Məhkəmə qərarları › İş №1(102)-698/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-698/2023

17.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-698/2023 17.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3 iştirakı ilə, Bərdə Rayon Məhkəməsinin 5 may 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bil inib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 sentyabr 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (sədrlik edən hakim: X1) 5 may 2022-ci il tarixli hökmü ilə xx xxxxxxx 1975-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, Bərdə şəhəri, Ə.Ədilov küçəsi ev 28-də qeydiyyatda olan və yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının CM-in 69.3-cü maddə sinə əsasən 17 yanvar 2022-ci ildən 19 yanvar 2022-ci ilədək tutulduğu 02(iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 04(dörd) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02(iki) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Təyin edilmiş cəza müddəti ərzində Məhkum üzərinə yaşayış yerini hər gün saat 2200-dan növbəti gün saat 0800-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatl andırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələrinin qoyulması, cəza çəkməsinin əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması, barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X4 (sədrlik edən və məruzəçi), X6 və X2 ibarət tərkibdə) 13 sentyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bərdə Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli, 1(021)-94/2022 saylı hö kmü dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanununun müvafiq olaraq İ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,421 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə he roini qanunsuz olaraq əldə edib üzərində saxlamış, 17 yanvar 2022-ci il tarixdə saat 2200 radələrində Bərdə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat- axtarış tədbirləri nəticəsində Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən “Lider” adlı inşaat materialları mağazasının qarşısında saxlanılaraq Bərdə rayon Polis şöbəsinin inzibati binasına gətirilmiş, polis şöbəsində üzərinə şəxsi axtarış aparılan zaman üzərindən, yəni əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofan bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,421 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində göstərilir ki, Məhkum təqsirli bilindiyi Azərbaycan Respu blikası CM-in 234.1 ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayətlər kateqoriyasına aid olmaqla, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədardır və bilavasitə obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. İşin hallarından görünür ki, Məhkum törətdiyi cinayət əməlinin obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər hesab olunmaqla həmin cinayət az ağır cinayətlər kateqoriyasına aiddir. Məhkum ümumi çəkisi 1,421 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək saxladığını dərk etməklə həmin əməli birbaşa qəsdlə törətmişdir. Məhkum əldə edərək üzərində saxladığı narkotik vasitə olan heroinin miqdarı şəxsi istehlak miqdarının yuxarı həddindən 9 dəfə çoxdu r. Bu da onun əməlinin ictimai təhlükəlilivinə dəlalət edən haldır. Məhkəmə cəza təyin edərkən həmin plenum qərarının tələblərinə zidd olaraq, yəni məhkumun şəxsiyyətini xarakterizə edən hal kimi onun 1,421 qram narkotik olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək saxlamasını nəzərə almamışdır. Bundan başqa Məhkum cəza təyin edərkən onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, törətdiyi cinayət əməlinə görə səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alsa da, həmin halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsinin motivlərini hökmdə əsaslandırmamış və həmin halların hansı hərəkətlərlə ifadə olunduğunu sübut etməmiş və bununla da CPM-nin 139-cu maddəsinin tələblərini pozmuşdur. Məhkəmə cəza təyini zamanı cinayət qanununda nəzərdə tutulmayan halları cəzanı yüngülləşdirən hallar kimi qəbul etsə də onların qəbul edilməsinin motivlərini ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərməmişdir. Bundan başqa, məhkəmə hökmündə təqsirləndirilən şəxsi xarakterizə edən halların sırasında onun yaşayış yerindən müsbət və ya mənfi xarakterizə olunması qeyd olunmamış, həmin halların təyin edilmiş cəzaya təsiri ilə bağlı hökmün təsviri-əsaslandırıcı hissəsində hər hansı münasibət bildirilməmişdir. Yaşayış yerindən xarakterizə olunma cəmiyyətdə qəbul edilmiş ümumi davranış qaydasına əməl olunub-olunmaması nəticəsidir. Məhkum yaşayış yerindən müsbət və ya mənfi xarakterizə olunması və bunun nədə ifadə olunması məhkəmə hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərilməmişdir. İşin bütün halları, təqsirləndirilən şəxslərin şəxsiyyəti, ədalət prinsipi təqsirləndirilən şəxslərə qanunvericiliyin tələblərinə müvafiq cəza təyin edilməsini tələb edir. Şəxsə qeyd olunan maddə ilə azadlıqdan məhrum etmə cəzasına alternativ cəza olan azadlığın məhdudlaşdırılması cəzasının tətbiq edilməsi o halda ədalətli hesab olunardı ki, törədilmiş cinayətin ictimai təhlükəliliyini artıran digər səbəblər olmasın və ya təqsirləndirən şəxsin cəzasını yüngülləşdirən kifayət qədər əsaslar olsun. Məhkəmə həmin maddələrin tələblərini nəzərə almadan Məhkum törədilmiş cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə uyğun olmayan yüngül cəza təyin etmiş, həmin cəza yüngüllüyünə görə açıq-aydın ədalətsiz olmaqla, cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəzacr məhkumun islah olunması, həm özü, hə m də başqa şəxslər tərəfindən yeni cinayət törədilməsinin qarşısını almaq məqsədinə nail ola bilməz. Məhkəmə yuxarıda qeyd olunan, təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəliliyini artıran halları nəzərə almamış, onlara hüquqi qiymət verməmiş, nəticədə təyin edilmiş cəza törədilmiş cinayətə adekvat olmamış və bunun da nəticəsində eyni qəbildən olan cinayət işləri üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılması, ədalətli cəza siyasətinin həyata keçirilməsi istiqamətində düzgün mövqe nümayiş etdirilməmişdir. Məhkəmə isə sözügedən hökmdə müəyyən edilmiş vəzifələri yerinə yetirməyərək, törədilmiş cinayətə görə məhkuma münasibətdə cəza tətbiqi məsələsinin həllində yalnız qanunvericilik müddəaları sadalamaqla kifayətlənmişdir. Məhkəmə sosial balansı bərpa etməyə dai r vəzifələrini yerinə yetirməsi ilə bağlı müzakirə aparmamaqla cinayət qanunvericiliyinin həmin tələblərini pozmuşdur. Məhkəmə cinayət qanunvericiliyinin normalarının tələblərini və Plenum qərarının tövsiyələrini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almadan, cinayət qanunvericiliyində göstərilməmiş halları əsassız olaraq cəzanı yüngülləşdirən hallar kimi qəbul edib cinayət qanunu normasını düzgün tətbiq etməyərək, törədilən cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmayan cəza təyin etmişdir. Kassasiya protestində Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Ci nayət kollegiyasının 13 sentyabr 2022-ci il tarixli qərarının ləğv olunması və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilməsi barədə qərar çıxarılması xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasi ya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyası çərçivəsində təyin olunmuş və kassasiya protestində mübahisələndirilən azadlığın məhdudlaşdırılması cəzasına dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpası na, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndir ilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dö vlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ol unmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi Məhkum cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən CM-in 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yüngülləşdirən halları (törətdiyi əməldən peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını) və ağırlaşdıran halın olmamasını nəzərə almışdır. Belə ki, Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyasının həddində təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası islah təsiri baxımından yetərli olmaqla sosial ədalət prinsipinin tələblərinə uyğundur. Apellyasiya Məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin Məhkum cəza təyin olunması ilə bağlı mövqeyi ilə razılaşmış və qeyd etmişdir ki, Məhkum ilk dəfə olaraq az ağır cinayət əməli törətmişdir, özünü cinayətin törədilməsində təqsirli bilir, əməlindən səmimi peşman olmuşdur, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, ailədə yeganə qazanc gətirən şəxsdir. Həmçinin apellyasiya məhkəməsinə təqdim olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Məhkum himayəsində xx.xx.2019-cu il tarixdə doğulmuş Cansu adlı azyaşı qız övladı var. Apellyasiya məhkəməsi düzgün olaraq törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin edilmiş cəzanın məhkumun islah olunmasına və ailəsi nin həyat şəraitinə təsirini nəzərə alaraq azadlığın məhdudlaşdırılması cəzasını ədalətli və adekvat hesab etmiş və təyin edilmiş cəzanın ağırlaşdırılaraq azadlıqdan məhrumetmə cəza ilə əvəz edilməsini mümkün saymamışdır. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri məhkuma törətdiyi cinayət əməlinə görə Cinayət Məcəlləsinin təqsirləndirildiyi maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinin sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilməsi barədə düzgün hüquqi nəticəyə gəlmişlər. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəx sin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə kollegiyası eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, məhkum edilmiş şəxsə təyin edilmiş cəza da kifayət qədər ciddi və onun törətmiş olduğu cinayət əməlinə uyğundur. Təyin edilmiş cəzanın daha da sərtləşdirilməsi Cinayət Məcəlləsinin ədalət və hümanizm prinsiplərinin tələblərinə zidd olmaqla yanaşı, törətmiş olduğu cinayət əməlinə görə məhkuma işgəncə vermək və ondan qisas almaq kimi qiymətləndirilə bilər. Belə ki, Məhkum təyin edilmiş cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə uyğun olduğundan dövlət ittihamçısının kassasiya protestində irəli sürdüyü dəlillər işin faktiki hallarına uyğun olmadığından əsassızdır və yuxarıda şərh olunanlara əsasən məhkuma təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası və onun həddi ədalətli, qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbi rin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə təyin edilən azadlığın məhdudlaşdırılması cəzası və onun həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğundur və onun islah olunması məqsədinə cavab verir. Göstərilənlərə əsasən, kassasiya protestinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası h esab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 sentyabr 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gənc ə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 sentyabr 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar