Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-7/2024 06.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, məhkumun müdafiəçisi Kantayev Nurəddin Mahama oğlunun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-776/2022 nömrəli, 26 sentyabr 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şik ayətinə və müdafiəçisi Kantayev Nurəddin Mahama oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxx 1992-ci il tarixdə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanda yaşamışdır. 2. 01 iyun 2022-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 228.4 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 10 iyun 2022-ci il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə bax ışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-29,087 qram narkotik vasitə olan heroini əldə edib, saxlayıb yaşadığı ərazidə üzərində daşıyarkən, daxil olmuş məlumat əsasında 18 fevral 2022-ci il tarixdə, saat 15 radələrində Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Astara şəhəri, Z.Bünyadov küçəsində saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki gödəkçənin cibindən iki ədəd bükümdə, ayrı-ayrılıqda 15,181 qram və 13,906 qram olmaqla cəmi, külli miqdarda - 29,087 qram narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Bundan başqa o, qanunsuz olaraq bir ədəd soyuq silah əldə edib yaşadığı Astara şə həri, Z.Bünyadov küçəsi, ev 5, mənzil 4 ünvanına daşıyıb evin yataq otağında olduğu dolabın siyirməsində saxlamış, 18 fevral 2022-ci il tarixdə, saat 18 radələrində Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı yaşadığı evin birinci mərtəbəsində yerləşən yataq otağındakı dolabın siyirməsindən bir ədəd zavod üsulu ilə istehsal edilmiş, istifadəyə yararlı, soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı aşkar edilib götürülmüşdür.
5. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-403/2022 nömrəli, 08 iyul 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 228.4 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməklə Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə 8 (səkkiz) ay müddətə v ə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzalarına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Astara Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 8 (səkkiz) ay 19 (on doqquz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının Azərbaycan Respublikası CM-nin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən azadlığın məhdudlaşdırılmasının iki gününün azadlıqdan məhrum etmənin bir gününə hesablamaqla 4 (dörd) ay 9 (doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsi və həmin cəzanın Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəs inə əsasən yeni təyin edilmiş cəzaya qismən birləşdirməklə qəti olaraq 6 (altı) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 18 fevral 2022-ci il tarixdən hesablanması hökm edilmiş, həmçinin maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi X3 apellyasiya şikayəti verərək, hökmün ləğv edilməsi və Məhkum barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.
7. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-776/2022 nömrəli, 26 sentyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin olunmuş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099 )-403/2022 nömrəli, 08 iyul 2022-ci il tarixli hökmü Məhkum Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi təqsirli bilinərək məhkum olunmasına aid hissədə ləğv edilmiş, həmin maddə üzrə Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 39.1.3-cü maddəsində göstərilən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən xitam verilməsi, Məhkum Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi və təyin edilmiş cəzaların Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən qismən toplanmasına dair müddəaların hökmdən xaric edilməsi, Astara Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 8 (səkkiz) ay 19 (on doqquz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının Azərbaycan Respublikası CM-nin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən azadlığın məhdudlaşdırılmasının iki gününün azadlıqdan məhrum etmənin bir gününə hesablamaqla 4 (dörd) ay 9 (doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsi və həmin cəzanın Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-403/2022 nömrəli, 08 iyul 2022-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə təyin edilmiş 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə, hökmlərin məcmusu üzrə üzərində qəti olaraq 5 (beş) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasının saxlanılması qərara alınmış, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum kassasiya şikayəti, müdafiəçisi Kantayev Nurəddin Mahama oğlu kassasiya şikayətinə əlavə vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
9. Məhkum kassasiya şikayətində ədalətli və obyektiv araşdırmanın təmin edilməsi məqsədilə işinə yenidən baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Müdafiəçi Kantayev Nurəddin Mahama oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əlavədə qeyd edilmişdir ki, iş materiallarında Məhkum aşkar edilmiş narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut mövcud deyild ir. Əksinə iş üzrə toplanmış sübutlar narkotik vasitələrin satışını təkzib edir. Məhkum üzərindən aşkar edilmiş narkotik vasitənin 29,087 qram olmaqla külli miqdarda və iki bükümdə olması kriteriyasından yanaşılıb, bu hal özü-özlüyündə onun əməlinin satış məqsədi ilə törədilən əməl kimi qiymətləndirilməsi üçün hüquqi əsas ola bilməz. Göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-776/2022 nömrəli, 26 sentyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi, işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərarın qəbul edilməsi xahiş edilir.
11. Kassasiya şikayətinə və ona əlavəyə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyy ətlərinin hüdudlarını Azərbaycan Respublikası CPMnin 419-cu maddəsi müəyyən edir.
13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
16. Məhkum verdiyi kassasiya şikayətində mahiyyət etibarilə onun təqsirliliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutların təşkil etdiyini iddi a edib xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.3-cü maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
17. Müdafiəçi kassasiya şikayətinə əlavədə məhkum edilmiş şəxsin təqsirliliyinin sübuta yetirilmədiyini iddia etməklə xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.6-cı maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
18. Odur ki, məhkəmə kollegiyası Məhkum kassasiya şikayətini və müdafiəçisi Kantayev Nurəddin Mahama oğlunun kassasiya şikayətinə əlavəsini Azərbaycan Respublikası CPM- nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərin dəlilləri ilə əlaqəli şəkildə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-776/2022 nömrəli, 26 sentyabr 2022-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
19. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
20. Həmin Məcəllənin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir.
21. Cinayət-Prosessual Məcəlləsinin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.
22. Yenə də həmin Məcəllənin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
23. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
24. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).
26. Təsvir edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası baxılan kassasiya şikayətinin məhkumun narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı törətdiyi cinayət əməlinin mübahisələndirilməsi üzrə kassasiya müraciətinin dəlillərini qismən əsaslı hesab edir.
27. Belə ki, birinci instansiya məhkəməsi Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirliliyini müəyyən edərkən məhkəməyədək icraat dövründə verdiyi etirafedici ifadələri ilə yanaşı, həmçinin, şahid ifadələri, axtarış və götürülmə aparılması barədə protokollar, ekspertiza rəyi, maddi sübutlar, eləcə də iş materiallarında olan digər sübutların məcmusuna əsaslanmışdır.
28. Həmin sübutların məcmusuna nəzər yetirildikdə müəyyən edilir ki, Məhkum qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın həlledici əsası kimi aşkar edilmiş narkotik vasitənin külli miqdar təşkil etməsi, bununla yanaşı yaşadığı evə baxış və götürmə keçirilərkən oradan elektron tərəzinin aşkarlanması götürülmüşdür.
29. Belə ki, cinayət işin in materiallarında olan “Şəxsi axtarış və götürmə haqqında” 18 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Məhkum üzərində şəxsi axtarış zamanı əynindəki gödəkçənin cibindən iki ədəd bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümlərin içərisində narkotik vasitə olan heroinə oxşar kütlələr aşkar edilmişdir. Şifahi sorğu zamanı Məhkum təqdim etdiyi bükümlərin içərisində heroini yerdən tapdığını bildirmişdir.
30. Cinayət işi materiallarında olan “Axtarış və götürmə aparılması haqqında” 18 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Məhkum yaşadığı Astara şəhəri, Z.Bünyadov küçəsi, ev 5, mənzil 4 ünvanında axtarış aparılmış və axtarış zamanı evin birinci mərtəbəsində yerləşən mətbəxdə dolabdan bir ədəd elektron tərəzi və həmin mərtəbədə yerləşən yataq otağında dolabın içindən bir ədəd bıçaq aşkar edilmişdir.
31. İbtidai istintaqın sonrakı mərhələsində Məhkum 18 fevral 2022-ci il tarixdə verdiyi ilkin izahatında, daha sonra 19 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində və 20 fevral 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadəsində üzərindən aşkar olunmuş narkotik vasitəni öz istifadəsi üçün üzərində daşıdığını, evindən aşkar edilərək götürülmüş elektron tərəzinin isə məhrum anasından ona qaldığını, anasının həmin tərəzidən qızıl-zinət əşyaları çəkmək üçün istifadə etdiyini bildirmişdir.
32. Cinayət işinin materiallarında olan “Rabitə vasitələri ilə ötürülən məlumatların götürülməsi barədə” 09 mart 2022-ci il tarixli qərardan görünür ki, Məhkum istifadəsində olmuş mobil telefon nömrələrindən digər nömrələrə, digər nömrələrdən həmin n ömrələrə 01 dekabr 2021-ci il tarixdən 19 fevral 2022-ci il tarixədək olan müddət ərzində edilən zənglərin və SMS-lərin siyahısı, zənglərin və SMS-lərin mətnləri, vaxt müddəti, əhatə dairəsi (dislokasiya yeri), nömrə sahibləri barədə məlumatların "xxxx" MMC və "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır.
33. İş materiallarında olan “Telefon danışıqları ilə bağlı diskə baxış keçirilməsi haqqında” 26 və 28 mart 2022-ci il tarixli protokollardan görünür ki, "xxxx" MMC və "xxxx" MMC tərəfindən göndərilmiş məlumatlara baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edə biləcək SMS-lər və eləcə də telefon danışıqlarının olması müəyyən olunmamışdır.
34. İşi materiallarında olan ambulator məcburi narkoloji tibbi yoxlamanın 200 nömrəli, 21 fevral 2022-ci il tarixli rəyindən görünür ki, Məhkum narkoma niya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmasa da, onda psixi və fiziki asılılıq olmadan narkotik maddələrdən istifadə etmə halları istisna olmur.
35. Həmçinin, ibtidai istintaq dövründə Məhkum əvvəllər kimlərəsə narkotik və psixotrop maddələr satıb-satmadığının müəyyən edilməsi, əgər satmışsa həmin şəxslərin dairəsinin müəyyənləşdirilməsi və ifadələrinin alınması üçün istintaqa təqdim edilməsinə dair Astara Rayon Polis Şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi İlkin Bağırzadə tərəfindən 25 fevral 2022-ci il tarixdə əməliyyat tapşırığı verilmişdir.
36. Astara RPŞ-nin Cinayət axtarış bölməsinin 18 mart 2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Məhkum narkotik vasitə istifad əçisi olmaması, lakin narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat əldə olunsa da, onun əldə etdiyi narkotik vasitə heroini haradan əldə etməsi, onu konkret olaraq kimlərə satacağı barədə məlumat əldə olunmamışdır. Buna görə də həmin istiqamətdə əməliyyat-axtarış tədbirləri davam etdirilir.
37. Göründüyü kimi, Məhkum üzərindən aşkar edilmiş narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etməsi onun özünün həmin hissədə etirafedici ifadələri ilə yanaşı, həmçinin iş materiallarında olan yuxarıda sadalanan digər mötəbər sübutlar əsasında təsdiq olunmuşdur. Bununla belə, həmin narkotik vasitənin Məhkum tərəfindən istehlakçı ilə qabaqcadan razılaşdırılmaqla satış məqsədi ilə əldə edilməsinə və yaxud onun satış niyyətinin olmasına dəlalət edən hər hansı bir sübut cinayət işində aşkar edilmir.
38. Bu məqamda məhkəmə kollegiyası xatırladır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə görə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yayılmasına yönəldilmiş hərəkətlər yalnız əvəzli və ya qazanc əldə edilməsi, yaxud digər şəxsi maraq məqsədlə həyata keçirildikdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.
39. İbtidai istintaq dövründə toplanılmış və birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı araşdırılmış sübutlar əsasında müəyyən edilmişdir ki, Məhkum istintaqa məlum olmayan mənbədən və tari xdə iki ədəd bükümdə, ayrı-ayrılıqda 15,181 qram və 13,906 qram olmaqla, cəmi 29,087 qram külli miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə etdikdən sonra üzərində saxlayaraq daşımışdır. Lakin istintaq orqanı məhkumdan aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə heroini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən, bu etməsinin məqsədinin və niyyətinin nədən ibarət olmasını araşdırmamışdır. Halbuki, bu halların müəyyən edilməsi onun əməlinin düzgün tövsif edilməsi üçün həlledici rol daşıyır.
40. Həmçinin, ibtidai istintaq dövründə və məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərdən də (polis əməkdaşları) heç biri Məhkum narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması və daşınmasında təqsirli bilinməsi üçün əsas ola biləcək hər hansı tutarlı sübuta dayaqlanan məlumat verməmişlər. Onlar müstəsna olaraq Məhkum yuxarıda qeyd olunan narkotik vasitənin aşkar edilib götürülməsi faktını təsdiq etmişlər.
41. Göründüyü kimi, istintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası CPMnin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş ağır cinayətin törədilməsi ilə bağlı ittihamın irəli sürülməsinə baxmayaraq, ibtidai istintaq dövründə onun narkotik vasitələrin satışı ilə məşğul olması, narkotik vasitələrin satışı ilə bağlı kiminləsə danışıq aparması və bu barədə sövdələşməsi, “müştərilərdən” narkotik vasitələrlə bağlı sifarişlər alması və həmin sifarişləri icra etməsi, “müştəri” çevrəsinə malik olması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir.
42. Məhkəmə kollegiyası hesab edir ki, mötəbər sübutlarla (məsələn, narkotik vasitələri tə chiz edən (satan) və/və yaxud əldə edən (alan) ilə telefon danışıqları, rabitə vasitələrindən istifadə edilməklə müxtəlif formalı yazışmalar, əldə edən (alıcı) tərəfindən narkotik vasitələrlə bağlı sifarişlər, şərti alıcı ilə bağlı hərəkətlər, nağd və ya nağdsız formada maliyyə əməliyyatlarının aparılması, özünün (bir neçə) və yaxud kənar şəxslərin adına olan bank kartlarının aşkar edilməsi və sair) təsdiq olunmadıqda, şəxsin narkotik vasitə və psixotrop maddələrini qanunsuz olaraq məhz satış məqsədi ilə əldə etməsinin müəyyən edilməsi yolverilməzdir.
43. Məhkəmə kollegiyasının qeyd edilən mövqeyi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun yuxarıda qeyd edilən müddəasına, eləcə də həmin normaya izah verən, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair işlər üzrə vahid məhkəmə təcrübəsinin formallaşması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq qərarına əsaslanır. Belə ki, həmin qərarda məhkəmələrin nəzərinə çatdırlmışdır ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb ed ir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. (“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarı, § 9, 04 mart 2011-ci il).
44. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququna görə də, narkotik vasitə və maddələrin qanunsuz dövriyyəsinin məhz satış məq sədilə həyata keçirilməsi iddia edilən işlərdə yerli məhkəmələrdən istintaq orqanının konkret olaraq hansı istintaq hərəkətlərini icra etdiyinin nəzərdən keçirilməsi tələb edilir (İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16, § 130, 13 fevral 2020-ci il). Bu müqaildən olan cinayət işlərində əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqan əməliyyat tədbirinin aparılmasına əsas yaradan səbəbləri, xüsusilə də şübhəli şəxsin cinayət törətməsi istiqamətində artıq müəyyən addım atdığını təsdiqləyən, əldəetmə mənbəsinin sonrakı mərhələdə yoxlanılması mümkün olan konkret və obyektiv məlumatların mövcud olduğunu nümayiş etmək imkanında olmalıdır (Kuzmina və Digərləri Rusiyaya qarşı, № 66152/14 və s., § 88, 20 aprel 2021). İstintaq hərəkətlərinin yalnız narkotik vasitələrin götürülməsi il ə məhdudlaşması, nağd pul vəsaiti, narkotik vasitələrin qanunsuz satışının təşkilinə aid olan əşyalar, o cümlədən tərəzi və qablaşdırma materialları, alış-verişin iştirakçıları – narkotikin potensial təchizatçıları və ya alıcıları haqqında məlumat, bu qəbildən olan digər mötəbər sübutların aşkar edilməsi istiqamətində istintaqın istənilən mərhələsində heç bir praktiki addımın atılmaması məhkəmələr tərəfindən mütləq nəzərə alınmalıdır (Savalanlı və Başqaları Azərbaycana qarşı, № 54151/11, § 92, 15 dekabr 2022-ci il).
45. Baxılan cinayət işinin materiallarının təhlili göstərir ki, Məhkum üzərində aşkar edilərək götürülmüş heroini nə vaxtsa satmaq üçün alıcı axtardığını, hər hansı şəxslə sonradan sövdələşərək həmin narkotik vasitəni ona satacağını təsdiqləyən heç bir sübut ittiham tərəfindən məhkəmələrə təqdim edilməmiş və bunlar ehtimal xarakteri daşıyır. Bundan başqa, satılacaq narkotik vasitənin müqabilində Məhkum kimdənsə və hər hansı məbləğdə pul vəsaiti alması, yaxud hansısa gəlir əldə etməsi də toplanmış və araşdırılmış sübutlarla müəyyən edilmir, halbuki bu halların da sübuta yetirilib-yetirilməməsi məhkum olunmuş şəxsin əməlinin düzgün tövsif edilməsi üçün mühüm əhəmiyyət kəsb etmişdir.
46. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası Məhkum narkotik vasitə olan heroini öz şəxsi istifadəsi üçün əldə etməsini daha ağlabatan və inandırıcı hesab etməklə yanaşı, onun üzərindən aşkar edilmiş narkotik vasitə satmaq məqsədi ilə deyil, öz şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə etmə, saxlama və daşıma kimi qiymətləndirir.
47. Məhkum törətdiyi cinayət əməlinin düzgün t övsifi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, törədilmiş cinayət əməli üzrə aşkar edilmiş narkotik vasitə külli miqdar təşkil etsə də, cinayət törədilən zaman qüvvədə olan qanunvericiliyin tələbləri üzrə Məhkum əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir.
48. Bu qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 516-VİQD saylı Azərbaycan Respublikasının Qanununa əsasən Cinayət Məcəlləsin ə 26 aprel 2022-ci il tarixdə əlavə edilmiş, Məhkum hazırki iş üzrə cinayət məsuliyyətinə cəlb edilməsinə əsas vermiş əməl isə 18 fevral 2022-ci il tarixdə törədilmişdir.
49. Bununla yanaşı, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulursa, Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinin sanksiyası ilə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzasının tətbiqi müəyyən edilir.
50. Məhkəmə kollegiyası xatırladır ki, Azərbaycan Respublikası Konstitusiyasının 149cu maddəsinin Vİİ bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktlar ın qüvvəsi geriyə şamil olunur.
51. Azərbaycan Respublikası CM-nin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir.
52. Həmin Məcəllənin 10.4-cü maddəsinə görə, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun ger iyə qüvvəsi yoxdur.
53. Hazırki iş üzrə cinayət məsuliyyətinə cəlb edilməsinə əsas vermiş əməl “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanununun qəbul edilməsindən əvvəl törədildiyindən, yeni qanun normasının tətbiqi isə onun vəziyyətini ağırlaşdırdığından, bu norma Məhkum barəsində geriyə qüvvə ilə tətbiq edilməməli, onun əməli törədildiyi zaman qüvvədə olan cinayət qanunvericiliyinə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilməlidir.
54. Məhkum təyin ediləcək cəza məsələsinə gəldikdə məhkəmə kollegiyası nəzərə alır ki, məhkəmələr cəzasının yüngülləşdirən və ağırlaşdıran halların olmamasını müəyyən etmişlər.
55. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyəti nin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
56. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
57. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci mad dəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
58. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, məhkumun azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə, cəmiyyətin müdafiəsi və islah məqsədləri daxildir (Vinter və Başqaları Birləmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il).
59. Təsvir edilən maddi hüquq normaların məzmunundan, eləcə də cəza institutunun məqsədlərindən bəhs edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Avropa Məhkəməsinin şərhindən belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab ve rməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
60. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Məhkum islah edilməsi, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın digər məqsədlərinə çatmaq məqsədi ilə ona təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının yuxarı həddində cəza təyin edilməlidir.
61. Beləliklə, məhkəmə kollegiyası nəticə olaraq belə qənaətə gəlir ki, hazırki kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin mübahisəsi edilən qərarı işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslanmadığından, kassasiya şikayətində və ona əlavədə isə həmin qərarın nəticələrini təkzib edə biləcək yetərli dəlillər gətirildiyindən, Məhkum törətdiyi cinayət əməlinin hüq uqi tövsifinə dair aşağı instansiya məhkəmələrinin qərarları əsaslı hesab edilə bilməz.
62. Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və törədilmiş əməlin tövsifində səhvə yol verdikdə, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir.
63. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti və müdafiəçisi Kantayev Nurəddin Mahama oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əlavə qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(10 6)-776/2022 nömrəli, 26 sentyabr 2022-ci il tarixli qərarı Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsinə və ona həmin maddə üzrə cəza təyin edilməsinə dair hissədə dəyişdirilməli, onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən eyni Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli, məhkum edilmiş şəxsə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş yeni cəza təyin edilməli, həmin cəza Astara Rayon Məhkəməsinin 1(018)-84/2021 nömrəli, 14 aprel 2021-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan cəzaya birləşdirilməklə qəti cəza müəyyən edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.4cü maddəsini r əhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum kassasiya şikayəti və müdafiəçisi Kantayev Nurəddin Mahama oğlunun kassasiya şikayətinə əlavəsi qismən təmin edilsin. Kassasiya şikayətinə və şikayətə əlavəyə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-776/2022 nömrəli, 26 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilsin. Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 (iki) il 11 (on bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Məhkum Astara Rayon Məhkəməsinin 1(018)-84/2021 nömrəli, 14 aprel 2021-ci il tarixl i hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 8 (səkkiz) ay 19 (on doqquz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən azadlığın məhdudlaşdırılmasının iki gününün azadlıqdan məhrum etmənin bir gününə hesablamaqla 4 (dörd) ay 9 (doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilsin, həmin cəza hazırki qərarla təyin edilmiş 2 (iki) il 11 (on bir) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə, hökmlərin məcmusu üzrə üzərində qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-776/2022 nömrəli, 26 sentyabr 2022-ci il tarixli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın.