Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-70/2021 09.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, X16, Zərərçəkmiş şəxs 62, Zərərçəkmiş şəxs37 və onun nümayəndəsi Bağırov Abdul Madar oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından Zərərçəkmiş şəxs53, Zərərçəkmiş şəxs37 və nümayəndəsi Əlirzayev Tahir Qafar oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (hakimlər: Ə.Q.Quliyev (sədrlik edən), A.İ.Paşayev və İ.X.Həsənzadədən ibarət tərkibdə) Məhkum - xx.xx.1971-ci ildə Naxçıvan MR, Şahbuz rayonunun Nurs kəndində anadan olmuş, Azərba ycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, məhkumluğu olmayan, Naxçıvan MR, Şahbuz rayonunun Nurs kəndində qeydiyyatda olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 178.3.2ci maddəsi ilə barəsində CM-nin 46.2-ci maddəsi tətbiq olunmaqla 02 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən CM-nin 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinərək ona cəza təyin edilməmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin xx xxxxxx 2017-ci il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə X28 da təqsirli bilinərək məhkum edilmişdir. İşin halları: Məhkum külli miqdarda özgə əmlakını ələ keçirmə məqsədilə, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə aralarında olan şifahi razılaşma əsasında podratçı kimi Ünvan1də yerləşən 12 mərtəbəli binaların tikinti-inşaat işlərini həyata keçirərkən, MMC-nin rəhbərliyi ilə əlaqələrindən istifadə edərək, mənzil almaq üçün ona müraciət etmiş şəxslərə özünü həmin binaların sahibi və mənzillərin alqı-satqısı ilə məşğul olan şəxs kimi təqdim etməklə aldadaraq inam və etimadlarını qazanmaqla Zərərçəkmiş şəxs1 xx xxxxxx 2016cı il tarixdə «xxxx» MMC-yə məxsus Ünvan1də inşa olunan 7 saylı binanın 3-cü mərtəbəsində 61,2 kvadrat metr sahəsi olan 1 otaqlı mənzili satacağını bildi rərək ona həmin binanın 1-ci mərtəbəsində yerləşən 61,2 kv.m. sahəsi olan 1 otaqlı 5 saylı qeyriyaşayış sahəsinin satılmasına dair cinayətdən xəbərsiz olan «xxxx» MMC ilə Zərərçəkmiş şəxs1 arasında xx.xx.2016-ci il tarixli, AF-A/**** №-li alqı-satqısı haqqında müqavilənin rəsmiləşdirilməsinə nail olmaqla Ünvan1də 12 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən ofisində sonuncudan 30.000 manat, təkrarən Zərərçəkmiş şəxs2 2016-cı ilin yanvar ayında 6 saylı binanın 7-ci mərtəbəsində yerləşən 128 kv.m. sahəsi olan 4 otaqlı mənzili satacağını bildirərək ona həmin binada yerləşən 3 otaqlı 128 kv.m. sahəsi olan 71 saylı mansardın satılmasına dair cinayətdən xəbərsiz olan «xxxx» MMC ilə Zərərçəkmiş şəxs2 arasında xx.xx.2016-cı il tarixli, AF-A/**** №-li alqı-satqı haqqında müqavilənin rəsmiləşdiri lməsinə nail olmaqla Ünvan1də 12 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən ofisində sonuncudan 68.000 manat, təkrarən Zərərçəkmiş şəxs3 məxsus «xxxx» yaşayış kompleksi, 25 saylı küçədə 11 saylı binanın 11-ci mərtəbəsində yerləşən 67,6 kv.m. sahəsi olan 37 saylı mənzili satacağını sonuncuya vəd etməklə, onun yazılı razılığı əsasında «xxxx» MMC ilə X17 arasında xx.xx.2016-cı il tarixli M/0296 №-li alqı-satqı haqqında müqavilə ilə həmin şəxsə satılmasına nail olaraq Ünvan1də 12 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən ofisində sonuncudan aldığı Zərərçəkmiş şəxs3 məxsus 35.000 manat, təkrarən, xx xxxxx 2016-cı il tarixdə Ünvan1də 8 saylı binanın 11-ci mərtəbəsində yerləşən Zərərçəkmiş şəxs4 məxsus 85,4 kv.m. sahəsi olan 2 otaqlı 94 saylı mənzili satacağını sonuncuya vəd etməklə, onun ya zılı razılığı əsasında «xxxx» MMC ilə X29 arasında xx.xx.2016-cı il tarixli AF-A/**** №-li alqı-satqı müqaviləsi ilə həmin şəxsə satılmasına nail olaraq Ünvan1də 12 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən ofisində sonuncudan aldığı Zərərçəkmiş şəxs4 məxsus 12.000 manat, təkrarən Zərərçəkmiş şəxs5 7 saylı binanın 3-cü mərtəbəsində 61,2 kv.m. sahəsi olan 1 otaqlı mənzili satacağını bildirərək ona həmin binanın 1-ci mərtəbəsində yerləşən 61,2 kvadrat metr sahəsi olan 1 otaqlı qeyri-yaşayış sahəsinin satılmasına dair cinayətdən xəbərsiz olan «xxxx» MMC ilə Zərərçəkmiş şəxs5 arasında xx.xx.2017-ci il tarixli AF-B/**** №-li alqı-satqı haqqında müqavilənin rəsmiləşdirilməsinə nail olmaqla Ünvan1də 12 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən ofisində sonuncudan 34.000 manat, təkrarən Zərə rçəkmiş şəxs6 6 saylı binanın 5-ci mərtəbəsində 50,1 kv. m. sahəsi olan mənzili satacağını bildirərək ona, həmin binanın 1-ci mərtəbəsində yerləşən 1 otaqlı 3 A saylı qeyri-yaşayış sahəsinin satılmasına dair cinayətdən xəbərsiz olan «xxxx» MMC ilə Zərərçəkmiş şəxs6 arasında xx.xx.2016-cı il tarixli AF-A/**** №-li alqı-satqı haqqında müqavilənin rəsmiləşdirilməsinə nail olmaqla Ünvan1də 12 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən ofisində sonuncudan 37.575 manat, təkrarən «xxxx» MMC-nin Ünvan1də inşa etdiyi 8 saylı binada yerləşən Zərərçəkmiş şəxs7 məxsus 60,7 kv.m. sahəsi olan 1 otaqlı 47 saylı mənzili dəyişdirəcəyini sonuncuya vəd etməklə, onun yazılı razılığı əsasında «xxxx» MMC ilə X23 arasında xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi ilə həmin şəxsə satılmasına nail olaraq so nuncudan aldığı Zərərçəkmiş şəxs7 məxsus 29.000 manat, təkrarən, ünvan2də inşa olunmuş «xxxx» yaşayış kompleksində 13 saylı küçədə 6 saylı binada yerləşən Zərərçəkmiş şəxs8 məxsus 77,4 kv.m. sahəsi olan 2 otaqlı 9A saylı mənzili satacağını sonuncuya vəd etməklə, onun yazılı razılığı əsasında «xxxx» MMC ilə X2 arasında xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi ilə həmin şəxsə satılmasına nail olaraq sonuncudan Ünvan1də 12 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən ofisində aldığı Zərərçəkmiş şəxs8 məxsus 60.000 manat, təkrarən Zərərçəkmiş şəxs76 «xxxx» MMC-nin Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində inşa etdiyi 7 saylı binanın 3-cü mərtəbəsində 85,9 kv. m. sahəsi olan 2 otaqlı mənzili satacağını bildirərək ona həmin binanın 1-ci mərtəbəsində yerləşən 85,9 kv. m. sahəsi olan 2 otaql ı qeyriyaşayış sahəsinin satılmasına dair cinayətdən xəbərsiz olan «xxxx» MMC ilə Zərərçəkmiş şəxs76 arasında xx.xx.2016-ci il tarixli AF-A/**** №-li mənzilin alqı-satqısı haqqında müqavilənin rəsmiləşdirilməsinə nail olmaqla Ünvan1də 12 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən ofisində sonuncudan aldığı 64.425 manat, təkrarən Ünvan3 ünvanda yerləşən «xxxx» yaşayış kompleksində 28 saylı küçədə 7 saylı binanın 12-ci mərtəbəsində Zərərçəkmiş şəxs10 məxsus 61,3 kv.metr sahəsi olan 2 otaqlı 93 saylı mənzili dəyişdirəcəyini sonuncuya vəd etməklə, onun verdiyi xx.xx.2016-cı il tarixli etibarnamə əsasında «xxxx» MMC ilə X18 arasında xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi ilə həmin şəxsə satılmasına nail olaraq sonuncudan Ünvan1də 12 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən ofisind ə aldığı Zərərçəkmiş şəxs10 məxsus 28.320 manat, təkrarən 27 saylı küçədə 1 saylı binada yerləşən Zərərçəkmiş şəxs11 məxsus 55 kv.m. sahəsi olan 1 otaqlı 76 saylı mənzili dəyişdirəcəyini sonuncuya vəd etməklə, onun yazılı razılığı əsasında «xxxx» MMC ilə X5 arasında xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi ilə həmin şəxsə satılmasına nail olaraq sonuncudan Ünvan1də 12 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən ofisində aldığı Zərərçəkmiş şəxs11 məxsus 44.100 manat, təkrarən 25 saylı küçədə 11 saylı binada yerləşən Zərərçəkmiş şəxs12 məxsus 113,4 kv.m. sahəsi olan 3 otaqlı 22 saylı mənzili satacağını sonuncuya vəd etməklə, onun yazılı razılığı əsasında «xxxx» MMC ilə X7 arasında xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi ilə həmin şəxsə satılmasına nail olaraq sonuncudan Ünvan1d ə 12 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən ofisində aldığı Zərərçəkmiş şəxs12 məxsus 40.000 manat, təkrarən 25 saylı küçədə 11 saylı binanın 9-cu mərtəbəsində yerləşən Zərərçəkmiş şəxs13 məxsus 113,4 kv.m. sahəsi olan 3 otaqlı 34 saylı mənzili dəyişdirəcəyini sonuncuya vəd etməklə, onun verdiyi xx.xx.2016-cı il tarixli etibarnamə əsasında «xxxx» MMC ilə X5 arasında xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi ilə həmin şəxsə satılmasına nail olaraq sonuncudan Ünvan1də 12 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən ofisində aldığı Zərərçəkmiş şəxs13 məxsus 25.600 manat, təkrarən 25 saylı küçədə 11 saylı binanın 3-cü mərtəbəsində yerləşən Zərərçəkmiş şəxs14 məxsus 67,6 kv.m. sahəsi olan 1 otaqlı 9 saylı mənzili dəyişdirəcəyini sonuncuya vəd etməklə, onun verdiyi xx xxxxxxxx 2016-cı il tarixli etibarnamə əsasında «xxxx» MMC ilə X13 arasında xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi ilə həmin şəxsə satılmasına nail olaraq sonuncudan aldığı Zərərçəkmiş şəxs14 məxsus 18.000 manat, təkrarən 24 saylı küçədə 4 saylı binanın 8-ci mərtəbəsində yerləşən Zərərçəkmiş şəxs15 məxsus 113,4 kvadrat metr sahəsi olan 2 otaqlı 30 saylı mənzili satacağını sonuncuya vəd etməklə, onun verdiyi xx.xx.2016-cı il tarixli etibarnamə əsasında «xxxx» MMC ilə X19 arasında xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi ilə həmin şəxsə satılmasına nail olaraq sonuncudan Ünvan1də 12 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən ofisində aldığı Zərərçəkmiş şəxs15 məxsus 60.000 manat, təkrarən Zərərçəkmiş şəxs16 məxsus Ünvan1də 8 saylı binada yerləşən 54 kv.m. sahəsi olan 1 otaqlı mənzili satacağ ını sonuncuya vəd etməklə, onun razılığı əsasında xx.xx.2016-cı il tarixdə başqa şəxsə satılmasına nail olaraq sonuncudan Ünvan1də 12 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən ofisində aldığı Zərərçəkmiş şəxs16 məxsus 6.300 manat, təkrarən «xxxx» MMC-nin Ünvan1də inşa etdiyi 5 A saylı binada Zərərçəkmiş şəxs17 məxsus 61,2 kv. m. sahəsi olan 1 otaqlı 84 saylı mənzili dəyişdirəcəyini sonuncuya vəd etməklə, onun yazılı razılığı əsasında «xxxx» MMC ilə X8 arasında xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi ilə həmin şəxsə satılmasına nail olaraq sonuncudan Ünvan1də 12 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən ofisində aldığı Zərərçəkmiş şəxs17 məxsus 10.200 manat, təkrarən Ünvan3 ünvanında yerləşən «xxxx» yaşayış kompleksində 25 saylı küçədə 1 saylı binada yerləşən Zərərçəkmiş şəxs 18 məxsus 108,9 kv.m. sahəsi olan 2 otaqlı, 41 saylı mənzili satacağını sonuncuya vəd etməklə, onun razılığı əsasında «xxxx» MMC ilə X3 arasında xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi ilə həmin şəxsə satılmasına nail olaraq sonuncudan Ünvan1də 12 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən ofisində aldığı Zərərçəkmiş şəxs18 məxsus 50.000 manat, təkrarən «xxxx» MMC-nin Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində inşa etdiyi 7 saylı binada Zərərçəkmiş şəxs19 məxsus 85,9 kv.m. sahəsi olan 2 otaqlı 51 saylı mənzili dəyişdirəcəyini sonuncuya vəd etməklə, onun verdiyi xx.xx.2017-ci il tarixli etibarnamə əsasında «xxxx» MMC ilə X4 arasında xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi ilə həmin şəxsə satılmasına nail olaraq sonuncudan Ünvan1də 12 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən ofisində aldığı Zərərçəkmiş şəxs19 məxsus 34.000 manat, təkrarən Ünvan3 ünvanda yerləşən «xxxx» yaşayış kompleksində 27 saylı küçədə 1 saylı binanın 5-ci mərtəbəsində yerləşən Zərərçəkmiş şəxs20 məxsus 59,5 kv.m. sahəsi olan 1 otaqlı 89 saylı mənzili dəyişdirəcəyini sonuncuya vəd etməklə, onun verdiyi xx.xx.2017-ci il tarixli etibarnamə əsasında «xxxx» MMC ilə X9 arasında xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi ilə həmin şəxsə satılmasına nail olaraq sonuncudan Ünvan1də 12 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən ofisində aldığı Zərərçəkmiş şəxs20 məxsus 28.500 manat, təkrarən Zərərçəkmiş şəxs21 xx.xx.2016-cı il tarixli AF-B/0014 №-li mansardın alqı-satqısı haqqında müqavilə ilə aldığı «xxxx» MMC-nin Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində inşa etdiyi, 5 saylı binada 92,7 kv.m. sahəsi olan 2 otaqlı 76 saylı mansardı başqa mənzillə dəyişdirəcəyini yalandan vəd etməklə 2017-cı ilin mart ayında Ünvan1də 12 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən ofisində sonuncudan 10.000 manat, təkrarən «xxxx» MMC-nin Ünvan1də inşa etdiyi 5 A saylı binada Zərərçəkmiş şəxs22 məxsus 61,2 kv.m. sahəsi olan 1 otaqlı 52 saylı mənzili dəyişdirəcəyini sonuncuya vəd etməklə, onun yazılı razılığı əsasında «xxxx» MMC ilə Zərərçəkmiş şəxs70 arasında xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi ilə həmin şəxsə satılmasına nail olaraq sonuncudan Ünvan1də 12 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən ofisində aldığı Zərərçəkmiş şəxs22 məxsus 20.000 manat, təkrarən Ünvan3 ünvanında yerləşən «xxxx» yaşayış kompleksində 13 saylı küçədə 7 saylı binanın 5-ci mərtəbəsində yerləşən Zərərçəkmi ş şəxs23 məxsus 77 kv.m. sahəsi olan 2 otaqlı 10A saylı mənzili dəyişdirəcəyini sonuncuya vəd etməklə, onun verdiyi xx.xx.2017-ci il tarixli etibarnamə əsasında «xxxx» MMC ilə X36 arasında xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi ilə həmin şəxsə satılmasına nail olaraq sonuncudan Ünvan1də 12 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən ofisində aldığı Zərərçəkmiş şəxs23 məxsus 40.000 manat, təkrarən, 29 saylı küçədə 1 saylı binanın 5-ci mərtəbəsində yerləşən Zərərçəkmiş şəxs24 məxsus 65,4 kv.m. sahəsi olan 2 otaqlı 29 saylı mənzili dəyişdirəcəyini sonuncuya vəd etməklə, onun yazılı razılığı əsasında «xxxx» MMC ilə X20 arasında xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi ilə həmin şəxsə satılmasına nail olaraq sonuncudan Ünvan1də 12 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən ofis ində aldığı Zərərçəkmiş şəxs24 məxsus 24.700 manat, təkrarən 25 saylı küçədə, 10 saylı binanın 7-ci mərtəbəsində Zərərçəkmiş şəxs26 məxsus 66,9 kv.m. sahəsi olan 2 otaqlı 40 saylı mənzili dəyişdirəcəyini sonuncuya vəd etməklə, onun verdiyi xx.xx.2017-ci il tarixli etibarnamə əsasında «xxxx» MMC ilə X10 arasında xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi ilə həmin şəxsə satılmasına nail olaraq sonuncudan Ünvan1də 12 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən ofisində aldığı Zərərçəkmiş şəxs26 məxsus 24.000 manat, təkrarən «xxxx» MMC-nin Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində inşa etdiyi 12 mərtəbəli yaşayış kompleksinin 7 saylı binasında Zərərçəkmiş şəxs25 məxsus 61,2 kvadrat metr sahəsi olan 1 otaqlı 4 saylı mənzili dəyişdirəcəyini sonuncuya vəd etməklə, onun verdiyi xx.xx.2017-ci i l tarixli etibarnamə əsasında «xxxx» MMC ilə Zərərçəkmiş şəxs5 arasında xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi ilə həmin şəxsə satılmasına nail olaraq sonuncudan Ünvan1də 12 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən ofisində aldığı Zərərçəkmiş şəxs25 məxsus 23.000 manat, təkrarən Ünvan3 ünvanında inşa olunmuş «xxxx» yaşayış kompleksində 29 saylı küçədə 7 saylı binanın 5-ci mərtəbəsində yerləşən Zərərçəkmiş şəxs27 məxsus 56,2 kv.m. sahəsi olan 1 otaqlı 117 saylı mənzili digər mənzillə dəyişdirəcəyini yalandan vəd etməklə onun verdiyi xx.xx.2017-ci il tarixli etibarnamə əsasında «xxxx» MMC ilə X11 arasında xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi ilə həmin şəxsə satılmasına nail olaraq sonuncudan Ünvan1də 12 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən ofisində aldığı Zərə rçəkmiş şəxs27 məxsus 11.000 manat, təkrarən Zərərçəkmiş şəxs28 xx.xx.2016-cı il tarixli AF-A/**** №-li mansardın alqısatqısı haqqında müqavilə ilə aldığı «xxxx» MMC-nin Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində inşa etdiyi, 5 saylı binada 128,4 kv.m. sahəsi olan 3 otaqlı 71 saylı mansardı başqa mənzillə dəyişdirəcəyini yalandan vəd etməklə 2017-ci ilin iyun ayında Ünvan1də 12 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən ofisində sonuncudan 6.000 manat, ümumilikdə 28 şəxsə cəmi 873.520 (səkkiz yüz yetmiş üç min beş yüz iyirmi) manat məbləğində ziyan vurmaqla etibardan sui-istifadə etmə və aldatma yolu ilə xeyli və külli miqdarda özgə əmlakını təkrarən ələ keçirərək öz şəxsi ehtiyaclarına sərf etməklə dələduzluq etmişdir. Bundan əlavə o, təkrarən, vahid niyyətlə külli miqdarda özgə əmlakını ə lə keçirmə məqsədilə, «xxxx» mənzil-tikinti kooperativinin sədri X28 ilə aralarında bağlanmış birgə fəaliyyət haqqında xx xxx 2016-cı il tarixli və xx xxxxxx 2016-cı il tarixli müqavilərin şərtlərinə əsasən “İcraçı” kimi Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt yolunun 15-ci kilometrliyində inşa edilən çoxmərtəbəli yaşayış kompleksində XX tərəfindən kooperativin möhürü və sonuncunun imzası ilə təsdiq edilərək həmin yaşayış binasında görüləcək işin təminatı kimi verilmiş müqavilələrin şərtinə görə həmin mənzilləri satmaq, dəyişmək və ya hər hansı bir işin müqabilində vermək hüququna malik olmadığını bildiyi halda qohumları kimi təqdim etdiyi şəxslərin, o, cümlədən, Zərərçəkmiş şəxs33 mənzil satmaq adı ilə həmin yaşayış kompleksində 1 saylı binanın 8-ci mərtəbəsində yerləşən 73 kv.m. s ahəsi olan 2 otaqlı 54 saylı mənzilə dair xx.xx.2016-cı il tarixli, XC-**** saylı əmlakpay haqqı müqaviləsini verərək sonuncudan həmin tarixdə 33.000 manat, xx xxxxxxx 2016-cı il tarixdə Zərərçəkmiş şəxs29 1 saylı binanın 5-ci mərtəbəsində yerləşən 54,6 kv.m. sahəsi olan 2 otaqlı 28 saylı mənzilə dair xx.xx.2016-cı il tarixli XC-**** saylı və həmin binanın 6-cı mərtəbəsində yerləşən 54,6 kv.m. sahəsi olan 2 otaqlı 36 saylı mənzilə dair xx.xx.2016-cı il tarixli XC-**** saylı əmlak-pay haqqı müqavilələrini verərək sonuncudan həmin tarixdə 18.600 manat, 2016-cı ilin noyabr ayında Zərərçəkmiş şəxs30 1 saylı binanın 9-cu mərtəbəsində yerləşən 78,5 kv.m. sahəsi olan 3 otaqlı 58 saylı mənzilə dair xx.xx.2016-cı il tarixli XC-**** saylı əmlak-pay haqqı müqaviləsini verərək sonuncudan həmin tarixdə 30.000 manat, 2017-ci ilin fevral ayında Zərərçəkmiş şəxs31 1 saylı binanın 7-ci mərtəbəsində yerləşən 60,3 kv.m. sahəsi olan 2 otaqlı 45 saylı mənzilə dair xx.xx.2016-cı il tarixli XC-**** saylı əmlak-pay haqqı müqaviləsini verərək sonuncudan həmin tarixdə 16.500 manat və 2017-ci ilin mart ayında Zərərçəkmiş şəxs32 2 saylı binanın 13-cü mərtəbəsində yerləşən 48 kv.m. sahəsi olan 2 otaqlı, 11 saylı mənzilə dair xx.xx.2017-ci il tarixli XC-0102 saylı əmlak-pay haqqı müqaviləsini verərək sonuncudan həmin tarixdə 18.000 manat olmaqla cəmi 5 şəxsin 116.100 manat, həmçinin, yerinə yetirəcəyi tikinti işlərinin dəyərinin ödənilməsinin təminatı kimi «xxxx» MTK-dan onun öz adına verilmiş ayrı-ayrı əmlak-pay haqqı müqavilələrində yazılmış həmin mənzilləri satmaq, dəyişmək və ya hər hansı bir işin m üqabilində vermək hüququna malik olmadığını bildiyi halda müxtəlif şəxslərə, o cümlədən 1 saylı binanın 7-ci mərtəbəsində yerləşən 52,4 kv.m. sahəsi olan 2 otaqlı, 44 saylı mənzilə dair xx.xx.2016-cı il tarixli XC-**** №-li müqaviləni xx.xx.2016-cı il tarixli etibarnamə ilə Zərərçəkmiş şəxs34 qanunsuz satmaqla həmin tarixdə sonuncudan 25.000 manat, 1 saylı binanın 7-ci mərtəbəsində yerləşən 52,4 kv.m. sahəsi olan 2 otaqlı 60 saylı mənzilə dair müqaviləni xx.xx.2016-cı il tarixli etibarnamə ilə Zərərçəkmiş şəxs35 qanunsuz satmaqla həmin tarixdə sonuncudan 4.950 manat, 1 saylı binanın 7-ci mərtəbəsində yerləşən 60,9 kv.m. sahəsi olan 2 otaqlı 43 saylı mənzilə dair xx.xx.2016-cı il tarixli XC-**** saylı müqaviləni xx.xx.2016-cı il tarixli etibarnamə ilə Zərərçəkmiş şəxs36 qanunsuz satmaqla hə min tarixdə sonuncudan 29.500 manat, 2 saylı binanın 9-cu mərtəbəsində yerləşən 66,2 kv.m. sahəsi olan 2 otaqlı 71 saylı mənzilə dair xx.xx.2016-cı il tarixli XC-**** saylı müqaviləni xx.xx.2016-cı il tarixli etibarnamə ilə X21 qanunsuz satmaqla həmin tarixdə sonuncudan 37.000 manat, 1 saylı binanın 8-ci mərtəbəsində yerləşən 57,4 kv.m. sahəsi olan 2 otaqlı 49 saylı mənzilə dair xx.xx.2016-cı il tarixli XC-**** saylı müqaviləni xx.xx.2016-cı il tarixli etibarnamə ilə Zərərçəkmiş şəxs38 qanunsuz satmaqla həmin tarixdə sonuncudan 25.000 manat, 1 saylı binanın 7-ci mərtəbəsində yerləşən 78,5 kv.m. sahəsi olan 3 otaqlı 42 saylı mənzilə dair xx.xx.2016-cı il tarixli XC-**** №-li müqaviləni xx.xx.2016-cı il tarixli etibarnamə ilə X24 qanunsuz satmaqla həmin tarixdə sonuncudan 17.000 manat, 1 s aylı binanın 3-cü mərtəbəsində yerləşən 103 kv.m. sahəsi olan 3 otaqlı 15 saylı mənzilə dair xx.xx.2017-ci il tarixli müqaviləni xx.xx.2017-ci il tarixli etibarnamə ilə Zərərçəkmiş şəxs40 Qüdrət oğluna qanunsuz satmaqla həmin tarixdə sonuncudan 18.000 manat, 1 saylı binanın 5-ci mərtəbəsində yerləşən 65 kv.m. sahəsi olan 2 otaqlı 27 saylı mənzilə dair xx.xx.2016-cı il tarixli XC-0088 saylı müqaviləni xx.xx.2017-ci il tarixli etibarnamə ilə X30 qanunsuz satmaqla həmin tarixdə sonuncudan 15.000 manat, 2 saylı binanın 9-cu mərtəbəsində 39,6 kv.m. sahəsi olan 1 otaqlı 80 saylı mənzilə dair xx.xx.2016-cı il tarixli XC-**** №-li müqaviləni xx.xx.2017-ci il tarixli etibarnamə ilə X31 qanunsuz satmaqla həmin tarixdə sonuncudan 64.000 manat, 2 saylı binanın 9-cu mərtəbəsində yerləşən 66,2 kv.m. sah əsi olan 2 otaqlı 71 saylı mənzilə dair xx.xx.2016-cı il tarixli XC-**** saylı müqaviləni xx.xx.2017-ci il tarixli etibarnamə ilə Zərərçəkmiş şəxs43 qanunsuz satmaqla həmin tarixdə sonuncudan 15.100 manat, 1 saylı binanın 4-cü mərtəbəsində yerləşən 78,5 kv.m. sahəsi olan 2 otaqlı 18 saylı mənzilə dair xx.xx.2017-ci il tarixli XC-**** №-li müqaviləni xx.xx.2017-ci il tarixli etibarnamə ilə X12 qanunsuz satmaqla həmin tarixdə sonuncudan 36.000 manat, 1 saylı binanın 12-ci mərtəbəsində yerləşən 103 kv.m. sahəsi olan 3 otaqlı 87 saylı mənzilə dair xx.xx.2017-ci il tarixli XC-**** 11 №-li müqaviləni xx.xx.2017-ci il tarixli etibarnamə ilə Zərərçəkmiş şəxs44 qanunsuz satmaqla həmin tarixdə sonuncudan 31.000 manat, 1 saylı binanın 12-ci mərtəbəsində yerləşən 60,3 kv.m. sahəsi olan 2 otaqlı 85 say lı mənzilə dair xx.xx.2017-ci il tarixli XC-**** №-li müqaviləni xx.xx.2017-ci il tarixli etibarnamə ilə X14 qanunsuz satmaqla həmin tarixdə sonuncudan 22.000 manat, 2 saylı binanın 10-cu mərtəbəsində yerləşən 50,7 kv.m. sahəsi olan 2 otaqlı 85 saylı mənzilə dair xx.xx.2017-ci il tarixli XC-**** №-li müqaviləni xx.xx.2017-ci il tarixli etibarnamə ilə X25 qanunsuz satmaqla həmin tarixdə sonuncudan 15.000 manat, 1 saylı binanın 5-ci mərtəbəsində yerləşən 73 kv.m. sahəsi olan 2 otaqlı 30 saylı mənzilə dair xx.xx.2017-ci il tarixli XC-**** №-li müqaviləni xx.xx.2017-ci il tarixli etibarnamə ilə Zərərçəkmiş şəxs47 qanunsuz satmaqla həmin tarixdə sonuncudan 22.000 manat, cəmi 15 şəxsin 376.550 manat, ümumilikdə isə vahid niyyətlə 20 şəxsin 492.650 (dörd yüz doxsan iki min altı yüz əlli) manat mə bləğində pulunu Ünvan1də 12 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən ofisində alaraq etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirərək külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan əlavə o, təkrarən mənzil almaq üçün ona müraciət etmiş ayrı-ayrı şəxslərin ona inam və etimadından istifadə edərək əvvəlcədən planlaşdırdığı cinayətkar niyyətinə uyğun olaraq vahid niyyətlə onlara “xxxx” MTK-nin Abşeron rayonu, Xırdalan şəhəri, BakıSumqayıt yolunun 15-ci kilometrliyində inşa edilən çoxmərtəbəli yaşayış kompleksində və “xxxx” MMC-nin inşa etdiyi Ünvan1də yerləşən 12 mərtəbəli və Ünvan3 ünvanında yerləşən «xxxx» yaşayış komplekslərində olan binalarda ucuz qiymətə mənzillər satacağını inandırmaqla, 2015-ci ilin fevral ayında Zərərçəkmiş şəxs48 «xxxx» yaşayış kompleks indən 42 kv.m. sahəsi olan 1 otaqlı mənzil satacağı adı ilə sonuncudan həmin tarixdə 13.500 manat, təkrarən 2016-cı ilin fevral ayında Zərərçəkmiş şəxs49 «xxxx» MTK-dan 59 kv.m. sahəsi olan 1 otaqlı mənzil satacağı adı ilə sonuncudan həmin tarixdə 2.000 manat, təkrarən 2016-cı ilin iyun ayında Zərərçəkmiş şəxs50 Ünvan1də yerləşən 5 A saylı binanın 10-cu mərtəbəsində yerləşən 128,4 kv. m. sahəsi olan 4 otaqlı 50 saylı mənzili satacağı adı ilə sonuncudan həmin tarixdə 25.500 manat, təkrarən 2016-cı ilin avqust ayında Zərərçəkmiş şəxs51 «xxxx» MTK-dan 57,4 kv. m. sahəsi olan 1 otaqlı mənzil satacağı adı ilə sonuncudan həmin tarixdə 4.700 manat, təkrarən 2016-cı ilin avqust ayında Zərərçəkmiş şəxs52 «xxxx» yaşayış massivindən 77,4 kv.m. sahəsi olan 3 otaqlı mənzil satacağı adı ilə sonuncudan h əmin tarixdə 10.000 manat, təkrarən 2016-cı ilin sentyabr ayında Zərərçəkmiş şəxs53 Ünvan1 saylı məhəllədə yerləşən binadan 78 kvadrat metr qeyri-yaşayış sahəsini satacağı adı ilə sonuncudan həmin tarixdə 35.000 manat, təkrarən xx xxxxxx 2016-cı il tarixdə X32 «xxxx» MMC-nin inşa etdiyi Ünvan1, 6 saylı binanın 1-ci mərtəbəsində yerləşən 128 kv.m sahəsi olan 1 A saylı, 5 saylı binanın 8ci mərtəbəsində yerləşən 94,1 kv.m. sahəsi olan 3 otaqlı 39 saylı mənzilləri və 6 saylı binada yerləşən 94,1 kv.m. sahəsi olan 4 A saylı qeyri-yaşayış sahəsini təmir etdirəcəyi adı ilə sonuncudan həmin tarixdə 35.000 manat, təkrarən 2016-cı ilin dekabr ayında Zərərçəkmiş şəxs55 «xxxx» MTK-dan 2 otaqlı 70,7 kv.m. sahəsi olan mənzil satacağı adı ilə sonuncudan həmin tarixdə 4000 manat, təkrarən xx xxxxx 2017- ci il tarixdə Zərərçəkmiş şəxs56 Ünvan1-cı məhəllədə yerləşən binada 2 otaqlı 67 kv.m. sahəsi olan mənzil satacağı adı ilə sonuncudan həmin tarixdə 7.800 manat, təkrarən xx xxxx 2017-ci il tarixdə Zərərçəkmiş şəxs57 «xxxx» yaşayış kompleksindən 62 kv.m. sahəsi olan 2 otaqlı mənzil satacağı adı ilə sonuncudan həmin tarixdə 25.000 manat, təkrarən 2017-ci ilin iyun ayında Zərərçəkmiş şəxs58 İbrahimxəlil qızına «xxxx» yaşayış kompleksindən 2 otaqlı mənzil satacağı adı ilə sonuncudan həmin tarixdə 36.000 manat, təkrarən 2017-ci ilin iyun ayında Zərərçəkmiş şəxs59 «xxxx» MTK-dan 42 kv.m. sahəsi olan 1 otaqlı mənzil satacağı adı ilə sonuncudan həmin tarixdə 3000 manat, təkrarən 2017-ci ilin iyun ayında X6 «xxxx» MTK-dan 60 kv.m. sahəsi olan 1 otaqlı mənzil satacağı adı ilə sonuncudan həmin tarixd ə 21.000 manat, təkrarən 2017-ci ilin iyun ayında Zərərçəkmiş şəxs60 Ünvan1-cı məhəllədə yerləşən 7 saylı binanın 11-ci mərtəbəsində 61,5 kv.m. sahəsi olan 2 otaqlı mənzil satacağı adı ilə sonuncudan həmin tarixdə 9.500 manat, təkrarən 2017-ci ilin iyun ayında Zərərçəkmiş şəxs61 Ünvan1-cı məhəllədə yerləşən 4A saylı binanın, 13-cü mərtəbəsində 52 kv.m. sahəsi olan 1 otaqlı mənzil satacağı adı ilə sonuncudan həmin tarixdə 13.000 manat, təkrarən 2017-ci ilin iyun ayında Zərərçəkmiş şəxs62 Ünvan1-cı məhəllədə yerləşən 2 saylı binanın 12-ci mərtəbəsində 84,5 kv.m. sahəsi olan 2 otaqlı mənzil satacağı adı ilə sonuncudan həmin tarixdə 25.000 manat, təkrarən 2017-ci ilin iyun ayında Zərərçəkmiş şəxs63 «xxxx» yaşayış kompleksində 77,4 kv.m. sahəsi olan 2 otaqlı mənzil satacağı adı ilə sonuncudan h əmin tarixdə 25.000 manat, təkrarən 2017-ci ilin iyun ayında Zərərçəkmiş şəxs64 «xxxx» yaşayış kompleksi 13 saylı küçədə 5 saylı binanın 5-ci mərtəbəsində 77 kv.m. sahəsi olan və «xxxx» MTK-dan 73 kv.m. sahəsi olan 2 otaqlı mənzillər satacağı adı ilə sonuncudan həmin tarixdə 61.000 manat, təkrarən xx xxxx 2017ci il tarixdə Zərərçəkmiş şəxs65 Ünvan1-cı məhəllədə yerləşən 26-cı məhəllədə 67 kv.m. sahəsi olan 2 otaqlı mənzil satacağı adı ilə sonuncudan həmin tarixdə 10.000 manat, təkrarən xx xxxx 2017-ci il tarixdə Zərərçəkmiş şəxs66 Ünvan1-cı məhəllədə yerləşən 4 saylı binanın 12-ci mərtəbəsində 56 kv. sahəsi olan 2 otaqlı 5 saylı mənzil satacağı adı ilə sonuncudan həmin tarixdə 5.000 manat, təkrarən xx xxxxxx 2017-ci il tarixdə Zərərçəkmiş şəxs67 Ünvan1-cı məhəllə, 11 saylı binanın 6-ci mər təbəsində yerləşən 80 kv.m. sahəsi olan 2 otaqlı 41 saylı mənzil satacağı adı ilə sonuncudan həmin tarixdə 10.000 manat, təkrarən xx xxxxxx 2017-ci il tarixdə Zərərçəkmiş şəxs68 «xxxx» yaşayış kompleksi 27 saylı küçə, 1 saylı binanın 11-ci mərtəbəsində 86 saylı mənzil satacağı adı ilə sonuncudan həmin tarixdə 15.000 manat, təkrarən xx xxxxxx 2017-ci il tarixdə Zərərçəkmiş şəxs69 Ünvan1-cı məhəllə, 1 saylı binanın 6-cı mərtəbəsində yerləşən 36 saylı mənzil satacağı adı ilə sonuncudan həmin tarixdə 10.000 manat, təkrarən 2017-ci ilin avqust ayında Zərərçəkmiş şəxs70 «xxxx» yaşayış kompleksində 7-ci mərtəbədə 61 kv.m. sahəsi olan 2 otaqlı mənzil satacağı adı ilə sonuncudan həmin tarixdə 27.000 manat olmaqla 24 şəxsin 433.000 (dörd yüz otuz üç min) manat məbləğində pul vəsaitini Ünvan1də 12 mə rtəbəli binanın 1-ci mərtəbəsində yerləşən ofisində alsa da, qeyd olunan şəxsləri faktiki mənzillə təmin etməyərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin külli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı «xxxx» mənzil-tikinti kooperativinin sədri vəzifəsində işləmiş X28 ilə qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girmiş, əvvəlcədən aralarında olan cinayətkar sövdələşməyə və ümumi cinayətkar niyyətə uyğun olaraq 2016-cı ilin iyul ayında «xxxx» MTK-nin Ünvan1də yerləşən ofisində sonuncunun öz imzası və kooperativin möhürü ilə təsdiq etməklə ona verdiyi digər rekvizitlər yazılmayan boş blanklar olan XC-****, XC-****, XC-** ** və XC-**** №-li əmlak pay haqqı müqavilələrini mənzil almaq üçün müraciət etmiş ayrı-ayrı şəxslərin adlarına istintaqa məlum olmayan şəraitdə yazılmaqla bilə-bilə yalan məlumatlar daxil edərək, kooperativ tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt yolunun 15-ci kilometrliyində inşa edilən çoxmərtəbəli yaşayış kompleksində Zərərçəkmiş şəxs71 1 saylı binanın 7-ci mərtəbəsində yerləşən 70 kv.m. sahəsi olan 2 otaqlı 42 saylı mənzilə dair xx xxxx 2016-cı il tarixli, XC-**** №-li əmlak pay haqqı müqaviləsini verərək sonuncudan həmin tarixdə 25000 manat, Zərərçəkmiş şəxs72 1 saylı binanın 9-cu mərtəbəsində yerləşən 55,6 kv.m. sahəsi olan 2 otaqlı 61 saylı mənzilə dair xx xxxx 2016-cı il tarixli, XC-**** saylı əmlak pay haqqı müqaviləsini verərək sonuncudan həmin tarixdə 23000 manat, Zərərçəkmiş şəxs73 1 saylı binada yerləşən 103 kv.metr sahəsi olan 3 otaqlı 50 saylı mənzilə dair xx.xx.2016cı il tarixli XC-**** №-li əmlak pay haqqı müqaviləsini verərək sonuncudan həmin tarixdə 20.000 manat, Zərərçəkmiş şəxs74 1 saylı binanın 7-ci mərtəbəsində yerləşən 65 kv.m. sahəsi olan 2 otaqlı 48 saylı mənzilə dair xx xxxxxxxx 2016-cı il tarixli XC-**** №-li əmlak pay haqqı müqaviləsini verərək sonuncudan həmin tarixdə 42.250 manat və Zərərçəkmiş şəxs75 2017-ci ilin yanvar ayında 2 saylı binanın 12-ci mərtəbəsində yerləşən 52 kv.m. sahəsi olan 2 otaqlı, 105 saylı mənzilə dair xx.xx.2017-ci il tarixli XC-**** №-li əmlak pay haqqı müqaviləsini verərək sonuncudan həmin tarixdə 18.800 manat olmaqla cəmi 5 şəxsdən 129.050 (yüz iyirmi doqquz min əlli) manat məbləğində pul vəsaitin i alqı-satqı müqaviləsi hesab edilməyən həmin saxta müqavilələr əsasında ələ keçirərək qeyd olunan şəxsləri faktiki mənzillə təmin etməyərək, ələ keçirdikləri pul vəsaitlərini X28 ilə aralarında bölərək şəxsi ehtiyaclarına sərf etməklə, qabaqcadan əlbir olmuş bir qrup şəxslə birlikdə etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid qəsdlə külli miqdarda özgə əmlakını ələ keçirərək təkrarən dələduzluq etmiş, hüquq verən rəsmi sənədi saxtalaşdırmaqla qanunsuz hazırlamış və bilə-bilə həmin saxta sənədlərdən istifadə etmişdir. Hökmdən verilmiş apelyasiya şikayətlərinə əsasən işə baxan Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası (hakimlər: R.O.Əsgərova (sədrlik edən və məruzəçi), N.R.Mövsümov və V.C.Cəfərovdan ibarət tərkibdə) xx xxxxxx 2020-ci il tarixli qərarı ilə apelyasiya şik ayətləri təmin edilmədən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından Zərərçəkmiş şəxs53, Zərərçəkmiş şəxs37 və onun nümayəndəsi Əlirzayev Tahir Qafar oğlu tərəfindən kassasiya şikayətləri verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs53 kassasiya şikayəti verərək bildirmişdir ki, Məhkum və “xxxx” MMC tərəfindən aldadılması ilə bağlı istintaq aparılsada bugünə kimi faktiki olaraq zərərin ödənilməsi üçün heç bir tədbir görülməmişdir. Məhkum şikayətçi olduğunu, ona ağır cəza verilməsini və onunla əlbir olaraq külli miqdarda pulunu ələ keçirmiş “xxxx” MMC-nin direktorunun cinayət məsuliyyətinə cəlb olunaraq ona dəymiş ziyanın ödənilməsini bildirmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Cinayət Kollegiyası zərərçəkmiş olaraq təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etmiş, apelyasiya şikayətinin dəlillərinə formal yanaşmışdır. Odur ki, qeyd olunanları nəzərə alaraq Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilərək işin yenidən apelyasiya baxışın qaytarılması üçün qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə digər Zərərçəkmiş şəxs37 və nümayəndəsi Əlirzayev Tahir Qafar oğlu birgə kassasiya şikayəti verərək bildirmişdir ki, zərərçəkmiş şəxs olaraq birinci instansiya məhkəməsinin hökmünün təqsirləndirilən şəxs Məhkum cəzanın az təyin edilməsi hissəs indən və Bakı Şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarı ilə üzərinə həbs qoyulmuş təqsirləndirilən şəxs Məhkum arvadı olan X33 adına olan Ünvan4-ün üzərinə qoyulmuş həbsin götürülməsindən narazı olduğunu bildirmişdir. Həmin hökmün 86-cı vərəqinin 2-ci abzasında Xəzər rayon MKTB-nin verdiyi xasiyətnaməyə istinad edən məhkəmə Məhkum həyat yoldaşı X37 məxsus Ünvan5-də yaşadığını qeyd etmişdir. Yəni, həbsin üzərindən götürüldüyü mənzil ailənin yeganə yaşayış yeri deyildir. Həmçinin göstərilən əmlaklar Məhkum adına rəsmiləşməsə də Məhkum cinayət yolu əldə edilmiş pul vəsaiti hesabına alındığından və onların yeganə yaşayış yeri olmadığından məhkəmə göstərilən əmlakların üzərindən həbsi götürməkdə ədalətli olmamışdır. Belə ki, üzərinə həbs qoyulmuş Qəbələ rayonu, Hə zrə kəndində 1.42 ha torpaq sahəsi və Məhkum arvadı olan ünvan6da olan torpaq sahəsi hərracda satılaraq zərərçəkmiş şəxslərə vurulan ziyanın ödənilməsinə kifayət edib-etməməsi hökmdə öz əksini tapmamışdır. Hökmdə əmlakların dəyəri kimi göstərilən məbləğlər isə şişirdilmiş məbləğlər olmaqla heç də hərracda dərhal satılması üçün əsas vermir və ziyanın tam ödənilməsinə kifayət etməsinə əsas olan sübutlar növü kimi kifayət deyildir. Məhkəmə Məhkum az cəza verməklə məhkumun ona ödəniş etməsini aradan qaldırmış, hər iki məhkəmənin hökm və qərarlarında göstərdiyi hallara münasibət bildirilməmişdir. Apellyasiya məhkəməsi özünün mübahisələndirilən qərarında apellyasiya şikayətlərinin təmin edilməməli olması və hökmün dəyişdirilmədən saxlanılması qənaətinə gələrkən Məhkum tərəfindən ona vurulmuş zər ərin ödənilməməsinə, həmçinin zərərin ödənilməsinə bu müddət ərzində heç bir cəhd edilməməsinə münasibət bildirilməmişdir. Apellyasiya instansiyası məhkəməsi yalnız cinayət işində olan sübutları sadalamaqla və hökmdə qeyd edilənləri təkrar təfsir etməklə hökmü dəyişməmiş və əsassız olaraq apelyasiya şikayətini təmin etməmişdir. Apellyasiya məhkəməsinin qərarda gəldiyi nəticələr tərəfindən verilmiş apellyasiya şikayətində göstərilən halları əhatə etməmişdir. Məhkəmənin təqsirləndirilən şəxs Məhkum haqqındakı Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-ctı il tarixli hökmü və həmin hökmdən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi barədə Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli Qərarında cəzanın təyin edilməsi hissəsində qismən əsassız olduğundan və təyin edil miş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması səbəbindən həmin hissədə dəyişdirilməli və AR CM-nin 178.3.2-ci, 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulmuş cəzanın yuxarı həddində cəza təyin edilməlidir. Qeyd olunanları nəzərə alaraq Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli qərarını dəyişərək, Məhkum nəzərdə tutulmuş cəzanın yuxarı həddində cəza təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin edilməsi barədə zərərçəkmiş şəxslərin, zərərçəkmiş şəxsin nümayəndəsinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi mə sələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Zərərçəkmiş şəxslər tərəfindən verilmiş kassasiya şikayətlərində Məhkum təyin edilmiş cəzanın ağırlaşdırılması və onlara dəymiş ziyanın ödənilməsi xahiş edilmişdir. Belə ki, kassasiya şikayətində məhkumun cinayət əməlinin hüquqi tövsifi mübahisələndirilməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin və Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq toplanmış, məhkəmə iclasında tədqiq edilmiş və qiy mətləndirilmiş, sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna əsaslanmaqla məhkumun cinayət əməlini hüquqi tövsif etmişdir. Kassasiya şikayətində yalnız cəzanın sərtləşdirilməsi məsələsi xahiş edildiyindən məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin hökmünün cəza təyininə aid hissəsini kassasiya şikayətinin dəlilləri üzrə yoxlamışdır. Birinci instansiya məhkəməsinin hökmündən müəyyən edilmişdir ki, məhkəmə cəza təyin edərkən Məhkum əməlini qismən etiraf edərək peşmançılıq çəkməsini, müsbət xarakterizə olunmasını, himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərə dəymiş zərərin bir qismini ödəməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirmiş və cəzanı ağırlaşdıran halların olmamasını müəyyən etmişdir. Zərərçəkmiş şəxslərin məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının ağırlaşdırılması barədə kassasiya şikayətlərinin dəlilləri ancaq onlara vurulmuş zərərin ödənilməməsi ilə əlaqədar olmuşdur. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin mənasına görə isə cəzanın məqsədi yalnız cinayət nəticəsində vurulmuş zərərin ödənilməsini nəzərdə tutmur, eyni zamanda cinayət törətmiş şəxsin islah olunmasını, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədini də nəzərdə tutur. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bundan başqa cəza t əyin edilərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsində nəzərdə tutulmuş cəza təyin etmənin ümumi əsasları da nəzərə alınmalıdır. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarından müəyyən edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi cinayət işi üzrə birinci instansiya məhkəməsinin hökmünü dəyişdirilmədən saxlamışdır. Yəni məhkumun hüquqi vəziyyətini dəyişdirən hər hansı qərar qəbul etməmişdir. Apelyasiya instansiyası məhkəməsi cinayət işi üzrə qərar qəbul edərkən birinci instansiya məhkəməsi tərəfindən həm təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsifi və həm də cəza təyini zamanı qanunvericiliyin tələblərinə əməl edilibedilməməsini, apellyasiya şikayətinin dəlillərinin əsaslı olub-olmamasını yoxlayır. Məhkəmə kollegiyası qərar qəbul edərkən zərərçəkmiş şəxsin və ya prosesin digər iştirakçısının yazdığı ərizələrlə bağlı deyil, yalnız cinayət işi üzrə obyektiv qanuni və əsaslı qərar qəbul etməlidir. Cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi tərəfindən qəbul edilmiş hökm və həmin hökmün dəyişdirilmədən saxlanması barədə Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarı qanuni və əsaslı olduğundan, zərərçəkmiş şəxsin kassasiya şikayəti isə əsassız olduğundan qərar dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanmalıdır. Məhkəmə cəza təyin edərkən məhkumun cəzasını yüngülləşdirən digər hallarla yanaşı vurulmuş zərəri qismən ödəməsini, bununla da onun islah yoluna düşməsini nəzərə almış və sanksiyada nəzərdə tutulmuş növdə və həddə cəza təyin etmişdır. Məhkəmə kollegiyası hesab edir ki, Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının cinayət işi üzrə gəldiyi nəticələr qanuni və əsaslıdır. Məkuma təyin edilmiş cəzanın sərtləşdirilməsi üçün qanuni əsaslar olmadığından zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayəti təmin edilməməlidir. Həmçinin Zərərçəkmiş şəxs37 və nümayəndəsinin kassasiya şikayətinin təqsirləndirilən şəxs Məhkum arvadı X33 adına olan ünvan 2 ünvanında 23 saylı mənzilin üzərinə qoyulmuş həbsin götürülməsinin əsassızlığı ilə bağlı kollegiya qeyd edir ki, üzərinə həbs qoyulmuş mənzil təqsirlənd irilən şəxsin adına rəsmiləşdirilmədiyindən, həmçinin təqsirləndirilən şəxsin və onun ailə üzvlərinin daimi yaşadıqları mənzil olduğundan, həmin mənzilin üzərində həbsin qoyulması mülkiyyət hüququna müdaxilə təşkil etdiyindən, kassasiya şikayətinin dəlili əsassız olmaqla, birinci instansiya məhkəməsinin və apelyasiya instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edi lənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Q Ə R A R A A L D İ: Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs53, Zərərçəkmiş şəxs37 və onun nümayəndəsi Əlirzayev Tahir Qafar oğlu tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-70/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-70/2021
09.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver