Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-698/2025 04.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), X18 və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X3 iştirakı ilə xx.xx.1967-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, Yevlax rayonu, Qaraməmmədli kənd orta məktəbində riyaziyyat müəllimi işləyən, məhkumluğu olmamış, Yevlax rayonu, Qaraməmmədli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Məhkum Azərbaycan Respublik ası CM-in 179.2.3, 179.2.4 və 313-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 8 oktyabr 2024-cü il tarixli 1(107)-430/2024 nömrəli qərarından dövlət ittihamçısı Abdullayev Abdulla tərəfindən verilmiş kassasiya protestinə və məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin (sədrlik edən: K.Əliyev) 25 iyul 2024-cü il tarixli 1(039)34/2024 nömrəli hökmü ilə Məhkum - Azərbaycan Respublikası CM-in 179.2.3, 179.2.4 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM -in 179.2.3, 179.2.4-cü maddələri ilə CM-in 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətinə təhsil orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, CM-in 313-cü maddəsi ilə təqsirli bilinib, qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzasına, CM-in 66.2-ci və 68.3.1-ci maddələrinə əsasən 2 (iki) gün islah işləri 1 (bir) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla 2 (iki) il islah işləri cəzası 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla və 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılmaqla onun üzərində qəti olaraq 2 (iki) il müddətinə təhsil orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Məhkum üzərinə saat 22:00-dan saat 08:00-a qədər yaşayış ye rini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulması qərara alınmışdır. Hökmdən təqsirləndirilən şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə və Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 oktyabr 2024-cü il tarixli 1(107)430/2024 nömrəli qərarı ilə (hakimlər: X.C.Səmədov (sədrlik edən), V.İ.Məlikov və X.H.Səmədov) apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməmiş, Yevlax Rayon M əhkəməsinin 25 iyul 2024-cü il tarixli, 1(039)-34/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Təqsirləndirilən şəxs Məhkum qarşı CM-in 179.2.3, 179.2.4, 308.1 və 313-cü maddələri ilə irəli sürülmüş ittihama görə o, 10 noyabr 2022-ci il tarixdən 10 may 2023-cü il tarixədək X45 Təhsil İdarəsinin Qaraməmmədli kənd tam orta məktəbinin direktoru vəzifəsini icra etdiyi müddətdə vəzifəli şəxs kimi təkrarən vəzifə səlahiyyətlərindən suiistifadə edərək xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə vahid niyyətlə tamah məqsədi ilə dövlətin qanunla qorunan mənafeyinə mühüm zərər vurmaqla rəsmi sənədlərə bilə-bilə yalan məlumatları vahi d tamah niyyətilə daxil etməklə təkrarən vəzifə saxtakarlığı edərək, öz qulluq mövqeyindən istifadə etməklə, xeyli miqdarda özgə əmlakı olan dövlət büdcə vəsaitini vahid niyyətlə mənimsəmə və israf etmə yolu ilə talamışdır. Belə ki, o, 10 noyabr 2022-ci il tarixdən 10 may 2023-cü il tarixədək X45 Təhsil İdarəsinin Qaraməmmədli kənd tam orta məktəbinin direktoru vəzifəsini icra etdiyi müddətdə “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa, “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X6”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının “20” dekabr 2017-ci il tarixli, 18-1 nömrəli qərarına, “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli 103 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 sentyabr 2020-ci il tarixli, 361 nömrəli Qərarına, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2011-ci il tarixli, 5 nömrəli Qərarına, Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən «30» iyun 2010-cu il tarixdə təsdiq edilmiş “Azərbaycan Respublikası ümumtəhsil məktəbləri üçün müəssisədaxili nümunəvi intizam qaydalarına əsasən, məktəb direktoru kimi əmək funksiyalarına uyğun dövlət tərəfindən məktəbə ayrılan vəsaitin səmərəli, məqsədyönlü istifadəsinə, dərs planı və praktiki iş normalarının yerinə yetirilməsinə, habelə dərsdən kənar və fakültativ məşğələlər in, dərnəklərin keçirilməsinə nəzarət etməli, tarifləşmə cədvəlinin (tarifikasiyanın) düzgün təsdiq olunmasını təmin etməli, icbari ümumi orta təhsilin həyata keçirilməsini təmin etməli, müəssisənin təsərrüfat fəaliyyətini, avadanlığın uçotunu və mühafizəsini, onlardan təlimtərbiyə prosesində düzgün və səmərəli istifadə olunmasını təmin etməli, dövlət tərəfindən ayrılan, habelə müəssisənin büdcəsinə qanunla qadağan edilməyən digər mənbələrdən daxil olan büdcədən kənar vəsaitin səmərəli, məqsədyönlü istifadəsini təmin etməli, məktəbdə siniflərin komplektləşdirilməsini düzgün təşkil etməli olduğu halda, vəzifəli şəxs kimi vəzifə səlahiyyətlərindən sui-istifadə edərək xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səla hiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq tamah niyyətlə istifadə edib vəzifə saxtakarlığı etməklə rəhbərlik etdiyi məktəbdə müəllimlər üçün əlavə dərs saatları ayırmaqla özünün onların yanında nüfuzunu yüksəltmək məqsədi ilə 2022/2023-cü dərs ilində İİ sinifdə 24 şagird təhsil aldığı və bir sinif komplektində birləşdirilməli olduğu halda bunu etməyərək məktəbdə təhsil almayan və ya başqa məktəbdə təhsil alan 5 şagirdin həmin məktəbdə oxuması ilə bağlı sənədlər tərtib edərək İİa sinfində 16, İİb sinfində 16 şagird olmaqla qeyd edilən siniflərdə 15 noyabr 2022- 1 aprel 2023-cü il tarixədək olan dövrdə müəllimlər X28 tərəfindən 1 saat təsviri incəsənət fənni, 1 saat musiqi fənni, 1 saat azərbaycan-dili fənni, X11 tərəfindən 1 saat həyat bilgisi fənni, 9 saat azərbaycan dili fənni, 5 saat riyaziyyat fənni, X22 tərəfindən 1 saat texnologiya fənni, 2 saat fiziki tərbiyə fənni, X7 tərəfindən 1 saat informatika fənni və X1 tərəfindən 1 saat ingilis dili fənni üzrə dərs saatları tədris edilib 2 sinif komplekti təşkil etməklə 4684,30 manat, 2022/2023-cü dərs ilində X sinifdə 27 şagird təhsil aldığı və bir sinif komplektində birləşdirilməli olduğu halda bunu etməyərək məktəbdə təhsil almayan və ya başqa məktəbdə təhsil alan 5 şagirdin həmin məktəbdə oxuması ilə bağlı sənədlər tərtib edərək Xa sinfində 16, Xb sinfində 16 şagird olmaqla qeyd edilən siniflərdə 15 noyabr 2022- 01 aprel 2023-cü il tarixədək olan dövrdə müəllimlər X12 tərəfindən 5 saat riyaziyyat fənni, Şahid1 tərəfindən 2 saat coğrafiya fənni, X29 tərəfindən 3 saat kimya fənni, X30 tərəfindən 3 biologiya fənni, X23 tərəfindən 2 saat rusdilli fənni, X7 tərəfindən 2 saat informatika fənni, X5 tərəfindən 4 saat ingilis-dili fənni, X24 tərəfindən 3 saat tarix fənni, X31 tərəfindən 3 saat azərbaycandili fənni, 2 saat ədəbiyyat fənni, X13 tərəfindən 2 saat fizika fənni və X35 tərəfindən 2 saat fiziki tərbiyyə fənni üzrə dərs saatları tədris edilib 2 sinif komplekti təşkil etməklə 6749,37 manat, 2022/2023-cü dərs ilində faktiki olaraq 15 sinif komplekti saxlanmalı halda 17 sinif komplekti saxlanılmış, artıq saxlanılmış sinif komplektinə görə 0,5 ştat vahidi laborant və 1 ştat vahidi kiçik xidmətedici işçi artıq saxlanılaraq 1.5 ştat artıq saxlanılmış ştat vahidinə görə laborant X19 1429,75 manat və xadimə X25 2450,59 manat olmaq ümumilikdə cəmi 3880,34 manat, 2022/2023-cü dərs ilində Xİa sinifində 1 sa at informatika fənni Məhkum tərəfindən tədris edilmiş, jurnallar onun tərəfindən yazılmış, dərslər bölünərək müəllimə X4 jurnal yazılmadığı halda sonuncunun dərsi icra etməsi ilə bağlı həmin tarixlərdə tərtib edilmiş məktəbin əmək haqqı ödəniş cədvəllərinə onun adını daxil etməklə 74,00 manat, ingilis dili müəlliməsi X1 xx.xx.2023.-xx.xx.2023-cü il tarixlərdə xəstə olduğu halda onun 18 saat dərsi X14 verilmiş və onun 7 aprel 2023-cü il tarixli 32 nömrəli əmrinə əsasən bölünərək rus dili müəllimi X8 adına yazılmış, sonuncu ingilis dili dərsi keçmədiyi və jurnal yazmadığı halda 123,64 manat, 2022/2023-cü dərs ilində evdə fərdi təhsilə cəlb edilmiş şagird X20 dərs tədris edilmədiyi halda həmin məktəbin müəllimləri, Şahid5, X15, X16 və Şahid3 fərdi təhsilə cəlb edilmiş şagird Ratmir Zamanova g örə 618,66 manat, 2022/2023-cü dərs ilində seçki komissiyalarına, siyahıya alınmaya və digər dövlət tədbirlərinə cəlb olunmuş müəllimlərin dərs saatlarının əvəzçilik qaydasında digər əvəzçi müəllimə, yəni X21 və X17 verilməsinə baxmayaraq, faktiki olaraq qeyd edilən müəllimlər tərəfindən dərslərin keçirilmədiyi halda dərs bölgüsünün verilməsinə dair göstərilən dövrdə müvafiq əmrlər verib, qeyd edilən müəllimlərin adından sinif jurnallarında dərslərin keçirilməsinə dair qeydlər aparmaqla, məktəbdə dərs tədris etmədikləri halda həmin tarixlərdə tərtib edilmiş məktəbin əmək haqqı ödəniş cədvəllərinə adlarını daxil etməklə 198,58 manat, 12-31 yanvar 2023-cü il tarixlərdə siyahıya almaya cəlb edilmiş, işdən müvəqqəti azad olunmasına baxmayaraq öhdəsində olan 6 saat dərsi özü keçmiş, jurnal özü tərəfindən yazılmış, lakin dərslər X2 adına yazılaraq işdə olduğu üçün ona əməkhaqqı saxlanmamalı halda 148,80 manat, Şahnaz Camalovanın orta ixtisas və ali təhsili olmadığı halda xx.xx.2022-xx.xx.2023-cü il tarixlərdə VTC üzrə ona 7-ci dərəcə əvəzinə 8-9-cu dərəcə yazmaqla 281 manat məbləğində əməkhaqqı ödənilməsi, eləcə də əmək haqqı və digər ödənişlər şəklində dövlət əmlakı olan büdcə vəsaitini qulluq mövqeyindən istifadə etməklə israf etmək yolu ilə qəsdən talayaraq, dövlətin qanunla qorunan mənafeyinə, həmçinin təhsil sistemini nüfuzdan salan qeyd edilən hərəkətləri ilə hüquqi şəxs olan X45 Təhsil İdarəsinin hüquqlarına və qanuni mənafelərinə ümumilikdə 16758.69 manat məbləğində xeyli miqdarda mühüm zərər vurmuş, həmçinin, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa, “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X6”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının “20” dekabr 2017-ci il tarixli, 18-1 nömrəli qərarına, “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 03 iyun tarixli, 103 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 sentyabr 2020-ci il tarixli, 361 nömrəli Qərarına, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2011-ci il tarixli, 5 nömrəli Qərarına, Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən «30» iyun 2010-cu il tarixdə təsdiq edilmiş “Azərbaycan Respublikası ümumtəhsil məktəbləri üçün müəssisədaxili nümunəvi intizam qaydalarına əsasən məktəb direktoru kimi əmək funksiyalarına uyğun dövlət tərəfindən məktəbə ayrılan vəsaitin səmərəli, məqsədyönlü istifadəsinə, dərs planı və praktiki iş normalarının yerinə yetirilməsinə, habelə dərsdənkənar və fakültativ məşğələlərin, dərnəklərin keçirilməsinə nəzarət etməli, tarifləşmə cədvəlinin (tarifikasiyanın) düzgün təsdiq olunmasını təmin etməli, icbari ümumi orta təhsilin həyata keçirilməsini təmin etməli, dövlət tərəfindən ayrılan, habelə müəssisənin büdcəsinə qanunla qadağan edilməyən digər mənbələrdən daxil olan büdcədənkənar vəsaitin səmərəli, məqsədyönlü istifadəsini təmin etməli halda, vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə edərək təkrarən vəzifə səlahiy yətlərindən suiistifadə edib xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq tamah niyyəti ilə istifadə edib rəhbərlik etdiyi məktəbdə müəllimlər üçün əlavə dərs saatları ayırmaqla onlara köçürülmüş əmək haqqının ona geri qaytarılmasına nail olmaq məqsədilə 15 sentyabr 2017-ci il tarixdən hazırkı vaxtadək məktəbdə coğrafiya müəllimi işləyən Şahid1 fərdi təhsilə cəlb olunmuş şagird X32 və X9 2022/2023-cü dərs ilində coğrafiya fənnini tədris etmədiyi halda, həmin tarixlərdə tərtib edilmiş məktəbin əmək haqqı ödəniş cədvəllərinə sonuncunun adını daxil etməklə məktəbin möhürü ilə təsdiq edib imza etməklə rəsmi sənədlərə tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar dax il edərək təkrarən vəzifə saxtakarlığı edib, vahid niyyətlə Şahid1 adına olan "xxxx" ASC-yə aid 5167 5133 4881 5168 nömrəli bank hesabına bağlı olan əmək haqqı plastik bank kartına köçürülmüş cəmi 206,00 (iki yüz altı) manat məbləğində əmək haqqının Şahid1 tərəfindən ona məxsus "xxxx" ASC-yə məxsus 5167 5133 4521 2583 saylı bank hesabına bağlı olan debet plastik kartına köçürülməsinə nail olmaqla əmək haqqı və digər ödənişlər şəklində dövlət əmlakını, yəni özgə əmlakı olan dövlətin büdcə vəsaitini qulluq mövqeyindən sui istifadə etməklə təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə edib təkrarən vəzifə saxtakarlığı etməklə "xxxx" ASC-nin bankomatından nağdlaşdıraraq götürüb mənimsəmə yolu ilə talayaraq şəxsi istifadəsinə xərcləməklə ümumilikdə vahid niyyətlə cəmi 16964,69 manat məbləğind ə xeyli miqdarda dövlət əmlakını, yəni özgə əmlakı olan dövlətin büdcə vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə yolu ilə talayaraq dövlətin qanunla qorunan mənafeyinə, həmçinin təhsil sistemini nüfuzdan salan qeyd edilən hərəkətləri ilə hüquqi şəxs X45 Təhsil İdarəsinin hüquqlarına və qanuni mənafelərinə ziyan vurmuşdur. Məhkum qarşı Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4, və 313-cü maddələri ilə yanaşı, həmin Məcəllənin 308.1-ci maddəsi ilə ittiham sürülsə də, birinci instansiya məhkəməsində ona qarşı irəli sürülmüş ittihamdan Cinayət Məcəlləsinin 308.1-ci maddəsi xaric edilmişdir. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Dövlət ittihamçı tərəfindən verilmiş kassasiya protestində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 oktyabr 2024-cü il tarixli 1(107)-430/2024 nömrəli qərarının ləğv edilməsi, cinayət işi üzrə yeni apellyasiya baxışı təyin edilməsi xahiş edilmişdir. Protest müəllifi qeyd edir ki, CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmçinin məhkəmə cəza təyin edərkən Məhkum müsbət xarakterizə olunmasını onun əməlində cəzasın ı yüngülləşdirici hal kimi nəzərə almışdır. Lakin, vəzifəli şəxs kimi vəzifə saxtakarlığı etmiş və qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda özgə əmlakını talamaqla qəsdən cinayət əməlləri törətmiş və törətdiyi cinayətlərin nəticəsini aradan qaldırmağa cəhd etməmiş şəxsin hansı xüsusiyyətlərinə görə müsbət xarakterizə edilməsini hökmdə əsaslandırmamışdır. Həmçinin iş materiallarından aydın olur ki, Məhkum törətdiyi cinayət əməli nəticəsində dəymiş maddi ziyanın çox az hissəsini ödəmiş, ümumiyyətlə demək olar ki, özünü təqsirli bilməmiş, yalnız ittihamın 206 manatlıq hissəsində özünü təqsirli bilmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə görə cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qo runur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, ona verilən ittiaham üzrə özünü heç bir halda təqsirli bilmir. Qeyd olunanların ona heç bir aidiyyatı yoxdur. Onun tərəfindən heç bir mənimsəmə hallarına yol verilməmişdir. Bütün olanlar və baş vermiş pozuntular onun direktor olduğu dövrdən əvvəlki dövrdə əvvəlki direktorun dövründə baş vermişdir. Ona görə də o heç bir halda özünü təqsirli bilmir. Hüqu qi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsi, kassasiya protestinin isə təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti və kassasiya protesti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyin dən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində məhkum barəsində olan cinayət işinin bəraətverici əsaslarla xitam edilməsi, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində isə iş məhkuma ədalətli cəza təyin edilməsi ilə bağlı yeni apelyasiya baxışının təyin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası CM-in 179.2.3-cü maddəsinə əsasən “mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə”, Azərbaycan Respublikası CM-in 179.2.4-cü maddəsinə əsasən isə mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama xeyli miqdarda ziyan vurmaqla törədildikdə” bu əməl dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-in 313-cü maddəsinə əsasən “Vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə v ə ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə” məsuliyyət nəzərdə və bu əməl min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norm ası tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğu n gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X33rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin kon kret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə tə minat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyriobyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan hüquq larının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Ə.İbrahimovun verdiyi ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşdur. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq Ə.İbrahimovun əməllərini Azərbaycan Respublikası CM-in 179.2.3, 179.2.4 və 313-cü maddələri ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə – qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Məhkumun törətdiyi əməl məhkəmə iclaslarında dindirilmiş zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş X26, şahidlər Şahid4, Şahid5, Şahid2, Şahid1, Şahid3 ifadələrində öz təstiqini tapmışdır. Məhkəmə qərarlarına əsasən Maliyyə Nazirliyinin 22 iyun 2023-cü il tarixli AKT-dan, məhkəmə-mühasibatlıq ekspertizasının 22 avqust 2023-cü il tarixli, 9/6392 nömrəli rəyindən və əlavə məhkəməmühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/7327 saylı rəyindən görünür ki, Yevlax rayon Qaraməmmədli kənd tam orta məktəbinin vəzifəli şəxsi (şəxsləri) tərəfindən xadimənin 0,5 ştat vahidi ilə vəzifəyə işə qəbul olunmasına baxmayaraq davamiyyəti olmadığı halda 2021-ci ilin av qust ayından 2022-ci ilin fevral ayıda daxil olmaqla 841,77 manat əmək haqqı hesablanıb ödənildiyi, artıq saxlanılmış sinif komplektinə görə İİ sinif üzrə 15 sentyabr 2022-ci il tarixdən 01 aprel 2023-cü il tarixədək olan dövrdə 6 nəfər müəllimə 6451,72 manat, X sinif üzrə 12 nəfər müəllimə 9194,81 manat, cəmi 15646,53 manat əməkhaqqı ödənildiyi, 2022/2023-cü dərs ilində faktiki olaraq 15 sinif komplekti saxlanmalı halda 17 sinif komplekti saxlanıldığı üçün cəmi 3880,34 manat artıq əməkhaqqı ödənildiyi, 2019/2020-ci dərs ilində əlavə rus dili fənn müəllimi olmadığı halda dərs saatları tarifikasiyada bölünərək müəllimənin özünə yazılaraq 793,32 manat əməkhaqqı ödənildiyi, 2019/2020-ci dərs ilində 1 saat informatika dərsi artıq planlaşdırılaraq artıq 396,66 manat əməkhaqqı ödənildiyi, 2020/2 021-ci, 2021/2022-ci və 2022/2023-cü tədris ilində dərs jurnalı yazılmadan 814,16 manat əməkhaqqı ödənildiyi, dərs tədris olunmadığı və jurnal yazmadığı halda 123,64 manat əməkhaqqı ödənildiyi, 2019/2020-ci, 2021/2022- ci və 2022/2023-cü dərs ilində 3 nəfər evdə fərdi təhsilə cəlb edilmiş şagirdlərə dərs tədris edilmədiyi halda 8591,16 manat, 8038,80 manat və 10623,64 manat əməkhaqqı ödənildiyi, 2019/2020-ci dərs ilində fizika fənni üzrə yaradılmış dərnək dərs jurnalının olmadığına, 2020/2021-ci dərs ilində kimya fənni üzrə dərnək jurnalı olmadığına və 2022/2023-cü dərs ilində dərnək jurnalı olmadığı halda riyaziyyat fənni üzrə dərnək müəllimlərinə cəmi 8942,70 manat əməkhaqqı ödənildiyi, 2019/2020-ci dərs ilində 5 müəllimə 22 saat, qeyri ixtisas fənn müəllimlərinə dərs saatlarının, o cüml ədən fizika ixtisası olan müəllimə təsviri incəsənət, kimya ixtisası olan müəllimə fiziki tərbiyə, musiqi, sinif müəlliminə yuxarı siniflərdən, Azərbaycan dili, ədəbiyyat, riyaziyyat fənləri, sinif müəlliminə yuxarı siniflərdən Azərbaycan dili, ədəbiyyat, coğrafiya, ÜTF üzrə ixtisası olan müəllimə riyaziyyat fənlərinin tədrisi verilərək cəmi 8.272,68 manat əməkhaqqı ödənildiyi, 2020/2021-ci dərs ilində 3 müəllimə 13,5 saat, o cümlədən fizika ixtisası olan müəllimə təsviri incəsənət, sinif müəlliminə V-İX siniflərdə musiqi, ÜTF üzrə ixtisası olan müəlliməyə informatika fənlərinin tədrisi verilərək 892,01 manat əməkhaqqı ödənildiyi, 2019/2020-2022/2023-cü dərs illərində seçki komissiyalarına, siyahıya alınmaya və digər dövlət tədbirlərinə cəlb olunmuş müəllimlərin dərs saatlarının əvəzçili k qaydasında 4 nəfər qeyri ixtisas fənn müəllimlərinə yazıldığı üçün 1163,96 manat əməkhaqqı ödənildiyi, məktəbin tədris işləri üzrə direktor müavini 12 31 yanvar 2023-cü il tarixlərdə siyahıya almaya cəlb edilib işdən müvəqqəti azad olunmasına baxmayaraq öhdəsində olan 6 saat dərsi tədris etdiyi, dərs jurnalının özü tərəfindən yazıldığı, lakin dərslərin digər müəllimin adına yazıldığı halda ona 148,80 manat əməkhaqqı ödənildiyi, məktəbdə işləyən işçilərin orta ixtisas və ali təhsili olmadığı halda VTC üzrə 7-ci dərəcə əvəzinə 8-9-cu dərəcə ilə artıq vəsait xərc 773,50 manat əməkhaqqı ödənildiyi, 19 may 2023-cü il tarixdə aparılmış inventarizasiya nəticəsində 6510,03 manat çatışmazlıq aşkar olunduğu, 19 may 2023-cü il tarixdə aparılmış inventarizasiya nəticəsində 2928,65 manat və 2032,05 m anat dəyərində inventar çatışmazlıqları aşkar olunduğu, nəticədə ümumilikdə dövlət büdcəsində 81.414,31 manat məbləğində çatışmazlıq olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi cinаyət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tаm və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, düzgün olaraq bu nəticəyə gəlmişdir ki, Məhkum 10 noyabr 2022-ci il tarixdən 10 may 2023-cü il tarixədək X45 Təhsil İdarəsinin Qaraməmmədli kənd tam orta məktəbinin direktoru vəzifəsini icra etdiyi müddətdə vəzifəli şəxs kimi təkrarən vəzifə səlahiyyə tlərindən sui-istifadə edərək xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə vahid niyyətlə tamah məqsədi ilə dövlətin qanunla qorunan mənafeyinə mühüm zərər vurmaqla rəsmi sənədlərə bilə-bilə yalan məlumatları vahid tamah niyyətilə daxil etməklə təkrarən vəzifə saxtakarlığı edərək, öz qulluq mövqeyindən istifadə etməklə, xeyli miqdarda özgə əmlakı olan dövlət büdcə vəsaitini vahid niyyətlə mənimsəmə və israf etmə yolu ilə talamışdır. Belə ki, o, 10 noyabr 2022-ci il tarixdən 10 may 2023-cü il tarixədək X45 Təhsil İdarəsinin Qaraməmmədli kənd tam orta məktəbinin direktoru vəzifəsini icra etdiyi müddətdə “Təhsil haqqında” Azərbaycan Respublikası Q anununa, “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X6”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının “20” dekabr 2017-ci il tarixli, 18-1 nömrəli qərarına, “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli 103 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 sentyabr 2020-ci il tarixli, 361 nömrəli Qərarına, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2011-ci il tarixli, 5 nömrəli Qərarına, Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən «30» iyun 2010cu il tarixdə təsdiq edilmiş “Azərbaycan Respublikası ümumtəhsil məktəbləri üçün müəssisədaxili nümunəvi intizam qaydalarına əsasən, məktəb direktoru kimi əmək funksiyalarına uyğun dövlət tərəfindən məktəbə ayrılan vəsaitin səmərəli, məqsədyönlü istifadəsinə, dərs planı və praktiki iş normalarının yerinə yetirilməsinə, habelə dərsdənkənar və fakültativ məşğələlərin, dərnəklərin keçirilməsinə nəzarət etməli, tarifləşmə cədvəlinin (tarifikasiyanın) düzgün təsdiq olunmasını təmin etməli, icbari ümumi orta təhsilin həyata keçirilməsini təmin etməli, müəssisənin təsərrüfat fəaliyyətini, avadanlığın uçotunu və mühafizəsini, onlardan təlim-tərbiyə prosesində düzgün və səmərəli istifadə olunmasını təmin etməli, dövlət tərəfindən ayrılan, habelə müəssisənin büdcəsinə qanunla qadağan edilməyən digər mən bələrdən daxil olan büdcədənkənar vəsaitin səmərəli, məqsədyönlü istifadəsini təmin etməli, məktəbdə siniflərin komplektləşdirilməsini düzgün təşkil etməli olduğu halda, vəzifəli şəxs kimi vəzifə səlahiyyətlərindən sui-istifadə edərək xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq tamah niyyətlə istifadə edib vəzifə saxtakarlığı etməklə rəhbərlik etdiyi məktəbdə müəllimlər üçün əlavə dərs saatları ayırmaqla özünün onların yanında nüfuzunu yüksəltmək məqsədi ilə 2022/2023-cü dərs ilində İİ sinifdə 24 şagird təhsil aldığı və bir sinif komplektində birləşdirilməli olduğu halda bunu etməyərək məktəbdə təhsil almayan və ya başqa məktəbdə təhsil alan 5 şagirdin həmin m əktəbdə oxuması ilə bağlı sənədlər tərtib edərək İİa sinfində 16, İİb sinfində 16 şagird olmaqla qeyd edilən siniflərdə 15 noyabr 2022- 01 aprel 2023-cü il tarixədək olan dövrdə müəllimlər X28 tərəfindən 1 saat təsviri incəsənət fənni, 1 saat musiqi fənni, 1 saat azərbaycan-dili fənni, X11 tərəfindən 1 saat həyat bilgisi fənni, 9 saat azərbaycan dili fənni, 5 saat riyaziyyat fənni, X22 tərəfindən 1 saat texnologiya fənni, 2 saat fiziki tərbiyə fənni, X7 tərəfindən 1 saat informatika fənni və X1 tərəfindən 1 saat ingilis dili fənni üzrə dərs saatları tədris edilib 2 sinif komplekti təşkil etməklə 4684,30 manat, 2022/2023-cü dərs ilində X sinifdə 27 şagird təhsil aldığı və bir sinif komplektində birləşdirilməli olduğu halda bunu etməyərək məktəbdə təhsil almayan və ya başqa məktəbdə təhsil a lan 5 şagirdin həmin məktəbdə oxuması ilə bağlı sənədlər tərtib edərək Xa sinfində 16, Xb sinfində 16 şagird olmaqla qeyd edilən siniflərdə 15 noyabr 2022- 01 aprel 2023-cü il tarixədək olan dövrdə müəllimlər X12 tərəfindən 5 saat riyaziyyat fənni, Şahid1 tərəfindən 2 saat coğrafiya fənni, X29 tərəfindən 3 saat kimya fənni, X30 tərəfindən 3 biologiya fənni, X23 tərəfindən 2 saat rusdilli fənni, X7 tərəfindən 2 saat informatika fənni, X5 tərəfindən 4 saat ingilis-dili fənni, X24 tərəfindən 3 saat tarix fənni, X31 tərəfindən 3 saat azərbaycan-dili fənni, 2 saat ədəbiyyat fənni, X13 tərəfindən 2 saat fizika fənni və X35 tərəfindən 2 saat fiziki tərbiyyə fənni üzrə dərs saatları tədris edilib 2 sinif komplekti təşkil etməklə 6749,37 manat, 2022/2023-cü dərs ilində faktiki olaraq 15 sinif komp lekti saxlanmalı halda 17 sinif komplekti saxlanılmış, artıq saxlanılmış sinif komplektinə görə 0,5 ştat vahidi laborant və 1 ştat vahidi kiçik xidmətedici işçi artıq saxlanılaraq 1.5 ştat artıq saxlanılmış ştat vahidinə görə laborant X19 1429,75 manat və xadimə X25 2450,59 manat olmaq ümumilikdə cəmi 3880,34 manat, 2022/2023-cü dərs ilində Xİa sinifində 1 saat informatika fənni Məhkum tərəfindən tədris edilmiş, jurnallar onun tərəfindən yazılmış, dərslər bölünərək müəllimə X4 jurnal yazılmadığı halda sonuncunun dərsi icra etməsi ilə bağlı həmin tarixlərdə tərtib edilmiş məktəbin əmək haqqı ödəniş cədvəllərinə onun adını daxil etməklə 74,00 manat, ingilis dili müəlliməsi X1 xx.xx.2023.-xx.xx.2023-cü il tarixlərdə xəstə olduğu halda onun 18 saat dərsi X14 verilmiş və onun 7 aprel 2023-cü il tarixli 32 nömrəli əmrinə əsasən bölünərək rus dili müəllimi X8 adına yazılmış, sonuncu ingilis dili dərsi keçmədiyi və jurnal yazmadığı halda 123,64 manat, 2022/2023-cü dərs ilində evdə fərdi təhsilə cəlb edilmiş şagird X20 dərs tədris edilmədiyi halda həmin məktəbin müəllimləri, Şahid5, X15, X16 və Şahid3 fərdi təhsilə cəlb edilmiş şagird Ratmir Zamanova görə 618,66 manat, 2022/2023-cü dərs ilində seçki komissiyalarına, siyahıya alınmaya və digər dövlət tədbirlərinə cəlb olunmuş müəllimlərin dərs saatlarının əvəzçilik qaydasında digər əvəzçi müəllimə, yəni X21 və X17 verilməsinə baxmayaraq, faktiki olaraq qeyd edilən müəllimlər tərəfindən dərslərin keçirilmədiyi halda dərs bölgüsünün verilməsinə dair göstərilən dövrdə müvafiq əmrlər verib, qeyd edilən müəllimlərin adından sinif jurnalla rında dərslərin keçirilməsinə dair qeydlər aparmaqla, məktəbdə dərs tədris etmədikləri halda həmin tarixlərdə tərtib edilmiş məktəbin əmək haqqı ödəniş cədvəllərinə adlarını daxil etməklə 198,58 manat, 12-31 yanvar 2023-cü il tarixlərdə siyahıya almaya cəlb edilmiş, işdən müvəqqəti azad olunmasına baxmayaraq öhdəsində olan 6 saat dərsi özü keçmiş, jurnal özü tərəfindən yazılmış, lakin dərslər X2 adına yazılaraq işdə olduğu üçün ona əməkhaqqı saxlanmamalı halda 148,80 manat, Şahnaz Camalovanın orta ixtisas və ali təhsili olmadığı halda xx.xx.2022-xx.xx.2023-cü il tarixlərdə VTC üzrə ona 7-ci dərəcə əvəzinə 8-9-cu dərəcə yazmaqla 281 manat məbləğində əməkhaqqı ödənilməsi, eləcə də əmək haqqı və digər ödənişlər şəklində dövlət əmlakı olan büdcə vəsaitini qulluq mövqeyindən istifadə etməklə israf etmək yolu ilə qəsdən talayaraq, dövlətin qanunla qorunan mənafeyinə, həmçinin təhsil sistemini nüfuzdan salan qeyd edilən hərəkətləri ilə hüquqi şəxs olan X45 Təhsil İdarəsinin hüquqlarına və qanuni mənafelərinə ümumilikdə 16758.69 manat məbləğində xeyli miqdarda mühüm zərər vurmuş, həmçinin, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa, “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X6”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının “20” dekabr 2017-ci il tarixli, 18-1 nömrəli qərarına, “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 03 iyun tarixli, 103 nömrəli Qərarında dəyişiklik edilməsi bar ədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 sentyabr 2020-ci il tarixli, 361 nömrəli Qərarına, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2011-ci il tarixli, 5 nömrəli Qərarına, Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən «30» iyun 2010-cu il tarixdə təsdiq edilmiş “Azərbaycan Respublikası ümumtəhsil məktəbləri üçün müəssisədaxili nümunəvi intizam qaydalarına əsasən məktəb direktoru kimi əmək funksiyalarına uyğun dövlət tərəfindən məktəbə ayrılan vəsaitin səmərəli, məqsədyönlü istifadəsinə, dərs planı və praktiki iş normalarının yerinə yetirilməsinə, habelə dərsdənkənar və fakültativ məşğələlərin, dərnəklərin keçirilməsinə nəzarət etməli, tarifləşmə cədvəlinin (tarifikasiyanın) düzgün tə sdiq olunmasını təmin etməli, icbari ümumi orta təhsilin həyata keçirilməsini təmin etməli, dövlət tərəfindən ayrılan, habelə müəssisənin büdcəsinə qanunla qadağan edilməyən digər mənbələrdən daxil olan büdcədənkənar vəsaitin səmərəli, məqsədyönlü istifadəsini təmin etməli halda, vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə edərək təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə edib xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq tamah niyyəti ilə istifadə edib rəhbərlik etdiyi məktəbdə müəllimlər üçün əlavə dərs saatları ayırmaqla onlara köçürülmüş əmək haqqının ona geri qaytarılmasına nail olmaq məqsədilə 15 sentyabr 2017-ci il tarixdən hazırkı vaxtadək mək təbdə coğrafiya müəllimi işləyən Şahid1 fərdi təhsilə cəlb olunmuş şagird X32 və X43 oğluna 2022/2023-cü dərs ilində coğrafiya fənnini tədris etmədiyi halda, həmin tarixlərdə tərtib edilmiş məktəbin əmək haqqı ödəniş cədvəllərinə sonuncunun adını daxil etməklə məktəbin möhürü ilə təsdiq edib imza etməklə rəsmi sənədlərə tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edərək təkrarən vəzifə saxtakarlığı edib, vahid niyyətlə Şahid1 adına olan "xxxx" ASC-yə aid 5167 5133 4881 5168 nömrəli bank hesabına bağlı olan əmək haqqı plastik bank kartına köçürülmüş cəmi 206,00 (iki yüz altı) manat məbləğində əmək haqqının Şahid1 tərəfindən ona məxsus "xxxx" ASC-yə məxsus 5167 5133 4521 2583 saylı bank hesabına bağlı olan debet plastik kartına köçürülməsinə nail olmaqla əmək haqqı və digər ödənişlər şəklində dövlət əmlakını, yəni özgə əmlakı olan dövlətin büdcə vəsaitini qulluq mövqeyindən sui istifadə etməklə təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə edib təkrarən vəzifə saxtakarlığı etməklə "xxxx" ASC-nin bankomatından nağdlaşdıraraq götürüb mənimsəmə yolu ilə talayaraq şəxsi istifadəsinə xərcləməklə ümumilikdə vahid niyyətlə cəmi 16964,69 manat məbləğində xeyli miqdarda dövlət əmlakını, yəni özgə əmlakı olan dövlətin büdcə vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə yolu ilə talayaraq dövlətin qanunla qorunan mənafeyinə, həmçinin təhsil sistemini nüfuzdan salan qeyd edilən hərəkətləri ilə hüquqi şəxs X45 Təhsil İdarəsinin hüquqlarına və qanuni mənafelərinə ziyan vurmuşdur. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, Məhkum cinayət əməlləri iş materiallarında olan zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, izahatlar, istintaq hərəkəti protokolları, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlarla tam sübuta yetirilir. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar yoxdur. Kassasiya protestinin dəlillərinə münasibət bildirərkən məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbi rlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət qanununun mənasına görə, yalnız CM-in 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarş ısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Mə cəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəx sə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü madd əsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 3cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqs ədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən c əzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, 1-ci instansiya məhkəməsi iş üzrə yüngülləşdirici və ağırlaşdırıcı halları düzgün qiymətləndirərək məhkum barəsində ədalətli cəza təyin etmiş və apellyasiya məhkəməsidə düzgün olaraq 1-ci insansiya məhkəməsinin hökmünü qüvvədə saxlamışdır. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Y uxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin və kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin və kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 oktyabr 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 414 və 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti və dövlət ittihamçısı Abdullayev Abdulla tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkumnun barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 oktyabr 2024-cü il tarixli 1(107)-430/2024 nömrəli qərarı dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-698/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-698/2025
04.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver