Məhkəmə qərarları › İş №1(102)-697/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-697/2021

21.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-697/2021 21.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakları ilə xx xxxxx 1973-cü ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, ünvanda qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, hal hazırda həbsdə olan Mə hkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 dekabr 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Tağıyev Beyrək Qurban oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli hökmü ilə (hakimlər: N.F.Quliyev (sədrlik edən), X.A.Nuriyev və A.Ə.Musayev) Məhkum - Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək, CM-in 32.5, 206.3.2ci maddəsi ilə 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla Məhkum cinayətlərin məcmusu üzrə qəti olaraq 10 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 18 oktyabr 2018-ci ildən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 dekabr 2019cu il tarixli qərarı ilə (hakimlər: E.Ə.Camalov (sədrlik edən), E.İ.Əliyev və K.S.Bəşirov) apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixl i hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, məhkum edilmişdir ona görə ki, o, 2018-ci ilin sentyabr-oktyabr aylarında narkotik vasitələri satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə keçirmə barədə İİR-nın vətəndaşı X4, həmçinin İran İslam Respublikasında istintaqla müəyyən edilməmiş digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvləri tərəfindən Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə keçirilməklə Qarab ağ kanalının Beyləqan rayonunun ərazisindən keçən hissəsində, "Əsgər heykəli" adlanan yerin yaxınlığında yerləşən, kanalın kənarındakı qamışlıq sahəyə gətirilmiş qara rəngli sellofan torbada olan 15 ədəd düzbucaqlı formalı bağlamada qablaşdırılmış, külli miqdarda, ümumi təmiz çəkisi 7375 qram təşkil edən həşiş qətranı narkotik vasitəsini əldə edib idarə etdiyi “VAZ 21074” markalı **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobilində İmişli rayonunun Bəhramtəpə kəndi ərazisinədək daşıyaraq 18 oktyabr 2018-ci il tarixdə, saat 15 radələrində satışını həyata keçirməsi üçün cinayətkar qrupun üzvü X3 təhvil vermiş, X4 həmin gün, saat 15 radələrində İmişli rayonunun Bəhramtəpə kəndi ərazisində, yolun dairəvi hissəsi yaxınlığında yerləşən avtobus dayanacağında əməliyyat tədbirinə “X9” adı ilə şərti alı cı qismində cəlb edilmiş Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş idarəsi Əməliyyat idarəsi Əməliyyat-Axtarış şöbəsinin əməkdaşı X1 saxlanılmışlar. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 dekabr 2019-cu il tarixli qərarının ləğv edilməsi və işin apelyasiya instansiya məhkəməsində yenidən baxılmasının təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Müdafiəçi qeyd edir ki, apelyasiya instansiya məhkəməsinin qərarı qanunsuzdur. Belə ki, məhkəmələr iş üzrə toplanmış sübutların mötəbərliliyini yoxlamamış, müdafiə tərəfinin irəli sürdüyü və Məhkum təqsirsizliyinə dəlalət edən sübutları qiymətləndirməmiş, təkzib edilməsi üçün əlavə sübutlar toplamamış, ümumiyyətlə heç bi r araşdırma aparmadan əsassız və qanunsuz ittiham aktını faktiki olaraq təsdiqləmişlər. Müdafiəçinin fikrincə, Məhkum tutulması və üzərinə baxış keçirilməsi ilə əlaqədar əməliyyat tədbirləri cinayət prosessual qanunvericiliyin tələblərinin pozulması ilə keçirildiyindən, əməliyyatla əlaqədar tərtib edilmiş sənədlər və əməliyyatı keçirmiş Dövlət Gömrük Komitəsi əməkdaşlarının ifadələri mötəbər sübut kimi qəbul edilə bilməz. İş kassasiya instansiya məhkəməsində baxılanadək Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 06 saylı Cəzaçəkmə Müəssisəsindən ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş ərizəni i ş materialları ilə əlaqəli şəkildə müzakirə edib, ərizə ilə bağlı dövlət ittihamçısı A.Hüseynlinin çıxışını dinləyərək hesab edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti məhkum tərəfindən geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət prosessual qanunvericiliyin qeyd edilən tələbini və Məhkum kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 dekabr 2019-cu il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara alır: Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 dekabr 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar