Məhkəmə qərarları › İş №1(102)-701/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-701/2023

11.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-701/2023 11.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum müdafiəçisi Əliyev Yusif Musa oğlunun iştirakları ilə, Sumqayıt Şəhər Məhkəmə sinin 15 noyabr 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 221.3-cü maddəsi ilə bəraət verilməsinə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 may 2022-ci il tarixli hökmü ilə isə CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən Məhkum müdafiəçisi Y.M.Əliyev tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Əliyev Fikrət Hüseyn oğlu) Məhkum, xx xxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məh kum olunmamış, heç yerdə işləməyən, ünvan 1 ünvanında, fərdi evdə yaşayan, CM-nin 221.3-cü maddəsi ilə Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəddəsinin (bundan sonra mətndə CPM-nin) 42.1.2-ci maddəsinə əsasən əməlində cinayət tərkibi olmadığına görə bəraət verilmişdir. İşin halları: İbtidai araşdırma orqanı tərəfindən Məhkum qarşı CM-nin 221.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, qohumu X7 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən 04 sentyabr 2020-ci il tarixdə saat 18:30 radələrində Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən avtotəmir sexinin qarşısında tanışları X3 döyülməsi ilə əlaqədar aralarında baş vermiş mübahisə zamanı ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə mü şayiət edilən qərəzli hərəkətlər edərək üzərində gəzdirdiyi, silah qismində istifadə etdiyi bıçaqla Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qəsdən vurmaqla, Zərərçəkmiş şəxs1 sol saidin sıyrığından ibarət sağlamlığına zərər vurmayan, Zərərçəkmiş şəxs2 isə sol mil-bilək oynağının sıyrığından ibarət sağlamlığına zərər vurmayan bədən xəsarətləri yetirməklə xuliqanlıq etmiş, yəni CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Qeyd olunduğu kimi, Sumqayıt Şəhər Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli hökmü ilə Məhkum CM-nin 221.3-cü maddəsi ilə CPM-nin 42.1.2-ci maddəsinə əsasən əməlində cinayət tərkibi olmadığına görə bəraət verilmişdir. Hökmdən dövlət ittihamçısı Murquzov Emil İlqar oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Sumqayıt Apellyasiy a Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əhmədov Elman Məmməd oğlu (sədrli edən və məruzəçi), Rəhimov Elman Gülbaba oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə) 25 may 2022-ci il tarixli hökmü ilə apellyasiya protesti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli hökmü ləğv edilmiş, Məhkum CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin hökmündən Məhkum müdafiəçisi Y.M.Əliyev kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və və Məhkum barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bəzi Qərarlarına və işin hallarına istinad edən müdafiəçi Y.M.Əliyev kassasiya şikayətini belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi Məhkum barəsindəki cinayət işinə düzgün baxmamış və nəticədə ədalətsiz nəticəyə gəlmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparmamış, sübutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməmiş, təqsirləndirilən şəxsi ifşa edən halları qabartmış, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələrində göstərilən, təqsirlə ndirilən şəxsin xeyrinə olan hallara diqqət yetirməmiş, həmin halları düzgün qiymətləndirməmişdir. Cinayət işin əlavə edilmiş və qanuni qüvvədə olan Sumqayıt Şəhər Məhkəməsinin 01 aprel 2021-ci il tarixli hökmündən də görünür ki, hazırki iş üzrə zərər çəkmiş şəxs qismində tanınmış, qeyd olunan hökmlə isə CM-nin 127.2.3 və 221.1-ci maddlələri ilə təqsirli bilinərək məhkum olunmuş Zərərçəkmiş şəxs2 tərəfindən X3 döyülməsi ilə bağlı Məhkum qohumu X7la hadisə yerinə gəldikdən sonra mübahisə təzələnmiş, bu mübahisə zamanı Məhkum özü də Zərərçəkmiş şəxs2 tərəfindən döyülərək dərəcəsi təyin edilməyən və az ağır dərəcəli xəsarətlər almış, o, da, sonuncuya qarşı irəli sürülmüş ittihama görə, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 üzərində gəzdirdiyi bıçaqla vuraraq onların hər birisinə, sağlamlaq lılarına zərər vurmadığına görə dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. Müdafiəçinin fikrincə, araşdırılmış sübutlarla təsdiq olunmuş bu hal xuliqanlıq cinayətini törətməmiş Məhkum cinayət məsuliyyətinə cəlb edilməsinə və apellyasiya instansiyası məhkəməsinin hökmü ilə təqsirli bilinərək məhkum olunmasına əsas verməmişdir ona görə ki, Məhkum ictimai qaydanı pozaraq cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan hərəkətlər etməsinə dair inandırıcı və mötəbər sübutlar nə ibtidai araşdırma zamanı, nə də ki məhkəmə iclaslarında əldə edilməmişdir. Müdafiəçi həmçinin qeyd etmişdir ki, 04 sentyabr 2021-ci il tarixdə baş vermiş hadisə ilə əlaqədar cinayət məsuliyyətinə cəlb edilmiş digər şəxslər sonradan onların barəsində çıxarılmış və qanuni qüvvədə olan hökmlərlə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzalara məhkum olunduqları halda, bu hadisə zamanı ən çox zərər çəkmiş Məhkum nədənsə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Sonda müdafiəçi Y.M.