Məhkəmə qərarları › İş №1(102)-705/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-705/2019

21.05.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-705/2019 21.05.2019 ALİ MƏHKƏMƏ İş № 1(102)-705/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ 21 may 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Cövdət Sərvər oğlu Mehrəliyevin iştirakı ilə, Şəki Apellyasiya Məhk əməsinin Cinayət kollegiyasının 22 yanvar 2019-cu il tarixli qərarından məhkumlar X8 və Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Qax Rayon Məhkəməsinin (hakim M.Qarayev) 16 iyul 2018-ci il tarixli hökmü ilə xx xxxxxx 1985-ci ildə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Zaqatala Rayon Məhkəməsinin 09.04.2015-ci il tarixli hökmü ilə CM-in 221.1 və 127.2.3-cü maddələri ilə 03 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin 06.06.2017-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 08 ay 13 günündən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş, Zaqatala rayonunun Bəhmətli kəndində qeydiyyatda olan; Məhkum2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə ləğv edilmiş, CM-in 67.1-ci maddəsinə əsasən Zaqatala Rayon Məhkəməsinin 09.04.2015-ci il tarixli hökmü ilə CM-in 221.1 və 127.2.3-cü maddələri ilə təyin edilmiş 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 8 (səkkiz) ay 13 (on üç) günü hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə ona qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəli 04 fevral 2018-ci il tarixdən hesablanmış, xx.xx.1976-cı ildə Zaqatala rayonunda anadan olmuş, Azərbayca n Respublikasının vətəndaşı, subay, orta təhsilli, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 05.07.2005-ci il tarixli hökmü ilə CM-in 144.3, 149.2.1 və 149.2.3-cü maddələri ilə təqsirli bilinərək 10 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28.02.2014cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 il 02 ay 11 bir günündən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş, Zaqatala rayonunun Bəhmətli kəndində qeydiyyatda olan; Məhkum1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əv vəli 04.02.2018-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən təqsirləndirilən şəxs X1 Rayon Məhkəməsinin 09.04.2015-ci il tarixli hökmü ilə CM-in 221.1 və 127.2.3-cü maddələri ilə təqsirli bilinərək üç il üç ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və 06.06.2017-ci ildə Şəki Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan səkkiz ay on üç gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədiyi və qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda qardaşı Məhkum1 ilə qəsdən, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşərək cinayət əlaqəsinə girib 16 noyabr 2017-ci ildə, saat 02 radələrində Qax şəhər sak ini X9 məxsus "xxxx" marketə marketin arxa tərəfindəki giriş qapısının aşağı hissəsini əyməklə qanunsuz daxil olaraq oradakı seyfdən 10.000 manat və marketin içərisində yerləşən otaqdakı çəkməcədən 470 manat pulu gizli yolla talayaraq X9 ümumilikdə 10.470 (on min dörd yüz yetmiş) manat, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa, o, təkrarən qardaşı Məhkum1 ilə qəsdən, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşərək cinayət əlaqəsinə girib 21 yanvar 2018-ci ildə, saat 01 radələrində Qax rayonunun Tasmalı kənd sakini X15 məxsus mağazaya giriş qapısını sındırmaqla daxil olaraq oradan 150 manat məbləğində qəpik pul, 145 manat dəyərində müxtəlif operatorlara məxsus danışıq kartl arı və 25 manat dəyərində kolbasanı gizli yolla talayaraq X15, ümumilikdə 315 (üç yüz on beş) manat maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa, o, təkrarən qardaşı Məhkum1 ilə qəsdən, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşərək cinayət əlaqəsinə girib 21 yanvar 2018-ci ildə, saat 01:10 radələrində Qax rayonunun Tasmalı kənd sakini X11 məxsus mağazaya giriş qapısını sındırmaqla daxil olaraq oradan 60 manat məbləğində qəpik pul və 500 manat dəyərində müxtəlif markalı tütün məmulatı olan siqaret qutularını gizli yolla talayaraq X11, ümumilikdə 560 (beş yüz altmış) manat maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan əlavə, o, təkrarən qardaşı Məhkum1 ilə qəsdən, tamah niyyəti il ə özgənin əmlakını gizli yolla talama məqsədi ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşərək cinayət əlaqəsinə girib 29 yanvar 2018-ci il tarixdə saat 01 radələrində Qax rayonunun Şotavar kənd sakini X2 məxsus mağazaya giriş qapısını sındırmaqla daxil olaraq, oradan 110 manat məbləğində kağız və qəpik pul və 15 manat dəyərində müxtəlif operatorlara məxsus danışıq kartlarını gizli yolla talayaraq X2 ümumilikdə 125 (bir yüz iyirmi beş) manat maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa, o, təkrarən qardaşı Məhkum1 ilə qəsdən, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşərək cinayət əlaqəsinə girib 30 yanvar 2018-ci ildə, saat 01 radələrində Qax rayonu Baydarlı kənd sakini X12 məxsus mar ketə qanunsuz daxil olaraq marketin giriş qapısının dəmir barmaqlığındakı zənciri qırmaqla daxil olaraq kassada 120 manat pul və 1100 manat dəyərində 600 qutu müxtəlif markalı siqaretləri gizli yolla talayaraq X12 1220 (bir min iki yüz iyirmi) manat maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Birinci instansiya məhkəməsinin hökmünə əsasən təqsirləndirilən şəxs Məhkum1 Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 05.07.2005-ci il tarixli hökmü ilə CM-in 144.3, 149.2.1 və 149.2.3-cü maddələri ilə on il üç ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə 28.02.2014-cü ildə Nizami Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədiyi və qanunla müəyyən ed ilmiş qaydada götürülmədiyi halda qardaşı X8 ilə qəsdən, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşərək cinayət əlaqəsinə girib 16 noyabr 2017-ci ildə, saat 02 radələrində Qax şəhər sakini X9 məxsus "xxxx" marketə marketin arxa tərəfindəki giriş qapısının aşağı hissəsini əyməklə qanunsuz daxil olaraq oradakı seyfdən 10.000 manat və marketin içərisində yerləşən otaqdakı çəkməcədən 470 manat pulu gizli yolla talayaraq X9 ümumilikdə 10470 (on min dörd yüz yetmiş) manat, yəni xeyli miqdarda maddi ziyanlıq vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa, o, təkrarən qardaşı X8 ilə qəsdən, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşərək cinayə t əlaqəsinə girib 21 yanvar 2018-ci il tarixdə saat 01 radələrində Qax rayonunun Tasmalı kənd sakini X15 məxsus mağazaya giriş qapısını sındırmaqla daxil olaraq oradan 150 manat məbləğində qəpik pul, 145 manat dəyərində müxtəlif operatorlara məxsus danışıq kartları və 25 manat dəyərində kolbasanı gizli yolla talayaraq X15 ümumilikdə 315 (üç yüz on beş) manat maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa, o, təkrarən qardaşı X8 ilə qəsdən, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşərək cinayət əlaqəsinə girib 21 yanvar 2018-ci ildə, saat 01:10 radələrində Qax rayonunun Tasmalı kənd sakini X11 məxsus mağazaya giriş qapısını sındırmaqla daxil olaraq oradan 60 manat məbləğində qəpik pul və 500 manat dəyərində müxtəlif markalı tütün məmulatı olan siqaret qutularını gizli yolla talayaraq X11 ümumilikdə 560 (beş yüz altmış) manat maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan əlavə, o, təkrarən qardaşı X10 ilə qəsdən, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşərək cinayət əlaqəsinə girib 29 yanvar 2018-ci ildə, saat 01 radələrində Qax rayonunun Şotavar kənd sakini X2 məxsus mağazaya giriş qapısını sındırmaqla daxil olaraq oradan 110 manat məbləğində kağız və qəpik pul və 15 manat dəyərində müxtəlif operatorlara məxsus danışıq kartlarını gizli yolla talayaraq X2 ümumilikdə 125 (bir yüz iyirmi beş) manat maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa, o, təkrarən qardaşı X8 ilə qəsd ən, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşərək cinayət əlaqəsinə girib 30 yanvar 2018-ci ildə, saat 01 radələrində Qax rayonunun Baydarlı kənd sakini X12 məxsus marketə qanunsuz daxil olaraq marketin giriş qapısının dəmir barmaqlığındakı zənciri qırmaqla daxil olaraq kassada 120 manat pul və 1100 manat dəyərində 600 qutu müxtəlif markalı siqaretləri gizli yolla talayaraq X12 1220 (bir min iki yüz iyirmi) manat maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər R.Ə.Əliyev (sədrlik edən və məruzəçi), M.M.Hüseynov və İ.H.Şükürovdan ibarət tərkibdə) 22 yanvar 2019-cu il tarixli qərarı ilə Qax Rayon Məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli hökmü dəyi şdirilmədən saxlanılmış, məhkum2 və onun müdafiəçisi Müdafiəçi1, Məhkum1 və onun müdafiəçisi Müdafiəçi2 apelyasiya şikayətləri təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan məhkum X8 verdiyi kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 yanvar 2019-cu il tarixli qərarının ləğv edilməsini və barəsində ədalətli qərar çıxarılmasını, Məhkum1 verdiyi kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 yanvar 2019-cu il tarixli qərarının ləğv edilməsini və işə yenidən apellyasiya qaydasında baxılması barədə qərar çıxarılmasını xahiş edirlər. Kassasiya şikayətlərinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini məhkum2 onunla əsaslandırır ki, məhkəmə istintaqı ittiham tərəfinin heç bir sübuta əsaslan mayan mövqeyini əsas götürərək onu təqsirli bilmişdir. O, özünü qeyd olunan məddələrlə günahsiz hesab edir. Qeyd edir ki, istintaq zamanı ona işgəncə verilərək, özü və qardaşı Məhkum1lə birlikdə oğurluq cinayətini törətməsi barədə zorla etiraf etməyə məruz qoyulmuşdur. Bundan başqa onun hüquqi savadsızlığı, dövlət tərəfindən ona təyin olunmuş müdafiəçilərin lazımi qaydada hüquqi yardım göstərilməməsi nəticəsində onun qanunsuz və əsassız cəza almaqlarına şərait yaradılmışdır. Kassasiya şikayətinin dəlillərini Məhkum1 onunla əsaslandırır ki, onun barəsində çıxarılmış hökm və qərar qeyri-qanuni və əsassızdır. Belə ki, ibtidai istintaq zamanı ona işgəncələr verilmişdir. Onun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri üzrə ittiham sübuta yetirilməmişdir. Çünki iş üzrə hər hansı bir sübut mövcud olmamışdır. Həmçinin məhkum himayəsində iki azyaşlı uşağının olmasını, onun və qardaşı Məhkum2nin istintaq işçiləri tərəfindən qəddar, qeyri-insani və ləyaqəti alçaldan davranışlara məruz qaldıqlarını, apellyasiya qərarının surətinin onlara çatmadığını qeyd etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətləri təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillər indən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkumlar Məhkum2 və Məhkum1 əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum2 və Məhkum1 əməlləri Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4cü maddələri ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı üçün həmin əməllərin yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Məhkumlar M\hkum2 və Məhkum1 kassasiya şikayətlərinin başlıca dəlili işə baxılarkən işin faktiki hallarına düzgün hüquqi qiymət verilməməsi, sübutların kifayət qədər araşdırılmaması və onların təqsirinin sübuta yetirilməməsidir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, işdən görün düyü kimi hər iki Məhkum1 vəMəhkum2 özlərini onlara elan olunmuş ittihamda təqsirli bilməsələr də, onların qeyd olunan cinayət əməllərini törətmələri özlərinin ibtidai istintaq zamanı verdikləri ifadələri ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə, ifadənin yerində yoxlanılması barədə protokollarla, maddi sübutlarla və işin digər materialları ilə tam təsdiq edilir. Bundan başqa kollegiya qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayət törədilməsində aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. Hər iki məhkum Eldəniz vəMəhkum2lara verilmiş ittiham üzrə təqsirli olmaları məhkəmə istintaqında tədqiq edilmiş sübutlların məcmusu ilə tam təsdiq edilir və onların əməllərində Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində göstərilən hallardan heç biri müəyyən edilmir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr iş üzrə düzgün nəticəyə gəlmişlər. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkəmə məhkumlar Məhkum2 və Məhkum1 məhkəmədə verdikləri ifadələrinin işin faktiki halları ilə və iş üzrə toplanmış sübutlarla müqayisəli təhlil edib onların ifadələrini işin hallarına uyğun olmaması, digər sübutlarla təkzib edildiyi barədə nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayətləri üzrə işə baxaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan başqa, iş materiallarından da göründüyü kimi, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Odur ki, kassasiya şikayətinin bu barədəki dəlili əsassızdır. Kassasiya şikayətlərində məhkumlar Məhkum1 vəMəhkum2 ibtidai istintaq zamanı Qax RPS-də işgəncələrə məruz qaldığını, polis əməkdaşları tərəfindən döyülərək törətmədikləri cinayət əməllərini boyunlarına götürməyə məcbur edildiklərini göstərsələr də, işin materialları ilə belə halların baş verməsi, yaxud bu hallar barədə hər hansı bir orqana şikayət verilməsi öz təsdiqini tapmır. Belə olan halda, məhkumların təzyiq altında etiraf edici ifadələr vermələri inandırıcı görünmür. Həmçinin, onların əvvəllər ağır və az ağır cinayətlər törətməmələrinə görə istintaqa cəlb edilərək barələrində ittiham hökmlərinin çıxarılması, məhkumluq həyat ı yaşamaları nəzərə alınsa, onların ingəncə və təzyiq nəticəsində yalan ifadə vermələrinə məcbur edilməsinin mümkünlüyü şübhə yaratmaya bilməz. Bundan əlavə, işin materiallarında ibtidai istintaq həyata keçirilərkən hər iki məhkumun müdafiə hüququnun pozuntusu barədə də heç bir hal müəyyən edilməmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxslər X6 və Məhkum1 cəza təyin edilərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələbləri düzgün nəzərə alınmışdır. Azərbaycan Respublikası CPM-in 416.0.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.0.2-ci maddəsinə əsas ən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün qanunda nəzərdə tutulmuş hallardan heç biri müəyyən edilməmişdir. Kassasiya şikayətlərinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsas sız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətlərin təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 yanvar 2019-cu il tarixli məhkumlar Məhkum2 və Məhkum1 haqqındakı qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 yanvar 2019-cu il tarixli məhkumlar Məhkum2 və Məhkum1 haqqındakı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayətləri təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar