Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-697/2023 03.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5, Məhkum müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 17 iyun 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 avqust 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə, Məhkum müdafiəçisi Müdafiəçi1 və zərərçəkmiş şəxsin hüquqi varisi X7 nümayəndəsi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X17 (sədrlik edən), X14 və X3 ibarət tərkibdə) 17 iyun 2022-ci il tarixli hökmü ilə xx.xx.1996-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Gəncə şəhəri İcra Hakimiyyəti DOST iş mərkəzində mühafizəçi işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1-də qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş, ona 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, hökm çıxarılanadək həbsdə saxlandığı müddətin cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcının 12 dekabr 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş "həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X4 (sədrlik edən və məruzəçi), X6 və X8 ibarət tərkibdə) 26 avqust 2022-ci il tarixli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti, təqsirləndirilən şəxsin müd afiəçisi, zərərçəkmiş şəxsin hüquqi varisi və onun nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Məhkum CM-nin 120.1-ci maddəsi ilə məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 17 iyun 2022-ci il tarixli hökmü apellyasiya protestinə və apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum xx.xx.2021-ci il tarixdə səhər saat 10 radələrində yaşadığı ünvan 1 ünvanında yerləşən yaşayış evində spirtli içki qəbul etdikdən sonra evdə olan qaz və odun sobasının ətrafında atası X10 yerləşdirdiyi odun qalıqlarını və palıd qozalarını təmizləyərkən sonuncunun otağa daxil olaraq onu təhqir etməklə əsəbi şəkildə hansı səbəbdən odun qalıqlarını yığışdırdığını deyərək onu yenidən nal ayiq ifadələrlə təhqir etdiyi, o, yataq otağına getdiyi halda Azad Məmmədovun ora da gəlib təhqir etməyə davam etdiyi və onun iradlarına məhəl qoymadığı üçün atası Azad Məmmədovun dediklərini şəxsiyyətinə sığışdırmayıb şərəf və ləyaqətinin alçalması kimi qiymətləndirərək sonuncunu qəsdən öldürmək, yəni qəsdən həyatdan məhrum etməklə Azad Məmmədovdan qisas almaq qərarına gələrək cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə həmin gün saat 13 radələrində sonuncunu yerə yıxıb özünün Azad Məmmədovun üstünə düşməsi nəticəsində sonuncuya döş qəfəsinin sol tərəfində İİİ, İV,V,Vİ,VN,VNİ qabırğaların orta qoltuqaltı xətt üzrə, İV qabırğanın ön qoltuqaltı xətt üzrə, Vİ qabırğanın isə orta körpücük xətt üzrə sınıqları kimi sonuncuya sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağı r xəsarətlər yetirərək Azad Məmmədovun müqavimətini qırdıqdan sonra qolları ilə boyun nahiyəsindən arxadan tutub sıxaraq boğması zamanı ölümünə səbəb olan boyunun yumşaq toxumalarına qırtlaq ətrafında qansızmalar, dilaltı sümükdə sınıq, sol ağciyərin plevrası altına və ürəyin xarici qişası altına nöqtəvari qansızmalar, ürək boşluqlarında maye qanın olması əlamətləri ilə müşayiət olunan xəsarətlər yetirib mexaniki asfiksiya nəticəsində Azad Məmmədovu qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Kassasiya protestinin və kassasiya şikayətlərinin dəlilləri: Kassasiya protestində göstərilmişdir ki, məhkəmə CM-in 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş Məhkum barəsində CM-in 60-cı maddəsini tətbiq edərkən təqsirləndirilən şəxsin ailə münaqişəsi zəminind ə qisas niyyətilə törətdiyi əməli zərərçəkmiş şəxsin əxlaqsız hərəkətləri nəticəsində törədilən əməl kimi qiymətləndirməklə yanlış nəticəyə gəlmişdir. Məhkəmə istintaqı nəticəsində müəyyən olunaraq məhkəmənin hökmündə də öz təsdiqini tapan həmin hallar Məhkum barəsində CM-in 60-cı maddəsini tətbiq etməklə yüngül cəza təyin edilməsini deyil, məhz maddənin sanksiyası həddində olmaqla daha ağır cəza təyin edilməsini şərtləndirdiyi halda məhkəmə bunun əksinə olaraq ona daha yüngül cəza təyin etməyi məqsədəuyğun hesab etmişdir. İstintaq orqanı tərəfindən Məhkum CM-in 120.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir ona görə ki o, evlərindəki sobanın ətrafında olan odun qalıqlarını yığışdırarkən atası Azad Məmmədov nalayiq ifadələrlə onu təhqir etdiyi üçün sonuncudan qisas almaq niyyə tilə doğma atasını boğub öldürmüşdür. Belə ki, Məhkum törətdiyi əməlin motivi "qisas" kimi müəyyən edilmiş, qisasın yaranma əsası kimi isə atası A.Məmmədovun onu nalayiq ifadələrlə təhqir etməsi qəbul edilmişdir. Motivin bu şəkildə müəyyən edilməsi səbəbindən Məhkum CM-in 120-ci maddəsinin hər hansı tövsifedici əlaməti ilə deyil, məhz CM-in 120.1-ci maddəsi ilə ittiham verilmişdir. İstintaq orqanının qəbul etdiyi "zərərçəkmiş şəxsin təqsirləndiriləni nalayiq ifadələrlə təhqir etməsi xüsusatı təqsirləndirilən şəxsin ifadəsindən başqa heç bir sübutla təsdiq olunmur. Bununla belə istintaq orqanı məsələni haqlı olaraq aradan qaldırılması mümkün olmayan şübhələr kimi təqsirləndirilən şəxsin xeyrinə həll etmişdir. Baş vermiş hadisə hər bir halda ailə-məişət, şəxsi münasibətlər zəminində baş ve rdiyindən istintaq orqanı tərəfindən verilmiş ittiham mübahisələndirilmir, lakin CM-in 59.1.8-ci maddəsinə əsasən cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsinin təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi qəbul edilməsi qanuni və əsaslı deyildir. Belə ki, birlikdə daimi yaşayan ailənin üzvləri olmaqla doğma ata-oğul münasibətlərində olan şəxslərin arasında olan münaqişəni-ailə münaqişəsini qanunsuz və ya əxlaqsız hərəkət kimi qiymətləndirmək ağlabatan deyildir. Bu kimi xüsusatlara qiymət verərkən zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin qarşılıqlı münasibətləri, hadisənin baş vermə yeri və situasiyası, mübahisənin məğzi və işin digər faktiki halları mütləq nəzərə alınmalıdır. Hazırki işin faktiki hallarından isə görünür ki, baş vermiş hadi sə zərərçəkmiş olan atanın cüzi əhəmiyyətli bir məsələ ilə bağlı iradından və həmin iradı əsassız olaraq şərəf və ləyaqətinin alçalması kimi qəbul edən övladın atasına qarşı törətdiyi cinayətdən ibarətdir. Ümumiyyətlə nə ibtidai, nə də məhkəmə istintaq zamanı təqsirləndirilən şəxs atasının ona qarşı işlətdiyi nalayiq ifadələrin nədən ibarət olmasını bildirməmiş, aralarında hansısa dərin münaqişənin olması müəyyən edilməmişdir. Əksinə, işin faktiki hallarından görünür ki, əvvəllər aralarında hər hansı ciddi dava-dalaş olmamışdır. Həmçinin məhkəmə hökmündə istintaq orqanı tərəfindən "qanunsuz hərəkət" kimi qiymətləndirilmiş halın nəyə görə "əxlaqsız hərəkət" kimi qəbul edilməsi izah edilməmiş, ahıl yaşında olmaqla zərərçəkmişin özünün övlad tərəfindən qayğıya ehtiyacının olmasını, təqsirlənd irilən şəxsin övlad kimi valideynə hörmət etmək, onun qayğısına qalmaq kimi konstitusion vəzifəsinin olmasını nəzərə almamış, bu məsələyə valideynin uşağı tərbiyə etmək vəzifəsinin olması prizmasından yanaşmış, mövqeyi əsassız olmuşdur və əsaslandırılmamışdır. Məhkəmənin təqsirləndirilən şəxsə təyin etdiyi cəza ilə sosial ədalət bərpa olunmamış, əsassız olaraq təqsirləndirilən şəxsin barəsində CM-in 60-cı maddəsinin tətbiq olunması ilə əlaqədar islah təsirinin yetərli olmaması səbəbindən həmin cəza gələcəkdə həm təqsirləndirilən, həm də başqa şəxslər tərəfindən eyni kateqoriyadan olan cinayətlərin törədilməsinin qarşısının alınmasına, bir sözlə qeyd olunan cəza ədalətli olmadığından cəzanın məqsədinin təmin olunmasına xidmət etməmişdir. Beləliklə, məhkəmə Məhkum barəsində cinayət qanununun normalarını düzgün tətbiq etməmişdir. Kassasiya protestində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 avqust 2022-ci il tarixli qərarının ləğv edərək cinayət işinin apellyasiya instansiyası məhkəməsinə yenidən baxılması barədə qərar qəbul edilməsini xahiş olunmuşdur. Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində göstərilir ki, Məhkum törətdiyi cinayət əməlinin müqabilində yüngül ittiham verilmişdir. Məhkum əməlində daha ağır cinayət əməlininin əlamətləri vardır və o, CM-in 120.2.5, 120.2.9-cu maddələri, eləcə də CM-in 245-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalı və ona həmin maddələrlə ittiham verilməlidir. İşin faktiki hallaından göründüyü kimi zərərçəkmiş şəxs Azad Məmmədov hadisə zamanı köməksiz vəziyyətdə olmuşdur, təqsirləndi rilən şəxs onun köməksiz vəziyyətdə olmasını bilmiş, bundan istifadə edərək və müqavimət gösətərə bilməyəcəyini bilərək, onu yerə yıxmış və üstünə uzanaraq qolunu boynuna dolayıb boğaraq öldürmüşdür. Azad Məmmədovun 59 yaşında olması və psixi xəstəlikdən əziyyət çəkməsi, İİİ qrup əlil olması, insult xəstəliyi keçirməsi və bununla bağlı olaraq tez-tez halının pisləşməsi, həmçinin təqsirləndirlən şəxsin onu boğaraq öldürməsi, boğulmasına qarşı heç bir müqavimət göstərib qatilin əlindən özünü xilas edə bilməməsi, ona qarşı heç bir xəsarət yetirə bilməməsi, çoxsaylı, ən azı az ağır xəsarət sayılan qabırğa sınıqlarının olması və təqsirləndirilən şəxsin onun ölümünə müqavimətsiz və asan nail olması həqiqətən də hadisə zamanı onun açıq-aşkar köməksiz vəziyyətdə olmasına dəlildir. Həmçinin istin taq orqanı və məhkəmə cinayətin motivi barədə əsaslı qənaətə gəlməmişdir. Məhkum hadisəni tamah məqsədi ilə törətməsinə əsaslı şübhələr vardır. Belə ki, onun hadisənin səbəbi kimi irəli sürdüyü evdə olan odun sobasının ətrafına odun qoyulması ilə bağlı mübahisə etməsi və atasının səbəbsiz yerə onu təhqir etməsi inandırıcı deyildir. İşin bu halını təsdiq edəcək təqsirləndirilən şəxsin özünün müdafiə xarakterli ifadəsindən başqa heç bir sübut mövcud deyildir. Hesab edir ki, hadisə mülk mübahisəsi üstündə baş vermişdir. Məhəmməd Azaddan yaşadıqları mənzili satmağı, əldə ediləcək pul ilə onun üçün avtomobil və mənzil almağı tələb etmiş və buna görə aralarında daimi mübahisələri olmuşdur. İstintaq orqanı isə bu barədə lazımi araşdırma aparmamışdır. Məhkum Azad Məmmədovu öldürdükdən sonra meyiti məhv etmək istəmiş, yandıraraq parçalara ayırmış, meyit tanınmaz hala gəlmişdir. Eləcə də meyitin belə vəziyyətə düşməsi onun adət- ənənələrə uyğun dəfn edilə bilməməsinə səbəb olmuşdur. Məhkum bu hərəkətləri meyit üzərində təhqiredici hərəkətlər kimi qiymətləndirilməli və ona CM-in 245-ci maddəsi ilə əlavə ittiham verilməlidir. Həm ibtidai istintaq zamanı, həm də birinci instansiya və apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən qeyd olunan tələblərə dair vəsatətlər versə də, təmin olunmamış, nəticədə zərərçəkən tərəfi olaraq hüquqları pozulmuşdur. Təqsirləndirilən şəxsə ittiham olunduğu maddə və törətdiyi ağır cinayət əməli müqabilində verilmiş cəza ilə də razı deyil. Təqsirləndirilən şəxsin cinayətinin ağırlığı, ictimai təhlükəliliyi, cinayətin törədilməsindən sonrakı hərəkət ləri, cinayət zamanı sərgilədiyi qəddar davranışı, cinayəti doğma atasına qarşı törətməsi, atasını öldürməklə kifayətlənməyərək onun cəsədini yandırıb parçalamaqla tanınmaz və təhqir olunmuş hala salması, cəsədin parçalanmış halının bir hissəsini zibil kimi atması (həmin cəsəd hisələri hələdə tapılmamışdır), bütün bu halların törətdiyi əməlin cinayət olması ilə yanaşı milli mənəvi dəyərlərə, qəbul olunmuş əxlaq normalarına zidd olmaqla törətdiyi əməlin ictimai təhlükəliliyini daha da artırması, əməlindən peşmançılıq çəkməməsini, davranışlarında atasını qətlə yetirməsinin onda utanc və xəcalət hissi keçirməsini hiss etdirməməsi, bu azmış kimi hadisənin baş verməsinin səbəbkarı kimi atasını ittiham etməsi və məhkəmədə ifadə verməməklə səmimi olmaması kimi onun şəxsiyyətini, əməlinin ictimai təhlükəliliyini xarakterizə edən halları nəzərə almamış, ona əsassız olaraq həddindən artıq güzəşt edərək yüngül cəza təyin etmişdir. Bundan başqa məhkəmə Məhkum cəza təyin edərkən CM-in 60-cı maddəsini yanlış olaraq tətbiq etmişdir. Həmin maddənin tətbiqinə əsaslar yoxdur. Əvvəla hadisə zamanı zərərçəkmiş şəxsin onu guya ki, təhqir edib şərəf və ləyaqətini alçaltması və hadisənin bu səbəbdən baş verməsini təsdiq edəcək hər hansı sübut mövcud deyildir. Tamah, xuliqanlıq və ya başqa motivlə cinayət törədilən zaman və ya ailədə şəxsi münasibətlər zamanı yaranan münaqişə zamanı zərərçəkmiş şəxsin hərəkətlərinin qanunsuz və əxlaqsız hərəkətlər hesab edilərək yüngülləşdirici hal hesab edilməsi qanuna ziddir. Bundan başqa məhkəmə təqsirləndirilən şəxsin əməlinin CM-in 120.1-ci maddəsinə tövsifin i əsaslı saydığı halda belə tövsif üçün səbəb olan hal, motiv kimi çıxış edən hadisəni zərərçəkmiş şəxsin əxlaqsız hərəkətləri nəticəsində törədilməsini təkrar olaraq cəza təyini zamanı cəzanı yüngülləşdirici hal kimi nəzərə almalı deyildi. Kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 avqust 2022-ci il tarixli qərarının ləğv edərək cinayət işinin apellyasiya instansiyası məhkəməsinə yenidən baxılması barədə qərar qəbul edilməsini xahiş olunmuşdur. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində göstərilir ki, məhkəmə təqsirləndirilən şəxs Məhkum əməlini düzgün tövsif etməyərək ona ağır cəza vermişdir. Belə ki, Məhkum məhrum atası ilə hadisə baş verən vaxta kimi münasibətləri normal olmuşdur. Hətta bir neçə dəfə atasını müalicəyə aparıb müalicə xərcləri ni çəkmişdir. Məhkum 2020-ci ilin sentyabr ayında səfərbərliklə əlaqədar hərbi xidmətə çağırılmış və 44 gün davam edən İİ Vətən Müharibəsində iştirak etmişdir. Məhkum İİ Vətən müharibəsi qazisidir və müharibə veteranıdır. Ölkə rəhbəri tərəfindən “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Döyüşlər zamanı yaxınlığında mərmi partlaması ilə əlaqədar kantuziya almış, müharibə başa çatdıqdan sonra tərxis olunmuşdur. Bundan sonra onun psixikasında yaranmış xəstəliklə əlaqədar Gəncə Psixatriya xistəxanasında müalicə olunmuşdur. Səhhətində yaranmış vəziyyətlə əlaqədar onda tez-tez özündən getmə, epileptik tutmalar, qıcolomalar baş vermişdir. Həmin xəstəliyə düçar olduqdan sonra Məhkum hərəkətlərinin mahiyyətini qavramamaq, yaddaşsızlıq, ə səbilik, tez-tez özündən çıxma halları mövcud olmuşdur. Döyüşdə aldığı kantuziyaya görə psixi durumunda pozuntular əmələ gəlmişdir. Hətta bir neçə gün Gəncə Ruhi-Əsəb Dispanserində müalicə almışdır. Həkim məsləhəti və həkimin yazdığı resept əsasında ev şəraitində müalicəsini davam etdirmişdir. Hadisə baş verməmişdən əvvəl qəbul etdiyi psixi dərmanlar onda hadisə baş verən anda affekt vəziyyətinin yaranmasına şərait yaratmışdır. Həmçinin cinayət hadisəsi zərərçəkmişin qanunsuz hərəkətləri, yəni onu döyməsi, söyməsi nəticəsində baş vermişdir. Ani anda yaranmış güclü ruhi-həyəcan vəziyyətində təqsirləndirilən şəxsin zərərçəkəni qolu ilə boğması nəticəsində ölüm hadisəsi baş vermişdir. Hadisə baş verən günü də atası məhrum Azad Məmmədov onun yataq otağına girib onu ağır söyüşlərlə təhqir etmiş dir. Təqsirləndirilən şəxsdə qəflətən baş vermiş güclü ruhi həyəcan nəticəsində məlum ölüm hadisəsi baş vermişdir, təqsirləndirilən şəxsdə zərərçəkəni öldürməsi ilə əlaqədar əvvəlcədən belə bir niyyəti olmamışdır. Öldürülən şəxs təqsirləndirilən şəxsin doğma atasıdır. Onu düşünülmüş şəkildə öldürmək niyyətinin olması istintaq dövründə öz təsdiqini tapmamışdır, nə də zərərçəkən tərəf bu barədə əsası olan heç bir sübut təqdim edə bilməmişdir. Müdafiəçi kassasiya şikayətində Məhkum törətdiyi cinayət əməlini Azərbaycan Respubluikası CM-in 120.1-ci maddəsindən CM-in 122-ci maddəsinə (qəflətən baş vermiş güclü ruhi-həyəcan vəziyyətində qəsdən adam öİdürmə) tövsüf edərək, barəsində olan yüngülləşdirici halları nəzərə almaqla yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, özünün verdiyi kassasiya şikayətinin təmin olunması, zərərçəkmiş şəxsin hüquqi varisininnümayəndəsi tərəvindən verilmiş kassasiya şikayətinin və kassasiya protestinin təmin olunmaması barədə müdafiəçinin, müdafiəçinin kassasiya şikayətinin təmin olunmaması, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin kassasiya şikayətinin və kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti və kassasiya şikayətləri təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya şikayətinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəy yən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində və kassasiya şik ayətlərində məhkumun əməlinin tövsifi və ona təyin edilən cəza, həmçinin zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi və vəkili tərəfindən verilmiş kassasiya şikayətində Məhkum təqsirlilik məsələsi mübahisələndirilmiş və şəxsə daha ağır ittihamın irəli sürülməsi məsələsi qeyd edilmişdir. Müdafiəçi tərəfindən isə şəxsin əməlində CM-nin 120.1-ci maddəsinin deyil, CM-nin 122.1-ci maddəsinin tərkib əlamətləri olduğu iddia edilmişdir. Məhkəmə kollegiyası kassasiya protestini və kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağ ıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş süb utlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr məhkum edilmiş şəxsin CM-in 120.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılan sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Cinayət işi üzrə müəyyən edilmiş hallardan görünür ki, cinayət hadisəsinin baş verməsinə səbəb təqsirləndirilən şəxs lə zərərçəkmiş şəxsin aralarında olan şəxsi münasibətlər zəminində mübahisə olmuşdur. Məhkum xx.xx.2021-ci il tarixdə səhər saat 10 radələrində yaşadığı evində spirtli içki qəbul etdikdən sonra evdə olan qaz və odun sobasının ətrafında atası X10 yerləşdirdiyi odun qalıqlarını və palıd qozalarını təmizləyərkən sonuncunun otağa daxil olaraq onu təhqir etməklə əsəbi şəkildə hansı səbəbdən odun qalıqlarını yığışdırdığını deyərək onu yenidən nalayiq ifadələrlə təhqir etdiyi, o, yataq otağına getdiyi halda Azad Məmmədovun ora da gəlib təhqir etməyə davam etdiyi və onun iradlarına məhəl qoymadığı üçün atası Azad Məmmədovun dediklərini şəxsiyyətinə sığışdırmayıb şərəf və ləyaqətinin alçalması kimi qiymətləndirərək sonuncunu qəsdən həyatdan məhrum etmişdir. Apellyasiya instansiyası məhkəməsi işin f aktiki hallarını, yəni Məhkum atası X10 yerləşdirdiyi odun qalıqlarını və palıd qozalarını təmizləyərkən sonuncunun otağa daxil olaraq onu təhqir etməklə əsəbi şəkildə hansı səbəbdən odun qalıqlarını yığışdırdığını deyərək onu yenidən nalayiq ifadələrlə təhqir etdiyi, o yataq otağına getdiyi halda Azad Məmmədovun ora da gəlib təhqir etməyə davam etdiyi və onun iradlarına məhəl qoymadığı üçün yerə yıxıb özünün Azad Məmmədovun üstünə düşməsi nəticəsində ona sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır xəsarətlər yetirərək Azad Məmmədovun müqavimətini qırdıqdan sonra qolları ilə boyun nahiyəsindən arxadan tutub sıxaraq boğması zamanı ölümünə səbəb olan xəsarətlər yetirməsini iş materiallarında olan obyektiv sübutların məcmusu ilə qarşılıqlı şəkildə tədqiq və təhlil edə rək hesab etmişdir ki, məhkum edilmiş şəxsin yuxarıda qeyd olunan törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 120.1 -ci maddəsi ilə tövsif edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin göstərilən mövqeyinə dair kassasiya məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cinayət Məcəlləsinin 120.1-ci maddəsində təsbit olunmuş cinayətin ictimai təhlükəli nəticəsi olaraq şəxsin həyatdan məhrum edilməsi çıxış edir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarının 1,2ci bəndlərində izah olunur ki, qəsdən adam öldürmə cinayətlərinin ictimai-təhlükəlilik dərəcəsi nəzərə alınaraq məhkəmələrin diqqəti törədilmiş cinayət had isəsinin hərtərəfli, tam və obyektiv araşdırılması zəruriliyinə cəlb edilsin. İbtidai istintaq zamanı və birinci instansiya məhkəməsində işə baxılarkən qəsdən ölüm hadisəsinin işin düzgün həllinə təsir edən bütün halları aydınlaşdırılmadıqda apellyasiya instansiyası məhkəməsi hökmdən verilən apellyasiya şikayəti və ya protestlərinə Azərbaycan Respublikası CPM-nin 392.1.1ci maddəsinə uyğun olaraq məhkəmə istintaqı aparmaqla baxılması məsələsini müzakirə etməli və birinci instansiya məhkəmələrinin yol verdiyi nöqsanların aradan qaldırılması üçün bütün zəruri tədbirləri görməlidir. Bu zaman işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar,yəni təqsirin xarakteri,dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri,cinayətin məqsədi,motivi,törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum zərərçəkmiş şəxs mərhum atası X12 öldürmək məqsədinin olmadığı, onu məhz zərərçəkmiş şəxsin hərəkətləri nəticəsində qəflətən baş vermiş ruhi həyəcan vəziyyətində (affekt) öldürməsi göstərilsə də, müdafiə tərəfinin bu dəlilləri hər iki məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. Məhkum zərərçəkmiş şəxs atası X12 affekt vəziyyətində düşdüyündən öldürməsi kimi işin müəyyən edilmiş halları ilə ziddiyyət təşkil edən bu xüsusatlara birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən tədqiq olunmuş sübutlarla, o cümlədən zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələri, ekspert rəyi ilə müqayisəli təhlil olunub düzgün hüquqi qiymət verilmişdir. Cinayət qanunvericiliyinə əsasən təqsirkarın əməlinin CM-in 122-ci maddəsi ilə tövsif olunması üçün güclü ruhi həyəcan vəziyyəti qəflətən yaranmalıdır. Güclü ruhi həyəcan vəziyyətinin qəflətən yaranması dedikdə, zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir, sair qanunsuz və ya əxlaqsız əməllər nəticəsində təqsirkarda onu öldürmək hissinin müəyyən müddətdən sonra deyil, dərhal əmələ gəlməsi başa düşülür. Başqa sözlə, zərərçəkmiş şəxsin qətlə yetirilməsi ilə güclü ruhi həyəcan vəziyyətinin yarandığı an arasında müəyyən zaman fasiləsi keçməməlidir. Əksər hallarda qəflətən yaranan güclü ruhi həyəcan vəziyyəti dərhal ölümlə nəticələnir. Əgər güclü ru hi həyəcan vəziyyətinin yaranması anından müəyyən müddət keçmişdirsə, bu halda zərərçəkmiş şəxsin qətlə yetirilməsi, bir:ayda olaraq, əməlin qisas motivi ilə adam öldürmə kimi tövsif edilməsinə rsas verir. Təqsirkarda güclü ruhi həyəcan vəziyyətinin yaranması üçün CM-in 122-ci maddəsinin dispozisiyasında göstərilən səbəblər olmalıdır. Həmin səbəblərə aiddir: zərərçəkmiş şəxsin zorakılığı, ağır təhqiri, sair qanunsuz və ya əxlaqsız hərəkətləri (hərəkətsizliyi); zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi şərait İstintaq zamanı keçirilmiş və aşağı instansiya məhkəmələri tərəfindən tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji Dispanserinin 10 yanvar 2022-ci il tarixli, 14/07 nömrəli rəyindən görünür ki, Məhkum hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir.... Məhkum aşağıdakı fərdi psixoloji xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizin əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Məhkum cinayət əməlini törədərkən əsəbi psixi emosional halda olmuşdur, keçirdiyi emosional halın yaranma səbəblərindən biri zərərçəkmişlə mübahisəsi ola bilər. Məhkum cinayət əməlini törədərkən fizioloji (psixoloji) affekt halında olmamışdı r (keçirməmişdir). Kassasiya məhkəmə kollegiyası Ali Məhkəmənin Plenumunun yuxarıda göstərilən qərarının müddəalarına istinad edərək qeyd edir ki, aşağı instansiya məhkəmələri Məhkum cinayətin zərərçəkmiş şəxsin əxlaqsız hərəkətləri nəticəsində törədilən və onun hərəkətlərinin sadə adam öldürməyə görə məsuliyyət nəzərdə tutan cinayət maddəsinin tərkibini yaratması barədə əsaslı nəticəyə gəlmiş və onun əməlini düzgün olaraq CM-in 120.1-ci maddəsi ilə tövsif etmişlər. Belə ki, birinci və apellyasiya instansiyası məhkəmələri işin bütün hallarını, o cümlədən cinayətin üsulu, baş vermə şəraitini, ekspertiza rəyini nəzərə alaraq Məhkum niyyətinin məhz zərərçəkmiş şəxsi öldürməyə yönəlməsi və cinayət hadisəsini törədən zaman qəflətən baş vermiş güclü həyəcan vəziyyətində olmaması barədə düzgün hü quqi nəticəyə gəlmişlər. Belə olan halda, kassasiya məhkəmə kollegiyası məhkəmələrin Məhkum törətdiyi əməlin hüquqi tövsifində səhvə yol vermədikləri qənaətinə gələrək qeyd edir ki, müdafiəçinin kassasiya şikayətinin məhkum edilmiş şəxsin əməlinin Azərbaycan Respublikası CM-nin 122-ci maddəsi ilə tövsif olunması barədə dəlilləri əsassızdir. Kassasiya məhkəmə kollegiyası cinayətin törədilmə üsulu və şəraiti, hadisənin baş vermə mexanizmini nəzərə alaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum əməlini sadə qəsdən adam öldürmə əməlinə tövsif edərkən CPM-nin 144-145-ci maddələrinin tələblərinə riayət edərək iş üzrə toplanmış sübutları hərtərəfli araşdırıb hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə obyektiv qiymətləndirərək Məhkum əməlinin Cinayət Məcəlləsinin 12 2-ci maddəsi ilə, yəni qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən adam öldürmə kimi qiymətləndirmək üçün əsaslar olmadığı barədə düzgün yekun nəticəyə gəlmişdir. Bu baxımdan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında vurğulayır ki, cinayətin tövsifi törədilən konkret cinayət əmələnin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətlər i ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Prosessual Məcəllənin 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir; Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübut lar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutla ra əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Sadalananlara münasibətdə məhkəmə kollegiyası Apellyasiya Məhkəməsinin qərarında müəyyən olunan hallar əsasında cinayət əməlinin tövsifi barədə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, göstərilən məhkəmə tərəfindən Məhkum törətdiyi cinayət əməlinin tövsifində səhvə yol verməmiş, kassasiya şikayətinin bu barədə dəlilləri əsassızdır. Belə ki, Məhkum istinad edilən cinayət əməlini törətməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət pr osessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmiş, sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, qərar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar CPMin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək məhkumun CM-in 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlinmiş, onun əməlini düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi olan vəkil tərəfindən verilmiş kassasiya şikayətinin daha ağır ittiham verilməsi barədə dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə baxışının hədlərinə həsr edilmiş Azərbaycan Respublikası CPM-nin 318.1ci maddəsinə görə məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş it tihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Eyni zamanda CPM-nin 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında m əhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının 07 iyul 2011-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 aprel 2012-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, CPM-in 318.1-ci maddəsinin tələblərinə görə məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Bu qərarında Konstitusiya Məhkəməsi belə hüquqi mövqe ifadə etmişdir ki, məhkəmələr şikayət olmadıqca sübutların qiymətləndirilməsi haqqında qərarı öz təşəbbüsü ilə ləğv etməyə haqlı deyil. Belə qərarın qüvvədə olduğu müddətdə isə məhkəmə işlərə ve rilən ittiham daxilində baxmalı və ittihamdan kənara çıxmamalıdır. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə həmçinin zərərçəkmiş şəxs tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Belə yanaşma CPM-in məhkəmə baxışının hədlərini müəyyən edən 318.1-ci maddəsinin tələblərindən də irəli gəlir. Həmin müddəalara əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxılır. Qeyd olunanlar həmçinin beynəlxalq hüquqi sənədlərin müvafiq normalarından irəli gəlir. Belə ki, Birləşmiş Millətlər Təşkilatının (bundan sonra - BMT) Baş Assambleyasının 29 noyabr 1985-ci il tarixli qətnaməsi ilə təsdiq edilmiş “Məhkəmə orqanlarının müstəqilliyinə dair BMT-nin Əsas prinsipləri”nə müvafiq olaraq məhkəmə orqanlarının müstəqilliyi prinsipi məhkəmə orq anlarına hüquq verməklə yanaşı, onlardan məhkəmə araşdırmasının ədalətli aparılması və tərəflərin hüquqlarına riayət olunmasının təmin edilməsini də tələb edir. BMT-nin İqtisadi və Sosial Şurasının 1989-cu il 24 may tarixli 1989/60 saylı qətnaməsi ilə təsdiq olunmuş “Məhkəmə orqanlarının müstəqilliyinin əsas prinsiplərinin effektiv həyata keçirilməsinin Prosedurları”na əsasən heç bir hakimdən onun müstəqil statusuna uyğun olmayan funksiyaların həyata keçirilməsini tələb etmək olmaz. “Hakimlərin davranışına dair Banqalor prinsipləri”ndə nəzərdə tutulmuş obyektivlik və qərəzsizlik prinsipinə müvafiq olaraq hakim öz vəzifələrinin icrası zamanı hər hansı üstüntutma hallarından, qabaqcadan formalaşmış yanlış fikirlərdən və qabaqcadan hasil olan qənaətlərdən azaddır. “Hakimlərin davranışına dair Banqalor prinsiplərinin Kommentariyası”na görə hakim işin hallarının dəqiqləşdirilməsi üçün suallar verə bilər, lakin əgər o, məhkəmə iclasının gedişinə mütəmadi müdaxilə edirsə və mülki iş üzrə icraatı praktiki olaraq öz nəzarətinə götürürsə və ya cinayət işi üzrə icraatda prokurorun rolunu yerinə yetirirsə və baxılan iş üzrə çıxarılan qərarda nəticələrə gəlmək üçün onun apardığı dindirmənin nəticələrindən istifadə edirsə, bu halda hakim həm də vəkil və şahidə çevrilir ki, bunun nəticəsində tərəflərin ədalətli məhkəmə araşdırması hüququ reallaşdırılmamış qalır. Hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququ “Vətəndaş və siyasi hüquqlar haqqı nda” Beynəlxalq Paktın 14cü maddəsində, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsində təsbit edilmişdir. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə araşdırması hüququ hər bir şəxsin prosessual hüququdur. Həmin hüquq o halda pozulmuş olur ki, məhkəmələr tərəfindən prosessual qaydalar pozulmuş olsun. (X1rşı iş üzrə 03 dekabr 1997-ci il tarixli Komissiyanın Qərarı) Məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 318.2-ci maddəsi təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatət irəli sürməsi hüququnu təsbit etmişdir. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, ibtidai araşdırma zamanı zərərçəkmiş şəxsi n hüquqi varisi və onun nümayəndəsi tərəfindən Məhkum hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə vəsatət verilsə də həmin vəsatət istintaq orqanının qərarı ilə təmin edilməmiş, həmin qərardan şikayət verilməmişdir. Cinayət işinə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən isə zərərçəkmiş şəxsin hüquqi varisi və onun nümayəndəsi tərəfindən təqsirləndirilən şəxs Məhkum hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu və buna görə təqsirləndirilən şəxsə daha ağır ittiham irəli sürülməsi üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyə göndərilməsi barədə vəsatət verilsə də, bununla bağlı vəsatətdə göstərilmiş xüsusatlar kifayət qədər əsaslı olmadığından, həmçinin vəsatətdə göstərilən xüsusatların ibtidai araşdırma orqanı tərəfindən tam araşdırılara q həmin məsələlərə sübutların qiymətləndirilməsi qərarında hüquqi qiymət verildiyindən əsassız hesab edilərək təmin edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən həmin vəsatət müzakirə edilib təmin edilməməsinə dair qərar qəbul edilərkən qanunun tələblərinə əməl edilmiş, heç bir qanun pozuntusuna yol verilməmiş, əsaslı nəticəyə gəlinmişdir. Apellyasiya məhkəməsi həmçinin düzgün olaraq qeyd etmişdir ki, CPM-nin yuxarıda qeyd edilən tələblərinə görə göstərilən məsələnin həlli apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti deyildir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən işə verilmiş ittiham daxilində baxılmış və cinayət prosessual qanunvericiliyin məhkəmə baxışının hədlərinə dair tələbləri pozulmamışdır. Kassasiya məhkəmə kol legiyası Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyası çərçivəsində təyin olunmuş və kassasiya şikayətlərində və kassasiya protestində mübahisələndirilən cəzaya dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-nin 8.1 və 58.3-cü maddəsində göstərilən cin ayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəməl ər tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən o lunması xüsusi əhəmiyyət kəsb edir. Birinci instansiya məhkəməsi məhkum edilmiş şəxsə cəza təyin edərkən cəzasını yüngülləşdirən hallar kimi zərərçəkmiş şəxsin əxlaqsız hərəkətinin təsiri altında törətməsini, əməlindən peşman olmasını, İİ Qarabağ Müharibəsinin iştirakçısı olmaqla döyüşlərdə iştirak etməsini nəzərə almış və onun əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmasının müəyyən edilmədiyini nəzərə almış və CM-nin 60.1-ci maddəsinin müddəalarını tətbiq edərək CM-nin 120.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddinin dörddə üçündən artıq olmayan cəza, yəni 10 (on) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Apellyasiya məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin məhkum edilmiş ş əxsə cəza təyin edilməsi ilə bağlı mövqeyi ilə razılaşmışdır. Belə ki, CM-in 59.1.8-ci maddəsində cinayətin zərərçəkmiş şəxsin əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsi cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 60.1-ci maddəsinin müddəalarına görə göstərilən cəzanı yüngülləşdirən hal mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Zərərçəkmiş şəxsin hüquqi varisinini nümayəndəsi olan vəkilin kassasiya şikayətindən və kassasiya protestindən göründüyü kimi şikayət müəllifləri ilk növbədə məhkəmənin CM-nin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş Məh kum barəsində CM-nin 60-cı maddəsini tətbiq edərkən şəxsin ailə münaqişəsi zəminində qisas niyyətilə törətdiyi əməli zərərçəkmiş şəxsin əxlaqsız hərəkətləri nəticəsində törədilən əməl kimi qiymətləndirməklə yanlış nəticəyə gəldiyini, «zərərçəkmiş şəxsin təqsirləndiriləni nalayiq ifadələrlə təhqir etmə»si xüsusatını əsassız olaraq cinayətin zərərçəkmiş şəxsin əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsi kimi qiymətləndirdiyini iddia etmişlər. Lakin, məhkəmə kollegiyası ittiham tərəfinin bu dəlilləri ilə razılaşmır və qanunun tələblərinə zidd olduğundan əsassız hesab edir. Cinayət işi üzrə müəyyən edilmiş hallardan göründüyü kimi zərərçəkmiş şəxsin məhkum edilmiş şəxsi davamlı olaraq nalayiq ifadələrlə təhqir etməsi törədilən cinayətin səbəbi kimi ittihamın əsasına daxil edilmiş, bunun la yanaşı zərərçəkmiş şəxsin həmin hərəkətləri ibtidai araşdırma orqanı tərəfindən qanunsuz hərəkətlər kimi qəbul edilmiş və məhz cinayət əməlinin zərərçəkmiş şəxsin bu hərəkətlərinin təsiri altında törədilməsi cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilmişdir. Lakin, ibtidai araşdırma orqanı zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsi nalayiq ifadələrlə təhqir etməsini qanunsuz hərəkətlər kimi qiymətləndirməkdə səhvə yol vermişdir. Belə ki, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsi nalayiq ifadələrlə təhqir etməsində ifadə olunan hərəkətləri qanun pozuntusu olmayıb, əxlaq normalarına zidd olan hərəkətlər kimi qiymətləndirilməlidir. Ona görə də aşağı instansiya məhkəmələri zərərçəkmiş şəxsin həmin hərəkətlərini qanunsuz hərəkətlər deyil, əxlaqsız hərəkətlər hesab etməkdə haqlı olmuşdur. Bu ndan başqa, işin faktiki halları ilə müəyyən edilir ki, məhkum edilmiş şəxs zərərçəkmiş şəxsi məhz sonuncunun onu davamlı olaraq nalayiq ifadələrlə təhqir etməsi səbəbindən qisas almaq məqsədi ilə öldürmək qərarına gəlmişdir. Dövlət ittihamçısının, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin məhkəmə tərəfindən şəxsin cinayət əməlini zərərçəkmiş şəxsin əxlaqsız hərəkətlərinin təsiri altında törətməsinin əməlin motivi kimi qiymətləndirilməli olduğu halda, həmin halı yenidən yüngülləşdirici hal kimi qəbul etməklə təqsirləndirilən şəxsin vəziyyətinin təkrarən yaxşılaşdırılması dəlilinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsi nalayiq ifadələrlə təhqir etməsi və əməlin zərərçəkmiş şəxsin bu (əxlaqsız) hərəkətlərnin təsiri altında törədilməsin də ifadə olunan hal CM-nin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətini təşkil etmir və zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsi nalayiq ifadələrlə təhqir etməsi, yəni əxlaqsız hərəkətləri təqsirləndirilən şəxsi bu əməli törətməyə sövq edən haldır. CM-nin 59.3-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hal, cəza təyin edilərkən nəzərə alına bilməz. CM-nin 120.1-ci maddəsinin dispozisiyasından isə görünür ki, əməlin zərərçəkmiş şəxsin əxlaqsız hərəkətinin təsiri altında törədilməsi halı həmin cinayətin tərkib əlaməti kimi nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya müraciətlərinin dəlilləri əsasında apellyasiya instansiyası məhkəmə sinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi, Məhkum əməlinin tövsif edilməsi, onun barəsində CM-nin 60-cı maddəsinin tətbiqi ilə bağlı müddəaların xaric edilməsi və eləcə də Məhkum təyin edilmiş cəzanın ağırlaşdırılması və ya yüngülləşdirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş heç bir hüquqi və faktiki əsaslar mövcud deyil. Ona görə də məhkəmə kollegiyası göstərilən məsələlərlə bağlı kassasiya müraciətlərinin dəlillərini hüç bir hüquqi əsasa söykənməyən əsassız dəlillər hesab edir. Göstərilənlərə əsasən, kassasiya protestinin və kassasiya şikayətlərinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin və kassasiya şikayətlərinin dəlilləri əsassızdır və təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil. Buna görə də Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 avqust 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində və kassasiya şikayətlərində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protesti, Məhkum müdafiəçisi Müdafiəçi1 və zərərçəkmiş şəxsin hüquqi varisi X7 nümayəndəsi və vəkili Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Məhkum Azərbay can Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 avqust 2022-ci il tarixli qərarı kassasiya protestinə və kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-697/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-697/2023
03.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver