Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-7/2020 15.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun iştirakı ilə xx xxx 1955-ci il tarixdə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, Füzuli RİHB-nın Füzuli şəhəri üzrə nümayəndəsi işləmiş, əvvəllər məhkum olunmamış, ünvan yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 228.1ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Əskərov Zöhrab İmaməli oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli hökmünə əsasən (hakim: V.N.Məmmədov) Məhkum Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2016-cı il tarixdən hesablanmışdır. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməs inin xx xxxxxx 2016-cı il tarixli qərarı ilə (sədrlik edən: V.Ə.Mursaqulov, hakimlər: M.S.Hüseynov və H.H.Əhmədov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli hökmü dəyişdirilmiş, Məhkum CM-nin 228.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 1 ildən 7 aya endirilmişdir. Həmin qərardan dövlət ittihamçısının məhkumun cəzasının yüngüllüyünə dair verdiyi kassasiya protesti Ali Məhkəmənin Cinayət kollegiyasının xx xxxxxx 2016-cı il tarixli qərarı ilə təmin olunmamış (sədrlik edən hakim İ.Cəfərov, hakimlər: Ə.Seyfəliyev və H.Nəsibov), məhkumun müdafiəçilərinin Məhkum bəraət verilməsinə dair kassasiya şikayətləri isə Ali Məhkəmənin Cinayət kollegiyasının xx xxxxxx 2017-cı il tarixli qərarı ilə (sədrlik edən hakim İ.Hacıqayıbov, hakimlər: G.Rzayeva və F.Kərimov) qismən təmin olunaraq apellyasiya məhkəməsinin qərarı ləğv edilmiş və iş yeni apellyasiya baxışına təyin olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: Q.F.Məmmədov, hakimlər: R.K.Səfərov və A.K.Abdinbəyov) məhkumun müdafiəçisi tərəfindən Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Binəqədi rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 1 ildən 7 aya endirilmişdir. İşin halları: Məhkum ona görə təqsirli bilinərək məhkum edilmişdir ki, o, istintaqa məlum olmayan mənbədən odlu silah hesab edilən 1 ədəd « Makarov» tipli tapança, onun komplekt hissəsi olan bir ədəd sandıqça və sandıqçanın içərisində döyüş sursatı hesab edilən 5 ədəd 9 mm kalibrli patronu qanunsuz olaraq əldə edib yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, İlqar Həşimov küçəsi 4 “A” saylı binanın 75-ci mənzilində saxlamış və xx xxxxxx 2016-cı il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən silah, onun komplekt hissəsi və döyüş sursatı həmin mənzilin yataq otağındakı çarpayının yataq dəstinin altında aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi və Məhkum bəraət verilməsi xahiş olunur. Şikayətin müəllifi qeyd edir ki, Məhkum qızının mənzilində qüvvədə olan qanunların kobud şəkildə pozulması ilə axtarış aparılması və oradan “Makarov” tipli tapançanın və patronların tapılmasına dair sənədləşmənin aparılması əsasında onun məhkum edilməsi tamamilə qanunsuzdur. Bununla əlaqədar onun Məhkum bəraət verilməsinə dair birinci və apellyasiya instansiyası məhkəmələrində verdiyi vəsatətlər təmin edilməmiş, məhkəmələr qanunsuz toplanan, hüquqi qüvvəsi olmayan sənədlərə və şahidlərin ziddiyyətli ifadələrinə əsasən Məhkum etmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikyətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin ed ilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildir ir. Yəni bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda həmin hallarla əlaqədar olaraq cinayət və cinayətprosessual normaların tətbiqinin düzgünlüyünü yoxlaya bilər. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun əsassız olaraq məhkum edilməsi mübahisələndirilir. Hesab olunur ki, birinci instansiya və apellyasiya instansiya məhkəmələri ibtidai araşdırma orqanı tərəfindən prosessual qanunvericiliyin və digər qanunların pozulması ilə əldə olunmuş sübutlara istinad etməklə, kifayət qədər araşdırma aparmadan, müdafiə tərəfinin vəsatətlərinə əhəmiyyət vermədən Məhkum əsassız məhkum etmişlər. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum məhkəmə qərarlarında təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmələr iş üzrə əməliyyat-axtarış orqanları tərəfindən tərtib olunmuş və məhkəmələrdə tədqiq olunmuş sənədlərə, şahidlərin ifadələrinə, ekspertiza rəylərinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkum müdafiəçisinin kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən onun əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni şahidlərin ifadələri, ekspert rəyləri, bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıql arının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum müdafiəçisinin kassasiya şikayətində irəli sürdüyü dəlillər onun apellyasiya şikayətində sadaladığı dəlillərdən fərqlənmir və işə baxan apellyasiya instansiya məhkəməsi həmin dəlilləri ətraflı araşdırmaqla Məhkum qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin dəlillərin təkrar müzakirəsini və sübutları hazırki qərarda tam tə krarlamağı zəruri hesab etmir. Belə ki, Məhkum hökmün təsviri hissəsində qeyd edilən cinayət əməlini törətməsi şahidlər X, X2, X3, X4, X5, X6, X7 və X7un ifadələri, həmçinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2016-cı il tarixli, 871 nömrəli rəyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminialistik Tədqiqatlar İdarəsinin 16/106 a nömrəli təhqiqat haqqında xx.xx.2016-cı il tarixli arayış və xx.xx.2016-cı il tarixli, 011-172-1216 saylı məktubda və digər istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, o cümlədən iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Məhz yuxarıda qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə CPM-in 416-cı maddəsində nəzərdə tutulan qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud deyildir. Məhkə mə kollegiyası iş üzrə toplanmış və apellyasiya instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları təhlil edib, həm onlara, həm də yuxarıda qeyd olunan hallara əsaslanaraq Məhkum barəsində olan qərarın ləğv edilməsinə dair qərar qəbul olunmasına heç bir əsas görmür və buna görə də apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətində göstərilən dəlilləri əsassız hesab edərək həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsind ə Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-7/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-7/2020
15.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver