Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-698/2022 17.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi – Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Qənbərov Əziz Həbib oğlunun iştirakları ilə, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 dekabr 2021-ci il tarixli qərarından zərərçəkmiş şəxs X5 nümayəndəsi Nümayəndə ilə birgə verdiyi kassasiya şikayətinə və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli hökmü ilə (Sədrlik edən hakim Tağıyev Cavid Tahir oğlu) xx xxxxxx 1972-ci ildə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Kəlbəcər rayonu Bəzirxana kəndində qeydiyya tda olan, Göygöl rayonu Xasabağı kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Zərərçəkmiş şəxs mülki iddiası qismən təmin edilmiş, Təqsirləndirilən şəxs 363,11 (üç yüz altmış üç manat 11 qəpik) manat maddi ziyanın alınaraq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi hökm edilmişdir. Hökmdən zərərçəkmiş şəxsin nümayəndəsi və məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Məmmədov Çingiz Böyükxan oğlu (sədrlik edən və məruzəçi) Muxtarov Teyyub Asif oğlu və Xa sməmmədov Elçin İsgəndər oğlu) 24 dekabr 2021-ci il tarixli qərarı ilə zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli hökmü dəyişdirilmiş, “8 noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 2.5-ci bəndinə əsasən Təqsirləndirilən şəxs barəsində amnistiya tətbiq edilərək ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından azad edilmiş, Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası icray a yönəldilmiş, Zərərçəkmiş şəxs mülki iddiasının mənəvi ziyanla bağlı hissəsi qismən təmin edilmiş, Təqsirləndirilən şəxs 363.11 (üç yüz altımış üç manat on bir qəpik) manat maddi ziyan və 1000 (min) manat mənəvi ziyanın alınaraq Zərərçəkmiş şəxs xeyrinə verilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 dekabr 2021-ci il tarixli qərarından zərərçəkmiş şəxs X5 nümayəndəsi Nümayəndə ilə birgə kassasiya şikayəti və dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli hökmü əsasən, Təqsirləndirilən şəxs 17 avqust 2020-ci il tarixdə, saat 15 radələrində özünə məxsus «VAZ-21154» minik markalı, **-BC-*** qeydiyyat nömrə nişanlı avtomobili idarə edib, Gəncə şəhəri, Ş.İ.Xəta i prospekti ilə Gəncə şəhəri V.Xuluflu küçəsi istiqamətində hərəkətdə olarkən həmin küçədə yerləşən “X12” adlı ərzaq mağazasının bərabərliyində nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 2-ci hissəsinin tələblərini pozaraq, yəni piyada keçidinin qarşısında dayanmış avtomobilin qarşı tərəfindən onun hərəkət zolağına çıxan piyadanın olmasına əmin olduqdan sonra hərəkətini davam etdirməli və həmin tələbləri yerinə yetirməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara əməl etmədən həmin vaxt yolu sağdan sola keçən piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vurmaqla sonuncuya hər iki aşağı ətrafların, baldır sümüklərinin (qamış və incik sümükləri) qapalı, yerdəyişmiş sınıqlarından ibarət xə sarətlər yetirməklə sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ PROTESTİNİN DƏLİLLƏRİ, PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Zərərçəkmiş şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmədə mülki iddia üzrə xəstəxanadan əldə olunmamış çeklərin əldə edilməsi ilə bağlı vəsatət verilsə də, məhkəmə xəstəxanadan olan və zərərçəkmiş şəxsə verilməmiş çeklərin əldə edilməsi ilə bağlı vəsatətini tam əsassız olaraq təmin etməmişdir. İşdə olan çeklərdən əlavə olaraq zərərçəkmiş şəxs tərəfindən xəstəxanaya əhəmiyyətli məbləğdə ödənişlər edilmişdir və bu ödənişlərə dair çeklər xəstəxana tərəfindən ona verilməmişdir, bununla bağlı nümayəndə tərəfindən xəstəxanaya sorğu edilmi ş və həmin sorğu xəstəxana tərəfindən qəbul edilsə də cavablandırılmamışdır. Bununla bağlı sübutun əldə edilməsini məhkəmədən xahiş etsə də, məhkəmə buna heç bir qiymət verməmişdir. Halbuki, həmin çeklər maddi zərərin məbləğinin müəyyən edilməsi üçün əsasdır. Bundan başqa, təqsirləndirilən şəxs onu cavan bir qadın olaraq ömürlük şikəst etmişdir. Onun çəkdiyi iztirab qarşısında məhkəmənin 1000 manat məbləğində müəyyən etdiyi mənəvi zərər məbləği nə ağlabatan deyil, nə də ki, onun çəkdiyi mənəvi iztirabın heç 1 faizini belə təşkil etmir. Qanunvericilikdə mənəvi zərərin məbləği ilə bağlı konkret göstəriş olmasa da, məhkəmə mənəvi zərərin məbləğində ağalabatanlıqla qərar verməlidir. Bu günkü gündə məhkəmə maddi ziyanın məbləğinin müəyyən edilməsi üçün çeklərin əldə edilməsi üçün vəsatəti təmin etmir, digər tərəfdən də cüzi bir məbləğdə mənəvi zərərlə bağlı qərar verir. Həmçinin əsassız olaraq təqsirləndirilən şəxs barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarına əsasən amnistiya aktı tətbiq edilmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini və «maddi və mənəvi zərərin əvəzinin ödənilməsinə dair» mülki iddianın təmin edilməsini xahiş edir. Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə amnistiya aktının 9.1-ci bəndini deyil, 2.5-ci bəndini tətbiq etməklə əsassız olaraq təqsirləndirilən şəxsə təyin edilmiş 1 il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə əlavə cəzasını icraya yönəltmişdir. Halbuki, əməl böyük ictimai təhlükə törətməyən cinayət olduğuna görə amnistiya aktı düzgün tətbiq edilsə idi, şəxsin barəsində cinayət təqibinə xitam verilməli və ya şəxs təyin edilmiş cəzadan azad edilməli idi. Məhkəmə amnistiya aktını tətbiq edərkən, “8 noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndini rəhbər tutmalı olduğu halda əsassız olaraq həmin Qərarın 2.5-ci bəndinə istinad etmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli qərarını ləğv etməklə, “8 noyabr-Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndinə əsasən qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlu çıxış edərək amnistiya aktının şəxs barəsində düzgün tətbiq olunmadığını bildirib, protestin təmin olunmasını və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 dekabr 2021-ci il tarixli qərarının ləğv edilərək, “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqq ında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən qərar qəbul edilməsini, zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə isə qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində zərərçəkmiş şəxs A.M.Misirli çıxış edərək, kassasiya şikayətini müdafiə etdiyini, məhkəmə tərəfindən müəyyən olunmuş hadisə nəticəsində dəymiş maddi və mənəvi ziyanın hələ də tam ödənilmədiyini bildirib, kassasiya protestinin təmin olunmamasını, kassasiya şikayətinin isə təmin olunmasını və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 dekabr 2021-ci il tarixli qərarını ləğv edərək şəxs barəsində daha ağır cəza təyin edilməsinə dair müvafiq qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdi. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Ə.H.Qənbərov çıxış edərək, hüquqlarını müdafiə etdiyi şəxs tərəfindən zərərçəkmiş şəxsə, Zərərçəkmiş şəxs dediklərindən fərqli olaraq 6.000 (altı min) manatın deyil, 10.000 (on min) manatdan çox yardımın ödənildiyini, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya prostestinin tam haqlı olduğunu, amnistiya aktının düzgün tətbiq edilmədiyini bildirib zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunmamasını, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin isə təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestin ə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıla rı qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində, apellyasiya məhkəməsinin amnistiya aktını düzgün tətbiq etmədiyi iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.16-cı (məhkəmə digər hakimiyyət orqanının səlahiyyətlərini həyata keçirməklə, öz səlahiyyətlərini aşmaqla iş üzrə hökm və ya qərar çıxardıqda) maddəsində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Zərərçəkmiş şəxsin nümayəndəsi ilə birgə verdiyi kassasiya şikayətində isə məhkum tərəfindən dəymiş maddi və mənəvi ziyanın ödənilməsi, məhkuma təyin edilmiş cəzanın törədilmiş əmələ görə yüngül olduğu iddia edilmiş, bununla da, məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.1 (məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə), 416.1.2 (məhkəmə bu Məcəllənin 143 - 146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini və kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlərlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 dekabr 2021-ci il tarixl i qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs verilmiş avtomobil idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmaqla bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verilməsi məsələsinə dair məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. İş üzrə zərərçəkmiş şəxsin kassasiya şikayətində mülki iddianın təmin edilməli olduğu iddia edilir və bununla əlaqədar bir sıra dəlillərə istinad edilir. Belə dəlillər apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə münasibətini bildirmiş, onlarla razılaşmamasının səbəblərini göstərmiş, bununla bağlı gəldiyi nəticəni qərarda ətraflı şərh etməklə əsas landırmışdır. Belə ki, Zərərçəkmiş şəxs məhkəməyə mülki iddia verərək dəyən zərərlə bağlı 10200 manat maddi zərərin, 5000 manat mənəvi zərərin ödənilməsini tələb etmiş, məhkəmə hökmü ilə onun mülki iddia qismən təmin edilmiş, Təqsirləndirilən şəxs 363,11 manat maddi ziyan alınaraq Zərərçəkmiş şəxs xeyrinə verilmişdir. Eyni zamanda, cinayət işinin materiallarında olan məhkum tərəfindən təqdim olunmuş ödəniş qəbzlərindən görünür ki, onun tərəfindən zərərçəkmiş şəxsin müalicəsi üçün 7452,80 manat ödənişlər edilmişdir. Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş ödəniş qəbzlərindən görünür ki, zərərçəkmiş şəxs aldığı xəsarətə görə müalicə xərclərinə 363,11 manat ödəniş etmişdir. Bundan başqa, apellyasiya məhkəməsi mülki iddianın mənəvi zərərlə bağlı hissəsinə münasibət bildirmiş, baş vermiş h adisə nəticəsində zərərçəkmiş şəxsin aldığı xəsarətlərə görə mənəvi iztirablar keçirməsini nəzərə alaraq, mülki iddiasının mənəvi ziyanla bağlı hissəsi qismən təmin etmiş, Təqsirləndirilən şəxs 1000 (min) manat mənəvi ziyanın alınaraq Zərərçəkmiş şəxs xeyrinə verilməsini qərara almışdır. Bu baxımdan kassasiya məhkəmə kollegiyası zərərçəkmiş şəxsin kassasiya şikayətində göstərdiyi “məhkəmə tərəfindən mülki iddianın həlli ilə bağlı hər hansı münasibət bildirilməməsi” nə dair dəlillərini əsassız hesab edir. Bundan başqa, kassasiya şikayətində məhkum Təqsirləndirilən şəxs barəsində amnistiya aktının tətbiq edilməsinin əsassız olduğu iddia edilir. Həmçinin, kassasiya protestinin dəlillərində, apellyasiya məhkəməsinin qərarının ləğv edilməli olduğu, apellyasiya instansiyası məhkəməsi tərəfindən “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndi deyil, 2.5-ci bəndini tətbiq etməklə, əsassız olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhdudlaşdırıb, barəsində olan cinayət təqibinə xitam vermək əvəzinə, onun cəzadan azad edilməsi barədə qərar qəbul edilməsini, bununla da, cinayət-prosessual qanunvericiliyinin tələblərinin pozulduğu göstərilmişdir. Kassasiya məhkəmə kollegiyası kassasiya protestini iş materialları ilə birlikdə tədqiq edərək belə qənaətə gəlir ki, apellyasiya şikayətlərinə əsasən işə baxan apellyasiya məhkəməsi məhkumu cəzadan azad edərək, amnistiya aktının tətbiqi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81-ci maddəsinə əsasən amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Azərbaycan Respublikası Milli Məclisinin “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndinə əsasən, məhkəmələr icraatında olan bu Qə rar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1 - 1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); Hazırki iş materiallarından görünür ki, cinayət işinə birinci instansiya məhkəməsi tərəfindən baxılmış, şəxs istinad edilən əməli törətməkdə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmış, cinayət işi apellyasiya qaydasında mübahisələndirilmiş, cinayət işi apellyasiya məhkəməsinin icraatında olduğu vaxtda amnistiya qərarı qüvvəyə minmiş və bundan so nra şəxsin barəsində apellyasiya instansiya məhkəməsi tərəfindən amnistiya aktı tətbiq edilmişdir. Amnistiya qərarının 9.3-cü bəndinin mənasına görə, apellyasiya instansiyası məhkəməsi amnistiya qərarı qüvvəyə minənədək çıxarılmış, apellyasiya qaydasında mübahisələndirilərək icraatına daxil olmuş işlər üzrə amnistiya aktını həmin qərarın məhz 9.2-ci bəndinə müvafiq olaraq tətbiq etməlidir. Qərarın 9.2.2-ci bəndi isə bu Qərarın 2-ci hissəsində nəzərdə tutulmuş şəxslərin təyin edilmiş cəzadan azad edilməsi əsaslarını müəyyən edir (bu Qərarın 10-cu hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 23.5-ci bəndinə əsasən məhkəmələr tərəfindən amnistiya – bu Qərarın 2.5-ci, 2.12-ci, 2.13-cü və 3.2-ci bəndlərində, 4-cü, 5-ci, 6-cı və 9-cu hissələrində nəzərdə tutulan şəxslər barəsində tətbiq edilir. Beləliklə, Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyindən o, müvafiq olaraq qərarın 2.5-ci bəndi tətbiq edilməli olan şəxslər dairəsinə aiddir. Deməli, həmin Qərarın 9.3, 9.2.2 və 2.5-ci bəndlərinə əsasən Təqsirləndirilən şəxs amnistiya qərarı qüvvəyə minənədək çıxarılmış, lakin qüvvəyə minməmiş hökmlə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslər siyahısına aid olmaqla cəzadan azad edilməli olduğundan, apellyasiya instansiyası məhkəməsi tərəfindən onun barəsində amnistiya qərarının 2.5-ci bəndinin tətbiq edilməsi və onun təyin edilmiş cəzadan azad edilməsi barədə mövqeyi əsaslı olmuşdur. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, Amnistiya Qərarının 11.4-cü bəndi ndə qeyd edilmişdir ki, bu Qərar qərar tətbiq edilənədək maddi ziyanı tam ödəməmiş şəxslər barəsində həmin Qərarın 9.1-ci bəndi tətbiq edilmir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə dəymiş maddi və mənəvi ziyan tam ödənilməmiş, zərərçəkmiş şəxs tərəfindən irəli sürülmüş mülki iddia apellyasiya qaydasında mübahisələndirilmiş, apellyasiya məhkəməsi tərəfindən mülki iddia qismən təmin edilmişdir. Amnistiya Qərarının 11.4-cü bəndi maddi ziyanın tam ödənilməməsini amnistiya aktının tətbiqi üçün məhdudiyyət olaraq müəyyən etdiyindən, apellyasiya məhkəməsi şəxsi cinayət məsuliyyətindən azad etməməklə tamamilə düzgün hüquqi nəticəyə gəlmişdir. Odur ki, kassasiya protestinin Təqsirləndirilən şəxs əlavə cəzadan da azad etməklə barəsində cinayət təqibi nə xitam verilməsi barədə dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin və kassasiya protestinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxla nılmalı, zərərçəkmiş şəxs X5 nümayəndəsi Nümayəndə ilə birgə verdiyi kassasiya şikayəti və kassasiya protesti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Zərərçəkmiş şəxs X5 nümayəndəsi Nümayəndə ilə birgə verdiyi kassasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 dekabr 2021-ci il tarixli qərarı kassasiya şikayəti və kassasiya protestinə əsasən dəyişdirilm
Məhkəmə qərarları › İş №1(102)-698/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-698/2022
17.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver