Məhkəmə qərarları › İş №1(102)-699/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-699/2024

29.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-699/2024 29.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRAR Hakimlər: Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə; X5 oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X3 iştirakı ilə, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 08 may 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 133.2.2 və 133.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum ol unmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 iyul 2023-cü il tarixli qərarından Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 1(005)-20/2023 saylı, 08 may 2023-cü il tarixli hökmü (sədrlik edən hakim Hafiz Kamranov) ilə 23 avqust 1987-ci il tarixdə Şuşa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, orta təhsilli, fərdi loqistika şirkətində maliyyə müdiri vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 133.2.2 və 133.2.6-cı maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi və ona Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının, Cinayət Məcəlləsinin 133.2.2 və 133.2.6-cı maddələri ilə 02(iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum üzərində 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum 17 aprel 2020-ci il tarixdən 19 aprel 2020-ci il tarixədək tutulduğu, cəmi 02 (iki) gün müddətin azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə hesablanaraq onun üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Məhkum təyin edilmiş 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 03 (üç) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməsi, sınaq müddətinin əvvəlinin hökm qanuni qüvvəyə mindikdən sonra hesablanması, Məhkum üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması, sınaq müddəti ərzində Məhkum davranışı üzərində nəzarətin yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməsi, Məhkum barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökmün qanuni q üvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsi Məhkum haqqında ittiham hökmü çıxararkən belə nəticəyə gəlmişdir ki, Məhkum təqsirkardan maddi və sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürməyə cəhd həddinə çatdırmış, işgəncə verməklə və aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar verməklə əzab vermişdir. Belə ki, Məhkum 2014-cü ildən 2019-cu ilin sonlarınadək Bakı şəhərinin müxtəlif rayonlarında yerləşən ayrı- ayrı ünvanlarda Zərərçəkmiş şəxs ilə birlikdə qalan zaman sonuncu ilə qeyri-rəsmi ər-arvad münasibətində olaraq, birgə münasibətdən uşaqları olması səbəbi ilə aralarında kəsilməyən bağlılığa görə maddi və sair cəhətdən özündən asılı vəziyyətdə olmuş Zərərçəkmiş şəxs birgə yaşadıqları müddətdə dəfələrlə, mütəmadi olaraq, səbəbsiz, nalayiq ifadələrlə və söyüşlərlə təhqir etməklə, Zərərçəkmiş şəxs əxlaqsız həyat tərzi keçirməsini və 14 yanvar 2015-ci il təvəllüdlü «Nurlan» adlı oğlunun başqa kişiylə cinsi əlaqədə olması nəticəsində doğulduğuna dair əsassız iddialar irəli sürməklə sonuncu ilə amansız rəftar edərək, ləyaqətini mütamadi olaraq alçaldıb, işgəncə verməklə və aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126 və 127-ci maddələrin də göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar verməklə 05 iyul 2018-ci il tarixdə saat 14 radələrində birlikdə qaldıqları ünvan 4 ünvanında yerləşən «Naftalan» motelində həmin vaxt hamilə vəziyyətdə olan Zərərçəkmiş şəxs sillə zərəbələri vuraraq döyüb, hər iki yanağın sıyrıqları olan dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs əzəb vermiş və fiziki və psixoloji təzyiqlər edərək Zərərçəkmiş şəxs psixi-emosional sferasında sıxıntı, gərginlik, bezikmə, emosional və sinir gərginliyindən yaranmış emosional reaksiya halını keçirməsinə səbəb olan hərəkətlər etməsinə nəticəsində Zərərçəkmiş şəxs özünü öldrümək məqsədi ilə moteldə olan stəkanı sındaraq stəkanın hissələri ilə boynun sağ yan səthinin və sol saidin səthi kəsilmiş yaraları olan sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirərək özünü öldürmək istəmiş, lakin kənar şəxslərin müdaxiləsi nəticəsində bu hərəkətləri sona çatdıra bilmədiyindən Zərərçəkmiş şəxs özünü öldürməyə cəhd həddinə çatdırmışdır. Bundan başqa Məhkum 2014-cü ildən 2019-cu ilin sonlarınadək Bakı şəhərinin müxtəlif rayonlarında yerləşən ayrı-ayrı ünvanlarda Zərərçəkmiş şəxs ilə birlikdə qalan zaman sonuncu ilə qeyri-rəsmi ər-arvad münasibətində olaraq, birgə münasibətdən uşaqları olması səbəbi ilə aralarında kəsilməyən bağlılığa görə maddi və sair cəhətdən özündən asılı vəziyyətdə olmuş Zərərçəkmiş şəxs birgə yaşadıqları müddətdə dəfələrlə, mütəmadi olaraq, səbəbsiz, nalayiq ifadələrlə və söyüşlərlə təhqir etməklə, Zərərçəkmiş şəxs əxlaqsız həyat tərzi keçirməsini və 14 yanvar 2015-ci il təvəllüdlü «Nurlan» adlı oğlunun başqa kişiylə cinsi əlaqədə olması nəticəsində doğulduğuna dair əsassız iddialar irəli sürməklə sonuncu ilə amansız rəftar edərək, ləyaqətini mütamadi olaraq alçaldıb, işgəncə verməklə və aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar verməklə əzab verməklə fiziki və psixoloji təzyiqlər edərək Zərərçəkmiş şəxs psixi-emosional sferasında sıxıntı, gərginlik, bezikmə, emosional və sinir gərginliyindən yaranmış emosional reaksiya halını keçirməsinə səbəb olan hər əkətlər etməsinə nəticəsində Zərərçəkmiş şəxs özünü öldrümək məqsədi ilə 16 iyul 2018-ci ildə Bakı şəhəri, Nəsimi rayon ərazisində yerləşən Bakı Metropoliteninin “Memar Əcəmi” stansiyasında hərəkətdə olan qatarın altına atmaq istəmiş, lakin kənar şəxslərin müdaxiləsi nəticəsində bu hərəkətləri sona çatdıra bilmədiyindən Zərərçəkmiş şəxs özünü öldürməyə cəhd həddinə çatdırmışdır. Bundan başqa Məhkum 2014-cü ildən 2019-cu ilin sonlarınadək Bakı şəhərinin müxtəlif rayonlarında yerləşən ayrı-ayrı ünvanlarda Zərərçəkmiş şəxs ilə birlikdə qalan zaman sonuncu ilə qeyri-rəsmi ərarvad münasibətində olaraq, birgə münasibətdən uşaqları olması səbəbi ilə aralarında kəsilməyən bağlılığa görə maddi və sair cəhətdən özündən asılı vəziyyətdə olmuş Zərərçəkmiş şəxs birgə yaşadıqları müddətdə dəfələrlə, müt əmadi olaraq, səbəbsiz, nalayiq ifadələrlə və söyüşlərlə təhqir etməklə, Zərərçəkmiş şəxs əxlaqsız həyat tərzi keçirməsini və 14 yanvar 2015-ci il təvəllüdlü «Nurlan» adlı oğlunun başqa kişiylə cinsi əlaqədə olması nəticəsində doğulduğuna dair əsassız iddialar irəli sürməklə sonuncu ilə amansız rəftar edərək, ləyaqətini mütamadi olaraq alçaldıb, işgəncə verməklə və aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar verməklə 14 avqust 2018-ci il tarixdə saat 01 radələrində kirayə yaşadığı ünvan 6 ünvanında həmin vaxt hamilə vəziyyətdə olan Zərərçəkmiş şəxs yumruq və təpik zərbələri vur araq döyüb sonuncuya başın sağ təpə nahiyəsinin qançır-şişkinliyi və sol budun qançırları olan dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs əzəb vermişdir. Bundan başqa Məhkum 2014-cü ildən 2019-cu ilin sonlarınadək Bakı şəhərinin müxtəlif rayonlarında yerləşən ayrıayrı ünvanlarda Zərərçəkmiş şəxs ilə birlikdə qalan zaman sonuncu ilə qeyrirəsmi ər-arvad münasibətində olaraq, birgə münasibətdən uşaqları olması səbəbi ilə aralarında kəsilməyən bağlılığa görə maddi və sair cəhətdən özündən asılı vəziyyətdə olmuş Zərərçəkmiş şəxs birgə yaşadıqları müddətdə dəfələrlə, mütəmadi olaraq, səbəbsiz, nalayiq ifadələrlə və söyüşlərlə təhqir etməklə, Zərərçəkmiş şəxs əxlaqsız həyat tərzi keçirməsini və 14 yanvar 2015-ci il təvəllüdlü «Nurlan» adlı oğlunun başqa kişiylə cinsi əlaqədə olması nəticəsində doğulduğuna dair əsassız iddialar irəli sürməklə sonuncu ilə amansız rəftar edərək, ləyaqətini mütamadi olaraq alçaldıb, işgəncə verməklə və aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar verməklə 17 avqust 2018-ci il tarixdə saat 02 radələrində kirayə yaşadığı ünvan 6 ünvanında həmin vaxt hamilə vəziyyətdə olan Zərərçəkmiş şəxs yumuruq və təpik zərbələri vuraraq döyüb sonuncuya sol bazunun, sol saidin, sağ budun, hər iki diz oynağı nahiyələrinin, hər iki baldırın qançırları olan dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs ac saxlamaqla yaşad ıqları evin qapısını bağlayıb çıxmasına çətinlik yaradaraq əzəb vermişdir. Bundan başqa Məhkum 2014-cü ildən 2019-cu ilin sonlarınadək Bakı şəhərinin müxtəlif rayonlarında yerləşən ayrı-ayrı ünvanlarda Zərərçəkmiş şəxs ilə birlikdə qalan zaman sonuncu ilə qeyri-rəsmi ər-arvad münasibətində olaraq, birgə münasibətdən uşaqları olması səbəbi ilə aralarında kəsilməyən bağlılığa görə maddi və sair cəhətdən özündən asılı vəziyyətdə olmuş Zərərçəkmiş şəxs birgə yaşadıqları müddətdə dəfələrlə, mütəmadi olaraq, səbəbsiz, nalayiq ifadələrlə və söyüşlərlə təhqir etməklə, Zərərçəkmiş şəxs əxlaqsız həyat tərzi keçirməsini və xx.xx.2015-ci il təvəllüdlü «Nurlan» adlı oğlunun və 06 may 2019-cu il təvəllüdlü «Daniella» adlı qızının başqa kişiylə cinsi əlaqədə olması nəticəsində doğulduğuna dair əsassız iddialar irəli sürməklə sonuncu ilə amansız rəftar edərək, ləyaqətini mütamadi olaraq alçaldıb, işgəncə verməklə və aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar verməklə əzab verməklə fiziki və psixoloji təzyiqlər edərək Zərərçəkmiş şəxs psixiemosional sferasında sıxıntı, gərginlik, bezikmə, emosional və sinir gərginliyindən yaranmış emosional reaksiya halını keçirməsinə səbəb olan hərəkətlər etməsinə nəticəsində Zərərçəkmiş şəxs 11 may 2019cu il tarixdə saat 10 radələrində ac qalmaları və iki azyaşlı övladları ilə birgə yaşamağa yeri olmadığı üçün özünü öldümək məqsədi ilə ünva n 7 ünvanında dərman həbbləri içərək, həmçinin hər iki qolunu bilək nahiyəsində bıçaqla kəsmiş, lakin kənar şəxslərin müdaxiləsi nəticəsində bu hərəkətləri sona çatdıra bilmədiyindən Zərərçəkmiş şəxs özünü öldürməyə cəhd həddinə çatdırmışdır. Bundan başqa Məhkum 2014-cü ildən 2019-cu ilin sonlarınadək Bakı şəhərinin müxtəlif rayonlarında yerləşən ayrı-ayrı ünvanlarda Zərərçəkmiş şəxs ilə birlikdə qalan zaman sonuncu ilə qeyri-rəsmi ər-arvad münasibətində olaraq, birgə münasibətdən uşaqları olması səbəbi ilə aralarında kəsilməyən bağlılığa görə maddi və sair cəhətdən özündən asılı vəziyyətdə olmuş Zərərçəkmiş şəxs birgə yaşadıqları müddətdə dəfələrlə, mütəmadi olaraq, səbəbsiz, nalayiq ifadələrlə və söyüşlərlə təhqir etməklə, Zərərçəkmiş şəxs əxlaqsız həyat tərzi keçirməsini və xx.xx.2015-c i il təvəllüdlü «Nurlan» adlı oğlunun və 06 may 2019-cu il təvəllüdlü «Daniella» adlı qızının başqa kişiylə cinsi əlaqədə olması nəticəsində doğulduğuna dair əsassız iddialar irəli sürməklə sonuncu ilə amansız rəftar edərək, ləyaqətini mütamadi olaraq alçaldıb, işgəncə verməklə və aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar verməklə əzab verməklə fiziki və psixoloji təzyiqlər edərək Zərərçəkmiş şəxs psixi-emosional sferasında sıxıntı, gərginlik, bezikmə, emosional və sinir gərginliyindən yaranmış emosional reaksiya halını keçirməsinə səbəb olan hərəkətlər etməsinə nəticəsində Z ərərçəkmiş şəxs 18 avqust 2019-cu il tarixdə saat 15 radələrində iki azyaşlı övladları ilə birgə yaşamağa yeri olmadığı üçün özünü öldürmək məqsədi ilə Bakı şəhəri, Nərimanov rayonu, Xoyski küçəsində yerləşən 110 saylı binanın damına çıxaraq özünü binanın damından atmaq istəmiş, lakin kənar şəxslərin müdaxiləsi nəticəsində bu hərəkətləri sona çatdıra bilmədiyindən Zərərçəkmiş şəxs özünü öldürməyə cəhd həddinə çatdırmış, etmiş olduğu hərəkətlə əlaqədar Zərərçəkmiş şəxs ünvan 8 ünvanda yerləşən Nərimanov rayon polis idarəsinin 18-ci polis şöbəsinə gətirilərək polis şöbəsində izahatı alındaqdan sonra Məhkum qanunsuz hərəkətləri ilə əlaqədar sonuncu barəsində heç bir qanuni tədbir görülmədiyindən 18 avqust 2019-cu il tarixdə saat 18 radələrində polis şöbəsinin qarşısında qayçı ilə sol saidin o rta üçdə birini kəsərək sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirib özünü öldürmək istəmiş, lakin kənar şəxslərin müdaxiləsi nəticəsində bu hərəkətləri sona çatdıra bilmədiyindən Zərərçəkmiş şəxs özünü öldürməyə cəhd həddinə çatdırmışdır. Bununla da Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 125, 133.2.2 və 133.2.6-cı maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Hökmdən Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim: X4, hakimlər: X2 və X1 ibarət tərkibdə) 27 iyul 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 1(005)-20/2023 saylı, 08 may 2023-cü il ta rixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 iyul 2023-cü il tarixli qərarından Zərərçəkmiş şəxs tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 iyul 2023-cü il tarixli qərarının ləğv edilib daha ağır cəza təyin edilməsi və CM-in 70-ci maddəsinin hökmdən xaric edilməsi xahiş edilmişdir. 28 fevral 2024-cü il tarixdə Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına ərizə ünvanlayaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 iyul 2023-cü il tarixli qərarından özü tərəfindən verilmiş kassasiya şikayətinin baxılmadan geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısının ərizənin təmin edilməsi barədə çıxışını dinləyərək belə hesab edir ki, məhkumun ərizəsi təmin olunmalı, kassasiya şikayəti baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Həmin məcəllənin 414.7-ci maddəsində göstərilir ki, kassasiya instansiyası məhkəməsində zərər çəkmiş şəxsin (xüsusi ittihamçının) nümayəndəsi yalnız zərər çəkmiş şəxsin (xüsusi ittihamçının) və onun qanuni nümayəndəs inin razılığı ilə öz kassasiya şikayətini, habelə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatda apellyasiya instansiyası məhkəməsində iştirak etmiş zərər çəkmiş şəxsin (xüsusi ittihamçının) nümayəndəsinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinin geri götürülməsi haqqında onun ərizəsini nəzərə alıb cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq həmin şikayətin geri qaytarılmasını mümkün hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Zərərçəkmiş şəxsin ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 133.2.2 və 133.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 iyul 2023-cü il tarixli qərarından Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayəti zərərçəkmiş şəxsin özünün ərizəsinə əsasən baxılmadan geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar