Məhkəmə qərarları › İş №1(102)-698/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-698/2019

14.05.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-698/2019 14.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Gülzar Lətif qızı Rzayeva (sədrlik edən və məruzəçi), Fərhad Abdulkərim oğlu Kərimov və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 avqust 2018-ci il tarixli hökmü i lə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 noyabr 2018-ci il tarixli qərarından Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 avqust 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakimTağıyev Azər Ramiz oğlu) xx xxxxxxxx 1971-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, məhkum olunmuş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 30 may 2017-ci il tarixdən 23 noyabr 2017-ci il tarixədək həbsdə saxlanıldığı, 23 noyabr 2017-ci il tarixdən 14 fevral 2018-ci il tarixədək barəsində “ev dustaqlığı” qətimkan tədbirinin seçildiyi müddət ümumilikdə 8 (səkkiz) ay 15 (on beş) gün nəzərə alınmaqla təyin olunmuş cəza çəkilmiş hesab olunmuş, Ağcabədi Rayon Məhkəməsinin 18 noyabr 2015-ci il tarixli, 1(017)113/2015 saylı hökmü ilə Təqsirləndirilən şəxs barəsində təyin olunmuş 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən barəsində 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab olunmasına dair təyin olunmu ş cəzanın müstəqil icra olunmaqla barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Hökmdən Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Məmmədov Namiq Eyyub oğlu (sədrlik edən və məruzəçi), Bayramov Əmir Novruz oğlu və Qasımov Əflatun İbrahim oğlundan ibarət tərkibdə) 23 noyabr 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 noyabr 2018-ci il tarixli qərarından Zərərçəkmiş şəxs kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş et mişdir. İşin halları: Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur ona görə ki, Təqsirləndirilən şəxs tanışı X3 ona borcu olduğu 65098 manat pulu qanunla və digər normativ hüquqi aktlarla müəyyən edilmiş davranış qaydalarına zidd olaraq almaq məqsədi ilə 19 sentyabr 2016-cı il tarixdə saat 23 radələrində ünvan 2 ünvanda yerləşən “Monolit Plaza” mehmanxanasının qarşısında Səyavuş Qasımovun ona təqdim etdiyi 41802 ABŞ doları və sonuncunun qardaşı Zərərçəkmiş şəxs ona bir neçə dəqiqədən sonra təqdim etdiyi 20000 ABŞ dollarını, ümumiyyətlə Zərərçəkmiş şəxs məxsus Azərbaycan manatına məzənnəsi ilə 105217 manat 90 qəpik təşkil edən 61802 ABŞ dolları puluna kreditor olaraq hüququnun olmasını ehtim al edib borc əvəzi götürdüyünü hesab edərək Zərərçəkmiş şəxs ilə əvvəlcədən sövdələşdikləri kimi həmin pulu Birləşmiş Ərəb Əmirliklərin Dubay şəhərinə qanunsuz köçürmə edəcəyinə baxmayaraq Zərərçəkmiş şəxs aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə qeyd olunan pul məbləğini ələ keçirərək sonuncu tərəfindən qanuniliyi təkzib edilən özbaşınalıq hərəkətləri etməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs mühüm ziyan vurmuşdur. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkəmələr cinayət işinin materiallarına lazımi hüquqi qiymət verməmiş, məhkumun əməlinin Azərbaycan Respublikası CM 322.1-ci maddəsi ilə tövsif olunmaqla səhvə yol verilmiş, maddi və prosessual hüquq normaları pozulmuşdur. Təqsirləndirilən şəxs aldatma və etibardan sui istifadə etmə yolu ilə ona məxsus əmlakı ələ keçirərək dələduzluq törətdiyindən, onun əməli Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinə tövsif edilməlidir. Qeyd olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 noyabr 2018-ci il tarixli qərarının ləğv olunub işin yeni apellyasiya baxışına təyin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə zərərçəkmiş şəxsin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmə dən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsə lələr üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Kassasiya şikayətinin dəlilləri məhkumun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin daha ağır maddəsinə (178.3.2-ci maddəsinə) tövsif edilməsi barədədir.. İşin məhkəmələr tərəfindən tədqiq edilmiş hallarından müəyyən olunur ki, sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq tam, hərtərəfli və obyektiv araşdırılmış və məhkəmələrin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Kollegiya məhkumun əməlinin Cinayət Məcəlləsinin 178.3.2-ci maddəyə tövsif edilməsi dəlili barədə qeyd edir ki, Azərbaycan CPM-nin 318.1-ci maddəsinin tələbinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə. məhkəməyəqədər sadəl əşdirilmiş icraatın materiallarına və xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Həmin Məcəllənin 391-8.1-ci maddəsinə əsasən Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsində dövlət ittihamçısı tərəfindən müdafiə edilmiş ittihamla müqayisədə daha ağır cinayət üzrə ittihamın irəli sürülməsinə dair Azərbaycan Respublikası Baş prokurorunun, Naxçıvan Muxtar Respublikasının protesti ilə razılaşdıqda apellyasiya şikayətinə və apellyasiya protestinə baxılmasına xitam verilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar çıxarır. İş materiallarından müəyyən olunur ki, zərərçəkmiş şəxs Cinayət Prosessual Məcəlləsinin 318.1-1-ci maddəsinin onlara verdiyi hüquqdan istifadə edərək məhkuma daha ağır ittihamın irəli sürülməsi və onun daha ağır maddə ilə cinayət məsuliyyətinə cəlb olunması üçün ibtidai istintaq orqanına qaytarılması barədə verdiyi vəsatət məhkəmə tərəfindən təmin edilməyərək, verilmiş ittiham üzrə hökm çıxarılmış və məhkəmədə dövlət ittihamçısı tərəfindən müdafiə edilmiş ittihamla müqayisədə daha ağır cinayət üzrə ittihamın irəli sürülməsinə dair Azərbaycan Respublikası Baş prokuroru tərəfindən protest verilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 23 noyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən ka ssasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 noyabr 2018-ci il tarixli qərarı zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar