Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-699/2021 19.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 iştirakı ilə, Ağcabədi Rayon Məhkəməsinin 08 iyul 2020-ci il tarixli hökmünə əsasən Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təq sirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 noyabr 2020-ci il tarixli qərarından məhkumlar və müdafiəçisi Müdafiəçi tərəfindən birgə verilmiş kassasiya şikayəti və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs, X3 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ağcabədi Rayon Məhkəməsinin (hakim: X7) 08 iyul 2020-ci il tarixli hökmü ilə 05 may 1992-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Ağcabədi rayonu məskunlaşıb yaşayan Məhkum1, Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilinib 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edi lmişdir. 15 fevral 1990-cı il tarixdə Laçın rayonu Qarakeçdi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Ağcabədi rayonu məskunlaşıb yaşayan Məhkum2, Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilinib 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 noyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər: F.A.Qasımov (sədrlik edən və məruzəçi), Q.X.Babayev və K.H.Əkbərovdan ibarət tərkibdə) məhkum edilmiş şəxslər Məhkum1, Məhkum2 tərəfindən və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs, X4 tərəfindən birgə verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, Ağcabədi Rayon Məhkəməsinin 08 iyul 2020-ci il tarixli hökmü dəyişdi rilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə görə Məhkum1 26 mart 2020-ci il tarixdə saat təxminən 17 radələrində yaşadığı evin arxa tərəfində yerləşən yonca sahəsində onunla qonşuluqda yaşayan X5 ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı o, əlindəki ağac parçası ilə qəsdən sonuncunun baş və bədən nahiyələrinə vuraraq sonuncuya başın sol təpə nahiyyəsində əzilmiş yara, sol kürəküstü nahiyədə qançır, qarının sol yarısının ön səthində iki ədəd qançır, sol bazuda qançır, sol saiddə qançır, sağ mil-bilək oynağında qançır, sol sağrıda qançır və sol diz oynağında qançır xəsarətləri ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkum2 26 mart 2020-ci il tarixdə saat təxmi nən 17 radələrində yaşadığı evin arxa tərəfində yerləşən yonca sahəsində onunla qonşuluqda yaşayan Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı o, qəsdən Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir dəfə yumruq zərbəsi vuraraq sonuncuya sağ alt göz qapağında əzilmiş yara və qançır xəsarətləri ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 noyabr 2020-ci il tarixli qərarından məhkumlar və müdafiəçisi Müdafiəçi tərəfindən birgə, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs və X3 nümayəndəsi Nümayəndə tərəfindən kassasiya şikayətləri verilmişdir. Məhkumlar və müdafiəçiləri kassasiya şikayətində qeyd et mişdirlər ki, təqsirləndirilən şəxslərin barəsində kifayət qədər sübutlar olmamasına baxmayaraq onlar ağır cəzaya məruz qalmışdırlar. Barələrində Ağcabədi Rayon Məhkəməsində qanunsuz olaraq hökm çıxarılmışdır. Təqsirləndirilən şəxs kimi zərərçəkmiş şəxsləri cəlb etmələri olduqları halda təqsirləndirilən şəxs olaraq sadəcə Məhkum1 və Məhkum2 cəlb ediblər. Halbuki, onlar zərərçəkmiş şəxs kimi qeyd edilmiş şəxslərə vurmamışlar və heç bir xəsarət yetirməmişlər. Təqsirləndirilən şəxs kimi onları qeyd etmələri olduqları halda Məhkum2 və Məhkum1 cəlb edərək qanunsuz olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilmişlər. Şirvan Apellyasiya Məhkəməsində bütün sübutlar təqdim edilsə də, heç bir nəticəsi olmamışdır və apellyasiya şikayətləri təmin olunmamışdır. Qeyd olunanların nəzərə alınması, Şirvan Apellyasiya Məhkəməsinin qərarının ləğv edilməsi və məhkumlara bəraət verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxslərin nümayəndəsi kassasiya şikayəti verərək qeyd etmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 noyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi və məhkum edilmiş şəxslər barədə irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxslərə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmalıdır. Nümayəndə kassasiya şikayətini onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməli həm ibtidai istintaq, həm də birinci instansiya məhkəməsindəki icraat zamanı dindirilmiş zərər çəkmiş şəxs və şahidlərin ifadələri və cinayət işi üzrə toplanmış digər sübutların məcmusu ilə təsdiq edilərək tam sübuta yetirilmişdir. Lakin birinci instansiya məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılma aparılmamış, zərərçəkmiş şəxs və şahidlərin ifadələri təhrif edilmiş, birinci instansiya məhkəməsi cəmi iki proses keçirməklə, işin faktiki hallarına uyğun olmayan qanunsuz və əsassız nəticəyə gəlmiş və təqsirləndirilən şəxslərə qanunsuz və əsassız olaraq yüngül cəza vermiş, apelyasiya instansiyası məhkəməsi isə bu barədə zərərçəkmiş şəxslər tərəfindən verilmiş apelyasiya şikayətinin dəlillərinə əhəmiyyət verməmişdir. Xüsusilə qeyd etmək lazımdır ki, birinci instansiya məhkəməs i zərərçəkmiş şəxslərin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslərə cəza təyin olunması barədə verdiyi izahatı (ifadəni) təhrif etmiş (hesab edirik ki, bu barədə Məhkəmə iclas protokollarına dair Qeydlər təqdim etməyə də ehtiyac qalmır, ona görə ki, onsuz da birinci instansiya məhkəməsi onu da rədd edəcəkdir!) və təqsirləndirilən şəxslərin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxslər dəfələrlə verdiyi vəsatətlərə əhəmiyyət və hüquqi qiymət verməmişdir. Belə ki, bildiririk ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməli düzgün tövsif olunmamış, məhkəmə istintaqı zamanı birinci instansiya məhkəməsi tərəfindən isə işin bu halına əhəmiyyət və hüquqi qiymət verməmişdir. Təəssüf ki, apelyasiya instansiyası m əhkəməsi də bu barədə zərərçəkmiş şəxslər tərəfindən verilmiş apelyasiya şikayətinin dəlillərinə əhəmiyyət verməmişdir. Hesab edirik ki, hər iki instansiya məhkəməsinin bu mövqeyi əsassız olmaqla yanaşı, həm də tamamilə qərəzlidir. Həmçinin, birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş kobud maddi və prosessual pozuntuları zərərçəkmiş şəxslər tərəfindən verilmiş apelyasiya şikayətində və məhkəmə prosesində apelyasiya instansiyası məhkəməsinin nəzərinə çatdırılmasına, bununla əlaqədar, heç olmasa, apelyasiya instansiyası məhkəməsində araşdırmanın məhkəmə istintaqının tam aparılmasını tələb etməyimizə baxmayaraq, apelyasiya instansiya məhkəməsi həmin vəsatəti də təmin etməmişdir Apellyasiya instansiyası məhkəməsinin qərarından göründüyü kimi, məhkəmənin gəldiyi nəticələr məhkəmə icla sında tədqiq edilmiş sübutlarla təsdiq edilməmiş və CM-nın 59-cu maddəsinin tələbləri baxımından təqsirləndirilən şəxslərə həddən artıq yüngül cəza təyin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır Beləliklə, göründüyü kimi, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyildir, cinayət qanunu norması düzgün tətbiq edilməmiş, apelyasiya instansiyası məhkəməsi isə bu barədə zərərçəkmiş şəxslər tərəfindən verilmiş apelyasiya şikayətinin dəlillərinə əhəmiyyət verməmişdir Zərərçəkmiş şəxslərin nümayəndəsi qeyd olunanların nəzərə alınmasını, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 noyabr 2020-ci il tarixli qərarının ləğv edilməsini və məhkum edilmiş şəxslər Məhkum2 və Məhkum1 barədə irəli sürülmüş ittiham ü zrə cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxslərə başqa, daha ağır ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edi lməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bi lməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası məhkumlar və müdafiəçiləri tərəfindən birgə verilmiş kassasiya şikayəti ndə məhkumların təqsirsizliyi və əsassız yerə məhkum edilmələrinə dairı qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum1 və Məhkum2 məhkum x1 oğlunun təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş, mötəbərliyi şübhə doğurmayan sübutların məcmusu ilə, zərərçəkmiş şəxslərin ifadəsi ilə yanaşı, şahid ifadələ ri, ekspert rəyi və digər mötəbər sübutlarla təsdiq edilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir İş materiallarında olan, birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs X4 ifadəsində göstərmişdir ki, “1992-ci ildən ailə üzvləri ilə birlikdə Ağcabədi rayon Qaravəlli kəndi ərazisində yaşamaqla orada dövlətin balansında olan torpaq sahəsində fərdi təsərrüfatla məşğul olurlar. Məhkum1 2000-ci ildən onlarla qonşuluqda yaşayır. Dəfələrlə aralarında əsaslı səbəb olmadan dava-dalaş baş vermişdir. Yaşadıqları evin arxasında yerləşən özlərinə məxsus yonca sahəsinin hasarı uçub dağıldığından 26 mart 2020-ci il tarixdə saat təxminən 17 radələrində qardaşı D D D və qardaşı Y Y Yin oğlu Yəhya ilə birlikdə həmin yonca sahəsinin kənarlarına dirək basdırıb simlə hasara almışlar. Həmin vaxt qonşuluda yaşayan Məhkum1 yola çıxıb D D Də “niyə mənim yolumu kəsirsən” sözlərini demiş və əsaslı səbəb olmadan ünvanlarına nalayiq söyüşlər söymüşdür. məhkum x1i sakitləşdirib getməsini tələb etmiş, D D D isə dava-dalaş olmasın deyə əhəmiyyət verməmiş, məhkum x1 də özünə məxsus yonca sahəsinə qayıtmışdır. Təxminən 10 dəqiqə sonra məhkum x1 özünə məxsus 3 baş iri buynuzlu heyvanları öz yonca sahəsinə salıb orada dayanmış, sonra heyvanları öz yonca sahəsindən çıxarıb onlara məxsus yonca sahəsinə gətirmişdir. D D D heyvanları qaytarmaq istəyərkən getməyinə imkan verməmiş və dava-dalaş olmasın deyə özü məhkum x1in yanına tərəf gedib heyvanları sahədən çıxarmaq istəmiş, bu vaxt məhkum x1 onu təhqir edib əsaslı səbəb olmadan əlindəki ağac parçası ilə başına vurmuş, o, yerə yıxılmışdır. məhkum x1 həmin vaxt əlindəki ağac parçası ilə bədəninin müxtəlif nahiyələrinə vurmuşdur. məhkum x1in onu döyməsini görən kimi D D D dərhal onların yanına gəlmişdir. məhkum x1 və qardaşı SLO təxminən 15 dəqiqə müddətində onlarla dava-dalaş etmiş, həmin vaxt orada əvvəlcə özləri olmuş, sonra səs-küyə qardaşı Y Y Yin həyat yoldaşı RSH gəlmişdir”. İş materiallarında olan, birinci instansiya məhkəməsində zərərçəkmiş UHG X6 UHGayla eyniməzmunlu ifadə verərək qeyd etmişdir ki, “O, heyvanları qaytarmaq istəyərkən bacısı HFR getməyinə imkan verməmiş və dava-dalaş olmasın deyə özü məhkum x1in yanına tərəf gedib heyvanları sahədən çıxarmaq istəyərkən məhkum x1 onu təhqir edib əlindəki ağac parçası ilə HFRin başına və bədən nahiyəsinə vurmuşdur. O, dərhal onların yanına getmiş, məhkum x1in yaxınlığına çatıb ona iradın bildirəndə arxadan məhkum x1in qardaşı SLO təpiklə onu vurub yerə yıxmış, ayağa qalxmaq istəyərkən də yumruqla sifət nahiyəsinə iki zərbə vurmuşdur. Bundan sonra SLO HFRin baş nahiyəsindən qan axdığını görüb əlindəki ağac parçası ilə qardaşı məhkum x1i vurub aralaşdırmışdır. HFRi yerdən qaldırıb evə gətirmiş, HFRin baş nahiyəsindən qan axdığı və onun üz nahiyəsində xəsarət olduğu üçün idarə etdiyi avtomobillə mərkəzi xəstəxanaya gəlmişdir”. İş materiallarına əlavə edilmiş, birinci instansiya məhkəməsində şahid X8 ifadəsində göstərmişdir ki, 1992-ci ildən ailə üzvləri ilə birlikdə Ağcabədi rayon Qaravəlli kəndi ərazisində məskunlaşıb yaşamaqla dövlətin balansında olan tor paq sahəsində fərdi təsərrüfatla məşğul olurlar. Zərərçəkmiş şəxs qaynı, HFR UHGa baldızıdır. Məhkum1 və qardaşı Məhkum2 qonşu fermada yaşayırlar. Dəfələrlə aralarında narazılıq olmuş, hazırda da onlarla əlaqələri yoxdur. 26 mart 2020-ci il tarixdə saat təxminən 17 radələrində fermanın həyətində olarkən HFRin yonca sahəsində məhkum x1lə mübahisə etdiyini, məhkum x1in isə əlində olan ağac parçası ilə onun baş nahiyəsinə vurduğunu görmüşdür. Həmin vaxt D D D məhkum x1ə yaxınlaşıb onunla əlbəyaxa olanda qardaşı SLO gəlib arxadan D D Di təpiklə vurmuş, sonra isə yumruqla sifətinə vuraraq ona xəsarət yetirmişdir. İş materiallarında olan məhkəmə tibb ekspertinin 27 mart 2020-ci il tarixli, 208 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər – başın sol təpə nahiy əsində şişkinlik, sağ alt göz qapağında əzilmiş yara və qançır – küt əşyanın təsirindən törənmişdir, başındakı şişkinlik ağacla vurulma, sağ alt göz qapağında əzilmiş yara və qançır isə kənar şəxs tərəfindən yumruqla vurulma nəticəsində əmələ gələ bilərdi, xəsarətlərin yetirilmə müddəti 26.03.2020-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan məhkəmə tibb ekspertinin 27 mart 2020-ci il tarixli, 209 nömrəli rəyindən görünür ki, X2 bədənində aşkar edilmiş xəsarətlər – başın sol təpə nahiyəsində əzilmiş yara, sol kürəküstü nahiyədə qançır, qarının sol yarısının ön səthində iki ədəd qançır, sol bazuda qançır, sol saiddə qançır, sağ mil-bilək oynağında qançır, sol sağrıda qançır və sol diz oynağında qançır – küt əşyanın təsirindən törənmişdir, kənar şəxs tərəfindən ağacla vurulma nəticəsində əmələ gələ bilərdi, xəsarətlərin yetirilmə müddəti 26.03.2020-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkumlar və müdafiəçi tərəfindən birgə verilmiş kassasiya şikayətini nəzərdən keçirərək məhkəmə kollegiyası qeyd edir ki, məhkumların təqsirsizliyi ilə bağlı göstərilən hallar müdafiə xarakterlidir, Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində, bəraətin əsaslarını nəzərdə tutan hallar qeyd olunan cinayət iş üzrə Məhkum1 və Məhkum2 məhkum x1 oğluna münasibətdə müəyyən edilməmişdir. Hazırki kassasiya şikayəti göstərilən dəlillər məhkumların eyni məzmunlu apelyasiya şikayətində də göstərilmiş, apelyasiya instansiyası məhkəməsi həmin dəlilləri ətraflı araşdırıb qərar qəbul etmişdir Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü - cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən, bəraət hökmü bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır. Zərərçəkmiş şəxslərin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum1 və Məhkum2 məhkum x1 oğlunun əməlinin əsassız olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunması mübahisələndirilmişdir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3- cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsəl əni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Kassasiya şikayətinin Məhkum1 və Məhkum2 əməlinin CM-nin 221.3-cü maddəsi ilə tövsif edilməsinə dair dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində - Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətd ə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 221.3-cü maddəsində Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunması müəyyən edilmişdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surət də pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın ta mamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Həmin qərarda həmçinin göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi iş üçün əhəmiyyət kəsb edən b ütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən Məhkum1 və Məhkum2 əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə düzgün tövsif etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum1 CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş, təqsirləndirilən şəxsin ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilərək əsaslı nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəs i haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəx siyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr tərəfindən məhkumlara cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini ehtiva edən Cinayət Məcəlləsinin 58.3, 8.1, 41.2-ci maddələrini, cəzanı yüngülləşdirən halları, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının tövsiyyələrini, törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təyin olunan cə zanın onun islah olunmasına təsiri nəzərə alınaraq, cəzanın məqsədini təmin edən qanuni və ədalətli cəza təyin etmişdir Azərbaycan Respublikası Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin pozulması, Məhkum1 müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulm ası halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətlərinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətlərinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 noyabr 2020-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətlərində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan kassasiya şikayətləri təmin olunmadan qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respubl ikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-699/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-699/2021
19.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver