Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-699/2022 28.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə; məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri Ayxan Məhəmmədəli oğlu Hüseynlinin və məhkum Təqsirləndirilən şəxs iştirakları ilə, Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasın ın 07 oktyabr 2021-ci il tarixli qərarından Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin (hakim: Zaur Hünmətov) 1(044)-81/2021 nömrəli, 26 may 2021-ci il tarixli hökmü ilə xx xxxx 1977-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, "xxxx" MMC-nin Gəncə Alüminium Kompleksinin İstehsalat şöbəsində anodda qalan elektrolit qalıqlarının təmizləyicisi vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 221.2.2-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən həmin maddə ilə bəraət verilmiş, o, CM-in 127.2.3-cü maddəsində nəzərdə tu tulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşin halları: İttihama əsasən Təqsirləndirilən şəxs təqsirli bilinib məhkəməyə verilmişdir ona görə ki, o, 15 aprel 2020-ci il tarixdə, saat 20:30 radələrində ictimai yer hesab edilən Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində yerləşən “Nəhəng Daş” ticarət mərkəzinin qarşısında, X6 küçəsi ilə piyada yaşadıqları evə atası Şahid1 Avil oğlu ilə birlikdə gedərkən yüngül dərəcəli sərxoş vəziyyətində birgə yaşayış qaydalarına zidd olaraq, ictimai qaydanı kobud sürətdə pozan hərəkətlər edərək uca səslə sonununcunun ünvanına nalayiq ifadələr işlətməsinə görə onların arxası ilə eyni istiqamətdə piyada hərəkət edən Gəncə şəhər sakini Zərərçəkmiş şəxs1 tərəfindən onun qanunsuz əməlləri ilə bağlı hərəkətlərinə iradını bildirən zaman o, Zərərçəkmiş şəxs1 ictimai yer hesab edilən həmin küçədə nalayiq söyüşlərlə söyüb cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə heç bir əsaslı səbəb olmadan, zor tətbiq edərək başı və yumruğu ilə Zərərçəkmiş şəxs1 sifət və bədəninin digər nahiyələrinə vurub sonuncuya sağ bazu oynağının çıxığı, üst dodağın əzilmiş yarası, üst çənədə yerləşən bir ədəd dişin tac hissəsinin hissəvi sınığı, hər iki göz altı nahiyənin qançırları ilə müşayiət edilən xəsarətlər yetirməklə xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuş və hadisə zamanı yaranmış səs-küyə görə oraya gəlmiş ictimai qaydanın qorunması üzrə öz vəzifələrini yerinə yetirən və ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndələri hesab olunan Gəncə şəhər BPİ-nin PPXT-nın əməkdaşı Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 onun hərəkətlərinin qarşısını almağa cəhd edərkən hər iki hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmayıb, həmin şəxsləri də fiziki zor tətbiq edəcəyi hədəsi ilə hədələmiş, təkrar onu intizama dəvət edən polis nəfərlərinin qanuni tələbinə tabe olmayaraq onlara fiziki zor tətbiq edib, kənara itələyərək və onu tutub saxlayan zaman əllərindən çıxıb polis əməkdaşlarına müqavimət göstərməklə qərəzli xuliqanlıq etmişdir. Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Salman Hüseynov (sədrlik edən və məruzəçi), Çingiz Məmmədov və Teyyub Muxtarov) 1(104)420/2021 nömrəli, 07 oktyabr 2021-ci il tar ixli qərarı ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 1(044)-81/2021 nömrəli, 26 may 2021-ci il tarixli hökmü ilə dəyişdirilmədən saxlanılmış, Dövlət ittihamçısı1 tərəfindən verilmiş apelyasiya protesti təmin edilməmişdir. Dövlət ittihamçısı2 kassasiya protesti verərək Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 oktyabr 2021-ci il tarixli qərarı ləğv edilməsi və cinayət işi yeni apelyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı2 kassasiya protestini onunla əsaslandırmışdır ki, Gəncə Apelyasiya Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli qərarı əsassız və qanunsuzdur. Birinci instansiya məhkəməsi hökm çıxararkən "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəm əsi Plenumunun 23 mart 2004cü il tarixli qərarını, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 07 mart 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarındakı hüquqi mövqeyini və cinayət qanunvericiliyini maddələrini nəzərə almamışdır. İş materiallarındakı ifadələrdən görünür ki, Təqsirləndirilən şəxs həm sərxoş, həm də əsəbləşdiyi üçün özünü normal idarə edə bilmədiyindən atasına qarşı nalayiq ifadələr deyə-deyə sonuncu ilə mübahisə etmiş, bu vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 tərəfindən iradlar bildirilməsinə baxmayara q Təqsirləndirilən şəxs daha da azğınlaşaraq zərərçəkmiş şəxsə bir necə dəfə hücum edib sonuncuya xəsarətlər yetirmiş, Təqsirləndirilən şəxs həm atası, həm sonradan oraya gələn polis əməkdaşları zərərçəkmiş şəxsdən aralaşdırmaq istəsələr də Təqsirləndirilən şəxs buna macal qoymadan Zərərçəkmiş şəxs1 hücum edərək sonuncuya yenidən xəsarət yetirmişdir. Məhkəmə ittiham tərəfinin sübut kimi təqdim etdiyi Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini digər sübutlarla müqayisə etməmişdir. Qeyd olunan bu sübut digər sübutlarla müqayisə etdikdə digər zərərçəkmiş şəxslərin ibtidai istintaq zamanı vermiş olduqları ifadələr daha ağlabatan və inandırıcı görünür. Beləliklə də, belə nəticəyə gəlinir ki, yuxarıda göstərilən təhlilləri və zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkm iş şəxs2 və Zərərçəkmiş şəxs3 məhkəmə istintaqı zamanı özləri tərəfindən ibtidai istintaq zamanı verdikləri ifadələrinin təsdiqlənməsi, həm sərxoş, həm də əsəbiləşdiyi üçün özünü normal idarə edə bilməyən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən nizam-intizama dəvət edilən kimi öz xuliqanlıq hərəkətlərini dərhal dayandıraraq sakitləşməsi və sakit halda PPX avtomaşınına özünün oturması inandırıcı deyildir. Ona görə də, məhkəmə iclas protokolundakı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ifadələrindəki guya “İlham onlara hər hansı müqavimət göstərməməsi, istintaqda İlhamın ona və ekipaj yoldaşına qarşı müqavimət göstərməsi barədə ifadə verərkən demələri xatırlamamaqları” sözlər “....Onlar həmin hadisə yerinə gəldikdən sonra təxminən 15 dəqiqəy ə yaxın Təqsirləndirilən şəxs sakitləşdirməyə və onu kənara çəkməyə çalışsalar da, İlham onları geri itələyərək əllərindən çıxıb Razimi döyməyə davam etmişdir. Onlar yenidən İlhamı nizam-intizama dəvət edib Polis Bölməsinə aparmaq istəsələrdə Təqsirləndirilən şəxs onların qanuni tələblərinə tabe olmayıb ətrafdan keçən digər vətəndaşlara da nalayiq söyüşlər söyüb öz xuliqanlıq hərəkətlərini davam etdirmişdir. Lakin buna baxmayaraq onlar Təqsirləndirilən şəxs çətinliklə də olsa post patrul avtomobilinə əyləşdirib Nizami Rayon Polis Bölməsinə aparıb təhvil vermişlər.” sözləri ilə əvəz edilməsi ilə əlaqədar birinci instansiya məhkəməsində iştirak edən dövlət ittihamçısı tərəfindən yazılı qeydlər verilmişdir. Məhkəmə istintaqı zamanı isə dindirilmiş Şahid2 ifadəsində polis əməkdaşları da oraya gəldikdə İlhamı sakitləşdirib sonuncunu nizam-intizama dəvət edib, onu və İlhamı polis maşınına mindirərək polis idarəsinə apardıqlarını, İlham polis əməkdaşlarına hər hansı müqavimət göstərmədiyini, ibtidai istintaq zamanı İlhamın polis əməkdaşlarına müqavimət göstərməsi kimi ifadə vermədiyini göstərmişdir. Məhkəmə öz mülahizəsinə uyğun qəbul etdiyi sübutları yuxarıda sadalanan ittiham tərəfinin sübutları ilə müqayisə etdikdə Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi yuxarıdakı təhlillərə görə daha mötəbər və həqiqəti özündə əks etdirən sübut kimi qəbul edilməli olduğu açıq-aydın görünür. Həmçinin işdə olan hadisənin video görüntüsündən də görünür ki, polis əməkdaşları hadisəni törədən şəxsi post patrul avtomobilinə mindirməyə çalışmışlar. Yəni məhkəmənin zərərçəkmiş şəxs qismi ndə dindirilmiş Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ifadələrini təhrif edib hökmdə göstərdiyi (Təqsirləndirilən şəxs özünün PPX avtomobilinə oturması və onlara hər hansı müqavimət göstərməməsi) kimi deyildir. Göründüyü kimi məhkəmə yuxarıda şərh edilən halları nəzərə almadan, ittiham tərəfinin sübutları ümumiyyətlə rədd etmədən, həm də öz mülahizəsinə uyğun ifadələri təhrif etməklə, əsasız olaraq hökmün təsviri-əsaslandırıcı hissəsində istintaq orqanının müəyyən etdiyi hallara diqqət yetirmədən Təqsirləndirilən şəxs CM-in 221.2.2-ci maddəsi ilə təqsirinin sübuta yetirilməməsi əsası ilə bəraət vermişdir. Beləliklə də, həm ibtidai, həm də məhkəmə istintaqları zamanı tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs1 zor tətbiq etdikdə hadisə zamanı yaranmış səs-küyə görə oraya gəlmiş ictimai qaydanın qorunması üzrə öz vəzifələrini yerinə yetirən və ictimai qaydanın pozulmasının qarşısına alan hakimiyyət nümayəndələri hesab olunan Gəncə şəhər BPİ-nin PPXT-nın əməkdaşı Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 onun hərəkətlərinin qarşısını almağa cəhd edərkən hər iki hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmayıb, həmin şəxsləri də fiziki zor tətbiq edəcəyi hədəsi ilə hədələmiş, təkrar onu intizama dəvət edən polis nəfərlərinin qanuni tələbinə tabe olmayaraq onlara fiziki zor tətbiq edib, kənara itələyərək və onu tutub saxlayan zaman əllərindən çıxıb polis əməkdaşlarına müqavimət göstərməklə qərəzli xuliqanlıq etmişdir. İş üzrə məhkəmə iş materiallarında olan mövcud sübutları əsassız olaraq subyektiv mülahizələrinə əsasə n digər sübutlarla müqayisəli tədqiq etmədən və işin faktiki hallarını nəzərə almadan, sübutları tam, hərtərəfli və obyektiv yoxlamadan işin faktiki hallarına uyğun olmayan təqsirləndirilən şəxslərin özünü müdafiə xarakterli ifadələrinə əsaslanmaqla yanlış nəticəyə gəlmişdir. Göründüyü kimi, məhkəmə işi qeyri-obyektiv və birtərəfli apararaq cinayət qanunun və cinayət-prosessual qanunun normalarının tələblərini kobud şəkildə pozmuş, bunun nəticəsi olaraq CM-in 221.2.2-ci maddəsi ilə nəzərdə tutulan az ağır cinayətlər təsnifatına daxil olan əmələ münasibətdə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən kənarda qalmışlar. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstəril ənlərə əsasən kassasiya protesti təmin olunmalı, Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 oktyabr 2021-ci il tarixli qərarı ləğv edilərək cinayət işi yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qayda sında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili məhkəmələrin iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları düzgün araşdırmaması, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq olunmaması və təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-in 221.2.2-ci maddəsi ilə bəraət verilməsinin əsassız və qan unsuz olmasıdır. İşdən görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ona qarşı Azərbaycan Respublikası CM-in 221.2.2 və 127.2.3-cü maddələri ilə ittiham irəli sürmüşdür. Lakin Gəncə şəhəri Nizami Rayon Məhkəməsi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.2.2-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət vermişdir. Hökmündə isə bunu onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs hadisə yerinə gələn polis əməkdaşlarına qarşı müqavimət göstərilməsi sübuta yetirilməmişdir. Ona görə də məhkəmə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstər məklə xuliqanlıq törədilməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsinə əsasən xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərdir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlərdir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər ded ikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin qərarın 5-ci bəndinə əsasən məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyəti ilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirər kən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü büruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyəti ilə qəsdən adamöldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cümaddələri ilə tövsif edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdanaçığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə onda həmin şəxsin əməli cinayətlərin məcmusu qaydasında həm də CM-in 221-ci maddəsi ilə tövsif olunmalıdır. Bundan başqa həmin qə rarın 7-ci bəndinə əsasən xuliqanlıq zamanı hakimiyyət nümayəndəsinə qarşı onun həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə müşayiət olunan müqavimət göstərildikdə də əməl cinayətlərin məcmusu qaydasında Cinayət Məcəlləsinin 221.2.2 və 315.2-ci maddələri ilə tövsif olunmalıdır. Hakimiyyət nümayəndəsi olmayan, lakin xuliqanlıq hərəkətlərinin qarşısını alan şəxsə onun həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edilərsə, yenə də əməl cinayətlərin məcmusu qaydasında Cinayət Məcəlləsinin 221-ci və şəxsiyyətə vurulan zərərin dərəcəsindən asılı olaraq Cinayət Məcəlləsinin 126-cı və ya 127-ci maddələri ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama za manı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni CM-in 127.2.3-cü maddəsi ilə təqsirli bilərək ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs1 əvvəllər tanımamış, sonuncu ilə hər hansı bir münasibəti, o cümlədən düşmənçiliyi və ya ədavəti olmamış, 15 aprel 2020-ci ildə, saat 20:30 radələrində atası Şahid1 ilə birlikdə “Əminə” marketin yanında yerləşən Azərbaycan Beynəlxalq Bankının bankomatından atası Aydının pensiya pulunu alıb Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində yerləşən “Nəhəng Daş” ticarət mərkəzinin qarşısındakı X6 küçəsi ilə e vləri istiqamətində gedərkən o, atası ilə mübahisə etmiş, atasına demişdir ki, “bu axşam vaxtı nə məcbur idi ki, biz bankomatdan pul çıxardırıq”. Atası Aydın isə onu sakitləşdirmişdir ki, “sakit ol gəl gedək evə”. Həmin vaxt o, sərxoş olmuş, belə ki, evdən çıxmamışdan əvvəl təxminən 350 qram spirtli içki olan araq içmişdir. Qeyd olunan vaxt sərxoş olduğundan və əsəbiləşdiyindən özünü normal idarə edə bilməmişdir. Yeni Gəncə bazarının yuxarı hissəsinə çatanda tanımadığı təxminən 50 yaşlı adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs1 ona yaxınlaşıb “nə üçün yaşlı adamla belə söyüşlə danışırsan” sözlərini deyəndə o, Razimə demişdir ki, “sənin nəyinə lazımdır, bu yaşlı adam mənim atamdır, get işinlə məşğul ol”. Zərərçəkmiş şəxs1 yenidən ona demişdir ki, “atan olsa da küçədə nalayiq söyüşlə dan ışmayın, gedin evinizdə söhbətinizi edin”. Razim bir daha üçüncü dəfə yenidən ona demişdir ki, “axı sənin ağsaqqal kişi ilə nə işin var”. Həmin vaxt o, Zərərçəkmiş şəxs1 sifət nahiyəsinə bir dəfə qəsdlə kəllə vurmuş, Razim yerə yıxıldıqdan sonra o, yumruğu ilə Razimin başına və bədəninin müxtəlif yerlərinə bir neçə dəfə qəsdlə yumruqla zərbələr vurub sonuncunu döyməyə başlamışdır. Həmin vaxt atası Aydın kənarda dayanıb “ay bala sakitləş, camaatı döymə” deyə ona müraciət etmişdir. Ancaq o, əsəbi olduğu üçün atasının dediklərinə məhəl qoymayaraq Zərərçəkmiş şəxs1 döyməkdə davam etmişdir. Həmin vaxt polis əməkdaşları oraya gəlmişlər, onu sakitləşdirib Nizami Rayon Polis Bölməsinə aparmışlar. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində b ildirmişdir ki, o, Gəncə şəhər, Baş Polis İdarəsinin Post Patrul Xidməti Taborunda xidmət edir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 əvvəllər tanımamış, həmin şəxslərlə hər hansı bir münasibəti, o cümlədən düşmənçiliyi və ya ədavəti olmamışdır. 15 aprel 2020-ci il tarixdə, saat 20 radələrində ekipaj yoldaşı Gəncə şəhər Baş Polis İdarəsinin Post Patrul Xidməti Taborunun polis serjantı Zərərçəkmiş şəxs3 ilə birlikdə idarə etdiyi **-PB-*** dövlət qeydiyyat nişanlı patrul avtomaşınında Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində xidmət apararkən Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində yerləşən “Nəhəng Daş” ticarət mərkəzinin qarşısındakı X6 küçəsində bir neçə nəfər şəxslərin oraya yığışdıqlarını görmüşdür. Həmin vaxt o, dərhal idarə etdiyi xidməti patrul avtomaşınını saxlamış, avtomobildən düşüb həm in şəxslərə yaxınlaşanda görmüşlər ki, adları sonradan məlum olan Təqsirləndirilən şəxs özündən yaşca böyük olan X3 yerə yıxaraq onu əl və ayaq zərbələri ilə döyür. Onlar Təqsirləndirilən şəxs sakitləşdirib Razimdən aralamaq məqsədi ilə İlhamı nizam-intizama dəvət edib birlikdə Polis Bölməsinə getməyi təklif etmişlər. Onlar Təqsirləndirilən şəxs post patrul avtomobilinə əyləşdirib Nizami Rayon Polis Bölməsinə aparıb təhvil vermişlər. O, rəhbərliyə raport yazıb baş vermiş hadisə barədə məruzə etmişdir. Onu da qeyd etmişdir ki, baş vermiş hadisə zamanı o və Elnur heç bir bədən xəsarəti almamışlar, İlham ona hər hansı müqavimət göstərməmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirdi ki, o Gəncə şəhər, Baş Polis İdarəsinin Post Patrul Xi dməti Taborunda xidmət edir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 əvvəllər tanımamış, həmin şəxslərlə hər hansı bir münasibəti, o cümlədən düşmənçiliyi və ya ədavəti olmamışdır. 15 aprel 2020-ci il tarixdə, saat 20 radələrində ekipaj yoldaşı Gəncə şəhər Baş Polis İdarəsinin Post Patrul Xidməti Taborunun polis serjantı Zərərçəkmiş şəxs2lə idarə etdiyi **PB-*** dövlət qeydiyyat nişanlı patrul avtomaşınında Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində xidmət apararkən Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində yerləşən “Nəhəng Daş” ticarət mərkəzinin qarşısındakı X6 küçəsində bir neçə nəfər şəxslərin oraya yığışdıqlarını görmüşdür. Həmin vaxt o, dərhal idarə etdiyi xidməti patrul avtomaşınını saxlamış, avtomobildən düşüb həmin şəxslərə yaxınlaşanda görmüşlər ki, adları sonradan məlum olan Təqsirləndiri lən şəxs özündən yaşca böyük olan X3 yerə yıxaraq onu əl və ayaq zərbələri ilə döyür. Onlar Təqsirləndirilən şəxs sakitləşdirib Razimdən aralamaq məqsədi ilə İlhamı nizam-intizama dəvət edib birlikdə Polis Bölməsinə getməyi təklif etmişlər. Onlar Təqsirləndirilən şəxs post patrul avtomobilinə əyləşdirib Nizami Rayon Polis Bölməsinə aparıb təhvil vermişlər. O, rəhbərliyə raport yazıb baş vermiş hadisə barədə məruzə etmişdir. Onu da qeyd etmişdir ki, baş vermiş hadisə zamanı o heç bir bədən xəsarəti almamışlar, İlham ona hər hansı müqavimət göstərməmişdir. Məhkəmə kollegiyası iş üzrə zərərçəkmiş şəxslərin və şahid ifadələrinin araşdırarkən müəyyən etmişdir ki, məhkum İlham Bayramovun hadisə yerinə gəlmiş polis əməkdaşlarına müqavimət göstərməsi təsdiq etməsə də, onun xuliqanlıq əməlini törət məsi tam sübuta yetirilmişdir. Belə ki, birinci instansiya məhkəməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında öz hökmündə də işin faktiki halları belə təsvir etmişdir. “ Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs 15 aprel 2020-ci il tarixdə saat 20:30 radələrində ictimai yer hesab edilən Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində yerləşən “Nəhəng Daş” ticarət mərkəzinin qarşısında, X6 küçəsi ilə piyada yaşadıqları evə atası Şahid1 Avil oğlu ilə birlikdə gedərkən yüngül dərəcəli sərxoş vəziyyətində birgə yaşayış qaydalarına zidd olaraq, ictimai qaydanı kobud sürətdə pozan hərəkətlər edərək uca səslə sonununcunun ünvanına nalayiq ifadələr işlətməsinə görə onların arxası ilə eyni istiqamətdə piyada hərəkət edən Gəncə şəhər sakini Zərərçəkmiş şəxs1 tərəfind ən onun qanunsuz əməlləri ilə bağlı hərkətlərinə iradını bidirən zaman o, Zərərçəkmiş şəxs1 ictimai yer hesab edilən həmin küçədə nalayiq söyüşlərlə söyüb cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə heç bir əsaslı səbəb olmadan, zor tətbiq edərək başı və yumruğu ilə Zərərçəkmiş şəxs1 sifət və bədəninin digər nahiyyələrinə vurub sonuncuya sağ bazu oynağının çıxığı, üst dodağın əzilmiş yarası, üst çənədə yerləşən bir ədəd dişin tac hissəsinin hissəvi sınığı, hər iki göz altı nahiyənin qançırları ilə müşayiət edilən xəsarətlər yetirməklə xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Azərbaycan Respublikası CM-in 221.2.2-ci maddəsinin dispozisiyasından görünür ki, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərilməsi xuliqanlıq əməlinin ağırlaşdırıcı (tövsifedici) hal kimi çıxış edir. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum İlham Bayramovun əməlində Azərbaycan Respublikası CM-in 221.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş ağırlaşdı rıcı (tövsifedici) əlaməti olmasa da, onun xuliqanlıq əməlini törətməsi sübutlarla təsdiq olunur. Lakin birinci instansiya məhkəməsi məhkum İlham Bayramovun əməlində Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinin olmasına baxmayaraq, buna heç bir qiymət vermədən məhkuma Azərbaycan Respublikası CM-in 221.2.2-ci maddəsi ilə olan ittiham üzrə bəraət verərək nəticədə cinayət və cinayət-prosessual qanunvericiliyini düzgün tətbiq etməmişdir. Dövlət ittihamçısının birinci instansiyası məhkəməsinin hökmündən verdiyi apelyasiya protestindən görünür ki, protestdə Təqsirləndirilən şəxs CM-in 221.2.2-ci maddəsi ilə bəraət hökmünün əsassız və qeyri-qanuni olması bildirilməklə ləğv olunması, onun əməlində Azərbaycan Respublikası CM-in 127.2.3 və 221. 2.2-ci maddələrinin tərkib hissələrinin olması və təqsirləndirilən şəxsin əməlinin həmin maddə ilə təqsirli bilinib məhkum olunması xahiş edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, məhkəmə apelyasiya protestinin dəlillərini tam araşdırmamış, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşıb, məhkum İlham Bayramovun əməlində Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinin olması ilə əlaqədar onun əməlinə hüquqi qiymət vermədən hökmün bəraət hissəsini qüvvədə saxlayaraq yol verilmiş hüquqi səhvi təkrarlamışdır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyekti v araşdırmaq daxildir. Həmin Məcəllənin cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materialların birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Azərbaycan Respublikası CPM-in 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi proseduralara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Azərbaycan Re spublikası CPM- in 28.4.2-ci maddəsi cinayət mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyət yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxan sonuncu instansiya məhkəməsi olduğu üçün həmin məhkəmənin vəzifəsidir ki, işin nəticəsi üçün əhəmiyyətli olan bütün zəruri h alları araşdırsın, işə obyektiv qiymət versin və işdə qanunçuluğa əməl olunmasını ciddi yoxlasın. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi ittiham tərəfinin sübutları və apelyasiya protestinin dəlilləri ilə bağlı işin halları tədqiq etməməklə, gəldiyi nəticəni əsaslandırmamaqla Azərbaycan Respublikası CPM-in 349-cü maddəsinin tələblərini pozmuşdur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısının kassasiya protestinin dəlilləri əsaslı olduğundan, kassasiya protesti təmin edilməli, Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 oktyabr 2021-ci il tarixli qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli və iş yeni apelyasiya baxışına təyin edilməlidir. Məhkəmə kollegiyası b ildirir ki, yeni apelyasiya baxışı zamanı iş üzrə düzgün nəticəyə gəlmək üçün məhkumun əməlinə məhkəmə iclasında müəyyən edilmiş işin hallarına uyğun hüquqi qiymət verilməklə iş üzrə qanuni və əsaslı qərar qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 419.10.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 oktyabr 2021-ci il tarixli Təqsirləndirilən şəxs barəsindəki qərarı ləğv edilsin və iş yeni apelyasiya baxışına təyin edilsin. Kassasiya protesti təmin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-699/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-699/2022
28.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver