Məhkəmə qərarları › İş №1(102)-70/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-70/2025

07.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-70/2025 07.01.2025 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Rzayeva Zeynəb Azad qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X2 və Məhkum iştirakları ilə xx xxxxxxxx 1992-ci ildə Ağdam rayon Xındırıstan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, məhkumluğu olmayan, Ağdam rayon Xındırıstan kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, hal hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4, 234.1 və 234.2ci maddələri ilə məhkum edi lməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 aprel 2024-cü il tarixli, 1(104)-89/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ağdam Rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, 1(013)-28/2023 nömrəli hökmü ilə (sədrlik edən hakim: R.R.Məmmədov) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 234.1 və 234.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə və Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66-cı maddəsinə əsasən hökmlə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun ibtidai istintaq dövründə 14 noyabr 2022-ci il tarixdən 16 noyabr 2022-ci il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində həbsdə saxlanması, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə bərabər tutulmaqla hökmlə ona təyin olunmuş cəza müddətinə hesablanaraq sonuncunun üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkməsinin əvvəlinin 08 mart 2023-cü il tarixdən hesablanmışdır. Həmin hökmlə həmçinin Təqsirləndir ilən şəxs da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən Məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 aprel 2024cü il tarixli qərarı ilə (hakimlər: N.T.Əliyev (sədrlik edən), S.B.Hüseynov və Ə.G.Abdullayevdən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 aprel 2024-cü il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Hökmə əsasən, Məhkum 2020-ci ildə Ağdam rayonu, Dadaşlı kəndində istintaqa məlum olmayan ayda, gündə və mənbədən qanunsuz olaraq bir ədəd zavod üsulu ilə hazırlanmış ümumi t əyinatlı, soyuq silah hesab edilən ov bıçağını əldə edib saxlamış və Ağdam rayon, Quzanlı qəsəbəsində yaşayan Şahid5 bacısı oğlu Məhkum onu və bacısı Şahid6 bıçaqla öldürəcəyi ilə hədələməsi barədə xx.xx.2022-ci il tarixdə saat 12.09-da Azərbaycan Respublikası DİN-nin 102 zəng mərkəzi xidmətinə daxil olmuş ********* nömrəli məlumatı əsasında Ağdam RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı polis leytenantı X6 həmin günü saat 12:30-da hadisə yeri hesab edilən Ağdam rayonu, Xındırıstan kəndində yerləşən Məhkum yaşadığı ünvana gəldikdən sonra sonuncunun narkotik vasitədən istifadə etmə nəticəsində sərxoş vəziyyətdə olduğundan onunla qabaqlayıcı profilaktik söhbətlər apararaq üzərində olan ov bıçağının təhvil verilməsinə nail olub, həmin bir ədəd zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı, soyu q silah hesab edilən bir tərəfi küt, digər tərəfi kəsici, ucu qismən deşici xassəyə malik olan ov bıçağını xx.xx.2022-ci il tarix saat 12:30-dək müvafiq qaydada qablaşdırılıb ondan götürülənədək qəsdən qanunsuz olaraq əldə edib saxlamışdır. Bundan başqa o, 14 noyabr 2022-ci il tarixdə səhər saatlarında istintaqla müəyyən edilə bilməyən vaxtda Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən Məscidin yaxınlığında istintaqa məlum olmayan mənbədən 10 manat müqabilində əldə etdiyi "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun İ Siyahısı ilə müəyyən edilmiş şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1 (bir) ədəd a ğ rəngli kağız bükümündə təmiz çəkisi 0,691 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz əldə edərək 14 noyabr 2022-ci il saat 14.50-dək, yəni Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən «Nicat» marketin yaxınlığında saxlanılıb 43-cü polis bölməsinə gətirilməklə üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən aşkar edilənədək satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşımaqla saxlamışdır. Bundan başqa o, 8 mart 2023-cü il tarixdə istintaqla müəyyən edilə bilinməyən vaxt və istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narko tik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun İ Siyahısı ilə müəyyən edilmiş şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 2 (iki) ədəd şəffaf polietilen kəsiyi bükümlərinə ayrılmış ayrı-ayrılıqda təmiz çəkiləri 0,352 qram və 0,460 qram olmaqla ümumi təmiz çəkisi 0,812 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, həmçinin həmin Qanunun İİ Siyahısı ilə müəyyən edilmiş şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 02 (iki) ədəd gümüşü və 1 (bir) ədəd göy rəngli kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,282 qram, 0,187 qram və 0,234 qram olmaqla ümumi təmiz çəkisi 0,703 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əld ə edib Ağdam rayonu Xındırıstan kəndində yaşadığı fərdi yaşayış evinin yataq otağına daşımaqla 2 (iki) ədəd şəffaf polietilen kəsiyi bükümlərinə ayrılmış ayrı-ayrılıqda təmiz çəkiləri 0,352 qram və 0,460 qram olmaqla ümumi təmiz çəkisi 0,812 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini yataq otağının sol pəncərəsinin qarşısında olan kağız qutuda, 1 (bir) ədəd gümüşü kağız bükümdə təmiz çəkisi 0,282 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini yataq otağında olan masanın üzərində, 1 (bir) ədəd gümüşü kağız bükümdə təmiz çəkisi 0,187 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini yataq otağının sağ pəncərəsinin qarşısında olan ağ rəngli parçanın altında, 1 (bir) ədəd göy rəngli kağız bükümdə təmiz çəkisi 0,234 qram olan ku star üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini yataq otağının sol pəncərəsinin qarşısında taxta piştaxtanın arasında yerləşdirib ümumi təmiz çəkisi 0,703 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini gizlətməklə 8 mart 2023-cü il saat 16:10-dək, yəni Ağdam rayon Polis Şöbəsi əməkdaşları tərəfindən aşkar olunub götürülənədək qəsdən satış məqsədi ilə narkotik vasitəni və psixotrop maddəni qanunsuz olaraq əldə edib daşımaqla saxlamışdır. Bundan başqa o, 8 mart 2023-cü il tarixdə saat 11 radələrində istintaqla müəyyən edilə bilinməyən vaxt və istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə əldə edib yaşadığı Ağdam rayonu, Xındırıstan kəndində yerləşən fərdi yaşayış evinə daşıyıb saxladığı "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən nark otik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun İ Siyahısı ilə müəyyən edilmiş şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümdə təmiz çəkisi 0,352 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini həmin evin həyətyanı sahəsində yaşayış evinin arxa hissəsində qarğı gövdəsindən ibarət olan hasarın kənarında həmkəndlisi Təqsirləndirilən şəxs 30 (otuz) manat pul müqabilində tamah niyyəti ilə qanunsuz olaraq qəsdən satmışdır. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 234.1 və 234.2-ci maddələri ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə ədalətsiz hökm çıxardığı halda, apellyasiya instansiyası məhkəməsi cəzanın daha çox yüngülləşdirilməsinə (həm ayrı-ayrı maddələrlə, həmdə yekun cəzanın) əsas verən halların olmasına baxmayaraq işi tam araşdırmadan əsassız olaraq hökmdən onun tərəfindən verilmiş apellyasiya şikayətini təmin etməmişdir. Məhkum hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən cinayət işinə baxılarkən onun məsuliyyətini yüngülləşdirən hallar, habelə cəzanı ağırlaşdıran halların olmaması nəzərə alınmamış, nəticədə Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə daha aşağı həddə cəzanın təyin edilməsi, eləcə də Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti məhkum etmənin tətbiq edilməsi üçün əsasların olmasına baxmayaraq o, həd dindən artıq ağır cəzaya məruz qalmış, bununla da Cinayət Məcəlləsinin 8, 41.2, 58.1, 58.3-cü maddələrinin tələbləri pozulmuşdur. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 aprel 2024-cü il tarixli qərarının ləğv edilməsini, ona daha yüngül (CM-in 62 və 70-ci maddələrin tətbiqi) cəzanın təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya i nstansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən ona cəza təyin edilərkən və ape llyasiya məhkəməsində cinayət işinə baxılarkən məsuliyyətini yüngülləşdirən (CM-in 62-ci və 70-ci maddələrinin tətbiqinə əsas yaradan) halların nəzərə alınmadığını, nəticədə onun həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarını dəyişdirməklə ona daha yüngül cəzanın təyin edilməsi barədə kassasiya tələblərini Azərbaycan Respublikası CPMin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya M əhkəməsinin Cinayət Kollegiyasının 26 aprel 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq mə qsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdır an halların tam siyahısı Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır. Şərti məhkum etmənin tətbiqi üzrə məsələləri tənzimləyən Cinayət qanununun 70.1ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çək mədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir. Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət qanununda göstərilən xüsusi hallarda, o cümlədən cinayətin ictimaitəhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan CM-in 62-ci maddəsinin nəzərdə tutduğu müstəsna hallar, və ya cəzanı ağırlaşdıran hallar müəyyən edilmədiyi təqdirdə CM-in 60-cı maddəsinin təsbit etdiyi cəzanı yüngülləşdirən hallar və yaxud da CM-in 65.2-ci maddəsinin nəzərdə tutduğu cinayətlərin residivi, təhlükəli residivi, xüsusilə təhlükəli resdivi kimi hallar olduqda, həmin maddələrdə nəzərdə tutulm uş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır. Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi məsələlərinə həsr olunmuş CM-in 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu CM-in 62.1-ci maddəsində sadalananlara, yəni cinayətin məqsədi və motivinə, təqsirkarın cinayətin törədilməsində roluna, cinayətin törədilməsi zamanı və sonrakı davranışına, digər hallara aid olub cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltdıqda, şəxsin barəsində CM-in 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilərlər. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, CM-in 62-ci maddəsinin nəzərdə tutduğu CM-in 62.1-ci ma ddəsində göstərilən halların dairəsinə daxil edilə bilən əsaslar müəyyən olunduqda belə, bu halların cinayətin ictimai təhlükəliliyinə (onun əhəmiyyətli dərəcədə azaldılması yönündə) təsir edib-etməməsi, yəni onların cinayətin ictimai-təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan müstəsna hallar kimi qiymətləndirilməsinin mümkünlüyü məsələsi, yalnız sözügedən hallara görə deyil, həm də cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 58.3-cü maddəsində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xa rakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların fonunda və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq mate rialları ilə müqayisə etməklə yoxladıqda Məhkum ona həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir. Belə ki, birinci instansiya məhkəməsinin hökmü ilə təyin edilmiş cəzanın ədalətsiz olması haqqında iddia və bu cəzanın yüngülləşdirilməsi (CM-70-ci maddənin tətbiq ilə bağlı) barədə tələb məhkum tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş, apellyasiya məhkəməsi həmin iddia ilə razılaşmayıb və tələbi təmin etməyib, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 234.1 və 234.2-ci maddələri ilə həm ayrı-ayrılıqda, həm də cinayətlərin məcmusu üzrə 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə dair Ağdam Rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, 1(013)-28/2023 nömrəli hökmünü dəyişdirilmədən saxlamışdır. Apellyasiya məhkəməsi cəzanın dəyişdirilmədən saxlanılması haqqında nəticəyə gələrkən ona əsaslanmışdır ki, birinci instansiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 228.4, 234.1 və 234.2-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddində, eyni ilə cinayətlərin məcmusu üzrə daha az müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə baxılan işdə Məhkum cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı cəzasını yüngülləşdirən halların da müəyyən edilmədiyini, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər halları, o cümlədən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Məhkum şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailə sinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələblərinə cavab verən ədalətli cəza təyin etmişdir. Kassasiya şikayətinin dəlilləri birinci və apellyasiya instansiyası məhkəmələrinin qənaətlərini təkzib etmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən cəzanın təyin edilməsi və yoxlanılması zamanı nəzərə alınan və kassasiya şikayətində gətirilən digər halları Məhkum cəzasının yüngülləşdirilməsini və yaxud onun barəsində Cinayət Məcəlləsinin 62-ci və 70-ci maddələrinin tətbiqini mümkün edən xüsusatlar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə birinci və apellyasiya instansiyası məhkəmələri Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətində gətirilən yəni, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilməyən hallarla bağlı yuxarıda qeyd olunan nəticəyə gələrkən onu da nəzərə alır ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət - prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunanlar məhkumun kassasiya şikayətinə baxılması nəticəsində bu şikayətlə eht iva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində təsbit olunmuş halların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun, həmçinin kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkumun kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 aprel 2024-cü il tarixli, 1(104)-89/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419. 10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4, 234.1 və 234.2ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 aprel 2024-cü il tarixli, 1(104)-89/2024 nömrəli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar