Məhkəmə qərarları › İş №1(102)-701/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-701/2019

29.05.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-701/2019 29.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Rüstəmova – Qasımova Türkan Bəndər qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X1 Zərərçəkmiş şəxs1 iştirakları ilə 27 fevral 1971-ci ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, ev 36, mənzil 24-də qeydiyyatda olan, Abşeron rayonu Xırdalan şəhərində yaşamış, hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 09 avqust 2018-ci il tarixli qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri, 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 iyun 2018-ci il tarixli hökmünə əsasən (hakimlər:Z.Q.Ağayev (sədrlik edən), A.Ə.Məcidov və S.S.Hüseynov) Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, 08 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, ibtidai istintaq zamanı həbsdə saxlandığı 2 gün müddət əsas cəzadan çıxılmaqla üzərində qəti olaraq 7 il 11 ay 28 gün azadlıqdan məhrumetmə cə zasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 23 may 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkumun müdafiəçisi və Zərərçəkmiş şəxs10 tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 09 avqust 2018-ci il tarixli qərarı ilə (hakimlər: V.Ə.Mursaqulov (sədrlik edən), Q.X.Babayev və M.Ə.Abbasov) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 iyun 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Belə ki, Məhkum rəfiqəsi Zərərçəkmiş şəxs6 Camaləddin qızının etibarından suiistifadə edərək guya valyuta mübadiləsi ilə məşğul olan tanışının olduğunu bildirib həmin tanışına əmanətdə saxlanılması üçün 16.500 ABŞ dolları məbləğində pul verərsə, hər ay əsas vəsaitin üzərinə əlavə qazanc gələcəyi barədə yalan vəd verməklə, onu aldatmış, bu adla 2016-cı ilin mart ayının əvvəllərində Zərərçəkmiş şəxs6 işlədiyi Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 22 ünvanında yerləşən Azərbaycan Dövlət İqtisad Universitetində sonuncunun xidməti otağında həmin dövrün məzənnəsi ilə 25.880 manat təşkil edən 16.500 ABŞ dolları pul vəsaitini alıb ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 xeyli miqdarda, 25.880 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum tanışı Zərərçəkmiş şəxs8 e tibarından sui-istifadə edərək guya valyuta mübadiləsi ilə məşğul olan tanışlarının olduğunu bildirib əgər pul verərsə, həmin tanışlarından onun üçün ucuz qiymətə X4 dolları pul əskinasları alıb gətirəcəyi barədə yalan vəd verməklə onu aldatmış, bu adla 2016-cı ilin iyun ayından sentyabr ayınadək olan müddət ərzində Bakı şəhəri, ********************************ünvanında yerləşən «Jalə» gözəllik salonunun qarşısında Zərərçəkmiş şəxs8 hissə-hissə olmaqla, ümumilikdə, 400.000 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs8 külli miqdarda, 400.000 manat məbləğində ziyan vurmaqla, təkrar dələduzluq etmişdir. Bundan əlavə, Məhkum tanışı Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək guya öz qardaşının yüksək vəzifəyə təyin olunması ilə əlaqədar külli miqdarda pul lazım olduğunu bildirib, əgər bu məsələdə maddi köməklik göstərərsə, aldığı pulu qısa müddətdə qaytaracağına dair yalan vəd verib onu aldatmış, bu adla 2016-cı ilin iyul ayının ortalarında Zərərçəkmiş şəxs3 işlədiyi ünvan 3 ünvanında yerləşən lombardda 25.000 manat, bir neçə gün sonra ünvan 4 ünvanında yerləşən Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyinin binasının yanında 23.900 manat olmaqla, Zərərçəkmiş şəxs3 ümumilikdə 48.900 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 xeyli miqdarda, 48.900 manat ziyan vurmaqla, təkrar dələduzluq etmişdir. Bundan başqa, Məhkum tanışı Zərərçəkmiş şəxs7 etibarından sui-istifadə edərək guya özünün tanışları vasitəsi ilə Bakı şəhərində ye ni inşa olunan binalardan birindən mənzil almasında köməklik göstərəcəyinə dair yalan vəd verərək onu aldatmış, bu adla 06 sentyabr 2016-cı il tarixdə Bakı şəhəri, ***************************** ünvanında yerləşən «Jalə» gözəllik salonunda Zərərçəkmiş şəxs7 həmin dövrün məzənnəsi ilə 16.362 manat təşkil edən 10.000 ABŞ dolları, 19 sentyabr 2016-cı il tarixdə eyni ünvanda həmin dövrün məzənnəsi ilə 16.370 manat təşkil edən 10.000 ABŞ dolları olmaqla, ümumilikdə 32.732 manat təşkil edən 20.000 ABŞ dolları pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 xeyli miqdarda, 32.732 manat ziyan vurmaqla, təkrarən, dələduzluq etmişdir. Bundan başqa, Məhkum tanışı Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək guya valyuta mübadiləsi ilə məşğul olan tanışlarının olduğunu bildirib əgər pul verərsə, həmin tanışlarından onun üçün ucuz qiymətə ABŞ dolları pul əskinasları alıb gətirəcəyi barədə yalan vəd verməklə onu aldatmış, bu adla 10 sentyabr 2016-cı il tarixdə ünvan 5 ünvanında yerləşən «Milana hospital» tibb müəssisəsinin qarşısında 50.000 manat, 11 sentyabr 2016-cı il tarixdə həmin hospitalın qarşısında 25.000 manat olmaqla Zərərçəkmiş şəxs1, ümumilikdə 75.000 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək zərər çəkmiş şəxsə külli miqdarda, 75.000 manat məbləğində ziyan vurmaqla, təkrarən, dələduzluq etmişdir. Bundan əlavə, Məhkum rəfiqəsi Zərərçəkmiş şəxs6 Camaləddin qızının etibarından sui-istifadə edərək guya valyuta mübadiləsi ilə məşğul olan tanışlarının olduğunu bildirib əgər pul verərsə, həm in tanışlarından onun üçün ucuz qiymətə X4 dolları pul əskinasları alıb gətirəcəyi barədə yalan vəd verməklə onu aldatmış, bu adla 2016-cı ilin sentyabr ayının əvvəllərində Bakı şəhəri, Səbail rayonu, «İçəri şəhər» Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində Zərərçəkmiş şəxs6 30.000 manat pul vəsaitini alıb ələ keçirərək zərər çəkmiş şəxsə xeyli miqdarda, 30.000 manat məbləğində ziyan vurmaqla, təkrarən, dələduzluq etmişdir. Bundan başqa, Məhkum tanışı Zərərçəkmiş şəxs10 etibarından sui-istifadə edərək sonuncuya məxsus 9.800 ABŞ dolları dəyərində qızıl-zinət əşyalarını guya İmişli rayonunda yaşayan özünün tanışlarına satacağı və əldə ediləcək pul vəsaitini Zərərçəkmiş şəxs10 çatdıracağı adı ilə onu aldatmış, bu adla Zərərçəkmiş şəxs10 2016-cı ilin sentyabr ayının ortalarında ünvan 6 ünvanında yerləşən qadın geyimləri mağazasında həmin dövrün məzənnəsi ilə 16.000 manat təşkil edən 9.800 ABŞ dolları dəyərində qızıl-zinət əşyalarını alıb ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs10 xeyli miqdarda 16.000 manat ziyan vurmaqla, təkrarən, dələduzluq etmişdir. Bundan başqa, Məhkum rəfiqəsi Zərərçəkmiş şəxs2 Camaləddin qızının etibarından sui-istifadə edərək guya valyuta mübadiləsi ilə məşğul olan tanışlarının olduğunu bildirib əgər pul verərsə, həmin tanışlarından onun üçün ucuz qiymətə X4 dolları pul əsginasları alıb gətirəcəyi barədə yalan vəd verməklə onu aldatmış, bu adla 19 sentyabr 2016-cı il tarixdə Bakı şəhəri, ******************************* ünvanında yerləşən X10 yanında 700 manat, 07 oktyabr 2016-cı il tarixdən 10 noyabr 2016-cı il tarixədək olan müddət ərzində ünvan 8 ünvanında yerləşən Azərbaycan Memarlıq və İnşaat Universitetinin bir neçə dəfəyə 9.360 manat olmaqla, Zərərçəkmiş şəxs2 ümumilikdə 10.060 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək zərər çəkmiş şəxsə xeyli miqdarda 10.060 manat məbləğində ziyan vurmaqla, təkrarən, dələduzluq etmişdir. Bundan başqa, Məhkum tanışı Zərərçəkmiş şəxs9 etibarından sui-istifadə edərək guya valyuta mübadiləsi ilə məşğul olan tanışlarının olduğunu bildirib əgər pul verərsə, həmin tanışlarından onun üçün ucuz qiymətə X4 dolları pul əsginasları alıb gətirəcəyi barədə yalan vəd verməklə onu aldatmış, bu adla 2016-cı ilin oktyabr ayında Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən «Park Bulvar» ticarət mərkəzinin yanında Zərərçəkmiş şəxs9 sonuncunun tanışı Zərərçəkmiş şəxs 2 vasitəsi ilə 13.020 manat pul vəsaitini alıb ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs9 xeyli miqdarda, 13.020 manat ziyan vurmaqla, təkrarən, dələduzluq etmişdir. Bundan əlavə, Məhkum tanışı Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edərək guya penitensiar xidmət sahəsində nüfuzlu tanışlarının olduğunu bildirib həmin tanışları vasitəsi ilə sonuncunun cəzaçəkmə müəssisəsində cəza çəkən övladı X9 2.500 manat pul müqabilində cərimə təcridxanasından azad etdirəcəyinə dair yalan vəd verib onu aldatmış, bu adla 2016-cı ilin noyabr ayının əvvəllərində ünvan 9 ünvanında yerləşən «X17» restoranında Zərərçəkmiş şəxs5 2.500 manat pul vəsaitini alıb ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 2.500 manat ziyan vurmaqla, təkrarən, dələduzluq etmişdir. Bundan başqa, Məhkum tanışı Zərərç əkmiş şəxs4 etibarından sui-istifadə edərək sonuncuya məxsus 16.200 ABŞ dolları dəyərində qızıl-zinət əşyalarını guya Almaniya Federativ Respublikasından gələn qonaqlarına satacağı və əldə ediləcək pul vəsaitini Zərərçəkmiş şəxs4 çatdıracağı adı ilə onu aldatmış, bu adla 2016-cı ilin dekabr ayının ortalarında Bakı şəhəri, *************************** ünvanında yerləşən «Soli» qadın geyimləri mağazasında Zərərçəkmiş şəxs4 həmin dövrün məzənnəsi ilə 28.310 manat təşkil edən 16.200 ABŞ dolları dəyərində qızıl-zinət əşyalarını alıb ələ keçirərək zərər çəkmiş şəxs, Zərərçəkmiş şəxs4 xeyli miqdarda, 28.310 manat ziyan vurmaqla, təkrarən, dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri, 17 s aylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin 09 avqust 2018-ci il tarixli qərarının ləğv edilməsi, təqsirləndirilən şəxs Məhkum barəsində bəraətverici əsaslarla cinayət təqibinə xitam verilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, apellyasiya məhkəməsinin qərarında Məhkum təqsirini özünün qismən etiraf etməsi göstərilsə də, əslində, Məhkum elan edilmiş ittihamı qəbul etməmiş, zərərçəkmiş şəxslərdən pulu faizlə və ya faizsiz olmaqla borc kimi aldığını bildirmişdir. Bu da onu ehtiva edir ki, məhkum olunmuş şəxslə cinayət işi üzrə zərərçəkmiş şəxslər arasında mülki hüquq münasibətləri olmuş və Məhkum cinayət məsuliyyətinə cəlb oluna bilməz. Müdafiəçi həmçinin hesab edir ki, Məhkum əməli dələduzluq kimi qiymətləndirilsə belə, zərərçəkmiş şəxslərə vurulan ziyanın məbləği 50.000 manatdan çox olmadığından xeyli miqdar təşkil edir və ona görə CM-nin 178.2-ci maddəsi ilə tövsif edilməli idi. Müdafiəçinin fikrincə, məhkəmə kollegiyası tərəfindən Məhkum cəzasını yüngülləşdirən hallar, yəni ilk məhkumluğu, etiraf etdiyi əməl çərçivəsində səmimi etirafı və əməlindən peşman olması, psixi cəhətdən xəstə olması da nəzərə alınmamışdır. Məhkəmə həmin yüngülləşdirici halları nəzərə alaraq Məhkum təyin olunmuş cəzanı CMnin 70-ci maddəsinə əsasən şərti hesab edə bilərdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə Zərərçəkmiş şəxs1 və dövlət ittihamçısı R.Alverdiyevin çıxışlarını dinləyərək he sab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Verilmiş şikayətdə həm məhkumun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi, həm də təyin edilmiş cəzanın ağır olması mübahisə edilir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təh lükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Kassasiya şikayətinin, Məhkum CM-nin 178.3.2-ci maddəsi ilə əsassız məhkum edilməsinə dair dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə təhlil edərək qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalar ının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum verdiyi ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşdur. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-nin 178.3.2-cü maddəsi ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apel lyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarından görünür ki, Məhkum işin hallarında təsvir olunan dələduzluq cinayətini törətməsi məhkəmə baxışı zamanı tədqiq olunan, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs6 Camaləddin qızı, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, X7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs10 və Zərərçəkmiş şəxs5, şahidlər X6, X8, X11 və X2 ifadələri, məhkəməəmtəəşünasl ıq ekspertizasının 14 sentyabr 2017-ci il tarixli, 22780 nömrəli rəyi, məhkəməxətşünaslıq ekspertizasının 12 may 2017-ci il tarixli, 9257 nömrəli rəyi, kompleks məhkəmə-xətşünaslıq ekspertizasının 14 avqust 2017-ci il tarixli 19434 nömrəli rəyi, habelə toplanmış digər sübutlarla məhkumun təqsiri tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət qanunu normasının tələblərinə və “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 saylı qərarına əsasən Azərbaycan Respublikası CM-in 178-ci madd əsində nəzərdə tutulan dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o, halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqların əldə edərkən hər hansı bir öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun.... Bu hüquq müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə əks oluna bilər. (məsələn etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) Subyektiv cəhətdən belə əməllər birbaşa qəsdlə törədilir, yəni həmin əməli törədən şəxs Azərbaycan Respublikası CM-in 25-ci maddəsinin tələblərinə əsasən öz əməlinin (hərəkət və hərəktsizliyinin) ictimai təhlükəli olduğunu dərk etməli, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görməli və bunları arzu etməlidir. Digər tərəfdən, dələduzluq cinayətinin obyektiv cəhətini özündə ehtiva edən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinin dispozisiyasına əsasən, şəxsin əməli o halda dələduzluq cinayəti kimi qiymətləndirilə bilər ki, şəxs özgənin əmlakını və ya əmlak hüquqlarını əldə etmə niyyəti izləyərək etibardan sui-istifadə etmiş olsun və ya aldatma üsulundan istifadə etsin. Qanunun mənasından göründüyü kimi, dələduzluq cinayətinin törədilməsi zamanı şəxs əvvəlcədən öz qarşısına digər şəxsin əmlakını və əmlaka olan hüququnu ələ keçirmək məqsədini müəyyən edir, sonradan isə həmin məqsədinə nail olmaq üçün ya zərərçəkmiş şəxsin e tibarından sui-istifadə etmiş olur, ya da ki, onu aldadır, nəticədə isə sonuncunun könüllü olaraq öz əmlakını və ya əmlaka olan hüququnun ona verilməsinə nail olur. Dələduzluğun törədilməsi zamanı aldatma üsulundan istifadə edən şəxs əmlakın sahibinə müəyyən faktlar barədə qəsdən yalan məlumatlar verir, yaxud da belə faktlar haqqında məlumatları qəsdən saxtalaşdırır və ya ümumiyyətlə heç bir məlumat vermir ki, son nəticədə əmlakın sahibi aldadılaraq öz əmlakını könüllü qaydada dələduzluq cinayətini törədən şəxsə verir. Etibardan sui-istifadə zamanı özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz ələ keçirmək və bunları qaytarmamaq məqsədini izləyən şəxs onunla mülkiyyətçi arasında olan etibarlı münasibətlərdən istifadə edir və əmlakın idarə olunması və ya ona sərəncam verilməsi ilə ə laqədar müəyyən vəzifələrin yerinə yetirilməsini üzərinə götürüb əmlakı ələ keçirdikdən sonra əmlakı qaytarmaq niyyətində olmayaraq və tamah niyyətində olaraq öz vəzifəsini qəsdən, heç bir üzrlü səbəb olmadan yerinə yetirmir. Göründüyü kimi, əməlin dələduzluq cinayəti kimi qiymətləndirilməsi üçün belə əməli törətmiş şəxsin əvvəlcədən əmlakı və ya əmlaka olan hüququ ələ keçirmək niyyətində olması müəyyən edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum cinayət əməli iş materiallarında olan zərərçəkmiş şəxslərin və şahidin ifadələri, ekspert rəyləri, üzləşdirmə protokolları, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlarla tam sübuta yetirilir. Məhkəmə kollegiyası bildirir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbayca n Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından məhkuma bəraət verilməsi məqsədə müvafiq deyildir. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbay can Respublikası CM-nin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağı rlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliy yətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum barəsində cəza təyin olunarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, məhkumun ailə vəziyyəti, məhkumun cəzasını yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsi nəzərə alınaraq düzgün nəticəyə gəlinmişdir. Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsi barədə kassasiya tələbini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi cəza təyini məsələsəni həll edərkən maddi hüquq normalarının, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3 59 və 61-ci maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini, cəzasını ağırlaşdıran halların olmamasını düzgün nəzərə almış və Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi üçün əsaslar tapmamışdır. Həmçinin məhkəmə kollegiyası bildirir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 25-ci bəndində göstərilmişdir ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Mə hkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olubolmaması araşdırılmalıdır. 1. məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü 2. törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi 3. məhkumun şəxsiyyəti 4. cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar CM-in 70-ci maddəsi üzrə şərti məhkum etmə cəza təyin etmə ilə bağlı müstəsna norma olmaqla, CM-in 70.1-ci maddəsinin tələbi üzrə yalnız o halda tətbiq edilə bilər ki, məhkumun cəza çəkmədən islah olunması mümkün olsun. Məhkəmə kollegiyası Məhkum barəsində CM-in 70-ci maddəsinin tətbiq olunmasını qeyri-mümkün hesab edir. Qanunun mənasına əsasən şərti məhkum etmə bir qayda olaraq cinayət törətmiş şəxslərə müstəsna hallarda, məhkumun təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq olmadıqda tətbiq edil ə bilər. Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət m əsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyə tlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxs in islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-cü maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin 09 avqust 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar