Məhkəmə qərarları › İş №1(102)-704/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-704/2023

12.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-704/2023 12.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə xx xxxx 1991-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olan, ünvan 1 yaşayan, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 oktyabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Əsədov Teymur Hətəm oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 23 iyun 2022-ci il tarixli hökmü ilə (hakimlər: R.Ş.Əliyev (sədrlik edən), F.Z.Hümbətov və H.S.Əliyev) Məhkum - Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli hökmü ilə ona təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması növündə cəzanı n amnistiya aktı tətbiq edilməsi nəticəsində çəkilməmiş qalan 06 ay azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulub 03 (üç) ay azadlıqdan məhrumetmə cəzası müəyyən edilərək CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə tam birləşdirilməklə onun üzərində qəti olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməklə 05 (beş) il 03 (üç) ay azadlıqdan məhrumetmə cəzasının saxlanılması, Azərbaycan Respublikasının CM-nin 79.1-ci maddəsi tətbiq edilərək onun himayəsində olan 25 dekabr 2009-cu il təvəllüdlü X1, 08 iyun 2016-cı il təvəllüdlü X4 və 16 noyabr 2017-ci il təvəllüdlü X6 adlı uşaqları on dörd yaşına çatanadək ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin təxirə salınması, barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi və onun ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması, üzərində nəzarətin həyata keçirilməsi və tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsinin Sumqayıt şəhəri Probasiya Şöbəsinə həvalə edilməsi hökm edilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: R.Ə.Ağayev (sədrlik edən), V.C.Cəfərov və R.O.Əsgərova) apellyasiya protesti təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 23 iyun 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum barəsində ittiham hökmü çıxarmışdır ona görə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd şəffaf polietilen bükümdə 1,838 qram çəkidə narkotik vasitə olan heroin, külli miqdarda 01 ədəd gümüşü rəngli kağıza bükülmüş 3,190 qram çəkidə psixotrop maddə olan metamfetamin əldə edib daşıyaraq üzərində saxlamış, 04 avqust 2021-ci il tarixdə saat 16:30-da Sumqayıt şəhəri, Bakı-Sumqayıt şosesi, “Praqa” restoranının qarşısında Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı saxlanılıb Sumqayıt ŞPİ-nin 5-ci PB-nə gətirildikdən sonra, xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilərkən, sağ əlində tutduğ u qırmızı rəngli pul kisəsinin içərisində 1 ədəd şəffaf polietilen bükümdə 1,838 qram olan qəhvəyi rəngli, tozşəkilli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd gümüşü rəngli kağıza bükülmüş təmiz çəkisi 3,190 qram olan ağ rəngli kristallardan ibarət, kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə olan metamfetamin və üzərində heroin və metamfetamin izləri olan 01 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunur. Dövlət ittihamçısı hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin təqsirləndiril ən şəxs Məhkum cəza təyin olunmasına dair gəldiyi nəticə əsassız olmuşdur. Belə ki, məhkəmə Məhkum tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə aldığını göstərsə də, faktiki olaraq buna əməl etməmiş,əvvəllər məhkum olunmuş və cəza çəkdiyi dövrdə yenidən cinayət törətmiş şəxsə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının icrasının təxirə salınmasına dair birinci instansiya məhkəməsinin hökmünü dəyişdirilmədən saxlamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya inst ansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəb ul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində işin faktiki halları mübahisələndirilmir, yalnız təyin edilən cəzanın yüngül olması qeyd edilir. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən: “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsinə əsasən: “Bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllər: 234.4.3. külli miqdarda törədildikdə – beş ildən on iki ilədək müddətə azadlıqdan məhr um etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edil məsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə bağlı kassasiya protestinin dəlillərini müzаkirə еdib, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbay can Respublikası CM-in 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilm əsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüd udları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmas ının mümkünlüyü də göstərilmişdir. CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiya ya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu yüngül cəza təyin edilməsini nəzərdə tutur. İş materiallarına əlavə edilmiş SHXÇDX-nin Ağdam rayon şöbəsi tərəfindən verilmiş 23 iyun 2022-ci il tarixli 755 nömrəli məktubdan görünür ki, Məhkum atası mərhum X7 N saylı hərbi hissənin tərkibində xidmət edərkən 24 yanvar 1993-cü il tarixdə partlayış nəticəsində qəhrəmancasına həlak olmuşdur. Taleh Babayev şəhid statusundadır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Məhkum anası X8 29 fevral 1992-ci il tarixdə Ağdam rayonunun Əhmadavalar kəndind ə ölmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum barəsində cəza təyin olunarkən Məhkum şəhid övladı olması, iki yaşında olarkən erməni təcavüzü nəticəsində həm anası, həm də atasını itirməsi, bu halın onun həyat şəraitinə və tərbiyəsinə təsir etməsi, Məhkum azyaşlı övladlarının ana qayğısına ehtiyacının olmasını, eləcə də əməlində peşman olmasını da onun cəzasını yüngülləşdirən hallar kimi və iş üzrə təqsirləndirilən şəxsin CM-nin 61.1-ci maddəsində göstərilən cəzasını ağrılaşdıran halların müəyyən edilməməsini nəzərə alınaraq, Məhkum 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli hökmü ilə Məhkum təyin olunmuş 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması növündə cəzanın amnistiya aktı tətbiq edilməsi nəticəsində çəkilməmiş qalan 6 ay azadlığın məhdudlaşdırılması cəzasının Azərbaycan Respublikasının CM-nin 68.1.1-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulub 3 (üç) ay azadlıqdan məhrumetmə cəzası müəyyən edilərək CMin 67.1-ci maddəsinə əsasən, hazırki hökmlə təyin edilmiş cəza ilə tam birləşdirilməklə Məhkum üzərində qəti olaraq 5 (beş) il 3 (üç) ay azadlıqdan məhrumetmə cəzası saxlanılması qənaətinə gəlmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən olunmuş azadlıqdan məhrum etmə cəzası həddində cəza təyin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı aşağı instansiya məhkəmələrinin yuxarıda qeyd olunan qə naəti təqsirləndirilən şəxsin törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarların şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsiri, habelə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsi və təqsirləndirilən şəxsin islah olunması, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olunması baxımından qanuni və ədalətli olmuşdur. Məhkəmə kollegiyası, kassasiya protestinin təqsirləndirilən şəxs Məhkum barəsində əsassız olaraq CM-in 79.1-ci maddəsinin tətbiq edilməsinə dair dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından görünür ki, məhkəmə təqsirləndirilən şəxs Məhkum himayəsində 25 dekabr 2009-cu il təvəllüdl ü X1, 8 iyun 2016-cı il təvəllüdlü X4 və 16 noyabr 2017-ci il təvəllüdlü X3 olmasını nəzərə alaraq onun barəsində CM-in 79.1-ci maddəsi tətbiq etməklə ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasının çəkilməsinin təxirə salınmasını mümkün saymışdır. Məhkəmə kollegiyası aşağıda qeyd olunanlara əsasən, Məhkum təyin olunmuş cəzanın çəkilməsinin CM-in 79.1-ci maddəsinə əsasən, təxirə salınması barədə aşağı instansiya məhkəmələrinin gəldiyi nəticəni cinayət qanunvericiliyinin humanizm, Azərbaycan Respublikası Konstitusiyası ilə təsbit olunmuş uşaqların qayğısına qalmaq və onları tərbiyə etməyin valideynlərin borcu olması və bu borcun yerinə yetirilməsinə dövlətin nəzarət etməsi, habelə «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununu ilə təsbit olunmuş dövlət orqanları, bütün fiziki və hüquqi şəxslərin öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmaları, Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrasının uşaqların, həyatına inkişafına və tərbiyəsinə zərər gətirməməli, uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqdin etibarsız olması barədə prinsipləri baxımından qanuni, əsaslı və ədalətli hesab edir. BMT Baş Assambleyasının 1959-cu il 20 noyabr tarixli 1386 (XİY) saylı qətnaməsi ilə elan edilmiş «Uşaq Hüquqları Bəyannaməsi»nin 6-cı bəndinə görə, uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır. О, valideynlerinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəb bət və mənəvi-maddi təminat mühitində böyüməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 8-ci maddəs inə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsinə əsasən şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Qeyd olunan qanun normasının məzmunundan göründüyü kimi, qanunverici CM-in 79.1-ci maddəsinin tətbiqinə törəd ilmiş cinayətin xarakteri, ağırlıq və ictimai təhlükəlilik dərəcəsi, törədilməsi şəraitindən asılı olaraq məhdudiyyət müəyyən etməmiş, yalnız həmin maddənin şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərə tətbiq olunmasına istisnalar müəyyən etmişdir. “Azərbayсan Respublikasının Сinayət Məсəlləsinin 79.1-сi maddəsinin Azərbayсan Respublikası Konstitusiyasının 25-сi maddəsinin İ, İİ və İİİ hissələrinə, 26-сı maddəsinin İİ hissəsinə, 28-сi maddəsinin İ hissəsinə, 147-сi maddəsinə və 149-сu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 mart 2010-сu il tarixli Qərarında qeyd olunur ki, “СM-nin müddəaları (o сümlədən 79-сu mad də) müəyyən siyasi-hüquqi münasibətlərin, hüquq normalarının, ideyaların, baxışların sistemi kimi səсiyyələndirilən və dövlət tərəfindən yürüdülən сinayət-сəza siyasəti ilə bağlıdır. Bu siyasətin əsas məzmunu məqsəd və vəzifələrin işlənib hazırlanmasından, iсtimai təhlükəsizliyin və сinayətkarlığın aradan qaldırılması və ya sosial baxımdan qəbul oluna biləсək səviyyədə saxlanmasının təmin edilməsi üçün zəruri vasitə və üsulların seçilməsindən ibarətdir. Сinayət-сəza siyasəti kompleks xarakteri daşıyır və digərləri ilə yanaşı ilk növbədə сinayətkarlıqla mübarizənin aparılması üzrə сinayət-hüquqi, сinayət-prosessual, сəza-iсra normalarının müəyyənləşdirilməsini nəzərdə tutur. Сinayət-сəza siyasəti və СM-nin müddəaları bir-birilə sıx əlaqədardır. Bu Məсəllə Konstitusiyaya, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanaraq nəinki сinayətin anlayışını, onun növlərini, subyektlərini, сinayətlərin tərkiblərini, həmçinin сəzanın anlayışını, məqsədini, növlərini və tətbiqi şərtlərini, o сümlədən сəzanın çəkilməsinin təxirə salınması ilə bağlı məsələləri müəyyənləşdirir”. Göründüyü kimi CM-nin 79-cu maddəsi və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə ona dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə salınmasının təqibiqini məhkumun şəxsiyyəti, cəzanın çəkilməsi müddətində davranışı, əməyə münasibəti, uşağa zəruri şəraiti təmin etmək imkanı, cinayət əməli törədilənədək uşağın tərbiyəsinə olan münasibətinə aid hallarla və bütün bu halların təxirə salmanın məqsədinə, yəni uşağa valideyn qayğısının təmin olunmasına nail olmaq imkanını təsdiq etməsi ilə şərtləndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunanlar təqsirləndirilən şəxs Məhkum cinayət törətməmişdən əvvəl və sonra şəxsiyyətini, davranışını, himayəsində olan uşaqların tərbiyəsinə müsbət münasibətini səciyyələndirən hallar kimi, onun himayəsində olan üç azyaşlı uşağına valideyn qayğısı göstərməsini, təlim və tərbiyəsi ilə məşğul olmasını, onların saxlanılması üçün mənzil və maddi imkanının olmasını təsdiq edir və həmin hallar onun cinayət törədilənədək və ondan sonrakı davranışı olmaqla belə qənaətə gəlməyə əsas verir ki, birinci instansiya məhkəməsi dü zgün olaraq onun barəsində CM-nin 79.1-ci maddəsini tətbiq etməklə təyin olunmuş cəzanın çəkilməsini təxirə salmış, apelyasiya məhkəməsi də əsaslı olaraq həmin hökmü dəyişdirilmədən qüvvədə saxlamışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan milli və beynəlxalq qanun normalarının tələbləri baxımından kassasiya protestinin Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının icrasının təxirə salınmasının onun törətdiyi cinayətin xarakteri və ictimaitəhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, habelə təyin olunmuş cəzanın onun islah olunmasına təsiri, həmçinin ümumi və xüsusi xəbərdaredici məqsədlərinə nail olmaq baxımından əsassız, qanunsuz və cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarına istinad edərək məhkəmə tərəfindən tətb iq edilmiş cəzanın həmin müddəalara, eyni zamanda CM-nin 8 və 58.3-cü maddəsinin tələblərinə zidd olması barədə dəlillərini əsassız sayır və hesab edir ki, kassasiya protestinin təmin olunaraq, apellyasiya instansiyası məhkəməsinin qərarından CM-nin 79-cu maddəsinin müddəalarının xaric edilməsinin zəruri olması və ona görə də həmin qərarın ləğv edilməsi, üç azyaşlı uşağın faktiki olaraq zəruri valideyn qayğısı və tərbiyəsindən məhrum olunması, həmçinin cinayət qanunvericiliyinin humanizm prinsiplərinin pozulması ilə nəticələnmiş olardı. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, birinci və apelyasiya instansiyası məhkəmələrinin CM-nin 79-cu maddəsini tətbiq etməklə Məhkum təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti və cəzanın çəkilməsinin təxirə salınması barədə nəticəsi iş üzrə müəyyən olunmuş faktiki hallara, habelə sosial ədalətin bərpası, məhkumun islah olunması və ailəsinin həyat şəraitinə təsiri, yəni himayəsində olan azyaşlı uşaqların mənafeyi, habelə cinayət qanunvericiliyinin cəza təyin edilərkən humanizm, ədalətlilik, cəzanın fərdiliyi prinsipləri baxımından da məqsədəuyğun olmuşdur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, təqsirləndirilən şəxs Məhkum cəza təyin edilərkən aşağı instansiya məhkəmələri cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən CM-nin 8.1, 41.2,58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 №-li qərarının tövsiyələ ri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq qanuni və ədalətli cəza təyin olunmuşdur. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının 25-ci bəndinin mənasına görə məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s. ), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 oktyabr 2022ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində on un ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya protesti təmin edilməsin. Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 oktyabr 2022-ci il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar