Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-703/2019 23.04.2019 ALİ MƏHKƏMƏ İş № 1(102)703-19 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ 23 aprel 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, Samirə Cavid qızı Nəsibovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2 iştirakı ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1 0 iyul 2018-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 avqust 2018-ci il tarixli qərarından Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2018-ci il tarixli hökmü ilə (hakimlər: X6 (sədrlik edən) X9 və X4 ibarət tərkibdə) Məhkum – xx xxxx 1986-cı il tarixdə Tərtər rayonunun *********** kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Goranboy rayonu **************** küçəsində qeydiyyatda olan Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini tö rətməkdə təqsirli bilinib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, iş üzrə mülki iddia maddi qismən təmin edilərək Məhkum maddi ziyanla əlaqədar 5100 (beş min yüz) manat, mənəvi ziyanla əlaqədar isə 1.000 (bir min) manat pul alınaraq Zərərçəkmiş şəxs verilməsi hökm edilmişdir. İşin halları: Hökmə əsasən Məhkum 01 fevral 2018-ci il tarixdə saat 15 radələrində Goranboy rayonu, ************************ yerləşən “Qaqalar” marketə gedib, orada Zərərçəkmiş şəxs və “C6” ləqəbli M6 rastlaşıb salamlaşaraq M6 da bir böyük kimi söhbətlərinə qulaq asıb qiymət verməsi üçün mağazanın anbar hissəsinə dəvət etmiş, anbarda o, Zərərçəkmiş şəxs E6 yanında arxasınca danışmasının səbəbi ilə maraqlandıqda, Zərərçəkmiş şəxs i lkin olaraq onun dalınca danışmadığını, sonradan isə nə danısdığını, anasına, bacısına, yoxsa var-yoxuna söydüyünü ondan soruşmuş, o da Zərərçəkmiş şəxs bu cür söyənin anasına, bacısına, arvadına və var-yoxuna nalayiq hərəkətlər edəcəyini bildirdikdə aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranmışdır. Mübahisə zamanı Zərərçəkmiş şəxs onun sol çiynindən yumruqla vurub geriyə itələdiyi üçün ayağı həmin vaxt yerdə yığılan boş karton qutulara ilişib kürəyi üstə yerə yıxılmış, Zərərçəkmiş şəxs də onun üstünə yıxılmış və yumruqla onun çiyin nahiyələrindən vurmuşdur. Həmin vaxt o, boş karton qutuların üstündən yerə düşmüş bıçağı sağ əli ilə götürüb Zərərçəkmiş şəxs döş qəfəsinin sol tərəfindən qəsdən vuraraq həmin nahiyənin kəsilmiş-deşilmiş yaralanması ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarət yetirmiş, lakin Zərərçəkmiş şəxs onun üstündən qalxmadığı üçün daha bir dəfə qarın nahiyəsindən qəsdən vuraraq qarının sol tərəfinin daxilə keçən kəsilmiş-deşilmiş yaralanması nəticəsində böyük piyliyin eventerasiyası, nazik bağırsağın zədələnərək kəsilmiş-deşilmiş yaralanması, xarici qanaxma, hemorolgik, travmatik şok ilə nəticələnən, yetirilən anda zərərçəkmiş Sakir Verdiyevin həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Hökmdən müdafiəçi və zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X3 (sədrlik edən və məruzəçi), X10 və X1 ibarət tərkibdə) 30 avqust 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilmədən, hökm dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 avqust 2018-ci il tarixli qərarından Müdafiəçi1 kassasiya şikayəti verərək məhkumun barəsində CM-nin 62-ci maddəsinin tətbiq edilərək təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının azaldılaraq həmin cəzanın şərti hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiyaşikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən CPM-nin tələblərini, İnsan Hüquqları Haqqında Avropa Konvensiyasının tələblərini kobud şəkildə pozmuş ədalət mühakiməsini həyata keçirərək ədalətli qərar qəbul etmək əvəzinə apellyasiya şikayətində irəli sürülmüş dəlilləri araşdırmamış və nəticəd ə apellyasiya şikayətini təmin etməmişdir. Məhkəmə Məhkum cəza təyin edərkən CM-nin 8, 41, 58-ci maddələrini sadalasa da məhkumun barəsində ədalətli cəza təyin etməmiş, Məhkum həddindən artıq ağır azadlıqdan məhrum etmə növündə cəza təyin etmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsi Cinayət Məcəlləsinin cəzanın təyin edilməsinin ümumi əsaslanın təyin edən 58-ci maddəsinin tələblərinə lazımınca əməl etməmiş cəza təyin edərkən onun şəxsiyyətini və barəsinə olan yüngülləşdirici halları kifayət qədər nəzərə almamışdır. Məhkum məsuliyyətini yüngülləşdirən kifayət qədər hallar olsa da məhkəmə onları nəzərə almamışdır. İş üzrə toplanmış sübutlarla müəyyən edilir ki, hadisə zərərçəkmiş şəxsin qanunsuz hərəkətləri nəticəsində baş vermişdir ki, bu da ki, CM-nin 59.1.3-cü maddəsinə görə məsuliyyəti yüng ülləşdirən haldır. Bundan başqa,Məhkum özü hüquq mühafizə orqanları tərəfindən axtarılmasını eşidib, könüllü Azərbaycana qayıdaraq özünü hüquq mühafizə orqanlarına təhvil vermişdir ki, bu da məsuliyyəti yüngülləşdirən hal kimi məhkəmə tərəfindən nəzərə alınmalı idi. Məhkum törətdiyi cinayət əməlini etiraf edir və əməlinə görə səmimi peşmandır, əvvəllər məhkum olunmayıb, zərərçəkmiş şəxslə barışmağa cəhd göstərib, müsbət xarakterizə olunur. Birinci instansiya məhkəməsi qanunun tələblərinə formal yanaşmış, məhkumun şəxsiyyətini xarakterizə edən məlumatları lazımınca qiymətləndirmədən, onun barəsində məsuliyyəti yüngülləşdirən halların kifayət qədər artıq olmasını nəzərə almadan ona 4 il azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Halbuki, məhkəmə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı, habelə məsuliyyətini yüngülləşdirən digər halları müstəsna hal hesab edərək CM-nin 62-ci maddəsini tətbiq edə bilərdi. Bundan başqa, törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Məhkum barəsində olan yüngülləşdirici halları, təyin ediləcək cəzanın onun islah olunmasına təsirim nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün sayılmalı və onun barəsində həmçinin CM-nin 70-ci maddəsini tətbiq etməklə təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini məqsədəmüvafiq bilinməlidir. Eyni zamanda, məhkəmə mülki iddianı təmin edərkən haqlı olmamışdır. Belə ki, məhkəmənin maddi ziyanla bağlı istinad etdiyi zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilən qəbzlərin nə əsli n ə də ki, təsdiq edilmiş sürətləri işə əlavə edilməmiş, yalnız onların təsdiq edilməmiş sürətləri təqdim edilmişdir ki, bu da müdafiə tərəfinin həmin qəbzləri araşdırıb onlara münasibət bildirmək hüququndan məhrum etmişdir. Məhkəmənin adı çəkilən qəbzləri sübut növü kimi qəbul etməsi həm CPM-nin həm də Mülki Prosessual Məcəllənin tələblərinə ziddir. Qeyd olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 avqust 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsəl ələr: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Ci nayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Kassasiya şikayətində məhkumun cinayət əməlinin hüquqi tövsifi mübahisələndirilməmişdir. Kassasiya şikayətinin dəlilləri məhkuma təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədədir. Müdafiəçi hesab etmişdir ki, cinayət zərərçəkmiş şəxsin qanunsuz hərəkətləri nəticəsində baş vermişdir, Məhkum özü hüquq mühafizə orqanları tərəfindən axtarılmasını eşidib, könüllü Azərbaycana qayıdaraq özünü hüquq mühafizə orqanlarına təhvil vermişdir, törətdiyi cinayət əməlini etiraf edir və əməlinə görə səmimi peşmandır, əvvəllər məhkum olunmayıb, zərərçəkmiş şəxslə barışmağa cəhd göstərib, müsbət xarakterizə olunur. Məhkəmə cəza təyin edərkən bu halları nəzərə almamışdır. Birinci instansiya məhkəməsinin hökmündən müəyyən edilir ki, məhkəmə Məhkum ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, səmimi etirafını, əməlindən peşman olmasını, zərər çəkmiş şəxslə barışığa cəhd etməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirmiş, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Eyni zamanda məhkəmə, Məhkum törətdiyi cinayət əməlinin xarakterinivə ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab etmişdir ki, təqsirləndirilən ş əxsə ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Gəncə Ağır Cinayətlər Məhkəməsi sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuş Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilindiyi Məhkum 4 il müddətində azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Bu cəza müddəti Azərbaycan Respublikası CM-nin 60-cı maddəsində nəzərdə tutulmuş qaydaların tətbiqini nəzərdə tutan cəzanı yüngülləşdirən halların mövcudluğu halında təyin edilməsi nəzərdə tutulmuş hədlərdən də aşağı həddədir. Cinayət işinin materiallarından müəyyən edilir ki, Məhkum barəsində 23.02.2018-ci il tarixdə Goranboy RPŞ-nin İB tərəfindən axtarış elan e dilmiş, barəsində həbs qətimkan tədbiri qəbul edilmiş, axtarış işi açılmış və 11 mart 2018-ci il tarixdə keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində o, “Şıxlı” sərhəd nəzarət məntəqəsini keçərkən saxlanılmışdır. Göstərilən hal düzgün olaraq birinci instansiya məhkəməsi tərəfindən könüllü gəlmə kimi qiymətləndirilməmişdir. Bundan başqa cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətləri nəticəsində baş verməsi də cinayət işinin materiallarına uyğun hesab edilmir. Göstərilənlərə əsasən cəza təyin edilərkən cəzanı yüngülləşdirən halların nəzərə alınmaması və məhkuma ağır cəza təyin edilməsi barədə kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Məhkumun barəsində Azərbaycan Respublikası CM-nin 62-ci və 70-ci madələrinin tətbiqi barədə apellyasiya şikayətinin dəlil lərinə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası tərəfindən qanunauyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin bu barədə gəldiyi nəticələr ilə razılaşır və ona görə də kassasiya şikayətinin bu barədə dəlillərini də əsassız hesab edir. Birinci instansiya məhkəməsi iclasında mülki iddianı təsdiq edən sübutlar barədə müdafiə tərəfi hər hansı mövqe və etiraz bildirməmişdir. Azərbaycan Respublikası CPM-nin 135.3-cü maddəsinə əsasən ittiham üzrə sübut kimi sənədlərin əsli və ya əslinə bərabər surəti istifadə edilməlidir. Cinayət prosesində sənədlərin surətindən istifadə olunmasına tərəflərin razılığı ilə icazə verilir. Bu qanunun mənası baxımından mülki iddianı təsdiq edən sübutların mötəbərsizliyi barədə kassasiya şikayətinin dəlilləri əsassı z hesab edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi və cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 avqust 2018-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum edilməsi barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 avqust 2018-ci il tarixli qərarı, müdafiəçinin kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın. Sədrlik edən: Fərhad Kərimov Hakimlər: Gülzar Rzayeva İmran Hacıqayıbov
Məhkəmə qərarları › İş №1(102)-703/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-703/2019
23.04.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver