Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-700/2020 27.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, Məhkum müdafiəçisi-vəkil Musayev Xəqani Zakir oğlunun iştirakları ilə, Şəki Ağı r Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Musayev Xəqani Zakir oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il hökmü ilə (hakimlər: Məmmədov Bilal Mahir oğlu (sədrlik edən), Hüseynov Rəşid İnqilab oğlu və Mirzəyev Nahid Namiq oğlundan ibarət tərkibdə) Məhkum- xx xxxxxx 1994-cü ildə ünvan 1 anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkum olunmamış, işləməyən, orta təhsilli, ünvan 1 qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikası Cinayət Məcəll əsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş, xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixə kimi şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddəti ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzadan çıxılmaqla üzərində qəti olaraq 5 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə növündə cəza saxlanılmış, ona əlavə cəza kimi təyin edilmiş 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası ona təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bunda n əlavə hökmdə müəyyən edilmiş 4 (dörd) il müddətə şamil edilmişdir. Cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2019-cu il tarixdən hesablanmışdır. İşin halları: Məhkum Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə məhkum edilmişdir ona görə ki, o, “Yol-hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni sürücülük vəsiqəsi olmadan idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan atası X5 məxsus VAZ 21061 minik markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx xxxxxx 2018-ci il tarixdə saat 17 radələrində ünvan 2 istiqamətindən "Şəki-Oğuz" şossesi istiqamətində hərəkətdə olarkən həmin qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkətin intensivliyini, nəqliyyat v asitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunları etməmiş, həmin maddənin tələblərinin əksinə hərəkət edib yolun sol kənarında yol qırağı ilə hərəkətdə olan iti qaçışla yolun sol istiqamətindən sağ istiqamətinə hərəkətə başlayan piyada xx.xx.2015-ci il təvəllüdlü X6 idarə etdiyi avtomobilin ön sol qanadı ilə vurmuş və ehtiyatsızlıqla törətdiyi yol nəqliyyat hadisəsi zamanı X10 açıq kəllə-beyin travması, təpə-ənsə nahiyyəsinin əzilmiş-cırılmış yarası, kəllə tağı, kəllə əsası sümüklərinin çox saylı, basılmış sınıqları, baş beyin maddəsinin və baş beyin qişalarının əzilməsi və qansızması ilə nəticələnən dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olub onun ölümü ilə səbəbli əlaqədə olan bədən xəsarətləri alıb, aldığı bədən xəsarətlərindən hadisə yerində ölmüşdür. Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmündən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Rəcəbov Səbuhi Tapdıq oğlu, zərərçəkmiş şəxsin hüquqi varisi Qanuni nümayəndə Bəylər oğlu və nümayəndəsi X13 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası (hakimlər: A.M.Eyvazov (sədrlik edən və məruzəçi), R.Ə.Əliyev və İ.H.Şükürovdan ibarət tə rkibdə) xx xxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Musayev Xəqani Zakir oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri Məhkumun müdafiəçisi-vəkil Musayev Xəqani Zakir oğlu kassasiya şikayəti verərək bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs Məhkum əməli düzgün və hərtərəfli araşdırılmamış, əlavə ekspertiza təyin edilmədən Məhkum məsuliyyətə cəlb olunmuşdur. Halbuki iş üzrə əlavə ekspertiza təyin olunsa idi müəyyən olunardı ki, həqiqətən Məhkum əməlində cinayət tərkibi yoxdur. Belə ki, sürücü Məhkum üçün təhlükə onun hərəkət zolağının sol kənarında dayanan piyada uşa ğın iti qaçışla hərəkətə başladığı anda yaranmış və bu zaman avtomaşınla piyadanın arasındakı məsafə 15 metr, avtomaşının sürəti isə 60 km/saat olmuşdur. Əgər istintaq orqanı və məhkəmə doğurdan da Məhkum işi üzrə obyektiv istintaq aparmaqda maraqlı idisə, hadisənin baş verməsini obyektiv olaraq özündə əks etdirən bu mexanizm üzrə yol-nəqliyyat hadisələri ekspertizası təyin edib keçirməli və nəticədən asılı olaraq prosessual qərar qəbul etməli idi. Beləliklə də, müdafiə tərəfi olaraq hesab edirəm ki, istintaq orqanı tərəfindən hadisə mexanizmi təhrif edilmiş, qeyri-real parametrlərlə yolnəqliyyat hadisəsi ekspertizası təyin edilib keçirilməklə qərəzli rəy alınmışdır. Hesab edirəm ki, təqsirləndirilən şəxs özüdə bu barədə tam məlumatsız olduğuna görə özünü təqsirli hesab etmiş və müdafiəsi üçün heç bir dəlil gətirməmişdir. Qeyd olunanları nəzərə alaraq Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və işin apelyasiya instansiyası məhkəməsində yenidən baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessua l qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Məhkumun müdafiəçisi-vəkil Musayev Xəqani Zakir oğlu kassasiya şikayətində göstərmişdir ki, sürücü Məhkum üçün təhlükə onun hərəkət zolağının sol kənarında dayanan piyada uşağın iti qaçışla hərəkətə başladığı anda yaranmış və bu zaman avtomaşınla piyadanın arasındakı məsafə 15 metr, avtomaşının sürəti isə 60 km/saat olmuşdur. Əgər istintaq orqanı və məhkəmə doğurdan da Məhkum işi üzrə obyektiv istintaq aparmaqda maraqlı idisə, hadisənin baş verməsini obyektiv olaraq özündə əks etdirən bu mexanizm üzrə yol-nəqliyyat hadisələri ekspertizası təyin edib keçirməli və nəticədən asılı olaraq prosessual qərar qəbul etməli idi. Cinayət işinin materiallarında olan məhkəmə-yol-nəqliyyat ekspertizası nın xx.xx.2018-ci il tarixli rəyindən görünür ki, nəqliyyat vasitəsinin tam dayanma yolu 35,5 metr olduğu şəraitdə, aparılmış hesabatlarla müəyyən edilmişdir ki, piyada vurulana qədər qət etdiyi yolu keçməyə başladığı anda nəqliyyat vasitəsi piyadanın vurulma yerindən 125,1 metr aralı məsafədə olmuşdur. Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının xx.xx.2018-ci il tarixli rəyi ilə tanış olmuş, bu barədə tərtib edilmiş protokolda heç bir şikayətinin və vəsatətinin olmadığını göstərməklə özü və müdafiəçisi tərəfindən protokolu imzalamışlar. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında da həmin rəyə hər hansı irad bildirilməmiş və məhkəmə iclasında Məhkum özünü elan edilmiş ittihamda tam təqsirli bilmişdir. Onun məhkəmə iclasındakı etiraf ifadəs inin həqiqiliyi məhkəmə iclasında Azərbaycan Respublikası CPM-nin 143-146cı maddələrinə müvafiq toplanıb tədqiq edilmiş və sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Ona görə də kassasiya şikayətinin dəlilləri əsassız hesab edilərək təmin edilməməlidir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416- cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi-vəkil Musayev Xəqani Zakir oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-700/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-700/2020
27.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver