Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-701/2021 19.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 iştirakı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 avqust 2020-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 dekabr 2020-ci il tarixli qərarından Dövlət ittihamçısı Əli oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X7 (sədrlik edən), X5 və X2 ibarət tərkibdə) 20 avqust 2020-ci il tarixli hökmü ilə Məhkum 14 avqust 1987-ci il tarixdə Cəlilabad rayonu, Novoqolovka kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olan, Abşeron rayonu qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi, ona 9 (doqqu z) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən yeni təyin edilmiş cəzaya Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 fevral 2013-cü il tarixli, 1(101)221/2013 nömrəli hökmü ilə qəti olaraq təyin edilmiş, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 08 dekabr 2016-cı il tarixli, 7(005)318/2016 nömrəli qərarı ilə 8 (səkkiz) il həddinə endirilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 6 (altı) ay 14 (on dörd) gün hissəsi qismən birləşdirilərək Məhkum hökmlərin məcmusu üzrə qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə azadlığının faktiki məhdudlaşdırıldığı 17 yanvar 2020-ci il tarixdən hesablanması, Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə narkomaniyadan məcburi müalicə təyin edilməsi və onun ərazi narkoloji kabinetində qeydiyyata alınması hökm edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 dekabr 2020-ci il tarixli qərarı ilə (hakimlər: X9 (sədrlik edən və məruzəçi), X8 və X3 ibarət tərkibdə) məhkum tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 avqust 2020-ci il tarixli hökmü dəyişdirilmiş, hökmlə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddəsi ilə təyin edilmiş 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəza sı 8 (səkkiz) il 9 (doqquz) ay müddətə endirilmiş, Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən yeni təyin edilmiş cəzaya Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 fevral 2013-cü il tarixli, 1(101)221/2013 nömrəli hökmü ilə qəti olaraq təyin edilmiş, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 08 dekabr 2016-cı il tarixli, 7(005)318/2016 nömrəli qərarı ilə 8 (səkkiz) il həddinə endirilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 6 (altı) ay 14 (on dörd) gün hissəsi qismən birləşdirilərək Məhkum hökmlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə görə Məhkum müəyyən edilməmiş tarixdə başqa şəxslərlə külli miqdarda narkotik vasitə olan heroin (bund an sonra – heroin) və psixotrop maddə olan metamfetamini (bundan sonra - metafemtamin) müəyyən məbləğdə pul müqabilində Azərbaycan Respublikasında cinayətkar qrupun üzvünə təhvil verəcəyi, yəni satış məqsədilə qanunsuz olaraq əldə etmə, saxlama və daşıma barədə əvvəlcədən razılıq əldə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etdikdən sonra göstərilən məqsədlə və qabaqcadan əlbir olan bir qrup şəxsin niyyəti ilə əhatə olunmuş qaydada 17 yanvar 2020ci il tarixdə saat 23 radələrində istifadəsində olan “Chevrolet Cruse” markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində yerləşən “Biləsuvar şəhəri” adlanan lövhənin yaxınlığına gəlib cinayətkar qrupun İran İslam Respublikası (bundan sonra – İran İR) vətəndaşı olan üzvünün orada kolluğa qoydurduğu, müvafiq olaraq ayrı-ayrılıqda dörd və bir ədəd bükümdə, ümumi təmiz çəkiləri 594,376 qram və 1075,0 qram olmaqla külli miqdar təşkil edən, kustar üsulla hazırlanmış heroin və metamfetamini götürməklə əldə etmiş, həmin heroinin bir ədəd bükümdə təmiz çəkisi 555,0 qram hissəsini və həmin metamfetamini idarə etdiyi avtomobilin qabaq sağ oturacağının alt hissəsinə, həmin heroinin üç ədəd bükümdə, ayrıayrılıqda təmiz çəkiləri 16,423 qram, 15,650 qram və 7,303 qram, ümumi təmiz çəkisi 39,376 qram hissəsini əynində olmuş gödəkçənin sol sinə cibinə qoyaraq saxlamış və daşımışdır. Həmin kütlələr 17 yanvar 2020-ci il tarixdə X4 Rayon Polis Şöbəsinin (bundan sonra Biləsuvar RPŞ-nin) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı saxlanılıb şübhəl i şəxs qismində tutulduqdan sonrabarəsində şəxsi axtarış və idarə etdiyi avtomobilə baxış keçirilərkən gizlətdiyi göstərilmiş yerlərdən aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 dekabr 2020-ci il tarixli qərarından Dövlət ittihamçısı Əli oğlu kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, apelyasiya məhkəməsi tərəfindən cəza təyin edilərkən cinayət qanununun normaları, eləcə də “Azerbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair" Konstitusiya Məhk əməsi Plenumunun qərarının tələblərinə, Ali Məhkəmənin Plenumunun qərarındakı tövsiyələrə əməl edilməmiş, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, hadisənin baş vermə səbəbinə, şəraitinə, nəticələrinə, eləcə də Məhkum şəxsiyyətinə əhəmiyyət verilməmiş, apelyasiya instansiyası məhkəməsi cəza təyin edərkən göstərilən cinayətin yüksək ictimai təhlükəlilik dərəcəsini nəzərə almamış, həmçinin cəzaya təsir edə biləcək bütün halları araşdırmamış, 594,376 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroini və 1075 qram çəkidə külli miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə etmə, saxlama və daşıma cinayətini təqsirin birbaşa qəsd forması ilə törədən, cinayətkar niyyətini sonadək həyata keçirən, törətmiş olduğu cinayət əməlləri başa çatmış olmaq la ağır cinayətlər kateqoriyasına aid olan və əməlində cinayətlərin təhlükəli residivi olan Məhkum əsassız olaraq təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə cəza təyin etmiş, bununla onun gələcəkdə də eyni qəbildən olan cinayət törətməsinə şərait yaratmış, həmin ədalətsiz cəza cəmiyyətin tələbatına uyğun olmamaqla cəzanın məqsədinə nail olunmasına, yəni sosial ədalətin bərpasının, Məhkum islah edilməsinin, gələcəkdə həm o, həm də başqa şəxslər tərəfindən eyni kateqoriyadan olan yeni cinayətlərin törədilməsinin qarşısının alınmasının təmin olunmasına xidmət etməmişdir. Təqsirləndirilən şəxs Məhkum tərəfindən törədilən, CM-nin 234-cü maddəsində nəzərdə tutulan cinayətin bilavasitə obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Ə lavə obyekti isə ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrinin nomal fəaliyyəti, konkret müəyyən insan, fərdin sağlamlığıdır. CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin obyektiv cəhəti qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Həmin hərəkətlər törədildiyi andan cinayət başa çatmış sayılır. Şərh olunan cinayətlər formal tərkibli olmaqla obyektiv cəhətdən fəal hərəkətlərlə, subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ile nəzərdə tu tulan cinayət əməlləri ağır cinayətlər kateqoriyasına aiddir. Göründüyü kimi, Məhkum əhalinin sağlamlığının təhlükəsizliyini, eləcə də ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrinin normal fəaliyyətini təmin edən ictima münasibətlərə ziyan vuraraq CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan ağır cinayətlər kateqoriyasına aid olan cinayəti törətmişdir. Bütün bunlar, eləcə də baş vermiş nəticənin ağırlığı, törətmiş olduğu cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi habelə məhkumun şəxsiyyəti və əsasən də onun cinayətin törədilməsində rolu ona maddənin sanksiyasında nəzərdə tutulan yuxarı həddə cəzanın təyin edilməsini şərtləndirən amillərdir. Lakin, məhkəmə hazırki iş üzrə cəzaya təsir edə biləcək bütün halları araşdırmamış, yuxarıda göstərilən hallar Mə hkum törətdiyi əməlin ictimai təhlükəliliyinin və cinayətin xarakterinin məhkəmələr tərəfindən cəza təyini zamanı nəzərə alınmalı olan hallar olmasına baxmayaraq, məhkəmə bu halları cəza təyini zamanı nəzərə almamış, bununla da qanunun yuxarıda qeyd olunan tələblərini pozmuşdur. Göründüyü kimi, Məhkum əldə edərək üzərində və avtomobilində saxladığı və daşıdığı narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin miqdarı şəxsi istehlak miqdarından dəfələrlə artıq, yəni 594,376 qram və 1075 qram olmaqla külli miqdar təşkil edir ki, bu da həmin cinayəti törədən şəxsin əməlinin ictimai təhlükəliliyinə dəlalət edən əsas hallardan biridir. Bundan əlavə, iş materiallarında olan tələbnamədən görünür ki, Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin 08.02.2013-cil tarixli hökmü ilə CM-ni n 178.2.2 və 181.2.1-ci maddələri ilə təqsirli bilinib 9 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nərimanov rayon məhkəməsinin 08.12.2016-cı il tarixli qərarı ilə cəzası 8 ilə endirilmiş, Nərimanov rayon məhkəməsinin 15.10.2018-ci il tarixli qərarı ilə məntəqə tipli CÇM-nə keçirilmiş, 6 ay 14 gün çəkilməmiş azadlıqdan məhrum etmə cəzası qalmış və məhkumluğu ödənilməmişdir. Göründüyü kimi, Məhkum əməlində cinayətlərin təhlükəli residivi vardır və birinci instansiya məhkəməsi də buna uyğun olaraq ona qəti olaraq 10 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Lakin apelyasiya məhkəməsinin Məhkum cəzasını 1 il aşağı endirməsi onun şəxsiyyətinə və işin hallarına uyğun olmamaqla tamamilə əsassız olmuşdur. Bundan başqa, məhkəmə cəza təyin edərkən nəzərə almamışdır ki, bu gün narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomanlıq bəşəriyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran en ağrılı problemlərdən biridir. Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 197/1-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Görü ndüyü kimi Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 dekabr 2020-ci il tarixli qərarı cəza təyininə dair hissədə əsassız olduğundan ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd ol unan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya protestində məhkuma təyin olunmuş cəzanın yüngül olması ilə bağlı qeyd edi lən hallarla razılaşmayaraq bildirir ki, kassasiya protestinin dəlilləri əsassızdır, təmin edilməməlidir. İş materiallarından görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsi 20 avqust 2020-ci il tarixli hökmü ilə Məhkum cəza təyin edərkən törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədi barədə qanunun tələblərini, əməlindən səmimi peşman olmasını, himayəsində iki azyaşlı övladının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, ailədə yeganə qazanc yeri olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-c ü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın ş əxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Şirvan Apellyasiya Məhkəməsi Məhkum barəsində birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan yüngülləşdirici halları nəzərdən keçirərək məhkuma təyin olunmuş cəzanın ağır olduğu qərarına gəlməklə Məhkum təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının müddətini nisbətən yüngülləşdirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi məhkuma cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini ehtiva edən Cinayət Məcəlləsinin 58.3, 8.1, 41.2-ci maddələrini, cəzanı yüngülləşdirən halları, h abelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının tövsiyyələrini, törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təyin olunan cəzanın onun islah olunmasına təsiri nəzərə alınaraq, cəzanın məqsədini təmin edən qanuni və ədalətli cəza təyin etmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 dekabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-701/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-701/2021
19.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver