Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-702/2025 12.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası CM-in 263.3-ci maddəsi ilə məhkum edilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegi yasının 2024-cü il 22 may tarixli, 1(107)-278/2024 nömrəli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (X8 (sədrlik edən və məruzəçi) və Bilal Məmmədov və Tural Əfəndizadədən ibarət tərkibdə) 28 mart 2024-cü il tarixli, 1(091)94/2024 nömrəli hökmü ilə, xx xxxxxx 1978-ci ildə Balakən rayonunun Qullar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Balakən Rayon Dövlət X4 manqa komandiri vəzifəsində işləmiş, Balakən rayonunun Gərəkli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaş amış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 4 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsi və cəzaçəkmə müddətinin başlanğıcının şübhəli şəxs qismində tutulduğu 22 noyabr 2023-cü il tarixdən hesablanması, təyin edilmiş 4 (dörd) il müddətinə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəzanın ona təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə müəyyən edilmiş 4 (dörd) il müddətinə şamil edilməsi hökm edilmişdir. Hökmdən zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1 və təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayətləri verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X10 (sədrlik edən və məruzəçi), İmanverdi Şükürov və Xəqani Səmədovdan ibarət tərkibdə) 2024-cü il 22 may tarixli, 1(107)-278/2024 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilmədən, hökm apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Məhkum avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan iki şəxsin sağlamlığına ağır zərər vurulmasına və iki şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Məhkum 25 avqust 2008-ci il tarixdən etiba rən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Balakən Rayon Dövlət X4 manqa komandiri vəzifəsində işlədiyi dövrdə 02 iyul 2023-cü il tarixdə saat 18:10-da nəqliyyat vasitələrini idarə etmək hüququ olmaqla və ayıq vəziyyətdə olmaqla idarə etdiyi «Dacia Logan» markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobillə ŞəkiGiriş avtomobil yolunun Şəki rayonunun ərazisindən keçən 4-cü km-də Şəki şəhəri istiqamətində hərəkətdə olan zaman "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1 -ci hissəsinin 3-cü bəndinin və 50-ci maddəsinin 2-ci hissəsinin 2-ci bəndinin tələblərini, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitəl ərinə və başqa əmlaka zərər vurmamalıdırlar kimi tələblərini pozmaqla və nəqliyyat vasitəsini yaşayış məntəqəsindən kənarda saatda 90 kilometrdən çox olmayan sürətlə hərəkət etdirməli olduğu halda saatda 100 km sürətlə hərəkət etdirərək, cinayətkarcasına özünəgüvənib kifayət qədər əsas olmadan ictimai təhlükəli nəticələrin qarşısının alınacağını güman etməklə ehtiyatsızlıq edib avtomobili yol şəraitinə uyğun olmayan sürətlə idarə edərək avtomobilin idarə olunmaz vəziyyətə düşməklə yoldan çıxmasına səbəb olan təhlükəsizliyi təmin etməyən hərəkətlərə yol vermiş, idarə etdiyi «Dacia Logan» markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobili yoldan çıxararaq yolun sol kənarında yerləşən ağaca vurmuş, nəticədə ehtiyatsızlıqdan avtomobilində olan sərnişinlərdən Zərərçəkmiş şəxs1 qapalı kəllə beyin travması, alın-gicgah nahiyəsinin və sağ göz ətrafı nahiyənin əzilmiş-cırılmış yarası, sağ orbitanın lateral divarının yerini dəyişmiş sınığı, sol bud sümüyünün sınığı, sol mil sümüyünün distal epifizinin sınığı kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almasına, Zərərçəkmiş şəxs2 sol qamış sümüyünün aşağı 1/3-nin açıq, yerini dəyişən çəp sınıqları kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almasına, X7 müştərək travma, qapalı kəllə-beyin travması, kəllə tağı sümüyünün sınığı, baş beynin əzilməsi, beyin qişalarına və maddəsinə qansızma, döş qəfəsinin küt travması, sağ İV-Vİİİ və sol Mİ-Vİİİ qabırğaların yerdəyişən sınıqları, sağ ağ ciyərin cırılmış yarası, qaraciyərin, dalağın cırılmış yaraları, daxili qanaxma, sağ böyrək ətrafı toxumalara qansızma kimi dərəcəsinə görə həyat üçün təhlükə törədərək ölümünə səbəb olduğundan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik xəsarətlər alaraq onlardan ağ ciyərin, qara ciyərin və dalağın cırılmasından baş vermiş daxili qanaxma fonunda qapalı kəllə-beyin travması, baş beynin əzilməsi, beyin qişalarına və maddəsinə qansızma nəticəsində hadisə yerində ölməsinə, X2 başın kəllə qapağı və əsası sümüklərinin sınığı, baş beyin toxumasına və qişalarına qansızma, baş beynin ağır dərəcəli əzilməsi, uzunsov beyinə, beyin kötüyünə, baş beynin yumşaq qişası altına və yan mədəciklərinə qansızma, burun və hər iki almacıq sümüklərinin sınığı, hər iki göz ətrafı nahiyənin hematoması, sifətin sıyrıqları, döş qəfəsinin sağ tərəfinin İİİ, İV və V qabırğalarının yerdəyişən sınığı, sağ budun aşağı 1/3-nin ön səthinin əzilmiş-sıyrılmış yarası, sağ baldırın ön səthinin geniş həcmli dərialtı hematoması, sağ çiyin qurşağının sıyrılmış yaraları kimi xəsarətlər alaraq onlardan kəllə beyin travması, baş beynin ağır dərəcəli əzilməsi, baş beyin maddəsinə və qişalarına qansızma kimi dərəcəsinə görə ölümünə səbəb olduğundan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik xəsarətlərdən hadisə yerində ölməsinə səbəb olan, yəni avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan iki şəxsin sağlamlığına ağır zərər vurulmasına və iki şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞİ: Zərərçəkmiş şəxsin hüquqi varisi kassasiya şikayətini əsaslandıra raq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən Məhkum törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, zərərçəkmiş şəxslə barışmamasını, vurduğu nə maddi, nə də mənəvi zərəri ödəmədiyini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə almamış, ona 7 il müddətə cəza təyin edərək həmin cəzanın məhkum tərəfindən çəkilməsini məqsədə uyğun hesab etmiş, apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmışdır. Bundan başqa, təqsirləndirilən şəxsə cəza təyin edərkən həm birinci instansiya məhkəməsi, həm də birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilənləri nəzərə almamışlar. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən onun yaşadığı ərazi üzrə və xidmət yeri üzrə müsbət səciyyələndirilməsini, əvvəllər məhkum olunmamasını, himayəsində azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, onun əməlində CM-in 61 -ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədiyi qənaətində olmuşdur. Halbuki onun bu cinayət əməli nəticəsində mən qapalı kəllə beyin travması, alıngicgah nahiyəsinin və sağ göz ətrafı nahiyənin əzilmiş-cırılmış yarası, sağ orbitanın lateral divarının yerini dəyişmiş sınığı, sol bud sümüyünün sınığı, sol mil sümüyünün distal epifizinin sınığı kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər, Zərərçəkmiş şəxs2 sol qamış sümüyü nün aşağı 1/3-nin açıq, yerini dəyişən çəp sınıqları kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər, X9 müştərək travma, qapalı kəllə-beyin travması, kəllə tağı sümüyünün sınığı, baş beynin əzilməsi, beyin qişalarına və maddəsinə qansızma, döş qəfəsinin küt travması, sağ İV-Vİİİ və sol lll-Vİİİ qabırğaların yerdəyişən sınıqları, sağ ağ ciyərin cırılmış yarası, qaraciyərin, dalağın cırılmış yaraları, daxili qanaxma, sağ böyrək ətrafı toxumalara qansızma kimi dərəcəsinə görə həyat üçün təhlükə törədərək ölümünə səbəb olduğundan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik xəsarətlər alaraq onlardan ağ ciyərin, qara ciyərin və dalağın cırılmasından baş vermiş daxili qanaxma fonunda qapalı kəllə-beyin travması, baş beynin əzilməsi, beyin qişala rına və maddəsinə qansızma nəticəsində hadisə yerində ölmüş, azyaşlı övladım X3 başın kəllə qapağı və əsası sümüklərinin sınığı, baş beyin toxumasına və qişalarına qansızma, baş beynin ağır dərəcəli əzilməsi, uzunsov beyinə, beyin kötüyünə, baş beynin yumşaq qişası altına və yan mədəciklərinə qansızma, burun və hər iki almacıq sümüklərinin sınığı, hər iki göz ətrafı nahiyənin hematoması, sifətin sıyrıqları, döş qəfəsinin sağ tərəfinin İİİ, İV və V qabırğalarının yerdəyişən sınığı, sağ budun aşağı 1/3-nin ön səthinin əzilmiş-sıyrılmış yarası, sağ baldırın ön səthinin geniş həcmli dərialtı hematoması, sağ çiyin qurşağının sıyrılmış yaraları kimi xəsarətlər alaraq onlardan kəllə beyin travması, baş beynin ağır dərəcəli əzilməsi, baş beyin maddəsinə qişalarına qansızma kimi dərəcəsinə görə ö lümünə səbəb olduğundan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik xəsarətlərdən hadisə yerində ölməsinə səbəb olan, yəni avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan iki şəxsin sağlamlığına ağır zərər vurulmasına və iki şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə yalnız 2-3 arayışla və onun himayəsində azyaşlı uşağının olması əsası ilə ona 1 nəfərin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törədən şəxsə verilən cəzanı vermişdir. Təəssüflər olsun ki, Apellyasiya instansiyası da birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi Şəki Apellyasiya Məhkəməsinin 22 may 2024-cu il tarixli 1(107)-278/2024 saylı qərarının ləğv edilməsi və cinayət işinin baxılması üçün Şəki Apellyasiya Məhkəm əsinə yeni məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin olunmamasını və Məhkum CM-in 263.3-ci maddəsi ilə məhkum edilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 22 may tarixli qərarının dəyişdimədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası mə hkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instans iyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1 kassasiya şikayətində məhkuma təyin edilmiş cəzanın yüngüllüyünü mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apel lyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istən ilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəti cəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, ittiham tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya m əhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmuyu əsasında qiymətləndirilmiş və məhkuma onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilk dərəcəsinə uyğun cəza təyin edilməsi qənaətinə gəlinmişdir. Məhkəmə kollegiyası ittiham tərəfinin kassasiya şikayətinin dəlilləri əsasında məhkuma təyin edilmiş cəzanın növünü və həddini müzakirə edərək belə qənaətə gəlir ki, məhkuma, onun təqsirli bilindiyi maddənin sanksiyası həddində real cəza təyin edilmişdir. Məhkəmə kollegiyası ittiham tərəfinin kassasiya şikayətinin dəlilləri əsasında məhkuma təyin edilmiş cəzanın ağırlaşdırılması üçün heç bir qanuni əsas tapa bilmir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məh kuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halın olmaması nəzərə alınmaqla onun təqsirli bilindiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1 kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxs in hüquqi varisi Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Ağır Cinayətlər Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 1(091)-94/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 22 may tarixli, 1(107)-278/2024 nömrəli qərarı zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1 kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-702/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-702/2025
12.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver