Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-7/2019 30.01.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) – 7/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ "30" yanvar 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlu, Zərərçəkmiş şəxs iştirakları ilə Şəmkir rayon Məhkəməsinin 08 aprel 2016- cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 dekabr 2016-cı il tarixli qərarından Məhkum müdafiəçisi R.H.Abdullayev tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Şəmkir rayon Məhkəməsinin 08 aprel 2016-cı il tarixli hökmü ilə (sədrlik edən hakim Mustafayev Mustafa Əli oğlu) xx xxxxxx 1985-ci ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, 3 uşaq atası, ali təhsilli, hazırda işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri, ünvan 2 ünvanında yaşayan Məhkum Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib 200 manat miqdard a cərimə cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Şəmkir rayon Məhkəməsinin 08 aprel 2016-cı il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum olunmuşdur ondan ötrü ki, o, faktiki surətdə ərindən ayrılan bacısı X3 2005-ci il təvəllüdlü övladı X1nın babası, yəni bacısının qayınatası Zərərçəkmiş şəxs idarə etdiyi “Opel Zafira” markalı avtomaşınla 01 iyun 2014-cü il tarixdə Şəmkir şəhərinə aparıldığını eşidib X3, qardaşı X12 və sonuncunun arvadı X10 ilə birlikdə Gəncə şəhərindən Şəmkir rayonuna gəlmiş, saat 18 radələrində Bakı-Qazax yolunun 401-ci km-də, Şəmkir rayonu, Əliyaqublu kəndi ərazisində Zərərçəkmiş şəxs idarə etdiyi avtomaşının yolun sağında dayandığını görüb bacısı X3 ilə birlikdə həmin yerə yaxınlaşıb X3nın avtomaşında olan qızı X1nı aparmaq istəyəkən ona mane olan Zərərçəkmiş şəxs yumruqla bir neçə zərbə vuraraq sonuncunun sol gözaltı nahiyənin hematoması, burun yəhərinin əzilmiş yarası, baş beyin silkələnməsi, sağ yanağın, hər iki bazunun qançırları, alt dodağın sağ yarısının və hər iki diz oynağının ön səthinin sıyrıqları ilə nəticələnən sağlamılığına yüngül zərər vurmuşdur. Hökmdən Məhkum müdafiəçisi R.H.Abdullayev tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Məmmədov Çingiz Böyükxan oğlu, hakimlər Məhərrəmli Rəşid Ağamirzə oğlu (məruzəçi) və Xasməmmədov Elçin İsgəndər oğlundan ibarət tərkibdə) 09 dekabr 2016-cı il tarixli qərarı ilə Şəmkir rayon Məhkəməsinin 08 aprel 2016-cı il tarixli hökmü dəyişdirilmiş, cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə görə Məhk um Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cəza təyin edilməmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir.. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 dekabr 2016-cı tarixli qərarından Məhkum müdafiəçisi R.H.Abdullayev kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərarının ləğv olunmasını və işin yeni apellyasiya baxışına təyin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum müdafiəçisi R.H.Abdullayev kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə məhkəmə istintaqı zamanı araşdırılmış sübutlar, şahid ifadələri, ekspertiza rəyləri Məhkum təqsirli olmasını sübut edilməsi üçün yetərli hesab edilə bilməz, belə ki, Məhkum Zərərçəkmiş şəxs və şahid X2 göstərdiklərinin həqiqət olmaması, Zərə rçəkmiş şəxs vurmaması, əksinə, bacısı X3 qızı X1nı əlindən tutaraq öz maşınlarına tərəf gətirmək istədiyini öz avtomobillərində oturan zaman gördüyünü, Zərərçəkmiş şəxsin X3i vuracağından ehtiyatlanaraq maşından düşüb onlara yaxınlaşmasını, Zərərçəkmiş şəxs maşının təkərini dəyişmək üçün açar olan əlini yuxarı qaldıraraq X3ə zərbə vurmaq istəyərkən bacısını tutub özünə kənara çəkərkən Zərərçəkmiş şəxs zərbə endirdiyini, lakin zərbəsi boşa keçdiyindən müvazinətini itirərək üzü üstə yerə yıxıldığını, bu arada X3 qızı X1nı öz maşınlarına mindirdiyini, bundan sonra onun da tez həmin yerdən uzaqlaşmaq üçün avtomobilə oturduğunu, lakin X3 oturduğu hissədə X2 və Zərərçəkmiş şəxs maşının qapısını örtməyə imkan verməyərək X3in qucağından X1nı alaraq düşürdüklərini, bundan sonra qardaşı X12 avtomob ili sürərək oradan getdkilərini bildirmişdir. Şikayətdə həm də qeyd edilmişdir ki, X3 və Zərərçəkmiş şəxs arasında nikahın pozulmasından sonra bu şəxsləri ailələri arasında narazılıq, mübahisə olmuş, Zərərçəkmiş şəxs və X2, eləcə də X20 anası X3da qalmasına etiraz etmişlər və bu barədə məhkəmə qətnamələri vardır. Ailələr arasında yaranmış narazılıq və Zərərçəkmiş şəxs və X2 “qisas” almaq, “narahatlıq” yaratmaq niyyətinin olması hazırkı işdə olan sübutlarla da öz əksini tapmışdır. Belə ki, zərərçəkmiş Zərərçəkmiş şəxs ilkin ərizə və izahatında onun Məhkum, X12, X3 və X10 tərəfindən döyülməsini, daha sonra X12 və Məhkum tərəfindən döyülməsini, eləcə də ifadəsində göstərdiyi “təpik” və ”yumruq” zərbələrindən xəsarətlər almayan X2 da X12, X3, Məhkum və X10 tərəfindən yumruq və təpiklə döyülməs ini göstərməklə hadisəni şişirdərək qisas almaq, bu ailədən olan hər bir kəsin “cəzalanmasına” nail olmaq niyyəti güdmüşlər. Hadisə yerində olan Məhkum və qeyriləri tərəfindən döyülmələrini bildirsələr də, ibtidai istintaqın gəldiyi nəticə ilə razılaşmaqla, guya Zərərçəkmiş şəxs Məhkum vurub xəsarət yetirməsi və tək onun cinayət məsuliyyətinə cəlb edilməsi ilə razılaşan, istintaqın gəldiyi nəticədən şikayət etməyən zərərçəkmiş Zərərçəkmiş şəxs və döyüldüyünü israr edən şahid X2 ibtidai istintaqın gəldiyi nəticə ilə razılaşmaları ilə bir daha təsdiq edilər ki, hadisələr şişirdilmişdir. Bu baxımdan hadisənin zərərçəkmiş Zərərçəkmiş şəxs xeyrinə həlli üçün maraqlı olan şahid, Zərərçəkmiş şəxs arvadı X2 verdiyi birtərəfli ifadəyə tənqidi yanaşılmalı, onun bu işin nəticəsində maraqlı olması diq qətdən qaçırılmamalıdır. Şahid X2 ifadəsi zərərçəkmiş Zərərçəkmiş şəxs və digər şahidlərin ifadələri ilə üst-üstə düşmür. Zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində Məhkum tərəfindən vurulma ardıcıllığını göstərir, Məhkumın onu arxadan yaxınlaşmaqla sol sifət nahiyəsindən bir zərbə vurmasını, bundan sonra huşunu itirməsini, daha sonra bir dəfə də baş nahiyəsinin arxasından vurmasını bildirir. Şahid X2 uşağı anası X3ə verməməsi üçün avtomobilin arxa oturacağında kürəyi ilə nəvəsi X1nın üzərinə uzanmağa meylli vəziyyətdə onu qorumaq, uşağın aparılmasına mane olmaq məqsədilə mübarizə apararaq həmin şəxslərlə əlbəyaxa olduğu və ona hücum edən şəxslərin hərəkətlərini izləməklə aktiv şəkildə hücumu dəf etməyə çalışan bir zamanda, eləcə də Lyudmilanın ifadəsində öz deməsinə görə X12 həmin vaxt qabaq sərnişin oturacaqdan maşına girərək uşağın maşından çıxarılmasına kömək etmiş olduğu halda həmin oturacağın qarşı tərəfində baş verənləri, yəni zərərçəkmişin xeyrinə ifadə verən X2 ifadəsində göstərdiyi kimi öz avtomobillərinin qabaq sağ faranın qarşısında nə baş verməsini X12in qabaq sərnişin yerindən avtomaşına girmiş vəziyyətdə olması səbəbindən görmək imkanında deyildir. Eləcə də X3 və X10 onun saçından əllərindən dartması, Məhkum isə baqajın açıq olmasından istifadə edib oradan, arxadan uşağı götürməyə cəhd etməsi vəziyyətində Məhkumın hansı istiqamətdən gəlməsi, Zərərçəkmiş şəxsa hansı istiqamətdən yaxınlaşması, Zərərçəkmiş şəxsu hansı nahiyəsindən vurması, Zərərçəkmiş şəxsun bu zərbədən sonra hansı vəziyyətə düşməsini belə bir qarışıqlıq vəziyyətdə rahat-rahat izləyə bilməsi inan dırıcı ola bilməz. O səbəbdən ki, X2 özü ifadəsində telefon zənglərinə istinadən bildirmişdir ki, hadisə çox qısa zamanda baş vermişidir. 1806-da olan zəng və 1812-də olan zəng arasında münaqişə baş vermiş olsa da ilk zəngdən dərhal sonra mübahisənin baş verməsi və ya mübahisədən dərhal sonra X2 qızı X4 zəng etməsi də inandırıcı hesab edilə bilməz. Bu baxımdan hadisənin 2-3 dəqiqə olan zaman kəsiyində baş verməsi mümkündür. Bundan başqa Zərərçəkmiş şəxs ibtidai istintaqda da hadisə barədə ziddiyyətli ifadələr vermiş, X2 ilə Zərərçəkmiş şəxs ifadələri arasında da hadisələrin baş vermə ardıcıllığı ilə əlaqədar ziddiyyətlər mövcuddur. Bundan başqa, şikayətdə göstərilmişdir ki, iş üzrə ekspert rəyi işə baxan məhkəmə üçün məcburi xarakter daşımır, əgər işin halları ilə üst-üstə düşmürsə belə ol an halda məhkəmə-tibb ekspertizasının rəyi sübut kimi nəzərə alınmaya bilər. Ancaq baxmayaraq ki, müdafiə tərəfi zərərçəkmiş Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs Məhkum tərəfindən yumruqla vurulmasını qəbul etmir, yenə də ekspertizanın rəyini mübahisələndirməkdə maraqlıdır o səbəbdən ki, ekspert rəyində Zərərçəkmiş şəxs burun səthində aldığı və yüngül beyin silkələnməsi ilə nəticələndiyi iddia edilən xəsarətin yumruqla vurulma nəticəsində əmələ gəlməsi müdafiə tərəfinin maraqlarına toxunur. Məhkəmə iclasında tədqiq edilən AR MTE və PA Birliyinin Şəmkir rayon Şöbəsinin 01 iyun 2014-cü il tarixli, 454 saylı rəyi ilə Zərərçəkmiş şəxs bədəni üzərində burun yəhərinin əzilmiş yarası, baş beyin silkələnməsi, sağ yanağın, hər iki bazunun qançırları, alt dodağın sağ yarısının hər iki diz oynağını n ön səthinin sıyrıqları ilə nəticələnən yüngül zərər vurmaya aid olması göstərilmişdir. Bundan sonra ibtidai istintaq zamanı Azərbaycan Respublikası MTE və PAET və Tədris Birliyinin təkrar ekspertizalar şöbəsinin 06 oktyabr 2014-cü il tarixli, T195/2014 saylı rəyi ilə də yuxarıda qeyd edilən ekspertiza ilə müəyyən edilmiş xəsarətlərin olması bir daha təsdiqlənmişidir. Məhkəmə istintaqında AR MTE və PA Birliyinin Şəmkir rayon Şöbəsinin 01 iyun 2014-cü il tarixli, 454 saylı rəyi ilə bağlı yaranmış zərurətlə bağlı ekspert X5 məhkəmə iclasına dəvət edilərək rəylə bağlı yaranmış sualları cavablandırmışdır. X5 bildirmişdir ki, müayinə olunan Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş və onun tərəfindən imzalanmış rəydə göstərilən burun yəhərinin əzilmiş yarası, baş beyin silkələnməsi, sağ y anağın, hər iki bazunun qançırları, alt dodağın sağ yarısının hər iki diz oynağının ön səthinin sıyrıqları ilə nəticələnən xəsarətlər burun yəhərinin əzilmiş yarası istisna olmaqla birlikdə və ayrı-ayrılıqda zərərçəkənə yüngül bədən xəsarəti yetirilməsinə səbəb olmayan, yəni dərəcəsi təyin edilməyən xəsarətlərdir. Yalnız beyin silkələnməsinə səbəb olan burun yəhərinin əzilməsi ilə müşayiət olunan zədə Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmaya aid xəsarətdir. Bundan başqa ekspert X5 göstərmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlərin yaranma mexanizminə dair ekspert qarşısında sual qoyulmadığından bu barədə rəydə münasibət bildirməmişdir. Maraqlı olan hal ondan ibarətdir ki, iş üzrə Zərərçəkmiş şəxs müvazinətini itirərək üzü üstə səthi çıxıntılı olan yol kənarına yı xılması barədə ifadələr olduğu halda tibbi rəydə yıxılma və ya yumruq zərbəsi nəticəsində xəsarətlərin əmələ gəlmə mexanizminə dair heç bir fikir bildirilməmiş, rəy verilməmişdir. Məhkəmə tərəfindən təyin edilmiş əlavə məhkəmə-tibb ekspertizasına cavab olaraq Şəmkir rayon Məhkəmə-Tibb Ekspertizası PAETTB-nin Şəmkir rayon Şöbəsinin 32/Ə saylı 12 oktyabr 2015-ci il tarixli rəyində 20 gün müddətində (ekspertiza rəyində ekspertizanın başlanması 17 sentyabr 2015ci il, qurtarma tarixi 12 oktyabr 2015-ci il olması göstərilmişdir) heç bir əsaslandırma aparılmadan göstərilmişdir ki, Zərərçəkmiş şəxs burun yəhərində yaranmış xəsarətin küt əşya təsiri nəticəsində o cümlədən yumruqla yetirilmə nəticəsində əmələ gəlmişdir. Zərərçəkmiş şəxs burun əsasına yumruqla zərbə yetitrilərkən əl barmaqları bükülm üş vəziyyətdə olduğundan daraq-Falanqa oynaqlarının qabarıq hissəsinin burun əsasına məhdud təsir səthlə dəyməsi nəticəsində 1x0,2 sm ölçüdə əzilmiş yara əmələ gəlmişdir. Belə yetirilmiş zərbə nəticəsində tək xəsarət əmələ gələ bilər, bununla belə Zərərçəkmiş şəxs sol gözaltı nahiyəsində hemotoma olmuşdur. Zərərçəkmiş şəxs burun və sol gözaltı nahiyəsində olan xəsarətlərin lokalizasiyasına əsasən onu demək olar ki, qeyd olunan xəsarətlər müxtəlif istiqamətlərdə yetirilmiş zərbələr nəticəsində əmələ gələ bilərdilər, soldan sağa doğru yetirilmiş, zərbə nəticəsində əmələ gəlməsi ehtimalı daha çoxdur. Müdafiə tərəfi aşağıda qeyd edilənlərə görə rəyi əsaslı və qanuni hesab etmir. Belə ki, rəyin əsaslandırını hissəsində Zərərçəkmiş şəxs burun yəhərində əmələ gəlmiş zədənin hansı elmi əsaslarla n ahamar yer səthinə dəymə nəticəsində deyil yumruq zərbəsindən əmələ gəlməyə xarakterik olması əsaslandırılmamışdır. Bundan başqa rəyin nəticə hissəsində a/bəndində həmin xəsarətin həm də müxtəlif küt alətin təsiri nəticəsindən əmələ gəlməsini göstərsə də rəyin d/ və e/ bəndində xəsarətin məhz yumruqla yetirilməsi göstərilir. Ekspert X5 məhkəmə iclasında dindirilərkən rəyə dair ifadə verərək bildirmişdir ki, daraq- falanqa dedikdə əlin pəncə hissəsi ilə barmaqların birləşdiyi sümük birləşməsi nəzərdə tutulur. Rəydə göstərdiyi kimi məhz həmin hissə ilə vurulma nəticəsində Zərərçəkmiş şəxs burun yəhərində olan xəsarət əmələ gəlməyə xarakterikdir. İş materiallarından, eləcə də zərərçəkmiş Zərərçəkmiş şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələrdə Məhkum ona məhz arxa tə rəfdən yaxınlaşmaqla sol gözünün üstündən, sifətin sol nahiyəsindən üzündə olan xal ətrafında zərbə vurmasını, sonrakı vurduğu zərbələrin başın arxa nahiyəsindən olmasını göstərmişdir. Zərərçəkmiş şəxs göstərdiklərini, yəni ilk zərbənin onun sol gözü nahiyəsindən vurulmasını və ekspert rəyində göstərlidiyi kimi zərbənin yumruq vasitəsilə vurulmaqla daraq-falanqa sümükləri təsirindən əmələ gəlməsi mümkünsüzdür. O səbəbdən ki, ekspertin gəldiyi nəticə və Zərərçəkmiş şəxs ifadəsinə uyğun olaraq Məhkum Zərərçəkmiş şəxs arxa tərəfdən yaxınlaşmaqla sol əli ilə soldan sağa vurmalıdır. Belə olan halda əlin yumruq şəkilində məhz daraq-falanqa sümükləri üstdə qaldığından bu şəkildə zərbə yetirilməsi mümkünsüzdür. Eləcə də ekspertin Zərərçəkmiş şəxs yüngül beyin silkələnməsi alması barədə rəyi də oby ektiv və mötəbər sübut növü hesab edilə bilməz. Belə ki, məhkəməyə təqdim edilmiş Şəmkir rayon Mərkəzi xəstəxanasının 10 fevral 2015-ci il tarixli, 04/52 saylı məktubunda göstərilmişdir ki, 01.06.2014-cü il tarixdə Zərərçəkmiş şəxs Şəmkir rayon Mərkəzi Xəstəxanasına “başın əzniyi və burun qanaxması” diaqnozu ilə müraciət etmiş, xəstəyə ilkin tibbi yardım göstərilmiş, əlavə həkim mütəxəssislərin müayinəsinə və diaqnostik müayinələrə ehtiyac olmadığna görə xəstə evə buraxılmışdır. Sonrakı günlərdə xəstə müayinə və müalicə üçün müraciət etməmişdir. Akademik Z.X22 şəhər təcili tibbi yardım xəstəxanasının 12.02.2015-ci il tarixli, 58 saylı məktubu və məktuba əlavə edilmiş qeydiyyat kitabının kserosurətindən görünür ki, Zərərçəkmiş şəxs 01.06.2014-cü il tarixdə xəstəxananın travmatologiya Şöbəsi nə müraciət etmiş, xəstəyə “Burunun əzilmiş yarası, sol gözaltı nahiyəsinin əzniyi və göyərməsi” diaqnozu qoyulmuşdur. Xəstəyə müvafiq ambulator köməklik göstərilmiş, rentgen müayinə olunmuşdur. Xəstə təkrarən 02.06.2014-cü il tarixdə xəstəxanaya müraciət etməmişdir. Bu tibbi məlumatlardan görünür ki, Zərərçəkmiş şəxs baş ağırısının olmasından, ürəkbulanmadan şikayətlənməmişdir. Lakin, MTE və PA Birliyinin Şəmkir rayon Şöbəsinin 03.06.2014-cü il tarixli məhkəmə-tibb ekspertizasının 454 saylı rəyində artıq müayinə olunan Zərərçəkmiş şəxs baş ağrısından şikayətlərinin olması, ürək bulanması və s. şikayətlənməsi göstərilmişdir. İş üzrə məhkəmə iclasında ifadə verən, Şəmkir rayon Xəstəxanasında nevropatoloq işləyən Razim Abullyev ifadəsində bildirmişdir ki, O, Zərərçəkmiş şəxs ekspertin göndər işi əsasında müayinə etmiş, xəstənin baş ağrısından şikayətlənməsi, həm əsəbi vəziyyətdə olması, həm də yüksək qan təzyiqinin olmasını müəyyən etmişdir. Qapalı kəlləbeyin silkələnməsi diaqnozunun müəyyən edilməsi üçün tibbi əsaslandırma olaraq X7 ifadəsində bildirmişdir ki, xüsusi müayinə, rentgen müayinəsi və digər tibbi cihazlar vasitəsilə yoxlanması heç bir nəticə verə bilməz. Yəni həmin avadanlıqlarla bu xəstədə (zərərçəkmiş Zərərçəkmiş şəxs) heç bir dəyişiklik aşkar etmək mümkün olmazdı. Xəstədə baş ağrısının olması və bu zaman həm də xəsarətlənmiş olması belə güman etməyə əsasən verir ki, xəstə qapalı kəllə-beyin silkələnməsi keçirmişdir. Bu xəsarət yüngül olduğundan bunu yalnız xəstə ilə olan söhbətlər əsasında müəyyən etmək mümkündür. Roberq vəziyyətində “T” xəstənin davamsız olma sı, əsəbi olmasından, arterial təzyiqin yüksək olmasından da ola bilər. Eləcə də baş axması, ürək bulanması arterial təzyiqin simptomları kimi də özünü göstərə bilər. Ancaq əsas fərqləndirici cəhət xəstənin baş ağrısından şikayət etməsidir. Ekspert rəyi və tibbi arayışlardan görünür ki, yalnız ekspertizadan keçməklə bağlı nevropatoloqa müraciət etdikdən sonra Zərərçəkmiş şəxs tibbi diaqnozun əsasını təşkil edən baş ağrısından “şikayət etməyə” başlamışdır. Müdafiə tərəfi hesab edir ki, ekspertin rəyində Zərərçəkmiş şəxs həqiqətən baş ağrısından əziyyət çəkib-çəkməməsi öz sözlərindən başqa ayrı qaydada müəyyən edilməsi mümkün olmamışdır. Zərərçəkmiş şəxs stasionar qaydada nevropatoloq tərəfindən müşahidə altında müayinəyə məruz qalmamışdır. Bu səbəbdən zərərçəkmiş Zərərçəkmiş şəxs müayinəyə məruz qaldığı nevropatoloqa həqiqəti söyləyibsöyləməməsinə tənqidi yanaşılmalıdr. O səbəbdən ki, nevropatoloq qapalı kəllə-beyin silkələnməsinin yalnız Zərərçəkmiş şəxs sözlərindən müəyyən etdiyini bildirmişdir. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs keçmiş gəlini X3ya və onun yaxınları X10, X12, Məhkumlara qarşı qərəzlidir. İlkin müayinə zamanı Zərərçəkmiş şəxs X12, Məhkum və Şəbinə tərəfindən döyülməsini bildirməsi də buna əyani sübutdur. İş üzrə verdiyi sonrakı ifadəsində özü də bunu etiraf edərək onun yalnız Məhkum tərəfindən döyülməsi, digərlərinin adlarını da qeyd etməsini isə hadisənin təsiri altında olması ilə əlaqələndirmişdir. Məhz Zərərçəkmiş şəxs ekspertizadan keçirildiyi müddət də onun “hadisələrin təsiri altında olması” zamanına təsadüf edir. Bundan başqa iş materia llarından görünür ki, nə yolla olursa olsun Məhkum və onun yaxınlarının məsuliyyətə cəlb edilməsi xatirinə müxtəlif fərqli izahat və ifadələr verilmişdir. Hətta bu ifadələr arasında və eləcə də Zərərçəkmiş şəxs müdafiəsi istiqamətində verilmiş şahid X2 ifadələri arasında da kəskin ziddiyyətlər vardır. Yuxarıda qeyd edilən Gəncə şəhər Təcili Tibbi yardım stansiyasının məktubundan da görünür ki, Zərərçəkmiş şəxs müayinə olunarkan əlavə şikayətlərinin olmaması səbəbindən digər müayinələr aparılmamışdır.Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs Məhkum məsuliyyətə cəlb edilməsi xatirinə ekspert və nevropatoloq tərəfindən müayinə olunması zamanı simulyasiya etməsi istisna edilmir. Müdafiə tərəfi hesab edir ki, Zərərçəkmiş şəxs baş ağ ağrısı, baş axması, ürəkbulanma kimi şikayətlərinin olmasını on un öz sözlərindən başqa digər əsaslarla sübut etmək mümkün olmadığından (stasionar və ya ambulator müalicə ilə bağlı göstərilən diaqnoza uyğun heç bir müalicəyə məruz qalmamışdır) şübhə altına alına bilər və bu səbəbdən də yüngül dərəcəli qapalı kəllə-beyin silkələnməsinə dair ekspert rəyinə də tənqidi yanaşılmalıdır. Rəydə göstərilənlər digər tibbi məlumatlarla ziddiyyət təşkil etdiyindən ekspert rəyi mötəbər sübut növü kimi əsaslı şübhə altına alına düşür. Qanunvericiliyə əsasən əsaslı şübhə doğuran sübutlar digər sübutlarla şübhədən çıxarılması mümkün olmadığı halda şəxsin xeyrinə olaraq həll edilir. Göründüyü kimi, məhkəmə iclasında tədqiq edilən sübutlarla nə Məhkum tərəfindən Zərərçəkmiş şəxs yumruqla vurulması, nə də Zərərçəkmiş şəxs həqiqətən yüngül dərəcəli qapalı kəllə beyin trav ması almasını təsdiqləyən mötəbər sübutlar mövcud deyildir. Məhkum kassasiya şikayətinə əlavə verərək qeyd etmişdir ki, iş üzrə təyin olunmuş məhkəmə tibbi-ekspertizaların rəylərində, ekspertlər zərərçəkmiş Zərərçəkmiş şəxs aldıqları xəsarətlərin xarakterini, lokalizasiyasını, əmələ gəlmə mexanizmini və iş materiallarındakı məlumatları nəzərə alaraq belə nəticəyə gəlinmişdirlər ki, zərərçəkmişin sol göz altı nahiyənin hematoması mənim tərəfimdən Zərərçəkmiş şəxs sol yan-arxa tərəfindən yaxınlaşmaqla onun sol gözaltı nahiyəsinə əllə, ola bilsin daraq-falanqa nahiyəsi ilə yetirilən zərbə nəticəsində əmələ gələ bilərdi. Öz növbəsində həmin xəsarət növü dərəcəsi təyin olunmayan xəsarətlərə aid edilir. Lakin zərərçəkmişin digər xəsarətləri, yəni burun yəhərinin əzilmiş yarası ilə müşayiət oluna n baş-beyin silkələnməsi, sağ yanağın, sol bazunun qançırı, alt dodağın və hər iki diz oynağının ön səthinin sıyrıqları isə zərərçəkmişin müvazinətini itirərək öz boyu hündürlüyündən üzü üstə yıxılaraq səthi hamar olmayan, daşlı, bərk çıxıntılı yer səthinə dəyməsi nəticəsində yarana bilməsi qeyd olunmuşdur. Bu xəsasərlərdən isə yalnız baş-beyin silkələnməsi xəsarəti sağlamlığa yüngül zərər vurmaya aid edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən isə sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Eyni zamanda hazırki iş üzrə verilmiş 07 oktyabr 2016-cı il tarixli məhkəmə tibbi-ekspertizasının rəyində zərərçəkmiş Zərər çəkmiş şəxs burun yəhərinin əzilmiş yarası, yüngül beyin silkələnməsi ilə müşayiət olunan xəsarətə səbəb olan əlin daraq- falanqa sümüklərinin birbaşa fiziki təsiri (zərbənin gücü) zamanı, burun çəpərinə və ya burun sümüyünə təsirsiz ötüşə bilməsi az ehtimallı və sonuncunun burun yəhərinin əzilmiş yarası ilə müşayiət olunan beyin silkələnməsi xəsarətinin yumruq zərbəsi ilə sol gözaltı nahiyəsinə vurulması nəticəsində yaranmasının mümkünlüyü inandırıcı olamadığı qeyd olunmuşdur. Bundan başqa, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası həm zərərçəkmiş tərəfindən, həm də həmin işdə birbaşa maraqlı olan zərərçəkmişin arvadı Lyudmila Kazımovun həm ibtidai araşdırma zamanı, həm də məhkəmə iclaslarında verdikləri izahatlarda kifayət qədər uyğunsuzluqlar, ziddiyyətlə məqamlar və işin fakti ki hallarına uyğun olmayan əsasları nəzərə almamış, onlara düzgün hüquqi qiymət verməmiş və iş materiallarının əsasını təşkil edən qanunsuz hökm çıxarmışdır. O, zəruri müdafiə vəziyyətində, yəni bacısı X3nın həyatına, sağlamlığına və hüquqlarına, dövlətin və cəmiyyətin mənafelərinə qəsd edən Zərərçəkmiş şəxs bacımdan aralıyarkən, sonuncu yerə yıxılmışdır. Lakin bu və digər şahid ifadələri ilə onun Zərərçəkmiş şəxs vurmağını təkzib edən halları, məhkəmə tibbi-ekspertiza rəyləri nəzərə almayan və onlara hüquqi qiymət verməyən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası şikayətin dəlillərinə səthi yanaşaraq, araşdırma aparılmadan, hazırkı iş üzrə onun təqsirliyini sübut edən heç bir mötəbər sübut mövcud olmadan, dəlillər təhlil edilmədən tələsik qanunsuz hökm çıxarmışdır. Azərbaycan Re spublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, zərərçəkmiş şəxsin və dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 dekabr 2016-cı il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxar aq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkəmələr yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan başqa, iş materiallarından görünür ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişlər. Bu məsələlər həll olunarkan Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrini n tələblərinə riayət olunmuşdur. Məhkum hərəkəti Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı, həmin tərkiblə tam əhatə olunduğu üçün onun əməli düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Kassasiya şikayətlərinin dəlillərinə gəldikdə qeyd olunmalıdır ki, belə dəlillər hələ birinci instansiya məhkəməsində irəli sürülmüş, bu səbəbdən də araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni hökmdə ətraflı şərh etməklə əsaslandırmışdır. Hökmdə müdafiə tərəfinin irəli sürdüyü dəlillərlə əlaqədar olaraq iş üzrə sübutlar təhlil edilməklə aşağıdakılar göstərilmişdir: “...məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla təqsirləndirilən şəxs Məhkum ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların təqsirləndirilən şəxs Məhkum təqsirinin sübuta yetirilməsi üçün mötəbər olduğu və kifayət etdiyi qənaətinə gəlir və qiymətləndirib nəzərə alır. Məhkəmə ilk öncə məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, şahidlər X10, X12, X8 məhkəmə baxışı zamanı ifadələrində mübahisə zamanı Məhkumın əli ilə X3i qorumaq üçün özünə tərəf çəkdiyini və X3i vurmaq istəyən Zərərçəkmiş şəxsun zərbəsi boşa çıxdığından sonuncunun yerə yıxılmasını göstərmişlər. Həmin şahidlər ibtidai istintaq zaman verdiyi ifadələrində mübahisə zamanı Məhkumın X3i qorumaq üçün əli ilə Zərərçəkmiş şəxsu ondan itələyərkən sonuncunun yerə yıxılmasını bildirmişlər. Göründüyü kimi şahidlər X10, X12, X8 mübahisə zamanı Məhkum Z ərərçəkmiş şəxs vurması ilə əlaqədar ibtidai istintaq zamanı Məhkumın Zərərçəkmiş şəxsu itələməsini və nəticədə sonuncunun yerə yıxılması, məhkəmə istintaqı zamanı isə Məhkumın Zərərçəkmiş şəxsa toxunmadığını, X3i vurmaq istəyən Zərərçəkmiş şəxsun zərbəsinin boşa çıxması nəticəsində yıxılması barədə iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edən hala dair fərqli və zidiyyətli ifadələr vermişlər. Bu baxımdan məhkəmə şahidlər X10, X12, X3 ifadələrinin ziddiyyətli olmasını və təqsirləndirilən şəxslə qohumluq münasibətlərini nəzərə alaraq onların ifadələrini qeyri-səmimi olmaqla inandırıcı hesab etmir. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cinayəti etiraf etməyərək Zərərçəkmiş şəxs vurmadığını, sonuncunun yerə yıxılaraq xəsarət aldığını bildirməsi ilə əlaqədar qe yd edir ki, təqsirləndirilən şəxsin ifadəsi iş üzrə digər mötəbər sübutlarla, o cümlədən Zərərçəkmiş şəxs baş beyinin silkələnməsi ilə müşayət olunan burun yəhərinin əzilmiş yarasının sol tərəfdən burun əsasına və sol gözaltı nahiyəyə yetirilmiş bir yumruq zərbəsi nəticəsində əmələ gələ bilməsi, başın arxa hissəsindən yumruqla vurulmaqla həmin xəsarətlərin əmələ gəlməsinin mümkün olmaması, Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlərdən burun yəhərindəki əzilmiş yaranın burun əsasında yerləşmədiyindən həmin xəsarətlər yumruqla yetirilmiş zərbə nəticəsində törənməsi, üzü üstə yıxılması nəticəsində əmələ gəlməsinin inandırıcı olmaması barədə 17 sentyabr 2015-ci il tarixli, 32/Ə saylı rəylə təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxs Məhkum ifadəsini özünümüdafiə kimi qiymətləndirir və onun ifadəsinə tənqidi yanaşmaqla əsassız hesab edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin və şahid X2 məhkəmə baxışı zamanı verdiyi ifadələri və iş materiallarına əlavə edilmiş 02 iyun 2014-cü il tarixli, 454 saylı, 14 oktyabr 2014-cü il tarixli, T 198/2014 saylı, 17 sentyabr 2015-ci il tarixli, 32/Ə saylı, birliyinin 29 dekabr 2015-ci il tarixli, T 243/2015 saylı ekspert rəyləri ilə Məhkum 01 iyun 2014-cü il tarixdə saat 18 radələrində Bakı-Qazax yolunun 401-ci km-də, Şəmkir rayonu, Əliyaqublu kəndi ərazisində Zərərçəkmiş şəxs yumruqla bir neçə zərbə vuraraq sonuncunun sol gözaltı nahiyənin hematoması, burun yəhərinin əzilmiş yarası, baş beyin silkələnməsi, sağ yanağın, hər iki bazunun qançırları, alt dodağın sağ yarısının və hər iki diz oynağının ön səthinin sıyrıqları ilə nəticə lənən sağlamılığına yüngül zərər vurması təsdiqini tapmışdır və məhkəmə həmin sübutlara məcmu halında qeyd edilən sübutların mötəbərliyi və mümkünlüyü baxımından qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Məhkum törətdiyi cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri və işin bütün materialları ilə tam təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs Məhkum əməli Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır...”. Göründüyü kimi, birinci instansiya məhkəməsi iş üzrə mövqeyini, müdafiə tərəfinin irəli sürdüyü dəlillərə münasibətini, onlarla razılaşmadığının səbəblərini hökmdə işin faktiki hallarına istinad edərək ətraflı şərh etməklə əsaslandır mış və apellyasiya məhkəməsi haqlı olaraq həmin mövqeylə razılaşmışdır. Apellyasiya məhkəməsinin belə qənaətdə olması ilə əlaqədar qeyd olunmalıdır ki, həmin məhkəmə də komisyon məhkəmə tibbi ekspertizası təyin etmiş, qərarında həmin rəyə, apellyasiya şikayətinin dəlillərinə münasibət bildirmiş, bunlara dair gəldiyi nəticəni işin faktiki hallarına, iş materiallarına və qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında iş üzrə sübutlar sadalanaraq və onlara müvafiq qiymət verilərək aşağıdakılar göstərilmişdir: “...Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi iş üçün əhəmiyyət kəsb edən bütün halla rı tam aydınlaşdıraraq həmin sübutlara əsasən Məhkum ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan əsaslı və qanuni nəticəyə gəlmiş onun əməlini CM-in 128-ci maddəsi ilə düzgün tövsif etmişdir. Belə ki, məhkəmə kollegiyası təkrar keçirilmiş komisyon məhkəmə-tibbi ekspertizasının 07 oktyabr 2016-cı il tarixli, 213/MEŞ saylı rəyini tam əsaslı hesab etmir. Ona görə ki, həmin rəy cinayət işinin materialları ilə uzlaşmır. Müdafiəçinin apelyasiya şikayətinin məzmunundan görünür ki, müdafiə tərəfi hesab etmişdir ki, Məhkum hərəkətlərində cinayət tərkibinin olmasından söhbət gedə bilməz və bu səbəbdən ona əməlində cinayət tərkibinin olmaması əsası ilə bəraət verilməlidir. CPM-in 42.1-ci maddəsində göstərilmişdir ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şə xsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə; Azərbaycan Respublikası CPM-nin 42.2-ci maddəsinə görə isə bəraət hökmü aşağıdakı hallarda çıxarılır: bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə ş əxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. O da qeyd olunmalıdır ki, CPM-in 139.0-cı maddəsində qeyd edilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: cinayət hadisəsinin baş vermə faktı və halları; şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Daha sonra cinayət-prosessual qanunvericlik sübutların nədən ibarət olmasını, hansı qaydada əldə edilməsini və qiymətləndirildiyini təsbit edərək müəyyən etmişdir ki, şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər sübutlar hesab edilir. Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutla r tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirilər (CPMnin 124.2,143.1,144 və 145-ci maddələri). Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, iş üzrə təqsirləndirilə n şəxs, zərərçəkmiş və şahidlər dindirilmiş, yazılı sübutlar tədqiq edilmiş, lakin, təqsirkara bərəaət verilməsi üçün faktiki əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan cinayət əməlinin Məhkum tərəfindən törədilməsini iş materialları, zərərçəkmiş və şahid ifadələri, digər sübutlarla təsdiq olunduğu qənaətinə gəlir...”. Göründüyü kimi, apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə münasibət bildirmiş, onları qanunla nəzərdə tutulan qaydada cavablandırmış, onlarla razılaşmadığının səbəblərini qərarda göstərmiş, iş üzrə mövqeyini işin hallarına və qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin mövqe iş materiallarına, işin faktiki hallarına, qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya şikayətinin (və onun əlavəsinin) dəlilləri də apellyasiya məhkəməsinin gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Kassasiya şikayətində iş üzrə sübutlara istinad edilir və ifadələrin məzmunu göstərilməklə ittihamın təsdiq olunmadığı iddia edilir. İş materiallarından isə görünür ki, məhkəmələr tərəfindən sübutlar Azərbaycan Respublikası CM-nin 143-146-cı maddələrinin tələblərinə riayət edilərək ətraflı tədqiq edilib təhlil olunmuş, onlara düzgün qiymət verilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə kassasiya şikayətində (və onun əlavəsində) həmin sübutlarla əlaqədar göstərilənlər müdafiə tərəfinin mövqeyini heç cür əsaslandırmır, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni şübhə altına almağa əsas vermir. Kassasiya şikayətində bir neçə dəlil məhkəmə-tibb ekspertizasının rəylərində olan nəticələrə həsr olunmuşdur. Bununla əlaqədar qeyd olunmalıdır ki, hökmdə və apellyasiya məhkəməsinin qərarında ekspert rəylərinə də münasibət bildirilmiş, onlar qanunla nəzərdə tutulan qaydada digər sübutlarla birlikdə məcmu qaydasında qiymətləndirilmiş, sübutlarla əlaqədar gəlinmiş nəticələr ətraflı şərh olunmaqla əsaslandırılmışdır. Məhkəmələr ekspert rəylərini Azərbaycan Respublikası CPM-nin 331-ci maddəsinin tələbinə tam riayət etməklə tədqiq etmiş və onları Azərbaycan Respublikası CPM-nin 127.3-cü maddəsinə uyğun olaraq qiymətləndirilmişdir (həmin normada təsbit olunmuşdur ki, ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən y oxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir). Apellyasiya məhkəməsi tərəfindən bu məsələdə də hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. Şikayətdə cinayət və cinayət prosessual qanununun normalarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının müddəalarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı da İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi ilə ziddiyyət təşkil etmir. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulan hallar mövcud olmadığından) dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti (əlavələrlə birlikdə) isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbayca n Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 dekabr 2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti (əlavələrlə birlikdə) təmin edilməsin. Sədrlik edən: Əli Seyfəliyev Hakimlər: Hafiz Nəsibov Tahir Kazımov
Məhkəmə qərarları › İş №1(102)-7/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-7/2019
30.01.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver