Məhkəmə qərarları › İş №1(102)-703/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-703/2020

27.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-703/2020 27.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib-İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas X18, Məhkum və müdafiəçisi-vəkil Həsənov Əbil Yadulla oğlunun iştirakları ilə, Bakı Şəhəri Xəzər Rayon Məhkəmə sinin xx xxxx 2018-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli hökmündən Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və məhkumun müdafiəçisi-vəkil Həsənov Əbil Yadulla oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə (hakim:Ə.S.Qəhrəmanov) Məhkum- xx xxxxxx 1972-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263. 2-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəlinin xx xxxxxx 2017-ci il tarixdən hesablanması hökm edilmişdir. Mülki iddia qismən təmin edilmişdir. İşin halları: Məhkum ittiham elan edilmişdir ki, idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozmaqla ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş və yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Belə ki, Məhkum xx xxxxxx 2017-ci il tarixdə saat 18:03-də etibarnamə ilə idarə etdiyi texniki cəhətdən saz olan «Vaz-2101» markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Buzovna-Şüvəlan yolu ilə Şüvəlan qəsəbəsi istiqamətində 60 km/saat sürətlə hərəkətdə olarkən Buzovna-Şüvəlan yolunun 1-ci kilometrliyində “Nar” marketin yaxınlığında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməli, manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmadan hərəkət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunlara əməl etməmişdir. Mövcud şəraitdə yolun kənarınd a olan piyada X11 avtomobilinin qabaq hissəsi ilə vurub ehtiyatsızlıqdan ona həyat üçün təhlükəli olan, sağlamlığa ağır dərəcəli zərərvuran bədən xəsarətləri yetirərək zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqla yol hərəkəti qaydalarını pozmuş, daha sonra «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə zidd olaraq zərərçəkmiş şəxsə yardım göstərmədən yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmündən verilmiş apellyasiya şikayətlərinə və apelyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: N.E.Məmmədov (sədrlik edən və məruzəçi), Ə.N.Bayramov və Ə.İ.Qasımovdan ibarət tərkibdə) xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Məhkum və müdafiəçisinin apellyasiya şikayəti təmin edilməmiş, zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayəti qismən təmin edilmiş və apelyasiya protesti təmin edilmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ləğv edilmiş, Məhkum CM-in 263.2-ci mddəsi ilə 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 264-cü maddəsi ilə 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.2 və 66.4-cü maddələrinə əsasən qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti və məhkumun müdafiəçisi-vəkil Həsənov Əbil Yadulla oğlu kassasiya şikayətinə əlavə vermişdir. Kassasiya şikayətinin və ona əlavənin dəlilləri: Məhkum kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il hökmündən narazı olduğunu bildirərək həmin hökmün ləğv edilməsini və cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Məhkumun müdafiəçisi-vəkil Həsənov Əbil Yadulla oğlu verdiyi kassasiya şikayətinə əlavədə qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin hökmündə və apelyasiya instansiyasının hökmündə təqsirləndirilən Məhkum elan olunmuş ittihamın əsasına sübut kimi təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələrini və ekspertiza rəylərini qoymuşdur. Lakin məhkəmə iclasında həmin sübutlar həm ayrıayrılıqda, həm də məcmusu üzrə yoxlanılıb təhlil edildikdə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2, 264-cü maddələrində nəzərdə tutulan cinayət hadisəsini törətməsi təsdiq edilməmişdir. Müdafiə tərəfi olaraq hesab edirəm ki, apellyasiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən cinayət işinin materialları obyektiv araşdırılmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında göstərdiyi dəlilləri ətraflı yoxlamadan onun yol nəqliyyat hadisəsi törətməsi haqda nəticəyə gəlmişdir. Halbuki, onun məhkəmə iclasında irəli sürdüyü dəlilləri məhkəmə iclasında araşdırılmış sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə yol nəqliy yat hadisələri ekspertizasının, məhkəmə tibb espertizasının rəyləri hadisənin necə baş verməsini, hadisənin hansı şəraitdə baş verməsini tam, dəqiq ətraflı deyə bilməmiş, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinə istinad etməmiş, həmin vaxtı təhlükəsiz kamerasına baxış keçirilməmiş, telefon danışıqları çıxarılmamış, TTYS-na sorğular verilməmiş, demək olar ki, heç bir sübuta əsaslanmamışdır. Hesab edirəm ki, ekspertizanın təyin edilməsi və aparılması zamanı hüquqlarını müdafiə etdiyim Məhkum müdafiə hüquqları pozulmuş, onun ümumiyyətlə nə ekspertizanın təyin edilməsindən, nə də ekspertizanın keçirilməsindən xəbəri olmamışdır. Həmçinin bildirmək istəyirəm ki, Məhkum hadisə yerinin müayinəsi zamanı iştirak etmədiyindən işin istintaqı bir tərəfli qaydada aparılmış, tərtib edilmiş proto kol və hadisə yerinin sxemi həqiqəti əks etdirmir. Belə ki, nə protokolda nə də cədvəldə hadisənin baş verdiyi yer, yəni hadisənin necə baş verməsi müəyyən edilməmişdir. Bu baxımdanda əlavə olaraq iş üzrə istintaq eksperimeti keçirilməli, hadisə yeri bərpa olunmalı, təqsirləndirilən şəxs hadisə yerinə çıxarılmaqla hadisə yeri təkrar müayinə olunmaqla hadisə yerinin sxemi və hadisə yerinin foto şəkilləri çəkilməklə, hadisə baş verən yolun işıqlandırılıb işıqlandırılmaması müəyyən edilməklə, hadisə yerinin ətrafında olan təhlükəsizlik kameralarından görüntülər əldə edilməklə hadisəni görmüş şahidlərin yenidən dindirilməsi, TTYS-nın həkimləri şahid qismində dindirilməsi, şahidlərin təqsirlədirilən şəxslərlə üzləşdirilməsini təmin edilməklə bu hallara hüquqi qiymət verilməlidir. Müdafiə tərəfi kimi hesab edirəm, ki. məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının «19» dekabr 2017-ci tarixli rəyi hadisənin necə baş verməsini, hadisənin hansı şəraitdə baş verməsini tam, dəqiq, ətraflı deyə bilməmiş, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinə istinad etməmiş, həmin vaxtı təhlükəsiz kamerasına baxış keçirilməmiş, demək olar ki, heç bir sübuta əsaslanmamış, onun əsaslandığı sübutlar isə qeyri möhtəbər sübutlardır. Məhkum qəza törətdikdən sonra hadisə barəsində polis orqanlarına xəbər vermədən və xəsarət alana köməklik göstərmədən hadisə yerindən getdiyinə görə onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin İV hissəsinin tələblərinə uyğunsuzluq olması haqda nəticəyə gəlməsini ümumiyyətlə əsaslandıra bilməmişdir. Ekspertizanın təsv iri əsaslandırıcı hissəsi ilə nəticəvi hissəsi arasında kifayət qədər ziddiyətlər vardır. Halbuki, məhkəmə iclasında dindirilmiş şahidlər ifadələrində göstərmişlər ki, Məhkum polis əməkdaşına və təcili yardıma zəng etmiş və özü barədə və hadisə barədə məlumatlar vermişdir. Şahidlər istər istintaq müddətində, istərsədə məhkəmə iclasında verdikləri ifadələrdə bunu təsdiq etmişlər. Birinci instansiya məhkəməsi Məhkum əməlində Cinayət Məcəlləsinin 264-cü maddəsinin tərkibinin olmaması qənaətinə gəlsə də, onun barəsində Cinayət Məcəlləsinin 236.2-ci maddəsi ilə ittiham hökmü çıxarmışdır. Lakin məhkəməmə cinayət işinin materiallarında təqsirləndirilən şəxsin gətirdiyi dəlilləri, nə də ki, məhkəmə istintaqı zamanı gətirdiyi dəlilləri, yuxarıda sadaladığım halları ətraflı yoxlamadan, heç bir möhtə bər sübutlara əsaslanmadan barəsində ittiham hökmü çıxarmışdır. Bakı Apelyasiya Məhkəməsi isə ümumiyyətlə heç bir araşdırma aparmadan, sübutları yoxlamadan, Məhkum barəsində həm əsasız, həm də qanunsuz hökm çıxarmışdır. Həmin hökmdə göstərilmişdir ki, guya Məhkum hadisəni törətdikdən sonra hadisə yerinin tərk etmişdir, zərərcəkmişə belə yaxınlaşmamışdır. Lakin şahidlər X12, X8 istər ibtidai istintaq dövründə, istərsə də məhkəmə istintaqı müddətində ifadələrində göstərmişlər ki, yol polis işçiləri qəflətən Məhkum idarə etdiyi avtomobilin qarşısına çıxmış, x2 sıxaraq onu saxlatdırmaq istəmişdir. Bu zaman x2 polis əməkdaşlarının avtomobilini vurmamaq üçün tormozu basıb avtomobili saxlamaq istəmiş və avtomobili düzəldən zaman piyadanı vurmuşdur. x2 dərhal piyadanın yanına qaçmış və “Allah sizə lənət eləsin xalxın uşağını vurdum” demişdir. x2 vurduğu piyadanı qucağına götürmüş, X5 Yardıma və polisə zəng edib hadisə barədə məlumat vermişdir. İstər birinci instansiya məhkəməsinin, istərsə də apelyasiya məhkəməsinin hökmləri heç bir möhtəbər sübutlara əsaslanmadan çıxarılmışdır. Qeyd olunanları nəzərə alaraq Məhkum Azərbaycan Respublikası CM-nin 263.2, 264-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2018-cü il tarixli hökmünü və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli hökmünü ləğv edərək, onun barəsində cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin tə min edilməsi barədə məhkumun və müdafiəçisinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və y a apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Kassasiya şikayətinə əlavədə müdafiəçi göstərmişdir ki, məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının, məhkəmə tibb espertizasının rəyləri hadisənin necə baş verməsini, hadisənin hansı şəraitdə baş verməsini tam, dəqiq ətraflı deyə bilməmiş, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinə istinad etməmiş, həmin vaxtı təhlükəsiz kamerasına baxış keçirilməmiş, telefon danışıqları çıxarılmamış, TTYS-na sorğular verilməmiş, demək olar ki, heç bir sübuta əsaslanmamışdır. Hesab edirəm ki, ekspertizanın təyin edilməsi və aparılması zamanı hüquqlarını müdafiə etdiyim Məhkum müdafiə hüquqları pozulmuş, onun ümumiyyətlə nə ekspertizanın təyin edilməsindən, nə də ekspertizanın keçirilməsindən xəbəri olmamışdır. xx.xx.2017-ci il tarixli məhkəmə-tibb ekspertizası təyin edilməsi barədə qərarla Məhkum müdafiəçisinin iştirakı ilə xx xxxxxx 2017-ci il tarixdə tanış edilmişlər. Həmin qərara hər hansı etiraz və vəsatətlərinin olmaması barədə qeyd etməklə protokolu imzalamışlar. Məhkəmə-avtotexniki ekspertiza təyin edilməsi barədə xx xxxxxx 2017-ci il tarixli qərarla elə həmin gün Məhkum öz müdafiəçisinin iştirakı ilə həmin qərarla da tanış olmuş və eynilə həmin qərara da hər hansı etiraz və vəsatətlərinin olmaması barədə qeyd etməklə protokolu imzalamışlar. Məhkəmə-tibb ekspertizasının xx xxxxxx 2017-ci il tarixli rəyi və məhkəməavtotexniki ekspertizasının xx xxxxxx 2017-ci il tarixli rəyi ilə təqsirləndirilən şəxs Məhkum öz müdafiəçisinin iştirakı ilə tanış edilməsi barədə tərtib edilmiş xx xxxxxx 2017-ci il tarixli protokoldan müəyyən edilir ki, hər iki protokola etiraz və vəsatətləri yoxdur qeyd edilməklə həm təqsirləndirilən şəxs, həm də müdafiəçisi protokolu imzalamışlar. Kassasiya şikayətində göstərilmişdir ki, Məhkum hadisə yerinin müayinəsi zamanı iştirak etmədiyindən işin istintaqı bir tərəfli qaydada aparılmış, tərtib edilmiş protokol və hadisə yerinin sx emi həqiqəti əks etdirmir. Belə ki, nə protokolda nə də cədvəldə hadisənin baş verdiyi yer, yəni hadisənin necə baş verməsi müəyyən edilməmişdir. Həqiqətən Məhkum hadisə yerində olmadığından, hadisə yerini tərk edib getdiyindən hadisə yerinə baxış keçirilməsində iştirak etməmişdir. Hadisə yerinə baxış hal şahidlərinin iştirakı ilə keçirilmişdir. Bununla yanaşı sonradan Məhkum ifadəsinin yerində yoxlanması keçirilmişdir. İfadənin yerində yoxlanması protokolundan müəyyən edilir ki, həmin prosessual hərəkətin icra edilməsi zamanı müəyyən edilmiş hallar, hadisə yerinə baxış keçirilməsi zamanı müəyyən edilmiş hallardan fərqlənmir. Cinayət işinin ibtidai istintaqı müddətində və cinayət işinin materialları ilə tanış etmə protokolunda Məhkum Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə özün ü təqsirli bilməsə də hadisə yerinə baxış keşirilməsi ictintaq hərəkətinə dair, eləcə də hadisənin baş verdiyi yer barədə protokola hər hansı etiraz bildirməmişdir. Ona görə də bu barədə də kassasiya şikayətinin dəlilləri əsassız hesab edilərək təmin edilməməlidir. Kassasiya şikayətində göstərilmişdir ki, məhkəmə iclasında dindirilmiş şahidlər ifadələrində göstərmişlər ki, Məhkum polis əməkdaşına və təcili yardıma zəng etmiş və özü barədə və hadisə barədə məlumatlar vermişdir. Şahidlər istər istintaq müddətində, istərsə də məhkəmə iclasında verdikləri ifadələrdə bunu təsdiq etmişlər. Birinci instansiya məhkəməsi Məhkum əməlində Cinayət Məcəlləsinin 264-cü maddəsinin tərkibinin olmaması qənaətinə gəlsə də, onun barəsində Cinayət Məcəlləsinin 236.2-ci maddəsi ilə ittiham hökmü çıxarmışdır. L akin məhkəmə nə cinayət işinin materiallarında təqsirləndirilən şəxsin gətirdiyi dəlilləri, nə də ki, məhkəmə istintaqı zamanı gətirdiyi dəlilləri, yuxarıda sadaladığım halları ətraflı yoxlamadan, heç bir möhtəbər sübutlara əsaslanmadan barəsində ittiham hökmü çıxarmışdır. Bakı Apelyasiya Məhkəməsi isə ümumiyyətlə heç bir araşdırma aparmadan, sübutları yoxlamadan, Məhkum barəsində həm əsasız, həm də qanunsuz hökm çıxarmışdır. Həmin hökmdə göstərilmişdir ki, guya Məhkum hadisəni törətdikdən sonra hadisə yerini tərk etmişdir, zərərçəkmişə belə yaxınlaşmamışdır. Lakin şahidlər X12, X8 istər ibtidai istintaq dövründə və istərsə də məhkəmə istintaqı müddətində ifadələrində göstərmişlər ki, yol polisi avtomobili qəflətən Məhkum idarə etdiyi avtomobilin qarşısına çıxmış, x2 sıxaraq onu saxlatdırm aq istəmişdir. Bu zaman x2 polis əməkdaşlarının avtomobilini vurmamaq üçün tormozu basıb avtomobili saxlamaq istəmiş və avtomobili düzəldən zaman piyadanı vurmuşdur. x2 dərhal piyadanın yanına qaçmış və “Allah sizə lənət eləsin xalxın uşağını vurdum” demişdir. x2 vurduğu piyadanı qucağına götürmüş, X25 Yardıma və polisə zəng edib hadisə barədə məlumat vermişdir. İstər birinci instansiya məhkəməsinin və istərsə də apelyasiya məhkəməsinin hökmləri heç bir möhtəbər sübutlara əsaslanmadan çıxarılmışdır. Cinayət işinin materiallarında olan yol-nəqliyyat hadisələri ekspertizasının xx xxxxxx 2017-ci il tarixli rəyindən müəyyən edilmişdir ki, sürücü Məhkum hadisədən sonra zərərçəkmiş şəxsə yardım göstərmədən və müvafiq orqanlara məlumat vermədən hadisə yerindən qaçdığından onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci madəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair 10 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İV hissəsi yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsinin sürücüsünün üzərinə bir sıra vəzifələr, o cümlədən nəqliyyat vasitəsini yerindən tərpətməmək, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməmək, zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görmək, “Təcili tibbi yardım” maşını çağırmaq, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda, onu yaxınlıqdakı tibbi müəssisəyə aparmaq, orada şəxsiyyətini təsdiq edən sənədi təqdim etmək, sonra hadisə yerinə qayıtmaq, başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmaq, zərər çəkənləri öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etmək və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görmək, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) xəbər vermək, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmaq və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ə məkdaşlarının gəlməsini gözləmək, habelə hadisəni müəyyən olunmuş qaydada sənədləşdirmək üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına gəlmək vəzifələri qoyur. “Yol hərəkəti haqqında” Qanunun qeyd olunan müddəaları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq-hüquqi aktlarla da üst-üstə düşür. Belə ki, Azərbaycan Respublikası xx xxxxx 1997-ci il tarixli Qanunla x xxxxxx 1968-ci il tarixdə Vyanada imzalanmış “Yol hərəkəti haqqında” Beynəlxalq Konvensiyaya heç bir qeyd-şərt göstərmədən qoşulmuşdur. Həmin Konvensiyanın qəbul edilməsi ilə razılığa gələn tərəflər beynəlxalq yol hərəkətini sadələşdirmək və yollarda eyni növ hərəkət qaydalarını qəbul etməklə təhlükəsizliyi artırmaq niyyəti ilə üzərlərinə müəyyən öhdəliklər götürmüşlər. Həmin qərarın nəticə hissəsində qərara alınmışdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin mənasına görə yol-nəqliyyat hadisəsi törətmiş şəxs hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə çatdırmaq öhdəliyi daşıyır. Bu öhdəliyə riayət etməklə nəqliyyat vasitəsini idarə edən şəxsin yol-nəqliyyat hadisəsi yerini hər hansı bir səbəbdən tərk etməsi, o cümlədən zərərçəkmiş şəxsi tibb müəssisəsinə aparması hadisə yerindən qaçma kimi qiymətləndirilə bilməz. Cinayət işinin materiallarında olan Bakı Şəhər Xəzər rayon prokuroru vəzifəsini icra edən ədliyyə müşaviri x26 cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi barədə xx xxxxxx 2017-ci il tarixli qərarından müəyyən edilir ki, cinayət işi üzrə Bakı şəhəri BPİ-nin Dövlət Yol Polisi idarəsin ə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının yol-patrul xidmətinin inspektoru X9 və Bakı şəhəri BPİ-nin Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının yol-patrul xidmətinin inspektoru X3 əməllərində cinayət tərkibi müəyyən edilmədiyindən onların barələrində cinayət təqibinə hissəvi xitam veilmişdir. Həmin qərarın əsaslandırıcı hissəsində göstərilmişdir ki, BMW markalı AZ ** YP *** dövlət qeydiyyat nişanlı patrul avtomobilində quraşdırılmış videogörüntülər əks olunan bir ədəd diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, BMW markalı AZ ** YP *** dövlət qeydiyyat nişanlı patrul avtomobili saat 18:00-da Maştağa-Buzovna yolu ilə hərəkət edərkən Zaqulba şossesinə daxil olur. Yol patrul avtomobili öz hərəkətini davam etdirərək saat 18:02-də Buzovna-Şüvəla n yoluna daxil olur, soldan birinci hərəkət zolağı ilə hərəkət edərək, həmin yolda soldan ikinci hərəkət zolağı ilə hərəkət edən VAZ-2101 markalı **-FT*** dövlət qeydiyyat nişanlı avtomobili yandan ötüb keçdikdən sonra sağda yerləşən ikinci hərəkət zolağına daxil olur, bundan sonra qarşıda maneənin, yəni traktorun işığını görüb birinci hərəkət zolağına yenidən qayıdır. Bundan sonra BMW markalı AZ ** YP *** dövlət qeydiyyat nişanlı patrul avtomobili öz xidmətini dislokasiya üzrə davam etdirmişdir. Diskə baxış keçirilərkən müəyyən edilmiş hallar yol-patrul xidmətinin əməkdaşları X9 və X3 ifadələri ilə uyğunluq təşkil etmişdir. Yol-patrul xidmətinin əməkdaşları X9 və X3 barələrində cinayət təqibinə xitam verilməsi barədə qərardan şikayət verilməmiş və həmin qərar qanuni qüvvəsindədir. Həmin q ərarla həm də Məhkum ifadəsində göstərdiyi xx.xx.2017-ci il tarixdə saat 18:00 radələrində idarə etdiyi VAZ-2101 markalı **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Buzovna- Şüvəlan yolunda hərəkət edən zaman sol tərəfində hərəkət edən yol-patrul xidmətinin BMW markalı AZ 99YP317 dövlət qeydiyyat nişanlı patrul avtomobilinin heç bir saxlama nişanı vermədən avtomobilini sağa tərəfə verməklə onu torpaq yola, yəni öz yolunda sağ hərəkət zolağına çıxarması barədə dəlili təkzib edilmişdir. Azərbaycan Respublikası CPM-nin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin dig ər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. X1 və X4 ifadələrində göstərdikləri Məhkum hadisə zamanı vurduğu piyadanı qucağına götürməsi, Təcili Tibbi Yardıma və polisə zəng edib hadisə barədə məlumat verməsi barədə ifadələri, hadisə yerində olmuş və zərərçəkmiş şəxsə ilkin yardın göstərmiş şahid x2 və zərərçəkmiş şəxsin hüquqi varisi X10 ifadələri ilə təkzib olunur və onun hərəkətləri “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İV hissəsində təsbit olunmuş tələblərə və Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair 10 aprel 2012-ci il tarixli qərarında şərh edilmiş yol-nəqliyyat hadisəsi törətmiş şəxs hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə çatdırmaq öhdəliyinə cavab vermir. Ona görə də bu barədə kassasiya şikayətinin dəlilləri əsassız hesab edilir. Apelyasiya instansiyası məhkəməsi kassasiya şikayətində göstərilən dəlillərlə eyni məzmunlu məhkumun və müdafiəçisinin apellyasiya şikayətlərinin dəlillərini cinayət işinin materialları üzrə yoxlayaraq təkzib olunduğundan təmin etməmiş, kassasiya protestini tam və zərərçəkmiş şəxsin hüquqi varisini kassasiya şikayətini qismən təmin etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. Məhkum cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə əməl edilmiş və cəzanın məqsədi barədə CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş tələblərə uyğun cəza təyin edilmişdir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət v ə cinayətprosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin və ona əlavənin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kass asiya şikayəti və məhkumun müdafiəçisi-vəkil Həsənov Əbil Yadulla oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əlavə təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli hökmü kassasiya şikayətinə və ona əlavəyə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar