Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-702/2023 31.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, Məhkum1 müdafiəçisi Müdafiəçi1 və Məhkum2 müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü m addələri ilə təqsirli bilinib məhkum olunmasına, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə bəraət verilməsinə, onun həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 oktyabr 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı X4 tərəfindən verilmiş kassasiya protestinə, Məhkum1 müdafiəçisi Müdafiəçi1 və Məhkum2 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X10 (sədrlik edən), X8 (məruzəçi hakim) və X5 ibarət tərkibdə) 30 iyun 2022-ci il tarixli hökmü ilə xx xxx 1980-ci il tarixdə Qubadlı rayonunda doğulmuş, Azərbaycan Respublik ası vətəndaşı, evli, məhkumluğu olmayan, ali təhsilli, Qubadlı rayonu, Qayalı kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Saray qəsəbəsi, E.Hüseynov küçəsi ev 15 ünvanında yaşamış Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2 maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11(on bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu qəti olaraq 14 (on dörd) il müddətə azadlıqdan məh rum etmə cəzasına məhkum edilmişdir. Təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcının 24 avqust 2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. xx xxx 1987-ci il tarixdə Ermənistan Respublikasında doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, məhkumluğu olmayan, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, 6-cı mikrorayon, "Kristal ünvan 2ları, ev 2, mənzil 14-də yaşamış Məhkum2 Az ərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcının 26 avqust 2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X9 (sədrlik edən və məru zəçi), X7 və X1 ibarət tərkibdə) 6 oktyabr 2022-ci il tarixli hökmü ilə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü, Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilmələrinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)3/2022 nömrəli, 30 iyun 2022-ci il tarixli hökmü qismən ləğv edilmişdir. Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilmişdir. Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təyin edilmiş 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası 11 (on bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına endirilmişdir. Məhkum1 ona təyin edilmiş azadlıqdan məhr um etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 24 avqust 2020-ci il tarixdən hesablanmışdır. Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təyin edilmiş 11 (on bir) il müddətə azadlıqdan məhrumetmə cəzası 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasına endirilmişdir. Məhkum2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 26 avqust 2020-ci il tarixdən hesablanmışdır. Hökmün qalan hissəsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İstintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri irəli sürülmüş ittihama əsasən Məhkum1 satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və külli miqdarda psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Məhkum2, şəxsiyyəti istintaqla müəyyən edilməmiş İran İslam Respublikasının vətəndaşı "Rəhim” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən "Rəhim” adlı şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsinə və Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə əvvəlc ədən vəd verməklə razılığa gələrək köməklik etmiş, bu məqsədlə "Rəhim” adlı şəxsin və qeyrilərinin naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib daşımaqla göndərdiyi külli miqdarda "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr”in İ siyahısına daxil edilən ümumilikdə təmiz çəkisi 12305,753 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil edilən ümumilikdə təmiz çəkisi 3042,269 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirdikdən və narkotik vasitə və psixotrop maddəni qoyduğu yer barədə Məhkum1 əvvəlcədən məlumat verdikdən sonra "Rəhim” adlı şəxsin və qeyrilərinin göstərişinə əsasən Məhkum1 22 avqust 2020-ci il tarixdə Yardımlı rayonu ərazisində yerləşən 15-ci kilometr yol nişanı dirəyinin altından satış məqsədi və tamah niyyəti əldə edib qeyd edilən çəkidə narkotik vasitə heroini ümumilikdə yeddi bükümdə qablaşdırıb bir bükümdə olan 45,753 qramını, həmçinin qeyd edilən çəkidə psixotrop maddə metamfetamini ümumilikdə beş bükümdə qablaşdırıb bir bükümdə olan 43,561 qramını qrupun digər üzvü olan Məhkum2 saxlaması və satışının həyata keçirilməsi üçün vermiş, psixotrop maddə metamfetaminin digər bir bükümdə olan 3,708 qramını isə Məhkum1 öz üzərində saxlamış, qalan beş ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 1990 qram, 2080 qram, 2095 qram, 2035 qram, 2055 qram, 2005 qr am olmaqla ümumi təmiz çəkisi külli miqdarda 12260,00 qram narkotik vasitə heroini və üç ədəd üzəriləri yapışqan lentlə dolanmış bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1025 qram, 995 qram, 975 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda 2995 qram olan psixotrop maddə metamfetamini istifadəsində olan "Lada Priora” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobildə gizlətməklə saxlamış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum1 24 avqust 2020-ci il tarixdə saat 17:00-da ünvan 3 ünvanın yaxınlığında avtomobildən düşərkən saxlanılaraq qe yd olunan Baş İdarəyə gətirilmiş, orada həmin tarixdə saat 19:00-dan etibarən üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindəki siqaret qutusunun içərisindən bir ədəd sellofan bükümdə təmiz çəkisi külli miqdarda 3,708 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilmiş, həmin tarixdə saat 20:00-dan etibarən öz razılığı ilə idarə etdiyi "Lada Priora” markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin yük yerindən iki ədəd göy rəngli polietilen paketin içərisindən altı ədəd üzəriləri yapışqan lentlə dolanmış bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1990 qram, 2080 qram, 2095 qram, 2035 qram, 2055 qram, 2005 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda 12260,00 qram olan ey ni tərkibli narkotik vasitə heroin və üç ədəd üzəriləri yapışqan lentlə dolanmış bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1025 qram, 995 qram, 975 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda 2995 qram olan kustar üsulla hazırlanmış, öz aralarında eyni tərkibli olmaqla, özünün üzərindən şəxsi axtarış zamanı aşkar edilmiş və Məhkum2 üzərindən şəxsi axtarış zamanı aşkar edilmiş metamfetaminlə eyni tərkibli olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan sonra 26 avqust 2020-ci il tarixdə Məhkum2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat- axtarış tədbiri nəticəsində Məhkum2 həmin tarixdə saat 20:00-da ünvan 4 ünvanın yaxınlı ğında piyada hərəkət edərkən saxlanılaraq qeyd olunan Baş İdarəyə gətirilmiş, orada saat 22:00-dan etibarən keçirilən şəxsi axtarış və götürmə zamanı əlində olan ağ rəngli polietilen torbanın içərisindən bir ədəd sellofan bükümdə təmiz çəkisi külli miqdarda 45,753 qram narkotik vasitə olan heroin, bir ədəd sellofan bükümdə qrupun digər üzvü olan Məhkum1 üzərindən və idarə etdiyi "Lada Priora” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş psixotrop maddə metamfetamin ilə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən ümumi təmiz çəkisi külli miqdarda 43,561 qram olan psixotrop maddə metamfetamin, bir ədəd üzərində narkotik vasitə heroin izləri olan "200g/001g” markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür. İstintaq orqanı tərəfi ndən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri irəli sürülmüş ittihama əsasən Məhkum2 satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Məhkum1 ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə Məhkum1 İran İslam Respublikasının vətəndaşı "Rəhim” adlı şəxsin və qeyrilərinin istintaqa məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdiyi külli miqdarda "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr”in İ siyahısına daxil edilən ümumilikdə təmiz çəkisi 12305,753 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil edilən ümumilikdə təmiz çəkisi 3042,269 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini "Rəhim” adlı şəxsin və qeyrilərinin göstərişinə əsasən 22 avqust 2020-ci il tarixdə Yardımlı rayonu ərazisində yerləşən 15-ci kilometr yol nişanı dirəyinin altından satış məqsədi və tamah niyyəti əldə edib qeyd edilən çəkidə narkotik vasitə heroini ümumilikdə yeddi bükümdə qablaşdırıb bir bükümdə olan 45,753 qramını, həmçinin qeyd edilən çəkidə psixotrop maddə metamfetamini ümumilikdə beş bükümdə qablaşdırıb bir bükümdə olan 43,561 qramını qrupun digər üzvü olan Məhkum2 saxlaması və satışının həyata keçirilməsi üçün vermiş, p sixotrop maddə metamfetaminin digər bir bükümdə olan 3,708 qramını isə Məhkum1 öz üzərində saxlamış, qalan beş ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 1990 qram, 2080 qram, 2095 qram, 2035 qram, 2055 qram, 2005 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda 12260,00 qram narkotik vasitə heroini və üç ədəd üzəriləri yapışqan lentlə dolanmış bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1025 qram, 995 qram, 975 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda 2995 qram olan psixotrop maddə metamfetamini istifadəsində olan "Lada Priora” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobildə gizlətməklə saxlamış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum1 24 avqust 2020-ci il tarixdə saat 17:00-da ünvan 3 ünvanın yaxınlığında avtomobildən düşərkən saxlanılaraq qeyd olunan Baş İdarəyə gətirilmiş, orada həmin tarixdə saat 19:00-dan etibarən üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindəki siqaret qutusunun içərisindən bir ədəd sellofan bükümdə təmiz çəkisi külli miqdarda 3,708 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilmiş, həmin tarixdə saat 20:00-dan etibarən öz razılığı ilə idarə etdiyi ‘‘Lada Priora” markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin yük yerindən iki ədəd göy rəngli polietilen paketin içərisindən altı ədəd üzəriləri yapışqan lentlə dolanmış bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1990 qram, 2080 qram, 2095 qram, 2035 qram, 2055 qram, 2005 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda 12260,00 qram olan eyni tərkibli narkotik vasitə heroin və üç ədəd üzəriləri yapışqan lentlə dolanmış bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1025 qram, 995 qram, 975 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda 2995 qram olan kustar üsulla hazırlanmış, öz aralarında eyni tərkibli olmaqla, özünün üzərindən şəxsi axtarış zamanı aşkar edilmiş və Məhkum2 üzərindən şəxsi axtarış zamanı aşkar edilmiş metamfetaminlə eyni tərkibli olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan sonra, 26 avqust 2020-ci il tarixdə Məhkum2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması b arədə daxil olmuş məlumat əsasında DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat- axtarış tədbiri nəticəsində Məhkum2 həmin tarixdə saat 20:00-da ünvan 4 ünvanın yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq qeyd olunan Baş İdarəyə gətirilmiş, orada saat 22:00-dan etibarən keçirilən şəxsi axtarış və götürmə zamanı əlində olan ağ rəngli polietilen torbanın içərisindən bir ədəd sellofan bükümdə təmiz çəkisi külli miqdarda 45,753 qram narkotik vasitə olan heroin, bir ədəd sellofan bükümdə qrupun digər üzvü olan Məhkum1 üzərindən və idarə etdiyi ‘‘Lada Priora” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş psixotrop maddə metamfetamin ilə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən ümumi təm iz çəkisi külli miqdarda 43,561 qram olan psixotrop maddə metamfetamin, bir ədəd üzərində narkotik vasitə heroin izləri olan "200g/001g” markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin və kassasiya şikayətlərinin dəlilləri: Kassasiya protestində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hökm çıxarılarkən sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq Məhkum1 Ohliman oğluna CM-nin 32.5. 206.3.2-ci maddəsi ilə bəraət verilməsinin, həmçinin Məhkum2 CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə verilmiş ittihamın həcminin azaldılmasının əsasını yolverilməz dəlillər təşkil etdiyindən, habelə Məhkum1 və Məhkum2 təyin edilmiş cəza törədilmiş cinayətin ictimai təh lükəliliyinə uyğun olmadığına görə həmin hökm ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. İşin faktiki hallarına uyğun olmayan və təkzib olunmaz sübutların məcmuyu ilə inkar olunan Məhkum1 və Məhkum2 məhkəmə istintaqı zamanı özünü müdafiə xarakterli verdikləri ifadələr, məhkəmə kollegiyası tərəfindən əsassız olaraq yeganə sübut kimi qəbul edilmiş, ədalətsiz və qanunsuz bəraət hökmünün əsasını təşkil etmişdir. Hansı ki, iş materiallarında olan və birinci instansiya məhkəməsində tədqiq olunan şahid ifadələri, ekspert rəyləri, telefon məlumat sənədləri və digər mötəbər sübutlar əsassız olaraq məhkəmə kollegiyası tərəfindən nəzərə alınmamışdır. Cinayət işinin materiallarında olan mobil telefon məlumatlarından və baxış keçirmə protokolundan, həmçinin Məhkum1 ifadəsinə əsasə n müəyyən olunur ki, təqsirləndirilən şəxs Məhkum1 istifadəsində olan +**********10 saylı mobil telefon nömrəsindən “WhatsApp” proqramı vasitəsilə İran İslam Respublikasının vətəndaşı Rəhim adlı şəxslə əlaqə saxlamışdır. Hadisədən təxminən 1-2 ay öncə Rəhimlə danışan zaman ona maddi cəhətdən köməklik etməsini xahiş etmiş, belə olan halda Rəhim ona narkotik vasitələrin satışı ilə məşğul olmağı və həmin işlə pul qazanmağı təklif etmiş, onunla razılaşmış, Rəhim özü ona xəbər edəcəyini demiş, tutulmamışdan beş gün öncə Rəhim onunla əlaqə saxlayan zaman ona yaxın günlərdə satmaq məqsədilə narkotik vasitə göndərəcəyini, həmin narkotik vasitəni satıb pul əldə edəcəyini demişdir. Rəhim ona narkotik vasitənin harada olduğunu bildirdikdən sonra o, həmin narkotik vasitəni qeyd edilən yerdən gedib göt ürməli və Rəhimin dediyi adamlara çatdırmalı idi. 22 avqust 2020-ci il tarixdə Rəhim yenidən ona zəng vuraraq saat 22 radələrində Yardımlı rayonu ərazisində yerləşən 15-ci kilometr yol nişanının altında göy rəngli sellofan torbalarda narkotik vasitə heroın və psixotrop maddə metamfetamin qoyulacağını, həmin sellofanları götürüb özündə saxlamağını, kimə veriləcəyi barədə daha sonra ona məlumat verəcəyini bildirmiş, sonra isə Yardımlı rayonuna gedərək Rəhimin ona dediyi yerdən narkotik vasitələri götürmüş, yolda olan zaman Rəhim yenidən ona zəng vurmuş, ona dediyi sellofanları götürdüyünü və ona məxsus avtomobildə saxlayacağını bildirmişdir. Məhkum1 bilavasitə narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərhəddindən özü keçirməsə də, həmin narkotik vasitəni qəbul edib Rəhmin istədi yi ünvana çatdıracağını əvvəlcədən cinayətin təşkilatçısına vəd etmiş, sonuncu isə Məhkum1 bu vədindən sonra narkotik vasitəni qaçaqmalçılıq yolu ilə gömrük nəzarətindən kənar Azərbaycan Respublikasına göndərmişdir. Yəni Məhkum1 narkotik vasitənin dövlət sərhəddindən keçirilməsi üçün İran İslam Respublikası vətəndaşı olan “Rəhim” adlı şəxslə qabaqcadan əlbir olan qrup təşkil edərək narkotik vasitənin gömrük sərhəddindən qaçaqmallçılıq yolu ilə keçirməsində köməkçi kimi iştirak etmişdir. Göründüyü kimi, məhkum edilmiş şəxs Məhkum1 hər iki məhkəmə instansiyasında ona istinad edilən CM-nin 32.5. 206.3.2-ci maddəsi ilə özünü təqsirli bilməyib külli miqdarda 12 kq 260 qram heroini və 2 kq 995 qram metamfetamini qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsində iştirak etmədiyini g östərsə də, Məhkum1mn verdiyi ifadələrdən və iş materiallarında olan telefon məlumatlarından görünür ki, cinayətin törədildiyi ana qədər, onlar qrupun üzvü olmaqla hər ikisi narkotik vasitənin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsində müəyyən rol almaqla (köməkçi kimi narkotik vasitənin əldə olunması, saxlanması və həmin narkotik vasitənin lazımı adamlara çatdırılması haqda Məhkum1 vədi və məsləhəti ilə qrupun digər üzvü ilə əvvəlcədən razılaşmaqla) cinayəti törətmişlər. Məhkum edilmiş şəxsin təqsirliliyini, o cümlədən CM-nin 32.5, 206.3.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsini müəyyən edən, hər iki məhkəmə instansiyası tərəfindən tədqiq olunaraq qəbul edilmiş sübutların məcmuyundan görünür ki, (apellyasiya instansiya məhkəməsinin CM-nin 32.5, 206.3.2-ci mad dəsi ilə bağlı sübutları qəbul etməsi istisna olmaqla) külli miqdarda -12 kq 260 qram heroini və 2 kq 995 qram metamfetamini qaçaqmalçılıq yolu ilə İİR-dan Azərbaycan Respublikasına gətirilməsi, saxlanılması, daşınması üçün gömrük sərhəddindən qaçaqmalçılıq yolu ilə keçirilməsi üçün İran İslam Respublikasının vətəndaşı "Rəhim” adlı şəxslə Məhkum1 arasında "işgüzar münasibətlər" (narkotik vasitənin satmaq məqsədilə əldə olunması, saxlanması, daşınması və gömrük sərhəddindən qaçaqmalçılıq yolu İlə keçirilməsi kimi münasibətlər) mövcud olmuş və həmin şəxslər də hərəkətlərini niyyətlərinə uyğun uzlaşdırılmışlar. Göründüyü kimi, Məhkum1 CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə bərabər həmin Məcəllənin 32.5, 206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini köməkçi qismində törətməsi məhk əmə kollegiyasının gəldiyi nəticədən fərqli olaraq özündə işin obyektiv hallarını əks etdirən, biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə tam təsdiq olunur. Odur ki, apellyasiya instansiya məhkəməsinin məhkum edilmiş şəxsin əməlinin ibtidai istintaq orqanı və birinci instansiya məhkəməsi tərəfindən düzgün qiymətləndirilməməsi, onun ifadələrinə düzgün hüquqi qiymət vermədən əməlinin CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə düzgün tövsif edilməməsi barədə qənaəti və bununla bağlı irəli sürmüş olduğu dəlillər əsassızdır. Məhkum edilmiş şəxs Məhkum1 narkotik vasitənin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi ilə bağlı törədilmiş cinayətin digər iştirakçısı, İran İslam Respublikasının vətəndaşı “Rəhim” adlı şəxslə qabaqcadan əlbir olmalarının guya ki, iş üzrə toplanmış sübutlarla müəyyən edilməməsi barədə məhkəmə kollegiyasının dəlili işin faktiki hallarına uyğun olmayan qeyri-obyektiv mövqedir. Belə ki, məhkum edilmiş şəxs Məhkum1 və İran İslam Respublikasının vətəndaşı "Rəhim” adlı şəxsin CM-nin 32.5. 206.3.2-ci maddəsində nəzərdə tutulmuş qaçaqmalçılıq cinayətinin obyektiv tərəfini təşkil edən hərəkətləri icra etmələri narkotik vasitənin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsinə dair qabaqcadan razılıq əldə etmələri və bu razılığa uyğun olaraq məhkəmə hökmü ilə müəyyən edilmiş hərəkətləri yerinə yetirmələri, yəni qabaqcadan vəd etdikləri kimi qrup üzvləri tərəfindən qaçaqmalçılıq yolu ilə naməlum şəraitdə gətirilmiş narkotik vasitənin Məhkum1 avtomobilindən aşkar edilməsi, sonuncunun həmin narkotik vasitələri cin ayət qrupun müəyyən etdiyi şəxsə çatdıracağına dair vədi, onun qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan qrup üzvü olaraq köməkçi qismində iştirak etdiyinə dəlalət edir. Çünki, Məhkum1 qabaqcadan həmin vədi verib qaçaqmalçılıq yolu ilə gətiriləcək narkotik vasitənin Azərbaycan Respublikasında satılacağına qrupun digər üzvndə, yəni İran İslam Respublikasının vətəndaşı “Rəhim" adlı şəxsdə (cinayətin digər iştirakçısında) əminlik yaratması, qaçaqmalçılığın törədilməsini şərtləndirən mühüm amil rolunu oynamışdır. Başqa sözlə, cinayətin predmetinin əldə olunmasını bir hissəsini icra edən Məhkum1 narkotikin gömrük sərhəddindən keçirildikdən sonra qabaqcadan verdiyi vəd, cinayətin digər icraçısı «Rəhimmn kriminal məqsədə yönələn qətiyyətini möhkəmləndirmiş, əməlin başa çatd ırılacağına əminlik yaratmaqla onu cinayətkar niyyətində daha israrlı etmişdir. Bundan başqa, məhkəmə kollegiyasının Məhkum1 ilə Məhkum2 arasında yalnız 55 qram narkotik vasitə heroin və 55 qram psixotrop maddə metamfetaminin satışının həyata keçirilməsi ilə bağlı razılaşma olması və Məhkum2 Məhkum1 12 kiloqram narkotik vasitə heroin və 3 kiloqram psixotrop maddə olmasından xəbəri olmaması barədə dəlilləri də tam əsassız olmuşdur. Bu hal Ramin Qasmlı ilə Məhkum2 arasında olan telefon mesaj mətinlərinin çıxarışından da aydın görünür. Həmin mesaj məlumatlarının təhlilindən göründüyü kimi, Məhkum2 aktiv narkotik satışını həyata keçirməklə müxtəlif şəxslərlə narkotikin satışı ilə bağlı yazışmalar edib. Həmçinin. Məhkum1 ilə də mesajlaşaraq narkotik vasitənin nə vaxt gələcəyi ilə mütəmadi olara q maraqlanmışdır. Bütün bu hallar isə Məhkum2 İrandan Məhkum1 göndəriləcək külli miqdarda nakotk vasitədən xəbərinin olmasını təsdiq etməklə yanaşı, onun qabaqcadan əlbir olan qrup şəxs halında 12 kq 260 qram heroin və 2 kq 995 qram metamfetaminin qanunsuz dövriyyəsində də təqsirli olduğunu təsdiq edir. Apellyasiya məhkəməsi Məhkum1 və Məhkum2 cəza təyini məsələsində də əsassız nəticəyə gəlmiş, məhkum edilmiş şəxs Məhkum1 və Məhkum2 CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş cəzanı azaldılarkən cinayət qanununun qeyd olunan normalarının, eləcə də Ali Məhkəmənin Plenumunun qərarlarındakı tövsiyələrə əməl edilməmiş, cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları nəzərə alınmamış, cəzanı yüngülləşdirən hallar düzgün müəyyən edilməmiş, cəzanı ağırlaş dıran halın mövcudluğu isə diqqətdən kənarda qalmışdır. Cinayətin məqsədi və motivi isə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitə olan 12 kq 305 qram narkotik vasitə heroin və 3 kq 42 qram olan psixotrop maddə mctamfetaminin satış məqsədi ilə qanunsuz olaraq tamah niyyəti ilə əldə edilməsindən, saxlanmasından, daşınmasından ibarətdir ki, bu da heç cür "məsuliyyəti yüngülləşdirə bilən hal kimi qəbul edilə bilməz. Dövlət ittihamçısı kassasiya protestində Məhkum1 Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri, Məhkum2 CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə toqsirləndirilmələrinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 oktyabr 2022-ci il tarixli hökmünün ləğv edilməsi və cinayət işi nin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətində göstərilir ki, hüquqlarını müdafiə etdiyi Məhkum1 narkotik vasitələrin istifadəçisi olması və onun digər təqsirləndirilən şəxslə birlikdə narkotik vasitə qəbul etmələri iş üzrə təqsirləndirilən şəxslərin ifadələri ilə sübuta yetirilir. İbtidai istintaq orqanı Məhkum1 qarşı ittihama hüquqi don geyindirmək üçün Məhkum2 onun əleyhinə guya Ramilin ona 2000 manata narkotik vasitə satması, 50 manat pulunu ödəməsi, qalan 1950 manatını isə borclu qalması barədə ifadə almış, lakin Məhkum2 həmin ifadəsindən məhkəmədə və istintaqın sonrakı gedişində imtina edərək təzyiq altında ifadə verdiyini bildirmişdir. Məhkum1 saxlanma yeri və saatı istintaq tərəfindən s axtalaşdırılmışdır. Belə ki, Məhkum1 xx.xx.2020-ci ildə saat 14-15 radələrində Sumqayıt şəhəri Əşya bazarı yaxınlığında yerləşən avtomobil yuma sexlərindən birində avtomobilini yuduzdurarkən saxlanıldığı halda, onun guya yaşadığı qəsəbə ərazisində evlərinə yaxın yerdə saat 17:00da saxlanılması baradə tərtib edilmiş bütün protokollar saxtadır və ittihamın əsasını təşkil edə bilməz. Məhkəmə sübutlara öncədən hüquqi qiymət verərək, avtomobil yuma sexində işləyən yuyucuların məhkəmədə şahid qismində dindirilməsi barədə vəsatətini təmin etməmiş, şahidə aid VÖEN-in təqdim olunmasına baxmayaraq, bu qərarını onunla əsaslandırmışdır ki, həmin şəxslərin həqiqətən də yuyucu işləmələri, məhz həmin yerdə işləmələri məhkəməyə bəlli deyil. Halbuki, məhkəmə sübuta onu tədqiq etdikdən sonra hüquqi qiymət verməli idi. Məhkum1 aid anten məlumatları da sübut edir ki, o, həmin günü günorta saatlarında Sumqayıtda olub, Saray qəsəbəsində isə, 16:13-də anten əhatə dairəsinə düşüb. Bu hal Məhkum1 ifadəsinin doğruluğuna dəlalət edir. Belə ki, onu Sumqayıtda saxlayıb, telefonunu söndürüblər və Saray qəsəbəsinə aparıb bir dəfə telefonundan 17 saniyəlik zəng etməklə onun orada olması görüntüsü yaratmağa çalışıblar. Kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının xx.xx.2022-ci il tarixli hökmü hüquqlarını müdafiə etdiyi Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1,234.4.3-cü maddələri ilə təyin edilmiş 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası 11 (on bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına endirilməsinə dair hissəsində ləğv edilə rək, cinayət işinin apellyasiya instansiyası məhkəməsinə məhkəmə baxışına təyin olunması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkum2 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətində qeyd edilir ki, Məhkum2 barəsində təyin edilmiş cəzanın müddətinin aşağı salınması kifayət deyildir. Belə ki, birinci instansiya məhkəməsi dövründən Məhkum2 özünü elan edilmiş maddələr ilə təqsirli bilməmiş, elan edilmiş maddələr ilə təqsirli olmamasına dair ifadələr vermişdir. İş üzrə məhkəmə istintaqı dövründə təqsirləndirilən şəxsin elan edilmiş maddələr ilə təqsiri sübuta yetirilməmişdir. Belə olan təqdirdə onun barəsində elan edilmiş maddələr ilə deyil, CM-in 234.1-ci maddəsi ilə təqsirli olmasına dair hökm qəbul edilməsi labüd idi. İş üzrə faktiki və hüquqi halların bir çoxu nəzə rə alınmamış, təqsirləndirilən şəxsin elan edilmiş maddələr ilə təqsirili bilinməsi hissəsində əsaslandırılmamış hökm qəbul edilmişdir. Nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı Ariflə Ramin arasında əlaqəni təsdiq edəcək heç bir sübut tapılmamışdır. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı verdikləri ifadələrə hökmdə bir cümlə ilə belə olsa münasibət bildirməmiş, ibtidai istintaq zamanı verilən ifadələri əsas götürmüşdür. Halbuki, Məhkum2 istintaqda verdiyi ifadələri işgəncə altında verdiyini bildirmişdir. Belə olan təqdirdə bu ifadələrə əsaslanmaq qanunsuzdur. Bundan başqa, məhkəmələr istintaq dövründə, işgəncə altında verilmiş ifadələrə deyil, məhz məhkəmə istintaqında verilən ifadələrə əsaslana bilərdilər. Apellyasiya instansiyas ı bu halların heç birini nəzərə almamışdır. Məhkum2 Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə onun təqsirini sübut edən heç nə yoxdur. Yalnız bir hala istinad olunur ki, Məhkum1 üzərindən çıxan metamfetaminin üzdən görüntüsü ilə Məhkum2 üzərindən çıxan metamfetaminin görüntüsü eynidir. Nəzərə alsaq ki, qeyd olunan narkotik vasitənin hamısının tərkibi və görüntüsü eynidir, bu hala sübut kimi yanaşmaq olmaz. Məhkum2 Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə isə o, ifadəsində maşınında öz şəxsi istifadəsi üçün narkotik vasitə olduğunu etiraf etmişdir. Məhkum2 barəsində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş hökmdən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətində Məhkum2 CM-in 234.1-ci maddəsi ilə təqsirli olmasın a, ona elan edilmiş ittihamın öz təqsdiqini tapmamasına dair bir necə əsaslı arqument irəli sürülmüşdür. Apellyasiya instansiya təqsirləndirilin şəxsə təyin edilmiş cəzanı azaltsa da, şikayətdə göstərilən bu arqumentlərin heç birinə hüquqi münasibət bildirməmişdir. Kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2022-ci il tarixli hökmünün ləğv edilməsi, Məhkum2 elan olunmuş 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirinin sübuta yetirilmədiyindən əməlinin 234.1-ci maddəsinə tövsif olunması üçün iş yenidən Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikay ətlərinin təmin olunması, kassasiya protestinin təmin olunmaması barədə müdafiəçilərin, kassasiya şikayətlərinin təmin olunmaması, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti və kassasiya şikayətləri təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəl lənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edi lmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində Məhkum1 CM-in 32.5, 206.3.2-ci maddəsi ilə əsassız bəraət verilməsi, ona və digər Məhkum2 həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələri ilə yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza təyin edilməsi mübahisələndirilir. Kassasiya şikayətlərində Məhkum1 təqsirlilik məsələsi və Məhkum2 əməlinin hüquqi tövsifi mübahisələndirilir. Məhkəmə kollegiyası kassasiya şikay ətlərini və kassasiya protesini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya protestinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 200 9-cu il tarixli qərarında göstərilir ki, hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövs ifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şə xsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə mü əyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandır maq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi Məhkum1 Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2-ci maddəsi ilə bəraət verilməsi, onun və digər Məhkum2 həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsi barədə qənaətini əsaslandırarkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd edilməsi qənaətindədir. Apellyasiya məhkəməsi məhkum edilmiş şəxslərin ifadələrinin onlara qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin saxlanmasına, daşınmasına və satışına görə verilmiş ittihamda nəzərdə tutulan əməllərin törənmə ardıcıllığını və mexanizmini təsdiq edən hissəsini həmin hallarla əlaqədar məhkəmədə araşdırılmış sübutların məcmusu ilə təhlil edib işin faktiki hallarına qismən uyğun gəlməsini nəzərə almış və buna görə də onların ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsini mötəbər ifadələr kimi qəbul edib həmin ifadələrə istinad edilməsini əsaslı saymışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq təqsirləndirilən şəxs Məhkum1 məxsus avtomobildə aşkar olunan ümumi xalis çəkisi 12260.00 qram olan eyni tərkibli narkotik vasitə heroin və ümumi təmiz çəkisi 2995 qram olan kustar üsulla hazırlanmış prsixotrop maddə metamfetaminin ona məxsus olmaması, eyni zamanda təqsirləndirilən şəxs Məhkum2 üzərində aşkar olunan ümumi xalis çəkisi 45,753 qram narkotik vasitə heroini və ümumi xalis çəkisi 43,561 qram olan psixotrop maddə metamfetaminin ona məxsus olmaması barədə ifadəsinə tənqidi yanaşmış və onların bu göstərdiklərini məhkəmə istintaqında tədqiq olunmuş digər sübutlarla, işin halları ilə uzlaşmadığından obyektiv ifadə kimi qəbul etməmiş və onu məsuliyyətdən yayınmaq üçün verilən qeyri-səmimi ifadə kimi qiymətləndirmişdir. Belə olan halda, təqsirləndirilən şəxslərdə aşkar edilmiş narkotik maddənin özlərinin şəxsi istifadəsi üçün saxlanılmasına dair mülahizələr təkzib olunur, narkotik vasitənin və psixotrop maddənin miqdarı və eyni zamanda aşkar edilmiş elektron tərəzi həmin maddənin satış məqsədi ilə saxlanılması barədə ittih amın dəlilləri təsdiqini tapır. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qanunun tələblərinə, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd olunan qərarının tövsiyyələrinə riayət etməklə Məhkum1 və Məhkum2 əməllərinin düzgün olaraq külli miqdarda narkotik vasitələrin satış məqsədi ilə əldə edib saxlanılması və daşıması kimi qiymətləndirmişdir. Kassasiya məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və sübutların müqayisəli təhlilinə əsasən hesab edir ki, Məhkum1 və Məhkum2 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tululmuş əməlləri özlərinin ibtidai istintaq zamanı verdikləri ilkin ifadələri, həmçinin şahid ifadələri, cinayət işində olan baxış protokolları, məhkəmə ekspertiza rəyləri və digər sənədlərlə tam süb uta yetirilmişdir. 24 avqust 2020-ci il tarixdə Məhkum1 məxsus "Lada Priora” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobildə axtarış keçirən polis əməkdaşlarının ifadələri ilə, axtarışın gedişini əks etdirən və eyni zamanda təqsirləndirilən şəxslərə məxsus mobil telefonlardan götürülmüş sms yazışmaların mətnini əks etdirən CD diskləri, cinayət işinin digər materialları ilə tam sübuta yetirilməsi barədə aşağı instansiya məhkəmələrinin gəldiyi nəticə əsaslıdır. Apellyasiya məhkəməsi məhkum edilmiş şəxslərin polislərin təzqiyi altında və diktəsi ilə ibtidai istintaq zamanı məcbur qalıb etirafedici ifadələr verməsi ilə əlaqədar qeyd etmişdir ki, "Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 01 iyun 2022-ci il tarixli qərarı ilə Məhkum1 və Məhkum2 polis əməkdaşları tərəfindən d öyülməsi və sair qanunsuz hərəkətlərə məruz qalması ilə bağlı iddiaları öz təsdiqini tapmamışdır. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cinayət işi üzrə toplanmış sübutlar təqsirləndirilən şəxs Məhkum2 bir qrup şəxs halında Məhkum1 ilə birlikdə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu təsdiq etsə də, istintaq orqanı tərəfindən Məhkum2 Məhkum1 ilə əvvəlcədən razılığa gəlib İran İslam Respublikasının vətəndaşı "Rəhim” adlı şəxsin və qeyrilərinin istintaqa məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdiyi külli miqdarda ümumilikdə təmiz çəkisi 12305,753 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda ümumilikdə təmiz çək isi 3042,269 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 22 avqust 2020-ci il tarixdə Yardımlı rayonu ərazisində yerləşən 15-ci kilometr yol nişanı dirəyinin altından satış məqsədi və tamah niyyəti əldə edən Məhkum1 ilə birlikdə qeyd edilən narkotik vasitə və psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etməsi, saxlaması, daşıması və satışının həyata keçirilməsi ilə bağlı verilmiş ittiham iş üzrə toplanmış sübutlarla təsdiq olunmur. Belə ki, istintaqın ilk mərhələsində polis əməkdaşları tərəfindən saxlanılmış və ifadəsi alınmış Məhkum1 22 avqust 20220-ci il tarixdə İran İslam Respublikasının vətəndaşı "Rəhim” adlı şəxsin və qeyrilərinin istintaqa məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan giz li keçirdiyi külli miqdarda ümumilikdə təmiz çəkisi 12305,753 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda ümumilikdə təmiz çəkisi 3042,269 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 22 avqust 2020-ci il tarixdə Yardımlı rayonu ərazisində yerləşən 15-ci kilometr yol nişanı dirəyinin altından satış məqsədi və tamah niyyəti ilə əldə etdiyi, həmin narkotik vasitəni satış məqsədi ilə özünə məxsus "LADA PRİORA” markalı 50 Bu 500 dövlət qeydiyyat nişanlı avtomaşında saxlayıb, Sumqayıt şəhərinə gətirməsi və bu ərazidə onun satışını həyata keçirməyi planlaşdırdığını bildirsə də, Məhkum2la bu barədə hər hansı sövdələşməsi və razılığının olması barədə hər hansı xüsusat qeyd etməmişdir. İstintaqın bütün mərhələlərində verdiyi ifadələrdə Məhkum1 İran İsl am Respublikasının vətəndaşı olan "Rəhim” adlı şəxsi iki il əvvəl İranda olarkən tanıdığını qeyd etsə də, Məhkum2 "Rəhim” adlı şəxslə hər hansı tanışlığının olması barədə fikir irəli sürməmiş, Rəhimin göstərişi ilə Arifin onunla qrup şəklində narkotik vasitə satacağı barədə razılığı olduğunu bildirməmişdir. Göründüyü kimi, Məhkum1 "Rəhim” adlı şəxsdən 12 kiloqrama yaxın narkotik vasitə heroin və 3 kiloqrama yaxın psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə edəcəyini bildirsə də, bu narkotik vasitələrin hamısını Məhkum2 vasitəçiliyi ilə satacağı və ya onda olan narkotik maddənin miqdarından Məhkum2 məlumatının olduğunu bildirməmişdir. Həmçinin, Məhkum1 sonra polis əməkdaşları tərəfindən saxlanılan təqsirləndirilən şəxs Məhkum2 istintaqın ilkin mərhələsində verdiyi ifadəsində narkot ik vasitənin satışı ilə bağlı Məhkum1 ilə aralarında telefon danışıqlarının olması və bunun müqabilində Məhkum1 pul çatdıracağını bildirsə də, həmin ifadədə Məhkum1 İran İslam Respublikası vətəndaşı "Rəhim” adlı şəxsin göstərişi ilə 12 kiloqram narkotik vasitə heroin və 3 kiloqram psixotrop maddə metamfetamin əldə etməsi və həmin narkotik maddənin onunla birlkidə satışını həyata keçirəcəyi barədə hər hansı məlumat verməmişdir. O, ifadəsində qeyd etmişdir ki, təxminən 2020-ci ilin iyul ayının sonlarında Raminlə danışan zaman ona maddi cəhətdən köməklik etməsini xahiş etmiş, belə olan halda Ramin ona narkotik vasitələrin satışı ilə məşğul olmağı və həmin işlə pul qazanmağı təklif etmiş, maddi vəziyyəti yaxşı olmadığından onunla razılaşmış və Ramin özü ona xəbər edəcəyini demişdir. Həmin vaxt dan bir neçə gün sonra Ramin ona zəng vuraraq Saray qəsəbəsi ərazisindəki konkret olaraq yerini xatırlamadığı yol nişanının altında qara rəngli sellofan torbada 55 qram narkotik vasitə heroin və 55 qram psixotrop maddə metamfetamin qoyulacağını, həmin sellofanları götürməyini bildirmiş, belə olan halda onunla razılaşmışdır. Həmin gün Raminin ona dediyi yerə gedən zaman dirəyin yanında qara sellofanın olduğunu görmüş, narkotik vasitələrdən istifadə etdiyi üçün onları tanımış, bundan sonra sellofanı götürərək dərhal oradan uzaqlaşmış, sellofanın içərisinə nəzər yetirdikdə bir bükümdə narkotik vasitə heroin, bir bükümdə isə psixotrop maddə metamfetamin olduğunu görmüş, sellofanı götürüb yaşadığı evə gələn zaman Ramin yenidən ona zəng vurmuş, ona dediyi sellofanları götürdüyünü bildirmişdir. A ralarında olan razılaşmaya əsasən sellofanda olan maddələri satıb Raminə 2000 (iki min) manat pul verməli olmuş, keçən müddət ərzində öz istifadəsi üçün narkotik vasitə heroinin üzərindən təxminən 3-4 qram götürmüş, həmçinin qiyməti 35 manat olmaqla bir neçə qram metamfetamin, qiyməti 25 manat olmaqla bir neçə qram heroini müxtəlif şəxslərə satmış, lakin həmin şəxslərin kim olmasını xatırlamır. Həmçinin, iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrinin məzmununda təqsirləndirilən şəxslərdə narkotik vasitələrin aşkar edilməsi ilə bağlı xüsusatlar qeyd edilmiş, həmin ifadələrdə Məhkum2 İran İslam Respublikası vətəndaşı olan "Rəhim” adlı şəxslə əlaqəsinin olması barədə hər hansı məlumat əks olunmamışdır. Eyni zamanda, cinayət işinin materillannda olan təqsirləndirilən şəxs lərə məxsus mobil telefonlardan götürülmüş sms yazışmalarının əks olunduğu CD disklərdə İran İslam Respublikasının vətəndaşı olan "Rəhim” adlı şəxsin və qeyrilərinin istintaqa məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdiyi külli miqdarda ümumilikdə təmiz çəkisi 12305,753 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda ümumilikdə təmiz çəkisi 3042,269 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 22 avqust 2020-ci il tarixdə Yardımlı rayonu ərazisində yerləşən 15-ci kilometr yol nişanı dirəyinin altından satış məqsədi və tamah niyyəti ilə əldə edən Məhkum1 həmin narkotik maddəni qrup şəklində digər təqsirləndirilən şəxs Məhkum2 ilə birlikdə satışının həyata keçirilmə si, Məhkum2 İran İslam Respublikası vətəndaşı "Rəhim” adlı şəxslə narkotik maddənin satışı ilə bağlı hər hansı əlaqəsinin olması və sonuncunun göstərişi ilə narkotik vasitələrin qanunsuz dövriyyəsini həyata keçirməsi ilə bağlı hər hansı məlumat qeyd olunmamışdır. Apellyasiya məhkəməsi haqlı olaraq Məhkum2 əməlinin İran İslam Respublikasının vətəndaşı olan "Rəhim” adlı şəxsin və qeyrilərinin istintaqa məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdiyi külli miqdarda ümumilikdə təmiz çəkisi 12305,753 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda ümumilikdə təmiz çəkisi 3042,269 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 22 avqust 2020ci il tarixdə Yardımlı rayonu ə razisində yerləşən 15-ci kilometr yol nişanı dirəyinin altından satış məqsədi və tamah niyyəti ilə əldə edən Məhkum1 ilə birlikdə satışının həyata keçirilməsi kimi qiymətləndirilməsi üçün hüquqi əsasların olmadığı qənaətinə gəlmiş və hesab etmişdir ki, Məhkum2 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham dəyişməsə də, istintaq orqanı tərəfindən ona verilmiş ittihamın həcmi azaldılmalı, Məhkum2 ona görə təqsirli bilinib məhkum edilməlidir ki, o, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Məhkum1 ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə Məhkum1 qanunsuz olaraq əldə etdiyi bir bükümdə olan 45,753 qram narkotik vasitə heroini və və bir bükümdə olan 43,561 qram psixotrop maddə metamfetamini Məhkum2 saxlaması və satışının həyata keçirilməsi üçün vermiş, bundan sonra, 26 avqust 2020-ci il tarixdə Məhkum2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum2 həmin tarixdə saat 20:00-da ünvan 4 ünvanın yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq qeyd olunan Baş İdarəyə gətirilmiş, orada saat 22:00-dan etibarən keçirilən şəxsi axtarış və götürmə zamanı əlində olan ağ rəngli polietilen torbanın içərisindən bir ədəd sellofan bükümdə təmiz çəkisi külli miqdarda 45,753 qram narkotik vasitə ola n heroin, bir ədəd sellofan bükümdə qrupun digər üzvü olan Məhkum1 üzərindən və idarə etdiyi "Lada Priora” markalı 50- BU-500 dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş psixotrop maddə metamfetamin ilə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən ümumi təmiz çəkisi külli miqdarda 43,561 qram olan psixotrop maddə metamfetamin, bir ədəd üzərində narkotik vasitə heroin izləri olan “200g/001g” markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bundan başqa, ibtidai istintaq orqanı tərəfindən Məhkum1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə yanaşı ona ibtidai istintaq orqanı tərəfindən CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə də ittiham verilmişdir ki, o, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və külli miqdarda psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Məhkum2, şəxsiyyəti istintaqla müəyyən edilməmiş İran İslam Respublikasının vətəndaşı “Rəhim” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən “Rəhim” adlı şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsinə və Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmişdir. Cina yət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi məhkəmə baxışı zamanı Məhkum1 Azərbaycan Respublikası CMnin 32.5,206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi təsdiqini tapmaması, ittiham tərəfinin Məhkum1 köməkçi qismində qaçaqmalçılıq cinayətində iştirak etməsini təsdiq edən digər sübutları təqdim etməməsi barədə əsaslı nəticəyə gəlmişdir. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, polis əməkdaşları Şahid4, Şahid6, Şahid5 Məhkum1 yalnız 24 avqust 2020-ci il tarixdə keçirilmiş əməliyyat- axtarış tədbiri ilə əlaqədar tanıdıqlarını, onun narkotik vasitələr əldə etmə, saxlama, daşıma, satma barədə daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirləri keçirildiyini bildirmişlər. Saxlanılan zaman Məhkum1 i ki il əvvəl İran İslam Respublikasında olan zaman "Rəhim” adlı şəxslə tanış olduğunu, Azərbaycana qayıdandan sonra "Rəhim” ona müxtəlif nömrələrdən zəng edərək Azərbaycan Respublikasına narkotik vasitə göndərdiyini və onu satmasını təklif etdiyini bildirmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs Məhkum1 satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroin və metafetamini əldə etdiyi mənbə olan "Rəhim” adlı şəxsin şəxsiyyətini, həmçinin narkotik vasitəni respubilka ərazisinə keçirən şəxsi və yaxud şəxsləri müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan Məhkum1 Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin «Giriş-çıxış və qeydiyyat» İAMASnın «Sərhədkeçməyə məhdudiyyət» sistemi üzrə özünə məxsus C01772811 nömrəli ümumvətəndaş pasportundan istifadə etməklə xx.xx.2019-cu il tarixdə X14 ərazisinə keçməsi, həmin tarixdə geri qayıtması, xx.xx.2019cu il tarixdə İran İslam Respublikası ərazisinə keçməsi və həmin tarixdə geri qayıtması, sonuncu dəfəxx.xx.2019-cu il tarixdə İİR ərazisinə Biləsuvar sərhəd nəzarət-buraxılış məntəqəsindən keçməsi və xx.xx.2019-cu il tarixdə həmin məntəqədən keçməklə Azərbaycan Respublikası ərazisinə qayıtması müəyyən edilmişdir. Məhkum1 sərhəd məntəqəsindən giriş- çıxış edən zaman üzərində narkotik vasitə aşkar edilməmişdir. Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılığı cinayətin obyektiv cəhətini həmin predmetlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi təşkil edir. Baxılan işdə narkotik vasitənin qaçaqmalçılığı cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlər narkotik vasitələrin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Azərbaycan Respublikasına gömrük sərhədindən (İİR-lə Azərbaycan Respublikası arasında olan dövlət sərhədindən) gömrük nəzarətindən gizli keçirilməsindən ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 2 iyun 2016-cı il tarixli 10 saylı qərarında qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağl ı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-in 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdə n yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-in 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-in 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsin də iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-in 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-in 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Həmçinin nəzərə alınmalıdır ki, iki və ya daha çox icraçı tərəfindən qabaqcadan razılaşmadan qrup şəklində qaçaqmalçılığın törədilməsi müəyyən edildikdə, qrup üzvlərinin hər birisinin belə əməlləri cinayətin predmetinə və CM-nin 206.3.1, 206.3.3 və ya 206.3.4-cü maddələrində nəzərdə tutulmuş tövsifedici əlamətlərin olub-olmamasına uyğun olaraq müstəqil şəkildə tövsif edilir.” CM-in 31-ci maddəsi iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılığı nəzərdə tutur. CM-in 32.2-ci maddə sinə əsasən cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. Cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. CM-in 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul v əsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Hazırki cinayət işi üzrə Məhkum1 psixotrop maddə və narkotik vasitələrin saxlanıldığı yer barədə o zaman məlumat verilmişdir ki, artıq narkotik vasitələr qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirilmiş və ittihama əsasən Yardımlı rayonuna çatdırılmışdır. Yəni məhkum edilmiş şəxsin İİR-dan Azərbaycan Respublikasına külli miqdarda narkotik vasitə gətirilməsinə şərait yaratması, onu keçirdiyi yerdə qəbul etməsi və ölkəyə gətirilməsi ilə bağlı kiməsə vədlər verməsi, bu istiqamətdə müəyyən hərəkətlər etməsi, bu məqsədlə kimlərləsə qabaqcadan əlbir olması müəyyən edilməmişdir. Belə ki, Məhkum1 istifadəsində olmuş +*** *******10 saylı mobil telefon nömrəsindən zəng edən və zəng edilən nömrələrin apardıqları telefon danışıqlarının hansı stansiyalardan ötürülməsi barədə anten məlumatlarına baxış zaman sonuncuya məxsus +**********10 saylı mobil telefon nömrəsinin anten dairəsi xx.xx.2020-ci il 06:36-dan xx.xx.2020-ci il saat 09:12-dək aşağıdakı kimi müəyyən edilmişdir: 2020/08/22 06:36:23 Masalli r-nu, Sixlar; 2020/08/22 09:48:21 Masalli r-u Dembelov kendi erazisi 2020/08/22 09:48:23 Masalli r-u Dembelov kendi erazisi; 2020/08/22 09:52:49 Masalli r-nu,Sixlar; 2020/08/22 09:55:25 Masalli r-u Dembelov kendi erazisi; 2020/08/22 17:18:56 Lenkeran rnu,Vilvan; 2020/08/22 17:18:56 Lenkeran r-nu, Vilvan; 2020/08/22 23:16:37 Masalli r-nu, Sixlar; 2020/08/23 03:29:33 Masalli r-u Qeribler; 2020/08/23 07:12:29 Masalli ray., LurenGoyecol kendi; 2020/08/23 07:54:54 Celilabad ray., Privolniy; 2020/08/23 09:12:49 Salyan r-u, Qirxcirag kendi erazisi; 2020/08/23 10:56:52 Abseron ray., Masazir qes. Göründüyü kimi, X15 İslam Respublikası vətəndaşı olan "Rəhim” adlı şəxs tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda ümumilikdə təmiz çəkisi 12305,753 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda ümumilikdə təmiz çəkisi 3042,269 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirdikdən və narkotik vasitə və psixotrop maddəni qoyduğu yer barədə Məhkum1 əvvəlcədən məlumat verdikdən sonra "Rəhim” adlı şəxsin və qeyrilərini n göstərişinə əsasən 22 avqust 2020-ci il tarixdə Yardımlı rayonu ərazisində yerləşən 15-ci kilometr yol nişanı dirəyinin altından satış məqsədi və tamah niyyəti ilə əldə edib saxlaması barədə ittiham verilsə də, iş materiallarına əlavə edilmiş Məhkum1 istifadəsində olan mobil telefon nömrəsinin anten məlumatlarında sonuncunu Yardımlı rayonu ərazisində olması barədə hər hansı məlumat qeyd edilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxs Məhkum1 istifadəsində olan +**********10 saylı mobil telefon nömrəsindən müxtəlif mobil telefon nömrələrinə, habelə əks istiqamətdə müxtəlif vaxtlarda zənglər daxil olduğu, habelə onlar arasında əvvəllərdən olan yazışmaların sms mətnləri əks etdirən məlumatlarda sonuncunun mobil telefon vasitəsi ilə İran İslam Respublikasına məxsus mobil nömrə və ya "Rəh im” adlı şəxslə sms ismarıclar, «Whaatsap» yazışmaları və ya hər hansı zənglər müəyyən edilməmişdir. Aşağı instansiya məhkəmələrində tədqiq edilmiş «telefon danışıqlarına baxış keçirilməsi haqqında» xx.xx.2020-ci il tarixli protokoldan Məhkum1 şəxsi istifadəsində olan +994 ********* saylı mobil telefonu ilə ayrı-ayrı şəxslərlə narkotik vasitələrin satışı ilə bağlı söhbətlər etməsi, həmin söhbətlərdə Məhkum1 narkotik vasitələrin satışı ilə məşğul olması müəyyən edilsə də, onun külli miqdarda narkotik vasitənin gömrük nəzarətindən gizlı İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikası ərazisinə keçirilməsində köməklik etməsi halı öz əksini tapmır. Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol ve rilmir. Cinayət Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Belə olan halda kassasiya protestində qeyd olunanların əksinə olaraq, Məhkum1 qabaqcadan əlbir olan bir qrup şəxs halında psixotrop maddə və narkotik vasitələrini Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizli keçirilməsində köməklik etməsi kimi cinayət əməlinin törədilməsində təqsirli olmasını təsdiq edən sübutlar mövcud deyil, buna görə də ona verilmiş ittihamdan Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2-ci maddəs i üzrə bəraət verilməklə, onun əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Apellyasiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, ittiham tərəfi Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməli törətməsində təqsirli olmasını təsdiq edən mötəbər, əsaslı, şübhə yeri qoymayan, faktlara dair eyni cür təkzibedilməz nəticəyə gəlməyə əsas verən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Bu xüsusda məhkəmə İnsan Hüquqları Avropa Məhkəməsinin (bundan sonra Avropa Məhkəməsi) «Smirnova Rusiya Federasiyasına qarşı» iş üzrə qərarına istinad etməyi zəruri hesab edir. Belə ki, həmin qərarda Avropa Məhkəməsi qeyd etmiş dir ki, ibtidai istitntaq orqanının məhkəməyə təqdim etdiyi sübutlar şəxsin ittiham olunduğu əməldə təqsirli bilinməsinin müəyyən edilməsi üçün deyil, şəxsin məhkəməyə çıxarılması üçün əsas ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cə za təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Ədalət mühakiməsinin təqsirsizlik prezumpsiyası prinsipi (CPM, maddə 21) şəxsin təqsiri Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib ittihamın Məhkum1 32.5, 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi ilə bağlı arqumentlərinin əsassız olması və biri digərini tamam layan mötəbər sübutların məcmusu ilə təsdiq olunmaması barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum1 Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi barədə qənaəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi təqsirliliklə bağlı məsələləri tam araşdırmış, əldə olunan nəticələri düzgün qiymətləndirmiş və əsaslı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsinin işə yanaşması, sübutları qiymətləndirməsi və buna uyğun olaraq müvafiq nəticəyə gəlməsi Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olmuşdur. Kassasiya protestinin dəlilləri qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin hökmünün ləğv edilməsinə əsas vermir. Belə ki, Apellyasiya məhkəməsi cinayət işi üzrə tədqiq olunaraq qiymətləndirilmiş sübutların məcmusu ilə müəyyən etmişdir ki, istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi olan ittihamla bağlı qanunun tələblərinə əməl olunmamış, məhkumun qeyd olunan cinayət əməlində təqsirsizliyinə dəlalət edən dəlillərin təkzib edilməsi üçün mötəbər sübutlar əldə edilməmişdir. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar cıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri q anun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» 12 may 2009cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı ci nayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Sadalananlara münasibətdə məhkəmə kollegiyası Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 oktyabr 2022-ci il tarixli qərarında cinayət işi üzrə məhkəmə istintaqında müəyyən olunan hallar əsasında gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmələri şahidlərin ifadələri, axtarış protokolları, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilməsi, Məhkum1 Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. Göstərilən nəticə kassasiya protestində və kassasiya şikayətlərində iddia olunanların əksinə olaraq apellyasiya instansiya məhkəməsi tərəf indən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, birbiri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkəmə kollegiyası məhkumlara təyin edilmiş cəza ilə bağlı kassasiya protestinin dəlillərinə dair qeyd edir ki: Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-nin 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törə dilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhk əməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdir ilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Apellyasiya məhkəməsi Məhkum2 himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirmiş, onun ilk dəfə cinayət məsuliyətinə cəlb olunmasını nəzərə almışdır. İş üzrə Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi Məhkum1 himayəsində üç azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamələrin cavabından və müvafiq məhkəmə hökmlərinin və qərarlarının surətlərindən görünür ki, Qasımlı X3 rayon məhkəməsinin xx.xx.2017-cil tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 206.2-ci maddələri ilə təqsirli bilinərək 03 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şirva n Apellyasiya Məhkəməsinin xx.xx.2017-cil tarixli qərarı ilə hökm dəyişdirilərək 01 il 06 ay azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, və 08 may 2018-ci ildə cəzanın sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən Məhkum1 məhkumluğu ödənildiyindən və həmin Məcəllənin 83.6-cı maddəsinin "məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir” tələbinə əsasən hazırki iş üzrə Məhkum1 məhkumluğu olmayan şəxs hesab olunmalıdır. İş üzrə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, Məhkum2 bir bükümdə 45,753 qram narkotik vasitə heroini və bir bükümdə 43,561 qram psixotrop maddə metamf etaminin satışını həyata keçirərkən polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış və istintaqa təhvil verilmişdir. Məhkum2 həmin narkotik vasitənin əldə edilməsində hər hansı rolu olmamış, yalnız Məhkum1 təklifi ilə narkotik vasitənin müəyyən bir hissəsinin Sumqayıt şəhəri ərazisində satışının həyata keçirilməsində iştirak etmişdir. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, şəxsiyyəti istintaqla müəyyən edilməmiş İran İslam Respublikasının vətəndaşı "Rəhim” adlı şəxsin naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib daşımaqla göndərdiyi külli miqdarda ümumilikdə təmiz çəkisi 12305,753 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda ümumilikdə təmiz çəkisi 3042,269 qram kustar üsull a hazırlanmış psixotrop maddə metamfetamini 22 avqust 2020-ci il tarixdə satış məqsədi və tamah niyyəti əldə edib daşıyan Məhkum1 cinayətin aktiv icraçısı olduğu, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 11 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyi halda, bir bükümdə 45,753 qram narkotik vasitə heroini və bir bükümdə 43,561 qram psixotrop maddə metamfetaminin satışını həyata keçirən təqsirləndirilən şəxs Məhkum2 eyni maddələrlə 11 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum2 cəza təyin edərkən onun təqsirinin dərəcəsinə, cinayətdəki roluna əhəmiyyət verməmiş, yalnız 45,753 qram narkotik vasitə hero inin və 43,561 qram psixotrop maddə metamfetaminin satış məqsədi ilə ələ edilməsində iştirak edən təqsirləndirilən şəxs Məhkum2 hədddindən artıq sərt cəza təyin etmişdir. Apellyasiya instansiya məhkəməsi də tamamilə düzgün olaraq, Məhkum2 təyin edilmiş cəzanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azaldılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin göstərilən mövqeyini əsaslı sayır və məhkum olunmuş şəxslərə təyin olunmuş cəzanın həddinin ağırlaşdırılmasının islah təsiri baxımından mütənasib saymamaqla qeyd edir ki: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissə sinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır; Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzə rə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxslərə təyin edilən cəza və onun həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ailələrinin həyat şəraitinə təsiri baxımından onların islah olunması məqsədinə cavab verir. Məhkəmə kollegiyası məhkumlara təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının həddinin ağırlaşdırılmasının məqsədəmüvafiq olmadığını qeyd edir və hesab edir ki, kassasiya protestinin bu barədə dəlilləri əsassızdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum edilmiş şəxslər barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsində (bəraətin əsasları) nəzərdə tutulan əsaslar, habelə həmin Məcəllənin 39-cu maddəsində nəzərdə tutulan cinayət təqibini bəraətverici əsaslarla istisna edən hallar müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətlərinin bu barədə dəlilləri heç bir hüquqi əsasa söykənməyən əsassız dəlillərdir. Məhkəmə kollegiyası həmçinin apellyasiya instansiyası məhkəməsinin məhkumlara cəza təyini və Məhkum1 qaçaqmalçılıq cinayəti üzrə təqsirliyinin sübuta yetirilməməsi bağlı gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, kassasiya protestinə və kassasiya şikayətlərinə əsasən apellyasiya instansiyası məhkəməsinin hökmünün ləğv edilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar mövcud deyildir. Göstərilənlərə əsasən, kassasiya protestinin və kassasiya şikayətlərinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 oktyabr 2022-ci il tarixli hökmü qanuni və əsaslı olduğundan, kassasiya protestində və kassasiya şikayətlərində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, hökmün dəyişdirilmədən saxlanı lması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Dövlət ittihamçısı X4 tərəfindən verilmiş kassasiya protesti, Məhkum1 müdafiəçisi Müdafiəçi1 və Məhkum2 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə bəraət verilməsinə, onun həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayə t kollegiyasının 6 oktyabr 2022-ci il tarixli hökmü kassasiya protestinə və kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-702/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-702/2023
31.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver