Məhkəmə qərarları › İş №1(102)-702/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-702/2022

08.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-702/2022 08.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1962-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ci nayət Məcəlləsinin (bundan sonra CMin) 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 oktyabr 2021-ci il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alıkişiyev Rəşad Nizami oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli hökmü ilə (hakim Z.N.Hüseynov) Təqsirləndirilən şəxs – Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il t arixdən xx.xx.2021-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 09 (doqquz) ay 06 (altı) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 01 (bir) il 06 (altı) ay 12 (on iki) gün ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 oktyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər: S.B.Hüseynov (sədrlik edən), Ç.B.Məmmədov və E.İ.Xasməmmədov) apellyasiya protesti təmin edilməmiş, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlan mışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 1 ədəd sellofan torbada 455 qram narkotik vasitə olan qurudulmuş marixuana əldə edib ünvan 3 ünvanında yerləşən yaşadığı fərdi yaşayış evinin damında saxlamış, Azərbaycan Respublikası DİNnin Baş Narkotiklərlə Mübarizə idarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən 17 sentyabr 2020-ci il tarixdə saat 18 radələrində yaşadığı ünvanda baxış aparılarkən evin damından 1 ədəd sellofan torbada 455 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasın ın 14 oktyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin olunması xahiş olunur. Dövlət ittihamçısı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı heç bir obyektiv sübuta əsaslanmamış, ibtidai və məhkəmə istintaqı zamanı toplanmış sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq tam və hərtərəfli yoxlanmamış, əldə olunmuş sübutlar müqayisəli şəkildə təhlil olunmamış, eləcə də işdəki sübutlar arasında heç bir ziddiyyət olmadığı halda, onların mötəbərliyi şübhə altına alınmışdır. Protestdə həmçinin qeyd olunur ki, Təqsirləndirilən şəxs 10 manat müqabilində narkotik vasitə almış Şahid2 müdafiəçinin iştirakı ilə verdiyi ifadələr, habelə onun Təqsirləndirilən şəxsla üzləşməsi zamanı həmin ifadələrini təsdiq etməsini məhkəmələr tərəf indən onun həmin ifadələrdən sonradan imtina etməsinə əsasən mötəbər sübut kimi qiymətləndirilməməsi əsassızdır. Dövlət ittihamçısının fikrincə, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi iş üzrə toplanmış və məhkəmə baxışları zamanı tədqiq edilmiş sübutlarla tam sübuta yetirilmişdir və ona görə də apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalıdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin, kassasiya protestinin təmin edilməməsi barədə məhkum Təqsirləndirilən şəxs çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiy a məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edil ərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkum Təqsirləndirilən şəxs əməlinin tövsifi mübahisə edilir. Apellyasiya instansiyası məhkəməsinin qərarı müdafiə tərəfindən mübahisələndirilmədiyindən, məhkəmə kollegiyası yalnız dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə məhkəmə qərarlarına münasibət bildirməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma”ya görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respu blikası CM-in 234.2-ci maddəsində “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma” görə; “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarınm dövriyyəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməsə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz, saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərin ə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2 saylı, 04 mart 2011-ci il tarixli Qərarının 9cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda istinad edilən normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında verilən şərhlərə və Ali Məhkəməsinin Plenumunun müvafiq qərarında olan tövsiyələrə əsaslanaraq kassasiya protestində qeyd edilən dəlillərlə razılaşmır və bildirir ki, Azərbaycan Respublikası CPMnin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq məhkum Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə tövsif edilmiş cinayət əməlini CM-in 234.1-ci maddəsinə tövsif etmiş və həmin maddə ilə təqsirli bilərək məhkum e tmiş, apellyasiya instansiya məhkəməsi isə əsaslı olaraq gəlinən nəticəni qüvvəsində saxlamışdır. İş materiallarından görünür ki, Şahid2 üzərində şəxsi axtarış aparılarkən, eləcə də şübhəli şəxs qismində ifadəsində və şübhəli şəxs statusunda olarkən Təqsirləndirilən şəxsla üzləşməsi zamanı sonuncudan 10 manat qarşılığında narkokotik vasitə almasını bildirmişdir. Lakin Şahid2 şübhəli şəxs statusuna xitam verildikdən sonra o, nümayəndəsi ilə birlikdə istintaq orqanına müraciət edərək, əsl həqiqəti bildirməsi üçün onun şahid qismində dindirilməsini xahiş etmiş, lakin müstəntiq onun vəsatətini heç bir əsaslandırma aparmadan təmin etməmişdir. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 və Şahid3 ifadələrində bildirmişlər ki, Şahid2 üzərində şəxsi axtarış keçirilərkən onlar da iştirak etmiş və Şahid2 üzərindən çıxan narkotik vasitə marixuananı Gəncə şəhər sakini Məhkum adlı tanışından aldığını demişdir. Lakin, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 və Şahid3 hər biri ayrıayrılıqda ifadələrində bildirmişdilər ki, onlar Şahid2 üzərində şəxsi axtarış aparılmasında iştirak etməmişlər, Şahid2 şəxsən özündən narkotik vasitəni Məhkum adlı şəxsdən almasını eşitməmişlər, bu barədə onlara digər polis əməkdaşları tərəfindən məlumat verilmişdir. İş materiallarında olan Şahid2 üzərində şəxsi axtarış aparılması zamanı tərtib edilmiş protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən isə görünür ki, şəxsi axtarış zamanı Şahid5 həmin tədbirin keçirilməsində ümumiyyətlə iştirak etməmişdir. Şahid3 isə t ətbirin keçirilməsində videoçəkilişi həyata keçirən şəxs kimi iştirak etsə də, məhkəmə istintaqında Şahid2 üzərində şəxsi axtarış aparılmasında iştirak etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs isə birmənalı olaraq istər ibtidai araşdırma zamanı ilkin izahatında, istərsə də şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrində, eləcə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Şahid2 narkotik vasitə satmadığını bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə nə ibtidai araşdırma zamanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Şahid2 ilə narkotik vasitənin alqı-satqısı barədə qabaqcadan razılığa gəlməsi, onların bu məqsədlə görüşməsi, Təqsirləndirilən şəxs narkotik vasitənin satışından mənfəət əldə etməsi digər hər hansı sübutla mü əyyən edilməmişdir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsdə narkotik vasitənin qablaşdırılması üçün hər hansı bir cihaz və ya avadanlıq da aşkar edilməmişdir. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində dindirilərkən onun yaşadığı evin damından 460 qram çəkidə qurudulmuş narkotik vasitə marixuana aşkar edildiyini, narkotik vasitədən istifadə etdiyinə görə həmin narkotik vasitəni öz şəxs istifadəsi üçün Samux rayonu ərazisində Kür çayının sahilində yabanı halda bitmiş çətənə kollarının yarpaqlarını yığıb qurudaraq əldə etdiyini bildirmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, sübutların həcmi və ümumiyyətlə, işin gerçək hallarının tərkib əlamətləri təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublik ası CM-in 234.2-ci maddəsi ilə tövsif edilməsi üçün əsaslar vermir. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin məhkum Təqsirləndirilən şəxs əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsinə dair gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hans ı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq,yəni qanuni yolla əldə olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPM-in 416.1.2-416.1.15-ci maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası he sab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 oktyabr 2021-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya protesti təmin edilməsin. Məhkum Təqsirləndirilən şəxs barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 oktyabr 2021-ci il tarixli qərarı dövlət ittihamçısı tərəfind ən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar