Məhkəmə qərarları › İş №1(102)-704/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-704/2020

05.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-704/2020 05.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X3, Zərərçəkmiş şəxs, nümayəndəsi Müdafiəçi və Məhkum iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 avqust 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2-ci maddəsi təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 oktyabr 2019-cu il tarixli qərarından Zərərçəkmiş şəxs və onun nümayəndəsi Müdafiəçi tərəfindən birgə verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Azad Məcidov, hakimlər Zeynal Ağayev və Səbuhi Hüseynovdan ibarət tərkibdə) 1(101)-926/2017 nömrəli 30 avqust 2017-ci il tarixli hökmü ilə, Məhkum, xx xxxxxx 1968-ci il tarixdə ******* rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, fərdi əməklə məşğul olan, ünvan1 ünvanında qeydiyyatda ol an və yaşayan; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun həbsdə və ev dustaqlığında olduğu 07 (yeddi) ay 05 (beş) gün müddəti nəzərə alınaraq hökmlə təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 06 (altı) il 04 (dörd) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş cəza müddəti şərti hesab edilərək ona 02 (iki) il sınaq müddəti təyin edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum ona görə təqsirli bilinib məhkum olunmuşdur ki, o, özgənin külli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Bel ə ki, o, 2012-ci ilin sentyabr ayında X4 vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs 2002-ci ildə Azərbaycan Respublikası CM- nin 144-cü maddəsi ilə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 12 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş qardaşı X9 Kərim oğlu və onun qaynı X1 çəkilməmiş qalan cəzadan azad olunmalarını 24.000 (iyirmi dörd) manat müqabilində iki ay ərzində həll edəcəyini vəd edib onu inandıraraq bu məqsədlə Zərərçəkmiş şəxs Bakı şəhəri, ********** qəsəbəsi ərazisində 2012-ci ilin sentyabr ayının axırlarında 8000 (səkkiz min) manat, 2012-ci ilin oktyabr ayının birinci on günündə 5000 (beş min) manat, 11 oktyabr 2012ci ildən 18 oktyabr 2012-ci ilə kimi müddət ərzində 5000 (beş min) manat, 25 oktyabr 2012-ci ildə 4000 (dörd min) manat, sonuncu dəfə 2012-ci ilin okt yabr ayının axırlarında Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, ************ rayonu, *************** ünvanın yaxınlığında 2000 (iki min) manat - cəmi 24.000 (iyirmi dörd min) manat pul alaraq vədinə əməl etməməklə vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin külli miqdarda pulunu ələ keçirərək dələduzluq etmişdir. Hökmdən Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-468/2018 nömrəli 20 iyul 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Qədim Babayev, hakimlər Mirzəli Abbasov və Vaqif Mursaqulovdan ibarət tərkibdə) Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 avqust 2017-ci il tarixli hökmü dəyişdirilmiş, hökmlə Məhkum barəsində Azərbaycan Respublikası CM-i n 70-ci maddəsinin tətbiq olunmasına dair müddəalar saxlanılmaqla onun Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilindiyi əməli həmin Məcəllənin 178.2.4-cü maddəsinə tövsif edilmiş və həmin maddə ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun həbsdə və ev dustaqlığında olduğu 07 (yeddi) ay 05 (beş) gün müddəti nəzərə alınaraq hökmlə təyin edilmiş cəzasına hesablanmaqla ona qəti olaraq 02 (iki) il 04 (dörd) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Zərərçəkmiş şəxs və onun nümayəndəsi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Qərardan narazı qalan Zərərçəkmiş şəxs və onun nümayəndəsi Müdafiəçi birgə verdikləri kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-124/2019 nömrəli 10 aprel 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Tahir Kazımov, hakimlər Hafiz Nəsibov və Əli Seyfəliyevdən ibarət tərkibdə) zərərçəkmiş şəxs və onun nümayəndəsi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 iyul 2018-ci il tarixli qərarı zərərçəkmiş şəxsin kassasiya şikayətinə münasibətdə ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-918/2019 nömrəli 03 oktyabr 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Həsən Əhmədov, hakimlər Habil Məmmədov və İlqar Murquzovdan ibarət tərkibdə) Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 avqust 2017-ci il tarixli hökmü dəyişdirilmiş, hökmlə Məhkum barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq olunmasına dair müddəalar saxlanılmaqla onun Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilindiyi əməli həmin Məcəllənin 178.2.4-cü maddəsinə tövsif edilmiş və həmin maddə ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun həbsdə və ev dustaqlığında olduğu 07 (yeddi) ay 05 (beş) gün müddəti nəzərə alınaraq hökmlə təyin edilmiş cəzasına hesablanmaqla ona qəti olaraq 02 (iki) il 04 (dörd) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 oktyabr 2019-cu il tarixli qərarından Zərərçəkmiş şəxs və nümayəndəsi Müdafiəçi tərəfindən birgə kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassator kassasiya şikayətində qeyd etmişdir ki, vurulmuş zərər zərərçəkmiş şəxsə hələ də ödənilməmişdir. Məhkəmə qərar qəbul edərkən zərərçəkən şəxs Zərərçəkmiş şəxs istintaq dövründə və məhkəmə baxışı zamanı verdiyi ərizə və məktublara istinad etmişdir. Həmin ərizələrdə Almasov bildirir ki, Muradov ona vurduğu zərəri ödəmişdir. Halbuki kassasiya icraatı zamanı tərəfimizdən sübut olundu ki, həmin ərizələr ondan aldatma yolu ilə alınmışdır, yaxın zamanda zərərin ödəniləcəyi vəd olunsa da, sonradan heç bir ödəniş olunmamışdır. Təqsirləndirilən şəxs təkrar apellyasiya baxışı zamanı bunun əksin i sübut edə bilməmişdir. Həmçinin məhkəmə qərarında Zərərçəkmiş şəxs aidiyyəti olmayan ödəniş (poçt) qəbzlərini sadalamışdır (məsələn, X4 adına edilmiş) Kassator göstərilənlərə əsasən kassasiya şikayətinin təmin olunmasını,Bakı Apellyasiya Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli qərarını ləğv edilməsini, Məhkum təyin edilmiş sınaq müddəti götürülməklə, cəzanın real olaraq azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya şikayətinin təmin edilməsi barədə Zərərçəkmiş şəxs, onun nümayəndəsi Müdafiəçi və dövlət ittihamçısı H6 və kassasiya şikayətinin təmin edilməməsi barədə Məhkum çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə zərərçəkmiş şəxs və nümayəndəsi tərəfindən birgə verilmiş kassasiya şikayəti qismən təmin edilməli, Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 oktyabr 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələr indən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassatorlar birgə verdikləri kassasiya şikayətində işə baxan məhkəmələr tərəfindən təqsirli şəxs Məhkum yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza təyin edilməsini və təyin edilmiş cəzanın şərti hesab edilməsinin əsassız olmasını vurğulayaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 oktyabr 2019-cu il tarixli qərarının ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası kassatorun məhkuma yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza təyin edilməsini və barəsində şərti məhkum edilmənin əsassız olmasına dair dəlillərinə münasibət bildirərək aşağıda sadalananlara əsasən apellyasiya instansiyası məhkəməsinin qərarını əsaslandırılmamış hesab edir: Belə ki, Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 avqust 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, onun həbsdə və ev dustaqlığında olduğu 7 (yeddi) ay 5 (beş) gün müddəti nəzərə alınaraq hökmlə təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 6 (altı) il 4 (dörd) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş cəza müd dəti şərti hesab edilərək 2 (iki) il sınaq müddəti təyin edilmişdir. Hökmdən Zərərçəkmiş şəxs və nümayəndəsi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 iyul 2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 avqust 2017-ci il tarixli hökmü (01 dekabr 2017-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinə edilmiş dəyişiklik barəsində Qanun tətbiq edilmiş) dəyişdirilmiş, hökmlə Məhkum barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq olunmasına dair müddəalar saxlanılmaqla onun Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilindiyi əməli həmin Məcəllənin 178.2.4-cü maddəsinə tövsif edilmiş və həmin maddə ilə təqsirli bilinərək 3 (üç) il müdd ətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, onun həbsdə və ev dustaqlığında olduğu 7 (yeddi) ay 5 (beş) gün müddəti nəzərə alınaraq hökmlə təyin edilmiş cəzasına hesablanmaqla ona qəti olaraq 2 (iki) il 4 (dörd) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Zərərçəkmiş şəxs və onun nümayəndəsi Müdafiəçi tərəfindın verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. İşə kassasiya qaydasında baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 10 aprel 2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 iyul 2018-ci il tarixli qərarı zərərçəkmiş şəxsin kassasiya şikayətinə münasibətdə ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına təyin edilmişdir. Zərərçəkmiş şəxs N.Aslanov və onun nümayəndəs i Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmişdir. İkinci dəfə işə apellyasiya qaydasında baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası 03 oktyabr 2019-cu il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 avqust 2017-ci il tarixli hökmünü təkrar dəyişdirmiş, hökmlə Məhkum barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq olunmasına dair müddəalar saxlanılmaqla onun Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilindiyi əməli həmin Məcəllənin 178.2.4-cü maddəsinə tövsif edilmiş və həmin maddə ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, onun həbsdə və ev dustaqlığında olduğu 7 (yeddi) ay 5 (beş) gün müddəti nəzərə alınaraq hökmlə təyin edilmiş cəzasına hesablanmaqla ona qəti olar aq 2 (iki) il 4 (dörd) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlamışdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəmənin Cinayət Kollegiyasının 10 aprel 2019-cu il tarixli qərarında göstərilmişdir: “Məhkəmə kollegiyası zərərçəkmiş şəxs və onun nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətini əsaslı sayaraq, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşmayaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almamış, ona törətdiyi cinayətin ağırlığına, şəx siyyətinə uyğun olmayan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət etməyən ədalətsiz cəza təyin etmiş, həmçinin qərarda məhkuma təyin edilmiş cəzanı əsaslandırmamışdır. Məhkəmə dəymiş ziyanın zərərçəkmiş şəxsə real olaraq ödənilib-ödənilməməsini araşdırmalı olduğu halda, bunu etməmiş, məhkəmə qərarında Məhkum cəzasını ağırlaşdıran halın olmamasını və cəzasını yüngülləşdirən halların toplusu ilə yanaşı, əsassız olaraq törətdiyi dələduzluq cinayəti üzrə zərərçəkmiş şəxsə vurulmuş ziyanın onun tərəfindən tam ödənildiyi nəticəsinə gələrək, cəzasının yüngülləşdirilməsi üçün kifayət qədər əhəmiyyət kəsb etdiyini və onun cəza çəkmədən islah olunmasını mümkün sayaraq onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunmasını mümkün və məqsədə müvafiq hesa b etmişdir. Beləliklə, Məhkum tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə razılaşmayan və onları əsassız hesab edən, zərərçəkmiş şəxs və onun nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə isə razılaşan və həmin şikayətin qismən təmin edilməsini mümkün bilən məhkəmə kollegiyası CPM-in 419.12.5-ci maddəsinə əsasən məhkuma təyin ediləcək cəzanı qabaqcadan həll etmədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi adı çəkilən məhkum haqqında seçilmiş cəza tədbiri məsələsini həll edərkən həm cinayət qanunun normalarının, həm də apellyasiya icraatına dair prosessual qanunvericiliyin tələblərinə əməl etmədiyindən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 iyul 2018-ci il tarixli qərarı ləğv edilməli və işə apellyasiya instansiyası məhkəməsində ye nidən baxılması təyin olunmalıdır”. Apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarından müəyyən edilir ki, məhkəmə öz qərarını belə əsaslandırmışdır: “Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materialları ilə əlaqəli surətdə müzakirə edib cinayət qanunu normalarının yuxarıda göstərilən tələblərinə əsaslanaraq hesab edir ki, Zərərçəkmiş şəxs ona vurulmuş ziyanın odənilməməsini bildirməsini iş materiallarında olan və yuxarıda qeyd edilmiş ilkin şikayət ərizəsi və sonrakı ərizələri ilə vurulmuş 24000 manat ziyanın tam ödənilməsi təsdiq olunduğundan əsaslı hesab edilə bilməz və Məhkum ümumilikdə 24000 manat məbləğində pulu alıb özgə əmlakını ələ keçirərək Zərərçəkmiş şəxs Əbdülkərim oğluna külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir, Məhkum əməli cinayə t 01 dekabr 2017-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli ********* saylı Qanununun təsiri altına düşdüyündən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə tövsif edilməli və ona təyin edilən cəza həmin maddənin sanksiyası daxilində olmalıdır, Məhkum barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyətləri ilə yanaşı Məhkum barəsində olan cəzanı yüngülləşdirən halı, həmçinin işdə cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alınaraq, Məhkum cəza çəkmədən islah ol unmasını mümkün sayaraq onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla, azadlıqdan məhrum etmə növündə təyin olunan cəzanın şərti olaraq tətbiq edilməsi məqsədəuyğundur, Məhkum barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunmasına dair müddəaların hökmdən xaric olunmasını məqsədəmüvafiq hesab etmir, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 avqust 2017-ci il tarixli hökmü dəyişdirilməli, hökmlə Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması saxlanılmaqla onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilindiyi əməli həmin Məcə llənin 178.2.4-cü maddəsinə tövsif edilməli və həmin maddə ilə təqsirli bilinərək barəsində cəza təyin edilməlidir”. Məhkəmə kollegiyası aşağıda qeyd edilənlərə əsasən apellyasiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab edir: İlk növbədə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi işə baxarkən Azərbaycan Respublikası Ali Məhkəmənin Cinayət Kollegiyasının 10 aprel 2019-cu il tarixli qərarında göstərdiyi xüsusatları araşdırmamış və Məhkum barəsində CM-in 70-ci maddəsinin tətbiqini saxlayarkən onun zəruriliyini təsdiqedici sübutlarla əsaslandırmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, şərti məhkum etmənin tətbiqi üzrə məsələləri nizamlayan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslə rin bu cəzaları, o cümlədən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir. Məhkəmə kollegiyası vurğulamağı zəruri hesab edir ki, cinayət törətmiş şəxs barəsində şərti məhkum etmənin tətbiq edilərkən, Cinayət Məcəlləsinin yalnız bu maddəsində sadalanan hallar deyil, cəzanın təyin edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş bütün normaların tələbləri nəzərə alınmalıdır. Həmçinin təqsirə görə məsuliyyət (CM-nin 7-ci maddəsi), ədalət (CM-nin 8-ci maddəsi), humanizm (CM-nin 9-cu maddəsi) prinsipləri gözlənilməli, cəzanın məqsədləri və cəzanın təyin edilməsinin ümumi əsasları haqqında Cinayət Məcəlləsinin müvafiq olaraq 41.2 və 58-ci maddələrinin tələblərinə riayət olunmalıdır. Həmçinin şərti məhkum etmə tətbiq edilərkən törədilmiş əməlin qəsdən və ya ehtiyatsızlıq nəticəsində törədilməsi, cinayətin böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və ya xüsusilə ağır cinayətlər kateqoriyasına aid olması (CM-nin 15-ci maddəsi), təqsirkarın şəxsiyyəti, təyin edilmiş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3-cü maddəsi), cəzanı yüngülləşdirən (CM-nin 59-cu maddəsi) və ağırlaşdıran (CM-nin 61-ci maddəsi) hallar nəzərə alınmalıdır. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bi linən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur. Cəzanı ağırlaşdıran halların dairəsini isə Azərbaycan Respublikası Cinayət M əcəlləsinin 61.1-ci maddəsi müəyyən edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139.0.5-ci maddəsi cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran halları cinayət təqibi üzrə icraat zamanı sübutlara əsasən müəyyən edilməli olan məsələlərin sırasında təsbit edilmişdir. Yəni, məhkəmənin qərarında təqsirləndirilənin şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar barədə nəticələr də CPM-nin 143-cü maddəsinə uyğun olaraq toplanmış, 144-cü maddəsinə müvafiq qaydada yoxlanılmış, 145 və 146-cı maddələrinin tələblərinə əməl olunmaqla qiymətləndirilmiş sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan, müvafiq sübutlarla təsdiq edilməyən mülahizə xarakteri daşımamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında da məhkəmələrə tövsiyə olunur ki, onlar CM-in 59-cu maddəsi ilə birbaşa nəzərdə tutulmayan bu və ya digər halı cəzanı yüngülləşdirən hal kimi nəzərə aldıqda onların cəzanı yüngülləşdirən hal olaraq qəbul edilməsini hökmdə əsaslandırsınlar. Kollegiya qeyd edir ki, cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Kollegiya qeyd edir ki, şərh olunan qanun normalarının mənasına görə, təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum etmənin tətbiqin i şərtləndirən əsas kimi çıxış etməlidir. Belə nəticəyə gəlinərkən isə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün qiymətləndirilib nəzərə alınmalıdır. Yuxarıda şərh edilənlərə əməl edildikdə cinayət törətmiş şəxsin barəsində şərti məhkum etmənin tətbiq edilməsi qanuni, əsaslı və ədalətli hesab edilə bilər və cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət etmiş olar. Hökmdən müəyyən edilir ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödənilməsini CM-in 59.1.10-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi, zərərçəkmiş şəxsin hazırda ondan şikayətçi olmamasını və iş üzrə cəzanı ağırlaşdıran halın olmamasını nəzərə almış və onun barəsində CM-i n 70-ci maddəsini tətbiq etməklə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməsini qanuni və əsaslı hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hər iki dəfə məhkumun barəsində CM-in 70-ci maddəsinin tətbiqini əsaslı hesab etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci və apellyasiya instansiya məhkəmələrinin məhkumun barəsində CM-in 70-ci maddəsinin tətbiqinə əsas verən istinad etdikləri yeganə halın (zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödənilməsi) əsaslı olması təsdiq edilmir. Belə ki, iş materiallarında olan Zərərçəkmiş şəxs 21 iyun 2017-ci il tarixli ərizəsində ona dəymiş maddi ziyanın tam ödənildiyini və təqsirləndirilən şəxs Məhkum heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs Əbdülkərim o ğlu və onun nümayəndəsi, Bakı şəhəri, 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətindən görünür ki, Məhkum ailə üzvləri zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs vurduğu ziyanı ödəyəcəklərini öhdələrinə götürdüyündən o, ərizə yazmış, lakin vurulmuş ziyan ödənilməmişdir. Əgər zərər ödənilibsə zərərçəkmiş şəxsin hökmdən apellyasiya şikayəti verərək zərərin ödəniməsini real təmin edilməsinin tələb etməsinin səbəbi nədir? Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr məhkuma təyin edilmiş cəzanın şərti tətbiq edilməsi qənaətinə gələrkən Zərərçəkmiş şəxs vurulmuş zərərin real olaraq ödənilməsini araşdırmamış və cəzanı yüngülləşdirən hal kimi nəzərə aldıqları halları əsaslandırmamışlar. İslah olunma perspektivləri baxımından cinayət törədənin şəxsiyyətinin düz gün qiymətləndirilməsi üçün onun cinayətin törədilməsindən sonrakı davranışının, xüsusilə törətdiyi əmələ münasibətinin öyrənilməsi mühüm əhəmiyyət daşıyır. Çünki, təqsirkar şəxsin əməlini etiraf edərək peşmançılığını bildirməsi, əməlinin zərərli nəticələrinin aradan qaldırması onun cinayətə tənqidi münasibətini ifadə etməklə, cinayətin törədilməsindən sonrakı davranışının müsbət yöndə inkişaf etdiyini, islah olunma perspektivləri baxımından ümidverici olduğunu göstərir. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunanlar apellyasiya instansiyası məhkəməsinin cinayətin xarakterini və ictimai təhlükəliliyini xarakterizə edən halların Məhkum cəza çəkmədən islah oluna bilməsinə inam yaratmasına dair qənaətinin Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblə rinə müvafiq olaraq tədqiq edilmiş sübutlardan irəli gəlmədiyini, məhkəmə tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139.0.5-ci maddəsinə əməl olunmadığını göstərir. Belə ki, CPM-in 139.0.5-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar sübut edilməli halların sırasına daxildir. Məhkəmə kollegiyasının qənaətinə görə bu qaydada təyin edilmiş şərti məhkum etmə nə təqsirkar şəxsin özünə münasibətdə cəzanın islahedici funksiyasını, nə də digər şəxslərə münasibətdə xəbərdaredici rolunu səmərəli şəkildə yerinə yetirə və cinayət mühakimə icraatının məqsədlərinin həyata keçirilməsini təmin edə bilməz. Azərbaycan Respublikası CPM-in 404-cü maddəsinə əsasən, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Kollegiya qeyd edir ki, baxılan cinayət işinin yekunu olaraq cinayət törətmiş şəxsə təyin edilən cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, məhkumun şəxsiyyətinə, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların keyfiyyətinə adekvat olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində vurğulanmışdır ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən b əhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi işə yenidən baxıb yekun nəticəyə gələrkən Məhkum tərəfindən Zərərçəkmiş şəxs vurulmuş zərərin real olaraq ödənilib-ödənilməməsini araşdırmalı, iş üzrə cəzanı yüngüləşdirən halları düzgün müəyyən etməli və əsaslandırılmış qərar qəbul etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kol legiyası hazırki halda apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinin əsası kimi apellyasiya məhkəməsi tərəfindən göstərilən qanun normalarının müddəalarının pozulmasını görür. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayət-prosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq zərərçəkmiş şəxsin və nümayəndəsinin Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 oktyabr 2019-cu il tarixli qərarından birgə verdikləri kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşır, onları əsaslı hesab edir və belə nəticəyə gəlir ki, kassasiya şikayətinin qismən təmin edilməsi, göstərilən qərarın kassasiya şikayətinə münasibətdə ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi əsaslı və məqsədəmüvafiqdir. Şərh edilənlərə əsasən və Azərbaycan Resp ublikası CPM-nin 416.0.21 və 419.10.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Zərərçəkmiş şəxs və onun nümayəndəsi Müdafiəçi birgə verdikləri kassasiya şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 oktyabr 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə ləğv edilsin və cinayət işi yeni apellyasiya baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar