Məhkəmə qərarları › İş №1(102)-701/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-701/2020

22.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-701/2020 22.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Hüseyn Natiq oğlu Əbilovun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X6 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 sentyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 205-1-ci maddəsi təqsirli bilini b məhkum olunmuş Məhkum2, Məhkum1və qeyrilərinin barələrindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 dekabr 2018-ci il tarixli qərarından məhkumlar Məhkum2 və Məhkum1 müdafiəçisi X8 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (sədrlik edən hakim Aytən Əliyeva) 21 sentyabr 2018-ci il tarixli hökmü ilə, Məhkum2,17 sentyabr 1985-ci ildə ********* şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 205-1-ci maddəsi ilə təqsirli bilinib 2000 (iki min) manat məbləğində cərimə cəzasına, Məhkum1, 17 noyabr 1987-ci ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 205-1-ci maddəsi ilə təqsirli bilinib 2000 (iki min) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Hökmlə həmçinin X15, X9, X16, X4, X10, X11 və X2 da təqsirli bilinib məhkum olunmuşlar. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum2 ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, 2016-cı ilin əvvəlindən başlayaraq 2017-ci ilin oktyabr ayının əvvəllərinədək olan müddət ərzində saxta alkoqollu içkilərin kustar üsulla hazırlanmasını təmin etmək məqsədilə N6 rəhbərliyi ilə Məhk um1 və mütəşəkkil dəstə, yəni bir neçə cinayətin törədilməsi üçün qabaqcadan birləşmiş beş şəxsdən ibarət olan sabit cinayətkar qrup halında Gürcüstan vətəndaşı X9 və Azərbaycan Respublikasının vətəndaşı X1 miqdarda saxta “BE” və “BƏ” seriyalı idxal aksiz markasını sifariş etmiş, sonuncular Türkiyə Respublikasının vətəndaşı X23 vasitəsilə sifariş edilmiş saxta idxal aksiz markalarının hazırlanaraq Azərbaycana gətirilməsini və N6a satılmasını təmin etmişlər. Bununla yanaşı, 2016-cı ilin əvvəllərində N6 rəhbərliyi ilə Məhkum2 və Məhkum1 yaşadığı ünvan 3 ünvanında saxta alkoqollu içkilərin hazırlanaraq sonradan satılması məqsədilə sex yaratmışlar. 2016-cı ilin əvvəllərindən başlayaraq 2017-ci ilin oktyabr ayının əvvəllərinədək olan müddət ərzində N6 «Xırdalan» şərab zavodunda «B6» adı altında istehsal olunan 0.5, 0.7 və 1.0 litrlik araqları əldə edərək Məhkum2 və Məhkum1 yaşadığı ünvana gətirmiş, sonuncular isə sexdə həmin araqların tərkibinə az miqdarda su qatmış, üzərindəki aksiz marka, etiket və loqoları soyaraq ünvan 4 ünvanında yerləşən "Letterpress" adlı mətbəədə hazırlanmış "Belarusskiy Standart" və "Belarusskaya Kniqa" adlı etiket və loqolarla əvəz etmiş, eləcə də C6 və A6 alınmış saxta aksiz markalarla markalamışlar. Qeyd edilən saxta aksiz markaları ilə markalanmış alkoqollu içkiləri hazırladıqdan sonra N6 onları özünün Bakı şəhəri, ******************* ünvanında yerləşən anbarında saxlamış, daha sonra isə Bakı şəhərində yerləşən müxtəlif ticarət və iaşə obyektlərinə satışını təşkil etmişdir. Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 09 oktyabr 2017-ci i l tarixdə Məhkum2 yaşadığı ünvan 6 ünvanında keçirilmiş baxış zamanı BE 7116939, BE 7116940, BE 7116941, BE 7116942, BE 7116943, BE 7116945, BE 7116947, BE 7116948, BE 7116949, BE 7116950, BE 7116951, BE 7117633, BE 7117634, BE 7117635, BE 7117636, BE 7117637, BE 7117638, BE 7117639, BE 7117640, BE 7117641, BE 7117642, BE 7117643, BE 7117644, BE 7117645, BE 7117646, BE 7117647, BE 7117648, BE 7117649, BE 7117650, BE 7117651, BE 7117652, BE 7117653, BE 7117654, BE 7117655, BE 7117656, BE 7117657, BE 7117658, BE 7117659, BE 7117660, BE 7117661, BE 7117662, BE 7117663, BE 7117664, BE 7117665, BE 7117666, BE 7117667, BE 7117668, BE 7117670, CL 3565055, CL 3581695, CL 3581706, CL 3581731, CL 3581740, CL 3581749, CL 3581762, CL 3581783, CL 3581791, CL 3581809, CL 3581816, CL 3581821, CL 3581825, CL 3581826, CL 3581828, CL 3581830, CL 3581858, CL 3581867, CL 3581870, CL 3581874, CL 3581875, CL 3581878, CL 3582049, CL 3582056, CL 3582068, CL 3582630, CL 3582674, CL 3582675, CL 3582677, CL 3583052, CL 358 seriya və nömrəli ümumilikdə 79 ədəd saxta aksiz markaları, 10 oktyabr 2017-ci il tarixdə ona məxsus ünvan 7 ünvanında yerləşən şərab evinə, eləcə də 09 oktyabr 2017-ci ildə X5 məxsus ünvan 8 ünvanında yerləşən «*********** » şərab evinə, ünvan 9nda yerləşən şərab evinə, ünvan 10ən şərab evinə, ünvan 11anının qarşısında yerləşən anbara, ünvan 12anında yerləşən ofisə, Bakı şəhəri, *********************** ünvanında yerləşən anbara keçirilmiş baxış zamanı müxtəlif növ alkoqollu içkilərlə yanaşı sonuncunun Azərbaycan Respublikası vətəndaşı X16 və Gürcüstan vətəndaşı X3 aldığı “CX”, “BE ” və “BƏ” seriyalı saxta aksiz markaları ilə markalanmış saxta Belarus istehsalı adı altında “Belarusskiy Standart” və “Belarusskaya Kniqa” adlı ümumilikdə 55.578 ədəd araq aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum1 ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, 2016-cı ilin əvvəlindən başlayaraq 2017-ci ilin oktyabr ayının əvvəllərinədək olan müddət ərzində saxta alkoqollu içkilərin kustar üsulla hazırlanmasını təmin etmək məqsədilə N6 rəhbərliyi ilə Məhkum2 və mütəşəkkil dəstə, yəni bir neçə cinayətin törədilməsi üçün qabaqcadan birləşmiş beş şəxsdən ibarət olan sabit cinayətkar qrup halında Gürcüstan vətəndaşı X9 və Azərbaycan Respublikasının vətəndaşı X1 miqdarda saxta “BE” və “BƏ” seriyalı idxal aksiz markasını sifariş etmiş, sonuncular Türkiyə Respublikasının vətəndaşı X23 vasitəsilə sifariş edilmiş saxta idxal aksiz markalarının hazırlanaraq Azərbaycana gətirilməsini və N6a satılmasını təmin etmişlər. Bununla yanaşı, 2016-cı ilin əvvəllərində N6 rəhbərliyi ilə Məhkum2 və Məhkum1 yaşadığı ünvan 3 ünvanında saxta alkoqollu içkilərin hazırlanaraq sonradan satılması məqsədilə sex yaratmışlar. 2016-cı ilin əvvəllərindən başlayaraq 2017-ci ilin oktyabr ayının əvvəllərinədək olan müddət ərzində N6 «*********» şərab zavodunda «********* » adı altında istehsal olunan 0.5, 0.7 və 1.0 litrlik araqları əldə edərək Məhkum2 və Məhkum1 yaşadığı ünvana gətirmiş, sonuncular isə sexdə həmin araqların tərkibinə az miqdarda su qatmış, üzərindəki aksiz marka, etiket və loqoları soyaraq ünvan 4 ünvanında yerləşən "Letterpress" adlı mətbəədə hazır lanmış "Belarusskiy Standart" və "Belarusskaya Kniqa" adlı etiket və loqolarla əvəz etmiş, eləcə də C6 və A6 alınmış saxta aksiz markalarla markalamışlar. Qeyd edilən saxta aksiz markaları ilə markalanmış alkoqollu içkiləri hazırladıqdan sonra N6 onları özünün Bakı şəhəri, ***************** ünvanında yerləşən anbarında saxlamış, daha sonra isə Bakı şəhərində yerləşən müxtəlif ticarət və iaşə obyektlərinə satışını təşkil etmişdir. Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 10 oktyabr 2017-ci il tarixdə Məhkum1 məxsus ünvan 14 ünvanında yerləşən şərab evinə, eləcə də 09 oktyabr 2017-ci ildə X5 məxsus ünvan 8 ünvanında yerləşən «Elbrus» şərab evinə, ünvan 9nda yerləşən şərab evinə, ünvan 10ən şərab evinə, ünvan 11 ünvanının qarşısında yerləşən anbara, ünvan 12 yanında yerləşən of isə, Bakı şəhəri, ***************** ünvanında yerləşən anbara keçirilmiş baxış zamanı müxtəlif növ alkoqollu içkilərlə yanaşı sonuncunun Azərbaycan Respublikası vətəndaşı X16 və Gürcüstan vətəndaşı X3 aldığı “CX”, “BE” və “BƏ” seriyalı saxta aksiz markaları ilə markalanmış saxta Belarus istehsalı adı altında “Belarusskiy Standart” və “Belarusskaya Kniqa” adlı ümumilikdə 55.578 ədəd araq aşkar edilərək götürülmüşdür. Hökmdən dövlətittihamçısıtərəfindənverilmiş apelyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 dekabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Qədim Babayev, hakimlər Rizvan Səfərov və Rəşad Abdulovdan ibarət tərkibdə) apellyasiya protesti qismən təmin edilmiş,Məhkum2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM- in 205-1-ci maddəsi ilə təyin olunmuş 2000 (iki min) manat miqdarında cərimə cəzası 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Məhkum2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddətinə şərti hesab edilmiş, Məhkum1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 205-1-ci maddəsi ilə təyin olunmuş 2000 (iki min) manat miqdarında cərimə cəzası 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Məhkum1 barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq olunmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddətinə şərti hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 dekabr 2018-ci i l tarixli qərarından məhkumlar Məhkum2 və Məhkum1 müdafiəçisi X8 tərəfindən kassasiya şikayətləri verilmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Kassator kassasiya şikayətlərini əsaslandıraraq göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 dekabr 2018-ci il tarixli qərarı məhkum edilmiş şəxs Məhkum2 və Məhkum1 münasibətdə əsassız və qanuna ziddir. Belə ki, Məhkum2 və Məhkum1 şəxsiyyətini kifayət qədər müsbət xarakterizə edən hallar və əsaslar mövcud olsa da, məhkəmə bunlara əhəmiyyət qoymamış, işdə olan sübutlara kifayət qədər hüquqi qiymət verməmişdir. Bundan başqa, birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya protestinin formal xarakterli və qərəzli olduğuna dair kifayət qədər əsaslar olsa da, apellyasiya məhkəməsi bu halları görməzdən gəlmiş dir. Müdafiə tərəfi olaraq hesab edirik ki, apellyasiya məhkəməsi Məhkum2 və Məhkum1 cəza təyin edərkən haqlı olmamışdır, işin obyektiv hallarına uyğun nəticəyə gəlməmişdir. Bakı Apellyasiya Məhkəməsi cəzanın ağırlığının səbəbini hökmdə göstərməmiş, təqsirləndirilən şəxslərin bu cinayəti ilk dəfə törətmələrini nəzərə almamışdır. Kassator göstərilənlərə əsasən məhkəmə kollegiyasından Bakı Apellyasiya Məhkəməsinin 14 dekabr 2018-ci il tarixli qərarının məhkumlar Məhkum2 və Məhkum1 aid hissədə ləğv edilməsini və iş üzrə yeni, ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək kassasiya şikayətinin təmin edilməməsi barədə iş üzrə dövlət ittihamçısı Hafiz İmranovun çıxışını dinləyərək belə hesab edir ki, aşağıdakı əsaslara görə müdafiəçinin kassasiya şikayətləri təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 dekabr 2018-ci il tarixli qərarı məhkumlar Məhkum2 və Məhkum1 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmi n məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassator - hər iki Məhkum2 və Məhkum1 müdafiəçisi X6 veridyi kassasiya şikayətlərində işə baxan məhkəmələr tərəfindən onlara cəza təyin edilərkən iş üzrə cəzanı yüngülləşdirən halların nəzərə alınmadığını və onlara ağır cəza təyin edildiyini vurğulayaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 dekabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və iş üzrə yeni, ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarından və məhkəmə aktlarından görünür ki, işə baxan məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları məhkumlar M əhkum2 və Məhkum1 aid hissədə Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutların hansına üstünlük verilməsi məhkəmə hökmündə göstərilmişdir. (məhkəmələr məhkumun təqsirli olub-olmaması məsələsini həll edərkən iş üzrə təqsirkar şəxslərin öz ifadələrinə, digər məhkumların ifadələrinə, bir-birinə uyğun olan şahid ifadələrinə, ekspertiza rəylərinə və digər sübutlara əsaslanmışlar). Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və ədalətli məhkəmə araşdırması aparılmış, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət verilmiş, məhkumlar Məhku m2 və Məhkum1 təqsirlərinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmiş, iş üzrə mötəbər sübutların məcmusu ilə məhkumlar Məhkum2 və Məhkum1 təqsirlilikləri sübuta yetirilmişdir. İşə baxan məhkəmələrin məhkumlar Nicat Kərmov və Məhkum2 cinayət əməlinin sübuta yetirilməsinə və tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası da bu nəticə ilə razılaşır və belə hesab edir ki, məhkumlar Məhkum1 və Məhkum2 cinayət əməlləri məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 205-1-ci maddəsi ilə tövsif edilmişdir. Kassasiya şikayətlərndə əməlin tövsifi məsələsi mübahisələndirilməmişdir. Məhkumlara ağır cəza təyin edilməsi barədə kassatorun dəlillərinə gəldikdə kollegiya qeyd edir ki, hökmdən müəyyə n olunur ki, birinci instansiya məhkəməsi Məhkum2 və Məhkum1 cəza təyin edərkən onların əməllərində cəzalarını yüngülləşdirən və ağırlaşdıran halların olmamalarını göstərmişdir. Apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarından müəyyən edilir ki, məhkəmə apellyasiya protestini qismən təmin edib, birinci instansiya məhkəməsinin hökmünü dəyişdirib, məhkumlar Məhkum2 və Məhkum1 təyin edilmiş 2000 (iki min) manat cərimə cəzasını 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz etsə də, məhkumların əvvəllər məhkum olunmamalarını və əməllərini etiraf edib peşman olmalarını cəzanı yüngülləşdirən hallar kimi nəzərə almış və qeyd olunan cəzanı yüngülləşdirən halları, habelə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkumlara təyin olunan 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunacaqlarına inanaraq barələrində CM-in 70ci maddəsini tətbiq etməklə 01 (bir) il sınaq müddəti təyin etmiş və təyin olunan azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, göründüyü kimi müdafiəçinin kassasiya şikayətlərində cəzanın yüngülləşdirilməsi üçün irəli sürdüyü dəlillərin əsasını təşkil edən hallar (məhkumların əvvəllər məhkum olunmamaları və əməllərindən peşman olmaları) məhkumlara cəza təyin edilərkən cəzanı yüngülləşdurən hallar kimi nəzərə alınmış, məhkumlara təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddi təyin edilmiş və məhkəmə ədalət və humanizm prinsiplərinə tam əməl edərək bu cəzanın d a məhkumlar tərəfindən real olaraq çəkilmədən islah olunacaqları qənaətinə gələrək şərti tətbiq etmişdir. Təbii ki, belə cəza qətiyyən ədalətsiz hesab oluna bilməz. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin Məhkum2 və Məhkum1 təyin etdiyi cəzanın növü, həddi ilə və bu cəzanın şərti tətbiq edilməsi qənaəti ilə əsaslı və ədalətli olduğundan razılaşır və aşağıdakıları qeyd etməyi lazım bilir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələbinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cin ayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkumlara isnad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 205-1-ci maddəsinin sanksiyasında üç cəza növü, yəni iki min manatdan üç min manatadək miqdarında cərimə və ya iki ilədək islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Apellyasiya instansiya məhkəməsini qərarından görünür ki, məhkəmə məhkumlar Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası CM-in 205-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəza növü olan azadlıqdan məhrum etmə cəzasının aşağı həddinə yaxın- 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və bu cəza CM-in 70-ci maddəsinə əsasən şərti tətbiq edilmiş dir. Məhkəmə kollegiyası qeyd edir ki, istər göstərilən Qanun normalarının tələbləri, istərsə də Plenum qərarının tövsiyələri baxımından yanaşdıqda belə nəticə hasil olur ki, apellyasiya məhkəməsinin məhkumlar Məhkum2 və Məhkum1 təyin etdiyi cəzanın növü, müddəti və həmin cəzanın şərti tətbiq edilməsi ədalət meyarına tam cavab verir. Qanun ədalətli cəza dedikdə, təkcə “təqsirkarın qəbul etdiyi həddə” yüngül cəza təyin edilməsini özündə ehtiva etmir. Təyin edilmiş cəza həm sərtliyinə, həm də yüngüllüyünə görə törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə mütənasib olmalı, törədilən cinayətə adekvat olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 404-cü maddəsinə əsasən, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Yuxarıda şərh olunanlara, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının tövsiyyələrinə əsaslanaraq kassasiya kollegiyası Məhkum1 və Məhkum2 törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumların şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin təyin edilən cəzanın sosial ədalətin bərpasına, məhkumların islah edilməsinə və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəzanın qanunla müəyyən edilmiş məqsədinə çatmaq üçün məhkumlar Məhkum2 və Məhkum1 təyin edilmiş bir il müddətinə azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsini və ya başqa yüngül cəza növü ilə əvəz edilməsini mümkün hesab etmir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qərarının təsviri-əsaslandırıcı hissəsindəki istinad etdiyi sübutlarla müqayisəli surətdə tədqiq edərək həmin dəlilləri tutarlı bir fakta söykənmədiyinə görə qəbul etmir və onların əsassız olması nəticəsinə gəlir. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 dekabr 2018-ci il tarixli qərarının dəyişdirilməsinə və ya ləğv edilməsinə rəvac verən Azərbaycan Respublikası Cinayə t-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulan əsas müəyyən edilmədiyindən mübahisələndirilən qərarın kassasiya şikayətlərinə münasibətdə qanuni, əsaslı və ədalətli olması qənaətinə gəlir. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayət-prosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 dekabr 2018-ci il tarixli qərarından məhkumlar Məhkum2 və Məhkum1 müdafiəçisinin verdiyi kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətlərin təmin edilmədən, göstərilən qərarın məhkumlar Məhkum2 və Məhkum1 aid hissədə dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkumlar Məhkum1 və Məhkum2 müdafiəçsi X8 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 dekabr 2018-ci il tarixli qərarı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 205-1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1 və Məhkum2 aid hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar