əmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə kollegiyası ilk növbədə kassatorun “o, heç bir dövlət və qeyri-dövlət qurumunda işləməmiş və ona hər hansı bir fiziki və ya hüquqi şəxs tərəfindən hər hansı bir səlahiyyət verilməmişdir. O, yalnız makler kimi ev alqı-satqısı fəaliyyəti ilə məşğul olmuş və makler kimi də gördüyü işlərin müqabilində zəhmət haqqı almışdır. O, vəzifəli şəxs statusuna və vəzifəli şəxsə aid olan səlahiyyətlərə malik olmamışdır”- dəlilinə münasibət bildirərək qeyd edir ki, vəzifəli şəxs kimi cinayət törətməsi barədə ittiham irəli sürülməmişdir. Məhkum ona görə təqsirli bilinib məhkum olunmuşdur ki, o, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan suiistifadə etmə və al datma yolu ilə özgə əmlakını xeyli və külli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etmiş, vəzifəli şəxs tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edilməklə təkrarən vəzifə saxtakarlığı və xidməti vəzifələrin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə edilməsi məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edilərək fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqlavəzifə səlahiyyətlərindən sui-istifadə cinayətlərinin törədilməsində məsləhətləri və məlumatları ilə, habelə maneələri aradan qaldırıb yardım etməklə köməkçi qismində iştirak etmişdir. Odur ki, məhkəmə kollegiyası kassat orun bu dəlilini əsassız hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarından və məhkəmə aktlarından görünür ki, işə baxan məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutların hansına üstünlük verilməsi məhkəmə qərarlarında göstərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və ədalətli məhkəmə araşdırması aparılmış, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət verilmiş, məhkumun təqsirinin sübuta yetirilməsində qanunsuz yolla əldə e dilmiş sübutlardan istifadə edilməmiş, iş üzrə mötəbər sübutların məcmusu ilə Məhkum təqsirliliyi sübuta yetirilmişdir. Məhkəmə kollegiyası kassatorun bu barədə olan dəlillərini əsassız hesab edir, birinci və apellyasiya instansiya məhkəmələrinin Məhkum cinayət əməllərinin sübuta yetirilməsinə və tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün bu nəticə ilə razılaşır və belə qənaətə gəlir ki, işə baxan məhkəmələr tərəfindən Məhkum əməllərini düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.5, 313 və 32.5, 308.2-ci maddələri ilə tövsif etmişdir. Məhkəmə kollegiyası kassatorun onun barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsinə dair dəlilinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1ci maddəsinə əsasən islah iş ləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə kollegiyası vurğulamağı zəruri hesab edir ki, maddənin tələbindən də göründüyü kimi cinayət törətmiş şəxs barəsində şərti məhkum etmə tətbiq edilərkən, törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, cəzanı yüngülləşdi rən və ağırlaşdıran halları nəzərə alınmalıdır. Qeyd edilməlidir ki, şərti məhkum etmə tətbiq edilərkən bunlarla yanaşı, cəzanın təyin edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş bütün normaların tələbləri nəzərə alınmalıdır. Həmçinin, təqsirə görə məsuliyyət (CM-nin 7-ci maddəsi), ədalət (CM-nin 8-ci maddəsi), humanizm (CM-nin 9-cu maddəsi) prinsipləri gözlənilməli, cəzanın məqsədləri və cəzanın təyin edilməsinin ümumi əsasları haqqında Cinayət Məcəlləsinin müvafiq olaraq 41.2 və 58-ci maddələrinin tələblərinə riayət olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilmə si hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur. Cəzanı ağırlaşdıran halların dairəsini isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsi müəyyən edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında da məhkəmələrə tövsiyə olunur ki, onlar CM-in 59-cu maddəsi ilə birbaşa nəzərdə tutulmayan bu və ya digər halı cəzanı yüngülləşdirən hal kimi nəzərə aldıqda onların cəzanı yüngülləşdirən hal olaraq qəbul edilməsini hökmdə əsaslandırsınlar. Kollegiya qeyd edir ki, cəzanın məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkum kollegiyası qeyd edir ki, şərh olun an qanun normalarının mənasına görə, təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum etmənin tətbiqini şərtləndirən əsas kimi çıxış etməlidir. Belə nəticəyə gələrkən isə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün qiymətləndirilib nəzərə alınmalıdır. Yuxarıda şərh edilənlərə əməl edildikdə cinayət törətmiş şəxsin barəsində şərti məhkum etmənin tətbiq edilməsi qanuni, əsaslı və ədalətli hesab edilə bilər və cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət etmiş olar. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum cəza təyin edərkən onun zərərçəkmiş şəxslərə dəymiş ziyanın faktiki olaraq bu və ya digər şəkildə qismən ödənilməsini, özünü qismən təqsirli bilərək səmimi peşman olmasını, himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasın cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirmiş, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq CM-in 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddində – 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 32.5,313-cü maddəsi ilə maddəsinin sanksiyasında nəzərdə tutulmuş əsas cəzanın aşağı həddin ə yaxın 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 32.5,308.2-ci maddəsi ilə maddəsinin sanksiyasında nəzərdə tutulmuş əsas cəzanın aşağı həddinə yaxın 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmiş və təyin edilmiş cəzaları əhatə etmək yolu ilə onu qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum etmişdir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini təmin etməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 oktyabr 2019-cu il tarixli hökmünü dəyişdirilmədən saxlamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkuma isnad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində təsbit edilən cinayət əməli xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə ağır, 313 və 308.2-ci maddələrində təsbit edilən cinayət əməlləri az ağır cinayətlər kateqoriyasına daxildirlər. Həmçinin qeyd edilməlidir ki, Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hökmlə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası sınaq müddəti ilə 1 il 6 ay müddətinə şərti hesab edilmişdir. Kassasiya kollegiyası qeyd edir ki, iş üzrə elə bir hal müəyyən deyildir ki, bu hal Məhkum ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunacağına inam yaratsın və məhkumun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqinə əsas vermiş olsun. Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum törətdiyi cinayətin xara kteri və ictimai təhlükəlilik dərəcəsi fövqündə onun barəsində şərti məhkum etmə institutunun tətbiq edilməsi nə təqsirkar şəxsin özünə münasibətdə cəzanın islahedici funksiyasını, nədə ki, digər şəxslərə münasibətdə xəbərdaredici rolunu səmərəli şəkildə yerinə yetirə və cinayət mühakimə icraatının məqsədlərinin həyata keçirilməsini təmin edə bilməz. Yuxarıda şərh olunanlara, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının tövsiyyələrinə əsaslanaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Məhkum isnad olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.5,313 və 32.5,308.2-ci maddələri üzrə məhkumun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsi tətbiq edilməklə təyin edilmiş cəzanın şərti hesab edilməsi haqqında kassatorun dəlilləri tutarlı bir sübuta söykənməyən mülahizələrdən ibarət olduğuna görə əsassızdır və işə baxan məhkəmələrin Məhkum təyin etdiyi cəza qanuni, əsaslı və ədalətlidir. Beləliklə, kassasiya kollegiyası Məhkum törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, iş üzrə cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halın olmamasını, həmçinin təyin edilən cəzanın məhkumun islah edilməsinə təsirini nəzərə alaraq, habelə istər məhkum, istərsə də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq və cəzanın qanunla müəyyən edilmiş məqsədinə çatmaq üçün Məhkum təq sirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.5,313 və 32.5,308.2-ci maddələri ilə təyin edilən 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədən islah olunmasını mümkün hesab etmir, Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür və apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni, əsaslı və ədalətli olması qənaətinə gəlir. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayət-prosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 yanvar 2020-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilmədən, göstərilən qərarın isə dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Məhkumun kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.5,313 və 32.5,308.2-ci maddələriilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 yanvar 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar