Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-699/2025 27.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X8, Məhkum1 müdafiəçisi Bakı şəhəri “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi4, Məhkum2 müdafiəçisi Bakı şəhəri “Sirius” Vəkil Bürosunun vəki li Müdafiəçi3 iştirakları ilə, Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmalarına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 mart 2024-cü il tarixli, 1(104)113/2024 nömrəli qərarından Məhkum2 müdafiəçisi Müdafiəçi3 və Məhkum1 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Məhkum1 xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, Korgöz qəsəbəsi, ev 13-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Lökbat an qəsəbəsi, S.Orucov küçəsi, bina 40, mənzil 9 yaşamışdır.
2. Məhkum2 xx.xx.1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Mədən küçəsi 1-də qeydiyyatda olmaqla, Abşeron rayonu, Xocahəsən qəsəbəsində yaşamışdır.
3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroini, psixotrop maddə olan metamfetamini və şəxsi istehlak miqdarından artıq çəkidə narkotik vasitə olan metadonu qanunsuz olaraq əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, qohumu Məhkum2 və şəxsiyyəti istintaqa məlum olmayan Milad adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşqul olaraq 500 manat qazanc əldə etmək və istifadəsi üçün narkotik vasitəni verməsi barədə razılaşdıqdan sonra istintaqa məlum olmayan tarixdə və mənbədən külli miqdarda, yəni ümumi təmiz çəkisi 1.001,63 qram olmaqla qəhvəyi rəngli maddə küstar üsulla hazırlanmış narkotik vasitə heroini, külli miqdarda, yəni ümumi təmiz çəkisi 69,679 qram olmaqla ağ rəngli kristal formada kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və təsir maddəsinin ümumi miqdarı 0,4 qram təşkil edilən 10 ədəd qəhvəyi rəngli dairəvi formada olan narkotik vasitə metadon həblərini satış məqsədi ilə qanunsuz olaraq əldə edib, 20,290 qramı çəkidə olan psixotrop maddə metamfetamini və 19,630 qram çəkidə olan narkotik vasitə heroini üzərində sax lamaqla daşımış, 982 qram narkotik vasitə olan heroini, 49,389 qram psixotrop maddə olan metamfetamini və təsir maddəsinin ümumi miqdarı 0,4 qram olan narkotik vasitə metadonu və həmin narkotik vasitələri satmaq üçün istifadə etdiyi bir ədəd elektron tərəzini idarə etdiyi özünə məxsus “Ford Fision” markalı, ** VN *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillin salonundakı saxlanc yerində birlikdə saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə saat 07 radələrində Gəncə şəhər Baş Polis İdarəsinin X1 əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Məhkum1 və Məhkum2 Məhkum1 idarə etdiyi “Ford Fision” markalı, ** VN *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə birlikdə Gəncə şəhəri, Nizami prospekti ilə Kimyaçılar küçəsinin kəsişməsində saxlanılaraq ünvan 1 ünvanında yerlə şən Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına gətirilib şübhəli şəxs qismində üzərində şəxsi axtarış keçirilərkən Məhkum1 əynində olan qara rəngli gödəkcənin sol yan cibində olan qara rəngli kiçik cib çantasında satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı 1 ədəd bükümdə külli miqdarda, təmiz çəkisi 20,290 qram olan küstar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, digər bir bükümdə külli miqdarda təmiz çəkisi 19,630 qram olan küstar üsulla hazırlanmış narkotik vasitə olan heroin, həmçinin 03 yanvar 2022-ci il tarixdə Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasının qarşısında Məhkum1 məxsus olan “Ford Fision” markalı, ** VN *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin salonundakı saxlanc yerində satış məqsədi ilə qanunsu z olaraq əldə edib saxladığı bir ədəd külli miqdarda, yəni təmiz çəkisi 982 qram olan küstar üsulla hazırlanmış narkotik vasitə heroin, digər bir ədəd bağlamada külli miqdarda, yəni təmiz çəkisi 49,389 qram olan küstar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və təsir maddəsinin ümumi miqdarı 0,4 qram olan 10 ədəd narkotik vasitə metadon həbləri və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.
4. Həmçinin, Məhkum2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroini, psixotrop maddə olan metamfetamini və şəxsi istehlak miqdarından artıq çəkidə narkotik vasitə olan metadonu qanunsuz olaraq əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, qohumu Məhkum1 və şəxsiyyəti istintaqa məlum olmayan Milad adlı şəxslə qabaqcadan əlbir ol an, bir qrup şəxs halında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşqul olaraq istifadəsi üçün 1-2 qram narkotik vasitəni verməsi barədə razılaşdıqdan sonra istintaqa məlum olmayan tarixdə və mənbədən külli miqdarda, yəni ümumi təmiz çəkisi 1.001,63 qram olmaqla qəhvəyi rəngli maddə küstar üsulla hazırlanmış narkotik vasitə heroini, külli miqdarda, yəni ümumi təmiz çəkisi 69,679 qram olmaqla ağ rəngli kristal formada küstar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və təsir maddəsinin ümumi miqdarı 0,4 qram təşkil edilən 10 ədəd qəhvəyi rəngli dairəvi formada olan narkotik vasitə metadon həblərini satış məqsədi ilə qanunsuz olaraq əldə edib, 20,290 qramı çəkidə olan psixotrop maddə metamfetamini və 19,630 qram çəkidə olan narkotik vasitə heroini Məhkum1 üzərində saxlamaqla daş ımış, 982 qram narkotik vasitə olan heroini, 49,389 qram psixotrop maddə olan metamfetamini və təsir maddəsinin ümumi miqdarı 0,4 qram olan narkotik vasitə metadonu və bir ədəd elektron tərəzini Məhkum1 idarə etdiyi sonuncuya məxsus “Ford Fision” markalı, ** VN *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillin salonundakı saxlanc yerində birlikdə saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə saat 07 radələrində Gəncə şəhər Baş Polis İdarəsinin X1 əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində Məhkum2 və Məhkum1 sonuncunun idarə etdiyi “Ford Fision” markalı, ** VN *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə birlikdə Gəncə şəhəri, Nizami prospekti ilə Kimyaçılar küçəsinin kəsişməsində saxlanılaraq ünvan 1 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinin inzibati bin asına gətirilib şübhəli şəxs qismində üzərində şəxsi axtarış keçirilərkən Məhkum1 əynində olan qara rəngli gödəkcənin sol yan cibində olan qara rəngli kiçik cib çantasında satış məqsədi ilə qanunsuz olaraq birlikdə əldə edib saxlayaraq daşıdığı 1 ədəd bükümdə külli miqdarda, təmiz çəkisi 20,290 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, digər bir bükümdə külli miqdarda təmiz çəkisi 19,630 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, həmçinin 03 yanvar 2022-ci il tarixdə Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasının qarşısında Məhkum1 məxsus olan “Ford Fision” markalı ** VN *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin salonundakı saxlanc yerində satış məqsədi ilə qanunsuz olaraq birlikdə əldə edib saxladıqları bir ədəd külli miqdarda, yəni təmiz çəkisi 982 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, digər bir ədəd bağlamada külli miqdarda, yəni təmiz çəkisi 49,389 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və təsir maddəsinin ümumi miqdarı 0,4 qram olan 10 ədəd narkotik vasitə metadon həbləri və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.
5. Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X5 (sədrlik edən), X4 və X6 ibarət məhkəmə tərkibində) 04 noyabr 2023-cü il tarixli, 1(100)-191/2023 nömrəli hökmü ilə Məhkum1 CM-in 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəz açəkmə müəssisəsində çəkməsi, həbsdə saxlanması müddətinin ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəlinin şübhəli şəxs qismində tutulduğu 03 yanvar 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, narkomaniyadan məcburi müalicəyə cəlb edilməsi və onun yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınması, həmçinin Məhkum2 CM-in 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, həbsdə saxlanması müddətinin ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkm əsinin əvvəlinin şübhəli şəxs qismində tutulduğu 03 yanvar 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, narkomaniyadan məcburi müalicəyə cəlb edilməsi və onun yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.
6. Hökmdən Məhkum1 müdafiəçisi Müdafiəçi1 və Məhkum2 müdafiəçisi Müdafiəçi2 tərəfindən apellyasiya şikayətləri verilmişdir.
7. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X3 (sədrlik edən və məruzəçi), X10 və X9 ibarət məhkəmə tərkibində) 04 mart 2024-cü il tarixli, 1(104)113/2024 nömrəli qərarı ilə məhkumların müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətlərinin tə min edilməməsi, Məhkum1 və Məhkum2 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmələrinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(100)-191/2023 nömrəli hökmünün məhkumların müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
8. Həmin qərardan Məhkum2 müdafiəçisi Müdafiəçi3 və Məhkum1 müdafiəçisi Müdafiəçi1 tərəfindən kassasiya şikayətləri verilmişdir. II. Kassasiya şikayətlərinin dəlilləri və etirazlar:
9. Məhkum2 müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətinin dəlilləri qismində cinayət işinin faktiki hallarına, bir sıra qanunvericilik normalarına və aşağı instasniya məhkəmələrinin gəldikləri nəticələrin hüquqi əsaslandırmasına istinadlar edərək qeyd etmişdir ki, cinayə t prosesini həyata keçirən orqanlar tərəfindən hərtərəfli, obyektiv, ədalətli və qərəzsiz araşdırma aparılmamış, iş üzrə məhkəmə baxışları zamanı verilmiş ifadələrə və toplanmış sübutlara düzgün hüquqi qiymət verilməmiş, heç bir araşdırma aparmadan onun barəsində formal olaraq yekun qərar qəbul etmişdir. Belə ki, ibtidai istintaq zamanı Məhkum2 verdiyi ifadələri ona tətbiq edilmiş fiziki təzyiqlər nəticəsində vermişdir. Həmçinin, Məhkum2 istifadəsində olan mobil telefonunda aşkarlanmış yazışmaların məzmunundan onun narkotik vasitələri şəxsi istifadəsi üçün əldə etməsinə cəhd etməsi aşkar olunur. Məhkum2 istifadəsində olan telefonda narkotik vasitələrin, psixotrop maddələrin satışını, dövriyyəsini təsdiq edən hər hansı bir danışıqların və SMS yazışmalarının aparılması müəyyən edilməmişdir. Hətta digər təqsirləndirilən şəxs Məhkum1 istifadəsində olan telefonda Milad adlı İran İslam Respublikası vətəndaşının adının qeyd olunması, onunla zəngləşmələri belə bu şəxslə onların narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi barədə sövdələşmələrini sübuta yetirmir. İstintaq orqanı tərəfindən aparılmış araşdırma zamanı təqsirləndirilən şəxs Məhkum2 narkotik vasitələr və psixotrop maddələr almış şəxs, yəni istehlakçı müəyyən edilməmiş, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, hansı miqdarda psixotrop maddə və ya narkotik vasitə satması, hansı qiymətə satması, onunla əlbir olaraq psixotrop maddələri satış məqsədi ilə əldə etmiş və salmış şəxslər də aşkar edilməmişdir. Bu da Məhkum2 aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə əlaqəsinin olmadığ ını bir daha təsdiqləyir.
10. Bununla da, Gəncə Apellyasiya Məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən cinayət işi üzrə toplanmış sübutlar cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məcmu qaydada qiymətləndirilməmiş, sübutlar Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM-in və ya CPMin”) 143-146-cı maddələrinin tələblərinə uyğun tədqiq edilməmiş və bunun nəticəsi olaraq məhkum barəsində əsassız olaraq ittiham hökmü çıxarılmışdır. Qanunun bu tələblərinə əməl edilməməsi isə Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2, 416.1.6 və 416.1.11-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Qeyd edilənlərə əsasən, məhkəmədən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 mart 2024-cü il tarixli, 1(104)-113/2024 nömrəli qərarının ləğv edilməsini, Məhkum2 barəsində olan cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir.
11. Məhkum1 müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətinin dəlilləri qismində cinayət işinin faktiki hallarına, bir sıra qanunvericilik normalarına və aşağı instasniya məhkəmələrinin gəldikləri nəticələrin hüquqi əsaslandırmasına istinadlar edərək qeyd etmişdir ki, ibtidai istintaq zamanı Məhkum1 verdiyi ifadələri ona tətbiq edilmiş fiziki təzyiqlər nəticəsində vermişdir. Həmçinin, Məhkum1 istifadəsində olan mobil telefonunda aşkarlanmış yazışmaların məzmunundan onun narkotik vasitələri şəxsi istifadəsi üçün əldə etməsinə cəhd etməsi aşkar olunur. Məhkum1 istifadəsində olan t elefonda narkotik vasitələrin, psixotrop maddələrin satışını, dövriyyəsini təsdiq edən hər hansı bir danışıqların və SMS yazışmalarının aparılması müəyyən edilməmişdir. İstintaq orqanı tərəfindən aparılmış araşdırma zamanı təqsirləndirilən şəxs Məhkum1 narkotik vasitələr və psixotrop maddələr almış şəxs, yəni istehlakçı müəyyən edilməmiş, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, hansı miqdarda psixotrop maddə və ya narkotik vasitə satması, hansı qiymətə satması, onunla əlbir olaraq psixotrop maddələri satış məqsədi ilə əldə etmiş və salmış şəxslər də aşkar edilməmişdir. Bu da Məhkum1 aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə əlaqəsinin olmadığını bir daha təsdiqləyir.
12. Bununla da, Gəncə Apellyasiya Məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən ci nayət işi üzrə toplanmış sübutlar cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məcmu qaydada qiymətləndirilməmiş, sübutlar Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM-in və ya CPMin”) 143-146-cı maddələrinin tələblərinə uyğun tədqiq edilməmiş və bunun nəticəsi olaraq məhkum barəsində əsassız olaraq ittiham hökmü çıxarılmışdır. Qanunun bu tələblərinə əməl edilməməsi isə Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2, 416.1.6 və 416.1.11-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Qeyd edilənlərə əsasən, məhkəmədən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 mart 2024-cü il tarixli, 1(104)-113/2024 nömrəli qərarının ləğv edilməsi ni, Məhkum1 barəsində olan cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir.
13. Kassasiya şikayətlərinə qarşı etiraz verilməmişdir.
14. Qərardan kassasiya protesti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:
15. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum2 müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uğun qaydada çıxış edib, məhkəmə kollegiyasından şikayətinin təmin edilməsini xahiş etdi.
16. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum1 müdafiəçisi Müdafiəçi4 kassasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uğun qaydada çıxış edib, məhkəmə kollegiyasından şikayətinin təmin edilməsini xahiş etdi.
17. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı kassasiya şikayətlərinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:
18. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in (bundan sonra mətndə: Azərbaycan Respublikası CPM-in və ya CPM-in) 419-cu maddəsi müəyyən edir.
19. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
20. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
21. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsa slar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
22. Məhkumlar Məhkum2 müdafiəçisi Müdafiəçi3 və Məhkum1 müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətlərində hüquqlarını müdafiə etdikləri şəxslərin təqsirli bilindiyi AR CMin 234.4.1 və 234.4.3-cü maddələri ilə olan əməlinin hüquqi tövsifinin doğruluğunu mübahisələndirmiş, məhkumların təqsirliliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutların təşkil etməsini, lakin birinci instansiya və apellyasiya instansiyalarında sübutların tədqiqindən əsassız imtina olunduğunu mübahisələndirərək, tələblərini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2, 416.1.6 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər.
23. Odur ki, kollegiya müdafiəçilərin kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlərlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 mart 2024-cü il tarixli, 1(104)-113/2024 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
24. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsində təsbit olunmuşdur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.
25. Həmin Məcəllənin 351.2-ci maddəsində qanunverici qeyd edir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Əlaqəli şəkildə həmin Məcəllənin 351.3-cü maddəsi təqsirləndirilən şəxsin cinayət törədilməsində təqsirini təqsirsizlik prezumpsiyası rəhbər tutulmaqla, bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh etmək şərtilə sübuta yetirilmiş hesab edir.
26. CPM-in 412.3-cü maddəsinə əsasən, kassasiya şikayəti və ya kassasiya protes tinə həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər.
27. Məhkəmə kollegiyası məhkumlar Məhkum1 və Məhkum2 barəsində cinayət işi üzrə sübutların məhkəmə tərəfindən Cinayət-Prosessual Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq olunmamasına dair arqumentini əsassız hesab edir.
28. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-in 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
29. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu il ə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
30. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
31. Cinayət işi materiallarından və apellyasiya instansiya məhkəməsinin qərarından müəyyən edilir ki, Məhkum1 və Məhkum2 barələrində bəraət hökmünün çıxarılması ilə bağlı apellyasiya şikayətinin dəlilləri ilə apellyasiya məhkəməsi razılaşmayıb və Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 04 noyabr 2023-cü il tar ixli, 1(100)- 191/2023 nömrəli hökmü ilə təqsirli bilinərək məhkum edilməsini qanuni və ədalətli hesab etmişdir.
32. Apellyasiya instansiya məhkəməsi cinayət işi üzrə tam, hərtərəfli və obyektiv araşdırma apararaq cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı əldə edilmiş sübutları tədqiq edərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplayıb, bu sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıb qiymətləndirərək, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlm işdir. İttiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq olunduğu üçün, Məhkum1 və Məhkum2 əməli Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş və onlar, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir.
33. Bununla yanaşı məhkəmə kollegiyası məhkumların müdafiəçilərinin kassasiya şikayətlərində göstərdiyi dəlilləri ilə əlaqədar olaraq bildirir ki, həmin dəlillər müdafiəçilər tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlilləri ilə eynilik təşkil etmişdir, hansı ki, həmin dəlillərə apellyasiya instansiya məhkəməsi tərəfindən cinayət işi materiallarında olan sübutlarla əlaqəli şəkildə bir-bir təhlil edilərək araşdırılıb qiymət verilmişdir.
34. Məhkum2 müdafiəçisi Müdafiə çi3 və Məhkum1 müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətlərinin dəlilləri qismində məhkəmələr tərəfindən qanunsuz və əsassız ittiham hökmü çıxarılmasını qeyd etsələr də, mübahisələndirdikləri Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 mart 2024-cü il tarixli, 1(104)-113/2024 nömrəli qərarının qanunsuzluğuna və ya əsassızlığına dəlalət edən dəlil və əsasları izah edə bilməmişdir.
35. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr məhkumların müdafiəçilərinin apellyasiya şikayətlərində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum1 və Məhkum2 cinayət əməlinin hüquqi tövsifi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.
36. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum1 və Məhkum2 törətdiyi cinayət əməlinin tövsifinə və onlara təyin edilən cəzaya dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir.
37. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edən müdafiəçilərin və dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, Gəncə Apellyasi ya Məhkəməsinin Cinayət kollegiyasının 04 mart 2024-cü il tarixli, 1(104)-113/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmalarına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 mart 2024-cü il tarixli, 1(104)-113/2024 nömrəli qərarı Məhkum2 müdafiəçisi Müdafiəçi3 və Məhkum1 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayətləri təmin edilməsin.