Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-7/2021 01.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib-İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, Məhkum müdafiəçisi-vəkil Məmmədov Zaur Məmmədağa oğlunun iştirakları ilə, Bakı A ğır Cinayətlər Məhkəməsinin 22 avqust 2019-cu il tarixli hökmü ilə Məhkum və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum olunmaları barədə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 noyabr 2019-cu il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs və Məhkum müdafiəçisi-vəkil Məmmədov Zaur Məmmədağa oğlu tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 avqust 2019-cu il tarixli hökmü ilə (hakimlər: S.H.Hacıyev (sədrlik edən və məruzəçi), T.Q.Hüseynov və Ə.İ.Məmmədovdan ibarət tərkibdə) Təqsirləndirilən şəxs - xx xxxxxxx 1995-ci il tarixdə Yardımlı rayonunun Bürzünbül kəndində anadan olmuş, Azərbaycan Respublikasın ın vətəndaşı, orta təhsilli, subay, Yardımlı rayonunun Bürzünbül kəndində qeydiyyatda olan Azərbaycan Respublikası CM-in 181.2.1. 181.2.3, 181.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının başlanğıcının 26 fevral 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. Məhkum - xx xxxx 1995-ci il tarixdə Lerik rayonunun Xanagah kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Lerik rayonunun Xanagah kəndində ünvanda qeydiyyatda olan Azərbaycan Respublikası CM-in 181.2.1. 181.2.3, 181.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) il 6 ( altı) ay müddətə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının başlanğıcının 26 fevral 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə X5 da təqsirli bilinərək məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum, X5 və Təqsirləndirilən şəxs digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxslərin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı basqın edib silah qismində istifadə edilən əşyanı tətbiq etməklə saxlanc yerinə qanunsuz olaraq girməklə quldurluq etmişlər: Beləki, özgənin əmlakını basqın edib ələ keçirmək məqsədi ilə Məhkum, X5, Təqsirləndirilən şəxs digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 19 fevral 2019-cu il tarixdə saat 02:00 radələrində əvvəlcədən öz aralarında razılaşdıqları qaydada tanınmamaları üçün başlarına qara rəngli papaq taxıb və üzlərini şərflə bağlayaraq, habelə bıçaq, beşbarmaq və taxta parçası ilə silahlanaraq, Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsində fəaliyyət göstərən «Güzdək» daş karxanasına gəlib orada karxananın fəhlələrin yaşaması üçün nəzərdə tutulan vaqonun plastik qapısının qarşısında gələn şəxslər barədə məlumat vermək üçün Kamal Əliyev digər şəxslə birlikdə dayanmış, Məhkum, Təqsirləndirilən şəxs və digər şəxs isə qanunsuz olaraq saxlanc yeri hesab edilən vaqona daxil olmuş, həmin vaxt Məhkum özü ilə gətirdiyi bıçağı silah qismində istifadə edərək hücuma məruz qa lmış karxanada usta işləyən Zərərçəkmiş şəxs1 tərəf tutaraq: “Bizə pul lazımdır, dava-dalaş olmasın, pulu verin gedək”,- demiş, Zərərçəkmiş şəxs1 isə özünü müdafiə etmək məqsədilə Məhkum üzərinə gedib yaxasından tutduqda bıçaq sonuncunun əlindən yerə düşmüş, vaqonda olan digər şəxs əlindəki taxta parçası ilə vaqondakı lampanı vuraraq işıqları söndürmüş, Təqsirləndirilən şəxs isə özü ilə əvvəlcədən gətirdiyi soyuq silah hesab edilməyən beşbarmağı silah qismində tətbiq edərək hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla Zərərçəkmiş şəxs1 baş nahiyyəsinə bir neçə zərbə vuraraq sonuncuya başın təpə, təpə-ənsə nahiyələrinin sıyrıqları ilə nəticələnən dərəcələrinə görə sağlamlığa zərəvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilməyən və hər iki qa şüstü nahiyyəsinin əzilmiş yaraları dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərəvurmaya aid bədən xəsarətləri yetirmiş, habelə vaqonda olan digər şəxs əlində olan taxta parçasını silah qismində istifadə edib Zərərçəkmiş şəxs1 kürək nahiyyəsindən vuraraq küt ağrılar yetirmiş, daha sonra Zərərçəkmiş şəxs1 vaqondan bayıra çıxdıqdan sonra vaqonun girişinə dayanmış digər şəxs əlində olan taxta parçasını silah qismində tətbiq etməklə Zərərçəkmiş şəxs1 kürək və çiyin nahiyyələrinə vurub küt ağrılar yetirmiş, daha sonra vaqonda olan digər şəxs əlində olan taxta parçasını silah qismində tətbiq edib vaqonda olan X1 nahiyyəsindən vurub boğazından tutub sıxmaqla hədə qorxu gələrək pulları tələb etmiş, X1 qorxudan Zərərçəkmiş şəxs1 saxlamaq üçün verdiyi 1.270 mana t pulu masanın üzərinə qoymuş, vaqonda olan digər şəxs Zərərçəkmiş şəxs1 məxsus 100 manatlıq, 50 manatlıq və 20 manatlıq əskinaslardan ibarət 1.270 manat pulu ələ keçirib birlikdə hadisə yerindən uzaqlaşmaqla quldurluq etmişlər. Hökmdən verilmiş apelyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası (hakimlər: F.A.Qasımov (sədrlik edən və məruzəçi), Q.X.Babayev və K.H.Əkbərovdan ibarət tərkibdə) 15 noyabr 2019-cu il tarixli qərarı ilə apelyasiya şikayətləri təmin edilmədən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 avqust 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 noyabr 2019-cu il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs və Məhkum müdafiəçisi-vəkil Məmmədov Zaur Məmmədağa oğlu ayrı-a yrılıqda kassasiya şikayətləri vermişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti verərək bildirmişdir ki, nə istintaq dövründə, nə birinci instansiya məhkəməsi, nə də apelyasiya instansiya məhkəməsi cinayət təqibi ilə əlaqədar bütün halları hərtərəfli, tam və obyektiv araşdırmamışdır. Əməlində CM-nin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələrinin tərkibi olmamasına baxmayaraq işə baxan məhkəmələr qərəzli olaraq barəsində qeyd olunan maddələrlə ittiham hökmü çıxarmışlar. Hazırki cinayət işi üzrə ona sürülən ittihamı təsdiq edə biləcək sübutlar ümumiyyətlə mövcud deyildir. Həmçinin birinci instansiya məhkəməsinin hökmünün və apelyasiya instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olması ilə yanaşı, həmin hökmlə ona təyin olunan cəzanın da əd alətsiz olduğunu kassasiya şikayətində qeyd etmişdir. Belə ki, CMnin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri üzrə qanunusuz olaraq təqsirli bilinməsi ilə yanaşı işdə heç bir ağırlaşdırıcı hal olmadığı halda həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş ən yuxarı həddə cəza təyin edilmişdir. Cəza təyini zamanı səhhətində olan problem də nəzərə alınmamışdır. Odur ki, qeyd olunanları nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 15 noyabr 2019-cu il tarixli qərarını ləğv edərək barəsində cinayət təqibinə xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum müdafiəçisi-vəkil Məmmədov Zaur Məmmədağa oğlu kassasiya şikayətində bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmiş və cinayət qanunv ericiliyinin normaları düzgün tətbiq olunmamaqla Məhkum törətmədiyi cinayət əməlinə görə məsuliyyətə cəlb olunaraq məhkum edilmişdir. Belə ki, nə ibtidai araşdırma dövründə, nə də ki, məhkəmə araşdırması zamanı Məhkum qarşı irəli sürülmüş ittiham öz təsdiqini tapmamış, onun törətmiş olduğu cinayət əməlinə qərəzli istintaq aparılmaqla düzgün hüquqi qiymət verilməmiş və ona qarşı qeyriobyektiv olaraq törətmədiyi cinayətə görə ittiham irəli sürülərək barəsində ədalətsiz hökm çıxarılmışdır. Məhkəmə araşdırması zamanı Məhkum ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək vermiş olduğu ifadəsində faktiki olaraq hər hansı cinayət törətmədiyini bildirmişdir. Cinayət işinin materiallarından da görünür ki, iş üzrə obyektiv ibtidai araşdırma aparılmamış və ibtidai araşdırma orqanı tərəfindən ümumiyyətlə Məhkum qarşı tamamilə əsası olmayan ittiham irəli sürülmüşdür. Apelyasiya instansiya məhkəməsi əsl həqiqətin araşdırılması üçün işə baxılmasının məhkəmə istintaqı ilə aparılmasına dair müdafiə tərəfin şifahi vəsatətini təmin etməmiş və obyektiv nəticəyə gəlinməsinə şərait yaratmamış, bununla da birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qeyri-obyektiv nəticəni bir daha təsdiqləmişdir. Halbuki, Məhkum quldurluq cinayəti törətməsini təsdiq edən mötəbər sübutların məcmusu müəyyən edilməmişdir. Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1435/2019 saylı 15 noyabr 2019-cu il tarixli qərarının ləğv edilməsi və onun barəsində bəraət hökmü çıxarılması üçün cinayət işinin yeni məhkəmə baxışma qaytarılması barədə qərar qəbul edilməsini xahiş et mişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslər in də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud old uğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tə ləb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkumlar Təqsirləndirilən şəxs və Məhkum kassasiya şikayətlərində nə ibtidai araşdırma dövründə, nə də ki, məhkəmə araşdırması zamanı onlara qarşı irəli sürülmüş ittihamın öz təsdiqini tapmadığını, törətmiş olduqları cinayət əməlinə qərəzli istintaq aparılmaqla düzgün hüquqi qiymət verilmədiyin i və onlara qarşı qeyri-obyektiv olaraq törətmədikləri cinayətə görə ittiham irəli sürülərək ədalətsiz hökm çıxarıldığını bildirərək barələrində bəraət hökmü çıxarılmasını xahiş etmişlər. İbtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və 22 avqust 2019-cu il tarixli hökmdə qanuna müvafiq qaydada qiymətləndirilməklə ətraflı şərh edilmiş sübutlar əsasında Bakı Ağır Cinayətlər Məhkəməsi əsaslı olaraq Təqsirləndirilən şəxs və Məhkum ittiham olunduqları maddələr ilə nəzərdə tutulmuş cinayət əməlini törətmələri barədə işin faktiki hallarına uygun nəticəyə gəlmi ş və onların əməllərini CM-nin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə düzgün tövsif etmiş və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs və Məhkum həmin maddələrlə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmışdır. Apelyasiya məhkəməsi də düzgün olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Cinayət işinin materialları da ona dəlalət edir ki, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, birinci və apelyasiya instansiya məhkəmələri tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilmə miş, sübutlar CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutları isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmış, iş üzrə toplanmış sübutların cəminə obyektiv hüquqi qiymət verilmişdir. Hər iki məhkum həmin cinayət əməllərini törətməkdə təqsirlidir, Kassasiya şikayətində göstərilən dəlillər əsasında hökmün və apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və məhkumlar barəsində bəraət qərarı çıxarılması üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Şəxsə bəraət verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası CPM-nin 42ci maddəsi ilə tənzimlənir. Həmin normada (CPM-nin 42.1-ci maddəsində) nəzərdə tutulmuşdur ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldəcinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Sübutların bu normanın tələbləri və kassasiya şikayətinin dəlilləri baxımından təhlili göstərir ki, həmin normada sadalanan, Təqsirləndirilən şəxs və Məhkum bəraət verilməsinə əsas verən hallar iş üzrə mövcud deyildir. Əksinə kassasiya şikayətində göstərilən xüsusatlar digər danılmaz sübutlarla – zərərçəkmiş şəxsin ifadələri, ekspertiza rəyləri, istintaq hər əkəti protokolları, habelə sair iş materialları ilə tamamilə təkzib edilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının bəraətverici əsaslarla ləğv edilməsi barədə dəlilləri əsassız hesab edir, həmin dəlillərin təmin olunmasını qanunauyğun hesab etmir. Məhkum Təqsirləndirilən şəxs həmçinin birinci instansiya məhkəməsinin hökmünün və apelyasiya instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olması ilə yanaşı, həmin hökmlə ona təyin olunan cəzanın da ədalətsiz olduğunu kassasiya şikayətində qeyd etmişdir. Belə ki, CM-nin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri üzrə qanunusuz olaraq təqsirli bilinməsi ilə yanaşı işdə heç bir ağırlaşdırıcı hal olmadığı halda həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş ən yuxarı həddə cəza təyin e dilmişdir. Məhkəmə hər iki məhkuma cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları (zərərçəkmiş şəxslərlə barışıq əldə etmələrini, zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq tamamilə ödəmələrini, azyaşlı uşaqlarının olmasını) cəzanı ağırlaşdıran halların olmamasını əsas götürərək Məhkum və Təqsirləndirilən şəxs ittiham olunduqları maddələrin sanksiyası həddində, şəxsiyyətlərinə və törətdikləri əmələ uyğun, qanuni və ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran halla r yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. CM-nin 181.2.1. 181.2.3, 181.2.5-ci maddəsinin sanksiyasına görə həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməlin törədilməsinə görə səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs cəza təyin edərkən onların zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-nin 59.1.13-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi, əməllərində CM-nin 61-ci maddəsinə əsasən cəzalarını ağırlaşdıran halların olmamasını, həmçinin CM-nin 60.1-ci maddəsinin CM-nin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dördə üçündən artıq ola bilməməsinə dair tələbini nəzərə alaraq, CM-in 181.2.1. 181.2.3, 181.2.5-ci maddələrinin aşağı həddinə yaxın həddə, yəni 08 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan mərhum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab etmişdir. Belə ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8ci mad dəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd edilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsində isə göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai t əhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkum Təqsirləndirilən şəxs cəza təyin edilərkən göstərilən Cinayət Məcəlləsinin maddələrinin tələblərinə əməl edilmiş, hər hansı pozuntuya yol verilməmişdir. Cəzanın daha da yüngüllədirilməsi üçün cinayət işinin materiallarında hüquqi əsasların mövcudluğu müəyyən edilməmişdir. Ona görə də kassasiya şikayətinin bu dəlili əsassız hesab edilərək təmin edilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən kassasiya şikayətlərinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 noyabr 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəy işdirilməsi üçün Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayətləri təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 noyabr 2019-cu il tarixli qərarı hər iki məhkum barəsində verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-7/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-7/2021
01.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver