Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-702/2024 09.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, məhkum X8 müdafiəçisi Şamxalov Tahir Camal oğlunun iştirakları ilə, Sabirabad Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli hökmü ilə X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 oktyabr 2023-cü il tarixli qərarından məhkum X8in müdafiəçisi T.C.Şamxalov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Sabirabad Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli hökmü ilə (sədrlik edən hakim: Allahverdiyev Səlim Məhərrəm oğlu) X16, 19 avqust 1954-cü il tarixdə Ağcabədi rayonunun Ağabəyli kəndində anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, təqaüdçü, ünvan 1 ünvanda yaşayan, CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə t əqsirli bilinərək əsas cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən 24 aprel 2023-cü il tarixdən 26 aprel 2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanılmasının bir günü bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulub hesablanmaqla, 2 (iki) gün müddət ona təyin olunmuş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmış və məhkum olunmuş şəxsin üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan mərhum edilməklə 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cə zası saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, X12 qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə elan edilmiş ittihama görə, o, 30 yanvar 2023-cü il tarixdə saat 20 radələrində Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun Sabirabad rayonu Qalaqayın kəndi ərazisindən keçən hissəsində “B1, B, C1, C, C1E, CE” kateqoriyalı sürücülük vəsiqəsi əsasında ** BH *** qeydiyyat nişanlı “Kamaz 5320” markalı, furqon tipli və ** ZA *** dövlət qeydiyyat nişanlı lokomativ yarımqoşqulu yük avtomobilini hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda icazə veriləndən artıq sürətlə, yəni 66 km/saatdan yüksək sürətlə hərəkət etdirərək «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsini n 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanının) tələblərini pozmuş, nəticədə onun idarə etdiyi avtomobilin ön hissəsi ilə qarşı hərəkət zolağında hərəkətdə olan X3 idarə etdiyi “Mercedes-Benz” markalı ** BV *** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi toqquşmuş, nəticədə o, ehtiyatsızlıqdan X3 sol ön qoltuqaltı xətt üzrə 5-6-7-8-ci qabırğaların qapalı yerdəyişən sınıqları, sınıq proyeksiyasında yumşaq toxumalarda qansızma, sol ağciyərin orta payının və sol ağciyər plevrasının cırılmış yaraları, yara proyeksiyalarında qansızmalar, alın nahiyəsində yara, burnun belində, sol almacıq sümüyü proyeksiyasında, sol çənə bucağı proyeksiyasında, sol qulağın xarici seyvanında, sol çiyin proyeksiyasında, sol dirsək oynağının bayır səthində, sol saidin yuxarı 1/3-də bayır səthdə, sol ön qoltuqaltı xətt üzrə 6-8-ci qabırğa səviyəsində, sol qoltuqaltı xətt üzrə 5-7-ci qabırğa səviyyəsində, sol əlin üst səthində, sol diz oynağınım bayır səthində sıyrıqlar ilə nəticələnən dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri alaraq hadisə yerində ölməsinə, avtomobildə olan digər sərnişin Zərərçəkmiş şəxs isə hər iki əng, almacıq sümüklərinin kompression yerini dəyişən sınıqları, çənənin sağ cisminin yerini dəyişən sınığı, burun sümüklərinin qəlpəli yerini dəyişmiş sınığı, sağdan 2-3-4-cü qabırğaların qövsünün yerini dəyişən sınığı, soldan 1-ci qabırğanın yerini dəyişmiş sınığı, sol kürək sümüyünün sınığı, C7, Th1 fəqərəsinin xətti sınığı, Th4-Th5 fəqərə cisminin ön yuxarı sınığı, sağ dirsək oynağınım çıxığı, sağ göz altı və burnun tinində yaralar ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid bədən xəsarətləri almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Hökmdən məhkum X8un müdafiəçisi T.C.Şamxalov tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Bağırov Məhəmməd Ənvər oğlu (sədrlik edən və məruzəçi), Əliyev Elşad İbiş oğlu və Əhmədov İsmayıl Həmid oğlundan ibarət tərkibdə) 04 oktyabr 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 oktyabr 2023-cü il tarixli qərarından məhkum X8un müdafiəçisi T.C.Şamxalov kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yenidən araşdırılması və hüquqlarını müdafiə etdiyi şəxs barəsində qanuni qərarın qəbul edilməsi üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmasını xahiş edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra maddələrinə, iş üzrə toplanmış və araşdırılmış bəzi sübutlara və qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edərək işin müəyyən edilmiş faktiki hallarını mübahisələndirən müdafiəçi T.C.Şamxalov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən hüquqlarını müdafiə etdiyi şəxs barəsində qəbul edilmiş yekun məhkəmə aktları qanuni və əsaslı deyil və bu aktlar maddi və prosessual qanunvericiliyin tələblərinin pozulması ilə çıxa rılmışdır. İşə baxan Sabirabad Rayon Məhkəməsi işin hallarını tam və hərtərəfli araşdırmamış, sadəcə ekspert tərəfindən verilmiş və tamamilə əsasız olan rəyə əsaslanmaqla heç bir araşdırma aparmadan hökm çıxarmışdır. Belə ki, X8 özünü heç vaxt ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməmiş və bunu məhkəmədə dəfələrlə bildirməsinə baxmayaraq məhkəmə onun ifadələrini təhrif etmişdir. İş materiallarından göründüyü kimi, hadisə məhz X8un idarə etdiyi avtomaşının hərəkət yolunda baş vermiş və həmin avtomaşının qabaq sol tərəfi qarşıdan gələn avtomobilin qabaq sol tərəfi ilə toqquşmuşdur ki, bu da bir daha hadisənin məhz sonuncunun yolunda baş verdiyini təsdiq edir. İstintaq orqanı ittihamda, məhkəmə isə öz hökmündə qeyd edir ki, təxminən 60 metr məsafədə X8 qarşıdan gələn avtomobili gö rmüşdür. Onun qarşıdan gələn avtomobili bir neçə km məsafədən də görməsi mümkündür, lakin bu o, demək deyil ki, o, təhlükəni 60 metr məsafədən görmüşdür. Qarşıdan gələn maşını görməklə təhlükəni görmək təmamailə başqa-başqa hüquqi əhəmiyyət kəsb edən hallardır. İstintaq orqanı X8un izahat və ifadəsini qəsdən təhrif etməklə qarşıdan gələn avtomobilin görünmə məsafəsini təhlükənin görünməsi məsafəsi ilə eyniləşdirmiş və həmçinin sürət həddini artırmaqla hadisə zamanı sağ qalmış sürücünün ekspertiza vasitəsi ilə təqsirli bilinməsinə nail olmuşdur. X8 təhlükəni ancaq 5-6 metr məsafədə görmüş və dərhal əyləci basmış, nəticədə qarşıdan gələn avtomobil onun idarə etdiyi avtomobilin qabaq sol tərəfinə onun yolunda dəymişdir. Məhkəmələrin gəldikləri nəticə isə araşdırılmış sübutlara ziddiyyət təşki l etmişdir ki, bu ziddiyyətlər də ancaq təkrar ekspertizanın keçirilməsi ilə aradan qaldırıla bilər. Şikayət müəllifi həmçinin bildirmişdir ki, ekspert rəyində “həmin maddənin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş” cümləsi tam qanunsuz və əsassızdır və ekspert hər hansı bir səbəbli əlaqəni müəyyən etmək səlahiyyətinə malik deyildir. Əgər belədirsə onda hər-hansı bir məhkəmə istintaqına ehtiyac qalmır və baxılan cinayət işinin hüquqi taleyi əvvəlcədən ekspert tərəfindən həll edilmiş olur. Yuxarıda qeyd olunanlar nəticəsində belə qənaətə gəlmək olar ki, kimin cinayət törətməsini və cinayətin hansı formada və necə törədilməsini istintaq orqanı deyil, ixtisasca mühəndis olan ekspertlər müəyyən edir, yəni müstəntiq onlardan, yəni mühəndislərdən bunu s oruşur və mühəndislər baş vermiş hadisə ilə nəticə arasında olan səbəbli əlaqəni müəyyən etməklə şəxsin əməlində cinayət tərkibinin olub-olmamasını müəyyən edirlər, müstəntiq isə bundan sonra şəxsə ittiham elan edir, nəticədə isə insan taleyini həll edən qərar qəbul edilir, təqsiri olmayan şəxs isə cinayət məsuliyyətinə cəlb olunur. Odur ki, obyektiv həqiqətin üzə çıxarılması məqsədi ilə işin halları təhrif edilmədən təkrar ekspertiza keçirilməlidir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkəmə araşdırmasını qismən istintaqla keçirmiş və X13 təkrar dindirmişdir. X9 tamamilə ziddiyyətli və fərqli ifadə verərək bildirmişdir ki, hadisə baş verən anda öz yollarında olublar, “Mersedes Benz" markalı avtomobil sürücünün tam nəzarətində olub və hadisə ani vaxtda baş vermişdir. Buna baxmayaraq məhkəmə müdafiə tərəfinin təkrar ekspertizanın keçirilməsi ilə əlaqədar verdiyi vəsatəti tam əsassız olaraq təmin etməmiş, obyektiv ədalətin üzə çıxarılmasında maraqlı olmamış, əsas şahid olan X9in ifadəsini təhrif etmişdir. Qeyd olunanlardan görünür ki, birinci instansiya məhkəməsinin hökmü və apellyasiya instansiya məhkəməsinin qərarı X8a münasibətdə kifayət qədər əsaslandırılmamış və onun təqsiri sübuta yetirilməmişdir. İstər ibtidai istintaq orqanı, istərsə də məhkəmələr tərəfindən cinayət qanunvericiliyinin normaları pozulmuş, hüquqlarını müdafiə etdiyi şəxsin təqsiri sübuta yetirilmədiyi halda o şübhələr əsasında məhkum edilmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq müdafiəçi T.C.Şamxalov kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə baxılma sı Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 09 aprel 2024-cü il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin zərərçəkmiş şəxsin hüquqi varisi X21, zərər çəkmiş şəxs X9 və məhkum X8 naməlum səbəblərdən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kolegiyası bununla əlaqədar proses iştirakçılarının rəylərini dinləyib CPMnin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə zərər çəkmiş şəxsin hüquqi varisi X21in, zərərçəkmiş şəxs X9in və məhkum X8un iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, həmin şikayətin əsas dəlilləri ondan ibarətdir ki, X8un ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsi sübuta yetirilməmiş, o, təqsiri sübuta yetirilmədiyi halda əsassız və qanunsuz olaraq məhkum edilmiş, məhkəmələr araşdırılmış sübutlara düzgün hüquqi qiymət verməmiş, yekun məhkəmə aktlarının əsasını isə yolverilməz sübutlar təşkil etmişdir. Bununla da, məhkumun müdafiəçisi T.C.Şamxalov apellyasiya instansiyası məh kəməsi tərəfindən qəbul edilmiş qərarın ləğv edilməli olması haqqında tələblərini CPM-nin 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. CPM-nin 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.3. məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə; 416.1.11. məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda. Odur ki, məhkəmə kollegiyası müdafiəçi T.C.Şamxalovun şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə X8un barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası növbəti dəfə vurğulayır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət q anununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə ə saslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellya siya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan baş qa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26- cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Cinayət mühakimə icraatının təməl prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyası təsbit edilmiş Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsir sizliyini sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edil məsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb eyni zamanda cinayət əməlləri nəticəsində zərər çəkmiş şəxslərin də hüquqlarının təmin edilməsini və onlara qarşı cinayət əməli törətmiş şəxslərin qanunvericilikdə müəyyən edilmiş qaydada təqsirlilikləri sübuta yetirildiyi halda cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində cinayət-hüquqi xarakterli tətbirlərin tətbiq edilməsini nəzərdə tutur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət proses inin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi h allarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyətə malik olan bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. CM-nin 3-cü maddəsində təsbit edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənası na görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-nin 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilmə si və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası Cina yət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan in san davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbə b ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-nin 1.1-ci maddəsi). CPM-nin 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəz ifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-nin 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçılar ı Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə ap arılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-nin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə uyğun olaraq cinayət mühakimə icratında təqsirsizlik prezumpsiyası eyni cür təsbit edilmiş CPM-nin 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə q ərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM -nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair CPM-nin 125.2.1-125.2.10-cu maddələrinin tələblərinə görə, aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; - cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; - cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; - istintaq və ya digər prosessual hərəkətlə rin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; - sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; - məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; - müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. CPM-nin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. CPM-nin 125.7-ci maddəsinin müddalarından görünür ki, cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyrimümkünlüyünü, ha belə onlardan məhdud istifadə edilməsinin mümkünlüyünü prosesi aparan orqan öz təşəbbüsü və ya cinayət prosesi tərəflərinin vəsatəti ilə müəyyən edir. CPM-nin 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsin in baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-nin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-nin 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-nin 349.5-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etd iyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəx sin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-ni n 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda təsvir edilən Qərarlarında ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir haki m bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəm ənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanunamüvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. X8un barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumun hökmdə təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də hökmdən verilmiş apellyasiya şikayətinə qismən məhkəmə istintaqı aparmaqla baxmış və tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara əsasən X8un ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli olmasına dəlalət etməsi və belə qənaətə gəlmək üçün onların kifayət etməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir, işin hallarına və toplanmış və araşdırılmış sübutlara uyğundur və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Əsasən ibtidai araşdırma zamanı keçirilmiş yol-nəqliyyat ekspertizası rəyinin düzgün olmamasına həsr olunmuş kassasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, məhkum X8un təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni hazırki iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X6, zərərçəkmiş şəxs X9, Şahid ifadələri, yol-nəqliyyat 03 mart 2023-cü il tarixli, 8/507 saylı, məhkəmə-tibbi ekspertizasının 30 yanvar 2023-cü il tarixli 06 saylı, 14 fevral 2023-cü il tarixli 86 saylı və 10 mart 2023-cü il tarixli 148 saylı rəyləri ilə, hadisə yerinin müayinə edilməsi və bir sıra digər istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərlə, həmçinin ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci və apellyasiya instansiyası məhkəmələrinin məhkəmə iclaslarında isə tədqiq edilmiş digər sübutlarla tam təsdiq edilir. Həmin sübutlara əsasən məhkəmələrin müəyyən etdikləri işin faktiki halları isə ondan ibarətdir ki, X8 30 yanvar 2023-cü il tarixdə saat 20 radələrində HacıqabulBəhrəmtəpə avtomobil yolunun Sabirabad rayonu Qalaqayın kəndi ərazisindən keçən hissəsində “B1, B, C1, C, C1E, CE” kateqoriyalı sürücülük vəsiqəsi əsasında ** BH *** qeydiyyat nişanlı “Kamaz 5320” markalı, furqon tipli və ** ZA *** dövlət qeydiyyat nişanlı lokomativ yarımqoşqulu yük avtomobilini hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda icazə veriləndən artıq sürətlə, yəni 66 km/saatdan yüksək sürətlə hərəkət etdirərək «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanının) tələblərini pozmuş, nəticədə onun ida rə etdiyi avtomobilin ön hissəsi ilə qarşı hərəkət zolağında hərəkətdə olan X3 idarə etdiyi “Mercedes-Benz” markalı ** BV *** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi toqquşmuş, nəticədə o, ehtiyatsızlıqdan X3 sol ön qoltuqaltı xətt üzrə 5-6-7-8-ci qabırğaların qapalı yerdəyişən sınıqları, sınıq proyeksiyasında yumşaq toxumalarda qansızma, sol ağciyərin orta payının və sol ağciyər plevrasının cırılmış yaraları, yara proyeksiyalarında qansızmalar, alın nahiyəsində yara, burnun belində, sol almacıq sümüyü proyeksiyasında, sol çənə bucağı proyeksiyasında, sol qulağın xarici seyvanında, sol çiyin proyeksiyasında, sol dirsək oynağının bayır səthində, sol saidin yuxarı 1/3-də bayır səthdə, sol ön qoltuqaltı xətt üzrə 6-8-ci qabırğa səviyəsində, sol qoltuqaltı xətt üzrə 5-7-ci qabırğa səvi yyəsində, sol əlin üst səthində, sol diz oynağınım bayır səthində sıyrıqlar ilə nəticələnən dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri alaraq hadisə yerində ölməsinə, avtomobildə olan digər sərnişin Zərərçəkmiş şəxs isə hər iki əng, almacıq sümüklərinin kompression yerini dəyişən sınıqları, çənənin sağ cisminin yerini dəyişən sınığı, burun sümüklərinin qəlpəli yerini dəyişmiş sınığı, sağdan 2-3-4-cü qabırğaların qövsünün yerini dəyişən sınığı, soldan 1-ci qabırğanın yerini dəyişmiş sınığı, sol kürək sümüyünün sınığı, C7, Th1 fəqərəsinin xətti sınığı, Th4-Th5 fəqərə cisminin ön yuxarı sınığı, sağ dirsək oynağınım çıxığı, sağ gözaltı və burnun tinində yaralar ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Kassasiya şikayətində baş vermiş yol-nəqliyyat hadisəsinin məhz sürücü X8un öz yolunda ani anda baş verməsi və sonuncunun bu hadisənin qarşısını almağa texniki imkanının olmaması iddia edilsə də, məhkəmə kollegiyası həmin iddia ilə razılaşmayaraq qeyd edir ki, məhkum olunmuş şəxsin yol hərəkəti qaydalarını pozması və bunun zərərçəkmiş X3ün ehtiyatsızlıqdan ölməsinə, digər zərərçəkmiş şəxs X9in isə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağrı zərər vurmaya aid bədən xəsarətləri almasına səbəb olması istər ibtidai araşdırma orqanının, istərsə də məhkəmələrin subyektiv mülahizələrinə əsasən deyil, məhz obyektiv həqiqəti əks etdirən sübutlar əsasında müəyyən edilmiş və bu zaman cin ayət təqibi aparan orqanların və məhkəmələrin hər hansı qərəzli mövqedə olmaları, digər tərəfdən isə istər ittiham aktının, istərsə də yekun məhkəmə aktlarının əsasını hər hansı qanun pozuntusu ilə, yəni CPMnin 125.2-ci maddəsinin tələbləri pozulmaqla əldə edilmiş sübutların təşkil etməsi iş materialları ilə, yəni araşdırılmış sübutlarla müəyyən edilmir. Halbuki, CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Məhkəmə kollegiyası həmçinin xatırladır ki, CPM-nin 125.2-ci maddəsinin tələblərinə görə, aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; 125.2.3. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; 125.2.4. cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; 125.2.5. cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; 125.2.6. cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; 125.2.7. istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; 125.2.8. sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; 125.2.9. məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; 125.2.10. müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. Yalnız bu halların olması iş materialları ilə müəyyən edil dikdə alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz (CPM-nin 125.3-cü maddəsi). Məhz iş üzrə həqiqətin tam, hərtərəfli və obyektiv müəyyən edilməsi üçün ibtidai araşdırma zamanı müstəntiq tərəfindən şikayət müəllifinin qanunsuz hesab etdiyi məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsi barədə 13 fevral 2023-cü il tarixli qərar qəbul olunmuş, ekspertlərə isə əsaslandırılmış rəy vermələri üçün cinayət işinin materialları təqdim edilmişdir. Təqdim olunmuş bu materiallar əsasında isə ekspertlər tərəfindən qanunsuz və əsassız hesab edilməsi mümkün olmayan 03 mart 2023-cü il tarixli 8/507 saylı rəy verilmişdir və həmin rəyə əsasən:
1. İstintaq tərəfindən təqdi m olunan məlumatlara əsasən “Mercedes Benz” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü X avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü X avtomobili sərxoş vəziyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü X ma ksimum hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 70-80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı) tələblərinə uyğunsuzluq olmuşdur.
2. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Kamaz 5320” markalı, **BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X8 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş və onun “Yol hərəkəti haqqında” Azərbayca n Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, digər sübutların toplanılması və araşdırılması ilə yanaşı bu nəticələrin əsasında duran ekspertiza keçirilərkən də hər hansı bir pozuntuya yol verilməmiş və həmin ekspertizaların nəticələri elmi əsaslandırılmış, digər tərəfdən isə ekspertizanın keçirilməsi zamanı ekspertlərə hər hansı təzyiq və ya təsirin göstərilməsi müəyyən edilməmiş, rəylərin nəticələri həm biri biri ilə, həm də qanuni yolla əldə edilmiş, məhkəmə iclaslarında isə tam, hərətrəfli və obyektiv araşdırılmış başqa sübutlarla uzlaşır. Təsvir edilən rəyin qanunsuz yolla əldə olunmuş sübut kimi qiymətləndirilməsi üçün əsas görməyən məhkəmə kollegiy ası həmçinin ekspertizanın aparılmasına dair CPM-nin XXXV fəslində təsbit edilmiş normaların tələbləri ilə yanaşı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna, habelə Ali Məhkəmənin Plenmunun izah və tövsiyələrinə də nəzər yetirir və hesab edir ki, ekspertizanın təyin olunması və keçirilməsi zamanı bunlara tam əməl olunmuşdur. Belə ki, “Yevgeniya Lazar Ruminyaya qarşı iş üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və istintaqın suallarına cavab verən təkmil rəy ədalətin gücünə inam yarada və inzibati orqanların fəaliyyətinin icrasına kömək edə bilər. Məhkəmə ekspertizasının keçirilməsinin milli rejimi onun səmərəliliyi və etibarlığını müdafiə edən, xüsusilə də ekspertlərə öz rəyini əsaslandırmaq öhdəliyini qoyan yetərli təminatlarla təmin edilməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli Qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən «Yol hərəkəti haqqında» Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərərçəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-ti bbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. Bununla əlaqədar sübutları qiymətləndirərkən məhkəmələr iş üzrə təyin edilmiş ekspertizaların səlahiyyətli ekspertiza idarəsi tərəfindən aparılmasına xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, «Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında» Qanunun 23-cü maddəsinə və qeyd olunan qanunun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2000-ci il, 30 iyul 2001-ci il və 15 oktyabr 2011-ci il tarixli Fərmanlarına əsasən məhkəmə ekspertizası fəaliyyəti səlahiyyətləri hüdudlarında Azərbaycan Respublikasının Ədliyyə və Səhiyyə Nazirliklərinin məhkəmə ekspertiza idarələri tərəfindən həyata keçirilir. Məhkəmələrin diqqəti itidai araşdırma zamanı keçirilmiş ekspertizaların rəylərinin mötəbər, qərəzsiz, oby ektiv və yolnəqliyyat hadisəsinin bütün hallarını kifayət qədər özündə əks etdirən sübutlar əsasında verilməsinə yönəldilsin. Qeyd olunan Qərarda məhkəmələrə həmçinin tövsiyə edilmişdir ki, verilmiş ekspertiza rəylərində ekspertlər qoyulmuş suallara tam cavab vermədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yarandıqda aparılımış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün məhkəmə istintaqı zamanı tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlar əsasında əlavə, ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda isə - təkrar, habelə zərurət yaranarsa komisyon və ya kompleks ekspertizaların keçirilməsini tə min etsinlər. Bu zaman ekspertizanın təyin edilməsi haqqında qərarda ekspertlər qarşısında nəqliyyat vasitəsini idarə etmiş şəxslə yanaşı yol hərəkətinin digər iştirakçılarının da yol hərəkəti qaydalarını pozub-pozmaması və belə pozuntularla baş vermiş nəticələr arasında səbəbli əlaqənin olub-olmaması haqında sualların qoyulması məhkəmələrə tövsiyə edilir. Ekspertlərin qoyulan suallara yalnız səlahiyyətləri çərçivəsində cavab verə bilmələrini nəzərə alaraq, məhkəmələr tərəfindən ekspertizaların təyin olunması haqqında qərarlarda təqsirləndirilən şəxsin təqsirli və ya təqsirsiz olub-olmaması, onun törətdiyi əmələ hüquqi qiymət verilməsi barədə suallar qoyula bilməz. CPM-nin 145-ci maddəsinə əsasən məhkəmələrin iş üzrə qəbul etdikləri yekun məhkəmə aktlarında ibtidai araşdırma zamanı və mə hkəmə iclasında keçirilmiş ekspertizaların rəyləri digər sübutlarla birgə mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. CM-nin 263, 263-1 və ya 351-ci maddələri ilə təqsirləndirilən şəxslər haqqında cinayət işlərinə baxarkən məhkəmələr nəzərə almalıdırlar ki, yol-nəqliyyat hadisəsi ekspertizasının rəyinin başqa sübutlara münasibətdə üçtünlük qüvvəsi yoxdur, yol verilmiş pozuntu ilə baş vermiş hadisə və onun nəticələri arasında səbəbli əlaqənin mövcudluğu, şəxsin yol verdiyi pozuntuya görə cinayət və ya inzibati məsuliyyətə cəlb edilməli olması haqqında nəticə isə yalnız məhkəmə iclasında araşıdırılmış sübutların hüquqi qiymətləndilrməsindən sonra verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutların fövqündə iş üzrə əlavə və ya təkrar yol-nəqliyyat ekspertizasının təyin edilərək keçirilməsi, digər tərəfdən isə keçirilmiş ekspertiza rəyinin şübhə altına alınması və qeyriobyektiv hesab edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, məhkəmələr tamamilə əsaslı olaraq bu haqda müdafiə tərəfinin qaldırdıqları vəsatətini təmin etməmiş və kassasiya şikayətində göstərilənlərin əksinə olaraq məhkəmələrin, xüsusən də birinci instansiya məhkəməsinin bununla bağlı qərarları kifayət qədər əsaslandırılmışdır. Məhkəmə kollegiyasının qənaətinə görə, işə baxan məhkəmələr iş üzrə araşdırılmış sübutları CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş qaydada qiymətləndirib qanuni və əsaslı olaraq X8un CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törəməsi barədə nəticəyə gəlmiş, qəbul etdikləri yekun məhkəmə aktl arında isə yolverilməz sübutlardan istifadə etməmişlər. Məhkəmə kollegiyasının qənaətincə X8un təqsirliliyinin sübuta yetirilməsi və onun əməlinin hüquqi tövsifi ilə bağlı məhkəmələrin gəldikləri nəticələr qanuni və əsaslıdır və həmin nəticələrin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Kassasiya şikayətində məhkum X8a təqsirli bilindiyi CM-nin 263.2-ci maddəsi ilə təyin olunmuş cəzanın həddindən artıq ağır olması mübahisələndirilməsə də, məhkəmə kollegiyası CPM-nin 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq məhkumun barəsində cəza tədbirinin seçilməsi zamanı cinayət qanunu normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsini də yoxlamış və müəyyən etmişdir ki, birinci instansiyası məhkəməsi bu məsələni həll edərkən cəza təyin etmənin şərtləri, prinsipləri, qaydaları və cəzanın məqsədi təsbit edilmiş CM-nin 2, 5, 8, 41, 58, 59 və 61-ci maddələrinin tələblərinə əməl etmiş, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi halları – onun hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq ehtiyatsızlıqdan az ağır cinayət törətməsini, zərərçəkmişin hüquqi varisinin və zərər çəkmiş şəxsin ondan şikayət və tələblərinin olmamasını, təqsirini etiraf etməsini, törətdiyi əməldən peşmançılıq hissi keçirməsini, ürək çatışmazlığı xəstəliyindən əziyyət çəkməsini və yaşını, habelə iş üzrə CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə almış və bu hallara uyğ un olan tam ədalətli və qanuni əsas və əlavə cəzalar təyin etmiş, apellyasiya instansiyası məhkəməsi isə haqlı olaraq bu nəticə ilə razılaşmışdır. Beləliklə, məhkəmə kollegiyası vurğulayır ki, baxılan işdə həm X8a təyin edilmiş cəzaların yüngülləşdirilməsi, əsas cəzanın şərti olaraq tətbiq edilməsi üçün əsaslar, həm də CPM-nin 42-ci maddəsində təsbit edilmiş bəraətin əsasları, eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini tələb edən CPM-nin 416-cı maddəsində göstərilən pozuntulardan hər hansı biri müəyyən edilmir. Buna görə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib məhkumun müdafiəçisi T.C.Şamxalovun kassasiya şikayətinin dəlillərini bir daha nəzərdən keçirərək və bu müraciətin təmin edilməsi barədə sonuncunun, həmin şikayətin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək, kassasiya şikayətinin təmin edilməməsini, X8 CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 oktyabr 2023-cü il tarixli qərarının isə kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni və əsaslı hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D I: Məhkum X8un müdafiəçisi T.C.Şamxalov tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bili nib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 oktyabr 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.