Əliyev kassasiya şikayətində əsaslandığı bütün dəlillərin nəzərə alınaraq onun həmin şikayətinin təmin olunmasını xahiş edir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 11 aprel 2023-cü il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin Məhkum məhkəmə iclasında iştirak etmək istəməsini bildirməyərək bu haqda ərizə ilə məhkəməyə müraciət etməmiş, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 isə naməlum səbəblərdən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyas ı proses iştirakçılarının bununla bağlı rəylərini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum və zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Müdafiəçi Y.M.Əliyevin kassasiya şikayətinin məzmunundan gör ündüyü kimi, həmin şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, Məhkum ona ittiham olunmuş cinayət əməllərini törətməsi sübuta yetirilməmiş, apellyasiya instansiyası məhkəməsi əhəmiyyətli sübutların tədqiqindən əsassız olaraq imtina etməklə işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, məhkum edilmiş şəxsin əməlində cinayət tərkibi olmadığı halda o, əsassız və qanunsuz olaraq CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir. Bununla da, müdafiəçi Y.M.Əliyev apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın ləğv edilməli və cinayət işi üzrə icraata xitam verilməli olması haqqında tələblərini CPM-nin 416.1.1, 416.1.2 və 416.1.6-cı maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.1, 416.1.2 və 416.1.6-cı maddələrinin tələblərinə görə isə, məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçi Y.M.Əliyevin kassasiya şikayətini kassasiya qaydasında baxılmalı olan müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını və həmin iş üzrə kassasiya qaydasında mübahisələndirilən apellyasiya instansiyası məhkə məsinin hökmünü yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də xatırladır ki, CPMnin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya ins tansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkə mə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətl ərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual sta tusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən olunması və onların şəxsin hər hansı cinayətin törədilməsində təqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Daha sonra, məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Təqsirsizlik prezumpsiyası təsbit edilmiş Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsir ləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həq iqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyətə malik olan bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. “İnsan Hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və Siyasi Hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin b eynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7.1-ci maddəsinə görə, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM) 1.1-ci maddəsi). Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-nin 10.1-ci maddəsinə ə sasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 10.2 və 10.5-ci maddələrinə görə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddə sində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-nin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 63-cü maddəsinin I-III hissələrinə uyğun olaraq cinayət mühakimə icratında təqsirsizlik prezumpsiyası eyni cür təsbit edilmiş CPM-nin 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübh ələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və y a az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayə t təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-nin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-nin 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-nin 349.5-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar itt ihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. m əhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, möt əbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan eyni hüquqi mövqe “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli qərarında da əksini tapmışdır. Həmin qərarda qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb ed əcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkə mə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddə si)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini t apan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilmə si cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şə xsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi m araqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququnun tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, oby ektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Pr insipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında vurğulanmışdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Milli və beynəlxalq qanunvericiliyin tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Avropa Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək kassasiya şikayətinin dəlillərinə cavab verilməsi, habelə CPM-nin 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına düzgün əməl edilib-edilməməsinin yoxlanılması üçün məhkəmə kollegiy ası Məhkum barəsindəki cinayət işinin materiallarına, o cümlədən həmin iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlarla müəyyən edilmiş hallara müraciət edərək onları təhlil etməyi zəruri bilir. Əvvəla, kassasiya müraciəti ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından, o cümlədən apellyasiya instansiyası məhkəməsinin hökmü ilə məhkum olunmuş Məhkum eyni məzmunda verdiyi, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 və iş üzrə dindirilmiş şahidlərin isə ziddiyyətli ifadələrindən (bu ziddiyyətlər apellyasiya instansiyası məhkəməsi tərəfindən aradan qaldırılmamışdır) görünür ki, 04 sentyabr 2021ci il tarixdə Sumqayıt şəhəri, 76-cı məhəllənin ərazisində yerləşən avtotəmir sexinin qarşısındakı münaqişə heç də səbəbsiz olaraq baş verməmiş və bu hal hət ta Məhkum qarşı irəli sürülmüş ittihamda da əksini apmışdır. Belə ki, həmin ittihama görə də, Məhkum qohumu X7 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən 04 sentyabr 2020-ci il tarixdə saat 18:30 radələrində Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən avtotəmir sexinin qarşısında tanışları X3 döyülməsi ilə əlaqədar aralarında baş vermiş mübahisə silah qismində istifadə etdiyi bıçaqla Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qəsdən vurmaqla, Zərərçəkmiş şəxs1 sol saidin sıyrığından ibarət sağlamlığına zərər vurmayan, Zərərçəkmiş şəxs2 isə sol milbilək oynağının sıyrığından ibarət sağlamlığına zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Məhkum bu əməlləri həm ibtidai araşdırma orqanı, həm də apellyasiya instansiyası məhkəməsi tərəfindən həm də onun ictimai qaydanı pozan və cəm iyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər kimi qiymətləndirilsə də bu nəticənin həm araşdırılmış sübutlarla müəyyən edilmiş işin faktiki halları ilə, həm də xuliqanlıq cinayətinə aşağıda verilən təfsirlə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun CM-nin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətə verdiyi şərhə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin cinayətlə bağlı məhkəmələrə ünvanlandığı izah və tövsiyələrlə uzlaşmadığı müəyyən edilir. İlk növbədə, məhkəmə kollegiyası vurğulayır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu ilə CM-nə edilmiş dəyişikliyə görə, CM-nin 221.3-cü maddəsi aşağıdakı yeni redaksiyada verilmişdir: “Bu Məcəllənin 2 21.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda — iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Göründüyü kimi, CM-nin 221.3-ci maddəsinin mənasına görə, şəxsin bu maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsi, yəni əməlin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə qərəzli xuliqanlıq kimi qiymətləndirilməsi üçün birinci növbədə onun CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməsi müəyyən edilməlidir. Belə ki, xuliqanlıq cinayətinin tərkib əlamətləri nəzərdə tutulmuş CM-nin 221.1-ci maddəsinə ə sasən, xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: -ictimai qaydanın kobud surətdə pozulması; -cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; -vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqli yyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə p ozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər CM-nin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tut an müvafiq maddələri ilə tövsif olunmalıdır. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, xuliqanlığın əsas tərkibini təsbit edən CM-nin 221.1-ci maddəsinin dispozisiyasından, “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 17 fevral 2006-cı il tarixli və 20 may 2011-ci il tarixli qərarlarından, eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunu n 23 mart 2004cü il tarixli qərarında xuliqanlıq cinayətinə verilmiş təfsirdən aydın olur ki, xuliqanlıq cinayəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlərdə ifadə olunmalı, həmin hərəkətlər isə vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Cinayətin bu cür təsbitindən görünən odur ki, cinayət olaraq xuliqanlığın xüsusiyyəti, onu ictimai qaydanın pozulmasına səbəb olan və yaxud şəxslər üzərində zorun, hədənin tətbiq edilməsi, əmlakın məhv edilməsi, zədələnməsi ilə müşayiət edilən digər cinayətlərdən fərqləndirən başlıca əlamət sözügedən əməldə qəsdin məhz (birbaşa) ictimai qaydanın kobud surətdə pozulmasına, cəmiyyətə a çıqca hörmətsizliyin göstərilməsinə yönəlməsidir. Xuliqanlıqda qəsdin yönəldiyi obyektin özünəməxsusluğu bu cinayət üçün spesifik olan xuliqanlıq kimi motivi (xuliqanlıq motivini) labüd edir. Təqsirkarın hərəkətlərini şərtləndirən (cinayətə sövq edən) amil, hərəkətverici qüvvə kimi çıxış edən xuliqanlıq motivi onun hamılıqla qəbul edilmiş əxlaq normalarının, birgə yaşayış qaydalarının ziddinə hərəkət etmək, eqoizmini nümayiş etdirib, özünü başqalarının fövqündə qoymaq kimi, son nəticədə ictimai qaydanı kobud şəkildə pozmaq, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmək istəyini ehtiva edir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subye ktiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə aşıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın n iyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kob ud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu xuliqanlıq cinayət əməlinin əlamətlərini göstərməklə bu cinayətin xüsusi ilə qərəzli forması kimi müəyyənləşdirilmiş 221.3-cü maddə ilə bağlı bəzi məsələlərə aydınlıq gətirməyi də zəruri hesab edərək vurğulamışdır ki, CM-nin 221.3-cü maddəsinin mətnində əksini tapmış «silah qismində istifadə edilən əşyalar» anlayışının açıqlanması da vacibdir. «Silah qismində istifadə edilən əşyalar» anlayışının məzmununun açıqlanması üçün həmin əşyaları bir tərəfdən silahdan, o biri tərəfdən isə d igər – ümumiyyətlə, silah qismində istifadə edilməsi mümkün olmayan əşyalardan ayıran meyarlara nəzər yetirmək zəruridir. «Xidməti və mülki silah haqqında» Azərbaycan Respublikasının Qanunu silahın anlayışını, növlərini, xidməti və mülki silahın dövriyyəsini müəyyənləşdirir. Həmin Qanunun 2-ci maddəsinə görə silah – canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermək üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir. Silahdan fərqli olaraq, silah qismində istifadə edilən əşyalar konstruksiya cəhətdən məhv etmə təyinatlı deyil və qeyd edilən tətbiq üsulu onların təyinatına və mahiyyətinə ziddir. Həmin əşyalar konstruksiya cəhətdən digər məqs ədlər üçün, o cümlədən istehsalat, təsərrüfat-məişət məqsədilə və yaxud da, ümumiyyətlə, hər hansı müəyyən məqsədlərə yönəlməyən, istehsal və emal olunmayan, yəni təbiətdə mövcud olan əşyalardır. Bu əşyalar silah deyil, bununla belə hər hansı məhvetmə xüsusiyyətinə, yəni soyuq və ya başqa silah növünə xas olan bəzi xüsusiyyətlərə malikdir və onların siyahısı hədsizdir. Silah qismində istifadə edilən əşyanın məhv etmə xüsusiyyətinə malik olması, onu bu xüsusiyyətə malik olmayan digər əşyalardan fərqləndirən əsas və mütləq şərtdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli qərarının 1-ci bəndində məhkəmələrə nəzərə almaları tövsiyə edilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsir kar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda onun həmin maddə ilə cinayət məsuliyyətinə səbəb olur. Bu qərarın 2 və 3-cü bəndlərində məhkəmələrə izah edilmişdir ki, CM-nin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə poza n hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. İctimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə t örədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Həmçinin təhlil edilən qərarın 9-cu bəndində qeyd olunmuşdur ki, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum v ə ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan, lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək,kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 30-cu bəndində qeyd edilir ki, CM-nin müvafiq maddəsində bu və ya digər əlamət şəxsin təqsirli bilindiyi cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlaməti kimi nəzərdə tutulduqda, cinayət əməli təsvir edilərkən həmin əlamətin sadəcə qeyd edilməsi ilə kifay ətlənməməli, cinayətin təsvirində bu əlamətin mövcud olduğunu göstərən konkret faktlar da əksini tapmalıdır. Məsələn, xuliqanlıq cinayəti təsvir edilərkən CM-nin 221.1-ci maddəsinin dispozisiyasına əsasən bu cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlamətləri kimi çıxış edən “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər” ifadəsi sadəcə təsvir edilməməli, bununla yanaşı cəmiyyətə açıqca hörmətsizliyin, ictimai qaydanın pozuntusunun nədən ibarət olması, pozuntunun məhz kobud olmasına dəlalət edən, hərəkətin qərəzliliyini aşkarlayan hallar əməlin təsvirində yer almalıdır. Xuliqanlığın törədilməsi zamanı silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə etmə bu maddədə nəzərdə tutulmuş nəticələrin baş verməsi – zərər çəkmi şə qarşı fiziki zorun tətbiq edilməsi və ya əmlakın zədələnməsi və ya məhv edilməsi ilə müşayiət olunmalıdır. Bu o deməkdir ki, belə hallarda silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə etmə nəticəsində zərər çəkmiş şəxsə fiziki ağrı və ya onun sağlamlığına dərəcəsi təyin olunmayan xəsarətlər və ya müxtəlif dərəcəli zərər yetirilməli, yaxud o, həyatdan məhrum edilməli, habelə onun əmlakı zədələnməli və ya məhv edilməlidir ki, əməlin CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət kimi qiymətləndirilməsi və bu maddə ilə tövsif edilməsi üçün nəticəyə gəlmək mümkün olsun. Hazırki iş üzrə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutların, o cümlədən Zərərçəkmiş şəxs2 barəsindəki qüvvəyə minmiş Sumqayıt Şəhər Məhkəməsinin 01 aprel 2021- ci il tarixli hökmünün müqayisəli təhlili göstərir ki, 04 sentyabr 2021-ci il tarixdə baş vermiş münaqişənin kökündə Zərərçəkmiş şəxs2 heç bir əsaslı səbəb olmadan Xa məxsus avtotəmir sexində işləyən X5 döyərək ona sağlamlığına zərər vurmadığına görə dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsi durmuş və yalnız bundan sonra bu haqda məlumat almış Məhkum qohumu X7la birlikdə oraya gəldikdə onlar bir tərəfdən, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Şahid1 digər tərəfdən qarşılıqlı olaraq dalaşmış və bunun da ilkin səbəbi Zərərçəkmiş şəxs2 X3u döyməsi, sonradan isə bu zəmində onların arasında başlanmış mübahisə olmuşdur. Araşdırılmış sübutlara görə, yuxarıda adlır çəkilən şəxslər arasında münaqişə avtotəmir sexinin qarşısında, küçədə baş versə də, istər ibtidlai araşdırma orqanı, isərsə d ə apellyasiya instansiyası məhkəməsi həmin vaxt ictimai qaydanın pozulması ilə bağlı heç bir hal araşdırmamış (xuliqanlıq cinayətinin törədilməsi barədə nəicəyə gəlməkdən ötrü araşdırılmalı olan hallar həm Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun, həm də Ali Məhkəmənin Plenumunun Qərarlarında ətraflı təsvir edilmişdir), həmin halların müəyyən edilməsi üçün münaqişədə bu və ya digər şəkildə iştirak etmiş şəxslərdən başqa digər şəxslər dindirilməmiş, həmin şəxslər dindirilərkən isə belə halların olub-olmaması, o cümlədən Məhkum qəsdinin Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1ə qarşı zor tətbiq etməklə yanaşı həm də ictimai qaydanın pozulmasına və cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan hərəkətləri etməyə də yönəlməsi aydınlaşdırılmamışdır. Hazırki vəziyyətə isə iş üzrə d indirilmiş şəxslərin ifadələrindən Məhkum törətdiyi əməl nəticəsində ictimai qaydanın pozulması, onun məhz cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan hərəkətlər etməsi görünmür. Bundan başqa, Məhkum silah qismində istifadə olunan bıçaqdan istifadə etməklə xuliqanlıq cinayətini törətməsi barədə nəticəyə gələn ibtidai araşdırma orqanı və apellyasiya instansiyası məhkəməsi məhkumun özünün də baş vermiş münaqişə zamanı Zərərçəkmiş şəxs2 tərəfindən döyülərək sağlamlığına zərər vurmayan və az ağır dərəcəli müxtəlif bədən xəsarətləri almasına, bu halın təkcə Məhkum deyil, həm də Zərərçəkmiş şəxs2 özünün və şahidlərin ifadələri ilə, məhkəmə-tibbi ekspertizasının 07 sentyabr 2020ci il tarixli 1059 saylı rəyi ilə, habelə 01 aprel 2021-ci il tarixli hökmlə təsdiq olunmasına, həmin hökmlə münaqişəni n təşəbbüskarı kimi Zərərçəkmiş şəxs2 tanınmasına, münaqişənin əsasını isə sonuncunun X3u döyməsinin təşkil etməsinə diqqət yetirməmiş, apellyasiya instansiyası məhkəməsi isə hətta Məhkum qarşı irəli sürülmüş ittihamda əksini tapmamış, bəzilərinin isə heç araşdırılmış sübutlarla da müəyyən edilməmiş hərəkətləri etməsi barədə müddəaları öz hökmünə daxil etmiş, bununla da faktiki olaraq CPM-nin 318.1-ci maddəsinin tələblərinin pozulmasına yol vermişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin kassasiya qaydasında mübahisələndirilən 25 may 2022-ci il tarixli hökmünün təsviri-əsaslandırıcı hissəsində (1516-cı vərəqlərəində) göstərilmişdir: “Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin materiallarında Məhkum ona ittiham olunan hərəkətləri törətməsi barədə kifayət qədər dəlillər gəti rilmişdir. Belə ki, xalası oğlu X7a məxsus avtotəmir sexində işləyən işçinin kənar bir şəxslə dava etməsi və döyülməsi, bu məsələyə aydınlıq gətirib işçisini döyən şəxsi cəzalandırmaq istəyində olan X7la birlikdə hadisə yerinə gələn Məhkum sona çatmış mübahisəni yenidən canlandırıb əlbəyaxa dava yaradan xalası oğlu ilə qrup təşkil edərək hadisəyə heç bir aidiyyatı olmayan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bıçaqla hücum etməsi onun qərəzli xuliqanlıq hərəkətlərinə yol verməyinin bariz nümunəsidir. Belə ki, Məhkum bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd edir, gücünü nümayiş etdirir, qalmaqal salmağa meyllilik göstərir və eyni zamanda ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən silahdan yerə atəş açmaqla qisas alır. Kollegiya qeyd edir ki, hadisə yerində yara nmış münaqişə zamanı Məhkum özünə qarşı hər hansı hücum olmadan üzərində olan bıçağı istifadə edərək dalaşan şəxsləri ayırmağa çalışan Zərərçəkmiş şəxs1 hücum edərək sonuncuya və Zərərçəkmiş şəxs2 xəsarət yetirməsi onun mübahisə zamanı bıçaqdan istifadə etmək məcburiyyəti qarşısında qaldığını göstərmir. Azərbaycan Respublikası CPM-nin 145.2-ci maddəsinin mənasına görə belə hallarda ibtidai istintaq orqanı və ya məhkəmə qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Qanununun həmin normasını rəhbər tutan birinci instansiya məhkəməsi təqsirkarın xalası oğlu X7a məxsus avtotəmir sexinə «razborka» aparmaq məqsədi ilə gələrək orada səs-küf salaraq məsələni həll etmək üçün təzyiq gös tərməsini, çoxlu insanların gedib-gəldiyi təmir sexində ucadan nalayiq söyüşlər işlətməsi, zərərçəkmiş şəxslərə qarşı zor tətbiq etmək üçün bıçağa əl atması, hadisəyə heç bir aidyyəti olmayan insanlara bədən xəsarəti yetirməsini, həmçinin ətrafa yığışan insanlara etinasızlıq göstərməsini və buna bənzər hərəkətlərini Azərbaycan Respublikası CM-nin 221-ci maddəsində nəzərdə tutulan vətəndaşlara qarşı zor tətbiq etmə kimi qiymətləndirmişdir.” Belə təsvirlə kifayətlənməyən apellyasiya instansiyası məhkəməsi ibtidai araşdırma orqanından da irəli gedərək işin sonrakı hallarını belə təsvir etmişdir: “Məhkum bununla kifayətlənməyərək qərəzli xuliqanlıq hərəkətlərini davam etdirərək Zərərçəkmiş şəxs2 sol mil-bilək oynağının sıyrığından ibarət sağlamlığına zərərvurmayan bədən xəsarətləri yetirmişdir. Yalnız Zərərçəkmiş şəxs2 yumruqla Məhkum vurması nəticəsində sonuncu yerə yıxılmış və daha ağır cinayət törətməsinin qarşısı alınmışdır.” Apellyasiya instansiyası məhkəməsinin bu mövqeyinə görə, Məhkum nəinki ittiam olunduğu, hətta bu cinayətdən də ağır cinayət əməlini törətməyə cəhd etmiş, lakin Zərərçəkmiş şəxs2 səyi nəticəsində bunun qarşısı alındığından, o, cinayətini başa çatdıra bilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai aradırma zamanı Zərərçəkmiş şəxs2 hərəkətləri törədilən cinayətin qarşısının alınmasına yönəlmiş hərəkətlər kimi deyil, onun tərəfindən xuliqanlıq əməlinin törədilməsi zamanı Məhkum qarşı zor tətbiq etmə hərəkətləri kimi qiymətləndirilmiş və bu əməlinə görə o, Sumqayıt Şəhər Məhkəməsinin 01 aprel 2021-ci il tarixli hökmü ilə CM-nin 221.1 və 127.2.3-cü m addələri ilə təqsirli bilinərək məhkum olunmuşdur. Halbuki, apellyasiya instansiyası məhkəməsinin hətta özünün araşdırdığı sübutlarla məhz Məhkum 04 sentyabr 2021-ci il tarixdə başa çatmış mübahisəni “canlandıran” xalası oğlu X7la birlikdə qrup təşkil etməsi, gücünü nümayəiş etdirərək qalmaqal salmağa meyillik göstərməsi, səs-küy salması və “nalayiq söyüşlər söyməsi” və, ən əsası, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən yerə atəş açmaqla qisas alması və ittiham olunduğu cinayətdən də ağır cinayəti törətmək niyyətində olaraq buna cəhd etməsi müəyyən edilməmiş, belə əməlləri törətməsinə görə isə Məhkum qarşı ittiham belə irəli sürülməmişdir. CPM-nin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xü susi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Qanunun bu normasının tələbinə və mənasına görə, məhkəmə cinayət işinə baxarkən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda əksini tapmamış onun tərəfindən istər cinayət xarakterli, isərsə belə xarakterli olmayan əməllərin törədilməsi barədə müddəaları ittihama, nəticə etibarı ilə ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsinə daxil etmək səlahiyyətinə malik deyil və məhkəmə kollegiyasının qənaətinə görə, belə hal təqsirləndirilən şəxsin h üquqi vəziyyətinin ağırlşmasına, nəticə etibarı ilə onun müdafiə hüququnun pozulmasına səbəb olur, məhkəmənin isə belə hallarda qərəzli mövqedən çıxış etməsinə dəlalət edir. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, Məhkum qarşı bıçaqdan istifadə etməklə xuliqanlıq cinayətini törətməsinə dair ittiham irəli sürülsə də, əvvəla məhkum cinayət təqibinin bütün mərhələlərində eyni məzmunda ifadələr verərək göstərmişdir ki, 04 sentyabr 2020-ci il tarixdə baş vermiş hadisə zamanı onun üzərində bıçaq və ya digər deşici-kəsici alət olmamış və belə alətlə o, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 xəsarətlər yetirməmidir. Bunun əksinə olaraq adları çəkilən zərər çəkmiş şəxslər və iş üzrə dindirilmiş bir sıra şahidlər - Şahid1, Şahid2, Şahid4, X12, Şahid5 bu haqda ifadələr versələr də, ibtidai araşd ırma zamanı Məhkum ona elan olunmuş ittihamda istifadə etməsi istinad olunan mətbəx və ya digər təyinatlı bıçaq aşkar edilməmiş, hətta bunun üçün lazımi tədbirlər də görülməmiş, apellyasiya instansiyası məhkəməsi isə bu istiqamətdə də heç bir araşdırma aparmamış və istifadə olunmuş bıçağın təsviri belə müəyyən olunmamışdır. Bununla yanaşı, məhkəmə kollegiyası onu da qeyd edir ki, Məhkum Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 bıçaqla xəsarət yetirməsini iddia edən sonuncular, habelə bu halı təsdiq edən şahidlərin dindirilmələri zamanı xəsarətlərin bıçağın hansı hissəi ilə yetirilməsi də dəqiqləşdirilməmiş, məhkum olunmuş şəxsin təqsirli bilindiyi ittihamda da bu hal dəqiqliyi ilə göstərilməmişdir, halbuki bu halın müəyyən edilməsi iş üçün əhəmiyyətə malik olmuşdur ona görə ki, həmin halla bağlı zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri ilə ziddiyyət təşkil etmişdir. Belə ki, məhkəmə-tibbi ekspertizasının 05 sentyabr 2020-ci il tarixli 1052 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində qarnının qançırı və sıyrığı, döş qəfəsinin qançırı, sol saidin sıyrığından ibarət xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs (şəxslər) tərəfindən bıçağın küt hissəsi ilə, bellə vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən 1 gün əvvəl olmaqla 04 sentyabr 2020-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Xəsarətləri özü tərəfindən özünə yetirilməsi i nkar olunur. Məhkəmə-tibbi ekspertizasının 05 sentyabr 2020-ci il tarixli 1053 saylı rəyə əsasən, Zərərçəkmiş şəxs2 bədəni üzərində sol mil-bilək oynağının sıyrığından ibarət xəsarət aşkar edilmişdir. Qeyd olunan xəsarət küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən bıçağın küt hissəsi ilə vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən 01 gün əvvəl olmaqla 04 sentyabr 2020-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Xəsarətin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Hər iki rəylə müəyyən olunur ki, həm Zərərçəkmiş şəxs1, həm də Zərərçəkmiş şəxs2 bədənləri üzərində aşkar edilmiş xəsarətlər hər hansı deşici-kəsici alətin uc və ya kəsici hissəsinin deyil, küt əşyan ın təsiri nəticəsində əmələ gəlmiş və ekspert yalnız məhkəmə-tibbi ekspertizasının təyin edilməsi haqqında qərarlara istinad edərək xəsarətlərin həm də bıçağın küt hissəsi ilə yetirilməsi mümkünlüyünü verdiyi rəydə qeyd etmişdir (yuxarıda vurğulandığı kimi, Məhkum özü hər hansı bıçaqdan istifadə etməsini inkar etmiş və belə bıçaq ibtidai araşdırma zamanı aşkar edilməyərək ekspertə təqdim olunmamışdır). İş materiallarından görünür ki, apellyasiya protestinə məhkəmə baxışı iclasında Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, hər birisi ayrı-ayrılıqda dindirilsələr də, onlara bıçaqla xəsarətlərin yetirilməsinin dəqiq halları müəyyən edilməmiş qalmış və bu çatışmazlıq apellyasiya instansiyası məhkəməsi tərəfindən həm də hər hansı əlavə araşdırma aparılmamaqla aradan qaldırılmamışdır. Apellyasiya instansiyası məhkəməsinin diqqətindən kənarda qalmış daha bir hal ondan ibarətdir ki, Məhkum onun barəsindəki 25 may 2022-ci il tarixli hökmlə üzərindəki bıçaqla Zərərçəkmiş şəxs1 sol saidin sıyrığından ibarət sağlamlığına zərər vurmayan xəsarət yetirdiyinə görə təqsirli bilindiyi halda, ibtidai araşdırma orqanı tərəfindən xuliqanlıq əməlinin törədilməsi zamanı eyni xəsarəti bellə yetirdiyinə görə həmçinin X7a da qarşı CM-nin 221.3-cü maddəsi ilə ittiham irəli sürülmüş və, apellyasiya instansiyası məhkəməsinin 25 may 2022-ci il tarixli hökmündə qeyd olunduğu kimi, sonuncu Sumqayıt Şəhər Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli hökmü ilə bu ittiham üzrə təqsirli bilinərək məhkum olunmuşdur. Əvvəla, iş materiallarından görünür ki, X7a göstərilən ittiham elan olunarkən Zərərçəkmiş şəxs1 barə sində ibtidai araşdırma zamanı keçirilmiş məhkəmə-tibbi ekspertizasının 05 sentyabr 2020-ci il tarixli 1052 saylı rəyi ilə adı çəkilən zərər çəkmiş şəxsin bədəni üzərində xəsarətlərin müəyyən edilməsinə istinad olunmuş, həmin rəydə isə bu xəsarətlərin bellə (lopatka ilə) yetirilməsi mümkünlüyü də əks etdirilmişdir ki, Məhkum 04 sentyabr 2020-ci il tarixdə baş vermiş münaqişə zamanı belə alətdən istifadə etməsi müəyyən edilməmişdir. Buna baxmayaraq, istər ibtidai aradırma orqanı, istərsə də apellyasiya instansiyası məhkəməsi təhlil edilən məsələyə də aydınlıq gətirməmiş və Zərərçəkmiş şəxs1 hansı xəsarətlərin və kimin tərəfindən, habelə nə ilə yetirilməsini dəqiqləşdirməmişlər. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası X7un barəsindəki 09 dekabr 2021-ci il tari xli hökmünə Məhkum ona elan olunmuş ittiham üzrə təqsirli bilinməsinə əsas olan və preyudisial xarakter daşıyan sübutlardan biri kimi istinad etsə də, həmin hökm cinayət işinin materiallarında aşkar edilməmiş və onun məhkəmə tərəfindən məhkəmə iclasında tədqiq edilməsi də apellyasiya protestinə baxılması üzrə məhkəmə iclas protokolundan görünmür. Məhkəmə kollegiyası bu hökmün Məhkum ona qarşı irəli sürülmüş itiham üzrə preyudisial əhəmiyyətə malik olması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla əlaqədar qeyd etməyi zəruri bilir ki, bu nəticə cinayətprosessual qanunveiciliyinin aşağıdakı tələblərinə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edi lməsinə dair” 08 yanvar 2020-ci il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyə uyğun olmamışdır. Belə ki, CPM-nin 142.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Hazırki işin təhlili göstərir ki, Məhkum və X7un barələrindəki hökmlərdə onların qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə törətdikləri xuliqanlıq cinayətinin nəticələri (zərərçəkmiş Zərərçəkmiş şəxs1 xəsarətlərin yetirilməsi ilə bağlı) müxtəlif cür müəyyən olunmuş və məhkəmə kollegiyasının qənaətincə, bu hal 09 dekabr 2021-ci il tarixli hökmün Məhkum ona elan olunmuş ittiham üzrə təqsirli bilinməsi üçün preyudisial xarakter daşı yan yekun məhkəmə aktı kimi qiymətləndirilməsinə əsas vermir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 yanvar 2020-ci il tarixli Qərarına görə, ədalət mühakiməsi mahiyyət etibarilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.Abbasovanın şikayəti üzrə 2016-cı il 14 oktyabr tarixli, F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli və s. qərarları). Bu hüququn məzmunu Konstitusiyanın norma və prinsipləri, o cümlədən hüquqi müəyyənlik prinsipinin tələbləri nəzərə alınmaqla başa düşülməlidir. Həmin prinsipi təmin edən vasitələrdən biri qanuni qüvvəyə minmiş məhkəmə aktlarının preyudisiallığıdır. Preyud isiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Qüvvəyə min miş məhkəmə qərarlarının preyudisial əhəmiyyətinin tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu müəyyən edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu mülki mübahisələr üzrə qüvvəyə minmiş məhkəmə qərarlarının preyudisiallığının hədləri ilə bağlı hesab etmişdir ki, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Göründüyü kimi, qanunverici cinayət prosesində sahədaxili (Cinayət-Prosessual Məcəlləsinin 142.1-ci maddəsi) və sahələrarası preyudisiyanı (Cinayət-Prosessual Məcəlləsinin 142.2-ci maddəsi) müxtəlif cür müəyy ənləşdirmişdir. Belə ki, cinayət prosesində sahədaxili preyudisiyanın tətbiqi zamanı qüvvəyə minmiş məhkəmə hökmündə müəyyən olunan hallar və onların hüquqi qiyməti sonrakı cinayət işləri üzrə icraatda məcburi olduğu halda, sahələrarası preyudisiyaya görə mülki, inzibati və ya iqtisadi işlər üzrə qanuni qüvvəyə minmiş qərarlar yalnız hadisənin, yaxud hərəkətin olub-olmaması hissəsində məcburidir. Həmçinin nəzərə almaq lazımdır ki, cinayət-prosessual qanunvericiliklə sübutların toplanılmasına, yoxlanılmasına və qiymətləndirilməsinə dair təsbit edilmiş müddəalar işin həqiqətə uyğun olan faktiki hallarının müəyyənləşdirilməsinə xidmət etməklə yanaşı, həm də şəxsiyyətin hüquqlarına aid vacib prosessual təminatlar kimi çıxış edir. Göstərilən təminatlar sisteminə isə Konstitusiyadan irəli gələn cinayət mühakimə icraatının vacib prinsiplərindən hesab edilən təqsirsizlik prezumpsiyası, cinayət işi üzrə sübutetmənin ittiham tərəfinin üzərinə qoyulması, müdafiə hüququ və s. aiddir. Onlara riayət olunması cinayət işi üzrə icraatın aparılması zamanı qanunçuluğun təmin edilməsinin ayrılmaz şərtini təşkil edir. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin Plenumu da cinayət işi üzrə əvvəllər qəbul edilmiş yekun məhkəmə aktının preyudisial əhəmiyyətə malik olub-olmamasının müzakirə edilməsi zamanı cinayət mühakimə icraatının vacib prinsiplərindən olan təqsirsizlik prezumpsiyasına, sübut etməyə dair normaların tələblərinə, o cümlədən təqsirkarın müdafiə və digər hüquqlarının təmin edilməsi haqqında tələblərə əməl edilməsinin vacibliyini, digər tərəfdən isə bu prinsiplərə əməl olunmadan sadəcə əvvəllər başqa şəxs (şəxslər) tərəfindən çıxarılmış hökmlərin və ya qəbul edilmiş qərarların digər iş üzrə sübut növü kimi qəbul edilməzliyini vurğulamışdır. Bu şərhdən çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırki iş üzrə Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirlilik məsələsini sübutetməyə və sübutların qiymətləndirilməsinə dair qanınvericiliyin tələblərinə əməl etmədən, yalnız X7un barəsindəki qanuni qüvvəyə minmiş hökmə əsalanmaqla, digər tərəfdən isə yuxarıda təsivr edilən çatışmazlaqları və ziddiyyətləri aradan qaldırmadan həll etməkdə haqlı olmamışdır, bu isə həmin məhkəmə tərəfindən, kassasiya şikayətində iddia olunduğu kimi, CPM-nin 416.1.1 və 416.1.2-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməsinə dəlalət edir. Bütün yuxarıda təsvir olunanlarla yanaşı, məhkəmə kollegiyasının belə nəticəyə gəlməyə əsas verən daha bir hal ondan ibarətdir ki, həm Məhkum, həm də hazırki iş üzrə dindirilmiş zərər çəkmiş şəxslərin və şahidlərin ifadələrinə görə, 04 sentyabr 2020-ci il tarixdə baş vermiş hadisə zamanı avtotəmir sexinin qarşısında həmçinin həmin sexin sahibi Qasım Məhəmmədov da olmuş (bəzi ifadələrdən görünür ki, hətta o, Məhkumi zorakı hərəkətlər etməyə təhrik etmiş və özü də münaqişə zamanı zora məruz qalmışdır), sonradan oraya onun arvadı Mətanət (başqa anket məlumatları iş materiallarında yoxdur) də gəlmiş, hətta sonuncu baş vermiş münaqişə haqqında 102 xidmətinə zəng edərək məlumat vermişdir. Lakin, Məhkum lehinə ifadə verə bilən həmin şəxslər, həmçinin ona elan olunmuş ittihama görə məhkumun qabaqc adan əlbir olaraq cinayət əlaqəsinə girməklə törətdiyi cinayətin digər iştirakçısı X7 həqiqətin müəyyən edilməsi üçün apellyasiya icraatı zamanı dindirilməmiş, sonuncunun ibtidai araşdırma zamanı verdiyi ifadələri isə hətta tədqiq edilməmişdir. Halbuki, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 3-cü hissəsinin “d” bəndinə əsasən, cinayət törətməkdə ittiham olunan hər bir şəxs onun əleyhinə ifadə vermiş şahidlər üçün eyni olan şərtlərlə onun lehinə olan şahidləri çağırmaq və dindirməyə nail olmaq hüququna da malikdir. Məhkəmə kollegiyasının qənaətinə görə yuxarıda göstərilən bütün hallara görə məhkəmə iclaslarında (apelyasiya instansiyası məhkəməsinin məhkəmə iclasında) ən zərərçəkmişlər Zərərçəkmiş şəxs1lə, Zərərçəkmiş şəxs2 ilə yanaşı 04 sentyabr 2020-ci il tarixli hadisədə bu və ya digər şəkildə iştirak etmiş bütün şəxslərin, o cümlədən Məhkum xeyrinə ifadə verə bilən şahidlərin dindirilmələri, müdafiə tərəfinə onların dindirilməsi üçün şərait yaradılması labüddür ki, bu da həm sübutların araşdırılmasına, mötəbərliyinə və kifayət etməsinə, ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsinə və təqsirsizlik prezumpsiyasına dair Konstitusiyanın müddəalarından və Avropa Konvensiyanın 6-cı maddəsinin tələblərindən, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqelərindən və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun izah və tövsiylərindən irəli gəlir. Beləliklə, məhkəmə kollegiyası Məhkum barəsində ittiham hökmünün çıxarılması zamanı apellyasiya in stansiyası məhkəməsi tərəfindən sübutların araşdırılmasına, onların qiymətləndirilməsinə və kifayət etməsinə, habelə iş üzrə yekun məhkəmə aktlarının çıxarılmasına dair qanunvericiliyinin tələblərinə əməl olunmaması barədə nəticəyə gələrək və bir daha CPM-nin 416.1.1 və 416.1.2-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verildiyini qeyd edərək hesab edir ki, belə vəziyyətdə apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hökmü qüvvədə saxlanıla bilməz və buna görə də həmin hökm ləğv edilməklə cinayət işi yeni apellyasiya baxışına təyin edilməli, məhkumun müdafiəçisi Y.M.Əliyevin irəli sürdüyü bütün dəlillər ətraflı yoxlanılmalı və araşdırılmış sübutlar qanuna müvafiq qaydada qiymətləndirildikdən sonra iş üzrə qanuni və əsalandırılmış qərar qəbul edilməlidir. Buna görə, məhkə mə kollegiyası yuxarıda göstərilənlərə əsaslanaraq və kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi Y.M.Əliyevin, həmin şikayətin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək kassasiya şikayəinin qismən təmin edilməsini, Məhkum CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 may 2022-ci il tarixli hökmünün isə ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini məqsədə müvafiq bilir. Bu qənaətə gələrkən məhkəmə kollegiyası CPM-nin 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Belə ki, CPM-nin 419.12-ci maddəsinə əsasən, bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Pros essual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkumnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 may 2022-ci il tarixli hökmü ləğv edilsin və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunsun.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar