Məhkəmə qərarları › İş №1(102)-697/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-697/2025

11.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-697/2025 11.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 fevral 2021-ci il tarixli 1(106)-91/2021 nömrəli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 sentyabr 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-302/2020 nömrəli 24 avqust 2020-ci il tarixli hökmü ilə (hakimlər: İ.Abdullayev (sədrlik edən), C.Nəbiyev və A.Musayev) Məhkum – Azərbaycan Respublikası CM-in 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, ona Azərbaycan Respublikası CM-in 32.5, 206.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4. 3-cü maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum cinayətlərin məcmusu üzrə qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Məhkum cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 23 yanvar 2020-ci ildən hesablanması qərara alınmışdır. Həmin hökmlə həmçinin X4 da Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3cü maddələri ilə məhkum edilmişdir. Hökmdən məhkum edilmiş şəxs Məhkum müdafiəçisi X2 və məhkum edilmiş şəxs X4 tərəfindən verilmiş apellyasiya şikayətləri Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-91/2021 nömrəli 11 fevral 2021-ci il tarixli qərarı ilə təmin edilməmiş, birinci instansiya məhkəməsinin hökmü həmin apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Məhkum Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(106)-91/2021 nömrəli 11 fevral 2021-ci il tarixli qərarından xx.xx.2024-cü il tarixdə Cinayət-Prosessual Məcəlləsinin 411-ci maddəsinin tələblərinə əməl edərək, kassasiya şikayəti və eyni zamanda kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair vəsatətlə müraciət edərək, kassasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddətin buraxılmasının üzrlü hesab edilərək müddətin bərpa olunmasını xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-91/2021 nömrəli 30 sentyabr 2024-cü il tarixli qərarı ilə Məhkum tərəfindən Şirvan Apelly asiya Məhkəməsinin 1(106)-91/2021 nömrəli 11 fevral 2021-ci il tarixli qərarından kassasiya şikayəti verilməsi müddətinin bərpasına dair verdiyi vəsatətin təmin edilməməsi qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum kassasiya şikayəti verərək, müddətin bərpa olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsin in Cinayət kollegiyasının 11 fevral 2021-ci il tarixli 1(106)-91/2021-cü il tarixli qərarından müəyyən olunur ki, həmin qərar məhkəmə iclasında Məhkum iştirakı ilə elan olunmuşdur. Qərar elan edilərkən şikayət vermə müddəti və qaydası tərəflərə izah edilmişdir. Cinayət işinin materialından görünür ki, Məhkum Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-91/2021 nömrəli 11 fevral 2021-ci il tarixli qərarının surətini 10 aprel 2021-ci il tarixdə imza etməklə əldə etmişdir. Məhkum kassasiya şikayətini Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 fevral 2021-ci il tarixli 1(106)-91/2021 nömrəli qərarı ona təqdim edildiyi gündən 3 ildən artıq müddət keçdikdən sonra verilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı prosessual müddətlər, prose ssual müddətin ötürülməsinin nəticələri barədə cinayət-prosessual qanunvericiliyinin normalarına istinad etməyi zəruri hesab edir. Belə ki, prosessual qanunvericiliyə görə prosessual müddətlər elə vaxt dövrüdür ki, həmin müddətə cinayət prosesinin iştirakçıları prosessual hüquq və vəzifələri icra etməli, prosessual qərarları qəbul etməli, prosessual hərəkətləri həyata keçirməli və ya həmin hərəkətləri etməkdən çəkinməlidir. Məhkum kassasiya şikayəti və kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatət vermiş və vəsatətində kassasiya şikayətinin vermə müddətinin buraxılmasının üzürlü səbəbdən olmasını təsdiq edən sübutlara istinad etməmişdir. Vəsatəti onunla əsaslandırmışdır ki, kasasiyada instansiyası məhkəməsində özünü müdafiə hüququnu hazırlamaq üçün kassasi ya şikayəti vermə müddətini ötürmüşdür. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, Məhkum müddəti üzrlü səbəblər olmadan buraxmışdır. Azərbaycan Respublikası CPM-nin 410.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti onu vermək hüququna malik olan şəxslər tərəfindən bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda həmin şəxsə verildiyi gündən 12 (bir) ay müddətində verilir. Həmin Məcəllənin 411.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi müddətinin bərpa olunması haqqında vəsatəti rədd etdikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Həmin Məcəllənin 411.6-cı maddəsinə əsasən bu Məcəllənin 411.5-ci m addəsində nəzərdə tutulmuş qərardan şikayət və ya protest verildiyi halda apellyasiya instansiyası məhkəməsi onu cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materialları ilə birlikdə kassasiya instansiyası məhkəməsinə göndərir. Kassasiya instansiyası məhkəməsinin hakimi kassasiya şikayəti və ya kassasiya protesti verilməsi müddətini bərpa etdikdə bu Məcəllənin 418.2-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri yerinə yetirir. Kassasiya instansiyası məhkəməsinin kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi barədə qərarı qətidir və ondan şikayət və ya protest verilə bilməz. Məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə bildirir ki, cinayət-prosessual qanunve ricilikdə müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Odur ki, kollegiya buraxılmış müddətin bərpa olunmasına dair Məhkum vəsatətinin təmin edilməməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 sentyabr 2024-cü il tarixli qərarını əsaslı və qanuni hesab edir və baxılan işdə cinayətprosessual qanunvericiliyində təsbit edilmiş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini, dəyişdirilməsini şərtləndirən əsasın olmaması haqqında nəticəyə gəlir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara ald ı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 sentyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar