Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-703/2023 03.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3 və bəraət verilmiş Məhkum iştirakları ilə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 25 iyul 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət M əcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 oktyabr 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X8 (sədrlik edən), X10 (məruzəçi) və X4 ibarət tərkibdə) 25 iyul 2022-ci il tarixli hökmü ilə xx.xx.1992-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri Corat qəsəbəsi, Sülh küçəsi ev 114-də qeydiyyatda olub Sumqayıt şəhəri, Corat qəsəbəsi ev 349-da yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə b əraət verilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, dərhal azad olunmuşdur. Bəraət alması ilə əlaqədar cinayət təqibi zamanı onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində həbs qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah olunmuş, həmçinin iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Ağayev Rəşadət Əhməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X6 və X1 ibarət tərkibdə) 13 oktyabr 2022-ci il tarixli qərarı ilə Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət iş i üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 1(124)-50/2022 saylı hökmü apellyasiya protestinə əsasən dəyişdirilmədən saxlanılmış, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin olunmamışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihama əsasən Məhkum miqdarda 02 ayrı-ayrı bükümlərdə ümumi təmiz çəkiləri 707,806 qram narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2021 -ci il tarixdə saat 23:10-da Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən «Corat» abidəsinin yaxınlığında Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən saxlanılaraq, Sumqayıt ŞPİ-yə gətirilmiş və orada üzərinə şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödə kçənin sağ yan cibindən bir ədəd qırmızı rəngli üzərində «Tutku» sözləri yazılan şirniyyat sellofan paketin içərisindən 01ədəd şəffaf rəngli sellofana bükülmüş təmiz çəkisi 17,806 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, xx.xx.2021-ci il tarixdə saat 01:20-də onun yaşadığı ünvan 1 ünvanda keçirilmiş baxış zamanı evin yataq otağının sol tərəfində yerləşən dolabda olan seyf qabın içərisindən şəffaf rəngli sellofana bükülmüş təmiz çəkisi 690 qram olmaqla ümumi təmiz çəkiləri 707,806 qram olan eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, səthlərində heroin izləri olan 01 ədəd 8x5,5 sm ölçüdə gümüşü rəngli elektron tərəzi və 01 ədəd folqa kəsiyi aşkar olunaraq, götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Protest müəllifi qeyd edir ki, hər iki məhkə mə instansiyası Məhkum CM-in 234.4.3cü maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi və cinayət hadisəsi olmamasına görə bəraət verməsi ilə əlaqədar gəldikləri nəticələri əsaslandırmağa çalışarkən göstərmişlər ki, ibtidai istintaq orqanının təqdim etdiyi sübutlar təqsirləndirilən şəxsin təqsirliliyini sübuta yetirmir. Məhkum ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən sərbəst ifadə vermiş, bütün qeyd edilən dindirmələrdə təqsirləndirilən şəxsin müdafiə hüququ qorunub saxlanılmış, müdafiəçi ilə təmin edilmiş və sərbəst ifadə vermiş, baş vermiş cinayəti sərbəst formada təsdiq etmişdir. Lakin məhkəmələr təqsirləndirilən şəxsin bu ifadələrini sübut kimi qəbul etməmiş, lakin həmin sübutların mötəbərsizliyinin nədən ibarət olmasını qəbul etmiş olduqları məh kəmə aktlarında əsaslandırmamışlar. Şahid ifadələrinə əsasən müəyyən olunur ki, həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı ifadə vermiş şahidlər Məhkum üzərindən və yaşadığı evdən narkotik vasitə heroin aşkar olunduğunu göstərmişlər. Şahidlərin ifadələri arasında heç bir ziddiyyyət olmamışdır.Habelə, təqsirləndirilən şəxsin üzərindən narkotik vasitə aşkar edilməsi digər sübutlarla da təsdiq edilmişdir. Məhkəmələrin “baxış keçirilməsi haqqında" protokolda qeyd olunan halların videogörüntü ilə təsdiq olunmaması səbəbindən həmin protokolun mötəbər sübut hesab olunmaması barədə gəldiyi qənaətləri də düzgün olmamışdır. Belə ki, qeyd olunan protokoldan görünür ki, təqsirləndirilən şəxs Məhkum müdafiəçisi ilə birlikdə baxışda iştirak etmiş, narkotik vasitəni polis əməkdaşların a özü təqdim etmiş, protoklun düzgünlüyünü öz imzası ilə təsdiq etmişdir. Məhkəmə nəzarəti qaydasında həm keçirilmiş əməliyyat-axtarış tədbirinin qanuniliyi, həm də qətimkan tədbiri məsələsinə baxarkən şəxsin tutulmasının əsaslılığı və qanuniliyi məhkəmə tərəfindən yoxlanılmışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş şahid ifadələrindən görünür ki, Məhkum qanunvericiliyin tələblərinə uyğun saxlanılmış, ona qarşı hər hansı qanunsuzluğa yol verilməsi halları aşkar edilməmişdir. Həmçinin, məhkəmə istintaqı zamanı şahid ifadələrinin sübut kimi mötəbərliyi şübhə doğurmamış və həmin sübutlar törədilmiş cinayəti təsdiq etmişlər. Məhkum saxlanılması, tutulması, üzərində şəxsi axtarış və götürmə aparılması tam qanuni aparılmış, ona qarşı qanunsuzluğun olması nə ibtidai istintaq zamanı, nə də m əhkəmə zamanı öz təsdiqini tapmamışdır. Bundan əlavə, Məhkum ifşa olunması ilə bağlı Sumqayıt ŞPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili Şahid2 tərəfindən qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 11 may 2021 -ci il tarixli qərarın qanuniliyinin və əsaslılığının məhkəmə nəzarəti qaydasında yoxlanılması təmin olunmadığına görə həmin əməliyyat-axtarış tədbiri nəticəsində əldə edilmiş materialların Məhkum ittiham olunduğu cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum olunmasına sübut kimi qəbul oluna bilməməsi barədə məhkəmələrin gəldiyi nəticə də düzgün deyildir. Məhkum Sumqayıt şəhər Polis İdarəsinə aparılarkən tam sağlam olması, onun bədənində aşkar edilmiş “sol ayağın aşıq-baldır oynağının baldır hissəsinin, sol gicgah nahiyəsinin, hər iki əlin üst hiss əsinin yumşaq toxumalarınının şişkinlik fonunda əziyi və sıyrığın”dan ibarət xəsarətlərin Sumqayıt şəhər Polis İdarəsində almasının ehtimal olunması və buna görə də Məhkum ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən özünə qarşı alınmış ifadələrin zorakılıq, işgəncə və digər qeyriinsani, ləyaqəti alçaldan hərəkətlərin tətbiqi edilməsi ilə alınması və buna görə də həmin ifadələrin ona qarşı ittihamı təsdiq edən sübutlar kimi qəbul edilə bilməməsi barədə də məhkəmələrin gəldiyi qənaət düzgün olmamışdır. Belə ki, həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılarkən Məhkum polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və ya psixi təzyiqlərin olması barədə heç nə bildirməmişdir. İş materiallarında olan Sumqayıt şəhər prokurorluğunun müstəntiqi, İ İ dərəcəli hüquqşünas Pərvin Ocaqverdiyev tərəfindən qəbul edilmiş 22 noyabr 2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Məhkum polis əməkdaşları tərəfindən döyülməsi, qeyri-insani rəftara, təsir və təzyiqlərə, fiziki zorakılığa məruz qalması, şərəf və ləyaqətinin alçaldılmağı ilə bağlı göstərdikləri öz təsdiqini tapmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar Məhkum müdafiəçisinin şikayətinə əsasən məhkəmə nəzarəti qaydasında ləğv edilmiş və toplanmış material yenidən araşdırma aparılması üçün Sumqayıt şəhər prokurorluğuna göndərilmişdir. 01 iyul 2022-ci il tarixli qərarla toplanmış material üzrə yenidən Sumqayıt şəhər prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas Pərvin Ocaqverdiyev tərəfi ndən cinayət işinin başlanması rədd edilmişdir. Göründüyü kimi, məhkəmələr Məhkum polis əməkdaşları tərəfindən döyülməsi, qeyri-insani rəftara, təsir və təzyiqlərə, fiziki zorakılığa məruz qalmasını istisna edən 01 iyul 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qüvvədə olan qərarın olmasına baxmayaraq, əsassız olaraq Məhkum ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən özünə qarşı alınmış ifadələrin ona qarşı ittihamı təsdiq edən sübutlar kimi qəbul edilə bilməməsi qənaətinə gəlmişlər. Hesab edir ki, ibtidai istintaq zamanı toplanmış və məhkəmə istintaqı zamanı məhkəməyə təqdim edilmiş sübutlar öz mötəbərliyini qorumuş, onların həqiqiliyinə və doğruluğuna heç bir xələl gəlməmişdir. Məhkəmə kollegiyasının subyektiv hüquqşünas və faktlara düzgün olmayan yanaşması əsassız bəraət hökmü ilə nəticələnmişdir. Kassasiya protestində Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 oktyabr 2022-ci il tarixli qərarının ləğv olunması və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin olunması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin dəlillərini müzakirə edərək, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçının, kassasiya protestinin təmin edilməməsi barədə bəraət almış şəxsin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara g örə kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində Məhkum Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsi mübahisələndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya protestinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması h üququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzr ə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, o nun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Apellyasiya məhkəmə kollegiyası həm ittihamın əsasını təşkil edən sübutlara, həm də müdafiə tərəfinin təqdim etdiyi sübutları təhlil edib, mənsubiyyəti, mümkünlüyü və mənbəyinin mötəbərliyi baxımından qiymətləndirib ayrı-ayrılıqda hüquqi qiymət verərək belə bir nəticəyə gəlmişdir ki, işə baxan birinci instansiya məhkəməsi cinayət təqibi orqanı tərəfindən Məhkum ittiham verilməsi üçün qəbul edilmiş və məhkəmədə tədqiq olunmuş sübutları tədqiq edib həmin sübutlara düzgün huquqi qiymət vermiş və iş üzrə dindirilmiş şahidlərin ifadələrini törədilmiş cinayət hadisəsinin sat ış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik maddəni əldə etmə, saxlama və daşıma cinayətinin (CM-nin 234.4.3-cü maddəsi) baş verməsini təsdiq edən sübutlar kimi qəbul etməmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin həmin mövqeyinə dair aşağıdakıları qeyd edir: Aşağı instansiyası məhkəməsində tədqiq edilmiş sübutlardan və cinayət işi üzrə müəyyən edilmiş hallardan görünür ki, istintaq orqanının Məhkum qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittihamın irəli sürülməsində istinad etdiyi və əsas sübut kimi təqdim etməyə çalışdığı sənədlər "Şəxsi axtarış keçirilməsi haqqında” və "Baxış keçirilməsi haqqında” 12 may 2021-ci il tarixli protokollar olmuşdur. Həmin istintaq hərəkətlərinin gedişatı videoçəkilişlə aparılması qeyd edils ə də, "Şəxsi axtarış keçirilməsi haqqında” protokolun video görüntülərin əks olunduğu "DVD” formatlı disk cinayət işinin materiallarına əlavə olunmuş, lakin "Baxış keçirilməsi haqqında” protokolun videogörüntülərinin müəyyən edilməməsi barədə təhqiqatçı tərəfindən cinayət işinin materiallarına xx.xx.2021-ci il tarixli protokol əlavə edilmişdir. "Şəxsi axtarış keçirilməsi haqqında” protokolda əks olunan halların yoxlanılması məqsədi ilə qeyd olunan videogörüntüdən müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs Məhkum üzərində gözlə görünən sol gicgah nahiyəsində qançır xəsarəti müəyyən olunur. Videogörüntünün davamında Məhkum "Tutku” sözləri yazılan şirniyyat sellofan paketin içərisindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş qəhvəyi rəngli maddəni polis əməkdaşlarına təqdim edir, həmin mad də elektron tərəzidə çəkildikdən sonra protokolun yazılması və həmin maddənin qablaşdırılması üçün çəkiliş dayandırılır. Beləliklə müəyyən olunur ki, istintaq hərəkətini aparan təhqiqatçı həmin narkotik vasitəni prosessual qaydalara uyğun qablaşdırmamış, bununla da Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 245.8-ci maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Qeyd olunan maddənin tələblərinə əsasən axtarış və ya götürmə zamanı götürülmüş bütün əşya və sənədlər istintaq hərəkətinin iştirakçılarına təqdim edilir, onların müvafiq olaraq miqdarı, ölçüsü, çəkisi, hansı materialdan hazırlanması və digər xüsusi əlamətləri göstərilməklə ətraflı təsvir edilir, əşyalar və sənədlər qablaşdırılır, zərurət olduqda isə müstəntiq tərəfindən möhürlənir. Birinci instansiya məhkəməsi müə yyən etmişdir ki, ”Şəxsi axtarış keçirilməsi” və "Baxış keçirilməsi haqqında” protokollara əsasən Məhkum üzərinə 11 may 2021-ci il tarixdə saat 23:53-dən 23:59-a dək şəxsi axtarış keçirilmiş, 12 may 2021-ci il tarixdə isə saat 00:28-dən saat 00:39-dək yaşadığı evə baxış keçirilmiş, "Şəxsi axtarış keçirilməsi” ilə əlaqədar protokol saat 01:00-dan 01:15-dək, "Baxış keçirilməsi isə əlaqədar” protokol isə saat 01:20-dən 01:50-dək tərtib olunmuşdur. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, videogörüntüyə əsasən Məhkum üzərindən aşkar olunmuş narkotik vasitə aşkar olunduqdan 1 saat sonra qablaşdırılması, həmin müddət ərzində aşkar olunmuş narkotik vasitənin harada və necə saxlanması barədə cinayət işində heç bir qeydin olmaması ilə əlaqədar apellyasiya instansiyası məhkəməsi haqlı olaraq maddi sübutun prosessual qaydada qablaşdırılmadan götürülməsi onun götürülməsindən sonra və ekspertə təqdim edilməsindən əvvəl çəkisinin və tərkibinin dəyişdirilə bilməsinə əsaslı şübhələr yaratması və bu şübhələrin də təqsirsizlik prezumpsiyasına uyğun olaraq təqsirləndirilən şəxsin xeyrinə həll edilməli olması barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Belə ki, baxış keçirilməsi haqqında protokolda qeyd olunan hallar nə videogörüntülərlə, nə də ki, hal şahidlərinin iştirakı ilə təsdiq olunmadığından, polis əməkdaşlarının ifadələri isə digər sübutlarla təsdiq olunmadığı halda qərəzsiz və mötəbər sübut kimi qiymətləndirilə bilmədiyindən aşağı instansiya məhkəmələri haqlı olaraq "Şəxsi axtarış keçirilməsi haqqında” və "Baxış keçirilməsi haqqında” 12 may 2021-c i il tarixli protokollar mötəbər sübut kimi qəbul edilməməklə, hüquqi qüvvəsi olmayan sübutlar hesab etmişdir. Azərbaycan Respublikasının CPM-in 246.3-cü maddəsinin tələblərinə əsasən Axtarış və ya götürmə zamanı azı 2 (iki) hal şahidi iştirak etmədikdə videoçəkilişdən istifadə məcburidir. CPM-nin 236.4-cü maddəsinin tələblərinə görə isə hadisə yerinin baxışı zamanı azı 2 (iki) hal şahidi iştirak etmədikdə videoçəkilişdən istifadə məcburidir. "Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı "İnsan hüquqları və X5 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası "İnsan hüquqlarının və X5 haqqı nda” Avropa Konvensiyasının iştirakçısı olan və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Həmin Qərarın 2-ci bəndində göstərilir ki, insan hüquqlarının və əsas azadlıqların pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Kobiaşvili Gürcüstana qarşı işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 14 mart 201 9-cu ul tarixli qərarında məhkəmə qeyd etmişdir ki, "...ərizəçinin şəxsi axtarışının nəticələri ona qarşı cinayət işinin başlanmasına və məhkəmə icraatında ittiham olunmasına səbəb olan təməl nöqtəsidir. Ərizəçinin şəxsi axtarışına dair sonrakı polis protokolu, həmçinin axtarış aparan iki polis əməkdaşının və axtarışda iştirakı iddia edilən iki şahidin ifadələri ərizəçinin hökmünün əsasına qoyulmuşdur. Beləliklə, ərizəçinin şəxsi axtarışı onun ittiham hökmünü əsaslandıran sübutun əldə edilməsini təmin edən istintaq tədbiridir. Müzakirə edilən şəxsi axtarışın aparılması üsulu və sonradan onun nəticələrinin ərizəçiyə qarşı istifadə edilməsi üsulu məhkəmə prosesinin bütövlükdə ədalətliliyinə təsir edir...”. Daha sonra həmin qərarda təqsirləndirilən şəxsin əleyhinə ifadə vermiş polis əməkdaşla rının ifadələrinin mötəbərliyi barədə göstərilmişdir ki, "...polis əməkdaşlarına gəldikdə Avropa Məhkəməsi qeyd edir ki, onlar ərizəçiyə qarşı cinayət təqibinin təşəbbüskarları idilər, cinayət təqibinin təşəbbüskarı olan orqanın əməkdaşları idilər və ona görə də onlar ərizəçiyə qarşı cinayət təqibinin nəticələrində maraqlı idilər. Onların maraqlılığı xüsusilə ərizəçinin narkotik maddənin onun cibinə polislər tərəfindən atıldığını iddia etdiyini nəzərə alaraq daha aydın görünürdü. Buna baxmayaraq onların ifadələri məhkəmələr tərəfindən avtomatik olaraq etibarlı sübut kimi qəbul edilmişdir. Bundan fərqli olaraq ərizəçinin dostlarının ifadələri subyektiv mülahizə xarakterli, şübhə doğuran ifadələr kimi rədd edilmişdir. Məhkəmə qeyd edir ki, polis əməkdaşlarının ifadələri ərizəçinin məhkəmə qərarı olmadan şəxsi axtarışına dair qərarı ilə ziddiyyət təşkil edirdi. Bu hal da yerli məhkəmələr tərəfindən nəzərə alınmamışdır...”. Cinayət işinin materialları ilə həmçinin müəyyən olunmuşdur ki, Məhkum Sumqayıt şəhər Polis İdarəsinə aparılarkən tam sağlam olmuş, sonradan bədənində aşkar edilmiş "sol ayağın aşıq-baldır oynağının baldır hissəsinin, sol gicgah nahiyəsinin, hər iki əlin üst hissəsinin yumşaq toxumalarınının şişkinlik fonunda əziyi və sıyrığın”dan ibarət xəsarətləri Sumqayıt şəhər Polis İdarəsində alması ehtimal olunur. Bu hal isə Məhkum ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən özünə qarşı alınmış ifadələrin zorakılıq, işgəncə və digər qəddar, qeyri-insani, ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə alınmasını istisna etmədiyi ndən məhkəmələrin həmin ifadələrin ona elan edilmiş ittihamı təsdiq edən sübutlar kimi qəbul edilə bilməməsi barədə mövqeyi əsaslıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri haqlı olaraq şəxsin cinayət işinin materiallarına əsasən üzərində olmayan elektron tərəzinin şəxsi axtarış zamanı üzərində aşkar olunmasını ifadələrində etiraf etməsi həmin ifadələrin zor tətbiq edilməsi ilə alınmasının təzahürü kimi qiymətləndirmişdir. Belə ki, Azərbaycan Respublikasının CPM-in 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Məhkəmə kollegiyası Məhkum ibtidai istintaq zamanı özünə qarşı verdiyi etirafedici ifadələrinə bir daha münasibət bildirərək qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikasının CPM-in 20.1-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. Bu baxımdan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvericiliyə uyğun mövqe formalaşmışdır. Belə ki, Dikmə Türkiyəyə qarşı 11 iyul 2000ci il tarixli Məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar edilən etirafların cinayət işi üzrə sonrakı icraatda müdafiə persp ektivləri üçün hər hansı həlledici nəticələr doğurmur. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin etirafedici ifadəsi bir sübut növü kimi digər sübutlardan heç bir üstün hüququna malik olmadığı üçün iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz və apellyasiya instansiya məhkəməsi buna dair düzgün qənaətə gəlmişdir. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələri haqlı olaraq Sumqayıt ŞPİ-nin ÇAŞ-ın əməliyyat müvəkkili baş əməliyyat müvəkkili Şahid2 və əməliyyat müvəkkili Şahid1, Sumqayıt ŞPİ-nin CAŞ-ın kiçik inspektoru Şahid3 ifadələrini mötəbər sübutlar kimi qəbul etməmiş, eyni zamanda göstərilən şahid ifadələri onların sübut kimi qəbul edilməsinin mümkünlüyünü istisn a edən Azərbaycan Respublikası CPMnin 125.2-ci maddəsində sadalanan hallar olduğundan sübut kimi qəbul edilə və Məhkum qarşı CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsasını təşkil edə bilmədiyini mübahisələndirilən hökmdə göstərilmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr həm məhkəməkimyəvi ekspertizasının, həm də Ambulator məcburi narkoloji yoxlamanın rəylərinə düzgün qiymət vermişlər. Həmçinin kassasiya protestində vurğulanan, apellyasiya protestinini dəlilləri iləeynilik təşkil edən "şəxsi axtarış zamanı Məhkum üzərindən götürülmüş mobil telefona baxış keçirilməsi haqqında protokola əsasən sonuncu ilə Aslan adlı şəxsin istifadəsində olan ***- ***-**-**, Qabil adlı şəxsin istifadəsində olan ***-***-**-**, Qənbər məhlə kimi adı qeyd olunmuş şəxsin 0 55-71516-90 saylı istifadəsində olan mobil telefon nömrələri arasında olan sms mübadiləsi və səs yazılarına əsasən Məhkum narkotik vasitələrin alqı-satqısı ilə məşğul olması barədə danışıqlarının olmasına dair dəlilləri apelyasiya instansiyası məhkəməsi tərəfindən əsaslı hesab edilməmiş və düzgün olaraq qeyd edilmişdir ki, təqsirləndirilən şəxsin istifadəsində olmuş telefon nömrələrinə daxil olan və çıxan zənglərin, həmçinin sms mətnlərinin müvafiq mobil operatorundən götürülməsi barədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı nəinki icra üçün aidiyyəti mobil operatorlarına göndərilməsini təsdiq edən sənəd iş materiallarında yoxdur, hətta həmin qərarın icrası ilə əlaqədar mobil operatorlardan alınmış açıqlamalarında iş materiallarında olmadığı halda, "mobil telefona baxı ş keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokolda qeyd edilənlərin ittihamın əsası kimi qəbul edilə bilməz. Belə ki, protokolun tərtib edilməsində iştirak etmiş hal şahidlərinin şəxsiyyətini təsdiq edən sənəddə də müstəntiq tərəfindən iş materialına əlavə edilməmiş, hətta adları protokolda qeyd edilən hal şahidlərinin elektron məhkəmə sistemi vasitəsilə şəxsiyyətlərinin dəqiqləşdirilməsi zamanı da həmin şəxslərin mövcudluğuna dair məlumatlar aşkar edilməmişdir. Beləliklə, ibtidai araşdırma orqanının Məhkum CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli hesab olunmasına dair topladığı sübutlara dair kassasiya məhkəmə kollegiyası qeyd edir ki, CPM-in: 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillə r (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı, hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olubolmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir; 124.2 və 124.2.4-cü maddələrinə əsasən istintaq və məhkəmə hərəkətlərinin protokolları cinayət prosesində sübut kimi qəbul olunur; 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər; Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (125.2.1 -ci maddə); zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə (125.2.2-ci maddə); şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə (125.2.3-cü maddə); istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda (125.2.7-ci maddə). Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən Bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. "Erkapis Xorvatiyaya qarşı” iş üzrə Avropa Məhkəməsinin 25 aprel 2013-cü il tarixli qərarında göstərilir ki, ədalətli məhkəmə araşdırması anlayışı prinsip etibarı ilə g üman edir ki, əgər əks təqdir üçün əsaslı səbəb yoxdursa, məhkəmələr şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələrdən fərqli olaraq onların məhkəmə iclasında verdikləri ifadələrinə daha çox əhəmiyyət verməlidirlər. Digər səbəblər arasında ibtidai istintaq zamanı dindirmə ittiham tərəfinin məhkəmədə iş üzrə ittihamı müdafiə etmək üçün məlumat toplaması prosesidir. Halbuki məhkəmə prosesi, məhkəmə iclasında araşdırılıb əldə edilən sübutlara ədalətli hüquqi qiymət verilməsi nəticəsində təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyən etmək üçün kifayətdir. İnsan Hüquqlarının və X5 X2 3-cü maddəsinə əsasən heç kəs işgəncəyə, qeyriinsani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Məmmədov Sərdar Cəlaloğlunun Azərb aycana qarşı şikayəti ilə bağlı iş üzrə qəbul etdiyi qərarda (11 yanvar 2007-ci il) Məhkəmə belə bir nəticəyə gəlmişdir ki, "...şəxs həbsdə olarkən zədələndiyi hallarda, zədələrin səbəbləri ilə bağlı qənaətbəxş və inandırıcı izahatların təqdim olunması ilə əlaqədar sübutetmə yükü hakimiyyət nümayəndələrinin üzərinə düşür...”. Sadalanan normalardan göründüyü kimi sübutun mötəbər olması, yəni ondan cinayət hadisəsinin, şəxsin təqsirinin müəyyən edilməsi məqsədi ilə istifadə edilməsi üçün həmin sübut CPM-in tələblərinə əməl edilməklə əldə olunmalıdır. Belə olduğu təqdirdə həmin sübutun həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmur. Yalnız bu halda dəlillər mötəbər sübut kimi qəbul edilə bilər. Əks halda, yəni göstərilən tələbləri pozmaqla əldə edilmiş dəlillərin mö təbərliyinə şübhə yaranır ki, bu isə öz növbəsində onların sübut kimi qəbul edilməsini istisna edir. Yəni, həmin dəlillərin hüquqi qüvvəsi olmadığından onlardan ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. CPM-in 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Göründüyü kimi, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materialların CPM-in tələblərinə uyğun olaraq yoxlanılması və yalnız bu halda onlara sübut kimi istinad edilməsi qanunun imperativ normasıdır (CPM-in 137 və 445.2-ci madd ələri). CPM-in “Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipinin mahiyyətinə uyğun olaraq hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir (CPM-in 33-cü maddəsi). Hazırki iş üzrə CPM-in qeyd edilən prinsipinin şərtlərinə əməl olunmamış, onun tələbləri pozulmuşdur. Bu isə öz növbəsində cinayət prosesi gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər (CPM-in 9.2-ci maddəsi). Belə olan təqdirdə, məhkəmə kollegiyası ciddi prosessual pozuntularla həyata keçirilən əməliyyat-axtarış tədbirinin nəticələrini qanunsuz yolla əldə edilmiş sübut kimi qiymətləndirən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir və qeyd edir ki, həmin sübut CPM-in tələblərinə əməl edilməklə əldə olunmadığından cinayət hadisəsinin, şəxsin təqsirinin müəyyən edilməsi məqsədi ilə istifadə edilə bilməz. Göstərilən sübut hüquqi qüvvəsi olmadığından ondan ittihamın düzgün həlli üçün hər hansı halın, o cümlədən Məhkum xx.xx.2021-ci il tarixdə saat 23:10-da Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən «Corat» abidəsinin yaxınlığında Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən saxlanılaraq, Sumqayıt ŞPİ-yə gətirilərək orada üzərinə şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd qırmızı rəngli üzərində «Tutku» sözl əri yazılan şirniyyat sellofan paketin içərisindən 01ədəd şəffaf rəngli sellofana bükülmüş təmiz çəkisi 17,806 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, xx.xx.2021-ci il tarixdə saat 01:20-də onun yaşadığı ünvan 1 ünvanda keçirilmiş baxış zamanı evin yataq otağının sol tərəfində yerləşən dolabda olan seyf qabın içərisindən şəffaf rəngli sellofana bükülmüş təmiz çəkisi 690 qram olmaqla ümumi təmiz çəkiləri 707,806 qram olan eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, səthlərində heroin izləri olan 01 ədəd 8x5,5 sm ölçüdə gümüşü rəngli elektron tərəzi və 01 ədəd folqa kəsiyi aşkar olunaraq, götürülməsi halının sübut olunmasında istifadə edilə bilməz. Buna görə də sözügedən sübutun həqiqiliyinə və əldə olunma mənbəyinə yaranan şübhələrin təqsirlənd irilən şəxsin xeyrinə təfsir olunması barədə apellyasiyasi instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslıdır. Dövlət ittihamçısının kassasiya protestinin dəlilləri konkret hüquqi əsasa söykənməyən sübyektiv mülahizə xarakterli dəlillər olmaqla əsassızdır. Belə ki, CPM-in: 21.2-ci maddəsinə (Təqsirsizlik prezumpsiyası) əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür; 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana biməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır; 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şər h edilməsinə dair” 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, “Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər”. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğun un yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrin şərh edilməsinə dair” xx.xx.2008-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi bir daha məhkəmələrin nəzərinə çatdırmışdır ki, cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, maddi sübutu, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib ittihamın Məhkum CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi ilə bağlı arqumentlərinin əsa ssız olması və biri digərini tamamlayan mötəbər sübutların məcmusu ilə təsdiq olunmaması barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin əleyhinə sübutlar toplanılarkən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin, "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri, həmçinin Məhkum cinayət məsuliyyətinə cəlb olunmasına nail olunması məqsədilə onun hüquqlarının ciddi şəkildə pozulması barədə qənaəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi təqsirliliklə bağlı məsələləri tam araşdırmış, əldə olunan nəticələri düzgün qiymətləndir miş və əsaslı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsinin işə yanaşması, sübutları qiymətləndirməsi və buna uyğun olaraq müvafiq nəticəyə gəlməsi Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olmuşdur. Kassasiya protestinin dəlilləri qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsinə əsas vermir. Belə ki, Apellyasiya məhkəməsi cinayət işi üzrə tədqiq olunaraq qiymətləndirilmiş sübutların məcmusu ilə düzgün olaraq müəyyən etmişdir ki, istintaq orqanı tərəfindən qeyd olunan ittihamla bağlı qanunun tələblərinə əməl olunmamış, iş üzrə toplanmış sübutların mötəbərliliyi yoxlanılmamış, Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona istinad edilən əməldə təqsirs izliyinə dəlalət edən dəlillərin təkzib edilməsi üçün mötəbər sübutlar əldə edilməmişdir. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar cıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və X5 haqqında” Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» 12 may 2009cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə t oplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Sadalananlara münasibətdə məhkəmə kollegiyası Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 oktyabr 2022-ci il tarixli qərarında cinayət işi üzrə məhkəmə istintaqında müəyyən olunan hallar əsasında gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək şəxsin təqsirliliyinin sübuta yetirilməməsi barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. Göstəril ən nəticə kassasiya protestində iddia olunanların əksinə olaraq göstərilən məhkəmə tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-703/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-703/2023
03.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver